“Zəfərin ruhu” adlı foto və rəsm sərgisi keçiriləcək

4 noyabr tarixində Azərbaycan xalqının şanlı tarixində əbədi iz qoymuş 44 günlük Vətən Müharibəsində qazanılan Böyük Qələbənin beşinci ildönümü münasibətilə “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində “Zəfərin ruhu” adlı foto və rəsm sərgisi keçiriləcək.
Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, Biləsuvar Rəsm Qalereyasının ev sahibliyi ilə baş tutacaq.
Sərgidə nümayiş olunacaq rəsm və foto əsərləri Azərbaycan Ordusunun şücaətini, xalqımıza bəxş etdiyi əbədi Zəfər ruhunu, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda aparılan böyük quruculuq və dirçəliş prosesini, o cümlədən Qarabağ təbiətinin füsunkar gözəlliklərini rəssam və fotoqrafların gözü ilə əks etdirəcək. Sərginin əsas məqsədi Qələbənin əhəmiyyətini, milli birliyi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərin tarixi dəyərini, azadlıq və mübarizə ideyalarını incəsənət vasitəsilə əks etdirmək, gənc nəsildə vətənpərvərlik duyğularını daha da gücləndirməkdir.
Festival çərçivəsində təşkil olunan sərgi vasitəsilə tamaşaçılar Vətən müharibəsinin həm mənəvi, həm də bədii qatlarını dərk etmək imkanı qazanacaqlar.
 
Sərginin açılışı:  Biləsuvar Rəsm Qalereyası
Tarix: 4 noyabr 2025-ci il, saat 12:00

Mənbə: https://culture.gov.az/

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir