217829_516458328381268_61900860_n

* * *

Təbriz, Bakı doğma, əziz,
Dərdləri də qoşa, Vətən.
Göyçə,Dərbənd, İravan tək,
Qan ağlayır Şuşa, Vətən.

Yarımçıqdı çox işimiz,
Həddən ləngdi yerişimiz,
Hələ zəfər yürüşümüz,
Çatmayıbdı başa, Vətən.

Birləşməmək xalqa ləkə,
Bölünməyək bölgə-bölgə,
Üstündən çəkilsin kölgə,
Daim azad yaşa, Vətən.

Həsrətlə gözlədik danı,
Qaranlığın sonu hanı?
Şəhidlərin axan qanı,
Gedəcək mi boşa, Vətən.

Ədalət yurdun yurddaşı,
Hopub qana qan yaddaşı,
Lazımsa yurda baş daşı,
Döndər onu daşa , Vətən.

Qarabağ

Bir tərəfin hündür dağlıq,
Bir tərəf aran ,Qarabağ.
Süküt əgər ölümdüsə,
Bu deyil çarən, Qarabağ.

Canımızdan ayrılıb can,
Tapdaqlarda verirsən can,
Qusdurmasaq düşmənə qan,
Sağalmaz yaran, Qarabağ.

Düşdüyümüz böyük tələ,
Dərdlər yükdü şələ-şələ,
Hamı verərsə əl-ələ,
Çəkilər boran, Qarabağ.

Heyif inandıq çatana,
Qoşulduq ara qatana,
Qənim olsun yurd satana,
Müqəddəs Quran ,Qarabağ.

Dünyaya,qoy, car olsun,car,
Gəlməyənə ar olsun,ar,
Arxa dursalar,arxan var,
Bütöv bir Turan, Qarabağ.