Blog

  • “Əl-kitab əl-müqəddəs” (Müqəddəs kitab) və ya “Kəlami-şərrif” (Şərəfli söz)

    Yaradanların ən gözəli olan Allah müxtəlif dövrlərdə insanları doğru yola yönəltmək üçün lövhi-məhfuzdan dünya səmasına ilahi, nurani, səmavi kitablar nazil etdi. Musa peyğəmbərə enən “Tövrat”, İsa peyğəmbərə enən “İncil”, Davud peyğəmbərə enən “Zəbur”, Məhəmməd peyğəmbərə enən “Qurani-Kərim”.
    ”Əl-Bəqərə”surəsində buyrulduğu kimi:

    “O kəslərə ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s. ) iman gətirir və axirətə də şəksiz inanırlar”.

    Və yaxud da:

    “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik! “(“Əl-Qədr”surəsi, ayə2)

    Hər bir dini kitab dövrün tələblərinə uyğun olaraq peyğəmbərlər vasitəsilə insanlara çatdırılrıdı.Allahla peyğəmbərlər arasında vəhylərə vasitəçilik edən,əmrləri peyğəmbərlərə çatdıran, Allah dərgahında xüsusi hörmətə sahib olan, dörd ən böyük mələyin ən böyüyü olan Həzrət Cəbrayıl (ə.) xüsusi rolu vardı.
    Allah tərəfindən dünyaya Həzrət Cəbrayıl (ə.) vasitəsilə göndərilən sonuncu kitab “Qurani-Kərim”dir.Bu haqda “Əş-şüəara” surəsinin 192-ci ayəsində buyurulur:

    “Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!”

    Müsəlman dünyasının müqəddəs və təməl kitabı “Qurani-Kərim” adlanır. ”Qurani-Kərim” ərəb mənşəli alınma sözdür. Azərbaycan dilində “Qiraət” mənasını bildirir. Müsəlman aləmində “Əl-kitab əl-müqəddəs” (Müqəddəs kitab) və ya “Kəlami-şərrif” (Şərəfli söz) kimi qəbul edilir. ”Qurani-Kərim” 114 surə, 6236 ayədən ibarətdir .Ərəb dilindədir. Aləmlərə rəhmət olaraq Lövhi-Məhfuzdan dünya səmasına nazil olan digər ilahi və səmavi kitablardan fərqli olaraq, “Qurani-Kərim” hissə-hissə təxminən 23 il (610-633-cü illər) nazil olub. 30 cüz (hissə) və 120 hizbdən (hissələrin qismləri) ibarətdir. “Bismillahir-Rəhmanir-Rəhim!” kəlməsi 113 surədə var. Şiə alimləri hesab edirlər ki, “Ət-Tövbə” surəsi “Əl-ƏnfaI” surəsinin davamı olduğu üçün “Bismillahir-Rəhmanir-Rəhim!” olmadan başlayır. 323.671 hərfdən, 77.807 kəlmədən, 77394 sözdən ibarətdir. Kitabın surələrinin sistemli şəkildə nazil olaraq tamamlanması məhz 633-cü ilə təsadüf edir.
    Dünyanın yaradımasının ilk və əsas şəxsi, nəbilərin sərvəri, kainatın fəxri, Həbibullah və Rəsulullah Peyğəmbər Əfəndimiz Həzrət Muhəmməd Mustafa (səlləllahu əleyhi və alihi və səlləm) buyurub:

    “Ümmətimin ən şərəfliləri, öndə gedənləri “Quran” hafizələridir”

    “Aranızda ən xeyirliniz “Quran”ı öyrənən və öyrədəndir”.

    “Hər kəs Allaha və Onun Peyğəmbərlərinə dost olmaq istəyirsə, “Quran”ı üzündən oxusun”

    “Qurani-Kərim”i ilk dəfə olaraq kitab halına salan Zeyd İbn Sabit olub. Peyğəmbər Əfəndimiz Həzrət Məhəmməd Mustafa ( səlləllahu əleyhi və alihi və səlləm) sağlığında kitab halına salmayıb. Dünyada islam dini yayılandan sonra “Qurani-Kərim” müxtəlif dillərə tərcümə olunmağa başladı. Azərbaycanda “Qurani-Kərim”in ərəb dilindən Azərbaycan türkcəsinə tərcümə olunması məhz Azrbaycanda Sovet hakiyyətini dağılması və müstəqillik əldə etməsindən sonrakı dövrə təsadü edir. ”Qurani-Kərim”i Azərbaycanda dövlət müstəqilliyimizi əldə etdikdən sonra Vasim Məmmədəliyev və Ziya Bünyadov tərcümə etdi. Çağdaş dövrdə “Qurani-Kərim”i Ədəbi Elektron Məkanında elektron kitab halına(daha çox odf və exe fomat) salındı.Azərbaycanın dini qurumu Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytında “Qurani-Kərim”in bütün surələri ayrı-ayrılıqda yazılı ədəbi dilin qaydalarına uyğun olaraq əlavə olunub.Hətta Azərbaycan Ədəbi Elektron Məkanında bir çox saytlara mp3 versiyaları da əlavə olunub.
    610-cu ildə Məkkə ilə Mədinə arasında olan Həra dağında Həzrət Cəbrayıl (ə.) vasitəsilə Həzrəti Məhəmməd Əli Mustafa ( səllallahu ələyhi və alihi və səlləm) çatdırılıb.”Əş-şuəra” surəsinin 195-ci ayəsində buyurulduğu kimi:

    “Özü də açıq-aydın ərəb dilində”.

    Müsəlman dünyasının müqəddəs və təməl kitabı, ilahi, nurani, səmavi kitabların sonuncusu “Qurani-Kərim”də iyirmi beş peyğəmbərin adı çəkilir:

    1. Hz. Adəm (ə.s) 14. Hz. Musa (ə.s)
    2. Hz. İdris (ə.s) 15. Hz. Harun (ə.s)
    3. Hz. Nuh (ə.s.) 16. Hz. Davud (ə.s)
    4. Hz. Hud (ə.s) 17. Hz. Süleyman (ə.s)
    5. Hz. Saleh (ə.s) 18. Hz. Zülkifl (ə.s)
    6. Hz. İbrahim (ə.s) 19. Hz. İlyas (ə.s)
    7. Hz. İsmayıl (ə.s) 20. Hz. Əl- Yesə (ə.s)
    8. Hz. Lut (ə.s) 21. Hz. Yunus (ə.s)
    9. Hz. İshak (ə.s) 22. Hz. Zəkəriyyə (ə.s)
    10. Hz. Yaqub (ə.s) 23. Hz. Yəhya (ə.s)
    11. Hz. Yusuf (ə.s) 24. Hz. İsa (ə.s)
    12. Hz. Eyyub (ə.s) 25. Hz. Məhəmməd (s.ə.v)
    13. Hz. Şueyb (ə.s)

    İlk nazil olan “Əl-Ələq”surəsinin ilk beş ayəsidir. Sonuncu nazil olan surə isə “Ən-nəsr”surəsidir.“Qurani-Kərim”də 113 surə “Bismillah”la başlayır. “Qurani-Kərim”in yalnız ”Əl-nəml”surəsinin əvvəlində və otuzuncu ayəsində “Bismillah” kəlməsi iki dəfə işlənir.

  • Peyğəmbər Əfəndimiz Həzrət Muhəmməd Mustafa (səlləllahu əleyhi və alihi və səlləm) hədislər

    – “Ümmətimin ən şərəfliləri, öndə gedənləri “Quran” hafizələriridr”

    – “Aranızda ən xeyirliniz “Quran”ı öyrənən və öyrədəndir”

    – “Hər kəs Allahın və Onun peyğəmbərlərinin dostu olmaq istəyirsə, “Quran”ı üzündən oxusun”

    – ““Bismillahir-Rəhmanir-Rəhim!” hər bir yazının başlığıdır”

    – “Allah sevdiyi bəndəsini çətinliyə salar ki, onun arzularını eşitsin”

    – “Allah ata-anaya yaxşılıq edən insanın ömrünü uzadar”

    – “Qızım Fatimə dünya xanımlarının xanımıdır”

    – “Qızım Fatimə canımın bir parçasıdır”

    – “Sədəqə var-dövləti artırar”

    – “Əgər yaxşı işindən sevinib, pis işindən narahat olursanda, deməli, möminsən”

    – “Özün üçün istədiyini xalq üçün də istə ki, mömin olasan”

    – “Hər bir müsəlmana elm öyrənmək vacibdir”

    – “Biliyi yazı ilə əldə edin”

    – “Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır”

    – “Alimin mürəkkəbi və şəhidin qanı göylər üçün eyni rəngdədir”

    – “Beşikdən qəbrədək elm öyrənin”

    – “Elm Çində də olsa, onun ardınca gedin”

    – “Mənə bir hərf öyrədənin quluyam”

    – “Xeyirlərin hamısı bir otağa yığılmışdır, onun açarı isə dünyaya meyil göstərməməkdir”

    – “Xəstəlik günahları təmizləyər”

    – “Qəzəbləndiyin zaman Allahı düşün”

    – “Dikbaş, şöhrətpərəst və loğva olmayın”

    – “Allah bir bəndəni o birinin yanında üstün görmək istəməz”

  • Həzrət Əmirəl-Möminin İmam Əli (əleyhis səlam) hədislər

    – “Dünyada gördüyün bu qədər əziyyətlərə rəğmən, qəlbini dünyaya bağlamağın nadanlıqdır”

    – “Axirətdən möhkəm yapış ki, dünya sənə kçik gəlsin”

    – “Axirətin heç bir əvəzi yoxdur və dünya insanın qiyməti deyil”

    – “Kim axirəti çox yadına salsa, günahı və Allaha qarşı itaətsizliyi az olar”

    – “Dünya qurtaran, axirət isə əbədidir”

    – “Dünya səndən ayrılan, axirət isə sənə yaxındır”

    – “Dünya bədbəxtlərin arzusu, axirət isə xoşbəxtlərin qurutuluş və uğurudur”

    – “Dünyaya rəğbəti ola-ola axirət üçün iş görmək faydasızdır”

    – “Ən fəzilətli zikr “Quran” oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur”

    – “Fəzilətlərin zirvəsi elmdir”

    – “İzzət istəyirsənsə, onu Allaha itaətdə axtar”

    – “Kim səndən xeyir umarsa, onu ümidsiz etmə”

    – “Kim Allaha bəndəlik etsə, Allah bütün əşyaları onun bəndəsi edər”

    – “Kim Allahın əzəmətini düşünərsə, mat-məəttəl qalar”

    – “Kim düşünsə, gözü açılar”

    – “Uzaqgörən şəxs odur ki, nəfsə qarşı itaətsizlik, Allaha qarşı itaət göstərir”

    – “Xoş o kəsin halına ki, ömrü qısadır və onu qənimət sayır”

    – “İslamdan böyük şərəf yoxdur”

    – “Əcəl möhkəm qaladır”

    – “Əcəl nə gözəl dərmandır”

    – “Hər şeyin müddəti və sonu vardır”

    – “Ömürlər sədəqə verməklə uzanır”

  • “ÖZÜMÜ SUMQAYITLI ADLANDIRIRAM VƏ BUNUNLA QÜRUR DUYURAM”

    Axşamüstü idi. Günəşin sönməkdə olan şəfəqləri üfüqdə batmaqda idi. Hava sərin və mülayim olduğundan şəhər bulvarında adam çox idi. Dənizdən əsən sərin meh insanların sifətlərində oynayır, qəlblərdə xoş bir ovqat yaradırdı.
    Sahildə əyləşib söhbət edirdik. 40 ildir ki, biri-birimiz tanıyırıq. Jurnalistik fəaliyyətimdə ilk dəfədir ki, onun haqqında, keçdiyi həyat yolundan, Sumqayıtın bir vurğunu kimi gördüklərindən, eşitdiklərindən, ən başlıcası isə əməllərindən yazmaq fikrinə düşdüm. Etiraf edim ki, bu illər ərzində bir neçə dəfə ona müraciət etməyimə baxmayaraq həmişə təvazökarlıq edib, “məndən layiqliləri var” deyirdi. Bu səfər isə inadımdan əl çəkmədim. Və biz dəniz kənarında əyləşib söhbət etməli olduq.
    Həmsöhbətim Nasir Rzayevdir. Bakıda, Sumqayıtda onu yaxşı tanıyırlar. Müxtəlif vəzifələrdə çalışıb. Bu haqda sonra məlumat verəcəyəm. Məni maraqlandıran onun Sumqayıt haqqında dedikləridir.
    -Nasir müəllim, Siz Sumqayıtın təəccübkeşlərindən birisiniz. Sizi bu şəhərə bağlayan nədir?
    -Mən 1947-ci ildə Bakının Sumqayıt rayonunun Pirəküşkül kəndində anadan olmuşam. Sumqayıt 1949-cu ildə şəhər statusu aldı. 1950-ci ildən taleyimi bu şəhərə bağladım. Özümü dərk edəndən Sumqayıtın necə ayaq açıb böyüdüyünün canlı şahidi olmuşam. Gördüklərim bir hekayədir, kitabdır, dactandır desəm, yanılmaram. Ən başlıcası onun ləyaqətli və zəhmətkeş insanlarıdır. Sual verirsiniz ki, məni bu şəhərə bağlayan nədir? Cavab verirəm: Uşaqlığımın şirin xatirələri. Hər küçə, məhəllə, mikrorayon, mədəniyyət evləri, mədəni-maarif ocaqları, Nəsimi adına park gözlərim qarşısında tikilib, ucaldılıb. Bunları dil ilə söyləmək azdır. Bunları görmək və yaşamaq lazımdır. Gənclik şəhəri Sumqayıtdan 2 yaş böyük olsam da, xoşbəxtəm ki, taleyimi bu şəhərlə bağladım, onunla böyüdüm. Mən özümü sumqayıtlı adlandırıram və bununla qürur duyuram. Bu bir, İkincisi, hiss edəndə ki, bütün bu nəhəng, mən hətta deyərdim ki, möhtəşəm layihələrin həyata keçirilməsində mənim də az-çox əməyim olub, onda Sumqayıta necə bağlanmayasan? Hə?
    -Sumqayıtın qurucuları həqiqətən böyük hünər göstəriblər. Az bir zamanda nəhəng bir şəhər salıblar. Siz bir çox rəhbər vəzifəli şəxslərlə işləmisiniz. Kimin əməyini qeyd etmək istərdiniz?
    -Bu suala konkret cavab verib, birinin adını çəkib, o birisini unutmaq düzgün olmazdı. Şəhər rəhbərlərinin heç birinini üzərinə kölgə salmaq fikrində deyiləm. Hər birisinin az-çox Sumqayıtın inkişafında əməyi ilib. Bu, danılmaz bir faktdır. Biz cavan olanda, elə indinin özündə də, yeri düşəndə, Kamran Hüseynovun, Kamal və Kərim Axundovların adlarını iftixarla çəkirik. Bu nə deməkdir? Bu insanlar Sumqayıtın əsl vətənpərvəri, cəfakeşi olublar. Bu şəhərlə yaşayıblar, nəfəs alıblar. Ona görə də unudulmurlar, yaddaşlarda yaşayırlar. Bu sözləri mən hal-hazırda Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir müəllim Fərəcov haqqında da demək istərdim. Onu tərifləməkdən çox-çox uzağam. Bunun ona heç ehtiyacı da yoxdur. Bununla belə, deməmək də insafsızlıq olardı. Zakir müəllimin son iki ildə gördüyü möhtəşəm işlər ölçüyəgələn deyil. Bu insanın bacarığı, qabiliyyəti, təşkilatçılığı bir daha onu sübut etdi ki, əgər boya-başa çatdığın şəhərin əsl təəssübkeşisənsə, ona can yandırırsansa deməli, iradəli adamsan, böyük ürək sahibisən. Bax, biz Sumqayıt bulvarında əyləşib çay içirik. Belə bir bulvarı bir ilə başa çatdırnaq möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin təbirincə desək, əsl möcüzədir. Məgər düz demirəm?
    -Sizinlə razıyam.
    -İnsan qarşısına məqsəd qoyanda və onun məsuliyyətini dərk edəndə dağı dağ üstə qoya bilər. Burada Şəhriyarın iki misrası yada düşür.
    Dünyada ən gözəl şah əsərləri,
    Yaratdı zəhmətin cəsur əlləri.
    Zəhmətsiz inkişaf, tərəqqi yoxdur. Sumqayıt bu gün özünün ikinci həyatını yaşayır. Dirçəliş həyatını. Bunu hər bir sumqayıtlı görür, bəyənir, alqışlayır.
    HAŞİYƏ: Bu il Nasir Rzayevin 70 yaşı tamam oldu. Müdrik yaş dövrüdür. Onun maraqlı, zəngin həyatı var. Geriyə boylananda çox şeylərin şahidi olmaq olar. Uğurları da olub, büdrəmələri də. Lakin bədbinliyə qapılıb geriyə çəkilməyib, əksinə, özündə inam, cəsarət tapıb irəliyə doğru addımlayıb. İstəyinə nail olub. Həyatın əsas şərtlərdən biri və ən başlıcası odur ki, bu həyatı gərək layiqli yaşayasan, şərəfli ömür sürəsən. Həyat mürəkkəbdir və mübarizədən ibarətdir. Bu, aqillərin sözüdür. Kiməsə yaxşı, kiməsə pis olmaq insan istəyindən çox vaxt asılı olmur. Bununla belə, insan xarakterində mərdlik, cəsarət, səmimiyyət və inam varsa, deməli, həmin adamın ictimaiyyət arasında hörməti də var. Nasir müəllim bu hörmətin sahibidir.
    -Nasir müəllim, bulvarımız həqiqətən gözəldir. Bir jurnalist kim xaricdən gələn turistlərdən müsahibələr almışam. Onlar bulvara valeh olublar.
    -Təkcə bulvaramı? Mən hərdən maşına minib şəhəri gəzirəm. Əvvəla uşaqlıq və gənclik illərim yadıma düşür. Burada olan üzüm plantaslyaları, zeytun bağları, incir və akasiya ağacları. Hər biri haqqında saatlarla danışmaq olar. Deyirlər, yol mədəniyyətdir….
    -Bağışlayın, sözünüzü kəsirəm. Mənimlə bir məhəllədə yaşayan dostum İslam 25 il bundan əvvəl Amerikaya köçüb. Yayda gəlmişdi. Mənə dedi ki, Sumqayıta gecə vaxtı gəldim. Şəhərə daxil olanda düşündüm ki, ünvanı səhv salmışam. Son illərdə olan dəyişiklərə heyran qaldı.
    -Bunu təkcə sənin dostun demir. Bunu Sumqayıta təşrif buyuran xarici qonaqlar, rəsmi nümayəndələr də qeyd edirlər. Əvvəllər televiziya vasitəsilə ayrı-ayrı rayonlarda Heydər Əliyev mərkəzinin yaradılmasını görəndə onlara qibtə edirdim. Sumqayıtda da yaradılmışdı. Lakin bu sumqayıtlıların arzu və istəklərini tam təmin etmirdi. Zakir Fərəcovun bilavasitə təşəbbüsü ilə Heydər Əliyev mərkəzi yaradıldı, Ulu öndərin heykəli ucaldıldı. Bu bina öz möhtəşəmliyi ilə başqalarından fərqlənir. Buna ancaq sevinmək lazımdır.
    Haşiyə: Nasir Rzayev Sumqayıt şəhər 13 saylı orta məktəbin məzunudur. Azərbaycan Neft və Kimya institutunu bitirib. Əmək fəaliyyətinə Azərbaycan boru-prokat zavodundan başlayıb. Gənclik illərində boks idman növü ilə məşğul olub. Həmin dövrü xatırlayanlar Nasirin idmanda qazandığı uğurlarından həvəslə danışırlar. O, 1965-1968-ci illərdə Azərbaycan çempionu adına layiq görülüb. 1965-1973-cü illərdə Azərbaycanın yığma komandasının üzvü olub. Bir çox mötəbər yarışlarda fəal iştirak edib. Azərbaycan idmanının şərəfini həmişə yüksəklərə qaldırıb. 1971-ci ildə Sumqayıtda SSRİ Nazirlər Sovetinin prizi uğrunda boks yarışları keçirilirdi. Nasir bu yarışda da fərqləndi. Yüksək kürsüyə qalxaraq qızıl medala layiq görüldü. 1971, 1972, 1973-cü illərdə Rovno, Nikolayev, Xmelnitski şəhərlərində Ümumittifaq yarışlarında Nasir Rzayevə böyük ümidlər bəslənildi. O, bu ümidləri ləyaqətlə doğrultdu. Bütün rəqiblərinə qalib gələrək Azərbaycana qızıl medallarla qayıtdı. Bu, Azərbaycan boks idman növündə nadir hadisələrdən hesab olunurdu. Nasir qazandığı nailiyyətlərə görə SSRİ idman ustası adına layiq görülmüşdür.
    -Dediyiniz kimi taleyinizi Sumqayıta bağlamısınız. Sizi daha şox sevdirən nədir?
    -Xəzər dənizi, bir də onun mehriban və qonaqpərvər insanları. Çox ölkələrdə, şəhərlərdə olmuşam. İnanmazsınız iki gündən sonra döğma şəhərim, Xəzər dənizi üçün darıxmağa başlamışam. Sumqayıt gözəlləşdikcə ona daha çox bağlanıram. Dəyişikliklər məni sevindirir. Yeni göydələnlər, mehmanxanalar, şadlıq sarayları, banklar, məktəblər. Adamın ürəyi açılır. Dizayn baxımından Şahmat və musiqi məktəbləri necə də yaraşıqlıdır. Şəhərin infrastrukturunu gözəlləşdirib. Bütün bunlarla yanaşı, şəhərimizdə mövcud olan problemlərdən və onların həlli yollarından qısa da olsa, danışmaq istərdim. Yəqin fikir vermisiniz, hündür binalarda lift problemi, damların yağışdan sonra gölməçəyə çevrilməsi – bütün bunlar əhalinin haqlı narazılığına səbəb olurdu. İndi vəziyyət necədir? Şəhər rəhbərliyi tərəfindən liftlər yeniləri ilə əvəz olunub. Dam örtüklərinin əksəriyyəti dəyişilib və bu iş bu gün də davam etdirilir. Məgər bütün bunlar əvvəlki illərdə görülə bilməzdimi? Bu suala belə cavab vermək istəyirəm. “Sumqayıt təəssübkeşliyi”. Şəhəri sevmədən ona can yandıra bilməzsən. Sumqayıtı həqiqi mənada sevənlər şəhər rəhbərliyinə yaxından kömək etməlidirlər.
    -Yol mədəniyyətdir. Adətən belə deyirlər.
    -Fikrinizi tutdum. Yol həqiqətən mədəniyyətdir. Zakir müəllim icra başçısı təyin olunan gündən Sumqayıtın girişindən başladı. Birincisi, yollar genişləndirildi. Milli üslubda hasarlar çəkildi, gül-çiçək əkildi, palma, çinar ağacları salındı, işıq sistemi quraşdlrıldı. İkincisi, Novxanıdan Sumqayıta uzanan yol və ətrafında olan yenidənqurma işləri, güllərin və yaşıl zolaqların salınması şəhərin magistral yolları – bütün bunlar Avropa standartlarına uyğun olduğunu sübut edir. Sumqayıta gecələr daxil olanlar sanki nağıllar aləminə düşür. Çox gözəldir. Axı, hər hansı bir şəhərə qonaqlar gələndə onun yollarına fikir verirlər. Yuxarıda qeyd etdim ki, bir çox şəhərlərdə olmuşam. Gözəl yolları olan şəhərlərin özü də gözəl, təmiz, rahat və yaraşıqlıdır. Yolları bərbad olan şəhərlərdə isə bunu görmək mümkün deyil.
    HAŞİYƏ: Nasirin əmək yolu uğurlu olub. Bunu təsadüf və yaxud bəxt kimi qiymətləndirmək düzgün olmazdı. Bunun üçün böyük zəhmət və gərgin əmək tələb olunurdu. Ən başlıcası isə məsuliyyət hissi. Bu olmadan heç bir yüksəlişə nail olmaq qeyri-mümkündür. Nasir Rzayev Azərbaycan boru-prokat zavodunda fəhlə işlədikdən sonra onun bacarığını, qabiliyyətini və təşkilatşılığını nəzərə alıb 2 saylı tikinti trestinin təchizat şöbəsinin müdiri vəzifəsinə təyin etdilər. Bildiyimiz kimi Sumqayıt inkişaf edirdi, yeni-yeni sənaye müəssisələri, sosial-mədəni obyektlər tikilirdi. Onları da lazımi tikinti materialları ilə vaxtında təmin etmək üçün təchizatın rolu olduqca böyük idi. Əgər hər hansı ləngimələr olurdusa, tikintidə boşdayanmalar əmələ gəlirdi, bu da şəhər rəhbərliyi və nazirlik tərəfindən narazılıqla qarşılanırdı. Nasir müəllim isə bu işin öhdəsindən layiqincə gəlirdi. Məhz buna görə tezliklə təchizat idarəsinin rəis müavini oldu. Burada da özünü göstərdi. Onun qabiliyyətli təchizatçı olduğu haqqında Bakıda da danışıldı və cavan kadr Nasir Rzayev Azərbaycan Dövlər Təchizat Komitəsinin “Metal” və “Kimya” bazalarının direktoru vəzifəsinə irəli çəkildi. Onun namizədliyini irəli sürənlər yanılmadılar. Nasir burada da özünü döğrultdu.
    -Az-çox Sumqayit haqqında danışdıq. Əmək fəaliyyətiniz də bizə məlumdur. Sizi ən çox narahat edən nə idi?
    -Sumqayıtın ekologiyası. Biz səhərlər məktəbə gedəndə hava dumanlı olardı. Xalq arasında ona “qazovka” deyərdilər. Gözlərimizdən yaş gəlirdi, nəfəs almaq olmurdu. İndiki cavan nəsil bunun nə demək olduğunu bilmirlər. Sizə bir misal çəkim. Dünyada kəpənəklər ekoloji cəhətdən təmiz olan ərazilərə meyl edirlər. Son illər Sumqayıtın parkında, bulvarında, bağlarında kəpənəklərin uçuşunu görəndə Sumqayıtın ekologiyasının müsbət tərəfə dəyişildiyinin çahidi olursan. Təsəvvür edin: civə, xlor, sulfat turşusu, ftor alüminium, qliserin istehsal edən kimya zavodlarının hamısı sökülmüşdür. Bu dövlət siyasətinin irəli atdığı uğurlu addımlardan biridir.
    -Sizi Sumqayıt ictimaiyyəti yaxşı tanıyır. Fəallar yığıncaqlarında çox vaxt çıxış etməli olursunuz. Bu nədir, yuxarıdan tapşırıq, yoxsa təlabat?
    -Heç bir vaxt sifarişlə çıxış etməmişəm. Məni narahat edən problem olanda söz istəmişəm, məsələ qaldırmışam. Onun həlli yolunu göstərmişəm. Həmin işi mənim özümə tapşıranda isə canla-başla işə girişmişəm. Həyatımda belə hallar çox olub.
    -Belə çıxır ki, özünüz özünüzə iş açırdınız.
    -Belə deməzdim. Əgər hər hansı bir problem Sumqayıtla bağlı olurdusa etiraz etmirdim. Razılıq verməsəydim, özümü necə sumqayıtlı adlandıra bilərdim?
    HAŞİYƏ: Nasir Rzayev bir neçə il Bakıda “Azərmetaltəchizat” baş idarəsinin rəisi vəzifəsində çalışıb. İşlədiyi müddətdə əmək fəaliyyətindən həmişə razılıq ediblər. “Azərsənayetikinti” tresinin direktoru olanda da kollektivin hörmətini qazanıb. Tələbkarlığı, prinsipiallığı, işgüzarlığı ilə seçilib. 1990-cı illərin əvvəllərində Sumqayıt əhaliyə məişət xidməti idarəsinə rəhbərlik edib. 1992-ci ildə Xalq cəbhəsinin apardığı siyasət onu razı salmadı, könüllü olaraq işdən çıxdı. Lakin onun bacarıqlı bir kadr olduğu çoxlarının yadında qaldı. 1993-cü ilin sonunda Nasir Rzayev Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini təyin olunur. Burada çalışdığı müddətdə vəzifəsini layiqincə yerinə yetirirdi.
    -Sizə belə bir sual vermək istəyirəm. Bir neşə il Bakıda məsul vəzifədə çalışmısınız. Bakıya köçmək niyyətiniz olmayıb?
    -Bu sualın veriləcəyini hiss edirdim. O vaxtlar buna hər cür imkan vardı. Hətta Azərbaycan Respublikası Dövlət Təchizat Komitəsinin sədri Rəhim Hüseynov mənə dedi ki, “gəl köç Bakıya. Bakıya gəlib-getmək səni yorar”. Zarafatla cavab verdim ki, idmançı nə vaxt yorulur ki? Gülüşdük. “Özün bilən məsləhətdir”, dedi. Həm də doğma şəhərimdən ayrıla bilməzdim. Bu, mən tərəfdən xəyanət olardı. Sumqayıtı çox sevirəm, onu heç bir şəhərə dəyişmərəm. Sumqayıt mənim uşaqlıq, gənclik illərim, arzular və istəklər şəhərimdir.
    -Siz Sumqayıtın rəhbərlərindən biri olduğunuz vaxtda ölkə bazar iqtisadiyyatına yenicə keçmişdi. Müəssisələr tənəzzülə uğrayır, fəhlələr ixtisar olunur, əməkhaqqı gecikdirilirdi.
    -Həmin illər xalqımız üçün həqiqətən ağrılı günlər idi. Azərbaycan Ermənistan konflikti artmaqda idi. Cəbhə bölgəsində ağır döyüşlər gedirdi. Sumqayıta hər gün şəhid gətirilirdi. Bu da insanlarda psixoloji durumu gərginləşdiririrdi. Xalq cəbhəsindən bizə ağır miras qalmışdı. Ölkədə hərc-mərclik baş alıb gedirdi. Nə yaxşı ki, Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə Bakıya qayıtdı. Az bir zamanda ölkədə özbaşınalığa son qoydu, atəşkəsə imza atdı. Azərbaycanı parçalamaqdan qorudu, milli ordu yaratdı. İqtisadi islahatlara təkan verdi. Neft siyasəti müəyyənləşdi. Azərbaycanı bütün dünyada humanist, sülsevər bir dövlət kimi tanıdılar. Bütün bunları unuda bilmərik. Bu, bizim tariximizdir.
    1990-cı illərin əvvəllərində şəhər icra hakimiyyətinin başçısı Şakir Abuşov idi. Onun rəhbərliyi ilə Sumqayıta pənah gətirmiş qaçqınlara diqqət və qayğı artırıldı. Onların yerləşdirilməsində bir çox işlər aparıldı. Ən başlıcası doğma ocaqlarından didərgin düşmüş insanlarla xoş ünsiyyət yaratdı, dərdlərinə şərik oldu, onların xeyir-şər məclislərində yaxından iştirak etdi. Bunu unutmaq olmaz. Bir məsələyə də toxunmaq istəyirəm. Həmin ağır günlərdə Zakir Fərəcov Sumqayıt şəhər Mənzil-İstismar idarəsinin baş direktoru idi. O zaman onda olan vətənpərvərliyi, təəssübkeşliyi bir daha canlı şahidi oldum. İclaslarda bir yerdə oturardıq, hər ikimiz şəhər xalq deputatları sovetinin deputaı idik. İcra hakimiyyəti bir sıra problemlər qarşısında çətinlik çəkəndə Zakir müəllimə müraciət edərdi. Onun leksikonunda “yox” sözü olmazdı. O, qaçqın ailələrinə maddi və mənəvi yardımlar edirdi. Onların yerləşdirilməsi üçün müxtəlif vasitələrə əl atırdı, üstəlik işlə də təmin edirdi. Bunu deməkdə məqsədim var. Z.Fərəcov Sumqayıtın ağır və xoş günlərində onun təəssübünü çəkib. Bunu tam məsuliyyətimlə deyirəm.
    Uzun müddət Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Sumqayıt icra hakimiyyətinin nümayəndəsi olmuşam. Burada da canla-başla çalışmışam. Hər bir işə məsuliyyətlə yanaşmışam. Çalışmışam ki, qəsəbə onun adını daşıyan Hacı Zeynalabdin Tağıyevin adına layiq bir qəsəbə olsun. Əlimdən nə gəldi etdim. Qəsəbə sakinləri bunu daha yaxşı qeyd edə bilərlər. Zakir müəllim əməyimi yüksək qimətləndirib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Bundan böyük qiymət olarmı?
    Artıq təqaüddəym. Bununla belə, şəhər fəalları ilə tez-tez görüşür, fikir mübadiləsi aparıram. Hər hansı bir problemin həll olunmasılnda ehtiyac duyulsa, təmannasız kömək etməyə hazıram.
    -Siz Kərbalada, Məkkədə ziyarətdə olmusunuz. Müqəddəs torpaqlara ayaq basanda hansı hissləri keçirdiniz?
    -Müqəddəs torpağa ayaq basanda sanki çiynimdən ağır bir yük götürüldü, daxilən yüngülləşdim, saflaşdım. Elə bil həyatda böyük bir borcumu ödədim. Bu hissləri danışmaq yox, görmək və yaşamaq gərəkdir. Hamıya arzu edirəm ki, müqəddəs sayılan ziyarətgahlarımızı ziyarət etsinlər.
    -Təxminən 15 il bundan əvvəl Sizə belə bir sual verilmişdi: “Sumqayıtlılara arzunuz?”. Siz belə cavab vermişdiniz: “Sumqayıta elə rəhbərlər gəlsin ki, az bir zamanda bu şəhəri dirçəltsinlər, mənəviyyatı zənginləşdirsinlər. Əvvəlki illərin abı-havası özünə qayıtsın”. Nə əlavə edərdiniz?
    -Görürsünüz, dediklərim artıq gerçəkləşib. Sumqayıta layiqli rəhbər gəlib. Şəhərimiz az bir zamanda dirçəldi, tanınmaz oldu. Sumqayıtın getdikcə gözəlləşəcəyinə və böyük nüfuz sahibi olacağına inanıram. Sumqayıtlılara arzum isə budur: Sumqayıtı sevin, qoruyun, inkişaf etdirin. Bu sizlərə ancaq başucalığı gətirər.
    Söhbətimiz bununla yekunlaşdı. Günəş batmışdı. Hava da qaralmışdı. Neon lampaları isə bulvarı çıraqban etmişdi. Dənizdən əzən sərin meh insanların istirahətini daha mənalı və maraqlı edirdi. Burada dincələnlər bulvarı salanlar haqqında xoş sözlər söyləyirdilər. Biz də bu xoş sözlərə qoşulub biri-birimizdən ayrıldıq. Evə yollandım, qələmi əlimə alıb müsahibəni hazırladım və imzamı qoydum.

