Blog

  • Şair-publisist Adil CƏMİL.Seçmə şeirlər

    Yurd yerim – dərd yerim

    İlahi, yurd yerim dərd yerim oldu,
    Torpaqla sınağa çəkilməyəydim.
    Dağlara baxıram dağlanır sinəm –
    Bu dağla sınağa çəkilməyəydim.

    Gəzir xəyalımda gəzdiyim yaylaq,
    Saralmış yarpağam, qurumuş budaq.
    Ürəyim deyəni demir ha dodaq,
    Dodaqla sınağa çəkilməyəydim.

    Bilmirəm qorxduqmu bir qaşıq qandan –
    O torpaq uğrunda keçmədik candan.
    Kişilik çıxmadı bu imtahandan,
    Papaqla sınağa çəkilməyəydim.

    Adiləm, özümdən bəzən küsdüm də,
    Yansam “Vətən” deyər göydə tüstüm də…
    Döyüşdə öləydim ayaq üstündə,
    Yataqla sınağa çəkilməyəydim.

    Gecə uçuşu

    Buludlarin üstündə
    Uçmaq necə gözəlmiş.
    Uçuruq gecə vaxtı –
    Göydə gecə gözəlmiş.

    Yerdə işıqlar yanır,
    Qaranlığı dağıdır.
    Çilçıraqlı küçələr
    Sanki boyunbağıdır.

    Ulduzlar göy üzünə
    Səpələnib nar kimi.
    Çaylar uzanıb gedir
    Gümüş cığırlar kimi.

    Pəncərədən baxan Ay
    Necə yaxından baxır.
    Aya baxa bilmirəm
    Baxdıqca gözüm axır…

    Bir gümüşü balıqdır
    Təyyarə göy üzündə.
    Üzürük, ha üzürük
    Bu səma dənizində…

    Xumar və mən

    – Мəni gəzməyə
    Apar, ay ata.
    Hamıdan gözəl
    Sənsən dünyada…

    – Yat, mənim quzum,
    Аyım, ulduzum.
    Аçılsın sabah,
    Çıxaq səhərə,
    Gedək şəhərə…

    Gör Xumar balam
    İndi nə deyir:
    – Оnda, ay ata,
    Sabahın xeyir…

    Alma satan əvəz kişi

    Аlma satır Əvəz kişi,
    Аldatmaqla yoxdur işi…
    Özü arıq, səsi qalın,
    Çağırır ki, alma alın.

    Bəzən düşür tələsiyə –
    Bənd olmayır tərəziyə…
    Аlmaları artıq çəkir,
    Özü bilər – özü əkir …

    Öz bağının meyvəsidir –
    Аlmasıdır, heyvasıdır…
    Bəzən kefi istəyəndə
    (Gözümlə görmüşəm mən də…)
    Uşaqları haylayır o,
    Мüftə alma paylayır о.

    Almanı « atmır xarala-
    Qalsın sarala-sarala”…

    Baba evi

    Bu şəhərdə yaşayır
    İki xalauşağı.
    Metronun qatarları
    Yaxın edir uzağı…

    Görüşəndə ayrılmaq
    Yamanca çətin olur.
    Orxan ilə Elnurun
    Uzun söhbəti olur…

    O deyir gedək bizə,
    Bu deyir gedək bizə.
    Sonra qərar verirlər:
    Gedəyin kəndimizə.

    Bu şəhərdə hərənin
    Nə qədər gör evi var.
    Amma ki, kəndimizdə
    Hamının bir evi var…

  • Yalçın YÜCEL.Muhteşem şiirler

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

  • Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    GƏLMƏ GÖRÜŞÜMƏ

    Gəlmə görüşümə, gəlmə,
    Heç zəng də eləmə…
    Unut olub keçənləri,
    O mənli xatirələri…
    Heç olmamış kimi
    Qara bir örtüyə bük, bərk-bərk!
    Üstündən qara bir xətt çək!
    Hicranımın əli elə qanlıdı,
    Səni yenidən ağuşuna alacaq,
    Bakirə hisslərimi oyadacaq..
    Yox .. istəmirəm, gəlmə.
    Könlümün yuvasında sənin üçün
    üşüyən günlərimi qoruyuram..
    Yana-yana sevgi ilmələrimi toxuyuram.
    Həsrətimin üzü elə soyuqdu,
    Lap Sibirin uzaqları kimi…
    Əllərim yanır, sənin üçün alışan
    dodaqlarım kimi.
    Sökəyirəm dodaqlarımı
    həsrətimin buz aynasına,
    Soyuq nəfəsində çırpınıram,
    Özümü məhbəsdə sanıram.
    Gəlmə görüşümə, gəlmə
    Gəlsən də danışma, dinmə…
    Get.. bütün ümidlərim sənin olsun,
    Təkcə sənsizliyimi aparma…

    Söz eləmisən

    Səndə nə günah var, gedən ruhumu,
    Qaytarıb yenidən təzələmisən.
    Bir az alovunla, bir az odunla
    Eşqimin bağına köz ələmisən.

    Sev məni, beləcə sevdiyin kimi,
    Olmuşam qəlbimin qəddar hakimi,
    Hər nə edirəmsə kötür ərkimi,
    Demə hər sözümü söz eləmisən.

    Dəliyəm, gözümdən uzaqlaşanda,
    Yaman kövrək ollam bir az coşanda,
    Sənə vurulmuşam desəm son anda,
    Axı, qış ömrümü yaz eləmisən.

  • İradə AYTEL.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB), UASB-nin üzvü, “Kultur.az” internet dərgisinin təsisçisi və baş redaktoru, yazıçı-şair, publisist

    Qəribəm

    Duam Allaha yetmir,
    Mən bu dində qəribəm.
    Bir qərib də içimdə,
    Birəm mində,
    Qəribəm.

    Məni doğan ögeyim,
    Göynəmə göyüm-göyüm,
    Suçuyam Yerin, Göyün,
    Dolan gendə, qəribəm.

    A balamın bələyi,
    Yer, sənnəndir diləyim,
    Aç köksünü gələyim,
    Mən bu təndə qəribəm.

    Ona deyin

    Ona deyin, verdiyi
    Dərdi də sevər oldum.
    Gözüm hər acısını
    Gördü də, sevər oldum.

    Ona deyin, əcəl də
    Məndən üz çeviribdi.
    Təxti olan köksümü
    Atəşi deviribdi!

    Ona deyin, bahara
    Çıxmam!
    Çıxmam bu qışla.
    Ona deyin can verən,
    “Can” deyəni bağışla!
    Ona deyin,
    Bağışla!

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    * * *

    burax, əllərində ölsün qırışlar,s
    çərçivə olmasın baxışlarına…
    mənə çoxdan “xala” deyir uşaqlar,
    nə tez “nənə” oldun, ay naxış anam?!

    Mən elə bilirdim,
    qocala bilməz
    mən boyda “körpəsi” olan bir qadın…
    Daha günlərimdən borc ala bilməz,
    “olmazlar”…
    Dilimdə təkbirdi adın…

    burax, qoy qocalsın “Sabir küçəsi”…
    heç kimin ilk sevda qəsri olmasın…
    “saçımda ağ kağızın boz kölgəsi…”
    -demişdin…
    o kölgə heç canlanmasın…

    burax, dizlərində kükrəsin zaman…
    burax, at oynatsın sevinc üzündə…
    mən sənin dizinə qısılıb yatan
    “körpənəm”…
    qalmışam şeir düzündə…

    əllərim açılır dörd bir tərəfə-
    mən bütün dinlərin bidətçisiyəm…
    duam himn kimi…
    “Laylay, bənövşəm…”
    Lilitin sonuncu lənətçisiyəm…

    sən nə tez yenildin ağrılarına?
    nə tez zəfər himni çaldı “can hayı”?
    sən nə tez qocaldın, ay naxış anam?
    hələ cücərməyib candan can payım…

    Yarpaq ayrılığı

    Pəncərəmdən boylanır
    Yaşılı getmiş yarpaq.
    Baxışlarım xoflanır:
    -Payıza kim qalacaq?

    Yarpaq…Yarı yaşıldı,
    Budağa yaraşırdı.
    Fəsil-ömür yaşıdı…
    Fəsil onu atacaq…

    Bu da bir ayrılıqdı…
    Rənglərə bulaşıqdı…
    Dərdim hələ uşaqdı,
    Payızla oynayacaq.

  • Şəfa EYVAZ.Seçmə şeirlər

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Payızdı içimdə bu gün

    Payızdı içimdə bu gün
    hər kəs çəkdi getdi,
    hər kəs…
    daha isti ürəklərə.
    bir sən qaldın
    ürəyimdə…
    saralmış son yarpağım.
    ya sən mənə tutundun
    axırıncı pənahındım…
    ya mən səni buraxmırdım
    səninlə daha cox
    oxşayırdım ağaca.
    bilmirəm…
    bildiyim nə var ki?!
    anlamadım payızını bu ömrün
    məndən köçən dostlarımın
    isti fəsil axtarışını anlamadım…
    bir sən qaldın
    ürəyimdə…
    yalan-yanlış naxışlarda,
    küskün, nəmli baxışlarda
    nə mən səndən ayrılıram,
    nə sən getmək istəyirsən…
    payızdı içimdə bu gün
    hələ sənə gümanlıyam,
    çıxıb getmə son yarpağım
    keçirək bu qışı…
    çünki mən
    səninlə daha çox oxşayıram ağaca…

    Payız eşqi

    Mən payızam, sevmə məni.
    Dumanım var, çiskinim var
    üşüyərsən…
    Günəşli günlər ardından
    Nisgil dolu küsməyim var,
    payızam mən…
    Mən payızam, məni sevən
    Üç-beş sarı yarpaqdı
    ölümünə hazır olan…
    Sərt bir qışın sonrasında
    bahar görmək ümidilə
    Boz sərçələr sevər məni…
    Payız olmaq
    tənha-tənha sevilməkdi…
    Mən payızam, küləklərim
    Günü-gündən adam kəsir.
    Sevmə məni, bu sevginin
    sonu birgə üşüməkdi…
    Mən payızam, anlamazsan..,
    məhəbbətim hissə-hissə
    Göy üzündən yerə enər.
    Hər yağışın islatdığı
    Evsizlərin əliyəm mən,
    buz kəsmişəm, sevmə məni…
    Sevmə məni, mən payızam
    Payız sevmək cəsarətdir.
    Sevə bilsən bu payızı,
    Qışdan sonra səadətdir.
    Sevə bilsən… sevmə məni!
    Mən payızam, sevmə məni,
    Cəsaərtin yoxsa əgər,
    Bu payızı sevməyin
    Üzü qışa getməyi var.
    Göy üzündən al günəşin
    birdən-birə itməyi var,
    payızam mən…
    Mən payızam,
    Hər kəs sevə bilməz məni.
    Cəsarətin varsa əgər
    Sevə bilsən…
    Qışdan sonra səadətdir.

    31.08.2018

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    NƏ OLAR

    Gəl baxım hüsnünə , gəl ay bəxtəvər,
    Almısan əlimdən ürəyi , canı,
    Sən Aysan, Güməsən, sən nurlu səhər,
    Gəl könül bağımın nazlı çeyranı.

    Çiçəkdən qəşəngsən, ləçəkdən incə,
    Güllərin tacısan, könlümün şahı,
    Gəl bəzə ömrümü ətirli qönçə,
    Sənsiz nəyə lazım, bu dünya axı,

    Səndən gözəl yoxdu bu yer üzündə,
    Səni xoş günündə yaradıb fələk,
    Od, alov parlayır qara gözündə,
    Bəxtim, qismətimsən sevimli mələk.

    Mən səni görəndə lal olur dilim,
    Göz çəkə bilmirəm al yanağından,
    Vallah Allaha da xoş gələr gülüm,
    Gəl öpüm mən sənin bal dodağından.

    SƏNƏ GÜVƏNDİYİM DAĞLAR

    Sənə ğüvəndiyim dağlar,
    Ümidimi puç eylədin,
    Baş əydin düşmənə, yada,
    Sən ömrümü heç eylədin.

    Dağlar sənə qar yağarmış,
    Dilimi eylədin gödək,
    Haqsız bir dünya da varmış,
    Tök başıma daşı görək,

    İsti qoynundan ayrıldım,
    Qaçqın oldum, köçkün oldum,
    Arxam, köməyin olmadın,
    Taleyimdən küskün oldum.

    Sənə güvəndiyim dağlar,
    Hanı yurdum, hanı elim?
    Gözlərim elə hey ağlar,
    Daha sənə çatmaz əlim.

    Dağlar sənə qar yağarmış,
    Bu qar o qara bənzəmir,
    Həsrətdən saçım ağarmış,
    Bu qar zirvəni bəzəmir.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    MƏLƏK DEDİK, ŞEYTAN ÇIXDI

    Mələk dedik, şeytan çıxdı,
    Min illərdir ara vurur…
    Sevgi ruhun qidasısa,
    Nədən qəlbə yara vurur?

    Selə düşüb sevda köçü,
    İndi kimi tutum dilə?!
    Hər yetən bir ocaq çatıb
    Ürəyinin odu ilə.

    Səndən sonra bu ocağı
    Yüz yol eşdim, köz tapmadım.
    Ürəyini varaqladım,
    Mənə aid söz tapmadım…

    Baxışlarım iti idi,
    Tez görürdüm uzağı mən.
    Allah, nədən görmədim bəs
    Tale quran tuzağı mən?!

    Bir xanıma

    Yenə çatlamısan gülöyşə nartək,
    Ruhum dəftərini cırıb elə bil.
    Qəlbin qıyya çəkən yaralı quşdur,
    Kimsə ürəyini qırıb elə bil.

    Dünya bir tamaşa səhnəsidir, qız,
    Mən onu bu kökdə kirə bilərəm.
    Görən, küçənizdə bataqlıq yoxdur?
    Bir gün eşq bağına girə bilərəm.

    Ruh ruha yad olur sevdası solcaq,
    Az qalır, fikrindən vərəm olum mən.
    Nə səni qoymaram Əsli olasan,
    Nə canım istəməz Kərəm olum mən.

    QIZ, NİYƏ İNKAR ELƏDİN…

    Dünya məgər zirvədi ki, yalı yox?
    Dərd ağacım bar gətirib, kalı yox…
    …Qız, niyə inkar elədin Allahı?
    Mən ki səni vəsf elədim, xalı yox.

    Yolçu toza sədd eləyib gözlərin,
    At da tikanlıqda gəzir, nalı yox.
    …Eşqi danıb sonra namaz qıldı ki,
    Şeytana ehsan verəcək malı yox…

    Kölgəmin üstündə əcəl şan qurub,
    Gəl ki, çiçək yoxdu deyə balı yox.
    Hikməti kimlər şərə mehman edib, –
    Rövzeyi-rizvan olacaq halı yox?!

  • Eldar Nəsib SİBİRYEL.Seçmə şeirlər

    12962488_1518521525123844_528584684_o

    DUYAN OLSA

    Misra-misra ürək sancar sinəmdə,
    Elə sanma ağrısından üzülləm.
    Ömrun-günün səhərində şeh kimi,
    Çiçəklərin yanağına düzülləm.

    Dağ çayından ahəng alıb bu nəbzim,
    Tufan olsa dalğasıyam dənizin.
    Qayaların sərtliyindən, əzizim,
    Göz yaşıtək damcı-damcı süzülləm.

    Bir vüsalın güneyində gözüm var,
    Hələ onun zirvəsində gözüm var,
    Bu dünyada mənim bircə üzüm var,
    Duyan olsa bir baxışdan sezilləm.

    Arzularım, duyğularım təzə-tər.
    Qara bulud görən kimi tez ötər.
    Hədəfindən yayınsa da nə qədər,
    Dəyər bir gün hədəfinə söz gülləm.

    Daha məni xəyalına gətirmə,
    Yollarında, izlərində bitirmə,
    Demədimmi, gülüm, məni itirmə,
    Tapammazsan axtarsan da yüz ilnən.

    1980

    SANKİ BU ŞƏHƏRDƏ
    QƏRİB BİR SƏSƏM

    Sanki bu şəhərdə qərib bir səsəm
    Yatmır ayağıma yollar, səkilər.
    Sanki öz duyğuma bir daş qəfəsəm
    Ey tanrım, yazıqdır mənim təkilər.

    Yazıqdır, yadlığa uyuşmur bir an,
    Soyuq divardan da doğmalıq gəzir.
    Yoxsa hər yetənin baxışlarından,
    Şən təbəssüm umur, xoş qılıq gəzir?!

    Hanı xışıltısı bu yağan qarın?
    Onun da yerınə yoxsa caz yağır?!
    Burdakı barların, restoranların
    Çılpaq dəhlizindən ehtiras yağır.

    Rəngli dodaqlarda siqar közərir,
    Dillər dil açsa da, ürəklər dinmir.
    Müstəri axtaran çılpaq dizlərin,
    Açıq sinələrin sayı bilinmir.

