Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində beş ildir ki, “Kitabxanaya kitab hədiyyə edirik” davamlı layihə həyata keçirilir. M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı “Sevgi yelkəni” yeni romanını kitabxanaya hədiyyə etdi. Bu müəllifin sayca səkkizinci kitabıdır. Müəllif kitabxananın həyata keçirdiyi bütün layihələrdə fəal iştirak edir. O, mütamadi olaraq kitabxananın oxucularına şeir, əfsanə, nağıl, təmsil və hekayələr təqdim edir. Yeni yazılan “Sevgi yelkəni” əsərinin məzmunu haqqında fikir yürütmək ilk baxışdan çətin deyil: əsər sevgi dastanıdır. Orta məktəbin yuxarı siniflərində oxuyan yeniyetmə gənclərin həyat yollarından bəhs edən “Sevgi yelkəni” romanında ən çox diqqəti cəlb edən Dənizin sevgisidir. Müəllif əsərdə fəlsəfi kateqoriyalarnan düşünərək vurğulayır ki, sevmək xoşbəxt olmaq üçün bəzən kifayət etmir. Əsərin əvvəlindən axıra kimi oxucu onu maraqlandıran suallara cavab axtarırBu maraqlı kitab müəllif tərəfindən kitabxanaya hədiyyə edilmişdir. Kitabın təqdimatı 2023-cü il 20 may tarixində saat 12:00-da Atatürk Mərkəzində keçiriləcək.