    Eyruz Məmmədov,
    Respublikanın əməkdar jurnalisti

  • “SUMQAYIT–ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ARZULARININ GERÇƏKLƏŞDİYİ ŞƏHƏR”

    Biz Sumqayıt şəhərinin sənaye müəssisələrinə, başqa sahələrinə də çox ciddi diqqət veririk, onların canlanması üçün, müasir səviyyəyə qalxması üçün bir çox tədbirlər görürük. Əmin ola bilərsiniz ki, Sumqayıt şəhəri bütün Azərbaycan üçün nümunə olacaq və burada adamlar xoşbəxt, firavan yaşayacaqlar. Bütün bunlar Azərbaycanın milli azadlığının və dövlət müstəqilliyinin bəhrəsidir.

    Heydər Əliyev
    Ümummilli lider

    Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret planlar vardır. Əslində, Sumqayıt sənaye şəhəri kimi formalaşmışdır, yaradılmışdır. İndi isə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf edir. Burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələri Azərbaycanda sənayeləşmə proqramının icrası üçün çox vacib rol oynayacaqdır.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti

    Giriş

    Bu il Sumqayıt şəhərinin 68 yaşı tamam olur. 22 noyabr 1949-cu ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Bakının Sumqayıt rayonuna rəsmi şəkildə Sumqayıt şəhəri statusu verilib. Şəhər statusu alarkən Sumqayıtın əhalisinin sayı cəmi 17 200 nəfər idi. Ötən 68 il ərzində Sumqayıt bir şəhər kimi tədricən formalaşmağa başlamış, yeni məhəllələr, mikrorayonlar salınmış və sənaye müəssisələri inşa edilmişdir. Otən dövr ərzində şəhər əhalisinin 20 dəfədən də çox artmasının kökündə də məhz həyata keçirilən bu tikinti işləri dayanır. İnsanlar, əsasən də gənclər respublikamızın bütün rayonlarından böyük ümidlərlə Sumqayıta gəlir, buradakı tikinti və quruculuq işlərində çalışır, sonra da ailə quraraq Sumqayıtı özlərinə tale şəhəri seçirdilər. Buna görə də uzun müddət Sumqayıt “gənclər şəhəri” adlandırılmışdır. SSRİ dövründə əsas kimya müəssisələri burada inşa olunduğundan, sonradan Sumqayıtın adına “kimyaçılar şəhəri” də əlavə olundu (əslində bu gün də Sumqayıt hər iki statusu adında qoruyub saxlayır).

    Ulu öndərin həmişə diqqətdə saxladığı şəhər

    Şəhərin tikilib-qurulma¬sında, inkişaf etmə¬sində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ona görə də Sumqayıtın adı Ulu öndərin arzularının gerçəkləşdiyi, böyük diqqət və qayğı göstərdiyi şəhər kimi ölkəmizin şanlı tarixinə düşmüşdür. Heydər Əliyevin Azər¬baycana rəhbərlik etməyə başladığı dövrdən Sumqayıt inkişafının yeni mərhə¬ləsinə qədəm qoymuş, mədəni-sosial obyektlərin, məktəb və yaşayış binala¬rı¬nın tikintisi daha sürətlə aparılmağa, maşınqayırma, qara və əlvan metallurgiya, yüngül sənaye, kimya sənayesi yüksək sürətlə inkişaf etməyə, istehsal olunan məhsullar yüzlərlə ünvana göndərilməyə başlamışdı.
    Ölkə iqtisadiyyatının tərəqqisində özünəməxsus rolu olan kimya sənayesinin daha sürətli və yüksək inkişafına xüsusi əhəmiyyət verən ulu öndər Heydər Əliyev vax¬tilə çıxışlarının birində deyirdi ki, «Sumqayıtda iri kimya kompleksi yaradarkən, biz bu¬nu Azər¬baycanda kimya sənayesinin inkişafı üçün etdik. Sənaye obyektlərinin və iri sənaye potensialının yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisədir. Qətiyyətlə deyə bilərəm ki, Sumqayıtda edilmiş hər şey Azərbaycan xalqının rifahının yük¬səlməsinə, bizim müstəqil respublikamızın iqtisadi potensialının yaradılmasına yönəl-dilmişdir».
    Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» sözləri onun respublikanın gələcək inkişafı üçün fikir və layihələrinin genişliyindən, əhatəliliyindən söz açır. Hələ 1969-82-ci illərdə respublikamıza rəhbərlik edərkən kimya sənayesinin inkişafına xüsusi əhəmiyyət verən Heydər Əliyevin gərgin səyləri nəticəsində yaradılmış iri kimya müəssisələri təkcə Azərbaycan iqtisadiyyatının deyil, bütövlükdə Za¬qafqaziyanın inkişafında həlledici rol oynamışdır. Yeni müəssisələrin yaradılması ilə yanaşı Heydər Əli-yev tərəfindən o zamankı mövcud müəssisələrin rekonstruksiyası üzrə böyük işlər hə¬ya¬ta keçirilmiş, bunun nəticəsində də bir çox istehsalat müəssisələrinin illik gücü xeyli artı-rılmışdı.
    Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Sumqayıtın iqtisadi xəritəsində bir çox yeni, müasir tipli sənaye ob¬yekt¬ləri yer almağa başladı. Şəhərdə tullantısız, müasir texnolo¬giyalar əsasında inşa edilmiş «Azkom¬pozit», «Güntex», «Basf Kaspian» müəssisələri, «Bismak» qida-sənaye kom¬plek¬¬si, “Gilan” tekstil, yeni Elektrik stansiyası, “Sağlam qida” aqrar-sənaye kompleksi və s. istifadəyə verilmiş, «Azərboru»nun istehsalat fəaliy¬yəti bərpa edilmişdir.

    Ümummilli liderin ideyalarına sadiqlik

    Bu gün regionların, o cümlədən Sumqayıtın sosial-iqtisadi inkişafında, şəhərin, simasının gözəl¬ləş¬dirilməsində Ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalan və bu siyasəti daha geniş miqyasda davam və inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müstəsna xidmətlə¬ri vardır. Prezident İlham Əliyevin Sumqayıta mütəmadi səfərləri, hər səfərin də təməl¬qoyma və ya açılış mərasimləri ilə müşayiət olunması bu gün Sumqayıtın regionun ən iri sənaye şəhərlə¬rindən birinə çevrilməsinin əsasını qoymuşdur. Respublika iqtisadiyyatının, o cümlədən Sumqayıt şəhərinin inkişafında müstəsna əhəmiyyəti olan Sum¬qayıt Texnologiyalar Parkının istis¬mara verilməsi ölkə-mizdə elektro¬energetikanın inki¬şafına, onun mövcud potensialının daha da möhkəmlən-diril¬mə¬sinə, enerji müəssisələ¬rinin yenidən qurulma¬sına və müasir¬ləşdirilməsinə geniş imkanlar açmışdır. Sumqayıtda Mis emalı zavodunun, “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılmış yağ fabri¬kinin, kağız və karton istehsalı kombinatının istis¬mara verilməsi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqa¬mətində atılmış yeni, çox vacib addım kimi dəyərləndirilməlidir.
    Dövlət başçısının Sumqayıta hər səfəri sumqayıtlıların yaddaşında silinməz izlər buraxıb. Bununla belə qeyd etməliyəm ki, 27 sentyabr 2016-cı il tarixli səfər digər səfərlərə nisbətdə daha zəngin, daha əlamətdar olmuş, Sumqayıt və sumqayıtlılar üçün yeni bir mərhələnin başlanmasının göstəricisinə çevrilmişdir. Möhtərəm Prezidentimizin bu tarixi səfərinin detallarına girməzdən öncə, bu səfərə qədərki son bir il ərzində Sumqayıtda həyata keçirilmiş layihələrə diqqət çəkmək istərdim. Son bir il deyəndə mən Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə hörmətli Zakir müəllim Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduğu gündən ötən bir ili nəzərdə tuturam.

    Öncə

    Öncə Zakir müəllim Fərəcovun ömür salnaməsinə qısa da olsa nəzər salmaqda bir fayda var məncə. Çünki rəhbər amili, idarəçilik səriştəsi və liderlik təcrübəsi günümüzün çox ehtiyac duyulan və mühüm əhəmiyyət kəsb edən məsələlərindəndir.
    Hamının yaxşı tanıdığı, işgüzarlığına, təşkilatçılıq qabiliyyətinə, siyasi dünyagö-rüşünə yaxından bələd olduğu Zakir Fərəc oğlu Fərəcov 63 illik ömrünün 40 ildən artığını təsərrüfat və dövlət işlərinə, ictimai-siyasi həyatımıza həsr edib. Gənc yaşlarından gənclik şəhəri Sumqayıtda əmək fəaliyyətinə başlayıb, bu şəhərin inkişafına, infrastrukturunun formalaşmasına və təkmilləşməsinə çalışıb. Sonra daha məsul vəzifələrə irəli çəkilib. Yaşadığı, çalışdığı hər il, hər ay onun ömür kitabının səhifələridir. Bu səhifələri vərəqlədikcə arxada qalan vaxtın, zamanın izləri görünür. Bu izləri göz önündə canlandırmaq isə biz qələm sahiblərinin borcudur.

    Ömürlüyündən

    Zakir Fərəc oğlu Fərəcov 1954-cü il fevralın 3-də Azərbaycanın füsunkar guşələrin-dən birində, Laçın rayonunun Qazıdərə kəndində anadan olub. Boya-başa çatdığı bu yerin ab-havası, doğma Laçının uca dağları, buz bulaqları, gur çayları sanki bu gəncin həyatına hopub. Ona görə də bu dağlar oğlu bir çox keyfiyyətləri ilə həmişə diqqət çəkib. Qurub-yaratmaq, təhsil almaq həvəsi 1971-ci ildə onu Sumqayıta gətirib. Əvvəlcə Sumqayıt «Suferfosfat» zavodunda işə başlayıb. 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk Vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan az sonra – 1975-ci ildə şəhər mənzil-təsərrüfatı sistemində əmək fəaliyyətini davam etdirməyə başlayıb. Müxtəlif vəzifələrdə çalışıb, bu sahənin işinə mükəmməl yiyələnib, gənclik şəhərinin gündən-günə çiçəklənməsindən, inkişaf etməsindən zövq alıb, sonsuz qürur duyub. 1975-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub və 1980-ci ildə bu ali təhsil ocağını müvəffəqiyyətlə bitirib.
    Zakir müəllimin işgüzarlığı, bilik və bacarığı, təşkilatçılıq qabiliyyəti şəhər rəhbərliyinin diqqətindən yayınmayıb. 1978-ci ildə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə isə baş direktor vəzifəsinə irəli çəkilib. Şəhər təsərrüfatındakı səmərəli fəaliyyəti yüksək qiymətləndirilən Zakir müəllim Fərəcov «Mənzil təsərrüfatı əlaçısı» adına layiq görülüb.
    Zakir müəllim Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə rəhbərlik etdiyi illərdə Sumqayıtda mənzil fondunun qorunmasına həmişə diqqət və qayğı göstərmiş, şəhərin yaşıllığa çevrilməsində, abadlaşdırılmasında, təmir-tikinti işlərinin aparılmasında bu insanın böyük zəhməti olmuşdur.
    Əslində Zakir müəllimin şəhər təsərrüfatına rəhbərlik etdiyi dövr ölkədə ictimai-siyasi hadisələrin ən mürəkkəb, ən ziddiyyətli dövrünə təsadüf etmişdir. Bir tərəfdən ermənilərin məkrli siyasəti Sumqayıtı öncədən hazırlanmış ermənilərin əli ilə toqquşmalara sürükləmiş, digər tərəfdən, nankor qonşular çirkin niyyətlərinə nail olmaq üçün Ermənistanda yaşayan soydaşlarımızın dədə-baba torpaqların¬dan zorla, güc vasitəsi ilə çıxarılmasını hədəf seçmişdilər. Onlar havadarlarının köməyinə arxalanaraq, yüz minlərlə soydaşımızı dədə-baba yurdlarından çıxarmağa nail oldular. Sumqayıta pənah gətirən soydaşlarımızın yerləşdirilməsi problemlər yaratmaya bilməzdi. Şəhər və təsərrüfat rəhbərlərinin təşkilat¬çılığı sayəsində bu məsələ tədricən həllini tapdığı bir vaxtda müharibə alovu şiddətlən¬məyə başladı. Azərbaycanın sərhəd rayonlarından qaçqın düşənlər respublikamızın müxtəlif bölgələrinə üz tutdular. Yüzlərlə, minlərlə qaçqın ailəsi Sumqayıtda müvəqqəti sığınacaq tapmalı oldu.

    Rəhbər amili və rəhbər keyfiyyəti

    Digər rayonlarımızla yanaşı Laçının işğalı hamını sarsıtdı. Qartalların qıy vurduğu dağlar, nəğmə deyən bulaqlar, çaylar, ucu-bucağı görünməyən meşələr namərdlərin əlinə keçdi. Sinəsini düşmənə sipər edən neçə-neçə mərd, igid oğullar şəhidlik zirvəsinə ucaldı. Keçid dövrü çoxlarını imtahana çəkdi. Kürsülər dolub-boşaldı, işi bilən də, bilməyən də bu kürsülərdə rahatlanmağa can atırdı. Ancaq Zakir müəllim heç vaxt şan-şöhrət arxasınca getməyib. Onun təşkilatçılıq qabiliyyəti, rəhbərlik səriştəsi, möhkəm iradəsi, ən başlıcası, insanlarla ünsiyyət qurmaq bacarığı həmişə diqqət mərkəzində olub və bu xüsusiyyətlərə malik olması Zakir müəllimə baş ucalığı gətirib, ona dərin hörmət qazandırıb, şan-şöhrət özü gəlib onu tapıb.

    Etimad

    Zakir Fərəcov heç vaxt vəd verməyi xoşlamayıb, işi konkret görüb. Odur ki, ona həmişə etimad göstərilib. Hələ o vaxtlar Sumqayıt şəhər Sovetinin deputatı seçilərkən əməli fəaliyyəti ilə seçicilərinin sevgisini qazanıb.
    Ölkəmizdə ilk dəfə keçirilən özünüidarəetmə orqanlarına, yerli bələdiyyələrə seçkilərdə də Zakir müəllim sumqayıtlıların etimadını qazanmış, 1999-cu ilin dekabrında şəhər əhalisi bu gözəl insana olan məhəbbətini və inamını ifadə etməklə şəhər bələdiyyəsinə üzv seçmişdir. 2000-ci il yanvar ayının 17-də Sumqayıt bələdiyyəsinin ilk iclasında ilk sədr seçilmək onun qismətinə düşmüşdür. Növbəti seçkilərdə Zakir müəllim etimadı doğruldaraq ikinci dəfə bu vəzifəyə yüksəlmiş və yenidən bələdiyyə sədri seçilmişdir.
    Zakir müəllim ilk vaxtlardan yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin genişlən¬məsinə, strukturunun formalaşmasına səy göstərmiş və işlərini sahmana sala bilmişdir. Onun apardığı məqsədyönlü işlərin nəticəsində Sumqayıt şəhər Bələdiyyəsi 2001-ci ildə «İlin bələdiyyəsi» elan edilmiş, 2002-ci ildə isə o, «İlin işgüzar bələdiyyə başçısı» adına layiq görülmüşdür. Sonrakı illərdə isə Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı və «Bələdiyyə bayrağı» döş nişanı ilə təltif edilmişdir.
    Zakir müəllim Sumqayıt Bələdiyyəsinin sədri kimi şəhərin abadlaşdırılmasında, tikinti-quruculuq işlərinin aparılmasında az zəhmət çəkməmişdir.

    Növbəti etimad

    Zakir Fərəcov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə Abşeron rayon İcra hakimiyyətinin başçısı təyin olunmuş, genişmiqyaslı quruculuq işlərini Abşeron rayonunda davam etdirmişdir.
    Bu gün Abşeronun yaşayış massivlərinə baxdıqca adamın ürəyi açılır. Xırdalan qəsəbəsi 2008-ci ildə şəhər statusu alandan sonra daha da gözəlləşib, daha da müasirləşib. Heydər parkında Ulu öndərin əzəmətli abidəsi ucaldılıb. Bu böyük şəxsiyyətin həyat yolunu əks etdirən muzey yaradılıb.
    Xırdalan şəhərinin yolları yenidən qurulub. Özəl mənzil tikintisi geniş vüsət alıb. Körpülər tikilib, istehsal müəssisələri işə salınıb. Zakir müəllim, sözün həqiqi mənasında, bu rayonu, onun şəhər və qəsəbələrini cənnətə döndərib. Hələ infrastruktrun yeniləşmə-sindən, kommunal xidmətlərinin yaxşılaşmasından, insanlara göstərilən diqqət və qayğıdan söz açmadım. Bütün bunlar göz qabağındadır. Yeni məktəblər, uşaq-tərbiyə müəssisələri, sosial-məişət obyektləri, dünya standartlarına cavab verən iri ticarət mərkəzi, müasir və milli memarlıq ornamentlərini özündə əks etdirən hündürmərtəbəli yaşayış binaları Xırdalan şəhərinin gözəlliyinə xüsusi yaraşıq verir. Abşeron rayon İcra Hakimiyyətinin yeni, müasir üslublu inzibatı binası isə bu gözəlliyə işıq salır. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli Sərəncamına əsasən Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə, rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə Zakir Fərəcov “Şöhrət” ordeni ilə təltif edilir.

    Yenidən Sumqayıtda

    Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
    Bildiyimiz kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən Bakı ilə yanaşı respublikamızın bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə respublikamızın ikinci böyük şəhəri sayılan, Bakı standartlarına uyğunlaşdırılması bir prioritet kimi qarşıya qoyulan Sumqayıtda xüsusi diqqətlə yanaşılır. Zakir müəllim Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra qısa müddət ərzində Sumqayıtın əsas girişindən başlayaraq “Göyərçin” abidəsinə qədər 5,2 kilometrlik Sülh küçəsinin yenidən qurulması, eni 14 metr olan küçənin hərəkət hissəsinin 22 metrə çatdırılması, yeni səkilərin salınması, yolun hər iki tərəfində yağış sularının axıdılması üçün suötürücülərin çəkilməsi, yol boyunca on minlərlə ağac və gül kollarının əkilməsi şəhərə daxil olanlarda ilkin təəssüratın formalaşması baxımından mühüm əhəmiyyət daşıyan bir layihə idi.
    Ümummilli liderin adını daşıyan parkın genişləndirilmiş şəkildə yenidən qurulması, yeni Heydər Əliyev Mərkəzinin tikintisi, Mərkəzin qarşısındakı meydanda Ulu öndərin əzəmətli abidəsinin ucaldılması, elə bu parkın ərazisində yeni Uşaq İncəsənət Məktəbinin, eyni zamanda gözəl memarlıq üslubunda Şahmat Məktəbinin tikilib istifadəyə verilməsi Zakir müəllimin təyinatından sonra sumqayıtlılara bəxş olunan töhfələrdir.
    Sumqayıtda icra olunan, uşaqdan böyüyə hər bir sumqayıtlının sevincinə səbəb olan layihələrdən biri də Dənizkənarı bulvarın və şəhər çimərliyinin gözoxşayan tərtibatla yaradılmasıdır. Qeyd edim ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğunda olan bu bulvar kompleksi ümumilikdə 106 hektar ərazini əhatə edir.
    Bu layihələrin, tikinti, quruculuq və abadlıq işlərinin sumqayıtlılar üçün nə dərəcədə əhəmiyyət kəsb etməsini Prezident İlham Əliyevin açılışlardan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə məmnunluq hissi ilə dilə gətirdiyi fikirlərdən də aydınca görmək olurdu. Ölkə başçısının xoş sözlərini görülmüş işlərə verilən yüksək qiymət olmaqla, bunu həm də bir avans kimi dəyərləndirmək olardı. Çünki görülmüş işlərlə bərabər qarşıda hələ görüləcək çox işlər var idi və bu işlər bu gün eyni ruh yüksəkliyi ilə davam etdirilir. Bura hazırda tikintiləri davam etdirilən YAP Sumqayıt şəhər təşkilatının yeni binası, Bulvar kompleksi ərazisində Bayraq muzeyinin, Məhkəmə kompleksinin, Şəhər purokurorluğunun və Milli Bankın ehtiyat fondu üçün binanın tikintisi daxildir. Həmçinin 200 000 m2 həcmində 25 hündürmərtəbəli yaşayış binasının tikintisi də icrası davam etdirilən layihələr sırasındadır. Bu işlərlə paralel olaraq hazırda Şəhərdə binaların dam örtüklərinin dəyişdirilməsi, fasadlarının rənglənməsi işləri davam etdirilir, istilik sistemi mərhələli şəkildə bərpa edilir, yollara asfalt örtüyü salınır, küçə və xiyabanlar abadlaşdırılır, işıqlanma sistemi müasirləşdirilir, istirahət guşələri yeni görkəmə salınır. Həmçinin “Kimyaçı” Mədəniyyət sarayının əsaslı təmiri ilə əlaqədar işin tempi sürətləndirilmişdir. Mədəniyyət sarayının bu ilin sentyabr ayının 20-də – Neftçilər günündə kimyaçıların və şəhər sakinlərinin istifadəsinə verilməsi nəzərdə tutulur. Həyata keçirilən genişmiqyaslı layihələr, aparılan təmir-bərpa, abadlıq və quruculuq işləri, insanların asudə vaxtlarının səmərəli təşkili, əməkçilərin sosial-rifah halının yaxşılaş-dırılması baxımından atılan uğurlu addımlar hər bir sumqayıtlının qəlbini fərəh hissi ilə doldurur və sabaha ümidlərini birə-beş artırır.

    Respublika və beynəlxalq əhəmiyyətli layihələr

    Bu gün Sumqayıt şəhərin¬dəki sənaye zonası ərazisində zəruri infrastruk¬tura və idarəetmə sisteminə malik, müasir texno¬logiyaların tətbiqi yolu ilə rəqabətqa¬bi¬liyyətli məhsullar isteh¬salı və xidmətlər göstə¬rilməsi məqsədilə tikilən Sumqayıt Kimya Sənaye Parkı mühüm əhəmiyyət daşıyır. Bu parkın ərazisində ilk sərmayəçi olan “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu kimi müasir istehsal müəssisə-lərinin istifadəyə verilməsi ölkə sənayesinin inkişafını daha da sürətləndirmək baxı-mından çox faydalıdır. Alternativ və Bərpa olunan enerjinin alınması məqsədilə tələb olunan qurğu və avadanlıqlar istehsal edən “Azgüntex” zavodu da bu baxımdan xüsusi önəm daşıyır. Zavodda artıq iki istehsal xətti – Günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərir.
    Həyata keçirilən böyük layihələrdən biri də Karbamid zavodudur. Ümumi ərazisi 40 hektara yaxın olan zavodun tikintisinin bu ilin sonunda yekunlaşması və zavodun 2018-ci ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Zavod gündəlik 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edəcək. Layihənin icra edilməsi iqtisadiyyatın əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcək. Zavodda il ərzində təxminən 650-660 min ton karbamid istehsal ediləcək ki, bu da daxili tələbatı tam ödəyəcək. Bununla yanaşı, qalan məhsulun dəmir yolu ilə Türkiyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixracı nəzərdə tutulur. Layihənin “Samsung Engineering” şirkətinin iş həcminə daxil olan hissəsinin təxminən 95 faizi icra edilib. Əsaslı layihələndirmə, mühəndislik və satınalma işləri 100 faiz tamamlanıb, tikinti işlərinin isə təxminən 82 faizi icra edilib.
    Həmçinin Sumqayıt Kimya Sənaye Parkının 30 hektar ərazisində SOCAR-ın iki qurğusu – polipropilen və yüksək sıxlıqlı polietilen zavodları inşa olunur. 2013-cü ildən təsis edilən və Kimya Sənaye Parkının rezidenti statusunu almış “SOCAR-Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Hazırda bu qurğuların tikintisi tam sürətlə gedir. Polipropilen layihəsi üzrə işlərin 75 %-i, yüksək sıxlıqlı polietilen layihəsi üzrə isə işlərin 33 %-i icra olunmuşdur. Polipropilen qurğusunun istismara təhvil verilməsi 2018-ci ilin birinci rübünə, Polietilen qurğusunun istismara verilməsi isə 2018-ci ilin son rübünə planlaşdırılır. Ən qabaqcıl texnologiyalar əsasında tikilən qurğularda istehsal olunan polimer məhsullarının təxminən 30 faizi daxili bazar üçün nəzərdə tutulub, bu da ölkə bazarında tələbatın tamamilə təmin edilməsi və idxalından asılılığın aradan qaldırılması deməkdir.

    Ekoloji sağlam mühitin yaradılması

    Təbii ki, Sumqayıtın ekoloji vəziyyətindən danışanda istər-istəməz birinci növbədə kimya sənayesi, Sumqayıtdakı mövcud kimya müəssisələri gözlərimiz önündə canlanır. Çünki uzun illər buradakı müəssisələr fiziki cəhətdən köhnəldiyindən, ekoloji norma və tələblərə cavab vermədiyindən həm insanların sağlamlığına, həm də şəhərin ekologiyasına mənfi təsirsiz ötüşməmişdir. Şükürlər olsun ki, bu məsələlər artıq arxada qalmış, ekoloyi problemlər öz müsbət həllini tapşışdır. Belə ki, SOCAR-ın struktruna daxil edildikdən sonra “Azərikimya” İstehsalat Birliyində zəhərli və zərərli, müvafiq standartlara cavab ver¬mə¬yən, şəhərin ekolo¬giyasına mənfi təsir göstərən bütün istehsalatlar – SAM, Sintetik kauçuçk, Üzvi sintez zavodlarının fəaliyyəti dayandırılaraq demontaj olunmuş, səmərəli işləyə bilən isteh¬salat sahələri isə yenidən qurulmuşdur. hazırda “Azərikimya” İB-nin idarə və müəs¬sisələrində ekoloji tarazlığı qoruyub saxlamaq, atmosferə, su hövzələrinə, yerin təkinə çirkləndirici maddələrin atılmasını minimuma endirmək məqsədilə mütəmadi olaraq tədbirlər planı hazırlanaraq, səmərəli ekoloji layihələr həyata keçirilir. Müəssisələrdə davamlı ekoloji monitorinqlər aparılır, su, torpaq və atmosfer hava¬sından nümunələr götürülərək təhlil olunur, çirklənmə dərəcəsi müəyyənləşdirilərək, müvafiq qabaqlayıcı tədbirlər görülür.
    “Azərikimya” İB-nin 2019-cu ilə qədərki hədəfi mövcud istehsalatların modernizasiyası, yeni və müasir, ekoloyi standartlara uyğun qurğuların tikintisi, SOCAR-Polimer layihəsi çərçivəsində tikilən Polipropilen (PP) və yüksək sıxlıqlı Polietilen (HDPE) istehsalatlarını tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin edilməsi məqsədilə “EP-300” istehsalatının effektivliyinin artırılmasına yönəldilmişdir. Müasir tələblərə cavab verən yeni istehsal sahələrinin yaratmaqda əsas hədəflərdən biri də, məhz yaxın bir neçə ildə, “Azərikimya” İstehsalat Birliyinin bütün istehsalat sahələrinin təhlükəsiz və ekoloji tələblərə uyğun fəaliyyətini təmin etməkdir. Bu istiqamətdə atılan addımlardan, icra olunan layihələrdən biri də gündəlik gücü 2600 m3 olan yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisidir. Bu qurğunun inşa edilməsinin əsas məqsədı Xəzər dənizinə atılan suların maksimal təmizlik həddinin təmin edilməsi və təmizlənmiş suyun irriqasiya məqsədilə istifadə olunmasıdır. Qurşu bu il istifadəyə veriləcəkdir.
    Bir məsələni xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, “Azərikimya“ İB tərəfindən Birliyin sənaye zonası və ona sərhəd 100 hektara yaxın ərazidə yaz-payız iməcilikləri dövründə əkilmiş ağac və kol bitkilərinin ümumi sayı 100 min ədəddən artıqdır. Həmçinin son iki ilə yaxın bir dövr ərzində Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və rəhbərliyi altında şıhərin müxtəlif ərazilərində əkilən ağacların sayı da 100 mindən artıqdır. Bu proses bu gün də müvəffəqiyyətlə davam etdirilir.

    Nəticə

    Yuxarıda qeyd etdiyimiz kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi və nəzarəti altında respublikamızda bütün sahələr üzrə aparılan irimiqyaslı islahatlar, qazanılan uğurlar, əldə edilən nailiyyətlət nəticə etibarilə 68 yaşlı Sumqayıtın hərtərəfli və dinamik inkişafı üçün geniş imkanlar açmış, ölkə başçısının Sumqayıtın paytaxt standartlarına tam şəkildə uyğunlaşdırıl¬ması ilə bağlı qarşıya qoyduğu vəzifələr şəhərdə böyük bir canlanma, zəhmətkeş və qədirbilən şəhər sakinləri arasında böyük nikbinlik və məmnunluq hissi yaratmışdır. Sumqayıtda abadlıq və quruculuq işlərinin yeni vüsət alması onu deməyə əsas verir ki, bu günə qədər görülmüş, hazırda görülən və bundan sonra görüləcək işlər nəticəsində Sumqayıt regionda aparıcı sənaye mərkəzi olmaqla, ekoloji cəhətdən ən təmiz və ən gözəl şəhərlərdən birinə çevriləcəkdir.

    Rafiq ODAY,
    Azərbaycan Jurnalistlər Birliyi
    Sumqayıt şəhər təşkilatının sədri,
    Respublikanın Əməkdar jurnalisti

  • “Möhtəşəm Azərbaycan” qəzetinin bədii redaktoru, istedadlı qələm sahibi Gülnarə Şöhrəddinqızına təbrik

    “Möhtəşəm Azərbaycan” qəzetinin bədii redaktoru, istedadlı qələm sahibi Gülnarə Şöhrəddinqızını ad günü (yubileyi) münasibətilə təbrik edir, həyatda möhkəm can sağlığı, uzun ömür, yeni-yeni yaradıçılıq uğurları arzulayırıq.

    Dətin hörmət və sayğılarla,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının idarə heyəti,
    “Möhtəşəm Azərbaycan” qəzetinin, gundelik.info və edebiyyat-az.com saytlarının yaradıcı kollektivi.