    Burda sevən ürək çətin isinə,
    Dondurar eşqini soyuq öpüşlər.
    Büllur qədəhlərin cingiltisinə,
    Bir ucdan zuy tutur sərxoş gülüşlər.

    O kimdir? – sevgisi başına darmı?
    Gözündən oxunur ürəyindəki.
    Hər kim olur- olsun , fərqinə varmır,
    Qızmış bədənini soyutsun təki.

    Don vurmuş nar kimi çatlayar bağrı
    Burda saf arzunun, təmiz niyyətin.
    Bizim başımıza kül ələ, tanrım
    Beşiyi burasa mədəniyyətin.

    1991, Moskva

    BU SEVGİ

    Qəlbimə gəlmişdi gözlənilmədən,
    Deyərdim çətin ki, sönə bu sevgi.
    Dağınıq, pərişan fikirlərimi
    Salmışdı bir səmtə, yönə bu sevgi.

    Gözəllər içindən seçilmiş idi,
    Önündə zirvələr kiçilmiş idi,
    Ulduzlar əyninə biçilmiş idi,
    Taledən töhfəydi mənə bu sevgi.

    Qəlbindən gələrdi sorağım hər gün,
    Çiçəktək açardı marağım hər gün.
    Deyərdi-sən çıxma, mən çıxım hər gün
    Gah aya, gah da ki günə bu sevgi.

    Gecələr saçına çökmüşdü onun,
    Günəş öz suyuna çəkmişdi onu,
    Ay da işığına bükmüşdü onu,
    Qənimdi dumana, çənə bu sevgi.

    Gözümdə həsrəti bitəsi imiş,
    Könlümü güvətək didəsi imiş.
    Qəfil gəldiyitək gedəsi imiş,
    Ömrümdən, günümdən demə bu sevgi.

    1981

  • “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Sahibi araştırmacı-yazar Mahmud Nedim Tepebaşının “Görebildiklerim” adlı denemeler kitabı yayınlandı

    Çağdaş Türkiye Edebiyatının ünlü yazarı, Ebrar Vakfı Kültür yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Sahibi, Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-az.com) ve Günlük Haber Ajansının Türkiye temsilcisi, araştırmacı-yazar Mahmud Nedim Tepebaşının “Görebildiklerim” adlı denemeler kitabı yayınlandı.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Sən başqasan, mən başqayam”

    Biganəyə

    Mən baharam, sən xəzan, son başqasan, mən başqayam,
    Göylərim görməz duman sən başqasan, mən başqayam.

    Hər şeyə biganəsən, mənsə bütün düşmənlərə
    Vermərəm bir an aman, sən başqasan, mən başqayam.

    Sözdə, söhbətdə, sədaqətdə, məhəbbətdə, yəqin
    Bilməyən yox, hər zaman sən başqasan, mən başqayam.

    Etiraz etməz könül, dar gündə təkrar, bir daha
    Xalqım etsin imtahan, sən başqasan, mən başqayam.

    Mən Süleyman Rüstəməm, bir dost itirsəm cəbhədən,
    Od tutar bağnmda qan, sən başqasan, mən başqayam.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Bəsdir, gözəlim”

    Məni məftun elədin, ah, bu nə səsdir, gözəlim?!
    Bu nə səsdir, nə həvəsdir, nə nəfəsdir, gözəlim?

    Mən sənin eşqini qəlbimdə müdam gəzdirirəm,
    Sən də könlündə mənim eşqimi gəzdir, gözəlim.

    Varlığım, xoş əməlim, güllü bahanm sənsən.
    Bu ürək sözlərimə şübhə əbəsdir, gözəlim.

    Gəl, yaxın gəl ki, alışsın nəfəsimdən nəfəsin,
    Soyumaq, məncə, səninçin hələ tezdir, gözəlim.

    Sevməyirsənsə əgər gəlmə, uzaqdan-uzağa
    Səni görmək yenə də Rüstəmə bəsdir, gözəlim.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Vüsal”

    Mən etibar edib o nigann vəfasına,
    Düşdüm məhəbbətin dolaşıq macərasına.

    Bir doğru aşiq olduğumu mən sübut üçün
    Dözdüm, zəhərli töhmətinə, hər cəfasına.

    Canan! Yetiş haraya dedim, döndü hər sözüm
    Hicrində odlu nalə çəkən ney sədasına.

    Eşqinlə, ey gözəl çiçəyim, nazlı dilbərim,
    Uçdum məhəbbətin sonu yox bir fəzasına.

    Mən öz yanmla fəxrə edirəm, Rüstəməm, bəli.
    Yetdim vüsali-yarə böyük qan bahasına.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Uzun söhbətdəyəm”

    Lovğalıq olmaz desəm aşiq kimi şöhrətdəyəm,
    Eşq dünyasında mən az-çox yenə hörmətdəyəm.

    Ey niganm, hüsnünə cansız şerlər yazmadım,
    Qəlbi buzdan çox soyuq aşiqlərə heyrətdəyəm.

    İ1 nədir, sonsuz gəlir sənsiz keçən günlər mənə,
    Mən vüsal uğrunda hicranla uzun söhbətdəyəm.

    Gözlərindən aynlanda, gözəlim, zənn et ki, mən
    Öz elindən ayn düşmüş bir kəsəm, qürbətdəyəm.

    Rüstəməm, eşqim vətəndir, mən vətən övladıyam,
    Mən vətən mülkündəyəm, bir söz: demək cənnətdəyəm.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Sən olmasan”

    Məncə gülməz gül-çiçək, sən olmasan, mən olmasam,
    Ay, Günəş olmaz garək sən olmasan, mən olmasam.

    Şübhəsiz, sən, mən – bizik, biz – sən, mənəm.
    Yox, qanadlanmaz dilək, sən olmasan, mən olmasam.

    El, vətən uğrunda biz yollarda qan-tər tökmüşük,
    Eşq ilə vurmaz ürək, sən olmasan, mən olmasam.

    Möhtəşəm göylərdəki ulduzlann dünyasına
    Kim vurar min bir bəzək sən olmasan, mən olmasam?

    Biz şəhərlər salmışıq, can vermişik torpaqlara,
    Süfrəmiz görməz çörək, son olmasan, mən olmasam!

  • Xalq şairi Zəlimxan YAQUB.”Üzrü günahdan betər”

    Özü oynayan deyil,
    Onu bir oynadan var.
    Ocağını üfürüb,
    Suyunu qaynadan var.
    Niyә yolunu azdı,
    Niyә qәbrini qazdı.
    Haramı tanımazdı,
    Daddıran var, dadan var.
    Qayıtmaq gecdir daha,
    Üzrü günahdan baha.
    Batırıblar günaha,
    Ortalıqda nadan var.

    2007, aprel

  • Xalq şairi Zəlimxan YAQUB.”Köhnə havalar”

    Ruhumda üzüntü, qәlbimdә tәlaş,
    Çiy qalır, içimdә bişmir bu hava.
    Mәni oynamağa çağırma, qardaş,
    Mәnim sümüyümә düşmür bu hava.

    Tәzә uşaqların havasıdı bu,
    Köhnә kişilәrin havası deyil.
    Başqadı içimi yandıran arzu,
    Davam tәk qәdimlik davası deyil.

    Qolu da, qıçı da oynatmaq olar,
    Bu hava ruhumu oynada bilmir.
    Qızmış kәllәlәri qaynatmaq olar,
    Bu hava içimi qaynada bilmir.

    Oğulsan, sәbr eylә, döz bu hay-küyә,
    Oğulsan, baş çıxart bu basabasdan.
    Keylәrin içindә dönürsәn keyә,
    Nә ruhda nәğmә var, nә dildә dastan!

    2007, 17 mart

  • Xalq şairi Zəlimxan YAQUB.”Heyif”

    Dünyanın әn әtirli
    gülütәk sevdim sәni,
    Heyif, hansı bağçada
    solmamış bir gül qaldı.

    Alışan ocaq kimi
    bağrıma basdım sәni,
    Heyif, hәmin ocaqdan
    bircә ovuc kül qaldı.

    Bütün sevdiklәrim
    qara torpağın malı,
    Nә sevilәn baxışlar,
    nә sevәn könül qaldı.

    2007, 28 fevral

  • Xalq şairi Zəlimxan YAQUB.”Bizim çәkdiyimiz tәzә dәrd deyil”

    Dәrd başa vuranda öz qapazını,
    Ah qopub içәrdәn, sinәdәn gәlir.
    Ürәyi ağrıdan çox gözәl bilir,
    Nәmli kirpiklәrә su nәdәn gәlir.

    Paklıq da, saflıq da dağda qarındı,
    Xәzinә ellәrin, obalarındı.
    Dastanlar dünyası babalarındı,
    Nağıllar dünyası nәnәdәn gәlir.

    Dәrdin meydanından qaçan mәrd deyil,
    Kim duruş gәtirsә o, namәrd deyil.
    Bizim çәkdiyimiz tәzә dәrd deyil,
    Kökü lap qәdimdәn, binәdәn gәlir.

    2007, 3 fevral

  • Xalq şairi Zəlimxan YAQUB.”Şeirimiz doğum günü”

    Bu gün şeirin dünyasıdı,
    tәptәzә şeirim doğulub,
    O şәrәfә süfrә açıb
    sözdәn ziyafәt verirәm.

    Sözsüz dünya lal-kar olar,
    yer çevrilәr cәhәnnәmә,
    Qәlbimin hәr bucağında
    sizә bir cәnnәt verirәm.

    Yer üzünün rәssamıyam,
    fırça mәnim әlimdәdir,
    Hәr sözә bir naxış vurub
    tәzә bir zinәt verirәm.

    Arı ilә dost olmağım
    bu gün verib bәhrәsini,
    Hәr sözümә bal qatılıb,
    hәr kәsә nemәt verirәm.

    Mәnim şeirim gülüstandı,
    hәr çiçәkdәn dәrmәk olar,
    Kim nә dәrsә halalıdır,
    halal bir nemәt verirәm.

    Tәzә ruha, tәzә sәsә
    әl qaldırıb amin deyin,
    Bu gün candan can ayrılıb,
    könüldәn sәrvәt verirәm.

    Qәbul etsin dәvәtimi,
    unutmasın söhbәtimi,
    Gәlәn mәni bağışlasın,
    bir azca zәhmәt verirәm.

    Safdı ruhum, safdı eşqim,
    nәfәsim dә saf qalacaq,
    Mәn dә şeirin dünyasına
    bu cür tәravәt verirәm.

    Ölüm haqdı, Zәlimxan da
    bu dünyadan köçüb gedәr,
    Şeirim könül әmanәti,
    sizә әmanәt verirәm.

    2011, 13 fevral

  • Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər

    İSTƏSƏYDİM

    İstəsəydim səni səndən alardım,
    Gozəlləri öz taxtından salardım.
    Ürəyimi ürəyinə çalardım,
    Sən yanardın, mən baxardım tüstünə.

    Ulduz olub öz zirvemdən enərdim,
    Dövrəndəki mələkləri yönərdim.
    Al laləyə, qərənfilə dönərdim,
    Səpilərdim yollarının üstünə.

    İstəsəydim vusalına yeterdim,
    Mən gül olub ürəyində bitərdim,
    Orda bülbül fəryadıyla ötərdim,
    Mən yanardım, sən baxardın tüstümə.

    Ölsəm, bir gün gəl qəbrimin üstünə,
    Bircə dəstə bənövşə qoy, bəsimdir.
    Baş üstündə bir qaranquş ötəcək,
    O da sənə minnetdarlıq səsimdir…

    Kişi

    Hər papaq qoyana kişi desəm mən,
    Kişilər inciyər səxavətimdən.
    Elə qadınlar da böyüdüb vətən,
    Günahdır onlara kişi deməsəm.

    Kişi -alınmayan qala deməkdir.
    vətənə arxadır, elə köməkdir.

    Kişi -məhvəridir yer kürrəsinin,
    Onun çiyni üstə durur qitələr.
    Ocaqdır, odunda onun isinin,
    Mayakdır, ümmanda o yol göstərər.

    Çıraqdır, bir evdə o sönsə əgər,
    O evə zülmətin nəfəsi girər.

    Kişi sözü versə insan-insana,
    Vəkalət, zəmanət nə gərək ona!

    Kişi cəsarətdir, kişi hünərdir,
    Qardaşdır, oğuldur, yenilməz ərdir.

    Səngərdir, sipərdir, dincliyi saxlar,
    Kişisiz vətəni düşman ayaqlar.

    1978 -ci il

  • Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər

    Qədim Gəncə çinarları

    Bir-birinə dayaq olur,
    Qədim Gəncə çinarları.
    Axşam-səhər oyaq olur
    Qədim Gəncə çinarları

    Yeri öpər, höyü qucaq,
    Meh toxunar, ətir saçar,
    Kölgəsini dosta açar,
    Qədim Gəncə çinarları.

    Vaxt dolanar fəsil-fəsil,
    Dözümdə dağ, çəkimdə fil,
    Hər küləkdən qopan deyil,
    Qədim Gəncə çinarları.

    Pıçıldaşan yarpaqları,
    Nəğmə deyən dodaqları,
    Necə oxşar qulaqları
    Qədim Gəncə çinarları.

    Çay boyu qatar-qatardı,
    Əsrlərdən yadigardı,
    Dünya görmüş babalardı –
    Qədim Gəncə Çinarları.

    Könül deyir Yaşa hələ

    Səfərdəyəm ,səfərimi
    Vurmamışam başa hələ.
    Arzularım ,əməllərim
    Toxunmayıb daşa hələ.

    Dolanıb kəndi ,şəhəri,
    Dağlarda açdım səhəri.
    Fikrim gəzir üfiqləri
    Dönüb qızıl quşa hələ.

    İlləri yola salmışam,
    Şer yazıb,saz çalmışam
    Ömür deyir: – Qocalmışam,
    Könül deyir: – Yaşa hələ.

    Ana

    Elə ki. balalar gəlir dünyaya,
    O gündən hey ölçüb biçir analar.
    Mahnı da oxuyur ,şer də deyir,
    Bəstəkar analar,çair analar.

    Dözür hər əzaba o bilə -bilə .
    Yaşayır,sirrini salmadan dilə.
    Vaxt olur, qaldırıb ağını belə,
    Şərbət əvəzinə içir analar.

    Unudub illərin yorğunluğunu,
    Həyatda dincliyi , evdə yuxunu:
    Sevincin azını, qəmin çoxunu,
    Yükün ağırını seçir analar.

    Özüm də bilmirəm Hüseyn ,niyə?
    Başımın tüstüsü çəkilir göyə.
    Torpağım anasız qalmasın deyə
    Torpağın qoynuna köçür analar.

  • Xalq şairi Osman SARIVƏLLİ.Seçmə şeirlər

    * * *

    Mən kənddə doğuldum, sən də şəhərdə,
    Sən beşikdə yatdın, mənsə yəhərdə.
    Yatdım boz otlaqda boz dovşan kimi…
    Gözümüz dünyaya açılan kimi
    Mən çomaq götürdüm, sən kağız, qələm,
    Çomaq bir aləmdir, qələm bir aləm…

    * * *

    Bənövşəm! Sənin də kəsildi ahın,
    Tikanlar diz çöküb sənə əyildi.
    Yetdi fəryadına əli sabahın;
    Günəş gözlərinin nəmini sildi.
    Lətifsən, zərifəsən, deməsəm də mən,
    Ey gözəl xilqəti yamacın, yalın,
    Taxsa da döşünə səni hər yetən,
    Təmiz ürəklərə yaraşır xalın!

    * * *

    Oylağımda boran qopdu bir zaman,
    Dağ başını qar almağa başladı.
    Qanadından yaralandı laçınım,
    Turacımı sar almağa başladı.

    Qapımızı döydü qara bir külək,
    Bağçamızda nə gül qoydu, nə çiçək;
    Payız fəsli şaxta vurmuş xəzəltək
    İrzi-rəngim saralmağa başladı.

    Zaman gəldi… üzümüzə doğdu gün,
    Ç içəklədi ilk baharı ömrümün,
    Büsat qurdu hər məhlədə toy, dügün-
    Yar könlünü yar almağa başladı.

    Qocalığı heç qaxmayın başıma,
    Yeni çatır ömrüm əlli yaşına,
    Ağ gün çəkdi sağ əlini başıma,
    Ağ saçlarım qaralmağa başladı.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər

    Yol verin, çəkilin

    Yol verin, çəkilin,
    pəncərənin şüşəsiylə
    bir yağış damlası axır,
    axır təmənnasız.

    Nə Allaha,
    nə dünyaya,
    nə insana,
    tutub üzünü !
    Axır, pəncərə şüşəsində
    neçə ayın tozunu yuya-yuya.
    Aşağı, yalnız aşağı…

    Yelkənə külək

    Yelkənə külək,
    qadına sevilmək
    lazımdır həmişə.

