
Qəbələ rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qəbələnin musiqi mədəniyyətinə misilsiz xidmətləri olan incəsənət xadimi, xanəndə Asim Əliyevin 75 illik yubiley mərasimi keçirilib.
Yubiley tədbirində mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, YAP Qəbələ rayon təşkilatının, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nümayəndələri, incəsənət xadimləri və musiqiçilər, A.Əliyevin yaxınları və rayon ictimaiyyət nümayəndələri iştirak edib.
Musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi, MEMİM-nin əməkdaşı Səadət Təhmirazqızının moderatorluğunda həyata keçirilən yubiley tədbirində xalq və bəstəkar mahnıları, muğam, aşıq musiqiləri, həmçinin şeirlər səsləndirilib.
Çıxış edənlər Asim Əliyevin keçdiyi sənət yolu, yaradıcılığı və muğam sənətinin incəliklərindən bəhs ediblər.
Sonda xanəndəyə fəxri Fərman və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.
Bir cavab yazın