  • “Azərikimya”da təcrübədə olan gənc kadrların Sumqayıtın Tartixi Muzeyinə ekskursiyası təşkil edilmişdir

    19 may 2017-ci il tarixində – Respublika günü ərəfəsində “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun müxtəlif istehsalatlarında mühəndis-mexanik, mühəndis-energetik, nəzarət-ölçü cihazları və avtomatika üzrə mühəndis, mühəndis-texnoloq və kimya mühəndisliyi ixtisasları üzrə iki aylıq ödənişli təcrübədə olan 31 nəfər gənc kadrın – gələcəyin mühəndislərinin Sumqayıtın Tarixi Muzeyinə ekskursiyası təşkil edilmişdir.
    Təcrübəçilər muzeydə Sumqayıt haqqındakı əfsanəni dinlədikdən sonra şəhərin tarixi və inkişafını əks etdirən abidə və eksponatlarla tanış oldular. Heydər Əliyev guşəsində Ulu öndərin ustalıqla yaradılmış büstü, onun Sumqayıt səfərləri ilə bağlı sənədlər, fotoşəkillər, qəzet və jurnallar toplusu, Sumqayıtın yaranmasını, inkişafını əks etdirən rəmzi ağac – Sumqayıtın ilk müəssisəsi olan İstilik Elektrik Stansiyasına həsr olunmuş abidə, “Sumqayıt XXI əsrdə” rənggarlıq əsəri, inşaat, quruculuq işləri, kimya müəssisələri, zavodlar, fabriklər, təhsil, səhiyyə, mədəniyyət ocaqları, əmək qabaqcılları haqqında məlumatlar, əşyalar, fotoşəkillər, Sumqayıt şəhidləri, sumqayıtlı Milli Qəhrə-manlar haqqında guşə və şəhidlərə həsr edilmiş “Ulduz axını” abidəsi təcrübəçilərdə Sumqayıt haqqında xoş təəssüratlar yaratmışdır.

    Təcrübəçi gənclərin təəssüratlarını sizlərlə bölüşürük:

    Fuad Məmmədov:

    – «Azərikimya»nın təşkilatçılığı ilə 28 May – Respublika günü ərəfəsində təcrübəçi gənclərin Sumqayıtın tari¬xi muzeyinə ekskursiyasının təşkili doğma şəhərimizin quruculuq illəri, sosial-iqtisadi yüksəliş mərhələləri, onun sənaye müəssisələrinin, xüsusilə də neft-kimya kompleksinin inkişafı ilə bağlı dünənimizlə yaxından tanışlıq baxımından məndə böyük təəssürat oyatdı. Mən və təcrübə yoldaşlarım bir daha inandıq ki, özümüzü, kökümüzü, xalqımızı, şəhərlərimizi daha yaxşı tanımaqda muzeylər müstəsna əhəmiyyətə malikdir. Muzeyə kollektiv baxış boya-başa çatdığım doğma şəhərimizi, onun ilk qurucuları olan inşaatçıların, kimyaçıların, metallurqların və energetiklərin ilk nəslini daha yaxşı tanımaqda mənə mühüm kömək oldu.

    Şükür Qəhrəmanov:

    – Muzeydə Sumqyıtın keçmişi ilə bağlı çox maraqlı sənəd və materiallarla tanış oldum. Ulu öndərimiz Heydər Əliyevlə bağlı guşədə dahi rəhbərin Sumqayıta tarixi səfərləri, Sumqayıtın Kimya sənayesinin inkişafında xidmətləri barədə muzey bələdçilərinin, xüsusilə də Sumqayıta böyük sevgisi, yüksək vətənpərvərlik duyğuları ilə hamımızda xoş münasibət, nikbin ovqat yaratmış Olya xanım İslamovanın sənədlərə və foto-şəkillərə əsaslanan informatik məlumatları böyük maraqla dinlənildi. Bu şəhər haqqında bilmədiyimiz məlumatlar hər birimizin böyük maraq və diqqətinə səbəb oldu. Sanki Sumqayıtla yenidən tanış olurduq.

    İlham Abdullayev:

    – Azərbaycanımızın qədim tarixini əks etdirən foto-sənədlər, Sumqayıtın yaranması ilə bağlı, neft-kimya sənayesində xüsusi xidmətləri olan əmək qəhrəmanlarımıza həsr olunmuş guşələr hamımız tərəfindən rəğbətlə qarşılandı. Muzeyə kollektiv baxışdan sonra məndə belə bir təsəvvür yarandı ki, respublikamızın inkişafında xidmətləri olan hər bir kəsin fəaliyyəti tarixin yaddaşında gələcək nəsillərə bir örnək kimi qalır. Və mən bu qənaətə gəldim ki, biz gənclər də öz bacarıq və fəaliyyətimizi şəhərimizin, respublika-mızın inkişafına həsr etməli, bunun üçün bizə yaradılmış imkanlardan maksimum istifadə etməliyik.

    Fərrux Mahmudov:

    – Muzeydə şəhərimizin çox da qədim olmayan tarixinə ekskurs etdik. Həmin anlarda xəyalımda ucu-bucağı görünməyən qumlu bir çöllük, susuz səhra canlanırdı. Və muzeydə nümayiş etdirilən zəngin eksponatlarla tanışlıq tarixən qısa bir dövrdə – bir-neçə onillik ərzində mavi Xəzərin qumlu sahilində Sumqayıt kimi gözəl bir şəhər yaratmış insanların əzmkarlıq və qəhrəmanlığını çox aydın şəkildə nümayiş etdirir. Ulu öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı olan İlham Əliyevin xidmətləri sayəsində bu gün Sumqayıt özünün çiçəklənən dövrünü yaşayır.

    Emin Alışov:

    – Bu gün təcrübəçilərin Sumqayıtın Tarixi Muzeyinə ekskursiyasının təşkili bizdə xoş təəssürat oyatdı. Mən burda Sumqayıtın keçmişi ilə yaxından, əyani olaraq tanış oldum. Özümü bu şəhər haqqında kifayət qədər məlumatlı hesab etsəm də, gördüm ki, onun haqqında bilmədiyim hələ çox şeylər varmış.
    Bütün gənc təcrübəçilər adından Muzeyə belə bir kollektiv baxış təşkil etmiş «Azəri-kimya» rəhbərliyinə və Sumqayıtın keçmişini əks etdirən eksponat¬ları mühafizə edərək, bugünkü nəsillərə çatdıran Sumqayıtın Tarixi Muzeyinin hər bir işçisinə, şəxsən bu işdə böyük fədakarlıq və əsl vətənpərvərlik nümayiş etdirən muzeyin direktoru Olya xanım İslamovaya – dərin minnətdarlığımızı bildiririk.

    Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti

  • Yalçın YÜCEL.”KIRMIZI GÜL VE ANNEM”

    175054_178868168822977_4360000_o

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Anneler gününde
    Bir tek gül alabildim sana
    Kırmızı gülü seversin bilirim
    Yeni ayırdık dalından dediler
    Bu kez hüzünlendim be anne
    Gül deyince
    Gül desenli fistanın geldi bir an usuma
    Bayramlarda giyerdin yalnızca onu
    Başka yoktu ki seçesin
    Yine de, yine de nasıl gülümserdi yüreğin
    Bu kez olsun
    Sana bir elbise almayı çok istemiştim
    Yoksulluktur, cebim boynunu büktü yine
    Belki bir gün
    Bir gün, onu da getiremem diye
    Yüreğimi çapalayıp duruyorum
    Bol bol sevgi katıyorum toprağına
    Öyle bakma yüzüme
    “Sen gel yeter” diyorsun
    Diyorsun da
    Şu boynu bükük cebime
    Kızıyorum yine de
    Hiç değilse
    Senin yanına gelirken
    Dik tutsa o boynunu
    Gülümsese yüzü hiç değilse
    Hiç değilse be anne…

  • Yalçın YÜCEL.”SEN NİNNİ SÖYLERKEN ANNE”

    175054_178868168822977_4360000_o

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Sen ninni söylerken
    Sesin tutuyor ellerimden
    Otlar üstünde koşuyoruz birlikte
    Papatyalar daha da çoğalıyor
    Kuşların kanatlarına dokunuyor gözlerim

    Sen ninni söylerken
    Uykumun kapısı çalınıyor yavaşça
    Gözlerim kapanıp kapanıp açılıyor
    Beşiğim gıcırdadıkça da
    Biliyorum ki, üzülüyorsun anne

    Sen ninni söylerken
    Balonlar uçuşuyor her yanımda
    Gökyüzü bir renk cümbüşüne dönüyor birden
    Ve el ediyorlar bana
    Gitsem, üzülür müsün anne?

    Sen ninni söylerken
    Saçlarımı okşuyor nefesin
    O an uyurum diye
    Nasıl da korkuyorum
    Direniyorum, elimden geldiğince
    Uyurken anne, uyurken, o kadar yalnızım ki!

  • Rafiq ODAY.”AĞRILARIN SİMFONİYASI”

    Bir bomba partladı
    qulaqlarımın dibində,
    Gözlərimin önündə,
    beş addımlığımda –
    Beş addımlığımdamı?!
    Bağışlayın, əfəndilər, bir yanlışlıq oldu, –
    gözlərimin bəbəyində,
    ürəyimin başında…
    Qəlpələri səpələndi bütün bədənimə,
    yayıldı cismimə, ruhuma,
    canıma, qanıma.
    Düz 25 ildir gəzdirirəm köksümdə,
    ruhumda, cismimdə
    canımda, qanımda bu qəlpələri –
    şüşə kimi!
    Bir də bu şüşə qırıntılarının içindən
    yetim-yetim boylanan –
    Şuşa kimi!
    Bəli, əfəndilər,
    Düz 25 ildir heç kimin gücü çatmır
    çıxarmağa bu qəlpələri
    bədənimdən!
    Çünki haqdan, ədalətdən dəm vuran,
    Özgələrin bədbəxtliyi üzərində
    dəm quran
    BÖYÜK-BÖYÜK məmləkətlərin
    BÖYÜK-BÖYÜK başçıları
    görə bilmir o yananı
    gödənindən.
    Bu, şeir deyil, əfəndilər!
    Bu, hər tərpəndikcə
    bədənimi deşik-deşik edən
    və bu deşiklərdən
    fışqıran ağrıların
    nota alınmamış simfoniyasıdı,
    Şüşə adında, Şuşa adında!
    Məni bağışlayın, əfəndilər,
    deyəsən yenə də bir yanlışlıq oldu.
    08.05.2017

  • 80 YAŞIN İŞIĞINDA

    Bapbalaca bir kənd düşünün: yaşıl­lıqlar içində itib-batan, bulaqlarının suyu dərman, havası min bir dərdə şəfa bir kənd. İnsanları o qədər mehribandı ki, günün istənilən saatı – gecə-gündüz, yay-qış fərq etməz istənilən qapını döymək kifayətdir ki, bir neçə dəqiqə sonra özünü ev əhlindın biri sayasan. Toylarda da bütün kənd bir yumruq olur, yaslarda da. Masallı rayonunda yerləşən o balaca kənddən Sumqayıta ilk gələn mənim babam və nənəm olub. O zaman hələ Sumqayıt şəhər statusu almamışdı, bomboz çöllərdən ibarət idi. Respub­likanın müxtəlif bölgələrindən, Sovetlər Birliyinin yüzlərlə şəhərindən bura insan­lar gəldilər, əl-ələ verib gözəl bir şəhər yaratdılar. İndi Sumqayıtın hər küçəsində, hər mikrorayonunda o insanların əl izlərini görmək mümkündür.
    Yenicə ailə həyatı quran nənəm Xəndə və babam İslam Cəfərovlar da kənddəki rahat evlərini, isti yuvalarını qoyub şəhərə işləməyə gəldilər və öz əlləriylə qurub yaratdıqları bu şəhərə elə qırılmaz tellərlə bağlandılar ki, bir daha qopma­dılar, qopa bilmədilər. Dörd oğul böyüt­dülər, bir ordu böyüt­dülər! Dörd qala, dörd qırılmaz, keçilməz sədd olsunlar deyə. Dünyanın gərdişinə kimsə zəmanət verə bilmir, əlbəttə ki. Gözlənilməz ölüm bir oğlu – Şəmsəddini aldı götürdü. Ondan sonra lap istəsəy­dilər belə bu şəhəri tərk edə bilməzdilər. Sumqayıtda dəfn olunan oğlu qoyub gedə bilməzdilər. Üç oğulu min bir əziy­yətlə böyütdülər, təhsil, ailə sahibi etdilər. Nurəddin, Şöh­rətdin, Sədrəddin Cəfə­rovlar indi şəhə­rimizdə, hətta respubli­kamızda sayılıb-seçilən, hörmətləri olan insanlardılar.
    Mən gözümü açandan, özümü dərk edəndən nənəmi işdə-gücdə görmü­şəm. Dinclik nədir, istirahət nədir bil­məzdi. Bu gün babam İslam Cəfərov artıq həyatda yoxdur. Amma sağ olsa­ydı belə yenə də tam əminlikdə deyə bilərdim ki, övlad­larının üstündə, nəvə­lərinin böyüməsində babamdan qat-qat çox nənəmin haqqı var. Təkcə bizimmi? Yox! Yuxarıda da qeyd etdiyim kimi kəndimizdən Sumqa­yıta ilk gələn mə­nim nənəm və babam olub. Burda yurd salıblar, binə qurublar. Sonra kimlər gəlməyib ki, o kənddən bu şəhərə… say, say, bitməz. Amma nə yaxşı ki, gələnlər “gedib qayıtma­yanlar”dan olma­yıb. Üstündən uzun illər keçsə də vaxtilə kənddən Sumqa­yıta gələn, burda oxu­yub, işləyib, nənəmlə babamın evində yaşayan o insanlar bu gün nəvə-nəticə sahibi­dir­lər. Masallıda, Naxçıvanda, Bakı­da ya­şa­yanları var. Tez-tez zəng edir, im­kan düşdükcə gəlib nənəmə baş çəkirlər.
    May ayının birində nənəmin 80 yaşı tamam olur. Bizim üçün təkcə nənə deyil, doğma yurddu, əziz yerdi, başına döndü­yümüz ocaqdı, pirdi nənəm. Bu nakam dünyanın dolanbac yollarında dizləri gücdən, gözləri nurdan düşmüş bir yolçu­du mənim nənəm. Ölümlə savaşa-savaşa, həsrəti, hicranı, ayrılığı dada-dada bu yaşa çatan, bir Allahın bəndəsini incit­məyən, qəlbinə dəyməyən nənəm. Dən düşmüş saçlarının hər telində min bir əzab, min bir zülüm görünən, bu dünya­nın haqlı-haqsız gərdişinə sinə gərən mənim nənəm. Aydan arımı? Arı! Sudan durumu? Dupduru! Günahsızmı? Mələk ki­mi! İşıq biçimindədi, parlaq, qonur gözlü, bəmbəyaz saçlı, mələk üzlü nənəm. Ətəyində namaz qılınası nənəm.
    İşıqlar sönər-sönməz, ev sakinləri yatandan ta səhərin ilk şəfəqləri pəncə­rədən boylanana qədər yatmaz, üzü Tanrıya dua edər övladları üçün, nəvələri, nəticələri üçün. Bir sevgi var içində ululardan ulu, ucalardan uca. Pul desən – pulla alınmaz. Vara, qızıla satılmaz. Elə ucalıqdadır ki, əlin çatmaz, səsin yetməz. Hər kəs qana bilməz, duya bilməz. İnsan sevgisidir o. Tək öz yaxınlarına yox, bü­tün bəşəriyyətə sevgi. Çətin günləri­miz­də, sıxıntılı anlarımızda əgər qaranlıqlar içində bir iynə ucu qədər işıq, ümid varsa o ümidi əzizləyə-əzizləyə, nazını çəkə-çəkə böyüdüb hamımıza aşılaya bilir nənəm.
    Hər şey dəyişdi, hamımız dəyişdik za­manla. Bir o olduğu kimi qaldı – xeyirxah, ürəyiyuxa, mehriban nənəm.

    Sən ömrünü ayla, illə daramısan,
    Səadəti kipriyinlə götürdüyün
    od içində aramısan,
    Sən hər kəsin hər işinə
    yaramısan Xəndə nənə.
    nağıl-nağıl illənmisən,
    aylanmısan,
    Noğul-noğul
    nəvələrə paylanmısan,
    Sığal-sığal gəlinlərin
    tellərində laylanmısan,
    Xəndə nənə.
    Qırov-qırov saçlarında
    layla yaşar, ağı yaşar.
    Bir üzündə bulud-bulud
    ötən günün,
    Bir üzündə günlərinin ağı yaşar.
    Damar-damar əllərində
    qara yellər əsər keçər.
    Sinə-sinə gələn ölüm
    dik baxammaz gözlərinə,
    Öz-özündən küsər keçər.
    Bu dünyanın ümman-ümman
    sularından içə-içə,
    Bu dünyanın ümman-ümman
    ağrısından keçə-keçə,
    Bu dünyanın ümman-ümman
    qəlblərinə köçə-köçə,
    Qovuşacaqsan ümmanlara,
    Xəndə nənə. (Rafiq Oday)

    ***

    Mənim uşaqlığım Qarabağ mühari­bəsindən sonrakı illərə düşüb. O zaman vəziyyət çox çətin idi. Ailələrdəki ağır mad­di durum, bazar iqtisadiyyatının gə­tir­­diyi çətinliklər… İlin bütün fəsillərində, özəlliklə uzun qış gecələrində tez-tez işıqlar sönərdi. İşıqlar söndümü bizə bay­ram olardı. Bacım, qardaşım tez kəsdi­rər­dik nənəmin başının üstünü. Hələ təsa­düfən əmim uşaqları da bizdə olar­dısa sevincimiz birə-beş artardı. Nənə­m­dən nağıl istəyərdik (onu da qeyd edim ki, nənəmin bizə danışdığı nağılları mən heç bir kitabda oxumamışam, başqa heç bir yerdə eşitməmişəm), ardınca haxış­talar, laylalar, bayatılar istəyərdik. Ba­bamla evlənmələrindən başlamış biz nəvələr dünyaya gələnə qədər olanları soruşar­dıq. Nənəm bayatı deyəndə köv­rələrdi. Uşaq ağlımla o zamanlar anla­mazdım. Axı, bayatı adi şeir deyil. İnsanı kövrəldir, kədərləndirir, çətin analarını təkrar yaşa­mağa məcbur edir…

    ***

    “Xəndə” sözü fars dilinin köhnəlmiş sözlər qrupuna daxildir və gülüş, təbəssüm deməkdir. Gülüşü gözəl nənəm, bizə sevinc bəxş edən nənəm, ad günün – 80 illik yubileyin mübarək olsun!

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”
    qəzetinin bədii redaktoru

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    ETİRAF

    Nə qədər gizləyim baxışımı mən,
    Nə qədər gözündən yayınım, qaçım?
    Sığınıb gecənin ağuşuna mən,
    Tənha bir qüssəni nə qədər qucum?

    Sənli ümidimin gerçəyi baha,
    Sövq etmə əlçatmaz istəyə məni.
    Ömrümün payızı yetişib daha,
    Salma dərd eləyib ürəyə məni.

    Bu könül dünyam da könlümü almır,
    Könülsüz açılır gözümdə səhər.
    Ürəyim könüllü qayğıma qalmır,
    Haradan qarşıma çıxdı bu qədər?!

    Səninlə bağlıdır könül süstlüyüm,
    Könlümü açıram yuxutək suya.
    Könlünü üzməsin könülsüzlüyüm,
    Könlümdə tək sənsən – sevgili dünya.

    Tər gülsən, ətrin də ürəyimcədi,
    Qışımda bahartək könlüm də sənsən.
    Nə desən, haqqın var – ürəyincə de…
    Dəymə ürəyimə – könlümdə sənsən.

    Özümdən qaçıram dili dualı
    Günlərin əlində nazilir könlüm.
    Bu dəli sevdamla başı havalı
    Nə qədər sızlayım, əzilim, könlüm?!

    Nə qədər daş olum baxışına mən,
    Nə qədər gözündən o yana qaçım?
    Nə deyim bu həsrət yağışına mən,
    İslana-islana hayana qaçım?!

    Azərbaycan.Quba.

    GEDƏSİYƏM SÖZ ÇİYNİNDƏ

    Bir gözümdə dəli sevdam,
    Bir gözümdə bəyaz günah.
    Sağ ovcumda ürəyimdir,
    Sol ovcumda güman,Allah!

    Üzümə gülən qədərim
    Sevindirir doğmaları.
    Sözümə qibtə edənə
    Nuş olmur söz loxmalarım.

    Eşqlə yandım diri-diri,
    Hər günümü üzdü gülüm.
    Kül altında közüm diri,
    Gələn günə közdü külüm.

    Yarı bəndə,yarı mələk,
    Yarı sevinc,yarı dərdəm.
    Yarı röya,yarı gerçək,
    Qədərimin yarı dərdəm.

    Yarı quldur,yarı cənab,
    Yarı yolun yarı canım.
    Sevincimə yarımadın,
    Barı dərdə yarı canım.

    Söz altında yoxdur yerim,
    Yol gedirəm,haqq əynimdə.
    “Ol” sözündən yaranmışam,
    Gedəsiyəm söz çiynində.

    Azerbaycan / Quba.

  • Şəfa VƏLİYEVA.”Nə gözəldi ayrılıq…”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Nə gözəldi ayrılıq…
    Ünvanı mən olunca,
    Nə gözəldi söyüşlər…
    Dörd yanı yarıq-yarıq
    Dünyanın…
    Su dolunca
    Başlayar yanğın kimi
    Həvva günahı eşqlər….

  • Şair-jurnalist Rafiq Odayın şeiri “Kardelen ” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində
    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisi, şair-publisist Rafiq Odayın “Bir də mi gəlsin” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Sakarya şəhərində fəaliyyət göstərən “Kardelen” 3 aylıq ədəbiyyat dərgisinin 92-ci sayında Türkiyə türkcəsində sayında dərc olunub. Şeiri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə “Kardelen” dərgisinin redaktoru Kadir BAYRAK çevirib.
    “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanı, şair-publisist Rafiq Odaydır.
    Qeyd edək ki, bundan öncə də şair-publisist Rafiq Odayın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet” dərgisində (Tokat şəhəri) və “Avropa Olay” qəzetində (Adana şəhəri) dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şairə-publisist Rahilə Dövranın şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Rahilə Dövranın “Ağrı Dağı” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Sakarya şəhərində fəaliyyət göstərən “Kardelen” 3 aylıq ədəbiyyat dərgisinin 92-ci sayında Türkiyə türkcəsində sayında dərc olunub. Şeiri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə “Kardelen” dərgisinin redaktoru Kadir BAYRAK çevirib.“Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.
    Qeyd edək ki, bundan öncə də şairə-publisist Rahilə Dövranın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri) və “Hece Taşları” (Kahramanmaraş şəhəri) mədəniyyət və ədəbiyyat dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    XAN ARAZIM

    “Vətənimdir” – silsiləsindən

    Həsrət küləyitək aradan əsən,
    Dedilər qayçısan vətəni kəsən,
    Bu qara yalana necə dözəsən?
    Sənsiz nəyə lazım baharım, yazım
    Yurdun yaraşığı ,ey Xan Arazım.

    Qaldın qovğasında illərin, ayın,
    Seyrindən doymayır o tay, bu tayın,
    Tezliklə başlanar büsatın, toyun,
    Budur ürəkdəki ən böyük arzum
    Yurdun yaraşığı, ey Xan Arazım.

    Lal axan suların dərindir, dərin,
    Əbədi yox olsun qəmin, kədərin,
    Ayın əkizitək bax, Xudafərin,
    Şəninə söz deyir sədəfli sazım,
    Yurdun yaraşığı ,ey Xan Arazım.

    Qüssə də, kədər də eldən qaçacaq,
    Sərhəd dirəkləri çiçək açacaq,
    Daha çox bəndlərin işıq saçacaq,
    Dövranla səsləşən şirin avazım,
    Yurdun yaraşığı ,ey Xan Arazım.

  • Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirilib

    Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən caz musiqisinə həsr olunmuş konsertdə cazın yaranma tarixi haqqda məlumat verilib. Azərbaycanda cazın yaradıcıları Tofiq Quliyev, Niyazi, Salman Qəmbərov, Rauf Hacıyev, Tofiq Əhmədov, Vaqif Mustafazadə kimi görkəmli şəxsiyyətlərin caz musiqisinə verdiyi töhfələr haqqında söhbət açılıb.
    Sonda şagirdləriin ifasında Azərbaycan və Avropa bəstəkarlarının caz əsərləri maraqla dinlənilib.
    Sumqayıt şəhər TET gimnaziyanın şagirdləri S.Rüstəmov adına uşaq incəsənət məktəbinə ekskursiyada olublar. Ekskursiya zamanı şagirdlər məktəbin yeni inşa edilmiş binası, sinif otaqları ilə yaxından tanış olub, keçirilən dərs prosesini maraqla izləyiblər. Qonaqlara məktəbin fəaliyyəti, şagirdlərin qazandığı uğurlar və musiqi alətləri haqqında geniş məlumat verilib.
    Məktəbdə həmçinin qarmon şöbəsi şagirdlərinin konserti də keçirilib. Konsertdə Azərbaycan xalq mahnıları və instrumental musiqilər səslənib.

    Daha bir tədbir isə Şuşa şəhər Bülbülcan adına uşaq musiqi məktəbində baş tutub. Məktəbdə Xalq Çalğı Alətləri şöbəsinin konserti müəllim və şagird heyəti tərəfindən maraqla qarşılanıb. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları ifa olunub. Fəqlənən şagirdlər fəxri fərman və diplomlamlara təltif olunublar.

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər Mərkəzi Uşaq kitabxanasında silsilə tədbirlər keçirilib

    Gecəni giriş sözü ilə kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova açaraq şairin yaradıcılığı, onun Azərbaycan ədəbiyyatında və tarixində xüsusi rolu haqqında məlumat verib.
    Sonra tədbir İsmət Qayıbov adına 1 saylı orta məktəb şagirdlərinin iştirakı ilə hazırlanmış bədii hissə ilə davam etdirilib.
    Dağbəyi Hətəmli və Murad Haqverdilinin sazda müşayiəti ilə Sona Salamzadə, Leyla Ağazadə, Kamran Hətəmli, Nəzrin Məmmədli, və digərlərinin ifasında qoşmalar və müxəmməslər, Nazənin Məmmədquliyevanın ifasında şairin “Durnalar” rədifli qoşmasına bəstələnmiş mahnı, o cümlədən, şagirdlərin ifasında S.Vurğunun “Vaqif” dramı əsasında qurulan səhnəcik tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
    Sonda tədbir iştiraşçıları şairin zəngin həyat və yaradıcılığını özündə əks etdirən “Vaqif, yad et səni yad eyləyəni” adlı kitab sərgisi ilə yaxından ilə tanış olublar.
    Kitabxanada daha bir tədbir 12 saylı məktəbin 2R1 sinif şagirdlərinin iştirakı ilə nağıl qəhrəmanlarımıza olan marağın artırılması məqsədilə milli və dünya xalqları nağılllarının qəhrəmanlarının paradı keçirilib.
    Öncə oxuculara tədbirin mahiyyəti, məqsədi haqqında geniş məlumat verilib. Daha sonra uşaqların ifasında Azərbaycanın nağıl qəhrəmanları ilə dünya xalqlarının nağıl qəhrəmanlarının görüşünü əks etdirən bədii kompozisiya, məktəblilərin ifasında Azərbaycan və rus xalq nağılları əsasında hazırlanmış səhnəciklər nümayiş olunub.
    Tədbirin sonunda iştirakçılar dünya xalqlarının adət-ənənələri, mədəniyyəti, folkloru, xalq qəhrəmanlarından bəhs edən uşaq kitablarından ibarət sərgi ilə də yaxından tanış olublar.
    Kitabxanada “Kim? Harada? Necə?” intellektual klubunun üzvlərinin iştirakı ilə “Sirli və əyləncəli riyaziyyat” adlı keçirilən viktorina da balaca oxucuların maraqla qatıldığı tədbirlər sırasındadır. Viktorina riyazi məsələlər, məntiqi suallar, “Riyaziyyatı niyə sevirəm?” ev tapşırığı əsasında üç turda keçirilib. Turlararası fasilədə iştirakçılar “Riyaziyyat haqqında bildiklərimiz və bilmədiklərimiz” adlı videoçarx, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Riyaziyyat dahiləri” adlı slayd izləyibər.
    Sonda yarışın qaliblərinə hədiyyələr təqdfim olunub.

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Şəfa VƏLİYEVA.”Bir dərd tapdım geyindim”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bir dərd tapdım geyindim,
    Boyumdan yekə çıxdı…
    Soyunmağa ərindim…
    Boyum da heçə çıxdı…

    Yamanmış əl uzadan
    Dərd bozardan donuma…
    Tanrıymış
    ən uzaqdan
    Sevda yazan sonuma…

    Bu gün sonuncu dəfə
    Sevələdim adını…
    Sən demə, “son” özü də
    “Ilk”in məşum qadını…

    Tanrı, insafın olsun,
    Adam unudularmı?
    Eh…
    Hanı telefonum?
    Məni axtaran varmı?…

  • “Gəncə özü şeir kimidir…” (MÜSAHİBƏ

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    “Kənardan baxınca ədəbi mühitdə cəmi iki tənqidçi görürəm” – ŞƏFA VƏLİ