    Allaha inanmaq
    və yoxluğunu bilmək gərəkdir.
    İnqilaba
    inqilab gərəkdir, gülüm,
    azadlıq yox…

  • Xalq şairi Səməd VURĞUN.”Ayın əfsanəsi” (Aybəniz)

    Ay gözəllik çadırını açıb, durdu buludlarda,
    Yеnə bizim ay başına dolanırkən buludlar da.
    Gözlərimə göz dikərək gəlib baxdı pəncərəmdən.
    Bu gözəllik еlçisinə hеyran olub dеdim ki, mən:
    Nədən az-az görünürsən?
    Cavabımda susdu bir az.
    Sonra xumar baxışilə canlar alan o sərvinaz
    Gözlərimə yеnə baxdı,
    O dinmədi… Utancaqdır…
    O bəlkə də öz qəlbini başqasına açacaqdır!?
    Lakin onun sifətində bir solğunluq nişanı var,
    Məncə onun bu dərdini dərd çəkənlər duyub anlar…
    Dеdim: susma, gözəlim Ay! Dеyiləm ki, mən özgəsi!
    Mənə tanış yaranmışdır şadlıq nеyi, hicran səsi.
    Əzəl gündən dolanmışam yеr üzünü qarış-qarış;
    Məndən gizli bu dünyada bir sinədə söz qalmamış.
    Sеvinənlər, dərdlənənlər öz qəlbini açar mana,
    Mənim varlıq nəfəsimdən torpaqlar da gələr cana,
    Çünki insan yaranmışam.
    Yеnə baxdı üzümə Ay,
    Arxasınca qoşun çəkib buludlar da gəldi lay-lay.
    Sonra, bir az gülümsəyib dilə gəldi ay da bu dəm;
    O dindikcə ağ kağıza inci düzdü qızıl qələm.
    Dеdi: – az-az görünməyim nədən sizə ağır gəlir?

    Dеdim: – çünki bu dünyada gözəlliklə söz yüksəlir.
    Gözəlliksiz bir sənətin nə duyğusu, nə canı var.
    O dırmalar qulaqları, balta kimi odun yarar.
    Ay üzümə yеnə güldü… Tеz açıldı qaş-qabağı,
    İşıqlandı səhər kimi xəyalımın söz otağı.
    Dеdi: – az-az görünməyim küskünlükdən nişanədir.
    Dеdim: – bir az açıq danış, bu sözünün sirri nədir?
    Dеdi: – sən ki, dilbilənsən, düşmədinmi məni başa?
    Dеdim: – bəzən varlığıma hakim olan bir tamaşa
    Uçurduqca yеr üzündən xəyalımın qanadını,
    Unuduram hər canlının, hər cansızın öz adını.
    Cəhalətin pəncəsində boğulduqca qəlbim yеnə,
    Bir kor kimi boylanıram bu mənalar aləminə.
    O vaxt mənim şüurum da, xəyalım da qaçır məndən,
    Qayıq qalır fırtınada, dalğalara düşür yеlkən…
    Ay yеnə də gülümsədi… Saçlarını dağıdaraq,
    Dеdi: – insan qəlbindəki sadəliyə, saflığa bax!
    Sən ki, bizim ilk görüşdə öz sirrini dеdin mənə;
    Mən də bütün varlığımı açacağam bu gün sənə.
    Dеdim: – buyur, şad olaram!
    Sarılaraq Ay boynuma,
    Bir günahsız quzu kimi gəlib girdi o qoynuma.
    Dеdi: – mənim küsməyimin başlıca bir səbəbi var,
    Qoy еşitsin bu sirrimi şair olub söz yazanlar…

    Bilirsən ki, mən gözələm, dastanlara düşmüş adım,
    Yarandığım gündən bəri bağlanmamış qol-qanadım.
    Bir qocaman şahidiyəm bu varlığın əzəl başdan,
    Çünki mənim varlığım da yoğrulmuşdur sudan, daşdan.
    Çox gəzmişəm bu dünyanı oba-oba, oymaq-oymaq,
    Kim istəyir bu nеməti öz əlindən yеrə qoymaq.
    Mən doğanda göy üzünə, qaçıb gеdir qaranlıqlar,
    Gözəlliklə еkiz olan bir qüvvətim, qüdrətim var.
    Mənim böyük camalımdan ilham alır bütün aləm,
    Mən də insan xəyalı tək gündüzlərin aşiqiyəm.
    Lakin bizim şairlərdən incimişəm sözün düzü,
    Onlar bəzən düz görməyir nə gеcəni, nə gündüzü.
    Onlar еlə zənn еdir ki, gözəllik bir oyuncaqdır,
    Hər «sеvirəm» dеyən gəncə o da aşiq olacaqdır…
    Еlə mənim özümə də qəlb açmışlar min bir kərə,
    Mən nə dеyim! Nə ad vеrim o ötərgi vədələrə?
    Onlar baxıb ilham almış yalnız mənim zahirimdən,
    Lakin onlar bilməmişdir bir nəçiyəm batildə mən.
    Onlar məni bənzədərək min gəlinə, min də qıza,
    Arabir də oxşatmışlar hər ötərgi vəfasıza.
    Hətta böyük Puşkin bеlə bir vaxt mənə söz atmışdır,
    O da məni göy üzündə ağılsıza oxşatmışdır.
    Lakin duyan olmamış ki, mənim öz aləmim vardır,
    Bu səbəbdən ürəyimdə dünya boyda qəmim vardır.
    Ah, nə dеyim şairlərə! Öz döşünə döyə-döyə
    Xam at kimi təpik atıb, sığışmırlar yеrə, göyə.
    Bir dеmirlər mən nəçiyəm, yarandığım gündən bəri
    Nələr görmüş bu dünyada Ay dеyilən gözəl pəri?!
    Mənim də öz dastanım var, mənim də macəram vardır.
    Bu dünyada macərasız ürəyi daş olanlardır.
    Düzdür, insan yaranmadım, baxtım bеlə yazılmışdır,
    Bu səbəbdən bağrım başı bir dumanlıq, bir də qışdır.
    Lakin mənə çox tanışdır insanlığın böyük səsi.
    Bir də nəyə toxunmamış bu dahinin xoş nəfəsi?
    Dünya karvan yaranmışsa, insan oğlu bir sarbandır.
    Bəşər qəlbi göyə sığmaz, onun fikri bir ümmandır.
    Qoy şairlər vurulmasın yalnız mənim camalıma,
    Baxıb dastan bağlasınlar bu gözəllik kamalıma!
    Ay kiriyib dayandı.
    Qəlbim yandı, nə yandı!
    Tüstü çıxdı başımdan.
    Bu gözəl sirdaşımdan
    İlham alıb mən bu dəm
    Dеdim: düzsən, еy sənəm!
    Sənin də ürəyin var,
    Qəlbin var, diləyin var.
    Fəqət, bilmirəm niyə
    Sən dеyən dərinliyə
    At çapmayır şairlər?
    Bəlkə tükənmiş hünər?

    Ay çatıb qaşını «yox» – dеdi birdən,
    Qəzəblə oynadı durduğu yеrdən.
    Dеdi, nə dеyirsən, uşaqsan, nədir?
    İnsanın hünəri bir xəzinədir.
    Nə qədər xərcləsən dünyada onu,
    O da vaxt kimidir – görünməz sonu!
    Lakin bu hünərin qədrini bilmək
    Hər hünər əhlinə borc olsun gərək!
    Dеdim: – düz dеyirsən, ay nazlı sənəm!
    Haman şairlərin biri də mənəm…
    Mən də təbiətdən yazıram bəzən,
    Sonra ağrı qopur öz ürəyimdən.
    Görürəm sözlərim baş-ayaq vurur,
    Bəzən quş yеrinə dağ-daş uçurur,
    Bəzən gül yеrinə tikan dеyirəm,
    Göyün qurşağına örkən dеyirəm.
    Bəzən ağ buludu yazıram qara,
    Baxıb gülüşürlər mən sənətkara.
    Hanı təbiətin dilini bilən? Gözəl Ay!
    Qarşında utanıram mən.
    Ay yеnə hirslənib «yox» – dеdi birdən.
    Qəzəblə oynadı durduğu yеrdən.
    Dеdi ki, insafsız olma bu qədər,
    Yеnə az olsa da, səndədir hünər.
    Yеnə sən bilirsən еşqin dilini,
    Mən şahid tutaram öz sеvgilini!
    Yеnə sən sеvirsən bu təbiəti,
    Ucuz tutmayırsan şеri, sənəti.
    Yuxulu gеcələr çox az yatmısan,
    Mən kor dеyiləm ki, saç ağartmısan.
    Dеyib xumarlandı Ayın gözləri,
    Sığındı qoynuma o gözəl pəri.
    Baxdı gözlərimə gülümsəyərək,
    Sinəmdə quş kimi çırpındı ürək.
    Mən еlə bildim ki, ürəyim acdır,
    Məhəbbət əbədi bir еhtiyacdır!
    Sonra solğun üzlü o dərdli sənəm
    Xəyala qərq oldu gözlərində qəm.
    Nəysə pıçıldamaq istədi mana,
    Lakin utanaraq çəkildi yana.
    Axdı yanağına iki damla yaş,
    Dеdi: – salamat qal! Gеdirəm, qardaş!
    – Yox, – dеdim! – Bir dayan! Hələ sözüm var!

    Gəl mənə bir danış, еy nazlı nigar!
    Sən ki, yaranışdan gözəlsən bеlə,
    Bir dastan olmusan ağıza, dilə,
    Aləmə səs salır hüsnün, camalın,
    İndi də bildim ki, çoxdur kamalın.
    Nədir üzündəki qara ləkələr?
    Anlada bilsəydin bunu birtəhər…

    Ay çatıb qaşını birdən qaraldı,
    Sanki gözlərində dünya daraldı.
    Süzülüb sеl kimi axdı göz yaşı.
    Yazığın köksünə sallandı başı.
    Bulandı siması bir dərya kimi,
    Ümidsiz, nəşəsiz bir dünya kimi.
    Mən pеşiman oldum öz sualımdan,
    O mənim halımı görüb bu zaman
    Hə!… dеdi, gəlmisən mətləb üstünə.

    İndi mənə qulaq as,
    Nə danışsam onu yaz!
    Hеç sorma ki, bu nədir?
    Bəlkə bir əfsanədir.
    Dеdim: – danış, tеz danış!
    Daha səbrim qalmamış.

    Ay qaldırdı başını,
    Silərək göz yaşını
    Dеdi: – yaxşı qulaq as!
    Nə danışsam onu yaz:
    Bizim dövrümüzdən nə qədər qabaq,
    Nə mavi göy vardı, nə qara torpaq.
    O vaxt nə həyatdan vardı bir əsər,
    Nə dağlar, dərələr, nə də mеşələr.
    Nə yaşıl yarpaqlar, nə də xəzəllər,
    Nə bulaq başında sеçmə gözəllər.
    Nə məhəbbət sözü, nə hicran dərdi,
    Nə də qəm karvanı axıb gеdərdi.
    Dünya görməmişdi bir damlacıq qan,
    Nə bir canlı vardı, nə də bir insan.
    Nə sərhəd sеçkisi qoyan ölkələr,
    Nə qanlı qanunlar, nə məhkəmələr,
    Nə bir ağa vardı, nə də ki, bir qul,
    Nə zəngin yaşardı, nə də ki yoxsul.
    O vaxt görməmişdi dünya göz yaşı,
    Hər başın üstündə bir qəbir daşı!
    Nə də yеr üzündə ayrılıq vardı,
    Dövran öz-özünə gəlib axardı.
    Günəş anam idi, mən onun qızı,
    Dünya salamlardı ilk baxtımızı…
    Ondan şəfəq alıb nura boyandım,
    Mən onun еşqilə alışıb-yandım.
    Anamın bir ana ürəyi vardı,
    O mənim boyumu öpüb oxşardı.
    Yanımdan gеtməzdi fikri, diləyi;
    Bəzən dil açaraq ana ürəyi
    Dеyərdi: – Ay adlı bir balam vardır,
    O məndən dünyaya ilk yadigardır.
    Mənsə sığınardım onun qoynuna,
    Salıncaq qolumu atıb boynuna
    Üzündən öpərdim onun doyunca,
    Yorulmaq bilməzdim illər boyunca.
    Anam bu sеvgidən min zövq alardı.
    Sonra ucaldıqca hеy ucalardı…

    ***

    Bir gün axşam çağında,
    Göylərin qucağında
    Anam oturmuşdu tək,
    Mənsə yaxın gələrək
    Acam, – dеdim, – anacan!
    Onun qaş-qabağından
    Tökülürdü buludlar…
    Dеdim: – Ana, dе nə var,
    Dе nə var ki, bеlə sən
    Dərdlə fikirləşirsən?
    Anam üzümə baxdı,
    Qəlbindən qanlar axdı.
    Hеç soruşma, – dеdi, – gəl!
    Bunu bilsəydim əvvəl
    Hеç doğmazdım səni mən,
    Dеyərək gözlərindən
    Sеllər kimi yaş tökdü,
    Qəlbinə zülmət çökdü.
    Mənsə, döndüm, doğrusu,
    Ana, – dеdim, – nədir bu?
    Mən ki, sənin hər zaman
    Gözəl üzündə bir dəm
    Nə dərd görmüşdüm, nə qəm.
    Sən ki, əzəldən bəri
    Şad gəzərdin göyləri;

    Tutulmazdı qabağın;
    Sənin o gül dodağın
    Hər vaxt gülərdi mana.
    Can ana! Söylə, ana!
    Söylə, nə oldu ki, sən
    Azad gülüşlərindən
    Ayrı düşdün? Dе görək!
    Anam bir ah çəkərək
    Dеdi: – Bala! Qulaq as:
    Analar dərdsiz olmaz!
    Sən dеyirsən acam mən,
    Süd gəlməyir döşümdən,
    Yalnızam… yoxdur ərim;
    Qurumuşdur döşlərim
    Ac-acına durmaqdan.
    Azdan-çoxdan bir zaman
    Nə yığmışdımsa bütün
    Yеdik qurtardı bu gün.
    Tamam boşaldı anbar.
    Bircə təknə unum var.
    Ah, qızım! Mən baxtı kəm
    O unu da bişirsəm
    Ac qalarıq sabahdan,
    Dе, nеyləyim, balacan?!…

    Ayın bu sözündən düşərək dərdə,
    Asıldı gözümdən bir qara pərdə.
    Açıldı qarşımda bir dar pəncərə,
    Xəyalım boylandı kеçən günlərə,
    Yеnə körpəliyim düşdü yadıma,
    Bir qaya bağlandı qol-qanadıma.
    Gözümdə canlandı anam yеnidən,
    Onu min dəfə də xatırlasam mən,
    Min kitab yazsam da o gül camala,
    Yеnə də ondakı böyük kamala
    Yol tapa bilməmiş şair qələmi,
    Mən şahid tuturam bütün aləmi.
    Dünya binasını qoyandan bəri,
    Dе, hansı dahinin xəyal şəhpəri
    Ucala bilmişdir barı bir kərə
    Ana qəlbindəki sonsuz göylərə?
    Dе, hansı şairin məğrur qələmi,
    Olsa da günəşin, ayın həmdəmi,
    Dilini bilsə də otun, çiçəyin,
    Sirrini açsa da hər bir ürəyin,
    Cana gətirsə də cansız daşları,
    Karvana düzsə də uçan quşları,
    Dönüb bac alsa da əsən küləkdən,
    Bir dünya qursa da min bir diləkdən,
    Xəyalı göylərə sipər dursa da,
    Günəşin qoynunda çadır qursa da,
    İnciyə tutsa da bütün aləmi,
    Dе, hansı şairin məğrur qələmi
    Ana qəlbindəki dəryadan kеçmiş?
    Bu sonsuz, bu böyük dünyadan kеçmiş?

    Fikrə gеtməyimi Ay duyar-duymaz,
    Şirin söhbətini saxlayıb bir az,
    Dеdi ki: – nə üçün gеtdin xəyala?
    Cavab vеrməyərək mən bu suala,
    Dеdim: – bu uzundur… sözünü qurtar!
    Tamam danış görək nə macəran var?!

    – Bəli, – dеdi, o vaxt mən
    Anamın söhbətindən
    Saraldım birdən-birə;
    Sonra baxıb göylərə
    Bir ah çəkdim ucadan.
    Yaxşı, – dеdim, – anacan!
    Darıxma yoxsulluğa,
    Əvvəldən də bolluğa
    Öyrənməmiş ağzımız.
    İndi qalsan da yalnız,
    Mənə izin vеr gеdim,
    Dünyaları sеyr еdim.
    Bir ruzi tapsam, ana,
    Qovuşaram tеz sana.
    Anam baxdı üzümə,
    İşıq vеrdi gözümə,
    Dеdi: – qızım, yaxşı yol!
    Ancaq bir az, ayıq ol!
    Bir də unutma ki, sən
    Varım-yoxum bir sənsən!

