Camal Kərimov ABC-nin həmtəsisçisi və Biologiya üzrə təlimçi müəllimidir.
Camal müəllim bakalavr təhsilini Azərbaycanda, magistr təhsilini Türkiyədə alıb. Pedaqoji fəaliyyətinə 2005-ci ildən başlayıb və 20 ilə yaxın təcrübəsi var.
Bu 20 il ərzində Camal müəllimin saysız hesabsız uğurları var:
2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülüb;
3-ü dövlət olmaqla ümumilikdə 15 müəssisədə çalışıb;
9-u beynəlxalq olmaqla 50-dən çox layihə və seminarlarda iştirak edib;
Daxili olimpiadalar üzrə dəfələrlə I,II,III yerlərin sahibi olub;
Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant Müsabiqəsinin qalibi olub;
Təhsil Nazirliyinin təşkil etdiyi Respublika müəllimləri üçün Sertifikasiya imtahanına hazırlıq kursunun təlimçisi olub;
Virtual Məktəb Platformasında Təhsil Nazirliyinin Biologiya suallarının müəllifidir;
Təhsil Nazirliyinin tabeliyində olan liseylərin aylıq qiymətləndirilməsi üçün Biologiya suallarının müəllifidir;
Azərbaycan Respublikası Təhsil İnustitunun Biologiya fənni üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün metodik tövsiyyə kitabının müəllifidir;
Fərdi və həmmüəllif olaraq 5-dən çox vəsait, məsələ və test bankların müəllifidir;
TAİM-in Biologiya vəsaitinin, test bank və sınaqlar toplusu kitablarının müəllifidir;
MİQ imtahanına hazırlaşdırdığı bir çox müdavim Respublika I,II və III-ləri olub;
2021-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən fəxri fərmana layiq görülüb;
MİQ, Sertifikasiya və abituriyentlər üçün əvəzolunmaz müəllimdir.