    Bu dəfə əyalətlərdəki ədəbi prosesdən danışacağıq. Paytaxtla müqayisədə bölgələrdə yazıb-yaradanların bütöv ədəbi prosesdəki rolundan, oradakı yaradıcılıq və dolanışıq durumundan. Müsahibim Gəncədə yaşayıb-yaradan Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü Şəfa Vəlidir. Onunla bölgələrdə fəaliyyət göstərən ədəbi dərgilərdən, nəşriyyatlardan, bir sözlə, ədəbiyyatın özündən danışmışıq.
    Şəfa Vəli hafta.az-a müsahibəsində əyalət ədəbiyyatının bir sıra məziyyətlərinə toxunub:
    – Bu gün bölgələrdəki ədəbi mühit sizi qane edirmi? Bölgələrdə qəzet və jurnallarda, online media portallarda nəşr olunmaq problem varmı?
    – Ədəbiyyatın bölgəsi olmur. Bilirsiniz, ədəbiyyat və bölgə sözləri niyə uyuşmur? Çünki ədəbiyyat özlüyündə dünyadan böyük anlamdır. Bu sözləri hələ 2015-ci ildə yazmışam: “Mən ədəbiyyatı sevirəm. Fərqi yoxdur, ədəbi nümunə bir misra olsun, müəllifi hansısa dünya şöhrətli bir yazıçı olsun, ya da adicə kollec tələbəsi olsun. Ədəbiyyat ədəbiyyatdır, yazı yazıdır, şeir şeirdir, insan insandır. Mən heç vaxt hansısa xarici müəllifi oxuduğum üçün təkəbbürlənməyəcəm. Amma, anamın bir misrasını oxuyub qürurlanacam, Aləmzər Əlizadənin sevimli obrazını-Ruslanı tanımaqla qürurlanacam, “Adı Qəşəm”… adlı kitabı sevəcəm, “Uşaqkən quşlara daş atan oğlan”ın misralarına ağlayacam, “ayağı özündən qeyrətli çıxan” şəhidlərə yas tutacam, “bir məktub gözləyəcəm, bilim ki, ölməmişəm”, “Şamaelin toxumları”nı oxuyub Lamiyəni sevəcəm… Belə, xülasə, “ruhun badəsinə söz süzəcəm”, amma Azərbaycan qızı olaraq!” Burda missal çəkdiyim misraların müəlliflərinə baxaq: Aləmzər Əlizadə Gəncədə yazıb-yaradan gözəl şair və yazıçımızdır. Qəşəm Nəcəfzadə Bakıda yaşayır. Ruslan Dostəli Bərdədə doğulub-böyüyüb. Emin Piri və Sabir Yusifoğlu Sumqayıtda yaşayır. Elçin Aslangil hazırda Türkiyədədir. Taleh Mansur Qazaxdadır… Sizcə, ədəbiyyat inzibati ərazi vahidlərinin – bölgələrin xəritə üzərindəki çizgi-sərhəddini tanıyırmı? Təbii ki, yox! Elə isə biz niyə güclə, boğazından yapışıb ədəbiyyatı hansısa bölgədə “sıxıb saxlamalıyıq”?!
    – Bölgələrdə nəşriyyatların vəziyyəti necədir? Keyfiyyətli kitab yayımlayan nəşriyyatlar varmı?
    – Türk dünyasının böyük folklorşünas alimi Sədnik Paşa Pirsultanlının ömrünün son illərində nəşr etdirdiyi kitablarının bir çoxunun bədii redaktoru olmuşam. O kitabları biz Gəncədə, şəhər nəşriyyatında dərc etdirirdik. Bu gün həmin kitablar əlimdədir və inanın ki, ehtişamlı təqdimat keçirilən, aylarla gündəmdə qalan kitablardan daha keyfiyyətli, daha sanballı kitablardır. Sadəcə, yaxşı keyfiyyət üçün yaxşı da sərmayə olmalıdır. Təbii ki, o mətbəədə çıxan bütün kitablar Sədnik müəllimin kitabları kimi keyfiyyətli deyildi. Axı, “ucuz ətin şorbası olmur”. Keyfiyyətsiz kitablar kimin günahıdır? – sualını dilə gətirmək isə absurddur. Burda nə mətbəə, nə də müəllif günahkar deyil. Günahkar, birbaşa, dönəmin iqtisadi durumu hesab oluna bilər.
    – Sizin bölgədə regional ədəbi mərkəz hara sayılır? Gənc yazarlar tez-tez toplaşa bilirmi?
    – AYB-nin Gəncə filialında hər cümə gənclər günü elan olunub. Hər cümə saat14:00-da orda müxtəlif müzakirələr, gənc şairlərin yaradıcılığı, uğurları haqda fikir mübadiləsi aparılır. Bir ildən artıqdır ki, heç bir tədbirdə iştirak etmirəm. Bunun olduqca özəl səbəbləri var. Odur ki, sizə iki il əvvəlin durumundan danışa bilərəm. Mən Gəncəyə gələn yazarları, əsasən, Xan bağında qonaq edirdim… Orda, yaşıllıqların arasında oturub şeir oxumaq, gələcək planlardan, keçmiş uğurlardan danışmaq mənə həmişə xüsusi zövq verib. Çox zaman “ev sahibi” kimi Səadət Ələkbərova da yanımda olardı. Xan bağının şeirli qonaqları sırasında Fərqanə Mehdiyeva, Elçin Aslangil, Eldar İsmayıloğlu, Gülnar Səma, Elməddin Nicat, Ruslan Dostəli, İntiqam Yaşar, Səhər Əhməd də olub. Ümumiyyətlə, Gəncə özü şeir kimi bir məkandır. Burda gənclərin toplaşması və şeirləşməsi üçün heç bir maneə yoxdur, “vaxt azlığından” savayı…
    – Əyalətlərdə kitab təqdimatları necə təşkil edilir? Gənc və orta nəsil yazarlarımız yetərincə oxucu toplaya bilirmi?
    -Dədə Qəribin -Qərib Mehdinin kitablarını oxucular həmişə maraqla gözləyirlər. Bunu qəti deyə bilərəm. Neçə dəfə köşklərdən onun kitablarını soruşanların “yoxdur” sözünə necə heyfsiləndiklərinin şahidi olmuşam. Yəni, Gəncə ədəbi mühitinin yazarları üçün oxucu problemi olsa da elə də yüksək səviyyədə deyil. Gəncə hamının bir-birini tanıdığı yerdir. Burda kitab təqdimatı etmək paytaxta nisbətən daha asandır. Burda hansısa imzanı təkcə imza olaraq yox, şəxs kimi də tanıyırlar deyə, təqdimat da uğurlu alınır.
    – Bölgələrimizdə ədəbi tənqidin durumu necədir?
    – Kənardan baxınca mühitdə cəmi iki tənqidçi görürəm: Firəngiz İdrisqızı və Saleh Qurbanov. İkisi də olduqca savadlı, nəzəri cəhətdən əsərin dərinliyinə enə bilən, ədəbi nümunəni zərgər dəqiqliyi ilə incələyə bilən insanlardır. Başqalarını deyə bilmərəm, mən çox istərdim ki, bu iki insanın tənqid hədəfi mənim hansısa şeirim, yaxud hekayəm olsun.
    – Paytaxtadı kitab təqdimatlarından nümunələr sizlərə də vaxtında çatdırılırmı? Bakıdan əyalətlərə kitabların göndərilməsi necə təşkil olunur?
    – Beyləqanda yaşayıb-yaradan gənc şair Mücirəddin Mübarizoğlu öz ilk kitabını Bakıda nəşriyyatdan götürən kimi birini Gəncə avtobusuna vermişdi. Burdan götürdük. Adətən, DGTYB-nin nəşr etdirdiyi kitablar mənə çatası olur, onu da, əksərən, yolum Bakıya düşəndə götürürəm. Başqa müəlliflərin əksəriyyətindən, ötən bir il ərzində mənə çatacaq kitabları Gülnar Səmaya vermələrini rica etmişəm. Ən etibarlı mənbə kimi, Gülnar Səmadan götürmək çətin olmur.
    – Bölgələrimizdə yetərli sayda kitab mağazaları, bukinistlər, kitab evləri fəaliyyət göstərirmi?
    – Hələ tələbəlik illərindən “Knyaz Kitab klubu”na üz tutardıq. 2005-2009-cu illərdən danışıram. Sevindirici haldır ki, o mağaza hələ də işləyir. Bir də ötən il “Kitab evi”nin açılışına yaman sevinmişdik. O da bu ilin əvvəlində bağlandı. “Book-kafe”lər isə ağacdan sonrakı göbələk kimi bir də görürsən Cavadxan küçəsində açıldı, reklam-falan. Sevincək gedirsən, deyirlər iki gündü bağlanıb. Ya da Atatürk prospektində açılır, gedib görürsən ki, yerində yeməkxanadı. Hələ bilmirəm ki, Gəncədə, gerçəkdən “Book-kafe” var, ya yox? Ən yaxşısı GDU-nun və ADAU-nun kitabxanalarıdı. Çox zəngin olan bu kitabxanalarda tələbələr istənilən mövzuda kitab əldə edə bilirlər.
    – Niyə kitab təqdimatlarında yazarın çevrəsində ancaq tanışları, şair və yazıçı həmkarları, bir də üç-beş oxucudan başqa heç kim olmur. Sizcə yazıçı və şair əhlini kim dolandırmalıdır?
    – Bilirsiniz, biz indi oturub dolanışığımıza günahkar axtarırıq, amma etiraf etmirik ki, iki kitabdan sonar özümüzü “dahi” sayırıq. Bizdə nəşriyyatlar və naşirlər hələ o səviyyədə deyil ki, Demi Murun baş rolda oynadığı “Toran” filmindəki kimi 4 milyonluq müqaviləni bir povest üçün imzalayaq. Mənə elə gəlir ki, “peşəkar ədəbiyyat” anlamı da ancaq bizdədir. Bu nə sözdür? Bu nə deməkdir? Bir şair, bir yazıçı necə peşəkar ola bilər ki, kimdənsə yazdığına görə pul tələb etsin? Peşəkar daşyonan usta ola bilər, dülgər ola bilər, dərzi ola bilər. Yaradıcı insan peşəkar ola bilməz. Şair peşəkar olanda “belə” sözünün qafiyəsini avtomatik olaraq tapır: “elə”. Bu, yaradıcılıqdırmı? Poeziyadırmı? Əsla! Yaradıcılıq elə bir prosesdir ki, onun düzgün izahı yoxdur. Və yaradıcı insanların hər biri öz çörəyini qazanmağı bacarmalıdır. 2013-cü ildə “Gənc ədiblər məktəbi”ndə İlqar Fəhmi belə bir cümlə işlətmişdi:-Əvvəlcə ailənizi dolandırmağı düşünün, sonra şeiri. O, şeir yazma demirdi, o, şeirlə yaşamağın namümkünlüyünü izah edirdi. Qaldı, təqdimat məsələsinə. Bu gün təqdimatlar sanki, borc məsələsidir. “Mən getmişəm, o da gəlsin”, yaxud “o gəlib, gərək mən də gedim”. Məncə, problem müəllifin özündə yox, onun çevrəsindədir. Bu çevrə, təqdimata gələndə hər bir sözüylə, ədasıyla müəllifin boynuna “bax, yaxşı bax, mənəm ey, gəlmişəm ey” minnətini qoyur. Beləcə, o cür düşünməyəni də düşünməyə vadar edirlər. Mərd qovulur, namərd olur… Yenə problem dönüb-dolanıb naşir arqumentində mərkəzlənir. Amma, neynək ki, bizdə naşir məsələsi yox səviyyəsindədir…
    – Ədəbiyyat saytlarının bugünkü durumu sizi qane edirmi? Saytlar arasında rəqabət qabiliyyəti necədir?
    – Kənan Aydın sağ olsun, mənim yazılarımı özümdən xəbərsiz də olsa, pulsuz çap edir. Amma, elə sayt var ki, iki şeiri çap etmək üçün ödəniş tələb edir. Belə “pullu” saytların içində biz də düşmüşük ki, nə var, nə var, şeir yazmaqla məşğuluq, dolana bilmirik. Başqa ölkələrdə müəllifin bir cümləsini çap edəndə ona qonorar ödəyirlər, bizdə müəllifdən pul tələb edirlər. Rəqabət qabiliyyəti isə ancaq və ancaq xəbər saytları arasında mövcuddur. Ədəbiyyat saytlarının adminləri ancaq öz tanıdıqlarını, bayaqkı söz olmasın, öz çevrələrini çap etməklə məşğuldur. Burda hansı yüksək inkişafdan söhbət gedə bilər ki, hələ rəqabət qabiliyyəti də dəyərləndirilsin

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    LÖVHƏ

    Dünən bir anda yaz havası yaman dönmüşdü..

    Bir anda tutuldu göylərin üzü,
    Çaxdı çəkicini zindana şimşək.
    Buludlar qərq etdi dərəni,düzü,
    Çətrinə sığındı çöldə hər çiçək.

    Sevincdən parladı cadar sifəti,
    Göylərə göz dikən susuz torpağın.
    Gurşada qovuşdu ülvi niyyəti,
    Rənginə-rəng gəldi, hər bir yarpağın.

    Buludlar sildilər göz yaşlarını,
    Günəş də boylandı dağın çiynindən.
    Dağlar tutammadı quzey qarını,
    Ağ əba sürünüb düşdü əynindən.

    Dağ çayı düzlərə meydan oxudu,
    Köpüklü dalğalar gürz,ox,nizə.
    Bu qüvvə önündə duran yox idi,
    Qəzəbin tuşladı gölə,dənizə.

    Tutaraq əlindən qövsü-qüzehin,
    Günəş kəhkəşana sirli yol açdı.
    Jalə muncuğundan nurlu təsbehi,
    Çayırlar ,çəmənlər boynuna asdı.

    Yenə üzü güldü çiçəyin,gülün,
    Quşlar qanadlanıb uçdu yuvadan.
    Bənizi duruldu sonalı gölün,
    Yaratmaq eşqiylə çağladı Dövran.

    DİLLƏRDƏ GƏZƏ

    Ömürdən- gündən

    Əlli zirvəsidir insan yaşının,
    Zirvədən baxılar enişə, düzə.
    Bərk tutub əlindən can sirdaşının,
    Allahın izniylə çatasan yüzə.

    Fürsət verməyəsən zalım fələyə,
    Salsın fitnəsiylə səni kələyə.
    Həyatda çatmaqçün arzu, diləyə,
    Qatasan gecəni nurlu gündüzə.

    Bələdçi tutasan düz əməlləri,
    Açasan dərgaha təmiz əlləri.
    Ruhunu oxşaya səmum yelləri,
    Gələsən hər zaman Haqqla göz-gözə.

    Yurdda örnək ola təmiz əxlaqın,
    Gəzəsən üzü ağ, həm açıq alın.
    Təqdirin alaraq Dövranın, xalqın,
    Adın əzbər ola dillərdə gəzə

  • Gülten ERTÜRK ANNEMİZİN doğum gününü kutluyoruz! (1 mayıs 1970 yıl)

    10000243_10152271703211506_1711077394_n (1)

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Göz Yaşartanım

    Efkarlandı deli gönül daraldı
    Sana daldım yine göz yaşartanım…
    Aşkın kanununda bu bir kuraldı
    Sende kaldım yine göz yaşartanım…

    Neler geldi neler geçti gözümden
    Pek çok yaşlar döktüm bu can özümden
    Ne olursa olsun dönmem sözümden
    Sende kaldım yine göz yaşartanım…

    Sensiz dolaşmıyor damarda kanım
    Dinmiyor nedense acır sol yanım
    Göğüs kafesimde sen benim canımmm
    Sende kaldım yine göz yaşartanım…

    Sensizlik duygusu beni kemirir
    Hüznün bile bana mutluluk verir
    Buzlu dağım seni görünce erir
    Sende kaldım yine göz yaşartanım…

    Azrail geldi de gelemem dedim
    Ben yari görmeden ölemem dedim
    Onsuz hiç bir zaman gülemem dedim
    Sende kaldım yine göz yaşartanım…

    03 02 2007

    Gözüm Dalıyor

    Özlemler büyüdü kocaman oldu
    Sevgi şelalemse hâlâ çağlıyor
    Sensiz geçen günler hasretle doldu
    Yoldamısın yoksa gözüm dalıyor

    Beni hatıralar sana bağlıyor
    Güldüğüme bakma özüm çağlıyor
    Bıraktığın izlerse yürek dağlıyor
    Yoldamısın yoksa gözüm dalıyor

    Sordun mu kendine sebep neydi?
    Düğümlenen kalbim çözüm ariyor
    Gururun seni de beni de yendi.
    Yoldamısın yoksa gözüm dalıyor

    Bir sürpriz yapıp ta gel ne olursun
    Yalnızlık ağ misali beni sarıyor
    Boş bekleyen gölüm seninle dolsun
    Yoldamısın yoksa gözüm dalıyor

    Geçmişe döneriz elbet dilersen
    Her kimle konuşsam seni soruyor
    Gül yerine diken getir istersen
    Yoldamısın yoksa gözüm dalıyor

  • Harika UFUK.”Gölgedeki pembe savaş”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Merhaba!

    Adım Sema…

    Mimarım. Eşim Gürkan da inşaat mühendisi… İkimiz de Ankara Gazi Üniversitesi’nde okuyorduk. Ben birinci sınıftayken eşim Gürkan da son sınıftaydı. Üniversite’nin kantininde tanışmıştık. İlk görüşte aşka inanır mısınız bilmem ama biz birbirimize ilk görüşte âşık olmuştuk. 2000 yılında yani milenyumda evlenmiştik. On beş yıllık evliyiz. Ezgi adında dünya güzeli bir kızımız var. Kargaya yavrusu kuzgun görünürmüş. Bana da öyle güzel görünüyor yavrum işte! Ezgi ortaokul son sınıf öğrencisi… Derslerinde de oldukça başarılı…

    Yeni yıl gelirse 41 yaşıma gireceğim. “41 Kere maşallah!” dediğinizi duyar gibiyim. Bu yaşıma kadar çok mutluydum ta ki kanser olduğumu öğrenene kadar! Yaklaşık sekiz aydır kanser tedavisi görüyorum. Tedavi iyi hoş da kesin kurtuluşum var mı yok mu belirsizliğinin tam ortasındayım. Kendimi ıssız bir adada gibi hissediyorum.

    “Ah yazık” mı dediniz. İlkokuldayken “Dört tarafı denizlerle çevrili kara parçasına ada denir.” diye ezberlemiştik bu tanımı… Şimdilerde ben bunu değiştirdim dört tarafı kanser hücreleriyle çevrilmiş insana seçilmiş insan denir diyorum. “Neden ben? Tanrım neden ben?” dediğimi düşünüyorsunuz belki de… Hayır, yanılıyorsunuz işte… İsyan etmedim, etmeyeceğim. İsyan yok, çünkü ben güçlüyüm çünkü ben bununla baş edebilirim. Bir Amazon gibiyim aslında… Tanrım beni güçlü gördüğü ve savaşçı ruhumu bildiği için beni seçti. Savaşacağım, kazanacağım.

    İsterseniz kanser öyküme baştan başlayayım: Televizyondaki kadın programlarından birini izlerken Derya Baykal: “ Hanımlar, banyo sonrası ayda bir kez koltuk altlarınızda beze olup olmadığını kontrol edin. Unuturum derseniz ya her ayın ilk gününde yahut doğum gününüz ayın 23’ündeyse mesela her ayın 23’ünde rutin olarak elle kontrollerinizi yapın. Bir farklılık hissederseniz doktora gidin.” demişti. Ben de aynı gün banyo sonrası ilk kontrolümü yapmıştım. Takvime baktım. Ayın 14’üydü. Tamam, ayın 14’ünden 14’üne bu işleme rutin olarak devam etmeliyim diye düşündüm. Unutacak olursam ninemin anlattığı masallardaki “Ayın 14’ü gibi güzel prensesi” hatırlarım diye kendi kendime mırıldandım.

    Bu kontrollerim birkaç yıl sorunsuz sürdü. Bir gün banyo sonrası rutin kontrolümde elime bir kitle geldi. Sanki irice bir mercimek gibiydi. Hastaneye gittim. Doktor “Önce bir ultrasonla bakalım. Sonra gerekirse mamografi çektirirsiniz.” dedi. Ultrasonla baktı, yüz hatları gerginleşti. Bana “Siz dışarıda bekleyin. Bir de hocam baksın. Bütün hastalar gittikten sonra hocamı çağıracağım.” dedi. Birkaç doktor arkadaşını çağırdı, en son hocası geldi. Tekrar dikkatle muayene ettiler. Ultrasonda baktılar. Mamografi için yolladılar. Mamografi çektirdim. Çok zahmetliydi. Mememi adeta tost yapar gibi makineye kıstırdılar. Birkaç kez sağ birkaç kez de sol göğsümün mamografisi çekildi. Bir kitle vardı. Moralim bozuldu. Hastalardan şalvarlı şişman güler yüzlü bir köylü hanım “Korkma, ne varmış korkacak? Benim mememden kan geldi. Bak aldırmıyorum bile…” dedi. Utandım, içimden “Neler yaşanıyor, ne acılar var dünyada ve insanlar morallerini hiç bozmuyorlar Sema sen de güçlü ol!” dedim.

    Raporların yazılması biraz zaman aldı. Sol mememdeki kitle şüpheli görünüyordu. Biyopsi için bana randevu verdiler. Kendime telkinde bulunsam bile o gün çok sinirliydim. Halim selim biri olan ben bu işlemlerden sonra iyice gerginleşmiştim. Biraz korku, biraz cesaret, biraz umut biraz umutsuzluk içimde el ele tutuşmuşlar da halay çekiyorlardı adeta… Biyopsi sonrası kuşku dolu bekleyişler… Alınan parçanın tahlil edilmesi iki haftayı buldu.

    O arada internetten kansere iyi gelen yiyecekler hakkında ne bulursam eşime sipariş veriyordum. Adamcağız aktarları, marketleri tek tek geziyordu. Karnabahardan çekirdekli siyah üzüme; arı poleninden aloe vera bitkisine; biberiyeden brokoliye; buğday çiminden çemen otuna; karahindibadan çörek otuna, kızılcıktan keten tohumuna varana kadar ne bulursa eve taşıyordu.

    Sonuçları alacağımız gün eşim de benimle beraber hastaneye geldi. Sonuç negatifti. Yani meme kanseri değildim. Tam sevinecekken hevesim kursağımda kaldı. Kan ve doku tahlillerim sırasında lösemi olduğum ortaya çıkmıştı. Düşman, kanıma kadar girmişti. Kanserle savaşmak için moral yönünden çok güçlü olmalıydım. Ne olursa olsun beni içten içe yiyip bitiren kanseri vücudumdan kovmalıydım.

    Kemoterapi sonrası ateşim yükseliyordu, istifra ediyordum, Aşırı derecede ağrım ve sızım oluyordu. Sanki vücudumun her hücresi ayrı ayrı acı veriyordu bana… Kendimi çok bitkin hissediyordum. Konuşma isteğim olmuyordu, olsa bile konuşma gücünü kendimde bulamıyordum. Bir yandan da kızımla eşimi üzdüğüm için acı çekiyordum. Sonu görülmeyen bir yolun yolcusuydum.

    Aslan yelesi gibi gür ve uzun saçlarımı taradığım bir sabah bir tutamın avucuma dolması yüreğimi kanattı. Sonra bir tutam daha… Lepiska saçlarım avuçlarımı doldurdukça gözyaşlarım sel oluyordu. Hani aslan burcu insanlarının ortak özelliğiydi gür saçlar… Ben de burcumu soranlara “Saçlarıma bakın, anlarsınız.” diye göz kırpıyordum. Oysa şimdi kel kalmanın eşiğindeydim, övündüğüm güzelim saçlarım avuçlarımı doldurmaktaydı. Bir kadın için en büyük travma budur diye düşündüm.

    Ertesi gün kuaför eve geldi ve saçlarımı neredeyse sıfıra vurdu. Aynaya baktığımda kendimi tanımakta zorlandım. İştahsızlığım nedeniyle hayli zayıflamıştım. Gözlerimin altı morarmıştı. Kaşlarım, kirpiklerim de dökülmekte idi. Asker tıraşı gibi kel bir kafa… Kendimi çok çirkinleşmiş olarak gördüm aynada… Eşim en çok omuzlarıma dökülen lepiska gibi dalga dalga sapsarı saçlarımı severdi. Şimdi beni sevmeyecekti belki de… Ama ben yine aynı Sema’yım. Saçım, kirpiğim, kaşım dökülse de ben ruhen aynıyım, değişmedim ben… Saç dediğin nedir ki altı üstü kıl işte… Ninemin dediği gibi “Kılda keramet olsaydı tabakhaneye nur yağardı.” Fakat ya ölürsem… Ölümüm kızımda büyük bir travma yaratacaktı, hayatı boyunca annesinin boşluğunu dolduracak kimsesi olmayacaktı. Gerçi “Teyze anne yarısı…” derler. Ablamın kızıma destek olacağından emindim ama onun da çocukları vardı. Biricik kızım Ezgi’m ikinci plana atılacaktı büyük bir ihtimalle… Keşke kızıma bir kardeş doğurmuş olsaydım. Tek başına kalmazdı, kardeşiyle beraber daha güçlü tutunurdu hayata…

    Gürkan çok iyi bir babaydı ama öldüğüm takdirde bir süre sonra evlenecekti mutlaka… Kızım ne olacaktı üvey annesi ona nasıl davranacaktı? Ya masallardaki “Külkedisi gibi horlasalardı! Dayanamam Tanrı’m asla… Kocamı bir başka kadınla evli düşünmek bile çıldırtıyordu beni ama biricik kızımın üvey anne elinde hırpalanacağını düşünmek ölümden de beter bir duyguydu. Bol bol dua ediyordum. Allah’ım beni kızıma bağışla ne olur!

    Bu halde bile yaşama tutunmamın sebebi kızımdı. Onun annesiz büyümesine asla izin vermeyecektim. Bir an önce iyileşmek istiyordum. “Tanrım ne olur bu bir rüya olsun, uyandığımda hayatıma kaldığım yerden devam edeyim.” diye yalvarıyordum. Çiçekleri, kuşları, denizi, İstanbul’u, Nevşehir’i, Ürgüp Göreme’yi bir daha görememek değildi kaygım! Kızımın bensiz büyüyecek olması ihtimaliydi beni korkutan… Ezgi’nin hayali İngilizce öğretmenliğiydi. Daha üniversiteyi kazanacaktı, okuyacaktı, kep fırlatma törenine ailece gururla gidecektik. Kim bilir kızımın evlendiği telli duvaklı gelin olduğu günü de görmek kısmetimizdedir. Kızım için başaracaktım bunu… Onu yalnız bırakmaya hakkım yoktu ki!

    Üçer haftalık aralıklarla dört kez kemoterapi uygulandı bana… Umudumun tükendiği anlarda kızımın hayali gözümün önüne geliyordu. Melek yavrumu düşünerek güç kazanıyordum. Bildiğim bütün duaları okuyordum. “Gerçeği söyleyin. Ölecek miyim? Ne kadar ömrüm kaldı?” dedim. Doktorum çaresiz olmadığımı, ilik nakli ile iyileşebileceğimi söyledi. Bu sözleriyle beni bir anda yüreklendirdi. Kardeşlerim varsa onlardan ilik alabileceğimi yoksa uyan iliği bulmanın biraz zaman alacağını söyledi. Annemle babama defalarca teşekkür ettim şu an hayatta olmasalar da… Yıllar önce trafik kazasında ikisini birden kaybetmiştim. İyi ki ablam varmış. Uyarsa onun iliğinden alınan hücreler bana nakledilecekti. Öğrendiğim kadarıyla ikiz kardeşlerde bu uygunluk daha fazla oluyormuş. İkizim yoksa da bir tanecik Semra ablam var benim… Şükürler olsun!

    Yapılan testler sonucunda ablamın iliğinin ve hücrelerinin benimkilere uyduğu anlaşıldı. Ameliyatım için en uygun vericiyi bulduğumuzu doktorum sevinçle belitti. Semra ablam iliğini vermeyi kabul etti ama eniştem karşı çıktı. Sonuçta onun eşi de ameliyat olacaktı ve ikimiz için de risk vardı. O da ablam ve çocukları için endişeleniyordu. Ben bir yandan, eşim bir yandan ablamın eşini razı ettik sonunda… “Aynı durumu siz yaşasaydınız ve benden bu desteği isteseydiniz reddedilince neler hissederdiniz?” sorumun ve gözlerimden istemsizce boncuk boncuk dökülen gözyaşlarımın etkisi ile olduğunu sanıyorum. Sonunda eniştem ricamızı kabul etti. Artık bu ameliyata hazırlanmamız gerekiyordu. Çok farklı duygular içindeydik. Sonuç ya istediğimiz gibi olmazsa!

    Ablamla göz göze geliyorduk ama konuşmuyorduk. Dildeki söze gerek yok bazen kalpten kalbe giden yolda anlatacağını düz anlatabilen göz varsa… Duygularımızı bakışarak aktarabiliyorduk birbirimize… Canım ablacığım Semra’m… Bana hayat verecekti. Yıllar önce annemizi ve babamızı o elim kazada kaybettiğimizde de bana hem annelik hem ablalık yapmıştı. İnsanın kendi canından kanından birinin olması ne güzel… Şimdi de bana hayat verecekti. Kızım Ezgi annesiz büyümeyecekti. Yaşamayı en çok da kızım için istiyordum. Hayata sıkı sıkıya tutunmalıydım ve asla vazgeçmemeliydim.

    Nakil günü geldi çattı. Hepimiz çok heyecanlıydık. Vücudumun nakledilen iliği sahiplenmesi şarttı. Ya sahiplenmezse düşüncesi bile korkunçtu. Kızımla ve eşimle vedalaştım, helalleştim yine de ne olur ne olmaz diye ama inanıyordum ki sağlığıma kavuşacaktım, hayatımı yeniden kaldığım yerden sürdürecektim.

    Ameliyat masasına yattığımda bildiğim bütün duaları okudum. Doktoruma gülümsedim. Size güveniyorum, dedim. Uyutulmuşum. Ne kadar zaman geçtiği hakkında en ufak fikrim yok. Gözümü hastane odasında açtım. Yoğun bakımdaydım. Eşim, kızım, yakınlarım bana gülümseyerek camdan bakıyorlardı. Eşim zafer işareti yaptı. Kızım öpücükler yolladı. Şimdilik beni camın arkasından görebiliyorlardı. İki gün sonra özel odaya aldılar beni… Sağlık ekibi özel giysiler içindeydi. Astronotlara benzettim onları bir an… Söylediklerine göre ablamın da durumu çok iyiydi. Hatta onu ikinci gün taburcu etmişlerdi.

    Doktorum sanki ailemden biri gibiydi. Benim sevincime de kederime de ortaktı. Ben iyileştikçe o da seviniyordu ama temkinliydi. Her an her şey olabilir endişesini de yüzünden okuyabiliyordum. Dilimden düşmeyen dualarımın ve de iyileşme inancımın da çok faydası olmuştu. Kısa sürede kendimi toparladım. Yakınlarımın sevgisi, şefkati, fedakârlığı ile hayatı yeniden kucakladım. Hastaneden çıkarken geleceğe umutla bakıyordum.

    Eve geldiğimde evimiz tertemiz olmuştu, Eşim haftada bir gelen temizlikçi bayanı çağırarak evi temizletmişti. Haftada beş kez gelmesi için de anlaşma yapmıştı. Salondaki kanepe de uzanmam için düzenlenmişti. Epeydir istediğim televizyon da alınarak duvara monte edilmişti. Sevdiğim, istediğim ne varsa alınmıştı. Kendimi toparlayana kadar da eşimin halası yanımızda kalacaktı. Eşimin halası çocuklarını evlendirmişti, yıllardır tek başına yaşıyordu. Çocuklarından biri öğretmen diğeri de polisti. Tayinleri dolayısı ile farklı illerde yaşıyorlardı. Bayramlarda ve tatillerde birkaç günlüğüne geliyorlardı. “Gürkan’cığım Halime halan hep yanımızda kalsın.” dedim. Halime Hala çok mutlu oldu. “Hem belli mi olur sağlığıma kavuştuktan sonra belki kızıma bir kardeş gelmesi için planlar yaparız. Eminim Ezgi de çok iyi bir abla olacaktır.” dedim. Göz kırptım. Evdekiler “Yaşasın!” diye bağırdılar.

    Daha da güçlenmiş olarak hayata kaldığım yerden devam edecektim. Ben bir Amazon kadınıydım. Elbette bütün zorlukları yenebilecek kadar güçlüydüm. Tanrım beni seçmişti umutsuz hastalara umut olayım diye… Allah’ım sen ne büyüksün! Beni aileme, ailemi de bana bağışladın. Şükürler olsun! Kanserin kara gölgesindeki mücadeleyi pembe hayalleri olan kadın kazandı.

    ADANA
    ARALIK 2015

  • Səxavət ƏNVƏROĞLU.Yeni şeirlər

    TAPARSAN MƏNİ

    Dağların başına duman çökəndə,
    Ağaran saçlara sığal çəkəndə,
    Ömrünün xəzanı vaxtsız gələndə,
    Arzular içində taparsan məni.

    Xəyallar əlində susub qalmısan,
    Yağmurlu bulud tək dolub qalmısan.
    Nakam eşq əlindən fikrə dalmısan,
    Durnanın köçündə taparsan məni.

    Qəlbin ötənlərçin gileylənəcək,
    Dərdli ürəyində eşq kövrələcək.
    Bir gün ayrılığa dözməsə ürək,
    Laləzar içində taparsan məni.

    Adınla yaşadım səndən xəbərsiz,
    Günlərim ötüşməz dumansız,çənsiz.
    Demə ki, virandır cahanım sənsiz,
    Duyğular içində taparsan məni.

    Adını yaşatdım xəstə ürəkdə,
    Eşqini Tanrıdan istə ürəkdən…
    Xəzan vuran güləm solan ləçəkdə,
    Bəyaz qar içində taparsan məni.

    Konstansiya.Rumıniya.
    29.03.2009.

    SƏN NİYƏ YUXUMA GİRDİN BU GECƏ?

    Qismətin acısı baxtına düşüb,
    Cibiboş,əliboş vaxtına düşüb.
    Bir dəli sevdanın taxtına düşüb
    Sən niyə yuxuma girdin bu gecə?

    Günahkar gəzirsən-günahkar özün,
    Bilmədim nə oldu,kor oldu gözün.
    Getmir qulağımdan “sevmirəm” sözün,
    Sən niyə yuxuma girdin bu gecə?

    Nəfsin nəfəsini boğdu sinəndə,
    Arxaya çönməyib getdin sən öndə.
    Qaldı fikrim səndə,ürəyim səndə,
    Sən niyə yuxuma girdin bu gecə?

    Bəzən uzaqlarda bilirəm xoşam,
    Ağlına gəlməsin mən başı boşam.
    Sənli fikirlərlə yaman sərxoşam,
    Sən niyə yuxuma girdin bu gecə?

    Kövrəltmə könlümü sən bu yaşında,
    Getmirsə şübhəli fikir başından,
    Axşam üfüqləri dağlar aşanda,
    Sən niyə yuxuma girdin bu gecə?!

    Qara dəniz.2011.

  • Kənan AYDINOĞLU.”Kəlbəcər həsrətli şairim mənim”

    1902788_614529541965133_896121757_n

    Kəlbəcər ədəbi mühitinin XXI əsr Çağdaş Azərbaycan poeziyası üçün yetişdirdiyi ən gözəl ədib və gənc şairlərin ən gözəli, canı, qanı, ruhu qədər Azərbaycan torpağına bağlı olan şair qardaşım İlham Mikayıla ulu sayqılarla!

    Kəlbəcər dərdinə çəkirsən haray,
    Kəlbəcər həsrətli şairim mənim.
    Uçmasın qəlbində qurulan saray,
    Kəlbəcər həsrətli şairim mənim.

    Kaş indi düşəydi güzarım mənim,
    Dağılsın qəlbimdə azarım mənim.
    Qazılsın torpaqda məzarım mənim,
    Kəlbəcər həsrətli şairim mənim.

    Ağlayan, sızlayan dən olmuşam mən,
    Kəlbəcər dərdinə tən olmuşam mən.
    İnləyən, göynəyən çən olmuşam mən,
    Kəlbəcər həsrətli şairim mənim.

    Yanaqdan gözünün yaşı düşəcək,
    Ayna Xəzərimin qaşı düşəcək.
    AVEYİN, MUROVUN daşı düşəcək,
    Kəlbəcər həsrətli şairim mənim.

    Qaralar yerində ağa dönəcək,
    Yolların sol səmti sağa dönəcək.
    Dərdlilər yenə də dağa dönəcək,
    Kəlbəcər həsrətli şairim mənim.

    Dərdimiz böyükdü bir Xəzər qədər,
    Yaşanan ömrümüz getməsin hədər.
    Dağılsın gözlərdən ayrılıq, kədər,
    Kəlbəcər həsrətli şairim mənim.

    Sənin də, mənim də dərdimiz birdi,
    Koroğlu hünərdə mərdimiz birdi.
    Kəlbəcər həsrəti yuxuma girdi,
    Kəlbəcər həsrətli şairim mənim.