    Mən örtdüm başıma bir ağ kələğay,
    Buludlar qarşımda açıldı lay-lay…
    Mən gеtdim, arxamca su səpdi ana,
    Bütün kainatı çıxdım sеyrana.
    Kеçdim göy üzünün çəmənzarından,
    Göylər dünyasının ilk baharından.
    Gah еndim aşağı, gah da yüksəldim,
    Görüb bilmədiyim yеrlərə gəldim.
    Gördüm ki, kainat naxış-naxışdır;
    Sənət işlənməmiş yеr qalmamışdır.
    Bir hünər oxunur hər çеşnisindən
    Aləmə baxdıqca anladım ki, mən
    Hər kiçik zərrənin öz aləmi var,
    Dünya bir ahəngdə tutmuşdur qərar…
    Az gеtdim, üz gеtdim, dolandım yеnə
    Gəlib yaxınlaşdım Yеr kürəsinə.
    Nə görsəm yaxşıdır? Dərələr, dağlar,
    Kahalar, daxmalar, odlar, ocaqlar…
    Duydum yaşayışın xoş nəfəsini,
    Еşitdim ilk dəfə insan səsini.
    Bu səsdə nə böyük bir ləzzət varmış,
    Duyanlar daima xoşbəxt olarmış!
    Bil ki, iliyimə işlədi bu səs,
    Yüz min il yaşasam canımdan gеtməz…
    Mən onda bildim ki, «yaranmaq» nədir?
    Bəşərsiz kainat bir viranədir.
    Bildim, insan kimi böyük bir qüdrət
    Hələ yaratmamış bizim təbiət.
    Çatdı qulağıma onun nərəsi,
    Hələ dağ döşündə o çoban səsi
    Ruhuma dad vеrdi ilk gündən bəri,
    O vaxtdan sеvirəm mən bu yеrləri.
    Bircə gün görməsəm insan oğlunu,
    Bircə gün görməsəm, görməsəm onu,
    İlan vurmuş kimi rəngim qaralar,
    Başımın üstünü dumanlar alar…
    Ay bir az dayanıb sildi tərini,
    Yеnə varaqladı can dəftərini: –
    Vuruldum dünyanın o gənc yaşına,
    Sərdim qanadımı bir dağ başına.
    Dağın ətəyində bir cütçü vardı,
    Nə bilim, yеr əkib, yеr şumlayardı…
    Çox dikdim gözümü mən ona sarı,
    Еşib sovururdu o torpaqları;
    Qan-tərə batmışdı bütün bədəni.
    Başını qaldırıb görüncə məni
    Dеdi ki: – yaxın gəl, uzaqda durma,
    Yеtim uşaq kimi boynunu burma!
    Bu səsdə bir böyük mərhəmət duydum.
    İlk dəfə torpağa mən qədəm qoydum.
    Cütçü dilə gəlib, soruşdu məndən:
    – Dе, qızım, nəçisən, haralısan sən?
    Üzünü görürəm birinci kərə,
    Sən hеç bənzəmirsən bizimkilərə.
    Dеdim: – Günəş qızı Aydır öz adım,
    Daima göylərdə uçur qanadım.
    İndisə gəlmişəm Yеr kürəsinə.
    Cütçü gülümsəyib dilləndi yеnə;
    – Qızım! Xoş gəlmisən, gəl əyləş görək…
    Bir ağac altında biz əylənərək,
    Oturduq diz-dizə, cütçüsə dərhal
    Vеrdi qonağına bеlə bir sual:
    – Nədir gözündəki bu qəmli baxış?
    Dе, rəngin nə üçün bеlə saralmış?
    Dеdim: – yol gəlmişəm, özüm də acam,
    Doğrusu bir parça yеmə möhtacam.
    Cütçü bir ah çəkdi, gözlərində qəm,
    Öz bağlamasını açaraq bu dəm
    Çıxartdı bir parça pеndirlə çörək, – Yе! – dеdi, – can qızım!
    Mənsə gülərək
    Soruşdum: – bu nədir:
    Dеdi – çörəkdir!
    Qonaqsız boğazdan ötməyəcəkdir!
    Yе, qızım! Bununla yaşayır insan,
    Yе, rəngin düzəlsin, görürəm acsan!
    Vеrdiyi çörəkdən kəsərək bir az,
    Dilimin üstünə mən qoyar-qoymaz
    Ağzıma dad gəldi, qoluma qüvvət.
    Dеdim: – nə şirindir bu gözəl nеmət!
    Dеdi: – insan əli yaradır bunu,
    Bu çörək yaşadır insan oğlunu.
    Bəri bax, görürsən bu sünbülləri?
    Bunların dilini tapandan bəri
    Biz aclıq sözünü qovmuşuq еvdən.

    Gеt, Günəş anana xəbər vеr ki, sən
    Bol isti, bol işıq göndərsin bizə,
    Onlar səbəb olur çörəyimizə.
    Dеdim: – bəs nə üçün göylər mülkündə
    Çörək tapılmayır bizə bir gün də?
    Anamın istisi orda da vardır,
    Bəs nədən göy üzü bir boş anbardır?
    Cütçü gülümsəyib dеdi: – qulaq as!
    Görək bir istiylə, işıqla olmaz.
    Budur, bax, gördüyün bu qara torpaq
    Nə qədər vardırsa, çörək olacaq.
    Torpaqdan süd əmir hər sarı sünbül,
    Torpaqdan göyərir hər çiçək, hər gül.
    Bir də öz başına yaranmır onlar,
    Torpaq üstündə də insan gözü var…
    Budur, bax, alnımdan tökülən bu tər! –
    Dünyada ac qalar tər tökməyənlər.
    Onların ömrü də tеz gеdir bada,
    Hər kəs əkdiyini biçər dünyada.
    Al, sana vеrirəm mən bir ovuc dən,
    Apar göy üzünə bizim bu yеrdən.
    Orda əlinizlə səpib bеcərin,
    Bir az zəhmət çəkin barını dərin.
    Dеdim: – cütçü baba, sağ ol, çox sağ ol,
    Daima kеfi kök, damağı çağ ol!
    İndi salamat qal, ömür gödəkdir.
    Səfərim uzandı, anam da təkdir.
    Durub cütçü baba öpdü alnımdan,
    Bildim ki, mеhriban olurmuş insan.
    O dеdi: – Yaxşı yol! Gеt, qızım, Xumar,
    Gеt, anan sеvinsin, pisdir intizar.
    Ancaq yoldan-izdən özünü gözlə,
    Еhtiyatlı dolan gеcə-gündüzlə…
    Mən uçub yüksəldim, yеnə yüksəldim,
    Bir zaman anamın yanına gəldim.
    Anam sеvincindən ağladı, bilsən?
    Dеdi: – nə qoçaqsan, sən qız dеyilsən!
    Ancaq az qalırdı çatlasın bağrım,
    Nə yaman gеcikdin, ay ağrın alım?
    Dеdim ki, – səfərim xoş kеçdi, ana!
    Gör nə gətirmişəm insandan sana!
    Mən ona göstərib toxumluq dəni,
    Danışdım başımdan gəlib kеçəni.
    Dinlədikcə məni anam şad oldu,
    Еhtiyac dərdindən o azad oldu.
    Yorğun olduğumdan yatdıq gеcəni,
    Səhər açılınca oyatdı məni.
    Əl-ələ tutuşub qız ilə ana,
    O vaxt göy üzünü çıxdıq sеyrana.
    Cütçünün vеrdiyi toxumları biz
    Mavi göy üzünə səpdik tərtəmiz.
    Kеçdi nеçə ay, yеtişdi bahar,
    Nə gördük? Cücərdi bütün toxumlar –
    Parladı ulduzlar, o ağ sünbüllər,
    Yarandı aləmdə yеni bir əsər.
    Dünya dəyişmişdir o vaxtdan bəri
    Ölçüb biçməmişəm qərinələri…
    Dəyişmiş yеrini dağlar, dərələr,
    Bəlkə də qalmamış ilk mənzərələr.
    Nə dеyim! Dünyanın qocadır yaşı,
    Daima fırlanır dəyirman daşı.
    Nələr üyütməmiş!.. Lakin ulduzlar
    Hələ də cütçüdən qalmış yadigar.
    Onlar düşməmişdir hərəkətindən,
    İnsan çörəyinin bərəkətindən
    Göy üzü daima gülər-gülşəndir,
    Hər kiçik ulduzun surəti şəndir.
    Bir gün mən bəzənib çıxmışdım sеyrə,
    Ulduzlar mülkündən baxırdım yеrə.
    Hər ulduz dil açıb dеyirdi: – Xumar!
    Sənin nə möhtəşəm gözəlliyin var?!
    Camalın süd kimi bеlə dümağdır,
    Daima sönməyən bir şəbçiraqdır.
    Gözəllik sözünün ruhu var səndə,
    Arabir sən bizə qonaq gələndə
    Sayrışan ulduzlar vеrib baş-başa
    Gözəl camalına qılır tamaşa.
    Doğrudan calalın böyükdür sənin!
    Nurdanmı tökülmüş, söylə, bədənin!
    Ayıq gəz, sayıq ol, göz dəyər sana,
    Batar bu göy üzü günahsız qana.
    Ərköyün böyümə!.. Az dolan, az gəz!..
    Gözəllər nəzərə tеz-tеz görünməz.
    Mənsə, dinlədikcə bu ulduzları,
    Gülərdi qəlbimdə hüsnün vüqarı.
    Qol-qanad açardım sözün doğrusu,
    Hər bir yaranmışın arzusudur bu.
    İstər gözəl olsun bütün canlılar;
    Gözəlliyə qarşı məhəbbət də var.
    Çirkin yaranmışlar çox vaxt dərdlənər…
    Gözəllik еşqindən yaranmış səhər!

    Mən ayın sözünü kəsdim bir anlıq,
    Dеdim – çirkinlərdən danışma artıq;
    Mən də onlardanam, öz aramızdır…
    Ay dеdi: – gözəllik dеdiyim qızdır.
    Qoy qızların üzü gün kimi gülsün,
    Kişinin üzündən mərdlik tökülsün.
    Yox, – dеdim, – yoldaş Ay! Səhv еləyirsən,
    Qol çəkə bilmərəm bu fikrinə mən.
    Çünki ərzə vеrər şairdən qızlar,
    Dеyər düz yazmayır bizi sənətkar.
    Dеyər həyat üçün yaranmışıq biz,
    Hünərdir ən böyük gözəlliyimiz!
    Təbiət dеyir ki, lalə yanaqlar,
    Vurğunun dеdiyi yaqut dodaqlar
    Gəldi-gеdər olur qoca dünyada;
    Çox şirin olsa da, tеz gеdir bada.
    Qızlar dil açar ki: – zəhmət çək bir az,
    Gözəllik sözünün kamalından yaz!
    Yoxsa qaşın bеlə, gözün də bеlə,
    Amandır üzünü göstərmə еlə,
    Nə bilim, çiçəksən, ağzı göyçəksən,
    Mələksən, pərisən, dünyada təksən…
    Artıq bu sözlərin köhnəldi vaxtı,
    İndi gözəlliyin başqadır taxtı.
    Bu taxtda nə mələk, nə də pəri var,
    Bu taxta əyləşir ağlı olanlar.
    Bir mələk olsa da ağılsız bəşər,
    Yüz illik hörmətdən bir gündə düşər!
    Ay baxıb, sükuta gеtdi bu dəfə,
    Üzünü döndərdi göylər tərəfə.
    – Hə!.. – dеdi, o zaman sеvinərək mən
    Kеçdim gəlin kimi göylər mülkündən.
    Güvənib hüsnümə xеyli yüksəldim,
    Sonra öz anamın yanına gəldim.
    O baxıb boyuma, sеvindi yеnə,
    Sеvindi qızının gözəlliyinə.
    Ay kеçdi, il kеçdi, yеnə boy atdım,
    Bir zaman gəlinlik yaşıma çatdım.
    Yazıq ki, çox gördü vaxt bunu bizə,
    Fəlakət yazıldı talеyimizə.
    Bu vaxt bir ah çəkdi Ay sinəsindən,
    Titrədi varlığım onun səsindən.
    Nə yazım, nə dеyim bu dərdə dair?
    Gözəllik ağlarsa, gülərmi şair?
    Dеdim: – nə fəlakət? Gəl danış bir-bir,
    Bizim ki, qəlbimiz ayrı dеyildir!
    Yеnə işıq gəldi Ayın gözünə,
    Baxıb davam еtdi o öz sözünə:

    – Qara gəlmiş bir gündə,
    Bizim göylər mülkündə
    Oturmuşdu anam tək,
    Qolunu çirməyərək,
    O, xəmir yoğururdu.
    Bir nağıl olsa da bu,
    Həqiqət var səsində,
    Anamın dövrəsində
    Hoppanırdım pişik təki…
    Özün yaxşı bilirsən ki,
    Qız tayfası şıltaq olar;
    Anam dеdi: – bəsdir, Xumar!
    Gəl dolaşma əl-ayağa.
    Mən anamı qoyub lağa,
    Gah atıldım, gah da düşdüm,
    Birdən-birə mən sürüşdüm.
    Dəydim onun sağ qoluna,
    Acıq gəldi bu səhv ona.
    Öz yеrindən anam durdu,
    Üzümə bir sillə vurdu
    O, xəmirli sağ əlilə.
    Günahımı bilə-bilə,
    Söz dеməyib uzaqlaşdım.
    Buludlardan kеçib aşdım.
    Küsdüm yazıq talеyimə,
    O dərdimi bu gün dеmə!
    Ağrıdıqca üzüm dəm-dəm,
    İçimdə dərd, gözümdə qəm
    Çox ağladım sərin-sərin
    Qucağında fələklərin.
    Ah, nə dеyim! O sillədən
    Yaralıyam bu gün də mən.
    Doğrusunu dеsəm əgər,
    Üzümdəki bu ləkələr
    Öz anamdan yadigardır,
    Gör nə böyük dərdim vardır…

    Ayrılıq zor vеrdi ana qəlbinə,
    – Gəl! – dеyib, yanına çağırdı yеnə.
    Mənim də ürəyim yumşaldı bir az,
    Övladın küsməyi çox uzun olmaz.
    Barışdıq… O məni qucaqlayaraq,
    Dеdi: – indən bеlə sözlərimə bax!
    Birdən nə oldusa, rəngi saraldı,
    Anam bir daş kimi yеrində qaldı.
    Sonra qüvvətini yığıb bir təhər,
    Bağırdı: – ləkələr! Qara ləkələr!
    Mənsə hеyrətləndim, sözün doğrusu,
    Dеdim nə olmuşdur? Nə danışır bu?
    Anamın göz yaşı axıb gölləndi,
    Sonra saçlarını yolub dilləndi!
    – Can bala! Əllərim yanıma düşsün,
    Üzüm bu dünyada gülməsin bir gün!
    Dеdim: – iraq candan! Nə söyləyirsən?
    Anam bağırdı ki, günahkaram mən;
    Üzündə qalmışdır qara ləkələr…
    Bir matəm örtüsü gеyindi səhər.
    Ah, əlim qurusun!
    – Dеdim: – ağlama!
    Mənim də qəlbimi söküb dağlama!
    Nə olmuş? Üzümdə ləkəmi qaldı?
    Anam çiraq kimi birdən qaraldı,
    Dayana bilməyib gеtdi özündən;
    İşıq məhv olarsa ana gözündən
    Gülməz ki, dünyada övladın üzü!
    Gеcədən sеçilməz onun gündüzü.
    Sonra yazıq anam özünə gəldi,
    Dərdli sinəsindən bir ah yüksəldi.
    Bağrına basaraq məni o zaman
    Çеşmələr yaratdı göz yaşlarından.
    O bir quzu kimi yalayıb məni
    Dеdi: – göz yaşlarım yusun ləkəni.
    Üzümə axdıqca onun göz yaşı
    Qəlbindən qan gеtdi, hərləndi başı.
    Baxıb balasına hеy yana-yana
    Döndü ana qəlbi o gündən qana…
    Aylar, illər boyu ağladı bеlə,
    Dizinə çox döydü öz əlləriylə.
    Yazıq ki, sonuncu pеşimançılıq
    Bir fayda vеrməyir bizə apaçıq…
    İndi doğrusunu söyləsəm əgər,
    Üzümdə gördüyün qara ləkələr
    Bil ki, öz anamdan bir yadigardır,
    Görürsən nə böyük faciəm vardır!..

    Ay susdu, yol çəkdi qəmli gözləri.
    Doldu şairliyin könül dəftəri…
    Xəyala qərq oldu əlimdə qələm;
    Bir anlıq sükuta gеtmişdi aləm.
    Dеdim: – nə dərdliymiş bu qəmli dastan!
    Mən yazım, oxusun, еşitsin insan.
    İstər ana olsun, istərsə ata!
    Bəzən еhtiyatsız, kiçik bir xata
    Böyük faciələr yaradır dеmək!
    Sonra ömrü boyu dərd çəkir ürək!
    Ay durub yеrindən gеtmək istədi,
    Sonra baxıb mənə: – izin vеr, – dеdi, –
    Gеdim öz yеrimə, anam da təkdir.
    Dеdim: – bir az dayan, sözüm gödəkdir.
    Sən dеyib qurtardın, indi qulaq as!
    Şairə dərd açan davasız qalmaz.
    Nə gözəl əfsanə var imiş səndə!..
    Sən danışan zaman yazırdım mən də.
    İndi qulaq as ki, oxuyum sana,
    Əzbərlə şеrimi, söylə anana.
    Oxuyub qurtardım dastanımı mən,
    Qonağım şad oldu buna ürəkdən.
    Sonra gülümsəyib göylər gəlini,
    Uzatdı əlimə isti əlini.
    Dеdi: – yarandığım ilk gündən bəri,
    Əlimə dəyməmiş insan əlləri…
    Çox zaman üzümə gülümsəyərək
    Bəlkə can atmışdır mənə min ürək…
    Ala bilməmişlər könlümü ələ,
    Üzümdən öpməmiş bir insan hələ.
    Özüm də hеyranam öz xilqətimə,
    Bu dünya vüqarlı təbiətimə.
    Fəqət, bil, yazdığın bu dastanla sən
    Mənim də qəlbimə min hökm еdirsən.
    Ay bu son sözünü utancaq dеdi,
    Əyilib alnımdan öpmək istədi.
    Yox! – dеdim, – gözəl Ay! Hələ dayan bir!
    Həsrətlə ayrılsaq daha gözəldir…
    Uçdu göy üzünə o dilbər sona.
    O gеtdi, mən baxdım həsrətlə ona.
    Azacıq kеçmədən açıldı səhər,
    Gеydi al donunu yaqut üfüqlər.
    Xəzər bu aynaydı üzü ləkəsiz,
    Ayıldı yuxudan qızım Aybəniz.
    Mən basıb bağrıma bu ayüzlümü,
    Bu şirin dillimi, şəkər sözlümü,
    Dеdim ki: – Aybəniz! O Aya bənzə,
    Daima saf yaşa, daima təzə!..

    1941.

  • İntiqam YAŞAR.”İndi kim bilir hardasan?!”

    İndi kim bilir hardasan?!
    Kim bilir könlündən hansı rəsmim asılmış?!
    Düşünə bilirsənmi hansı buludun
    altında necə darıxdığımı?
    Gözlərimdən gözlərinə uzanan yoldayam,
    Uzaq şəhərlərin darıxmağı ağır olurmuş,
    Həm bir az acı, həm bir az şirin.
    Bu gecə əllərinlə yuxuda həmsöhbət idim.
    Gözlərini soruşdum,
    “Gördük” dedilər.
    Uzaqlara dikilmişdi səssizcə…

  • İntiqam YAŞAR.”Yoxluğunun kabusu”

    Sənsiz nə uzaqlar çəkilməz,
    Nə uzun gecələr.
    Yoxluğunun kabusudur,
    Bütün səssiz küçələr.
    Gözlərim uzaqlarda yorğun düşər,
    Nəfəsim sinəmdə ağırlaşar.
    Səni hansı səslə unudum,
    Səni hansı sükutla xatırlayım?
    Bir gün günəşi birgə salamlasaq,
    Əllərini səmadan çəkmə.
    Əllərim əllərini göydə axtarır…

  • İntiqam YAŞAR.”Torpaqların vətən olan tərəfi”

    Torpaqların vətən olan tərəfi,
    qan azlığından əziyyət çəkir həmişə.
    Odur ki, qanını torpağa verir övladlar,
    son cümləsinəcən…
    Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür.
    Taqətsiz vətənin üstünü örtməksə,
    buluda düşür, ağaca düşür, yarpağa düşür…
    Yoxsa…

  • İntiqam YAŞAR.”Getməkdən heç danışma”

    Yuxulu gözlərində gizlənər arzularım,
    Yuxulu gözlərində ürək boyda həqiqət.
    Mənim umub-küsdüyüm o gözlərdə, ilahi,
    Nə qədər hıçqırtı var, nə qədər də sükunət.

    Üsyan havasındadır hər səhər-axşam başım,
    Göy üzünə ümidlər çilənməkdə qan kimi.
    Səni Yer kimi sevdim, səni göy kimi sevdim,
    Bacarmadım sevməyi adi bir insan kimi.

    Bu sevginin yükünü çiyinlərin daşımaz,
    Bilirəm, çox ağırdı əzilərsən, sınarsan.
    Amandı, mənim kimi ürəyə bel bağlama,
    Bir gün öz odun düşər, öz odunda yanarsan.

    Göz yaşların acıdır gözlərimi, sil daha.
    Səndə günah nə gəzir, suçlamağa qıymaram.
    Yanımda qalmağınla sağalarmı yaramız?
    Getməkdən heç danışma, getməyə də qoymaram..

  • İntiqam YAŞAR.”Öz yalanlarım”

    Mən öz yalanlarımla inandırdım özümü,
    Mən öz yalanlarımla baş-başayam hər gecə.
    Mənə yağış pay verər, mənə külək bağışlar,
    Mənə bu cür doğmadı, bu şəhərdə hər küçə.

    İllərin ağrısı var, hər çiynimdə yük kimi,
    Məni taqətdən salan səbəblərin sayı yox!
    Mən bu ömrü büsbütün itirmişəm nə yazıq,
    Nə bu bir gün, nə beş gün bunun ili, ayı yox.

    Nə günahkar tapıram, nə günah var ortada.
    Gözlərimdə görünür hər ağrının əl izi.
    Yenə yetişdi axşam, yenə gəlir ağrılar.
    Yenə ayaq səsləri silkələyir dəhlizi.

    Yaralarım qan verir hər günəş qürubunda.
    Mən ürək adamıydım, ürəyimi qırdılar.
    Məni qınamaq üçün sən də tələs, yubanma.
    Təkcə deyəcəyim bu: yordular dost, yordular…

  • TƏRCÜMƏÇİLƏR GÜNÜNƏ MESAJ…

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri

    TƏRCÜMƏÇİLƏR GÜNÜNƏ MESAJ…

    Татяна Уварова

    Москва.

    Иду уже дорогою обратной…
    Иду уже дорогою обратной,
    Но так и не доделаны дела.
    И ближний всё по-прежнему мне брат, но
    Восторженность любовная прошла.

    А ярмарка ликует за спиною:
    И музыка, и клоуны, и торг.
    Всё тише, глуше, будто за стеною
    Остался вожделенный сладкий торт.

    Погашен лес из именинных свечек.
    И месяц режет сумрак на куски.
    Медлительных немолодых овечек
    Не любят волки, полные тоски.

    Не густо в сумке крупных ассигнаций,
    Хоть славой медной бредит кошелёк.
    Чего я жду?! Людьми забыт Гораций,
    Который горы мудрости изрёк!

    Tərcümə: İbrahim İlyaslı

    TA GERI GEDƏN ÇAĞIMDI…

    Ta geri gedən çağımdır,
    Öndə yarımçıq işlər.
    Son pənahım doğmalardı,
    Bitdi havalı eşqlər.

    Sərgilənir xəyalımda
    Ərköyün ad günlərim…
    Dünyam sükuta qərq olur,
    Dinməyə yox təhərim.

    Ad günümdü… Tort bənzəyir
    Od vurulmuş meşəyə.
    Sönür şamlar, qaranlığı
    Ay keçirir tişəyə.

    Nə ruhumda o təravət,
    Nə cismimdə o can var.
    Əldən düşmüş şikarları
    Xoşlamır canavarlar.

    Al-qumaşlar olan yerdə
    Kimdi baxan bezinə?
    Çox da ki, hərdən öyülür
    Üstü zərli xəzinə.

    Daha nədi gözlədiyim
    Əfsanəvi çağlardan?!
    Nağıl bitdi… enim daha
    Güvəndiyim dağlardan.

  • Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Halın necədi

    Gör nə vaxtdı görüşmürük əzizim,
    Nə var, nə yox, söylə halın necədi?
    Sənsiz keçən günlərimi sel yuyur,
    Mənsiz keçən qeylü-qalın necədi?

    İncələnib ürəyimin telləri,
    Həsrətimin ayağı yalın qalıb.
    Səndə mənim nəyim qalıb biımirəm,
    Məndə sənin bir azca gülün qalıb.

    Ətrin qalıb hər qurumuş ləçəkdə,
    Xatirələr dağıdıb didir məni.
    Dur qarşıla, qapında dayanmışam,
    Son gəlişdi, bir azca dindir məni.

    Baxışlarım qonağındı hər gecə,
    Ümidlərim od tutub yanır indi.
    Mənim ürəyimdə qoyduğun sevgi..
    Tək sənin başına dolanır indi.

    BİR YORĞUN YOLÇUYAM

    Taleyin yolları çox yorur məni,
    Seçə də bilmirəm ağı qaradan.
    Dünyaya gələndən dərd yumağıyam,
    Neynirdi yaradıb məni Yaradan?!

    Dərdlərin ilməsin ha sökürəmsə,
    Deyən yox hansını istəsən seç, get.
    Allaha üz tutub yüz arzu dilə,
    Tale sən deyəni demirsə keç, get.

    Bu dünya mənimçün bir qəm yuxusu,
    Alıb qucağında yelləyir məni.
    Deyəsən yerin də açıq yaxası,
    Şum edib min yerdən belləyir məni.

    Çatdıra bilmirəm fikirlərimi,
    Qalıram yer ilə göy arasında.
    Kağız da, qələm də durub qəsdimə,
    Məni bişirirlər söz yarasında.

    Bir yorğun yolçuyam, xurcunumsa boş,
    Əlimdə balaca söz çomağım var.
    Mənim kipriyimdə tale yüklü daş,
    Mənim can çuxamda dərd yamağım var.

  • Şəfa VƏLİYEVA.”Salam, cənab dirijor!”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Salam, cənab dirijor!
    saxla əlini bir az…
    daha oxumasın xor,
    eşqsiz oxumaq olmaz!

    adam eşqdən oxuyar,
    adam dərdi söyləyər…
    gün gələr, dən qoxuyar
    daraqtanımaz tellər…

    ver, qırıb atacağam
    “sehrsiz çubuğunu”…
    sənə anladacağam
    eşqin nə olduğunu…

    dayan, cənab dirijor!
    dinlə..
    bu səs eşqindi…
    ruhumuzda bəyazlar,
    məsum həvəs eşqindi…

    dəyişək yerimizi…
    mən sevilim, sən də sev…
    bizə yetər sevgimiz,
    bir kitab, bir taxta ev…

    gülüşümlə yu, axıt
    üzündəki qrimi…
    sən heyrət etdiyim büt,
    mən-eşqin din xadimi!

  • Şəfa EYVAZ.Seçmə şeirlər

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    * * *

    Qorxu…
    Qorxaq doğulduq bu həyata…
    qorxaq.
    daha gözümüz açılmadan
    üsyan etdik həyata, qorxularla
    səsimizlə…
    qorxduq həyatın bizə hazırladıqlarından…
    bəlkə daha doğular-doğulmaz,
    əl-ayağımıza vurulan buxovlar qorxutdu bizi…
    həyat bu olsa gərək…
    bizi azadlıqdan ayıran bələk.
    bəlkə də.
    Qorxaq doğulduq həyata…
    yetmədi, qorxaq böyüdük…
    uşaqkən əllərimizə vurdular
    öyrənmək istədiyimizə toxunduğumuzda,
    istiyə toxunduq… oddan qorxduq,
    yıxıldıq, yeriməkdən…
    həyata ilk addımlar atdığımızda.
    Qorxaq doğulduq həyata…
    qorxduq.
    qarşımıza çıxan təpələri dağ sandıq,
    kiçicik baryerləri yüksək divarlar…
    öyrəndik lazımsızları gözümüzdə böyütməyə
    beləcə aldandı gözlərimiz də…
    qorxaq böyüdük…
    Qorxmamaq lazımdı halbuki…
    qorxmamaq.
    barmağımızı çatdıra bildiyimizə həyatımızla tutunmaq
    savaşa bilmək əllərimizi yandıran odla,
    mübarizə aparmaq dizimizi sıyıran
    daşla-torpaqla…
    yenmək qorxularımızı
    irəliyə addımlamaq, ancaq irəli
    hətta bəlkə həyatımız bahasına…
    bacarmadıq…
    Biz həyata qorxaraq doğulduq…
    qorxaraq böyüdük…
    qorxaraq öləcəyik
    Əcəl adlı zəngin son sədasından…
    nə idi qorxu, qorxmaq?!
    Bəlkə də qorxmaq, qorunmaqdı yox olmaqdan…
    kim bilir???

    11 sentyabr 2012…

    * * *

    Soyuq olur torpağın üzü
    Öldüyüm günü unutmuşam…
    Hər axşam gün batımından sonra
    qaranlığın dizlərinə baş qoyuram.
    yuxum gəlmir,
    gözlərimin qarasında
    daldalanıb
    gecəni sabaha uğurlayıram…
    Qebirlerin fonunda
    gün batımı başqa olur…
    Adsız qəbirlərlə doludu dörd yanım.
    hamı kimi menim de
    ünvansızdı başdaşım…
    rəsmim yoxdu, günahdı.
    Öldüyüm günü də yazmayın
    dedim axı…
    Öldüyüm günü unutmuşam…

    2013.

  • Kənan AYDINOĞLU.Seçmə şeirlər

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    * * *

    Allahdan ilhamın alan bir şair,
    Cahanda xariqə yaratdı getdi.
    İsmətli-namuslu elin qızını
    Əl çatmaz zirvəyə ucaltdı getdi.
    Cahanda xariqə yaratdı getdi

    HESABAT ANI

    Hesabat… hesabat vermək anında,
    Bilmirəm… bilmirəm
    söyləyim nələr.
    Bəzən həyat üçün təsəlli verir,
    Dilin ucundakı şirin kəlmələr…

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    SƏNİN

    Yandır ürəyimdə, bu eşqi yandır,
    Qəlbimsən , ruhumsan xeyli zamandır,
    Sözünün əvvəli, sonu da candır,
    Heç küsmək olarmı sözündən sənin.

    Dodağın şirindir beçə balından,
    Mən xəbər tuturam hər gün halından,
    Baxdıqca doymuram gül camalından,
    Bir şəfəq süzülür üzündən sənin.

    Yaman öyrətmisən özünə məni,
    Heyran eyləmisən sözünə məni,
    Salmısan yoluna, izinə məni,
    Günəş, ay boylanır gözündən sənin.

    Cənnət mələyisən qönçə çiçəksən,
    Vallah gözəllikdə dünyada təksən,
    Sən elə gözəlsən, elə göyçəksən,
    Xəbərin yoxdumu özündən sənin

    PAYIZ

    Payız gəlib, yağışı var, çəni var,
    Neyləyəsən, adam bir az darıxır,
    Yetişibdı bağ-bağçada heyva, nar,
    Sellər , sular qəmli-qəmli hey axır.

    Payız gəlib, saralıbdı çöl, çəmən,
    Xatirələr yarpaq-yarpaq danışır.
    Ürəklərdə səhər-axşam kövrələn,
    Xəyallar da zirvə aşır, dağ aşır.

    Payız gəlib,aralığı qəm alıb,
    Qış qonubdu zirvələrin qaşına,
    Gecələrin üşütməsi çoxalıb,
    Dağlar atıb ağ örpəyin başına.

    Payız gəlib, cilovsuzdu küləklər,
    Dərd boy atır, başlayanda yağışlar,
    Durna köçür, dərd-qəm yazır lələklər,
    Həsrət üstə köklənibdi baxışlar.

    Payız gəlib, yarı yazdı, yarı qış,
    Ümidləri saralanlar təklənir,
    Ayrılıqdan sızldayan ürəklər,
    Bir vağzalı havasına köklənir.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ***

    Bir misralıq canı varmış əcəlin…
    Çoxu ölüm əkəcəkdi orada…
    Sən kölgəmin komasını uçurtdun,
    Kimsə əzan çəkəcəkdi orada.

    Dualarım ətəyimə ilişdi,
    Kara yetdi səhv qurduğum tələ də.
    Ruhum qatı gecələrə bulaşıb,
    İşıq yoxdu üst-başında hələ də.

    Barmaq vurma tətiyinə ölümün,
    Tanrı qədər, balan qədər əzizsə.
    Necə çıxım gözlərindən bu qızın,
    Sevgi mənə yalan qədər əzizsə?!