    ƏLƏSGƏR ŞƏMŞİRLƏ saza dönəcək,
    Zimistan torpaqda yaza dönəcək.
    Çoxları azalıb, aza dönəcək,
    Kəlbəcər həsrətli şairim mənim.

    Bir elin, bir yurdun canındasan sən,
    Yenə laxtalanan qanındasan sən.
    Kəlbəcər yurdunun yanındasan sən,
    Kəlbəcər həsrətli şairim mənim.

    Ruhunda, canında KƏLBƏCƏR kimi,
    Dastanın ərlikdə hey HƏCƏR kimi.
    Həsrətli ömrümün sonuna kimi,
    Kəlbəcər həsrətli şairim mənim.

    KƏLBƏCƏR yurdunun canı, ruhusan,
    “QURAN”da görmüsən ADƏM, NUHU san.
    Yurdun ərşə çatan haray, ahu san,
    Kəlbəcər həsrətli şairim mənim.

    Bilirəm, dərdimiz sona yetəcək,
    Qəmimiz azalıb ona yetəcək.
    Sevincə atayla ana yetəcək,
    Kəlbəcər həsrətli şairim mənim.

    28 noyabr 2011-ci il.Bakı şəhəri

  • Kamran MURQUZOV.”Hakkı bulmamız gerekir”

    10730926_708473925888118_1815156677351752954_n

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

    Ateş gibi yanar olduk,
    Hakkı bulmamız gerekir.
    Tanrı’yı Hak sanır olduk.
    Hakkı bulmamız gerekir.

    İlki sevinç, sonu kader,
    Geçmişlere eyle nazar.
    Bir ömrün sonuna kadar,
    Hakkı bulmamız gerekir.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    NECƏSƏN

    Dözmək olmur vallah sənin nazına,
    Sən çıxmısan ömrün , günün yazına,
    Yalvarıram sən insafsız qızına,
    Mənim küsüb, barışanım necəsən?
    Ürəyimdə bircə sənsən, bircə sən.

    Ürək dözmür ayrılığa, hicrana,
    Arı qonar çöl,çənəndə açana,
    Ruhum gülər qovuşanda can cana,
    Sudan duru, çiçək kimi incəsən,
    Ürəyimdə bircə sənsən, bircə sən.

    Tanrı səni bu dünyaya bəxş edib,
    Gözəlliyi üz- gözünə nəqş edib,
    Nə yaxşı ki, səni mənə tuş edib,
    Səndən ötrü gərək candan keçəsən,
    Ürəyimdə bircə sənsən, bircə sən.

    Məhəbbətsiz döyünərmi bu ürək,
    Hələ gözəl görməmişəm sənin tək,
    Bir-birindən gəşəng olur gül-çiçək,
    Gül içindən bircə səni secəsən,
    Ürəyimdə bircə sənsən, bircə sən.

    Nə qəşəngsən, nə gözəlsən bəxtəvər,
    Sən varsansa, yoxdu vallah dərdi-sər,
    Günəş kimi boylanırsan hər səhər,
    Bu dünyada bir qiymətli incisən,
    Ürəyimdə bircə sənsən, bircə sən.

    Arzu, istək hər bir şeydən əzəldi,
    Şirin səsin bir nəğməli qəzəldi,
    İsti qoynun behiştdən də gözəldi,
    Qucağında can verəsən, köçəsən,
    Ürəyimdə bircə sənsən, bitcə sən.

    GÖZƏL

    Boy-buxunun incə, qəşəng,
    Yoxdu sənin kimi göyçək,
    Adam çaşır səni görcək,
    Gözəlsən,vallah, ay gözəl.

    Dünyanın xoşbəxt qızısan,
    Baharın işvə, nazısan,
    Sən gözəllik ulduzusan,
    Günəşə taysan, tay, gözəl.

    Eşit sözün can deyinin,
    Neyləsin sənsiz sevənin,
    Kipriklərin oxdu sənin,
    Qaşların yaydı, yay, gözəl.

    Qəlbindən nə keçir söylə,
    Dodaq baldı, yanaq lalə,
    Nə olar bir insaf eylə,
    Ver səsimə bir hay, gözəl.

    Sən bir cənnət çiçəyisən,
    Yerin, göyün mələyisən,
    Sən Əzizin ürəyisən,
    Tanrıdan paysan, pay, gözəl.

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    YUXUMU QAÇIRAN GECƏ

    Çırpıb şübhələrinı
    yuxumu qaçıran
    gecənin zülmətinə,
    Yaddaşımın ətəyinə
    atdığın dərd daşlarını-
    tənhalıq sirdaşlarımı,
    Tökdüm gözlərimə çəkdiyim
    Sən gedən yolların üstünə.
    Yuxusu qaçan gecədə
    Sənli fikirlərimlə
    qaldım başlı-başına.
    Yuxumu qaçıran ğecə də
    Qüssə yorğanını
    çəkib başıma…
    Qənim kəsilib səhətimə
    yuxusu qaçan gecə də.
    Sənsiz, sənli sevgimi bu gecə
    alıb qollarım üstünə,
    Ha düşünüb-daşındım,
    Özüm özümdən yaşındım-
    Heç özüm də
    bilmədim necə,
    Ürəyimdə qövr eləyən,
    həsrətimin göynəyindən
    ayağıyalın, başıaçıq-
    Yuxusuz gözlərimlə
    ulduzları dərə-dərə,
    Çıxıb zülmətin köynəyindən-
    Bu tənha gecədə
    Həsrətimin göynəyindən,
    tənha qüssəmin
    üzündən qaçıb,
    Özümdən qaçıb…
    Yüyürdüm,hey yüyürdüm,
    yüyürdüm geri baxmadan,
    Dan yeri sökülən yerə-
    Baxım,görüm necəsən?
    Mənsiz qaldığın gecə sən,
    Necə ötüşdün tək,
    necə sən?!

    Azərbaycan.Quba.
    05.05.2001.

    SÖZ CÜCƏRDİ

    Tək əldən səs çıxmadı,
    Tək əldə söz cücərdi.
    Cığır açan izimin
    Yerində göz cücərdi.
    Göz gördüm-gözüm düşdü,
    Qəlb dindi, sözüm düşdü.
    Ovcuma gözüm düşdü,
    Gözümdə duz cücərdi.
    Təkləndim təkəm deyə,
    Təkliyi çəkəm deyə…
    Gözünü döyə-döyə
    Əyri də düz cücərdi.
    Tək Allahdır, tək Allah,
    Təklərə pənah Allah…
    Gözüm önündə günah,
    İçimdə köz cücərdi.
    Gecə uzundur,uzun,
    Darıxdım sənsiz, quzum.
    Köksümə basdım duzu,
    Gözümdə buz cücərdi.

    Azərbaycan.Quba.
    02.10.2001.

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Vətəni sevdim

    Könül xoşluğumdu, qulaq dincliyim,
    İlhamımdan axıb gələn kəlmələr.
    Arxadan əl edən dəli gəncliyim,
    İndi səndələyib saça dən ələr.

    Kiminin yolları görünür, hamar,
    Kimsə yaz ömrünə sərt qış istəməz
    Kimi etdiyindən mükafat umar,
    Kimi də özünə alqış istəməz.

    Özgə çırağını yandıranların,
    Günəş öz evində doğar hər zaman.
    Hiylədən, haramdan yan duranların,
    Başından sevinclər yağar hər zaman.

    Kiminsə təsəlli verəni olsa,
    Dağ kimi görünməz gözünə dağ da.
    Üzünə güləni əgər tapılsa,
    Həyatı xoş keçər aranda, dağda.

    Səsi sinəsində gurlayanların,
    Sözü şimşək olar, çənə bürünər.
    Eşqi günəş olub parlayanların
    Hər şey gözlərinə aydın görünər.

    Çəkilən əziyyət gedəndə becah,
    Adamın tüstüsü közü yandırar.
    Yamanlar, yaxşıya olanda urcah,
    Ürəyin atəşi gözü yandırar.

    Daha qorxulular daş altındadı,
    Fəlakət törədər əsəbdən susan.
    Elə zəhərlər var, ”aş” altındadı,
    Özünə düşməndi özgəni pusan.

    Mənzilə çatmamış dönəndən qorxdum,
    Hədəfə inadla yetəni sevdim.
    Bu gün unudulmuş dünəndən qorxdum,
    Özümə güvəndim, vətəni sevdim.

    20.04.2017.

    Görmüşəm

    Baxmayıb çətinə, ağ, qarasına,
    Tikəsin yarıya bölən görmüşəm.
    Məlhəm neyləyəcək söz yarasına,
    Sözündən yıxılıb ölən görmüşəm.

    Şairin şeirdi, sözdü var-yoxu,
    Söz yoxsa, hədəfdən yayınar oxu.
    Ürəklə gözünü yaşardar çoxu,
    Ürəksiz gözünü silən görmüşəm.

    Köz üstə qovrulur, köz-közdü ürək,
    Toxunma, yandırar alovdan əl çək.
    Odu söndürəcək, oda dönəcək,
    Yaxşı ki, sevgiyə güvən görmüşəm.

    Gördüyü hər işin əlhəmin tutan,
    Ləngərin saxlayan, yöndəmin tutan,
    Sambalın qoruyan, həmdəmin tutan,
    Eşqin məbədinə dönən görmüşəm.

    Gözdən pərdə asan, pərdələnən də,
    Bəxtindən küsən var, bəxt güləndə də,
    Polad, tonla gəlir dərd gələndə də,
    Dərdən havalanıb, gülən görmüşəm.

    28.11.2015.

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    * * *

    Kaş oda ataydın, külüm qalaydı,
    Kaş ölub gedəydim zülüm qalaydı.
    Əlimdə saralmıs gülüm qalaydı,
    Sinəmdə viranə könül qalınca…

    Mən səni de hansı sözlə ağlayım,
    Kamanla ağlayım, sazla ağlayım?
    Urəklə ağlayım,gözlə ağlayım,
    Bəlkə özüm gəlim, özüm dalınca…

    Sənsiz quru dasam,quruca kəsək,
    Bu dasın yaş üzü göyərməyəcək.
    Dağilsın bu divar, yenə görüşək,
    Neçə yol ölürəm yada salınca…

    * * *

    Dord yol ayrıcında bir gün
    Gorüsdük sevənlər kimi.
    Aldanıb acı qisməti
    Bölusdük sevənlər kimi…

    Naqıl dedi fələk bizə,
    Yuxu gəldi gözümüzə.
    Yatıb bir bəxt özümüzə
    Görmüsdük sevənlər kimi…

    Kimi yoxda,kimi varda,
    Buz asılıb arzulardan.
    Ruhumuz kim bilir harda,
    Ölmusdük sevənlər kimi…

  • Şəfa VƏLİYEVA.”Həsrət yolunu çox gəldik”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Həsrət yolunu çox gəldik
    Qayıdaq əvvəlki yerə…
    Ümid bundan sonrayadı
    Ürək əvvəlki yerində…

    Şəkillərin düzüm-düzüm
    Qəhvə rəngli gözlərimdə…
    Gəl yoluna dibçək düzüm
    Özün becər gülləri də…

    Bilirəm unutmamısan…
    Istəyimiz bir körpəydi…
    Ağ rəngli gün arzuladıq…
    Narıncı ayrılıq gəldi…

    Indi ayrılığın rəngi
    Hərdən çökür yanağıma…
    Silə bilmir inci-inci
    Düzülən yaş yanağıma…

    Ayrılıq da üsyankardı…
    Səni itirməkdən qorxmuş…
    Bu dünyanın üsyanları
    Narıncıyla qorxuluymuş…

  • Böyüməyən arzular…

    Məktəblərdə 9 illik sistemə keçirilməsi erkən nikah hallarını artıra bilər

    “Yeddinci sinifdə oxusam da, təhsilə olan yüksək marağıma görə müəllimlərimin etimadını qazanmışdım. Bir gün anam qonşumuzun oğlu ilə məni nişanlamaq istədiklərini bildirdi. Çox çətin vəziyyətə düşdüm. Etiraz edəcək cəsarətim olmasa da, buna razı olmadığımı anama dedim. O mənə atamın bu işdə qərarının qəti olduğunu başa saldı. “Mən təhsil almaq fikrindəyəm axı! Bu yaşda da adam ailə həyatı qurarmı?”,- deyib ağlamağım da heç nəyi dəyişmədi.
    Anamla söhbətimizdən sonra artıq məktəbə getməyə də utanırdım. Həmin gündən etibarən mənim gələcək həyatım üçün qurduğum xəyallarım, arzularım tamamilə darmadağın oldu. Özüm böyüsəm də, həmin günə qədər böyük ümidlərlə reallaşacağını gözlədiyim arzularım kiçilib məhv oldu. Məktəb həyatı da artıq mənim üçün əvvəlki kimi maraqlı və sevimli olmadı. Müəllimlərimin üzünə də əvvəlki kimi rahat baxa bilmirdim”. Bunu öz taleyindən göz yaşları içərisində danışan Ağsu sakini 25 yaşlı Rəbiyyə Məmmədova (ad və soyad şərtidir) deyir.
    Rəbiyyənin sözlərinə görə, bir il sonra vaxtsız və könülsüz ailə qurub: “Dəfələrlə psixoloji və fiziki zorakılığa məruz qaldım. Artıq çəkdiyim iztirablardan xəbərsiz olan körpəmiz də dünyaya gəlmişdi. Övladımın xətrinə, ailəmin dağılmaması naminə birtəhər dözürdüm. Lakin ailədəki vəziyyət günü-gündən daha dözülməz olurdu. Bir neçə il sonra boşandıq. Boşandıqdan sonra da keçmiş həyat yoldaşımın təzyiqlərinə məruz qalırdım. Bundan sonra daha ailə qurmaq haqqında fikirləşmirəm”.
    Bu gün bu şəkildə acınacaqlı həyat yaşayan təkcə Rəbiyyə deyil. Respublikamızda yüzlərlə Rəbiyyə həyatını eyni acı ilə sürdürməkdədir.

    17 erkən nikah: 2 cinayət işi

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2012-ci ilə qədər Azərbaycanda təxminən 3 000 erkən nikah faktı olub. Bunun nəticəsində 3 500-4 000 uşaq doğulub. 2012-ci ildən 2017-ci ilədək isə respublikamızda təxminən 500 erkən nikah faktı qeydə alınıb. Erkən nikahdan doğulan uşaqların sayı isə 40 faiz azalaraq 2 minə çatıb. 2016-cı ildə isə erkən nikahla bağlı 17 fakt olub. Erkən nikahlarla bağlı Gəncədə 10 fakt, Qubada 5, Cəlilabad və Cəbrayılın hər birində 1 fakt qeydə alınıb. Amma erkən nikahlarla bağlı 17 faktdan 2-si üzrə cinayət işi başlayıb. Qalanlarla bağlı isə cinayət işi başlamayıb. Çünki onlar üzrə rayon icra hakimiyyətləri tərəfindən nikah yaşının 1 il aşağı endirilməsi üçün əsaslar göstərilib.
    Amma hər bir halda yeniyetmələrin ana olmaq kimi ağır, maddi və mənəvi məsuliyyəti öz çiyinlərinə götürməsi isə əksər hallarda ağır fəsadlarla, ailə faciələri ilə nəticələnir. Erkən nikahların sayının azaldılması üçün dövlət tərəfindən edilən təşəbbüslər nəticəsində bu hallar azalsa da, qeydə alınan hər hal ətraflı araşdırılmalıdır. Çünki respublikamızda qanunvericiliklə rəsmi nikah yaşını tamamlamadıqlarından bu qəbildən olan yeniyetmələr molla kəbini ilə ailə qururlar. Qəbul edilmiş qərarlara görə isə rəsmi nikah haqqında şəhadətnamə təqdim edilmədiyi halda molla kəbin kəsə bilməz. Məsələnin narahatlıq doğuran tərəflərindən biri odur ki, erkən nikahın fəsadlarına görə heç bir məsuliyyət daşımayanların sayəsində qeyri-qanuni kəbin kəsməklə ailə dəyərləri heçə endirilir.

    Nikah üçün yaş senzinin hüquqi və tibbi əsası

    Azərbaycanın “Ailə Məcəlləsi”ndə nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Dünyanın 158 ölkəsində nikaha daxil olma yaşı 18-dir. Avropanın 40 ölkəsində isə qadın və kişilər üçün bərabər yaş senzi tətbiq edilərək 18 və daha çox yaş müəyyən edilib. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaş həddini keçmədən qurulan bütün ailələri əhatə edir. Belə ailələrin sayı konkret bilinməsə də, dövlət rəsmilərinin, bu sahə ilə məşğul olan qeyri-hökümət təşkilatlarının dilə gətirdikləri narahatlıqlar bu sayın daha çox olduğunu deməyə əsas verir.
    Tibbdə də analıq dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunub. Tibbi eksperlər də bildirir ki, qadında uşağın inkişaf etdiyi orqanlar tam yetişmədiyindən bətndəki uşağın da inkişafı ləngiyə və ya anormal uşaq dünyaya gələ bilər. Qadın xəstəliklərinə əksər hallarda erkən yaşda ailə quran xanımlarda rast gəlinir. Çünki qadının orqanizmi tam inkişaf edə bilməyib. Erkən yaşlarında ailə quran və heç bir təhsil almayan ana öz övladına da nə düzgün tərbiyə, nə də ki, təhsil verə bilmir.

    IX sinfi bitirdikdən sonra qızların təhsildən ayrılması erkən nikahlara rəvac verəcək

    Araşdırmalar göstərir ki, təhsildən yayınma halları erkən nikahın əsas səbəblərindən biri olaraq qalmaqdadır. Artıq əksər məktəblərdə 9 illik sistemə keçirilməsi daha çox insanın təhsildən kənarda qalması ilə nəticələnəcək. Məktəbdən yayınan uşaqlar isə erkən nikahın potensial qurbanlarıdır.
    Məsələyə münasibət bildirən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva da deyir ki, erkən evlilik həm də əxlaqi qüsurdur: “Erkən evlilik hələ də tez-tez qarşılaşdığımız problemlərdəndir. Lakin gözlənilən odur ki, qarşıdakı illərdə problem daha geniş vüsət alacaqdır. Ucqar dağ kəndlərində IX sinfi bitirdikdən sonra qızların təhsilini davam etdirmək imkanları azalacaq ki, bu da erkən nikahlara rəvac verəcəkdir. Belə halda problem qarşısıalınmaz həddə gəlib çata bilər. Fəaliyyətdə olduğumuz illər ərzində mütəmadi olaraq erkən nikah əleyhinə tədbirlər keçirərək maarifləndirici materiallar təqdim etmiş, gənc oğlan və qızlarla söhbətlər aparmışıq. Təbii ki, bu tədbirləri kompleks şəkildə həyata keçirmək lazımdır. Yəni icra hakimiyyəti, hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlarla birlikdə erkən nikaha məcbur edilən uşaqların fiziki və hüquqi çatışmazlığını, onları və ailələrini gözləyən problemləri açıqlayırıq. Son illər ərzində keçirdiyimiz maarifləndirici təlimlər nəticəsində keçən il İsmayıllıda erkən evlilik üzrə doğuş olmayıb. Bu problemlə mübarizənin ilkin mərhələsi məhz maarifləndirmədən keçir. Adamlar qanunları və səhv addım atdıqda üzləşəcəkləri fəsadları bilmirlər. Təlimlərdən isə ən maraqlı və daha çox faydalı olanı gənc oğlanlarla aparılan təlimlər olub. Belə ki, evliliyə namizəd oğlanlarla söhbətlərin aparılması daha məqsədəuyğundur. Onlara izah olunmalıdır ki, kiçik yaşlı qızların ailə qurması həm fiziki-bioloji, həm də hüquqi baxımdan yolverilməzdir”.
    Ekspertin sözlərinə görə, erkən nikahın bir problemi də odur ki, bu izdivacdan doğulan uşaqların sənədləşmə problemləri meydana çıxır. Bir neçə ildən sonra ailə dağılır və ata öz övladına soyadını belə vermir. Bir sözlə, erkən nikah cəmiyyət üçün böyük bir bəladır. Maarifləndirməyə əsasən müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır. Sözsüz ki, belə olanda valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaq. Erkən nikahların fəsadlarından danışarkən mütləq valideynlərin və cəmiyyətin bu işdə mühüm rolu olduğunu bilməliyik.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsələyə ciddi yanaşmalıdır

    Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə: “Erkən nikahlara qarşı mübarizədə dini qurumlar da fəallıq göstərməlidir. Dini icmalar qızlarımızın təhsil almasının önəmi ilə yanaşı, erkən nikahlar kimi zərərli hallara qarşı da səslərini ucaltmalı və bu mübarizədə ön sıralarda olmalıdırlar. Bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Amma qadınların cəmiyyətin və dövlətin bütün sahələrində rolunun daha da artmasına və genişlənməsinə böyük ehtiyac var. İnkişaf edən cəmiyyət və dövlət inkişaf edən qadından keçir. Qeyri-hökumət Təşkilatlarının özəlliklə bölgələrdə, kəndlərdə bu istiqamətdə çalışmaları artmalıdır. Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi bölgələrdə işi daha da gücləndirməlidir. Millət vəkilləri öz bölgələrində bu mövzuya özəl diqqət ayırmalıdır. İcra qurumları bu məsələyə neçənci dərəcəli iş kimi baxmamalıdır. Mətbuat və mediamız bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və geniş maarifləndirmə işlərinin aparılmasına dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik”.

    Streotiplərdən xilas olmaq vacibdir

    Müşahidələr göstərir ki, biz hələ də “Qız yükü – duz yükü” anlayışına istinadən hərəkət edən bir cəmiyyətdə yaşayırıq. Təkcə ucqar rayon və kəndlərdə yaşayanlar deyil, həmçinin, paytaxtda yaşayan bir çox ailələr də streotiplərdən xilas ola bilmirlər. Elə düşünürlər ki, qız uşağı bəlli bir yaşa çatıbsa, o mütləq ərə verilməlidir. Bu cür erkən nikahlar isə sonradan bir sıra arzuolunmaz fəsadlara yol açır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə daha çox müşahidə olunur. Erkən yaşlarında ərə verilən qızların əksəriyyətinin anası da kiçik yaşlarında ailə qurmuş və bu ən-ənəni öz mənəvi borcu olaraq qəbul etmişdir. Həmin analar adətən qızlarına təhsil, dünya görüşü vermək deyil, evdarlığı, ailə münasibətlərini öyrətməyi daha üstün tuturlar. Bu isə gələcəyinizi, cəmiyyətimizi daha böyük fəlakətlərə sürükləyir.

    Uşaqların xoşbəxtliyi oğurlanır…

    Azyaşlıların erkən nikaha cəlb edilməsi problemi ilk baxışdan bəlkə də bir o qədər dramatik görünməyə bilər. Amma zaman keçdikcə, onun fəsadları özünü qabarıq şəkildə büruzə verir və nəticədə zərər çəkən də həmin şəxslər, onların bu nikahdan dünyaya gətirdiyi övladlar, ümumilikdə isə cəmiyyət olur.
    Yeniyetmə qızlar ailənin nə demək olduğunu dərk etsə də, onlar erkən yaşda ərə getmək haqda yox, uşaqlığını yaşamaq və təhsil almaq haqqında düşünürlər. Düşüncələr, həyatımızın böyük bir hissəsini və gələcək qrafikini təşkil edən əsas amillərdir. Bütün əldə etdiyimiz uğurlar, qazandığımız nailiyyətlərin yolu nə vaxtsa edilmiş arzulardan keçir.
    İnsan daha çox hansı arzulara can atır? Əlbəttə, özünün və doğmalarının sağlam, xoşbəxt yaşamasını, uğur qazanmasını. Doğmalarımız dedikdə, ilk olaraq ağlımıza ailə üzvlərimiz, valideynlərimiz, övladlarımız gəlir. Təbiidir ki, biz onların hər zaman yaxşı olmasını, firavan yaşamasını arzu edirik. Övladlarımızın xoşbəxtliyi isə ümdə arzularımızdandır. Bəs biz valideyn olaraq övladlarımızın xoşbəxtliyi üçün nə edirik, və ya nələr etməliyik? Hər bir valideyn bir həqiqəti də tam anlamalıdır ki, dünyaya gətirdiyi uşaq yalnız ona məxsus deyil, həm də dövlətin, cəmiyyətin bir üzvüdür. Dövlət hər bir vətəndaşını qorumalı, onun rifah halının yaxşılaşdırılması üçün zəruri addımlar atmalıdır. O cümlədən, erkən nikaha cəlb edilən uşaqların məhv edilən taleyinə biganə yanaşılmamalıdır. Biz də valideyn olaraq övladlarımızın arzu və istəklərini nəzərə almalı, yalnız onların gələcək həyatı haqqında düzgün qərarlar verilməsinə yardımçı olmalıyıq. Belə olarsa, Rəbiyyə kimi həyatı məhv olan xanımların da sayı azalar.

    Elnarə Günəş

    Məqalə "INTERNYUS AZƏRVAYCAN"nın elan etdiyi Sosial Media yazı müsabiqəsi üçün hazırlanıb.

  • İlahə İMANOVA.”Aylin” (Hekayə)