    Canım kilsə qapısıdı elə bil,
    Çox açırlar onu həddən ziyada.
    Bir gün məni axtarsalar, deyərsən:
    – Pul atlıydı, o yazıq da piyada…

    A QADIN

    Soyuqsan, uşağa həsrət qucaqtək,
    Yenə də laxlayır daxman, a qadın.
    Özün şipşirinsən, baxışın duzlu,
    Bir az acı dadır yaxman, a qadın.

    Dirəyi çürüyüb baxışlarının,
    Az uç gözlərimin buxarı kimi.
    Şeytan da adamdı, sözünə uyma,
    Əllərin quruyub suxarı kimi.

    Tanrı ah-vayına dözmür, əzizim,
    Onun ruh evinə gir, hali olsun.
    Kölgəm biçarə də bir kətil tapmır,
    Oturub dərdindən bir hali olsun.

  • Eldar Nəsib SİBİRYEL.Seçmə şeirlər

    12962488_1518521525123844_528584684_o

    Bura Qazaxdır

    Gözünü aç bu elə, bu obaya yaxşı bax!
    Damcılısında durul, Dəli Kürə qarış, ax!
    Ərlər , ərənlər yurdu olub bu ulu torpaq!
    Hər kaha, hər mağara sirli Azıxdıdır, oğlum,
    Bura Qazaxdır, oğlum!

    Burda Kür qırağının əcəbdir seyranhgahı,
    Sahilində mat qoyub müdriklər Nadir şahı.
    Əliağa Şıxlıniski-dünyanın top allahı
    Düşmənin başı üstə şimşək tək çaxdı, oğlum,
    Bura Qazaxdır, oğlum!

    Burdan qalxıb zirvəyə Vaqifin arzuları,
    Vidadinin yanğısı dağda əridib qarı.
    Osman Sarıvəllinin bənövşə misraları
    Günəşdən nur içibdir burda yaz vaxtı, oğlum,
    Bura Qazaxdır, oğlum!

    İldırımlar Mehdinin kəsərinə oxşayır,
    Burda Səməd Vurğunun ölməz ruhu yaşayır.
    Misraları zülmətə gün işığı daşıyır ,
    Lalə tək çəmənlərdə ocaq-ocaqdır, oğlum,
    Bura Qazaxdır, oğlum!

    Qalxıb Avey dagindan boylan Qarayazıya,
    Bir ağ şırım çəkilər o dəm qara yazıya,
    Bircə anda sinəmə yağan qar ayazıyar,
    Elə ki,köynəyindən telli saz çıxdı, oğlum,
    Bura Qazaxdır, oğlum!

    Əyil torpağından öp ata yurdun Şıxlının,
    Arzusu müqəddəsin, ürəyi işıqlının.
    Əsrin vüqar heykəli,bax, İsmayıl Şıxlının
    Mərdlik üstə qurulub kişilik taxtı,oğlum,
    Bura Qazaxdır, oğlum!

    İgidlərin köksüylə qorunur bənd, bərəsi,
    Koroğlunu andırır hər oğlunun nərəsi.
    Düşmənlərə məzardır qədim İncə dərəsi,
    Dostlarınsa yolunda bir şam çıraqdı, oğlum,
    Bura Qazaxdır,oğlum!

    Əskipara dağları dağ oldu sinəsində,
    Ancaq qaçqın düşmədi əsrin kəshəkəsində.
    Şəhidlərə yas tutdu bülbüllərin səsində,
    Zamanın qarşısında bil, üzü ağdır, oğlum,
    Bura Qazaxdır, oğlum!

    Bu ağ saçlı tarixin yaşdaşıdır Göyəzən,
    Bu dağlar dünyasının qaş-daşıdır Göyəzən,
    Şəhid məzarlarına başdaşıdır Göyəzən,
    Bu torpağı duymayan kordur, yazıqdır, oğlum
    Bura Qazaxdır, oğlum!

    Bu yurdu qarış-qarış yaxşı gəz, yaxşı tanı,
    Torpaq üstə gəzəni, torpaq altda yatanı.
    Bu torpaq ürək verdi, şair etdi atanı,
    Gülümsədi üzünə ömrün yaz baxtı,
    Bura Qazaxdır, oğlum!
    Bura Qazaxdır, oğlum!

    1997

    BAĞIŞLA

    Dedim: – Bu dünyada həmdəmim ol, gəl,
    Mənim öz sevincim, öz qəmim ol, gəl,
    Bir səsəm, həm zilim, həm bəmim ol, gəl,
    Bilmədim, xətrinə dəydim, bağışla.

    Küsmə ətəyindən gəl tök daşını,
    Səpməyib arxanca mən göz yaşımı.
    Heç vaxt əyilməyən məğrur başımı.
    Mən sənin önündə əydim, bağışla,
    Bilmədim, xətrinə dəydim, bağışla.

    Mən sənin möhtacın, mən sənin xəstən,
    İnsaf et, yerimi sal sinən üstdən.
    Eşqindən, sevgindən öylə sərməstəm,
    O gün də sərxoşdum, nəydim, bağışla,
    Bilmədim, xətrinə dəydim, bağışla.

    Elə ki, səsləndi dilində adım,
    Çıxdı öz yadımdan yaddaşım, yadım.
    Sevgindən bu yerə, göyə sığmadım.
    Dünyanı əynimə geydim, bağışla,
    Bilmədim, xətrinə dəydim, bağışla.

    Əhdini öz əhdim, ilqarım bilib,
    Səni öz sevgilim, öz yarım bilib.
    Özümü mən sənin Eldarın bilib,
    Bir qədər yanında öydüm, bağışla,
    Bilmədim, xətrinə dəydim, bağışla.

    30.09.1995

  • Şairə-publisist Nəcibə İLKİN.Yeni şeirlər

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Şairlər günü

    Deyirlər ki, bu gün şair günüdü,
    Şairlərin hansı günü yoxdu ki?!
    Əzab, həsrət, hicran, bir də dərd yükü,
    Şairin günüdü, şair toxdu ki?!

    Əynində vətənin şəhid köynəyi,
    Gözündə kədərin dənizi yatır.
    Hər gün xırda-xırda artır göynəyi,
    Şair ağrısıyla başını qatır.

    Şairə gün verib, gün ayırmayın,
    Şairə pay verin, qüssədən-qəmdən.
    Bütün dərdinizi şələ eyləyib,
    Asın şairlərin çiyinlərindən.

    Şairin sinəsi bülbül qəfəsi,
    Orda fəğana bax, orda aha bax.
    Dağı da əridir onun naləsi,
    Qəfəsi ərimir, bir günaha bax?!

    Pənahı haqq olub, haqqa arxadır,
    Göydə Allahı var, yerdə sözü var.
    Sözüylə baş qatıb özün toxdadır,
    Axı şairlərin nədə gözü var?”

    Arzusu kəm olub, gözündə oynar,
    Yanıltmaz haqqını, inamı iti.
    Ağlında, sözündə, çağlayıb qaynar,
    Qəlbindən tökülüb düşən ümidi.

    Şair dərd bükümü, bilinməyən sədd,
    Şairin bəxtində gecələr zaman.
    Siz ona gün verib, gün ayırmayın,
    Asın şairləri dar ağacından.

    Ölümlü gecəm

    İslatdı dərdimi göz yaşlarımda,
    Qucağında ölüm gətirən gecə.
    Hönkürtü səsində açılan səhər,
    Kəsdi kələyimi dan yerinəcən.

    Donmuş nəfəsimdə şehə bələndi,
    Ruhumun can adlı sızıltıları.
    Sən demə dərd elə üzə gülə güləndi,
    Açıldı ömrümün ölüm qatları.

    Susdu kabus kimi, susdu o gecə,
    Ölüm küləyinin əsdi yelləri.
    Asdı ürəyimdən kəfənliyimi,
    Açıldı qəbrimin qərib dilləri.

    Bir ölüm gətirdi mənə o gecə,
    Bir ölüm oxudu ömür payıma.
    Mən can diəmədim, heyf bu ömür-
    Can verə bilmədi vətən hayına.

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Ləçək qızımla yenə şeirlə dərdləşdik…
    Deyirdim, həyat sındırar səni…
    Aydan Abdulla

    ***

    Çilik-çilik edərlər
    Sevda nədi bilməzlər…
    Pitik-pitik dillənər
    Ərşə gedər-gəlməzlər…
    Bütün sevgilər kiçik
    Qığılcımmış…
    Sən demə…
    Ən balaca “Düyməcik”
    Albalınmış…
    Sən bilmə…
    Qonşu qızın donunda
    Pardaqlanan butalar
    Səni unudub çoxdan…
    Arzulamaq da xəta…
    Ay ləçək qız…
    Çiçək qız…
    Gizlət ən xoş rəngini…
    Səni Tanrı sevər, qız…
    Tanrıya de sevgini.

    Ləçək tökmüş laləyəm,
    Payızım ol da qayıt…
    Su üzündə kölgəyəm,
    Nazımı böl də qayıt…
    Yadımdadı,
    Sən getdin,
    Tək qaldı ağrılarım…
    Son dərman da içildi,
    Artdı yuxusuzluğum…
    Yüz dərd tapdı həkimlər,
    Yüz də dərman buyrulub…
    Yüz birinci dərmanım,
    Səni Tanrı buyurub…

  • Şair-publisist Əkbər QOŞALI.Seçmə şeirlər

    ***

    Torpağa daş basdırrıq,
    yazı yazarıq daşa…
    Yazıya ürək,
    ürəyə dərd qoyarıq –
    torpağa köçüncəyədək
    qalar ordaca…
    Və bir gün daşa çıxar o dərd,
    daşda yazı görünər,
    yazıda ürək…
    Beləcə, dərd dolanar dünyada:
    torpaq-torpaq,
    daş-daş,
    yazı-yazı,
    ürək-ürək…
    Deyirəm,
    gedim torpaq dərdimi yazım,
    ürəklər daş olmamış…
    SUYUN ŞƏRHİ
    “…Balıq intihar edəndə quruya,
    insan suya atılır…”*
    əgər suya atılmadan ölsə belə,
    ruhu göyə çəkilincə
    nəşi çəkilər suya
    insanın –
    nəşi də ələ gəlməsə,
    yuyulmamış basdırsalar birini,
    qəbri üstə su tökərlər, qəbri üstə…
    heç qəbri də olmasa…
    göz yaşları töküləcək, göz yaşları…
    sənsiz olmur, gözəl adlı, gözəl su –
    ya qabdan tökülürsən, ya gözdən…
    Gözdən də yaş çıxmasa,
    quruyan boğazımızı bir udum su ilə açarıq,
    bir udum su…
    Bir də macal tapanda,
    üzümüzə su vurruq, su…
    Ölməkmi aydınlıqdı, sumu… su?
    Sən “sus!”a nə qədər yaxınsan, su.?! –
    indicə fərq etdim,
    darıxma, indicə susuram, bir məni dinlə,
    deyirəm, “su dili”ylə danışdıq bəzən:
    bir qızın yalın ayağına atdılar – sevgi oldun sən…
    kiminsə arxasınca atdıq – uğur oldun,
    kiminsə üzünə çırpıldın – soyuq oldun…
    Okean oldun, Sakit dedilər,
    çay oldun, Kür dedik…
    Nil oldun uzun dedilər,
    Amazonsan – gur dedik;
    Dondun, buz söylədilər,
    Qalxdın, buxar dedilər,
    gah adi gözlə baxıb,
    sənə axar dedilər…
    Deyirəm,
    kür yaşayıb, sakit ölmək mümkün ola,
    ana su.!? –
    Sakit ölmək…
    Ya sənə atılırıq,
    ya sən atılırsan üstümüzə…
    üzüsuluykən ölsəydim
    bircə…
    Sucan şeirim olsun…
    (* – Misra Təranə Vahidə aiddir)
    ONDA QAFQAZ BİZİMDİ…
    Bir vaxt Qafqaz bizimdi –
    Boyum bulud döyürdü…
    Kürəklərim böyükdü,
    Onda Qafqaz bizimdi…
    Adımıza ad əkdik,
    nə səpmişdik – nə biçdik?
    Söz bizdəydi, tək idik –
    Onda Qafqaz bizimdi…
    Ömürlər, anlar vardı,
    Paşalar, xanlar vardı;
    Can deyən canlar vardı,
    Onda Qafqaz bizimdi…
    Mən umutla doğuldum.
    Heç umutsuz olmadım..!
    Umut oldu-olmadı –
    …Qafqaz bizimdi…
    QIZ QALASI
    Qız Qalası,
    derlər
    Qala Ürək olmaz,
    Ürəyə qala derlər.–
    Sən Bakının ürəyisən,
    Qız Qalası,
    Bu dünyanın ən bakirə qalasısan,
    Qız Qalası!
    Qoy sənə bir qarğış edim,
    alxış olsun –
    görüm, səni ömrün boyu qız qalasan,
    Qız Qalası.
    O yanda da Oğlan Qala oğlan qalsın,
    Aranızda həsrət olsun,
    ancaq sərhəd olmasın.
    Demirəm ki, dərd olmasın,
    dərd olsa da,
    dərdinizi söyləməyə həmdərd olsun…
    Zaman oldu
    Ərk Qalası həmdərd oldu,
    həm dərd oldu…
    Sən yenə də söyləyərsən
    anan Xəzər
    dinlər sənin dərd-sərini
    Oğlan Qala zalım dinməz,
    Dillənsə də, dağa deyər,
    daşa deyər dərdlərini.
    Vay o gündən dərd ola da,
    ərk olmaya,
    Dərd o gündü ƏRK olmaya.
    Qız Qalası.
    Qız Qalası,
    Dərd deməkdən bəz düşübdü dilimə, bəz.
    Mən gedirəm BƏZZə doğru,
    İşdi-şayət arar olsan,
    tonqal qala,
    ƏLİNCƏyə əl eylə,
    Öz atəş diliylə
    cüt tonqalıyla,
    ƏLİNCƏ arayar bizi.
    Ölüncə gəllik,
    ölüncə,
    Qız Qalası…

  • Saqif QARATORPAQ.Yeni şeirlər


    * * *

    Çəkib köçünü getdi
    İllər geri qayıtmaz.
    Saçını sığallayan
    əllər geri qayıtmaz.

    Quruyar yanağında
    Iki damla göz yaşın.
    Toxunduqca qanadar
    Ürəyini yaddaşın.

    Ümidin son baharda
    Açan çiçəkdi daha.
    Nə fərqi, nələr yalan,
    Nələr gerçəkdi daha.

    Yarı yolda qalıbsan
    Düşüb baxtın atından.
    Getdikcə yollar qaçır
    Ayağının altından.

    Könlün çiçək tapmayan
    Yemsiz,yorğun arıdı.
    Ömrün gödək günləri
    Narıncıdı, sarıdı…

    Yalvarsan da qayıtmaz
    Ötən gündən bircə an.
    Di,yüklə barxananı,
    Bu da sonuncu karvan…

    Sən də mənə qayıdan uzun,sonuncu yolsan..

    ***

    Bu dünyanın yolları elə başdan əyridi,
    Nə yaxşı ürəklərə gedən yollar düz qalıb.
    Sən də boynunu burma gedənlərin dalınca,
    Elə gedib gedənlər,nə cığır,nə iz qalıb…

    Zalım,sənə gedən yol qılıncdan da itidi,
    Yeridikcə işləyir bağrımın başınacan.
    Yaram elə qanayır,hər gecə gül açıram
    Dırnağımın ucundan gözümün yaşınacan.

    Gözlərinin altından keçib gedə bilmirəm,
    Kipriklərin yolumu elə kəsib,deyir- “dur!”
    Sən gedəndən yollara bulud olub yağıram,
    Başım çəndə,dumanda…ayağımı sel yuyur…

    Bir sərhəd dirəyidi-ümid,bitib yolunda,
    Gözlərimin yaşını içib bəlkə göyərdi.
    Tərpəndikcə hey batır ürəyimin başına,
    Xatirələr tikanlı məftildən də betərdi.

    Girov qaldı ayağım gör neçə əyri yolda,
    Bir ömür qurban getdi,düz yola çıxanacan…
    Bildim,bütün yolların sonda bir ünvanı var,
    Sən də mənə qayıdan uzun,sonuncu yolsan.

  • Kənan AYDINOĞLU.Seçmə şeirlər

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    HƏMİŞƏ

    Yanaqdan süzülən təbib gülüşün,
    Dediyin hər sözün baldı həmişə.
    Necə də gözəlsən qızlar içində,
    Boynunda sallanan şaldı həmişə.

    Dedin ki, igidlər gedin döyüşün,
    Yadıam düşəndə sənin görüşün.
    Güldən-çiçəkdən də incə gülüşün,
    Məni bu könlümü aldı həmişə.

    Dərdin çarəsini açanda kitab,
    Şükür, çətinliyə gətirmişəm tab.
    İllərlə çəkdiyin həsrət, iztirab,
    Mənim bu canımda qaldı həmişə.

    BİLMƏYİR

    Həyatda ölümlə barışır insan,
    Bir də ki, bu ömrə bata bilməyir.
    Yaşamaq uğrunda yarışır insan,
    Qaçır arxasınca, çata bilməyir.

    Qüssəyə bürünsə bu ömür bütün,
    Çatmasa dağlara nə haray, nə ün.
    Yaşanan hər anın, hər ayın, günün,
    Bəzən də nəbzini tuta bilməyir.

    Həyatı bitəndə gələndə sonu,
    Fələk də əyninə biçəndə donu.
    Gəlib aparanda mələklər onu,
    Sevinci ömrünə qata bilməyir.

  • Rus şairin duaları… – İbrahim İlyaslının tərcüməsində

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Sergey Dmitriyev
    10 iyun 1959-cu ildə Novqorodda doğulub. Şair və naşir, fotoqraf-rəssam və səyyah, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisidir. Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. 1981-ci ildən 1994-cü ilədək “Gənc Qvardiya” nəşriyyatında işləyib. Kiçik redaktordan nəşriyyatın baş redaktoru vəzifəsinədək yüksəlib. Hazırda “Veçe” nəşriyyatının baş redaktoru vəzifəsində çalışır. 1989-cu ildən tarix üzrə fəlsəfə doktorudur.
    Möminin duası
    Mənə həm güc, həm səbir ver,
    Həm lütfdən varını.
    İnsanlardan əsirgəmə
    Layiq olduqlarını.

    Qalanlara uzun ömür,
    Gedənlərə min rəhmət.
    Aclara doyunca çörək,
    Varlılara mərhəmət.

    Xəstələrə, ümid, inam,
    Dərdlilərə dözüm ver.
    Gənclər həddini bilsinlər,
    Uşaqlarla özün bil.

    Mənə ixtiyar ver, Tanrım,
    Sənə dualar edim:
    Qoy kainat əbədiyyən
    Sevgi ilə süslənsin.
    ***
    Nə əvvəl var, nə axır var,
    Var olan bu – hərəkət.
    Hamı Allahın altında
    Gəzir ömrə bərəkət.

    Nə ölüm var, nə də sərhəd,
    Adidən əbədiyə.
    Sonsuz dünya qarşısında
    Dayanıram səcdəyə.

    Qınağımız, qeybətimiz –
    Əbədiyyət qazanmaq.
    Sevgi, övlad, roman, sonet –
    Zövqümüzcə yaşamaq.

    Nə anlarıq, nə duyarıq
    Göylərin diktəsindən:
    Boş-boş şeylər, yoxsa da ki,
    Ünyetməz ulu sirlər?!

    Biz nələrdən zövq alırıq
    Sirli günlər selində…
    Əfsus, ya sel, ya da tüstü
    Od tutan planetdən.

    Nə başlanğıc, nə də son var,
    Bircə şey var – həyəcan: –
    O da Allah qarşısında
    Qaçılmaz bir imtahan…
    Milad
    Meşəyə olmayan bir sükut çöküb,
    Duyulur ələnən qarın səsi də.
    Elə yorğun düşüb ürəyim bu gün,
    Aramla döyünər qış gecəsində.

    Şamlar bürünüblər qar örtüklərə,
    Arada dolaşan səksəkələr var.
    Yenə uşaqlıqda duyduğumuztək
    Sözsüz nəğməsini ötür çovğunlar.

    Gecə ağuşuna alıb dünyanı,
    Hər tərəfə zülmət qaranlıq çöküb.
    Ancaq ki, yenə də ülkər çıxacaq
    Bir azdan gecənin bağrını söküb.

    Bu həmin ulduzdur əsrlər boyu,
    İlahi varlığı anladır, bilək…
    İnsanla bir gündə doğulub, sanki
    Yerdə insanlığın xilaskarıtək.
    ***
    Göylərdən gələn paya
    Şükür deyib, kama yet.
    Nə ağır günə söylən,
    Nə qışından giley et.

    Taleyin tufanı da,
    Dənizin dalğası da,
    Ürəyin yarası da,
    Kədəri də, yazı da.

    Tərəddüdlü anlar da,
    İnamlı addımlar da,
    Əhvalın hər cürü də,
    Dan da, qaranlıqlar da.

    Tənhalığın zülmü də,
    Sevgi uçuşları da,
    İllərlə ayrılıq da,
    Sərt döngələr varı da.

    Nəhayətsiz yollar da,
    Könül rahatlığı da,
    Allahdan ərməğandı,
    Səninlədir axırda.

    Sadəcə
    Sadəcə ol, gözünlə gör
    Başın üstə səmanı.
    Heç kimə nifrət eləmə,
    Özün özünü tanı.

    Sadəcə düşün və eşit,
    Xatırla və nəfəs al.
    Göydən gələn ərməğanı
    Dəyərləndir, fikrə dal.

    Say günləri, say illəri,
    Taleyinə şükr elə.
    Darda, çətində olsan da
    Çalış gətirmə dilə.

    Sadəcə yaşa və inan,
    Həyat bir möcüzədir.
    Biz yalnız addım atırıq,
    Gələn göylərdən gəlir.

    Rus dilindən tərcümə edən:
    İbrahim İlyaslı

    Mənbə: http://edebiyyatqazeti.az

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ***

    Hər daş öz bətnində bir dən böyüdür,
    Mənim tale daşım düzümdə qalıb…
    Yanağı üşüyən uşaq kimiyəm,
    Əllərim nə vaxtdı üzümdə qalıb.

    Mən nahaq üz verdim əcələ, nahaq…
    Yaxşı ki, görmürəm boyunu hələ.
    Əzrayıl mənimlə beş-daş oynayır,
    Şükür, mən uduram oyunu hələ!

    Daha sevda köçün geri qayıtmaz,
    İndi uzaqlarda don məktub kimi.
    Mən sənə bir ovuc dua yolladım,
    Eh, o da çatmadı son məktub kimi.

    Ruhu qapı kimi az açıb-bağla,
    Yenə qəbrin üstə tük tökmək olmur.
    Həyat elə bil ki, yüyənsiz atdı,
    Eşqin limanına yük tökmək olmur.

    Sən bu yaş yuxunu oxuma bir də,
    Yetən gözlərimi qınağa çəkir.
    Ya qəminlə islat, ya göz yaşınla,
    Əcəl fürsət tapdı, sınağa çəkir…

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    BİLMİRƏN

    Sən halma acıma,
    Həsrətin çox qəmi var.
    Gecələr dərd oyanır,
    Əldən gedir ixtiyar.

    Həsrət əli baltalı,
    Kəsdirir qapımızı.
    Səndə də bir insaf yox,
    Qonşunun nazlı qızı.

    Hərdən təklik əlindən,
    Bezirəm, görən olmur,
    Bəzən də bu dünyadan,
    Küsürəm, bilən olmur.

    Özümə yad oluram,
    Ümidlərim solanda,
    Üzümü gizlədirəm,
    Gözüm yaşla dolanda,

    Bu gecədən bezmişəm,
    Necə dözüm qəhərə,
    Bilmirəm nə edim ki,
    Ürək çıxsın səhərə.

    QARA GÜNLƏR

    Ağlara qalaydı qara günləri,
    Axtarıb dünyada bizləri tapdı,
    Bir ağ gün görmədik o vaxtdan bəri,
    Həsrət sinəmizi taladı, çapdı.

    Döydü qapıları qara xəbərlər,
    Döndü qara dona, qara örpəyə,
    Görüşə bilmədik nurlu səhərlə,
    Biz tamarzı qaldıq arzu, istəyə.

    Gözləri bürüdü qara buludlar,
    Yollara baxmaqdan gözlər qaraldı,
    Sındı qara yeldən qollar, qanadlar,
    Qara çadırlarda üzlər qaraldı,

    Yazan bəxtimizi qapqara yazdı,
    Axdı göz yaşımız sellərə döndü,
    Xəyallar zülmətdə yolunu azdı,
    Söndü çırağımız, odumuz söndü.

    Ağ gün qaçaq düşdü taleyimizdən,
    Qəm-qüssə çoxaldı, ehtiyac artdı,
    Qara qanlar axdı ürəyimizdən,
    Bircə saçımızı dümağ ağartdı.

  • Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində şəhid Müşfiq Orucovun xatirəsinə həsr edilmiş tədbir keçirilib

    https://b.radikal.ru/b26/1909/9f/c51dfabb2587.png

    https://d.radikal.ru/d15/1909/f7/139bd13f0f7e.jpg

    https://a.radikal.ru/a05/1909/42/d1d08690ca4f.jpg

    https://b.radikal.ru/b03/1909/af/9e325efad352.jpg

    https://b.radikal.ru/b12/1909/e2/69275334e5c6.jpg

    https://a.radikal.ru/a36/1909/00/10f8632da02d.jpg

    https://c.radikal.ru/c06/1909/49/c9000ab2173b.jpg

    https://c.radikal.ru/c05/1909/8c/62ac8fb3bfaf.jpg

    https://a.radikal.ru/a42/1909/46/a8e1021754ac.jpg

    https://a.radikal.ru/a42/1909/46/a8e1021754ac.jpg

    https://a.radikal.ru/a03/1909/cf/d6a2e8468e4b.jpg

    https://c.radikal.ru/c31/1909/e4/ff483f16d8c6.jpg

    Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində şəhid Müşfiq Orucovun xatirəsinə həsr edilmiş tədbir keçirilib

    Şəhidin anadan olmasının 25 illiyinə həsr edilmiş tədbirdə valideynləri, yaxınları, şəhid ailələri, Sumqayıt və Zəngilan rayonunun ictimaiyyətinin nümayəndələri iştirak edib.
    GÜNDƏLİK.İNFO-ya Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə tədbirin aparıcısı Əməkdar artist Cəlal Məmmədov şəhidin keçdiyi qısa ömür yolu haqqında məlumat verib.
    Sonra Müşfiq Orucovun ömür və döyüş yolundan bəhs edən film izlənilib.
    Tədbirdə çıxış edən 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş manqa komandiri Əbdülməcid Axundovun anası Ceyran Axundova, şəhid Tapdıq Babaşovun anası Kifayət Babaşova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə baş məsləhətçisi Mehman Nəsirov belə tədbirlərin keçirilməsinin gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasından danışıb, şəhid ailələrinə mənəvi dəstək olduğunu bildiriblər.
    Daha sonra AMEA-nın elmi işçisi Vüsalə Əbdüləli qızı şəhid Müşfiq Orucova həsr etdiyi “Ümidin bitdiyi yer” adlı hekayəsini oxuyub, F.Əmirov adına uşaq musiqi məktəbinin muğam üçlüyünün ifasında Qarabağ şikəstəsi, segah və muğamlar, gənc müğənni İbrahim Fərzəliyevin ifasında vətənpərvər mahnılar dinlənilib.
    Sonda şəhidin anası Aygün Məmmədli çıxış edərək oğlu ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilində əməyi olanlara təşəkkürünü biıldirib.

  • Təhminə VƏLİYEVA.”Bəxtiyar Vahabzadənin Nəsimi “Fəryad”ı

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

    valiyevatahmina@gmail.com

    Nəsimi sözü dövrə, zəmanəyə qarşı etiraz səsi, misilsiz şair üsyankarlığın ifadəsidir. Baş verənlərə şair üsyankarlığı ilə cavab vermək Bəxtiyar Vahabzadə üçün də yad deyildi. O, hər zaman ya bir şeir, ya bir misra, ya irihəcmli bir poema yaxud pyeslə öz etiraz səsini ucaltmışdır. Bu baxımdan, “Fəryad” pyesində Nəsimi obrazından istifadə təsadüfi xarakter daşımır. Pyesin 1981-1984–cü illərdə qələmə alındığını nəzərə alsaq və həmin dövrün ümumi mənzərəsini yada salsaq, bu fəryadın əsassız olmadığı aydın görünür. Nəsiminin pyesdə obraz seçilməsi hürufizmin insan konsepsiyası və İ.Nəsiminin cəsur, əqidəsinə sadiq şəxsiyyəti ilə daha çoxbağlıdır.
    Nəsimilik fəlsəfəsinə əsaslanan pyes B.Vahabzadənin ikinci tarixi dramıdır və 1984-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulmuşdur. Ədəbiyyatşünas Qulu Xəlilov “Bəxtiyar Vahabzadə bir dramaturq kimi heç bir pyesində “Fəryad”dakı qədər yetkin, bitkin və dərin görünməmişdir” sözləri ilə “Fəryad” pyesinin ədibin ən uğurlu səhnə əsəri olduğunu bildirir. Tədqiqatçı Fəridə Səfiyeva isə pyesin adının çoxproblemli mənasına diqqəti cəlb edərək yazırdı: “bu ad tarixi planda, müasir dünyagörüşü və düşüncəsi baxımından ancaq çarəsizlik, gücsüzlük, köləlik barədə assosiativ fikirlər doğurmur, əksinə insanlara tarixi taleyi və gələcəyi barədə ciddi xəbərdarlıq ruhu ilə yüklənmiş hayqırtı təsiri bağışlayır”.
    Faciədə konkret olaraq ustad Nəsiminin obrazı olmasa da, Nəsimi aşiqləri olaraq iki Nəsimi obrazı yaradılmışdır. I Nəsimi obrazında təmsil olunan Həllaci Musa da və II Nəsimi də Nəsimi ideyalarını yaşatmaq, Nəsimini ölməzliyə qovuşdurmaq üçün öz canlarından belə keçməyə hazırdırlar. Bu, Vəliəhdin I Nəsimini ölümdən azad edərkən onun “O böyük insanın yaşaması naminə ölüm – həyatdır mənə” deməsi, öz ölümünü Nəsiminin yaşamasından üstün tutması səhnələrində bariz şəkildə nəzərə çarpır. II Nəsiminin dilindən verilən “Nəsimi yolunda ölənlər ki var, Yoxdur Nəsimiyə ölüm dünyada” fikri pyesin əsas qayəsini təşkil edir. Yeddi şəkildən ibarət olan mənzum faciədə hadisələr nəsimilərin şah sarayına gətirilib həbsə salındığı zamanda cərəyan edir. İki filosofdan hansının ölkəni lərzəyə salan Nəsimi olması üzərində pyesin konflikti qurulur. Başdan-başa hikmətlə dolu olan əsərin fəlsəfi qatı nəsimilərin dustaqlarla söhbətində açılır. Məhbus Rəhmanın “sizi niyə tutublar?” sualına I Nəsiminin “düşünmüşük” deyə cavab verməsi şairin azad söz söyləmək, azad fikir bildirmək imkanını Nəsimi zamanında əldən alındığı kimi, B.Vahabzadə dövründə də müasir olduğuna işarədir. Yaxud məhbus Sübhanın “bəs necə düşünməli?” sualını II Nəsiminin “öz idrakın sönməli, öz fikrindən dönməli, Hakimiyyət sahibi hər necə düşünürsə, Bax, elə düşünməli” şəklində şərh etməsi həmin dövrdə partiya təfəkkürlülüyünün aktuallığını göstərən vacib faktordur.
    I Nəsiminin II Nəsimini ölümdən qorumaq və özünü ölümə vermək üçün səyi qarşısında “Ancaq onu bil ki, bəxşiş bir həyat, Mənə ağır gələr ölümdən yüz qat” sözlərini işlətməsi Nəsimi cəsurluğunun, qorxmazlığının göstəricisi, Nəsimi ucalığının ifadəsidir. Həyatın bütün iztirablarını dadan nəsimilər ölümdən nəinki qorxmur, onu kamilliyə çatmaq vasitəsi hesab edirlər. “Nəsimi olmaq” bütün nəsimilərin ən uca məqamı, “Nəsimitək allahın yolunda ölə bilmək” arzusu onların ən ali istəyidir. Nəsimilər insanın bütün ideoloji mübarizəsində sonadək vuruşurlar. Pyesdə II Nəsimi ilə I Nəsimi arasında gedən sorğu-suallaşma əsərin diqqətə çarpan cəhətlərindəndir. Bu dialoqlarda hürufizmin təməl prinsipləri Bəxtiyar Vahabzadə dilindən şərh olunur.
    İmadəddin Nəsimi fəlsəfəsində ali kateqoriya olan İnsan problemi “Fəryad”da da mərkəzi problemdir. F.Səfiyeva B.Vahabzadənin həqiqət axtarışlarının yekununun insan olduğunu bildirir: “… Bəxtiyar Vahabzadə “Fəryad”da sanki bu həqiqəti tapmışdır: Ən böyük həqiqət insan, ona xidmətdir”. B.Vahabzadə insanın qul deyil, yaradan olduğunu bildirmək, insanın qüdrəti öz daxilində axtarmasına nail olmaq və insanın öz aliliyini, ucalığını dərketməsi üçün nəsimiliyə müraciət edir. Nəsimilərin timsalında “allah”, “vəhdət”, “insan”, eşqin “idrak”la yaxud “qəlblə” dərk edilməsi məsələləri üzrə İnsan konsepsiyası şərh olunur. Məsələn, II Nəsiminin “Allaha çatmağın nə imiş yolu?” sualını I Nəsimi “qəlbin gözü yanmazsa görünməz gözə allah” şəklində cavablayır. Yaxud “II Nəsimi: Allah! Bilirik, cisim deyil, bəs nədir allah?”, “I Nəsimi: Ən yüksək olan haqda, həqiqətdədir allah… Dondunsa təkamül və gözəllik qabağında, Dərk et, bu təəccübdə, bu heyrətdədir allah”, “II Nəsimi: İnsan nə imiş?” “I Nəsimi: Gizlidir insandakı qüdrət, Hər kəs onu fəhm etməsə acizdir o, əlbət” “II Nəsimi: Vəhdət nə demək?” “I Nəsimi: Gizlidir hər zərrədə vəhdət, Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət!” “II Nəsimi: Bəs söz nə demək?” “I Nəsimi: Mən bir ağacam, yarpağı – sözlər, kökü – fikrim, Sözlərdə deyil, sözdəki hikmətdədir allah”; “II Nəsimi: Bəs zülmə sözün? I Nəsimi: Zülmün üzünə haqq deyilən silləni çəksən, Silləndə möhürlənmiş o qeyrətdədir allah”; “II Nəsimi: Son məqsəd “Ənəlhəqmi?” “I Nəsimi: Bir pillədə durdunsa “Ənəlhəq” demək olmaz, Ülviyyətə çatmaqdakı niyyətdədir allah”.
    I Nəsiminin II Nəsimiyə ünvanladığı suallara verilən cavabda hürufizmin “Allah”, “eşq”, “insan”, “qəlb” konsepsiyası öz şərhini tapır. İdrakı ülviyyətin, eşqin bir pilləsi sayan I Nəsiminin “hər arzunun, hər məqsədin, hər niyyətin, eşqin, Son həddi, axır nöqtəsi yoxmu? sualında həllaciliyin eşqin idrakla dərki məsələsinə II Nəsimi hürufi mövqedən münasibət bildirir: İdrakdan əzəl qəlbini dindir. Qəlbin özü göydən də dərindir. Öz qəlbinə dalmazsa, cəhalətdədir insan. Yaxud I Nəsiminin “Öz nəfsinə uyduqda bəs nədir insan?” sualına II Nəsimi “Dünyasına dünyada xəyanətdədir insan… Öz nəfsinə qul olsa, cəhənnəm əzabında, Öz nəfsinə qul olmasa, cənnətdədir insan” şəklində cavablayır. II Nəsiminin eşq barədə fikirləri– “Yoxdu sözüm, eşq yenilməz. Vəslində gülən aşiqə aşiq ki deyilməz. İnsan dediyin vəsl ilə insan ola bilməz. Çırpıntıda, sarsıntıda, həsrətdədir insan” maraqlıdır. Göründüyü kimi, burada eşq və vəsl qarşılaşdırılır, eşq vəsldə deyil, insani keyfiyyətlərə malik olmaqda, insan olmaqdadır. Məhz kamil insan eşqi dərk edə, duya bilər. Nəsimilər arasında gedən dialoqlaşmada dinləyici olan dustaq Rəhmanın II Nəsimiyə ünvanladığı “Bəs bir belə kamil ikən insan, Alçaqlığı, yaltaqlığı hardan?” fəlsəfi suala cavab Nəsimi dövründə də, Bəxtiyar Vahabzadə dövründə də aktual olan problemlərin kökünün axtarılmasına sövq edir. Məhz bu cavab da elə Nəsiminin dilindən verilə bilərdi. Sözün qüdrəti ilə sarayları, neçə-neçə hökmdarları dizə gətirmək Nəsimiyə xas cəhətdir. Məhz hər vəziyyətdə doğrunu dilə gətirmək, insanı qul deyil, kölə deyil, allah səviyyəsinə qaldırmaq, onu şahlar qarşısında əydirməmək Nəsimilik tələb edir. Bu baxımdan, Nəsimi obrazı əsərdə mükəmməl şəkildə işlənmişdir. Yaşar Qarayev və Şamil Salmanovun birgə ərsəyə gətirdiyi “Poeziyanın kamilliyi” kitabında yer alan qeyd də – “Öz iri hərfli İnsan (!) idealı ilə Nəsimi orta əsrlərdən çıxıb humanizmin yenə də sınaqdan keçdiyi ideya döyüşlərində iştirak edir” pyesdəki Nəsimi səciyyəsini vermək baxımından çox maraqlıdır.
    II Nəsimi: İnsanı ucaldan ulu bir eşq, dəyanət,
    Alçaldan isə … qorxu, xəyanət.
    Qorxduqsa ölümdən və əcəldən
    İnsanlığı verdik demək əldən.
    Qorxduqsa əgər zülmdən, haqdan keçər olduq.
    Qorxduqsa əgər, zülmə qul olduq, nökər olduq.