    ii

    İncə barmaqları gitaranın simlərinə toxunduqca səslər yüksəlir, ətrafa yayılırdı. Amma bu rabitəsiz, ahəngsiz səslər musiqiyə heç bənzəmirdi. Bunu özü də bilir, anlayır, lakin yenə də inadkarcasına onun kimi ifa etməyə çalışırdı. Alınmırdı.
    ─Gözəlim, incə barmaqlarla simlərə belə kobud toxunmaq olmaz,–deyib gitaranı qızın əlindən aldı,barmaqlarını bir neçə simə toxundurub təbəssümlə sözünə davam etdi,–Musiqini duymaq, hiss etmək lazımdır. Gözlərini yum və hiss et!
    Elə ilk toxunuşla simlər dilə gəldi sanki. Səsindəki fərqli ahəng gözəl ifası ilə birləşib axar sular tək incə ruhuna süzülməyə başladı.
    Bu bəstəni çox sevirdi Aylin. Baxışlarını üzündən, sehrli barmaqlarından çəkmədən heyranlıqla gənci izləyirdi. Bəzən gözlərini yumur, musiqinin sədaları altında xəyallara qərq olurdu. Ulduzlu səma, gecənin səssizliyini pozan möhtəşəm ifa, arada bir gözlərini açıb ona gülümsəyən gəncin mehriban baxışları- hamısı indi ona məxsus idi.
    ─Bax, belə, Aylin. Xoşuna gəldi?–İfasını bitirən gənc gözlərini açıb gülümsədi.
    ─Hə. Sevirəm bu bəstəni. Amma heç vaxt ayrılıq olmasın, Nihat! –deyib gəncin çiyninə qoydu başını.
    Gənc gitaranı kənara qoyub qızın çiyinlərini qucaqladı, saçlarını oxşadı:
    ─Dünyada əbədi heç nə yoxdur, canım. Hər şeyin başlanğıcı və sonu var.
    Aylin dodaqlarını büzdü, gözləri süzüldü. Nə düşündüsə daha bərk gəncin köksünə sığındı. Onun qəlbinin döyüntüsünü hiss edirdi indi.
    ─Yox, ayrılıqdan, sondan danışma.
    Nihat heç bir söz demədən gülümsədi. Sevgisinə sığınan qızı qolları arasında sıxıb qoxusunu içinə çəkdi. Araya çökmüş sükutu yenə də özü pozdu:
    ─Səni öpə bilərəm?
    ─Yox! –qız sərt cavab verdi.
    ─Saçlarını da oxşaya bilmərəm? –Nihat mənalı–mənalı gülümsəyib soruşdu.
    Aylin başını yelləyərək gülümsəyib bu dəfə də:
    ─Yox! -dedi.
    ─Yaxşı, necə istəyirsən… –deyib Nihat susdu yenə.
    Bir –birinə qısılan gənclər söz tapa bilmirdi danışmağa. Əslində bir –birinə deyiləcək bu qədər söz varkən, hər ikisi susurdu. Sükutun lal dilində danışırdı hər ikisi.
    Gecənin də sükutunu arada bir səs salan ocağın çırtıltısı, əsən xəfif mehin səsi pozurdu. Səmadakı ulduzlar sanki bu gecə heç vaxt olmadığı qədər yaxın idi yerə. Əlini atsa tuta bilərdi bəlkə. Külək əsdikcə ağacların müdhiş kölgəsi hasarın divarlarına düşürdü.
    Nihatla Aylinin tanışlığı yeni idi. Gənc musiqiçilərin də iştirak etdiyi festivalın mükafatlandırma mərasimində tanış olmuşdular. Hələ mükafatını təqdim etdiyi zaman Aylin onun ala gözlərinə, gözəl təbəssümünə heyran olmuşdu. Mükafatını alıb qıza təşəkkür edən Nihat isə qıza ötəri nəzər salaraq çox da diqqət etməmişdi. Evə qayıdarkən dayanacaqda da Nihatı görəndə Aylin özü ona yaxınlaşmış, ifasını bəyəndiyini söyləyib gecənin qalibi olduğuna görə təbrik etmişdi. Həmin gecədən başlanan tanışlıq davam edirdi.
    İlk günlər Nihatın soyuq davranışından qız üzülmüş, hətta bir daha qarşılaşdıqları zaman ona salam belə verməyəcəyinə qəti qərar vermişdi. Hər zaman diqqət mərkəzində olmağına adət edən qızı gənc musiqiçinin soyuq və bir qədər də kobud rəftarı özündən çıxartmışdı. Gözləmədiyi bir anda isə bitmiş sandığı münasibətlər Nihatın bir zəngi ilə yenidən davam etmişdi. Bu dəfə isə fərqli idi hər şey. Aylinin gözlədiklərinin əksinə olaraq indi Nihat ona daha yaxın olmaq, onunla səmimi olmağa çalışırdı. Gün boyu başı işlərinə qarışan gənclər ilk fürsətdə əlaqə saxlayır,vaxt tapan kimi bir –birinin görüşünə can atırdılar. Soyuq davranışının səbəbini Nihat bir gün tərk ediləcəyindən ehtiyat etdiyi, bir daha ayrılıq acısı yaşamaq istəmədiyi ilə izah etmişdi. Onun ifasında Aylinin sevdiyi “Bu ayrılıq nədən oldu” mahnısının Nihat üçün çox kədərli xatirələri var idi. Bəlkə də bir gün Aylini də itirə biləcəyindən ehtiyat etdiyi üçün,ona rəğbətini gizlətməyən qızdan uzaq qalmağa, hətta qaçmağa çalışırdı. Hər ikisi dost qala bilməyəcəyini, bir –birinə get-gedə daha çox bağlandıqlarını hiss edirdilər.
    Nihat buz kimi soyuq əllərindən qızın üşüdüyünü hiss edib soruşdu:
    ─Noldu? Üşüdün?
    Yaraşıqlı sevgilisinin ovcundan əllərini çəkməyən qız gülümsəyərək daha çox köksünə qısıldı. Üşüdüyünü etiraf etmək istəmədi.
    Nihat qızın saçlarını oxşayıb üzündən öpdü, təbəssümlə dedi:
    ─Bəs mən elə bilirdim, mənim yanımda heç bir qaranlıq, soyuq sənə təsir etmir.
    Öz hisslərini etiraf etməyi sevməzdi Aylin. Ondan o qədər fərqlənməyən Nihat da qapalı və susqun idi; özündən, öz işlərindən danışmağı heç sevməzdi. Aylin səylə onu nə qədər tanımağa cəhd etsə də, Nihat daha çox sirli,müəmmalı qalmağa çalışırdı. Aylin onu öz qəlbinin, hisslərinin səsi ilə hiss edirdi. Nihat üçün isə Aylin açıq kitab kimi idi. Qızın səmimiyyətinə, dürüstlüyünə ilk gündən şübhəsiz yanaşmışdı. Şən və şıltaq qızın inadkarlığı onu bəzən bezdirsə də, darıxdığı anda nədənsə ilk onu xatırlayırdı. Sevməyə, sevilməyə tərəddüd edən gənc özü də hiss etmədən qızın cazibəsinin təsiri altına düşməkdə idi.
    Küləyin xəfif mehi, ocağın alovundan kənara sıçrayan qığılcımlar yalnız gənclərin gözlərində əks olunmadı, tədricən onların cisminə, ruhuna yayılmaqda idi.
    Ulduzlu səma altında gecənin səssizliyi, qızın üzünə toxunan isti nəfəsi Nihatın qəlbinin dərinliklərində gizlənmiş hissləri, istəyi aşkara çıxardı. Başını sinəsinə sıxdığı qızın saçlarını icazəsiz oxşamağa başladı. Rədd edilmədiyini hiss edincə daha da ürəkləndi. Barmaqlarının incə toxunuşu ilə Aylinin üzünü sığalladı. Aylinin daha da artan qəlb döyüntüləri, üzünü yandıran nəfəsi qəfildən onu qucaqlayıb öpmək istəyi yaratdı. Gözlənilmədən qızın üzünü əlləri arasına alıb dodaqlarını qızın dodaqlarına sıxdı.
    Nihatın gözlənilməz rəftarı Aylini diksindirdi. Nihatın qolları arasından sıçrayıb çıxdı. Özünün ciddi, ağır təbiəti ilə seçilən gəncin çılğınlığı qızı çaşdırmışdı.
    Nihat bir qədər əvvəl qolları arasında əzizlədiyi qızın sıçrayışının səbəbini əvvəlcə rədd edilmək kimi anlasa da, qızın ürkək baxışlarından, aram –aram qalxıb enən sinəsindən onun hürkdüyünü,ona biganə olmamasına baxmayaraq bəlkə də bu münasibətlərə hazır olmadığını düşündü.
    ─Bağışla, icazəsiz səni öpməməliydim. Bilmirəm mənə noldu…qəfil içimdən… bağışla, günahkaram.
    Nihat daha həssas və anlayışlı olmağa çalışdı. Qızın növbəti reaksiyasından ehtiyat edərək sakitcə əlini Aylinin soyuq əlinə toxundurdu.
    ─Sənə ziyan vermək, pislik etmək kimi niyyətim yoxdur.
    Aylin susurdu. Hər dəfə Nihatın köksünə sığınıb, içəri batan yanaqlarından, qara gözlərindən, uzun saçlarından öpülməsinə etiraz etməyən Aylin çox həyəcanlı idi. Xəyalında dəfələrlə Nihatın onu öpməsini arzulasa da, dodaqlarının bəkarətini pozaraq ondan busə oğurlayan gəncin hisslərinə hakim ola bilməməsi üçün həm onu, həm özünü qınadı. Nə istəyirdi? Nə düşünürdü? Hər zaman Nihatla bərabər olmaq istəyən, onun yanında olmasını, onu əzizləməsini istəyən, köksünə sığınan Aylin özü deyildimi? Şəhər kənarında keçirilən konsertə dəvət edildiyi zaman tələsik razılıq verən də özü idi.
    Nihat Aylinə yaxınlaşdı. Qızın çiyinlərini, belini qucaqladı, başını sinəsinə sıxdı. Rədd edilmədiyi onu sevindirdi. Qızın hərarətli nəfəsi üzünü, boynunu yandırdıqca daha çox onu arzulayırdı. Ərköyün və şıltaq bir qızı qolları arasından buraxdığına üzülmüşdümü yoxsa? Həmin an Nihata elə gəldi ki, bu dəlisov qızı bir daha qolları arasından buraxarsa, bir daha heç vaxt ona sarıla, onu qucaqlaya bilməyəcək. Qızın belini qucaqlayıb özünə sıxdı. Gözlərinin içinə baxarkən də onun hisslərini, özünə qarşı marağının nə dərəcədə olduğunu anlamağa çalışırdı. Uzun zaman idi ki, Nihat heç kəsə indi Aylinə sarılmaq istədiyi qədər çılğın hisslər yaşamamışdı.
    Aylin sevdiyi gəncin yanaqlarına, boynuna toxunan dodaqlarının hərarətini duyduqca daha əvvəlki kimi ona müqavimət göstərə bilmirdi. İlk dəfə bu hissləri yaşayan qız əslində nə etməli olduğunu, bir qızın qarşılıq verib, yoxsa ki rədd etməli olduğunu bilmirdi. Öpüşlərinə qarşılıq vermədən qarşısındakı gəncin onu həqiqətən sevdiyi, yaxud ona şəhvət hissi ilə yanaşdığını anlamırdı.
    Qarşılıq görməyən Nihat dayandı. Qızın əllərini buraxdı. Geri çəkildi.
    ─Bağışla…Səni heç nəyə məcbur etmək istəmirəm…
    Həmin an Aylin onu nə qədər sevdiyini, ona biganə olmadığını bir daha anladı. Qəlbindən keçən sevdiyi insanı itirmək qorxusu, köksünə sığınmaq istəyi ilə qızı gəncin əlindən tutmağa vadar etdi.
    Gözləri ilə gülümsəyən Nihat yenidən Aylinin belini qucaqladı. Saçlarını, boynunu öpərək, yanaqlarını sığalladı. Qəfildən onu qolları üstünə alıb evə doğru addımladı. Körpə uşaqları fırladığı kimi qızı qucağında ev boyu fırlayır, Aylinin “Başım dönür. Nihat, məni yerə qoy!” sözlərinə belə əhəmiyyət vermirdi.
    Nihatın soyuq və cansıxıcı evi indi Aylinin şən səsi, gülüşləri ilə dolmuşdu. Aylinin varlığı ilə sanki Nihatın həyatına da rəng qatılmışdı. Özünü xoşbəxt hiss edirdi bu gün. Ehtirasın içində gizlənən dərin sevgisindən, qıza məftunluğundan özü də xəbərsiz idi bəlkə.
    Nihat Aylini qolları üstündə bütün evi dolandırdıqdan sonra yataq otağında çarpayının üstünə qoydu. Aylinin dağınıq qara saçlarını barmaqları ilə darayıb üzünü oxşadı. Qızın dodaqlarından busə almaqdan doymurdu.Öpüşlərinə qarşılıq görən Nihatı indi heç nə saxlaya bilməzdi. Aylinin çəkingənliyi, utancaqlığı fərqində deyildi. Qızın həyəcandan titrəyən bədənini dodaqlarının toxunuşu ilə əzizləyərək iki can bir bədəndə olmağa, günlərlə qurduğu xəyallarını gerçəkləşdirməyə tələsirdi.
    Aylin bəzən onun əlindən sıçrayıb qaçmaq istəsə də, Nihat onu qolları arasından heç yerə buraxmayacağını özünə söz vermişdi. Aylinin xəcalətdən alışıb yanan üzünün allandığını da görə bilməmişdi. Bütün varlığı ilə Aylinə sahib olmağı arzulayırdı. Təcrübəli və qadın psixologiyasına yaxşı bələd olan Nihat Aylinin dilindəki “Yox” ifadəsi ilə əslində onu nə qədər arzuladığını hiss edirdi. Suya təşnə insanlar kimi Nihat da qızın dodaqlarına təşnə idi. Saçlarını oxşayan qız isə ehtirasdan başını itirən, özünə hakim ola bilməyən gəncə müqavimət göstərmək iqtidarında deyildi bu an.
    Alınmayan qalanın ilk fatehi olacağını anlayan Nihat yalnız indi qızın qəlbinin necə həyəcanla döyündüyünün fərqinə vardı. Qarşısındakı qızın titrəyən əllərini, hərarətdən və utancdan alışıb yanan üzünə nəzər saldı. Nihatın ehtiras alovu üstünə su tökülmüş ocaq kimi söndü bir anda. Qızın əlini tutub öpdü. Deməyə sözü yox idi. Vicdan əzabı çəkdiyi, peşman olduğu, yaxud qızın qarşısında xəcalət çəkdiyini ayırd etmək mümkün deyildi.
    ─Aylin…
    Aylin gəncin saçlarını oxşayıb, üzünü sığalladı. Başını sinəsinə sıxdığı yaraşıqlı sevgilisini qucaqladı.
    ─Səni sevirəm, Nihat. Hər zaman yanımda olmağını istəyirəm.
    ─Yox. Mən bunu bacarmayacam. –deyib Nihat qızın əlini geri itələdi.
    Aylin son anda rədd edildiyi üçün sanki pərt olmuşdu. Sevildiyi qədər sevilmək arzusu rədd edilmişdimi yoxsa? Əslində günah etdiyini və bəlkə də səhəri buna peşman olacağını bilsə də, sevdiyi insana bütünlüklə sahib olmaq, özü də ona məxsus olmaq istəyirdi.
    Aylin yanaqlarını, saçlarını tumarlayan gəncin əlini tutdu:
    ─Yanımda ol. Heç vaxt əlimi buraxma, Nihat!
    Nihat sevgisinə bu günədək kifayət qədər dəyər vermədiyi qızın üzünə baxaraq, ona qarşı davranışını, soyuq münasibətini düşündü. Qızın baş gicəlləndirən cazibəsi qarşısında, o, dayanmaq iqtidarında deyildi. Alınmaz qalanın ilk fatehi kimi hiss edirdi özünü bu an Nihat. Özünü xoşbəxt hiss edən gənc qız isə əlini buraxmayacağını vəd edən insanı bütün varlığı ilə sevməyə davam edirdi.

    Aylin gözünü açdığı zaman başı üzərində dayanan Nihatın əyilib dodaqlarından öpdüyünü hiss etdi:
    ─Sabahın xeyir, yatmış gözəlim! Həyatıma, evimə xoş gəldin!
    Aylin gülümsədi. Gecənin nə zaman bitdiyini, səhərin nə zaman açıldığını hiss etməmişdi.
    Nihat qızın üzündən, dodaqlarından ehtirasla öpüb ayağa qalxdı:
    ─İndi öz əllərimlə gözəlimə elə gözəl bir səhər yeməyi hazırlayacam ki, ömründə belə ləzzətli heç nə yeməmişən.
    Nihat az sonra geri qayıtdı. Əlindəki podnosu yaxınlıqdakı masanın üzərinə qoyaraq qıza, əynindəki geyimə nəzər salıb güldü:
    ─Elə ilk gündən qarderobuma sahib çıxmısan…
    Aylin Nihatın gözlərinə, daha sonra əynindəki köynəyə nəzər salıb gülümsədi:
    ─Hə…Sənin köynəyində özümü daha rahat hiss edirəm.
    Nihat bağçadan qırdığı qızılgülü qızın dodaqlarına, burnuna toxundurdu:
    ─Mən də… sən yanımda olanda özümü rahat hiss edirəm.
    Aylin çarpayının yanındakı gitaranı əlinə aldı. Sinəsinə sıxdı. Simlərə toxunaraq:
    ─Nihat, mənə də çalmağı öyrət! –dedi.
    Dünənə qədər gitarasına kimlərinsə toxunmasını qısqanan Nihat bu gün əksinə Aylinin barmaqlarını simlərə qısqandı. Qəlbindən qəribə bir qısqanclıq və mülkiyyətçilik hissi yüksəldi. Aylini hər kəsə, hər şeyə qısqanmağa başlamışdı.
    Gitaranı alıb bir kənara qoydu:
    ─Nə yaxşı ki varsan həyatımda!
    Bu sözləri eşitməyi arzulayan Aylin çox məmnun görünürdü. Nihat ömründə ilk dəfə kimisə öz əlləri ilə yedirirdi. Aylin dəcəl və şıltaq qıza bənzəyirdi yanında. Heç vaxt onu incitmək istəmədiyini, bu gündən sonra isə hər kəsdən qorumalı olduğunu düşünürdü.
    Aylin qəfil xatırlayaraq dolabçanın üstündəki telefonu əlinə aldı:
    ─Nihat! Saat neçədir? Axı bu gün tədbirimiz var. Gecikə bilmərəm!
    ─Getmə! –Nihatın gözlərində qısqanclıq ifadəsi göründü.
    ─Niyə, canım? –Aylin gülümsəyərək soruşdu.
    ─İstəmirəm!
    ─Niyə?-Aylin mülayim səslə soruşdu.
    ─Sus və sual vermə! İstəmirəm, vəssalam! –Nihat sərt dedi.
    ─Bu da təzə çıxdı?-Aylin təəccüb içərisində ona hökm edən gəncə nəzər saldı.
    ─Hə, bundan sonra tədbir filan olmayacaq! Ərizəni yaz və işdən uzaqlaş bu gün. Səni heç kəslə bölüşmək istəmirəm!
    Aylin Nihatın saçlarını qarışdırdı:
    ─Dəlisən sən! Getməliyəm, Nihat. Özün bilirsən ki, son məqamda aparıcı dəyişikliyi mümkün deyil.
    Nihat onu razı salmaq üçün üzündən, gözündən öpən qızın əlini tutub öpdü:
    ─Yaxşı. Yalnız bu gün. Sonuncu dəfə. Gələn dəfə olmayacaq!
    Aylin gülümsəyib razılaşdı:
    ─Yaxşı, canım.

    Nihat avtomobildən enmək istəyən Aylinin əlini tutdu:
    ─Səni heç kimlə bölüşmək istəmirəm. Bütünlüklə mənə məxsus ol: Özün də! Səsin də! Ruhun, cismin də!
    ─Səninəm də! –deyərək Aylin dodaqlarını Nihatın dodaqlarına sıxdı.
    ─Aylin! –Nihat avtomobilin içindən qızı səslədi.
    Aylin geri qayıtdı:
    ─Ay can! Fikrini dəyişdin? Gedirsən bizlə?
    Nihat başını yellədi:
    ─Yox! Daha vacib işlərim var bu gün.
    ─Nə? –Aylin maraqla soruşdu.
    Nihat mənalı –mənalı gülümsəyib qıza göz vurdu:
    ─Məndə qalsın. Axşam bilərsən.
    ─Yaxşı, canım. Necə istəyirsən. –deyib Aylin avtomobildən enərkən geri çevrildi. –Darıx mənimçün! Yalnız məni düşün! Başqa heç kəsi və heç nəyi düşünmə!
    Nihat həmişəki kimi susub gülümsədi. Aylin susmaq istəmirdi:
    ─Söz? Sənə mesaj yazacam. Telefonun məşğul olmasın ha!
    Nihat gülümsəyərək gözlərini açıb yumdu. Aylinin arxasıyca boylanaraq günün sonuna olan planlarını xəyal etdi. Bu günə çox işi vardı. Günün sonuna qədər hər şeyi hazırlayıb çatdırmalı idi.

    Nihat qonaq otağını, masanın üstünü gül –çiçəklərlə, şamlarla bəzəmiş, yataq otağına qızılgül ləçəkləri səpmişdi. Hədiyyə aldığı gözəl libas və tez –tez baxıb qutusuna qoyduğu nişan üzüyü ilə bu gün ona öz sevgisini bildirmək, evlənmə təklifi etmək istəyirdi. Aylinə qədər yaşadığı hər şeyi unutmaq, Aylinlə yeni həyata başlamaq istəyirdi. Qapalı və susqun bir insanı qısa müddətdə dəyişməyi bacaran qız həyatına böyük bir sevinc gətirdiyinin fərqində deyildi özü də.
    Aylinin gəlişinə hər şey hazır idi. Sadəcə onu gözləmək qalırdı. Xoş sürpriz qızı çox sevindirəcəkdi. Nihat telefonu əlinə alıb saatına baxdı. Aylini düşündü. Səhərdən bəri xatırlamadığına, mesaj yazacağına söz verib unutduğu üçün qızı özlüyündə qınadı. Amma bu günün onun və Aylin üçün fərqli və özəl gün olduğunu düşünüb özü qıza mesaj yazmağa qərar verdi. Çox düşünmədən yazdığı mesajı göndərdi. Qəribədir, telefonunda dalğa tutmurdu nədənsə. Eyvana, daha sonra isə həyətə çıxdı. Yenə də dalğa yox idi. Dilxor oldu. Bir neçə dəfə telefonu yandırıb söndürsə də, xeyri yox idi. Yeni aldığı telefonu ustaya göstərməyi sabaha qədər təxirə saldı. Aylinin evə dönəcəyi bir zamanda ustaya getməyin mənası yox idi. Özlüyündə Aylinin dəfələrlə ona zəng etdiyini, qəsdən telefonu söndürdüyünü təxmin edəcəyini və necə əsəbləşəcəyini düşündükcə dilxorçuluğu daha da artırdı. Aylinin dalıyca getməyə, yaxud evdə gözləməyə qərar verə bilmədi. Son anda evdə gözləməyə qərar verib televizorun xodunu artırdı. Xəbərlər idi.
    ─Mərdəkan –Şüvəlan yolunda dəhşətli avtomobil qəzası baş vermişdir. Ölən və yaralanlar var. Xəstəxanaya qaldırılan tanınmış aparıcı Aylin Ağayevanın həyatını isə xilas etmək mümkün olmamışdır.
    Nihat geri çevrildi. Qulaqlarına inana bilmədi. Bütün günü Aylini düşündüyündən səhvən adını eşitmişdimi yoxsa? Ekranda görünən şəkil isə Nihatın bütün arzularına, xəyallarına bir an içində son qoydu.
    ─Aylin! –deyə bağıraraq masanı devirdi. Ətrafdakı hər şeyi devirir,qab –qaşıqları yerə çırpıb sındırırdı.
    Yerə çöküb dizlərini qucaqladı. Məhv olmuş arzularına, xəyallarına ağlamaqdan başqa əlindən gələn heç nə yox idi.
    Bütün günü susan telefonu cingildədi. Tez özünü telefonun üstünə atdı. Əlinə alıb tələsik ekranı açdı. Itmiş dalğa bərpa olunmuş, Aylin gecikmiş saysız -hesabsız mesajları ünvanına yetişmişdi.
    ─Niyə sənə zəng çatmır?
    ─Niyə söndürmüsən telefonu?
    ─Hava qaralmadan evdə olacam…
    ─Canım….
    ─Nihat, SƏNİ ÇOX SEVİRƏM!
    Nihat son mesajı dönə -dönə oxuyur, Aylindən doymadığı kimi mesajlardan da gözünü çəkə bilmirdi.
    Saatlar keçirdi. Hava da qaralmışdı. Qaranlıqdan qorxan Aylin isə gəlib çıxmamışdı. Nihat onu qapı ağzında qarşılamağı düşünərək həyətə çıxdı. Bir gün əvvəl oturduqları ağacın altında yerə çöküb qızı gözləməyə başladı. Darıxırdı. Qeyri –ixtiyari əlini gitarasına uzatdı. Barmaqlarını simlərə toxundurub Aylinin sevdiyi bəstəni ifa etməyə başladı.
    ─Bu ayrılıq nədən oldu…
    İki damla yaş Nihatın dolmuş gözlərindən yanaqlarına süzüldü. Aylin daha gəlməyəcəkdi. Çünki gec idi. Aylin qaranlıqdan qorxurdu.

  • Şəfaqət CAVANŞİRZADƏ.”Soltanbəy əfsanəsi” (Hekayə)

    sefaqet

    1977-ci il. Yay fəslinin birinci ayı.

    Bəstəboy dədəmin çatmaqaşlarının altından bizə baxan sərt baxışları ilk dəfəydi ki, o gün yumşalmışdı.Əslində, atamın ürəyi yumşaq, mərhəmətli adam idi. Nənəmin, onun bir dediyini iki etmədiyindən bunu bilirdik. Şərq ölkələrində ataların övladları ilə, xüsusən, oğlanlarıyla pərdə saxlaması yazılmamış qanunlardandı. Sovet dövrünün uşaqları olsaq da, biz ata-analarımızı “dədə-nənə” deyə çağırardıq. İndi övladlarım mənə gah “ata” deyirlər, gah da “papa”. Böyük qızımın kefi kök olanda “babacım”, kefinə düşəndə “ dədə” çağırar. Halbuki, dədəm həftəylə evə gəlməyəndə bacılarım dədəmin üzündən öpmək nədir, üz-üzə gəlməyə utanardılar. İndi ata-bala münasibətləri tamam fərqlidir. Nə isə, övladlarımın mənimlə dostluq münasibətləri məni qane edir.

    Nənəm əsgər getməyimi istəmirdi. Dədəm məndən böyük əmim oğluyla həyətdə, çəpərin yanında, məni qucaqlayıb ağlayan nənəmin qolları arasından nə vaxt çıxacağımı gözləyirdi. Qadınlarla ayrılığın çətin olduğunu hansısa əsərdə oxumuşdum, xatırlamıram. Mənim ilk dəfə qadınlarla ayrılığım elə həmin vaxt; nənəm, bacılarım və qonşu kənddə ürəyimi aça bilmədiyim İlknurla olmuşdu. Darıxmaqdan başqa əzab çəkməyəcəyimi də yaxşı bilirdim. Dədələrimiz demişkən, “kişilik” məktəbini keçməyə gedirdim.

    Nənəmin hönkürməsi axırda dədəmi hövsələdən çıxartdı:
    -Bəsdir aaz, elə bil oğlunu ölümə göndərir. İki ildən sonra qayıdıb gələcək. Onda oğlunu məndən çox görəcəksən.

    Nənəm yenə üzümü göz yaşıyla islatdı, qara, əliylə ağzını tutdu, asta addımlarla çəpər tərəfə, dədəmgilin yanına getdi. Bacılarım da nənələri kimi qollarını boynuma doladılar, dədəmin xofundan halallaşmaq uzun çəkmədi. Qardaşımla qucaqlaşanda isə mən kövrəldim, o sevindi. Böyük qardaşlar əsgər gedəndə kiçik qardaşlar özlərini əsl kişi kimi hiss edirlər. Həyət-baca, nənə-bacı, elə dədənin də özü onlara əmanət olur, qorumaq istəyirlər.

    Həyət qapısından bir az uzaqlaşmışdıq ki, nənəm dədəmin gəlinlik vaxtı başına örtdüyü qara, güllü yaylığının ucuyla islanmış yanağını silib, hamamda çiməndə istifadə etdiyimiz sarı qulplu, iri parçla dolu suyu arxamızca tökdü.
    -Sağ get, salamat qayıt, bala.
    Qapı ağzına çıxan kim vardısa mənim üçün dua edirdilər. Təzə gəlinlər, ərlik qızlar evlərin pəncərələrindən, aynabəndlərdən baxırdılar. Nənəm ağızdolusu dualardan təzədən həvəsə gəldi.
    -Sən allah, əynini isti saxla. Pis şeylərə baş qoşma. Xatadan-baladan uzaq qaç.

    Əllərini belinə çarpazlayıb, qapıdan çıxandan bir dəfə də olsun başını yerdən qaldırmayan dədəmin geriyə dönməyi ilə nənəmin susmağı bir oldu. Nənəm həyətə girdi, biz yolumuza davam etdik. Kəndin avtobusuna mindik. Özüm pəncərə tərəfdə oturdum, yanından keçdiyimiz kəndləri, arxada qoyduğumuz dağları yaddaşıma köçürmək istəyirdim.

    Qubadlıdan çıxanda yolun sağ tərəfində “asfaltzavod” deyilən bir yer vardı. El arasında ora “qır zavodu” deyirdilər. Bir neçə dəfə bizi məktəbdən buraya pambıq yığmağa gətirmişdilər, amma “qır zavoduna” kimi gəlib çıxmamışdıq. İndi birdən-birə buraya gəlib çatanda ürəyimdə bir nigarançılıq yarandı. Elə bildim ki, doğma el-obadan birdəfəlik çıxıb gedirəm. “Qır zavodu” yolun sağında olduğundan başımı çevirib sola baxdım, istəmədim mənə qaranlıq kimi görünən dəzgahları görəm. Sol tərəfdə ucsuz-bucaqsız günəbaxan, qarğıdalı qarışıq sahələri boy verirdi. Gözoxşayan günəbaxan gülləri Həkəri çayını görünməz etmişdi, ilin bu vaxtı Həkəri çayı çox könüloxşayan görünürdü, elə bil təzə gəlin kimi olurdu.
    Bir anlıq ürəyimdən bir istək keçdi, qarşılıqsız olan ilk məhəbbətimlə – İlknurla yan-yana günəbaxanlar arasından özümüzə cığır açaq, çaya qədər gedək. Eşqə düşüb fikir çəkməyim dədəmin də gözündən qaçmamışdı. Elə bilirəm dərdimi dədəmə nənəm özü danışmışdı. Nənəmə demişdi: “Ona denən, kişi olanda, onsuzda kəndin qızlarından kimisə sevəcək”.

    Hər dədəyə öz oğlu yaşadığı yerlərin qızları vurulacaq qədər əzizmiş. Boyu boyuma çatanda mən də elə bilirdim oğlumun dərdindən məhlənin qızlarının gecə yuxuları ərşə çəkilib.
    Getməmişdən bir həftə əvvəl İlknura öz bacısı vasitəsilə ağ dama-dama dəftərin vərəqinə yazdığım ürək sözlərimi göndərmişdim. Çəpərin o biri tayından ətrafa baxa-baxa ondan cavab gözləyirdim. İlknur fikirləşdiyimdən də hazırcavab çıxdı. Bacısından; “Tülkü, bizdə sənə verməyə toyuğumuz yoxdur” – cavabını qaytarmışdı.

    Qollarını bir-birinə dolamış, həyətin ortasında dayanıb özündənrazı halda gülümsəyirdi. Çox güman cavabına qarşılıq verməyimi gözləyirdi. Uzaqdan gözlərinə baxmağa çalışırdım. Ayaqqabımın ucuyla torpağı eşələdim, başımı təzədən qaldırdım, ona baxdım. Onda başa düşdüm ki, sevgi kişi olub-olmamağına baxmır. Sadəcə, qızlardan müsbət cavab almaq üçün mütləq kişi olmalısan. Hərçənd, dədəm kimi üz qırxmağı orta məktəbdən başlamışdım, köynəyimin boğazıma yaxın düyməsini açanda sinəmin tüklərini görmək olurdu. Əsl qara oğlan kimi cəlbediciliyim varıydı, kişi deyildim. İki ildən sonra, “kişilik məktəbindən” qayıdanacan susmağa qərar verdim. Daxilən İlknurla sağollaşdım.

    Əmim oğlu qolumu silkələdi, xəyallarımdan ayrılmalı oldum. “Qır zavodu”ndan sonra Zəngilandan gələn yola çıxıb bir xeyli irəliləmişdik, deyəsən yolun solunda qalan Şərfan kəndini keçirdik, bunu dirəyə yapışdırılmış lövhədəki addan oxudum. Kəndin qurtaracağında yol haçalanırdı. Burada avtobus sağa dönüb “Akara” yazılmış istiqamətdə yoluna davam elədi. Bir az getdikdən sonra gəlib “Akara” stansiyasına çatdıq. Dədəmdən öyrənmişdim ki, Akaranın əsl adı Həkəridir. Dəmir yolun çəkilişində və stansiya binasının tikilişində işləyən ruslar “Akara” dediklərindən bura belə adlandırılıb. Amma ahıl çağına çatmış ağsaqqallar, qocalar buraya “Həkəri” deyirdilər.

    Biz stansiyaya çatanda orada çoxlu adam toplaşmışdı; kimisi əsgər gedirdi, kimisi yola salırdı, kimisi də maraq üçün vağzala çıxmışdı. Elə bu zaman qarnından “evin eyvanı, kişinin qarnı” məsəlini xatırladan hərbi komissarın nümayəndəsi praporşik Cabbarov səsgücləndirici ilə elan verdi:
    -Qubadlıdan adını çəkdiklərim bir-bir yaxınlaşsınlar.
    “Mirzəyev Soltanbəy Həsən oğlu” eşidəndə yaxınlaşdım. Praporşik çəpəki məni süzdü.
    -Adın nədir sənin? – deyə astadan soruşdu.
    -Soltanbəy. – Elə mən də astadan cavab verdim.
    -Yeri, yeri dur cərgəyə. Bəyə bir bax! – Rişxəndlə dilləndi.
    Siyahıda adlar oxunduqdan sonra bizi cərgəyə yığdılar və bir saatdan çox beləcə saxladılar. Axşamüstü idi artıq, “Qafan – Bakı” qatarı gəldi və bizim üçün ayrılmış sərnişin vaqonuna mindik. Bizi yola salmağa gedənlər isə başqa vaqonlara bilet almışdılar, bilet ala bilməyənlər də vaqon bələdçiləri ilə dil tapıb yerləşəcəkdilər.

    Bələdçinin dediyinə görə Bakıya səhər tezdən çatmalıydıq, amma alatoranlıqda bizi yuxudan oyadıb qatardan düşürtdülər. Öyrəndik ki, bu yerin adı Biləcəridir. Mərkəzi Çağırış məntəqəsi vağzala yaxın olduğundan praporşik Cabbarov bizi cərgəyə düzüb piyada yerişlə ora apardı. Digər rayonlardan gələnlər də bizim kimi, Çağırış məntəsinə piyada gedirdilər.
    On beş-iyirmi dəqiqədən sonra artıq Çağırış məntəqəsinin həyətində idik. Həyət adamla dolu idi. Praporşik Cabbarov bizi bir küncdə saxlayıb hara isə getdi. “Heç kim yerindən tərpənməsin” qəti tapşırıq verdi. O, bir neçə dəfə gəlib bizə dəysə də dəqiq heç nə demirdi. Hara gedəcəyimiz, nə vaxt gedəcəyimiz bizə gizli olduğu kimi, deyəsən ona da məlum deyildi. Günortaya yaxın əməlli-başlı üzülmüşdük. Bir yandan aclıq, bir yandan da qeyri-müəyyənlik bizi yormuşdu. Hara olur-olsun, təki göndərsinlər, çıxıb gedək.

    Bizimlə birgə ayrı-ayrı bölgələrdən gələnlər, elə şəhərin özündən də olan çağrışçılar günortayacan toplantı məntəqəsinə gözləməli oldular.
    -Diqqət, diqqət! – Səsgücləndirici ilə səsləndirilən komanda birdən hamımızı xəyaldan ayırdı.
    Tribunaya boyu ilə eni bilinməyən, topa bığları ilə diqqət çəkən bir nəfər üzünü bizə tərəf tutub nə isə demək istəyirdi. Çiynindəki ulduzunu görməsək də zabit olduğunu təxmin etmişdik. Qolunda qırmızı qalın lenti də vardı, bu isə onun növbətçi olduğuna işarəydi.
    -Məni diqqətlə dinləyin. İndi adını çəkdiyim çağırışçılar gedib yaxınlarıyla görüşsünlər. Sonra meydançanın sağ tərəfində yazılmış “1” rəqəminin yanında üç cərgə olaraq ard-arda düzülsünlər.

    Həyəcanlandığımı hiss etdim, daha onun nə dediklərini xatırlamıram. Adımı eşitçək qaçıb dədəmin yanına getmək onunla tələsmədən görüşmək istəyirdim. Yaxınlarımız, yəni bizi yola salmağa gələnlər harda olduğumuzu bildikləri üçün bizdən çox da uzaqda deyildilər. Odur ki, çağırışçı yoldaşlarımı tərk edib dədəmin yanına getdim. Dədəm diqqətlə gözlərimə baxdı. Nazik, qara şalvarından əvvəlcədən bükdüyü pulu çıxardıb geyindiyim trapes şalvarımın cibinə qoydu.
    -Çox olar. Mən bu qədər pulu neyləyəcəm?
    -Çox olmaz. Üç yüz manatdır. Hara getdiyiniz bilinmir. Bir də gördün on-on beş gün yol gedəsi oldunuz.
    Daha heç nə demədim, razılaşdım.

    O vaxtlar trapes şalvarlar, damalı köynəklər modda idi. İndiki kimi fərqli geyimlər dəb deyildi. Qızların geyindiyi donlar da bir-birinə bənzəyirdi. Əksəriyyətinin donu gülü-çiçəyi xatırladırdı.
    Hiss edirdim, dədəmin dili söz tutmurdu. Nə isə demək istəyirdi, udqunurdu. Əmin oğlu da kövrəlmişdi. Dədəmə tez-tez “Həsən əmi” deməklə elə bil ürək-dirək verirdi. Dədəm iki barmağıyla gözlərini ovuşdurdu, başını aşağı saldı. Mənim də gözlərim dolmuşdu, ilk dəfə dədəmin sərt baxışlarını görmürdüm. Hamı bir yana, dədəmi qoyub getmək istəmirdim. Yayın istisində xoş olmayan hisslər ürəyimdə tufan qoparırdı. Adımı-soyadımı eşidəndə özümü birtəhər ələ aldım:
    -Dədə, salamat qalın, getməliyəm. – Güclə bunları deyə bildim, elə bil mən yola salırdım, məni yola salmırdılar.
    Dədəmlə bərk qucaqlaşdıq, sonra əmim oğluyla qucaqlaşıb vidalaşanda dədəmin ağlamağının şahidi olduq.
    “Kişi ağlayanda ürəyi qadın ürəyinə bənzəyir” həmişə belə deyərdi dədəm. İndi dədəm onun qəhərləndiyinin şahidi olduğumuzu görcək özünü cəmləşdirdi, üzümə iki dəfə yüngül şillə vurdu, cümlələri arasında məsafə qoya-qoya dedi:
    -Köpəkoğlu, adam ol. Oralarda başını cəngələ salıb eləmə. Tez-tez məktub yaz. Nənəngili nayran qoyma, ha!…
    Dədəm dərindən köks ötürdü, əliylə sinəmdən yüngülcə itələdi:
    -Di get! Sənə yaxşı yol

    Əmim oğluyla tələsik bir də görüşdüm. Qırmızı ikarusa minmək üçün onlardan uzaqlaşdım. Yenə pəncərə tərəfdə oturdum. İzdihamlar arasından gah görünən, gah da görünməyən dədəmi axtarırdım. Dədəm əlinin dalıyla gözlərinin yaşını silirdi. Məni gördü, gülümsədi. Əlini ürəyinin üstünə qoyub yüngülcə vurdu. Mən başa düşdüm ki, o, nə demək istəyir. “Atalar oğullarına dayaq olmaq üçün arxa cəbhədə dayanan əsgərlərdir”.
    Aeroportdan birinci Moskvaya uçduq. Adını birinci dəfə eşitdiyim Vnukovo aeroportunda on beş respublikadan hərbi xidmətə gələnlər vardı, onların arasında ermənilər də az deyildi. Sovetin vaxtında ermənilərlə düşmənçilikdən söhbət gedə bilməzdi. Erməni milliyyətindən olan qızlarla evlənən azərbaycanlılar da az deyildi. Nadir hallarda bizim qızlardan erməni oğlanla ailə quran olardı. Təzə-təzə böyüklərimiz razı olmazdılar. Elə ermənilərin də ağsaqqalları bu izdivacın əleyhinə idilər. Sevgi isə yeganə hissdir ki, nə millətə baxır, nə də inanca.
    Adətlərimiz də bir-birinə oxşayırdı. Dədəm də bir dəfə yanımda demişdi: “O, oğulu silərəm ki, gedib ermənilərdən qız ala”. Mən də, qardaşım da həyat yoldaşlarımızı uşaqlıqdan seçdiyimiz üçün, dədəm də bunu bildiyi üçün, biz tərəfdən arxayınçılıq vardı.
    Bir həqiqəti danmaq olmaz. Sevgiyə inandıq, inanmadıq, o hiss nədirsə, qalib gələnə qədər razı olmayanlar birinci öyüd-nəsihət verirlər, xeyri olmayanda sözdə sənə düşmən olurlar. Asırlar, kəsirlər, lazım olanda döyürlər, axırda da şirin çaylarını içirlər. Eşitdiyim Azərbaycan – erməni ailələrin hamısı gec-tez bu mərhələlərdən keçmişdilər.

    Hərbi xidmətdə olanacan erməni dostum da olmamışdı. Atamla Qafana gedəndə “salam-sağ ol” üçün erməni tanışlar vardı.
    Dədəm dediyi kimi oldu, Moskvadan bizi Uzaq Şərqə, Sakit okean ətrafına, Primorskiy kraya, onların dilində Dalnıy Vostok deyilən bir diyara göndərdilər. Düz on üç gün qatarla yol getdik. Nəhayət, dədəmin verdiyi üç yüz manat pul xərclənib qurtaran günü gəlib bir yerə çatdıq. Bizi hərbi hissəyə gətirib kazarmalarda yerləşdirdilər. Başımızı keçəl qırxdırıb çimizdirəndən sonra əynimizə əsgər paltarı geyindirdilər. Əsgər olub cərgəyə düzüldüyümüz gün, həyatımda, bəlkə də ən çox sevindiyim günlərdən biriydi. Həm, necə deyərlər, “kişilik məktəbində” xidmətə başlayırdım, həm də evdən çıxıb üzücü yol yorğunluğundan, narahatçılıqdan sonra sanki, bir rahatçılıq tapmışdım. Lap dünyanın o başında olsaydım da bilirdim ki, burada hərbi xidmət keçəcəyəm.

    Andiçmə mərasimindən sonra bizi rotalara böldülər. Mən birinci rotaya düşmüşdüm. Bizi beton zavoduna işləməyə göndərirdilər. Üç ay beton zavodunda işləyəndən sonra altı aylıq Ussuri körfəzinin qarşısında yerləşən Bolşoy kamen (Böyük daş) şəhərinə ezamiyyətə getdik. Bizdə tikinti hissəsi (stroitelnıy çast) idi. Hərbi hissəmizin nömrəsi indiyəcən yadımda qalıb. Voenniy çast (hərbi hissə) – 63306-da xidmət etmişdim. Hərbi hissədə qaralar çoxuydu, amma iki müsəlman vardı; mən və özbəkistandan gələn bir oğlan. Qalanları Ermənistanın müxtəlif bölgələrindən gələn ermənilər idi. Babkenlə tanışlığımız ordan başlamışdı. Babken Akopyan Qafandan idi. Özü də azərbaycanlıları çox sevirdi. Mənimlə digər ermənilər rus dilində danışanda Babken təklikdə azəricə danışardı. Diksiyasından yenə də erməni olduğu hiss olunurdu. Onu da yazım ki, ermənilərin çoxu bizim dili yaxşı bilirdilər.İndi də bilirlər. Məsələn, bakıda yaşayan ermənilərin diksiyasından erməni olduğunu hiss eləmək olmurdu. Digər erməni uşaqları məni ya zarafata, ya da acığa “ara tork” çağıranda, Babken soyadımı qısaldıb “Mirzə” çağırardı. Maşın sürməyi bacardığım üçün sürücü işləyirdim. Bizim vaxtımızda əsgərlərə işlədiyi üçün ayda üç manat maaş verilirdi.

    Millətlərarası düşmənçiliyin olmadığını bilirdik, lakin aramızda bizə nifrət edən ermənilər az deyildi. Qarik Ağayan adlı əsgər yoldaşımızın ilk gündən mənimlə ulduzu barışmamışdı. Onun mənimlə rəftarının yaxşı olub-olmaması vecimə də deyildi. Davamız da düşməzdi.Babken hər ehtimala qarşı bir-neçə dəfə Qarikə görə xəbərdarlıq etmişdi. Mən isə onun hər dəfəsində Babkenin dediklərini qəribçiliyə salırdım:
    -Babken, o, mənə nə edə bilər? Belə də ki, nə etsə, ikiqat da cavabını alacaq.
    Hər dəfəsində də başını yüngülcə yelləyər, erməniləri yaxşı tanımadığımı tez-tez deyərdi. Bəzən elə bilirdim Babkenin bizimlə qarışığı var. Əslində, fərqli millətdən olmağımızın ikimiz üçün də heç bir əhəmiyyəti yox idi. Birlikdə çörək kəsmişdik, bir-birimizə qardaş, sirdaş olmuşduq. Arada zarafatıma salırdım; “ Babken, bir gün düşmən olsaq, məni öldürüb eləmərsən ki? ”
    – Səyləmə ə, Mirzə – əsəbi cavabımı verərdi. Babken tez özündən çıxan adam olduğu üçün onu cırnatmaq xoşuma gəlirdi. Üzüdönük olmadığını yoxsa mən də bilirdim.
    Lakin ermənilərin fürsət düşəndə üzlərinin necə döndüyünü növbəti il aprelin 23-də gördüm. Bizə beton zavodun yaxınlığında köhnə bağçada yer vermişdilər. Kazarma əvəzi istifadə edirdik.

    Həmin gün səhər-səhər işə gedirdim. Təxminən 30-40 erməni yoldaşımızın kazarmada qalıb nə isə hazırlıq gördüklərinin şahidi oldum. Kimisi ət doğrayırdı, kimisi samovarda çay dəmləyirdi, kimisi yandırmaq üçün odunları bir kənara yığırdı.
    Ayda bir dəfə hər birimizin evindən bizə pay-pürüş, pul göndərilirdi. Həftədə bir dəfə məktub yazıb göndərmək adətimiz olmuşdu. Evdən gələn pullarla ən çox bir-birimizin ad gününə hədiyyə alar, kef məclisi qurardıq. O gün də elə bildim kiminsə ad günüdür. Həmin günəcən elə bilirdim, aramızda millət söhbəti yoxdur. Qarik də kazarmada qalmışdı. Babken hazırlıq görən ermənilərə gözlərini qıyaraq şübhəylə baxması da məni şübhəyə salmamışdı.Babkendən soruşdum:
    -Bu gün kimin ad günüdür?
    Babken məndən bir az qabağa düşdü.
    -Heç kimin!
    -Onda niyə toplaşıblar? Nəyə hazırlaşırlar?
    Babken sualıma cavab vermədi. Axşam da məndən əvvəl işdən çıxıb kazarmaya gəlmişdi. Qanı qaralmışdı, ara vermədən bir-birinin ardınca siqaret çəkməyindən bilirdim. Bir siqaret də mən yandırdım, səhər verdiyim sualı təkrarladım.
    -Nə məsələdir, Babken? Səhər sualıma niyə cavab vermədin?
    Babken üzümə də baxmadı.
    -Yağış yağacaq, Mirzə.
    Mən də pəncərədən çölə baxdım.
    -Bilirəm. Aprel ayıdır də, yağmalıdır. Bir də mən gələndə damcılayırdı.
    Bu dəfə Babken gözlərimə baxdı, elə bildi ki, mən nə isə bilirəm.
    -Sabah Andranikin günüdür.
    Hər şey mənə aydın oldu.
    -Sizin məşhur Andraniki deyirsən? Hə də, siz axı hər il yeyib-içməklə onun matəmini saxlayırsız.
    Babken başını yelləyib pəncərənin yanından uzaqlaşdı, çarpayısında oturdu.
    -Sən necə də sadəlövhsən. Hələ də heç nə bilmirsən, tork.
    Təəccüblənmişdim, o, ilk dəfəydi ki, mənə “tork” deyə müraciət edirdi.
    -Onlar səni öldürmək istəyirlər. Andranikin qulağını bilirsən də kim kəsib?
    Babkenin sualına cavab vermirdim. Əsgər yoldaşlarımın məni öldürmək planı qanımı dondurmuşdu. Babken danışmağa davam edirdi:
    – Görürsən? Heç nə bilmirsən, Mirzə.Amma biz sizin tarixinizi yeri gələndə sizdən yaxşı bilirik. Andranik erməni, bolqar xalqı üçün qəhrəmandır.
    – Azərbaycan, türk xalqı üçün də satqındır. Uşaq, qoca, qadın qatilidir. Erməni general dostu olmasaydı, bolqarlar onu qəhrəman görməzdilər.Narahat olma, biz də sizin tarixi pis bilmirik. Hardadı o əclaf? Görüm hansı köpəkoğlu məni öldürəcək?

    İxtiyarsız səsimi yüksəltmişdim, qan başıma vurmuşdu. Qariki yumruqlarımın altında əzişdirmək istəyirdim. Babken qarşımda dayanıb, məni sakitləşdirməyə çalışırdı:
    – Mirzə, xahiş edirəm, məni deməyimə peşman eləmə. Onlar çoxdur, sən təksən. Lap mən də sənin yanında olacam. Sonra? Ağılla hərəkət eləmək lazımdır. Bu məsələni sakit həll etməliyik.
    Babken haqlı idi. Coşmaqla məsələni həll eləmək olmazdı. Babken guya məni sakitləşdirmək üçün zarafat elədi.
    – Sizinkilər sənə qoymağa ad tapmadı, Mirzə?
    Özümü birtəhər ələ aldım, yenə də hirsli idim.
    – Dədəm elə adımı Soltan bəyin şərəfinə qoyub, Babken. Onların planı nədir?
    – Səni birinci yeyib-içməyə çağıracaqlar, sonra da öldürəcəklər.
    Hirsimdən güldüm.
    -Nə danışırsan? Üstündən gör neçə il keçib,bir-birimizə qız alıb verən millətik, bunların planına bax! Bunu eləməyə dal lazımdı e!… Tutaq ki, məni öldürdülər. Sonra nə cavab verəcəklər?
    Babken oturdu,iki barmağı arasında külə dönmüş siqaretini batinkasının altında söndürdü, bu dəfə rus dilində dedi:
    – Nə olsun mehriban yaşayırıq.Hər il Andranikin şərəfinə mütləq bir tork öldürülür. Ya toka verərlər, ya zəhərləyərlər, ya da maşın qəzasına salarlar.
    Babken ayağa qalxdı, mənə yaxınlaşıb qolumdan tutdu. Səsi titrəyirdi.
    -Mirzə, səni çox istəyirəm. Sirdaş, qardaş olmuşuq.Yalvarıram, tərslik eləmə. Qaç çasta, iki-üç günə qayıdarsan.
    -Bəs, məni axtarmayacaqlar?
    -Nə axtarmaq? Mirzə, başa düşmürsən ki, səni öldürəcəklər? Onlar danışanda eşitmişəm.
    -Bəs sən?
    Babken bu dəfə bizim dilimizdə danışdı.
    -Narahat olma, erməni erməniyə heç nə etməz.

    Bizim altı rotamuz vardı. Beşi qalmışdı Novanejin şəhərində. Qarikgilin başı qarışanda Babken qaçmağıma kömək etdi. Sərnişin qatarına minənəcən məni gözlədi, sonra qayıtdı kazarmaya.
    İki saatdan sonra, axşam saat səkkizdə qatardan Novanejində düşdüm. Yaxın olduğu üçün çasta piyada gəldim. Ordakı Azərbaycan uşaqları gəlişimə təəccüblənmişdilər. Niyə gəldiyimi soruşanda erməni əsgər yoldaşlarımın planlarından danışdım. Çastda erməni uşaqları da dediklərimi təsdiqlədilər, Andranikin şərəfinə mütləq bir türk qurban seçildiyini, qaçmaqla düz hərəkət etdiyimi dedilər.
    Babkenin təhlükəsizliyi üçün haqqında bir kəlmə də olsun danışmadım. Üç gündən sonra öz çastımıza qayıtdım. Qapı ağzında Qariklə bir neçə erməni yoldaşları söhbət edirdilər. Qarik məni görən kimi gülümsədi. Gülümsəyəndə üzündə qəribə mimikalar yaranırdı. Rus dilində dedi:
    -Neçə gündür görünmürsən, Soltan bəy.
    Xəyalımda əclafa yaxınlaşıb çənəsinin altından bir yumruq vurdum. Yaxınlaşdım, heç nə olmayıbmış kimi Qarik mənə əl uzatdı. Mən də öz növbəmdə əl uzatdım Qarikə də, o biri ermənilərə də. Rus dilində salamlaşdım:
    -Yerlilərim gəlmişdi, onlara baş çəkməyə getmişdim.
    Qarik qələbə qazanmış adam kimi güldü.
    -Sən çoxbilmiş adamsan, Mirzəyev. Burda qalsaydın, səhərəcən yeyib içərdik.
    Gülümsədim, onun çiyninə iki dəfə yüngülcə vurdum.
    -Elə bil ki, yeyib içmişəm, Ağayan. Sağ olun. – Sakitcə onlardan uzaqlaşmışdım ki, Qarikin axırıncı sözləri ayaqlarımı yerdən kəsdi.
    -Babkeni axtarma. Pilləkanlardan yıxılıb, yaxınlıqdakı xəstəxanadadır.
    Qarikə yaxınlaşdım, hirsimi cilovlaya bilmədim, yaxasından yapışdım. Yanımdakı ermənilər bizi ayırmaq üçün aramıza girdilər. Qolumdan tutan erməni:
    -Mirzəyev, sakitləş. – dedi.

    Günorta Babkeni görməyə getdim, eşitdiklərimi ona təkrarlayanda bildim ki, onlar şikayət edib-etməyəcəyimiz barədə narahatdılar. Əclaflar Babkenin bədənində demək olar, barmaq qoymağa ağ yer qoymamışdılar. Axşam məni “yeyib-içməyə” çağıranda tapa bilməyiblər, Babkendən şübhələniblər. Sonra da onu o ki var döyüb, pilləkanlardan itələyiblər. Babken mənimlə danışanda əvvəlcə özünü güclə toplayırdı:
    -Mirzə, mən axmaqlıq elədim. Gərək səninlə gedəydim.
    Babkenin şikayət etməməsi məni ikiqat əsəbləşdirirdi:
    -Babken, niyə şikayət eləmirsən?
    Babken gülümsədi:
    -Alınmaz, qardaşım. Deyəcəklər, erməni erməniylə yola getmir.
    -İncimə, Babken, millətinin murdar nümayəndələri çoxdur.
    Babken gülməyə çalışır, nəfəsi daralırdı, ancaq yenə də ermənilərin tərəfini saxlamaqdan qalmırdı.
    -Dediyin murdarlardan hər yerdə var.
    Yenə də bu hadisəylə Babken kimi barışa bilmirdim. Qariki görməyə gözüm yox idi. Məni görəndə bir-neçə dəfə salam verdi, cavab da vermədim. Ona da, onunla əlbir olan ermənilərə də!…
    Babken xəstəxanadan çıxdı. Məsləhətləşdik, məzuniyyətimin bitməyini gözləmədim. Ərizə yazdım, Novanejna şəhərinə – çasta gəldim. Komandirimiz asetin millətindən idi. Məni kərpic zavodda işləməyə göndərdi. Orda yaşca məndən böyük olan Natalya adlı bir qızla tanış oldum. Gözəlliyi bir tərəfə, mülayim xasiyyəti də məni özünə bağlamışdı. Niyə yalan deyim, çox istərdim, ona qarşı olan hisslərim İlknura qarşı olan sevgimi üstələsin, alınmadı. Hərbi xidmətimizi başa vuranacan münasibətimiz davam etdi.
    Akarada düşəndə məni Bakıdan yola salan əmim oğluyla qardaşım qarşıladılar. Gözüm isə, dədəmi axtarırdı:
    -Dədəm niyə gəlmədi?
    Əmim oğlu cavab verdi:
    -Evdə səni gözləyir.
    Əslində, dədəmlə bağlı xatirələrimi yazmaq mənim üçün çox ağırdır. Həyətə girəndə nənəm, bacılarım məni gözlərinin yaşını tökə-tökə qarşıladılar. Dədəmi yenə görmədim.
    -Dədəm hanı?
    Qardaşımın gözləri dolmuşdu, nənəm hönkürtü ilə ağladı. Əmim oğlu həqiqəti udquna-udquna deyənəcən artıq hər şeyi başa düşmüşdüm.
    -Həyatdı, əmi oğlu.
    Dizlərimi nə vaxt yerə qoyduğumu xatırlamıram. Üzümü ovuclarımda gizlətdim, ürəyim yerindən çıxanacan hönkürtüylə ağladım. Dədəm məni yola salanacan keçirdiyim xoşagəlməz hisslərin nə olduğunu o gün dərk elədim. Son bir ildə niyə mənə gec-gec məktub gəldiyini də!…
    Dədəmin boynunu qucaqlamaq yox, iyulda rəhmətə getdiyi üçün ilini vermək qismət oldu.
    Dədəm bir gecə yatmış, bir səhər isə ayılmamışdı.
    Daha bir il keçdi. Bu bir ildə həyatımda çox şeylər dəyişdi. İlknur sevgimə müsbət cavab vermişdi. Xoş anlar yaşatmaqla yaddaşımda qalan Natalya ilə arada məktublaşırdıq.
    Bir gün isə sırf təsadüfdən Qafanda Babken ilə qarşılaşdıq. Saakyan küçəsiylə gedəndə bir nəfər arxadan gözlərimi yumdu. Günəşin şüalarını barmaqlarının arasından fərq elədim. Səsindən Babken olduğunu bildim. Görüşdük, qucaqlaşdıq, birlikdə “Zəngəzur” restoranına getdik. Əsgərlik xatirələrindən danışdıqca yüz-yüz vururduq. Babken mənimlə yenə də mənim dilimdə danışırdı.
    -Babken, sənin vallah, bizimkilərlə qarışığın var! – deyib rumkamı rumkasına yüngülcə vurdum.
    -Yox Mirzə, təmiz erməniyəm. Saf millətsiz deyə, sizləri çox istəyirəm. Gələn ay Rusetə köçürəm. Yerimi rahatlayım, sənə məktub yazacam.
    Babken dediyi kimi də elədi. Rusiyaya köçdü, ancaq ondan məktub gəlmədi. Qafanda onu tanıyan erməni tanışım da yox idi ki, haqqında nə isə öyrənə bilim.
    Babken bir həqiqəti düz deyirdi. Ermənilər çox fürsətçil millətdir. Sovet höküməti dağılandan sonra onların üzünü Azərbaycan gördü. Bugün onlar Qarabağı işğal ediblər. Əslində, Qarabağın hansı ölkəyə məxsus olduğu dünya ictimaiyyətinə yaxşı məlumdur. Ermənilər məskunlaşdığı üçün onların adı çəkilir.Tərslikdən nağıllarda oxuduğumuz cinin canı şüşədə olan kimi,bizim də uğurumuz-uğursuzluğumuz ermənilərə himayə edən ölkədən asılıdır.

    Qızım kimi internetdən nə anlayışım, nə də marağım yoxdur. Arada girib ya saz çalan aşıqları dinləyərəm, ya da gedə bilmədiyim rayonlarımıza baxaram. Qubadlıya aid videolara baxanda dədəmin qəbri yadıma düşür, uşaq kimi ağlayıram. Bircə təsəllim odur ki, erməni Babken bu gün öz millətinə məndən iki dəfə artıq nifrət edir.

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ***

    Buz ürəyin qayalıqlar
    Sakini kəklik- ayrılıq…
    Yaraşığın ucalıqlar,
    Nəğmən bir dəli hayqırıq…

    Mənə doğru hər gəlişin
    Üzüaşağı enməkdi…
    Sevgi səsləyən gülüşün,
    Ayrılığı hürkütməkdi…

    Kəklik-ayrılığın əziz,
    Məndən umub-küsdü demə…
    Qayada hər cığır, hər iz,
    Məndən qalıb… Bəsdi mənə…

    Hey, arabaçı…

    Çəkib getmə belə, qəhərlənirəm,
    Ələnir, canımı sıxır ağrılar…
    Yetmiş yeddi yerə səpələnirəm,
    Məni dənliyinə yığır ağrılar…

    Yüyürtmə fələyin dərd arabasın,
    Yarı yolda qoymaq adətdəndimi?
    Açmışam bəxtimin təndir qapısın,
    Yanmaq da Tanrıya xəyanətdimi?

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    SÖYLƏ NƏ QAZANMISAN

    “Könül dəftərim” – silsiləsindən

    Tale nəsib etmişdi təmiz, saf məhəbbəti,
    İki könül olmuşdu bir- birinin qisməti.
    Necə oldu itirdin ülviyyəti, isməti?
    Eşqə haram qatmaqla, söylə- nə qazanmısan?
    Mənliyini satmaqla, söylə- nə qazanmısan?

    Sarılmışdıq sevginin, sədaqətin qoluna,
    Əhd edərək çıxmışdıq səadətin yoluna.
    Sənin bu dönüklüyün necə izah oluna?
    “Qaş- gözünü çatmaqla”, söylə- nə qazanmısan?
    Suç, günaha batmaqla, söylə- nə qazanmısan?

    Mehri- məhəbbətimiz şəkər idi, noğuldu,
    Zamanımız, anımız sanki sirli nağıldı.
    O sehirli dünyamız bircə anda dağıldı
    Andını unutmaqla, söylə- nə qazanmısan?
    Özün yüksək tutmaqla,söylə- nə qazanmısan?

    Əğyar ünü çatmayan “Ərk qalası”- sənindi,
    “Ürəküzən, canalan”, “baş bəlası”- sənindi.
    Cahanda nə vardısa, ən əlası- sənindi
    “Var- yoxunu” atmaqla, söylə- nə qazanmısan?
    Yarı yolda “yatmaqla”, söylə- nə qazanmısan?

    İndi olub peşiman baş- gözünə vurursan,
    Məlul, üzgün halınla yolum üstə durursan.
    Keçmiş gözəl günlərçün hey xəyallar qurursan
    Hər kəsi yanıltmaqla, söylə- nə qazanmısan?
    Dövranı unutmaqla, söylə- nə qazanmısan?

    GÖRMÜŞƏM

    “Qəzəllərim” – silsiləsindən

    Qoy duysun dost- tanışım hər cür möhnət görmüşəm,
    Bu günə çatmaq üçün min bir zəhmət görmüşəm.

    Qlmuşam Haqq aşiqi baş vurmuşam cahana,
    Iffətlə, ismət ilə izzət, hörmət görmüşəm.

    Olub ki, zaman çəkib hərdən çətin sınağa,
    Yolumdan şaşmasam da, haqsız töhmət görmüşəm.

    Aşdıqca keçilməyən maneləri, sədləri,
    Polad kimi bərkiyib qüvvət, qüdrət görmüşəm.

    Etmişəm yurda xidmət təbimlə, qələmimlə,
    Olub Rahilə Dövran, halal şöhrət görmüşəm.

  • Yazıçı-publisist Eyruz Məmmədovun yeni kitablarının müzakirəsi keçirilmişdir

    25 ildən artıqdır ki, bir-çox tarixi-sənədli filmlər, xüsusilə də “Sumqayıtın əks-sədası” filmi ilə respublika ictimaiyyəti və xaricdə yaşayan həmvətənlərimiz, eləcə də xalqımızın digər millətlərdən olan dostları arasında böyük rəğbət və nüfuz qazanmış yazıçı-publisist, kinossenarist, Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədovun yeni çapdan çıxmış “Qaranlığın çırağı” ilə “Zöhra və Kənan” əsərlərinin müzakirəsi keçirilmişdir.
    S.Vurğun adına Mərkəzi şəhər kitabxanasında keçirilən tədbiri açan tanınmış sumqayıtlı şair, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Əşrəf Veysəlli Eyruzun son illər ədəbi yaradıcılıqla daha məhsuldar və gərgin məşğul olduğunu, oxucuların rəğbətini qazanmış 10-a qədər maraqlı roman və povestinin çap olunduğunu diqqətə çatdırmışdır.
    O, qeyd etmişdir ki, yaxın keçmişimizin hərbi-siyasi qarşıdurmalarının əks etdirildiyi, peşəkarcasına araşdırıldığı filmlərin ssenari müəllifi, yaradıcısı kimi çox ciddi analitik və prinsipial mövqeyi, vətənpərvərliyi ilə seçilən Eyruz “Qaranlığın çırağı”, həmçinin “Zöhra və Kənan” romanlarında da özünün əvvəlki əsərlərində – “Sumqayıtım mənim”, “2-ci paralel”, “Anata”, “P.S”, Dama Pika”, “Mister Riç”, etnoqrafik roman olan “Bir kəndin camaatı” və s. kitablarında olduğu kimi oxucunu həssas, narahat qəlbli bir yazıçı kimi xeyir və şərin, qaranlıq və işığın daim kəskin ziddiyyətlərlə çarpışdığı bir dünyada mənəviyyatın sarsılmazlığını, iradənin gücünü, inam və etibarın, məhəbbət və sədaqətin insan həyatında, ağır keşməkeşləri dəf etməkdə rolunu maraqlı, düşündürücü süjet xətti üzərində qurduğu hadisələr fonunda olduqca inandırıcı və dolğun şəkildə təqdim etməyə nail olmuşdur.
    Tədbirdə yazıçının sənət dostları – Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt bölməsinin sədri Rafiq Oday, şair Asif Asiman, oxuculardan doktor Hümbət Quliyev, Rafiq Mehdiyev, “Birlik.az” saytının redaktoru Vüsal Hətəmov və digərləri Eyruz Məmmədovun yeni əsərləri haqqında fikirlərini bölüşmüşlər.
    Görüşdə “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev ötən 90-cı illərdə Azərbaycanın informasiya blokadasının yarılmasında, erməni şovinist ideologiyasına qarşı mübarizədə Azərbaycanın Yazıçılar və Jurnalistlər Birliklərinin, həmçinin Rusiya Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvü olan Eyruzun xidmətlərini yüksək dəyərləndirərək, onun Sumqayıtda ermənilər tərəfindən törədilmiş hadisələr barədə siyasi-analitik əsərlərinin xarici dillərə daha çox tərcümə edilərək, bütün Avropa ölkələrində geniş yayılmasının vacibliyini qeyd etmiş, xalqımızın ideoloji cəbhədəki mühüm işində fəallığı ilə seçilən yazıçıya daha böyük uğurlar arzulamışdır.
    “Qaranlığın çırağı” romanının redaktoru, Azərbaycanın Əməkdar jurnalisti, Osman Mirzəyev adına Respublika mükafatı laureatı Rəhman Orxan çıxışında qeyd etmişdir ki, öz istedadı və vətənrərvərliyi ilə həm respublikamızda, həm də ölkəmizdən kənarda yaşayan oxucuların, yüz minlərlə azərbaycanlının hörmət və rəğbətini qazanmış Eyruz yeni əsərlərini də maraqlı süjetlər üzərində quraraq, oxucunu son ana kimi həyəcan və intizar içərisində saxlamağı bacarmaqla, bəzən də novella xüsusiyyətlərindən məharətlə istifadə etməklə oxucuya əsərdə baş verənləri öncədən asanlıqla görməyə, duymağa heç bir şans qoymur. Mövzuların yüksək peşəkarlıqla seçilməsi, əsərlərdə baş verən hadisələr zənginliyi, xarakterlər müxtəlifliyi, eyni zamanda lirik və detektiv səpkili məqamların paralelliyi Eyruzun əsərlərinə marağı artırır, oxucunu kitabdan ayrılmamağa, onu “birnəfəsə” oxumağa sövq edir.
    R.Orxan yazıçı-publisist Eyruzun həm də peşəkar bir kinossenaist olduğunu əsas tutaraq, onun son illərdə yazdığı romanlar əsasında maraqlı, çox seriyalı sanballı bir filmin çəkilməsinin də məqsədəuyğun, həm də vacib olduğunu diqqətə çatdırmışdır.
    Görüşün sonunda yazıçı özünün yeni kitablarını avtoqrafla oxuculara hədiyyə etmişdir.
    Onu da qeyd edək ki, indiyədək ümumilikdə 20-dən çox bədii və publisistik kitabları işıq üzü görən, əsərləri türk, rus, alman, ingilis, fransız və ispan dillərinə tərçümə edilən Eyruzun hər iki kitabı Sumqayıtın “Azəri” nəşriyyatında nəfis şəkildə, yüksək poliqrafik zövqlə çap edilmişdir.

    Azər MƏMMƏDLİ.

  • Tanınmış jurnalist Aida Eyvazlının “Qalibiyyət – Şahidlər və şəhidlər“ kitabının təqdimat mərasimi keçirildi

    Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin və Əli Kərim adına Poeziya klubunda araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürkün “QALIBIYYƏT – ŞƏHIDLƏR VƏ ŞAHIDLƏR”, “SAMIR, NAZIM , ELŞƏN!” kitablarının təqdimatı keçirilirdi. Azərbaycan Ordusunun ötən ilin aprel ayınada doğma torpaqlarımizi düşmən tapdağından azad edərkən şəhid və qazi olanların həyatından bəhs edən kitabların təqdimat mərasimində Sumqayıt şəhəri İcra Hakimiyyətinin əməkdaşları, Millət vəkilləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər bölməsinin rəisi, şəhid ailələrinin üzvləri , tanınmış yazıçılar, şəhər ictimaiyyətinin nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər.
    Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra Azərbaycanın azadlıq savaşında canlarını qurban vermiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sumqayıt Şəhəri Əli Kərim adına Poeziya Klubunun direktoru şair İbrahim “QALIBIYYƏT – ŞƏHIDLƏR VƏ ŞAHIDLƏR”, “SAMIR, NAZIM , ELŞƏN!” kitablarının təqdimatını poeziye evininin fəaliyyət göstərdiyi tarixdə ən möhtəşəm tədbir adlandıraraq dedi ki, çünki Aida Ryvazlı Göytürkün yazdığı kitablar ötən ilin aprel ayında vətən torpaqlarını mənfur düşməndən azad edən qəhrəmanlarımızın şücaətindən bəhsd edir. Kitabın şəhidlərimizin bir qəhrəman kimi tarixdə yaşamasına bələdçi olacağını söylədi.
    Azərbaycanın əməkdar juranalisti və publisisti Rəhman Orxan kitabın məziyyətlərindən danışaraq qeyd etdi ki, həmkarı Aida Eyvazlı heç bir təmənna güdmədən apreldə şəhid olan, qzi olan insanların evlərini kəndbə-kənd gəzərək, onların həyatlarını nağıl kimi qələmə alıb. O şəhidlərin ailələrinin bütün dərdini-qəmini qələminin süzgəcindən, qəlbinin süzgəgindən keçirərək vətən oğullarının qəhrəmanlıq tarixini yazıb. “Şəhid adı, qazi adı hər zaman müqəddəsdir.”- deyən millət vəkili Muxtar Babayev , vətənin torpaqlarını qoruyaraq, azad etdikləri səngərlərdə şəhadətə yetişən şəhidlərimizin adının, xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğunu vurğuladı və qeyd etdi ki, ensklopedik və tarixi məqamlarla dolu olan “Qalibiyyət – şəhidlər və şahidlər” kitabı bu gündən sonra hər bir məktəblinin stolüstü kitabı olmalıdır.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər bölməsinin rəisi polkovnik Natiq Qarayev də Vətən şəhidlərinin adının belə bir nəfis kitabda əbədiləşdirilməsini zəfər tariximizə yazıldığıni qeyd etdi . Tanınmış yazıçı Varis “Vətənimizin haqq savaşına başladığı gündən sumqayıtlı yazarların hər zaman fərqləndiyini , jurnalist Rəhman Orxanın, Eyruz Məmmədovun da Qarabağ həqiqətlərini daim diqqət mərkəzində saxladıqlarını, və bu qızıl pleadaya artıq Aida Eyvazlı imzası da qoşuldu”- söylədi.
    Sumqayıtın ağsaqqal söz ustası şair, əəməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli tədfbirdə iştirak edən şəhid analrının və ailələrinin hər zaman Azərbaycanxalqı üçün əziz olduğunu, şəhidlik məqaminin müqqəddəsliyindən danışaraq, özünün “Şəhid anası gəlir” şerini oxudu və bildirdi ki, müəllif hər şəhid haqqında yaz yazdıqca özü də hər gün şəhid olurdu. Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin sədri, əməkdar jurnalist Rafiq Oday Aida Eyvazlı Göytürkə “2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış vətən oğullarının ömür yolundan bəhs edən “Qalibiyyət – şəhidlər və şahidlər” kitabına görə “Müqəddəs Qələm” medis mükafatı ilə təltif etdi.
    Sumqayıt şəhəri İcra hakimiyyətinin humanitar məsələlər üzrə inspektoru Şüşə Aslanova aprel şəhidlərimizin həyatından bəhs edən kitabı bir ana kimi oxuduğunu və müəllifin də bütün anaların, gəlinlərin ağrılarını peşəkarlıqla qələmə aldığını bildirdi.
    Tədbirdə aprel şəhidlərimiz Şulan Bayramov, Fəxrəddin Qurbanlı, Elvin Mirzəyev, Mühit Orucov, Vüqar Yusifov, Elnur Əliyev, Seymir Baxışov, Murad Məmmədov və Əbdül məcid Axundovun ailə üzvləri də iştirak edirdi. Şəhid ailələrinin adından çıxış edən Əbdülməcid Axundovun anası Vətən şəhidlərinin adını əbədiləşdirdiyi üçün müəllif Aida Eyvazlıya minnətdarlığını bildirərək, əlavə etdi ki, Vətən o şəhidləri ilə fəxr etdiyi kimi, o da bir ana kimi oğlu ilə qürur duyur. Və Azərbaycanın bütün torpaqlarının işğaldan azad olunmasını arzulayır. “Uca bayrağımızın Şuşada dalğalanarsa, şəhidlərimizin də ruhu Tanrı dərgahında rahat olar” –dedi. Qarabağ qazisi Usta Fəxrəddin söz alaraq bildirdi ki, onun qardaşı 1992-ci ildə Lələtəpə uğrunda döyüşlərdə həlak olub. Ötən il şəhid qardaşının doğum günündə 2 apreldə isə aprel şəhidləri onun qardaşının arzusunu yerinə yetirdilər.
    İbrahim İlyaslı tədbrin sonunda sözü “QALIBIYYƏT – ŞƏHIDLƏR VƏ ŞAHIDLƏR”, “SAMIR, NAZIM , ELŞƏN!” kitablarının müəllifi Aida Eyvazlı Göytürkə verildi. A.Eyvazlı şəhid analarının, şəhid ailələrinin qarşısında baş əyərək, Vətənimizə Qalibiyyət şərbətini dadızdıran qəhrəmanlarımızın həyatını qələmə aldığından qürür duyduğunu bildiri. Və qeyd etdi ki, “QALIBIYYƏT – ŞƏHIDLƏR VƏ ŞAHIDLƏR”, kitabının ikinci cildi də bu ilin sonuna kimi işıq üzü görəcək.
    Tədbirin sonunda qonaqlara, təhsil idarələrinə, şəhərin kitabxanalarına və oxuculara hər iki kitablar müəllifin imzası ilə hədiyyə olaraq təqdim olundu.

    Sumqayıt şəhəri Əli Kərim adına Poeziya klubun Mətbuat xidmətini

  • “BUTA” YENİDƏN SİZİNLƏ GÖRÜŞƏ GƏLİR

    Azərbaycan Respublikası “Ziyali Ocağı” İctimai Birliyi 2017-ci ildə özünün yeni layihəsini təqdim edir. Bu layihədə Türk dünyası ölkələrinin təmsilçiləri olan söz ustaları-şairlər öz şeirləriylə “Buta”nın qonağı olacaqlar.
    Milli-mədəni irsmizə öz mahiyyəti etibarı ilə zəngin, tərtibatı baxımından nəfis bir əsər qazandırmaq qarşımıza qoyduğumuz ümdə məqsədlərimizdən biridir. Amacımız türk dünyası ölkələri arasında milli-mənəvi tellərin yaradılması, habelə yaradılan körpülərin saxlanmasıdır.
    Nəzərdə tutulduğu kimi, “Buta-2”-nin bu sayında da türk dünyasının müxtəlif ölkələrindən olan şairlərin qatılması təqdirəlayiq haldır.
    Ümidvarıq ki, böyük maraq və ümidlə dəstəklədiyimiz bu layihə -“BUTA -2” antalogiyası oxucuların dərin rəğbətini qazanacaqdır.
    Tanınmış qələm ustalarının – Sabir Rüstəmxanlının, Fəxrəddin ZİYANIN, Ağasəf İMRANIN, Mayıl MƏMMƏDLİNİN, Bənövşə DAŞDİLİNİN, (Azərbaycan) Abdulhadi BAYIN, Sabiha SERİNİN, Tahsin SEDEFOĞLUNUN, İbrahim COŞARIN, Remzi ZENGİNİN, Cemal ÜNALIN, Harun YILDIRIMIN (Türkiyə), Muazzam İBRAHİMOVANIN (Özbəkistan), Səxavət İZZƏTİNİN (İran) və başqalarının dəstəyi ilə araya-ərsəyə gələcək “BUTA 2” oxucuların sevimlisi olacaq, kitab rəflərinin bəzəyinə çevriləcəkdir.
    QATILMA ŞƏRTLƏRİ
    Antologiyaya qatılan hər şairə 4 səhifəlik yer ayrılacaqdır. Bu səhifələrdə şairlərin şəkilləri, tərcümeyi-halları və 4 səhifəyə sığacak şeiri öz əksini tapacaqdır. Sərbəst, heca, əruz vəznində təqdim olunacaq şeirlər siyasi motivlərdən uzaq olmalıdır.
    Hər şairə 4 kitab veriləcəkdir.
    Antologiyaya şeirlər bu ilin may ayının 15-dək təqdim olunmalıdır.
    Kitabın dərc olunması heç bir ticarət məqsədi güdmür.
    Antogiyada dərc olunacaq şeirlərə görə şairlər özləri məsuliyyət daşıyırlar.
    Kitabda dərc olunan şeirlər üçün pul ödənilmir.
    Antologiyaya qatılan hər şair kitabın çap olunması üçün nəzərdə tutulan 50 manatı-105 lirəni özü ödəyəcəkdir. Göstərilən maliyyə vəsaitini hər hansı bir bankdan yaxud poçt şöbəsindən Vester Yunion vasitəsi ilə Əliyeva İlahə Əhməd qızına (Aliyeva İlahe Ahmet kızı) göndərə bilərlər.
    Qatılmaq arzusunda olanlar gərəkli məlumatları +994553305830 nömrəli telefonla əlaqə saxlayaraq ötürə bilərlər.
    Email adresimiz: ziyali.ocaqi@mail.ru

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    GİDİ ŞEYTAN

    Ünvanlı – şeirlərimdən

    Yalan imiş hər bir sözün,
    Kül altdaymış qorun, közün.
    Görüm, çıxsın iblis gözün,
    Min bir sifət, gidi şeytan.

    Çatılıbdır bomboz qaşın,
    Yalquzaqtək yox sirdaşın.
    Od- ocaqda bişməz aşın,
    Min bir sifət, gidi şeytan.

    Ilana da kəmənd atdın,
    Hər nemətə zəhər qatdın.
    Irəm yolun necə tapdın?
    Min bir sifət, gidi şeytan.

    Mənbəyisən dərd- kədərin,
    Quyu qazdın dərin- dərin.
    Dağı dələr bəd nəzərin,
    Min bir sifət, gidi şeytan.

    Hər niyyətin şər- şamata,
    Kaş o iblis adın bata.
    Bir lənətsən camaata,
    Min bir sifət, gidi şeytan.

    Dövran dadıb fəsadından,
    Söhbət açdı bəd adından.
    Heç çıxmırsan sən yadından,
    Min bir sifət, gidi şeytan…

    QƏDƏR

    "Könül dəftərim" – silsiləsindən

    Niyə düşdük aralı, qına sən də özünü,
    Gec tanıtdın ay zalım mənə gerçək üzünü.
    Hər nə etsən boşuna, mənə təsir edəmməz,
    Əvvəl- axır tutacaq haqqım, ahım gözünü.

    Bu sevdanın bitməsi fələyin kəc baxışıdı,
    Saçlarıma düşən dən, taleyimin naxışıdı.
    Artıq mənası yoxdur boş xəyala dalmağın,
    Kimdir günahkar gülüm? Allah bilən yaxşıdır…

    Yaş öz işin görübdür, ömür keçib yarıdan,
    Seçməyi öyrənmişik, artıq ağı- qaradan.
    Saf su kimi durulub, axmağa heç tələsmə,
    Mən səni əhv etsəm də, bağışlarmı Yaradan?

    Haqq bilir ki, mən səni özümdən çox sevirdim,
    Çox səddi, çox maneni sevə- sevə devirdim.
    Bunca fədakarlığın qarşılığı , de:-nəymiş?
    Yanlış sevda üzündən, bir ömür bada verdim.

    Kəsilmir xəyalların nə ardı, nə arası,
    Sızlayacaq çox illər, canda könül yarası.
    Dövran artıq əxz edib, “başa gələn çəkilər”,
    Bəxtə düşən qədərin, yoxmuş özgə çarası..

  • Şəfa VƏLİYEVA.”Teymurun əlində Bayazid kimi…”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    (Bir şeir üstündə gəzişmələr)

    1402-ci ildə İstanbulun fəthini yarım əsr gecikdirən Ankara döyüşü baş verdi. Bayazid Topal Teymura məğlub oldur və əsir düşdü. Nə az, nə çox, düz doqquz ay Bayazid Teymurun əsiri oldu. Doqquz ay… El arasında bu zaman kəsiyinə “bir igidin ömrü” deyirlər. Yəni, Bayazid bir igidin ömrünü əsir olaraq keçirdi. Həm də özü kimi bir qüdrətli sərkərdənin əlində… Bu əsirlik tarixdə kiçik bir fakt kimi qeyd edilir. Əslində isə bu, öz qüdrətinə inanan, adıyla alaçıqlar sökdürüb saraylar titrədən Bayazidin özünə olan məğlubiyyəti idi. Özü-özünü bağışlaya bilmirdi. Teymurun əlində Bayazid türk qürurunun qəribə bir simvolikasıdır.

    Teymur gələndə Bayazid heç zaman ayağa qalxmazdı! Amma indi məğlubiyyətini anlayıb da özünə əfv qıla bilmirdi! Yanğısını Teymura göstərmək, özündən isə gizlətmək istəmirdi! Bir igidin ömrünə qüruruyla savaşı güclə sığdıra bildi Sultan Bayazid…

    Tural Turanın “Xaç ortası hilal” adlı bir şeiri var. Bu şeirdəki “Teymurun əlində Bayazid kimi” misrasından sonra oturub “Yanıq Kərəmi”yə də ayrı cür yanmışam, Bayazidəsə ayrı cür ağlamışam.

    Tural öz şeirini “Xaç ortası hilal” adlandıranda Kərəmin tərsa eşqini car çəkmək istəyir. Onun üzüdönmüş könül quşunun qanad çırpıntısının səsinə gedib bir toy mağarına rast gəldiyini anladır. Burda gördüyü mənzərə onu dəhşətə gətirir:

    Bir ağa ağlayır, bir bəy ağlayır,

    Bir dunuq ağlayır, bir key ağlayır,

    Mağar qırağında bir səy ağlayır…

    Simlər düymə olub, Kərəm…

    Açılmır!

    Qulağına gələn saz səsi, mağar qırağında hərəsi bir ağaca qısılıb ağlayan bu adamlar… İçəridə başını saza söykəyib hönkür-hönkür ağlayan aşığın başı üstündə sanki “burum-burum qar” görünür. Tavarın oyun yeri genəlsin deyə hərə öz stulunu götürüb bir tərəfə çəkilir. Tural Turan mağara girdiyinə də sevinə bilmir. Çünki:

    Bir ağsaqqal kişi qol götürüb, qol…

    Dərdinə ağlayır sarı simdə o.

    Yarəb! Atalara özün kərəm qıl…

    Simini çəkiblər daram, açılmır.

    Kimisinin üzündə kinayə var ona baxanların, kimisinin gözlərində heyrət, kimisi də ya başını büküb mağardan çıxır ki, ağlamağını görən olmasın, başqa biri də göz yaşlarını gizlətməyə də lüzum görmür. Şair oynayan ağsaqqalı anlamaq istəyir, fikrində, düşüncəsində ağsaqqalın yanğısını duyur, duyduqca da hamıya demək istəyir:

    Nə olsun, bir azca vurub-içibdi,

    Ortaya çıxıbsa, ölçüb-biçibdi!

    Eşqi Əslini də ötüb keçibdi…

    İçinə saplanan vərəm açılmır.

    Ağsaqqal kişinin gözüyaşlı oyunu qarşısında özü necə mat qalırsa, şeirini oxuyan hər kəsi də sözə möhtac qoyur şair. Oynayanın havaya uyğun bükülüb açılan qoluna, gah sol, gah sağ çiyninə qısılan başına, hər dəfə qollarını sinəsində çarpazlayanda çəkdiyi “ah”a anladığı izahı verir:

    Özü layla, oyunu ağıt kimi…

    Teymurun əlində Bayazid kimi…

    Az qallam,

    Qıraqdan məzlum it kimi

    Düşəm qolum üstə hürəm!

    Açılmır…

    Tural Turan “xaç ortasında hilal”ı bu kişinin oyununda seyr edir, dizləri bükülməsin deyə mağar dirəyindən yapışır. “Ərzurumun gədiyinə varanda” Xan oğlunun qəribliyini hiss etdiyi kimi əl uzadıb kişinin qolundan tutmaq, bağrına basmaq, doğmalığı daha içdən yaşamaq istəyir. Lakin onun oyununu yarıda kəsməyə ürəyi gəlmir. “Yanıq Kərəmiyə oynamaq olmaz!” – deyənlərin bu yanğını anlamadığına heyfsilənir… Bu gözüyaşlı, bu ağı kimi oyunu haqq eşqinə düşənlərin halalı hesab edir:

    Oyna, ağsaqqalım, halalın olsun!

    Kərəm Xaç ortası hilalın olsun!

    Başım dizin üstdə qavalın olsun,

    Hirsindən bir-iki vur, daram!

    Açılmır?!

    Qara sazda “Yanıq Kərəmi”yə qulaq asıb da ağlaya-ağlaya bircə cümlə keçir ürəyimdən: Yazdığın bütün misralar, yandığın bütün havalar, dolandığın bütün gədiklər, şeir xalısına vurduğun bütün bədizlər halalın olsun, Tural!

    Mənbə: Ustad jurnalının 3-cü sayı.

  • Mehmet Ali KALKAN.”VATAN”

    Sanma ki buralardır,
    Dokuz yön bizim oğul.
    Vatan hatıralardır,
    Hep dizim dizim oğul.

    Gâh güldür, gâh dikendir,
    Gâh boynumu bükendir,
    Estergon, Ötüken’dir,
    Baharım, yazım oğul.

    Bazen bendirdir, neydir,
    Bazen Mirali Bey’dir,
    Köroğlu’nda hey heydir,
    Çalınan sazım oğul.

    Gökçek çam kokusudur,
    Bir yayla uykusudur,
    Bazen bir avuç sudur,
    Gözesi gözüm oğul.

    Türküdür dağ başında,
    Hasrettir gözyaşında,
    Yârin hilal kaşında,
    Çekilir nazım oğul.

    Hazar’dır, Akdeniz’dir,
    Gözyaşınca temizdir,
    Her damla benden izdir,
    Yazılmış yazım oğul.

    Sazdır, kopuzdur, tardır,
    Gün batmayan diyardır,
    Türk olan bahtiyardır,
    Göklerde izim oğul.

    Ha İstanbul ha Kaşgar,
    Gâh sevdadır, gâh efkâr,
    Daha diyeceğim var,
    Bitmedi sözüm oğul.

    Yoldaki yolu bulur,
    Yol bilmezler kaybolur,
    Gökte gece mi olur?
    Ap aktır yüzüm oğul.

    Mete de biz, Mehmet te,
    Sıla da biz, gurbette,
    Bu seçilmiş millette,
    Dünyaya lazım oğul.

    Dünya dünya Kur’ân’dır,
    Gök kubbede Turan’dır,
    Vatan ben de durandır.
    Hepsi de özüm oğul…
    Hepsi de özüm oğul…

  • Görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının şeiri “Kümbet” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının “Azərbaycan” şeiri Azərbaycan türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 44 yeni sayında dərc olunub.
    Qeyd edək ki, “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır

    Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidməti

  • Şairə-publisist Rahilə Dövranın şeiri “Hece Taşları” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Rahilə Dövranın “Oxşa məni” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dərgisinin 26-cı sayında dərc olunub.
    Qeyd edək ki, “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.

    Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidməti

  • Gənc yazar Kamran Murquzovun şeiri “Kümbet” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tərcüməçi-jurnaist Kamran Murquzovun Ön Asiyada Türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsi, sufi-şair Yunus Əmrəyə həsr olunmuş “Yunusum” adlı şeiri Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 44 yeni sayında dərc olunub.
    Qeyd edək ki, “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.

    Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidməti

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri “Hece Taşları” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dərgisinin 26-cı sayında Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist Kənan Aydınoğlunun Ön Asiyada Türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsi, sufi-şair Yunus Əmrəyə həsr olunmuş “Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib” şeiri Azərbaycan türkcəsində çap olunub.
    Qeyd edək ki, gənc nəslin nümayəndəsi Kənan Aydınoğlunun bundan öncə də “Türkün Türkçülük Dastanı” poeması və “Türkçülük silsiləsi”dən, xüsusilə də Ustad şair Yunus Əmrənin ulu ruhuna sevgi və sayqılarla ünvanlanan şeirləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşkilatı dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətindəki “Kümbet” (Tokat şəhəri), “Usare” (Kahramanmaraş şəhəri), “Yeni Edebiyat Yaprağı” ( Kahramanmaraş şəhəri), “Kardelen” ( Sakarya şəhəri) dərgilərində və “Son nokta” (Adana şəhəri) qəzetində çap olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidməti

  • Kamran MURQUZOV.”Azerbaycan toprağına düşüp güzarın, Yunusum!”

    10730926_708473925888118_1815156677351752954_n

    HOCAM Yunus Emreye sevgi ve sayqı dolu Selamlarımı iletiyorum!

    Multu olmak ne güzelmiş, bu dünyada karip-karip
    Azerbaycan toprağına düşüp güzarın, Yunusum!

    Hakkı buldun, çok sevindim Senin arzun gerçekleşdi,
    Kader gibi unutulsun azar-bezarın, Yunusum!

    Hasret çektim güller gibi Sene kovuşmakçün ben,
    Oldum bu karip dünyada Seninn yazarın, Yunusum!

    Dergahına geldim Senin kulun bugün Seni ister
    Nerde kaldı söyle görüm, Senin mezarın, Yunusum?!

    19 Kasım 2016 yıl

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    VƏTƏNİMİN LALƏLƏRİ

    “Vətənimdir” – silsiləsindən

    Yaz fəslində gələr qonaq,
    Pişvazında biz dayanaq.
    Sürməli qız, alma yanaq,
    Vətənimin lalələri.

    Sıralanıb boydan-boya,
    Nazlı qızlar gedir toya.
    Say,hesabı gəlməz saya,
    Vətənimin lalələri.

    Aşıq tapmır tərifə söz,
    Qönçələri badamı göz.
    Ləçəkləri qızmar, al köz,
    Vətənimin lalələri.

    Bir aləmdir, seyri-səfa,
    Gəlişləri sevinc, şəfa.
    Olmayıblar heç bivəfa,
    Vətənimin lalələri.

    Yaylaq boyu hey dolaşar,
    Gədik qalxar,yoxuş aşar.
    Nərgizlərlə qucaqlaşar,
    Vətənimin lalələri.

    Bəzəyin şad ölkəmizi,
    Şadlandırın qəlbimizi.
    Dövran səslər hər yaz sizi,
    Vətənimin lalələri.

    BİZ OLDUQCA VƏFASIZ

    “Vətənimdir” – silsiləsindən

    Qara rəngli illərin,
    Üstünə dağ qalandı.
    Tərk edilmiş ellərin,
    Tifaqlqrı talandı.

    Gör neçə il yaşandı,
    Xankəndisiz, Şuşasız
    Yurdlar alışdı, yandı,
    Biz olduqca vəfasız.

    Qubadlı, Kəlbəcərin,
    Hanı hüsnün oxşayan?
    Qoç Nəbinin, Həcərin,
    Varmı, gorun yoxlayan?

    Laçında, Zəngilanda.
    Sanki məskən olmayıb.
    Fələk “şivən” salanda,
    Daş- daş üstə qalmayıb.

    Yağı külə döndərib,
    Cəbrayılı, Ağdamı.
    Ellər didərgin, qərib,
    Dolmur fələyin camı.

    Qız, gəlin, ahıl, cavan,
    Füzuli harayında.
    “Yerli qaçqın, yad- qovan”,
    Hər kəs canı hayında.

    Əsir, girov torpağın,
    Tapılmayır çarası.
    Sağalmır Qarabağın,
    Irinləmiş yarası…

    Düşün, xatırla- Dövran,
    “Apreldəki zəfəri”.
    Söyləyəcək:- “qana- qan”,
    Azərbaycan əsgəri…

  • Şəfa VƏLİYEVA.”Özünə oxşatdın rəngi-ruhumu”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Özünə oxşatdın rəngi-ruhumu
    Bu qara qızın da sevgisi sarı…
    Fələklə əlləşən min günahımın
    Beşinci ləçəyi, qönçəsi sarı…

    Qadınlar doğulmur sevinc adına
    Qoyulan bu adlar təsəllimizdi…
    Təsadüfdən gəlib düşsəm yadına
    Bil ki, payızdayıq…bizim fəsildi…

    Bozarıb…saralıb…gözümdə dünya
    Fırçamı silirəm arzularıma…
    Bəlkə hər fəsildən bir ahəng ala…
    Bəlkə… ömrüm dönə göy qurşağına…

  • KÜMBET DERGİSİ 44. SAYISI YAYINDA

    Yeni bir sayı, yeni bir nefes ve aramıza katılan yeni kalemlerle 44. sayımızla Türk kültür ve sanatı adına siz değerli okuyucularımızla beraber olmaktan kıvanç duyuyoruz. Tokat Şairler ve Yazarlar Derneği bünyesinde yayınlanan KÜMBET Derginiz 2017 yılı içerisinde daha fazla okuyucusuyla buluşmak ve ülkemizin kütüphanelerinde okurlarıyla buluşmanın güzelliğini yaşıyor. Bizlere bu konuda destek veren kurum ve kuruluşlara, dergimizi daha kaliteli daha faydalı hale getirmek için yoğun çaba ve düşünce sarf eden bütün okurlarımıza en derin teşekkürlerimizi, şükranlarımızı sunuyoruz.
    2017 yılı içerisinde yapmayı planladığımız geleneksel kültür sanat faaliyetlerinin dışında farklı programlara imza atacağımızı şimdiden müjdeleyelim. Kültür ve Turizm Bakanlığı, Tokat Belediyesi ve Tokat Şairler ve Yazarlar Derneği’nin geleneksel olarak icra ettiği “Uluslararası Tokat Köroğlu Halk Âşıkları Kültür ve Sanat Şöleni”nin bu yıl 3.nü daha geniş katılımlı bir etkinlikle yapmayı düşünüyoruz. Tokat Belediyesi ile beraber gerçekleştirdiğimiz diğer bir etkinlik de Yeşilırmak Şiir Şöleni’nin 9.sunu ülke içinden ve dışından davet edeceğimiz şairlerle birlikte başarılı bir şekilde ortaya koymak olacaktır. Ayrıca Mayıs ayı içinde çok anlamlı bir vefa programında yaşayan âşıklarımızdan Almuslu Âşık Eşref Tombuloğlu, aramızdan ayrılmış olan Zileli Sadık Doğanay ve Türk kültürüne büyük hizmet vermiş bir şair, yazar, akademisyen Mehmet Yardımcı’ya Tokat’ta vefa Gecesi düzenlenecek.
    Türk şiirinin büyük isimlerinden Cahit KÜLEBİ, doğumunun 100. yılında bu yıl TRT, Niksar Kaymakamlığı, Niksar Belediyesi ve Tokat Şairler ve Yazarlar Derneği koordinesiyle daha farklı etkinliklerle anılacak. Geleneksel “Cahit KÜLEBİ ve Memleketime Bakış Şiir Yarışması”nın da 8.si bu yıl Cahit Külebi’nin Doğumunun 100. Yılı anısına gerçekleştirilecek. Erzurumlu Emrah’tan Cahit KÜLEBİ’ye Kültür Sanat Şöleni Etkinlikleri çerçevesinde davet edilecek ilim adamlarıyla Erzurumlu Emrah ve Cahit KÜLEBİ planlanan panellerle bir kez daha bilinmeyen yönleriyle değerlendirilecek.
    Dergimizin bu sayısında Tacettin Günaydın Özel Dosyası sizlerle buluşurken şehirlerin kültür ve sanatına büyük emek vermiş şahsiyetlerin unutulmaması gereğini hissettirmeyi amaçladık. Birbirinden değerli akademisyenler, araştırmacı, yazarlar oldukça ilginizi çekebilecek konuları büyük çaba sarf ederek gün yüzüne çıkardıkları ürünlerini sizlerle paylaştılar. Eminiz ki şair dostlarımız da bahar mevsiminin güzelliği içinde yüreklerinden taşan duygularında açılan rengârenk çiçeklerini sizlere sunmanın bahtiyarlığını yaşayacaklardır.
    Tokat Şairler ve Yazarlar Derneği üyeleri imkânları ölçüsünde davet edildikleri kültür sanat programlarında KÜMBET Dergimizi temsil etmeye gayret ettiler. Bu çalışmaları dergimizin “Etkinlikler “ bölümünden takip edebilirsiniz. Ayrıca gelenekselleşen TOŞAYAD kahvaltılarının bu yıl yirmi üçüncüsü Tokat Belediyesi’nin katkıları ve Tokat Belediye Başkanı Av. Eyüp EROĞLU’nun katılımıyla gerçekleştirildi. Kahvaltı ve imza gününün onur konuğu ise “Bir Elleri Kaldı Aklımda” eseriyle Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü Uzmanı, Şair ve Yazar Bekir Yeğnidemir oldu.
    45. sayıda buluşmak…….

    Remzi ZENGİN
    Tokat Şairler ve Yazarlar Derneği Başkanı

  • “Hece Taşları” Aylık Şiir dergisinin 26 sayısı yayında

    KAPININ DİLİ

    Eskiden kapının bir dili vardı, ahengi tınısı yerli yerinde, en fazla üç kere seslenir gelen, evde hane sahibinden kim varsa, gelenin elinden odaya akan, sese gönül kulağını açardı, kimse perdesini aralayarak, ya da pencereden kim o demeden, ya ince ya kalın o sese göre, kapıya koşardı yeldir yepelek, misafiri tebessümle karşılar, hürmetten elini göğsüne koyar, buyur eylemezdi yarım ağızla.

    Eskiden her evin bir dili vardı, karnından konuşma yapan olmazdı, kapıdan sızmazdı sözün çatlağı, büyükler büyüktü küçükler küçük, kadınlar kadındı erkekler erkek, sözü bilen ortalığa konuşur, herkes hissesine düşeni alır, konuşulan odalarda kalırdı, büyükler kibirden riyadan uzak, küçüklere model insan olurdu, hikâyeler okundukça eskimez, destanların devamları yarındı.

    Artık evler bir pakete konulan, üst üstüne birer kibrit kutusu, biri yansa hepsi birden tutuşur, kimin derdi duvarlarda gezinse, kimse kulağını açıp dinlemez, kiminin canından bir parça göçse, herkes birden bire körebe olur, sonra tikli gibi açar gözünü, başını tavana dikerek yürür, ya da asansörde vatsaba bakar, içinden vah vahla günü karşılar, selamün aleyküm demez kimseye.

    Komşu komşu külün var mı, ortalıkta kaldı kabım kacağım, çamaşıra güve düştü düşecek, değirmene buğday götüreceğiz, çuvaldızınızı almaya geldim, bulgurunuz var mı, ununuz var mı, yetmezse size de bir kile verek, diye seslenecek komşu kalmadı, gönül sarayları bedesten oldu, artık muhtaç değil kimse kimseye, eskiden kapının bir dili vardı, bu günse uzaktan kumandaları.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    L A L Ə L Ə R
    “Vətənimdir” – silsiləzindən

    Gözəl vətənimin alyanaq gülü,
    Məcnuna döndərib nazlı bülbülü.
    Süstləyib al rənglə çəməni, çölü,
    Zinətdir bahara, yaza lalələr.

    Şəvətək sürməni çəkib gözünə,
    Tər xallar yaraşır göyçək üzünə.
    Qonub ozanların qoşma sözünə,
    Göz, qaş eyləyirlər, saza lalələr.

    Bu zövqü-səfadan doyan yox hələ,
    Hüsnündən eşq axır əqlə, xəyalə.
    Içi şəbnəm dolu, qızıl piyalə,
    Gəlməsin nəzərə, gözə lalələr.

    Bürüyüb ən gözəl, bəzəkli dona,
    Bir yaz ömür verib, Yaradan ona.
    Yayadək gül ömrü çatacaq sona,
    Açacaq gəiən yaz, təzə lalələr

    Utancaq, ismətli, həyalı qızdır,
    Duruşu, baxışı işvədir, nazdir.
    Bu zərif, tər gülə,nə yazsan azdır,
    Layiqdir hər tərif, sözə lalələr.

    Dövranla qoşadır çox nişanəsi,
    Vətəni, məskəni, yurdu, xanəsi.
    Gözəllər-gözəli, gül əfsanəsi,
    Xudanın bəxşidir, bizə lalələr.

    GÖRDÜM

    “Vətənimdir” – silsiləsindən

    Yenə gəldi bahar, gözəl yaz çağı,
    Təbiət bəzəndi gəlin sayağı.
    Gəzərkən oyanmış bağçanı, bağı,
    Şeirimi hər qönçə, gülündə gördüm.

    Yenicə almışdım qələmi ələ,
    Nəğməkar quşlar da gəldilər dilə.
    Istədim söz qoşam, sarı bülbülə,
    Nəğməmi bülbülün, dilində gördüm.

    Al Günəş gür yanan, Rəbbin çırağı,
    Yuxudan oyadıb qocaman dağı.
    Gül, çiçək tutmayır qoynu, qucağı,
    Qoşmamı dərənın , selində gördüm.

    Dağa zinət verir, hər yalçın qaya,
    Cəhd edir baş vursun ulduza, aya.
    Hər kəlməm dönüşdü, bir əkssədaya,
    Sözümü dumanın, belində gördüm.

    Ruhumu oxşadı sabahın mehi,
    Təbimi oyatdı çəmənin şehi.
    Jalələr kəlməmin məğzi- təşbehi,
    Hecamı süsənin, telində gördüm.

    Könül fərəh daddı, qəlb nəşələndi,
    Dövran cuşa gəldi, təbb təzələndi.
    Ilhamım, qələmim nura bələndi,
    Cənnəti Vətəndə, elimdə gördüm

  • Fidan ABBASOVA.”Bilirəm ki, ümidlər daha yetmir sabaha”

    Kölnüm yaman darıxır səsinçün, gözlərinçün
    Bir ah çəksəm yetərmi həsrətinə mənimçün
    Ya qəlbimdən çıx daha yoxluğunla mən hər gün
    azda olsa savaşım unutmğa , susmağa
    Bilirəm ki, ümidlər daha yetmir sabaha.

    Ruhum elə incinib sənin etdiklərindən
    daha mənim nə qədər çarəsiz günlərim var
    ayrı düşdüm elə çox yaxın sevdiklərimdən
    Mənimdə özüm üçün ağlar gülüşlərim var
    azda olsa savaşım unutmğa , susmağa
    Bilirəm ki, ümidlər daha yetmir sabaha.

    Nə qədər acı çəksin susub yatmış taleyim
    Qırıb tökdüklərini yığa bilmirəm daha
    Bir ömürdə sığarmı yaşadığım hərşeyim
    bilirəmi sığanmaz mən məcburam susmağa
    Bilirəm ki, ümidlər daha yetmir sabaha.

    Məsum deyil heç kimsə günahkarı suçlusu
    Xain sevgi cəlladı həttda qan içəni var
    Qəlbimi əllərində sıxan bir eşq oğrusu
    Həttda bir toxunuşla yıxılan sevgilər var
    azda olsa savaşım unutmğa , susmağa
    Bilirəm ki, ümidlər daha yetmir sabaha.

    Bəzən gərək deyildir üzüləsən, üzəsən
    Bir gün var saydıqların bir gündə yox olacaq
    Fidan düşnmə artıq deyin hər sözə sən
    günahı olan belə günahkra sayılacaq
    azda olsa savaşım unutmğa , susmağa
    Bilirəm ki, ümidlər daha yetmir sabaha.