    Pyesdə Vəliəhdin məhbuslarla görüşü, onlarla söhbətləşməsində ictimai problemlər daha qabarıq şəkildə öz əksini tapır. Məhz bu epizodda B.Vahabzadənin öz fəryad səsini ucaltmaq üçün şərait yaranır, ürəyindən keçəni söyləmək imkanı ələ düşür. B.Vahabzadənin Nəsimisayağı fəryadı çoxsəciyyəli, çoxproblemlidir. Rüşvət aldığına görə həbs olunan Rəhmanın dilindən verilən “əgər alan olmasa, verən olmaz vallahı” sözləri ilə rüşvətxorluğun aşağıdan-yuxarıya “ötür-ötür oyunu” olduğuna işarə edilir. Məhbus Kəramətin qazandığını töycüyə (vergi növü- T.V) çıxan və onu el arasında təhqir edən kəndxudanın qulağını kəsməyinə görə tutulması epizodunda ciddi ictimai naqislik – vergilərin ağırlığı məsələsi diqqətə çatdırılır. Vəliəhdin “şikayət eləyəydin” deyiminə Kəramətin “qılınc özünü kəsməz” şəklində verdiyi cavab olduqca düşündürücüdür. Skeptiv düşüncəli məhbusa – Şəkkaka şübhəcilliyinə görə “dəli” damğası vurulub həbsə atılması da bir başqa faciənin əksidir. Dustaq şairlərin “biz fikir dustağıyıq” sözü Nəsiminin düşündüyünə görə həbsə məhkum edilməsi ideyasının tamamlayıcısıdır. Bəxtiyar Vahabzadənin “Fəryad”dakı etirazkar qəhrəmanlarının hər birinin nitqində bir filosofanəlik var. Hadisələrə fəlsəfi yanaşma B.Vahabzadənin ən başlıca keyfiyyətlərindən biridir. Məsələn, şairin “xoşbəxtlərə yetişməz bədbəxtlərin naləsi” kəlməsi, Rəhmanın “çöldə azad gəzənlər azadmıdır de məgər?” sualı, Dəyanətin “zamana bax, zamana, İndi bilib qanmağın əzabı var insana”, “əgər qəlbi dərindirsə səmalar qədər, Çatmaz topuğuna təriflər onun”, Şəkkakın “yaşamaq istəsən, lal ol, dinmə, sus”, Loğmanın “verdiyi nə varsa geri alarmış, Dünyanın qəribə oyunu varmış” kimi ifadələr fikrimizi təsdiqləyər. Vəliəhdi ölkədəki vəziyyətlə tanış etmək üçün özlərini rüşvətxor, qisaskar, dəli adlandıran bu məhbusların, sözün həqiqi mənasında, “fikir dustağı” olmaları aydın görünür.
    Bir miqdar pul müqabilində Zahidə casusluq edən Lalın oyunun üstünün açılması epizodunda dustaqlar arasında lal bilinən birinin məkrli niyyəti ifşa olunur. Gözətçinin “ağlım olmasaydı, ağıllıların ağlına gözətçi olardımmı mən?” II Nəsimiyə istehza ilə sual etməsi təəssüfedicidir. Yaxud onun II Nəsimiyə I Nəsimi barədə xəbər vermək üçün rüşvət tələb etməsi və “Ey, pulsuz ucalıq gərəyim deyil, Pullu alçaqlığı mənə ver amma” deyimi ilə pulu hər şeydən, ucalıqdan üstün tutması acınacaqlıdır.
    Pyesdə ata-oğul ziddiyyəti aparıcı xəttdir. Övladına görə təhqir olunan atalar ilə həqiqi sözə qoşulan oğullar bu ziddiyyətin təşkilediciləridir. Bu baxımdan, həllacilərə qoşulan oğulla – Dəyanət ömrünü satqınlığa, din, şəriət adı altında çirkin əməllərə sərf edən ata – Zahid obrazı əsərdə uğurlu şəkildə işlənilmişdir. Hər zaman oğlunun şəhid olmasına görə fəxrlə danışan Zahid oğlu Dəyanəti Həllaci Musanın meyidini oğurlayıb torpağa tapşırdığını öyrənəndə sarsılır. Bu paraleldə daha bir ata-oğul obrazı – Çalpapaqla hürufilərə qoşulan Tural yaradılmışdır. Ancaq Çalpapaq Şirvanda yaşayan adi kəndlidir. Ata-oğul qarşıdurması Əmirlə Vəliəhd arasında da yaşanır. Nəsimi sözünün böyüklüyü, mənəvi kamilliyi qarşısında aciz qalan Vəliəhd onu da müridliyə qəbul etməsi üçün yalvarır. Vəliəhd obrazı sarayın iç üzünü görüb, həbsdəki fikir adamlarının təsirinə düşüb həqiqətə – mənəvi kamilliyə yetişmək istəyən insan obrazıdır. “Ata məsləkini tapdayan övlad atanın əlilə boğulmalıdır!” deyə Zahidə, Çalpapağa, Dəyanəti sevən, Loğmanın qızı Ayparaya görə atasına tənə edən Əmir oğlunun da saraydan üz döndərdiyini biləndə Nəsimi qüdrəti qarşısında aciz qalır. Ata-oğul ziddiyyətində həm də iki bir-birinə zidd düşüncəli insanlar təcəssüm olunur. Bu ziddiyyətlərdə fatalizmin insanı məhvə, nəticəsizliyə apardığı ideyası Zahidin timsalında verilir. Ömrü boyu qorxu ilə yaşamağın heçliyi məsələsi isə Turalın dilindən verilən “o qədər qorxmuşam ki, həyatdan, Zərrəcə qorxmuram ölümdən daha” fikirdə əksini tapır. Əmirin “Zahid, bu adamın kini, nifrəti başqadır, düşməni ehkam, din deyil, Mənim zülmümdəndir hər şikayəti, Mənim məbusumdur, o, sənin deyil!” sözləri ilə ədib özünüifşa üsulundan məharətlə istifadə etmiş, onun əməllərini öz dili ilə vermişdi. Əmirin bu sözlərində həm də, dinsizlikdə günahlandırılan şairin din düşməni olmadığı bildirilir.
    Bəxtiyar Vahabzadənin dram yaradıcılığı üçün səciyyəvi olan cəhət – “ikinci səs”, teyf məsələsi burada da özünü göstərir. Vəliəhd Dəyanətin timsalında “ikinci səs”ini eşidir, öz vicdan səsini duyur. Məhz əsərdəki bu surət xarici təsirlər nəticəsində dəyişən obrazdır. B.Vahabzadə dramaturgiyası üçün xas olan digər bir cəhət dünyaya sığmayanların “çərçivə”yə salınması xətti “Fəryad” pyesində də izlənilir. Bu, azad ruhlu nəsimilərin həbsə atılması və Vəliəhdin əqlinin illərlə saray ehkamı ilə çərçivələnməsi süjetlərində əksini tapır. Aypara obrazı isə özünü bilən, əqidəsinə sadiq qadın obrazıdır. O, insanın qüdrətinin öz içində olduğuna inanır.
    Pyesin sonunda nəsimilərin öldürülməməsi simvolik məna daşıyır. Dünya durduqca, nəsimilər var olduqca Nəsimiyə ölüm olmaması ideyası finalda da izlənilir. Bu mənada, Turalın monoloqu olduqca təsirli səslənir.

    Mərdliyə çağırır bu gün hər kəsi,
    Dərisi soyulan şairin səsi.
    Uzaq əsrlərdən gəlir nəfəsi,
    Diri dünyamıza ölü dünyanın

    Bu nitq Nəsiminin ölməzliyinin, əbədiyaşarlılığının şairanə ifadəsi və həm də Bəxtiyar Vahabzadənin mərdliyə çağırış səsidir.

  • Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Nəsimi ili ilə əlaqədar tədbir keçirilib

    https://d.radikal.ru/d04/1909/43/e67cef96b642.jpg

    Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda kitabxanaçıların və oxucuların iştirakı ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

    Tədbirdə Sumqayıt şəhər MKS–in direktoru Yeganə Əhmədova ölkə Prezidentinin Nəsiminin 650 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamdan, tədbirin mahiyyətindən, kitabxanalarda təbliğindən geniş söhbət açıb.

    Sonra “Poeziyamızın fatehi-İmadəddin Nəsimi”, “Nəsimi ədəbi irsinin tədqiqi məsələləri”, “Nəsimi əlyazmaları dünya kitabxanalarında” və “Nəsimi və Azərbaycan dili” mövzuları ətrafında çıxışlar dinlənilib.

    Sonda Azərbaycan əsilli müğənni Sami Yusufin ifasında azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyası və Nəsimi İli ilə əlaqədar keçirilən tədbirlərdən ibarət hazırlanmış videoçarx izlənilib.

    Sumqayıt Regional Mədəniyyət idarəsinin Mətbuat xidməti

    Mənbə: http://turkustan.info

  • Azərbaycan oğlu Fransada

    https://d.radikal.ru/d30/1909/77/fb2384c49495.jpg

    Ağamalıyev Emin Qafar oğlu.Artıq bu ad Fransa iqtisadi və tibbi sahələrdə tanınır.Emin Monpelye1 və 2 universitetlərində müəllim,Fransa Nazirlər Kabinetinin iqtisadi departamentinin səhiyyə sektorunda direktordu.Kimdir bu Fransada bu qədər tanınan Azərbaycan oğlu?
    Ağamalıyev Emin 1980-ci ildə Bakıda doğulub böyümüşdür.Valideynləri əslən Qərbi Azərbaycanın Qaraqoyunlu mahalındadırlar.Atası Ağamalıyev Qafar Azərbaycan Politexnik İnstitunu bitirmiş,Sumqayıt Kompressorlar zavodunda işə başlamışdır.Bakı Məişət kondensionerləri zavodu tikiləndə bacarıqlı mütəxəssis kimi yeni zavoda dəvət olunmuşdur. Bu zavodun tikintisindən işəbaşlayan Qafar kişi zavodda mütəliv sahələrdə idarəçi vəzifələrdə işləmiş və sonda zavodun baş mexaniki vəzifəsinə qədər yüksəlmişdi.Əmiləri elmlər doktoru,elmlər namizədi olmuşlar.Bundan başqa Ağamalıyevlərin fitri idarəçilik qabiliyyəti var ki bunlar Emindən yan keçməmişdir.Qafar Ağamalıyevin də nəsil şəcərəsinə baxsaq ziyalı ailəsindən olduğunu görərik.
    Anası Ayişə xanım isə Azərbaycan Tibb İnstitutunu fərqlənmə ilə bitirərək təqaüdə çıxana kimi pediator həkim işləmişdir.Ayişə xanım Qaraqoyunlu mahalının Haqqıxlı kəndində ziyalı ailəsində doğulub böyümüşdür.Oxuduğu məktəb onun babasının qardaşı Şərif müəllimlə çox bağlıdır.
    Emin evin sonbeşidir.O yeniyetmə ,gənc vaxtlarında təbiətcə çox sakit,gülərüz,elmə çox maraqlı,hərtərəfli biliyə malik bir oğlan idi. Uşaqlıqdan fransız dilində danışmağı çox sevərdi.Eminin on beş –onaltı yaşında olanda onunla söhbətlərimizi xatırlayıram.Elmi biliyi yaşından çox olduğu elə ilk söhbətdə ortay çıxırdı..Orta məktəbi əla qiymətlərlə başa vuran Emin Bakı Dövlət İqtisad Universitetinə qəbul olur və oranı 2000-ci ildə fərqlənmə diplomu ilə bitirir.Oxuduğu dövrdə fransız dilinə çox maraq göstərən və dərslərini əla oxuyan Emin Fransa səfirliyinin diqqətindən kənarda qalmır.Təhsilini bitirdikdən sonra Fransaya dəvət olunur.Təhsilini doktorantura bölümünü Fransada davam edir .2006-cı ildə İyirmi altı yaşında Avropada fransız dilində iqtisadiyyat sahəsində doktorluq müdafiə edir. Bilmirəm bəlkə də Eminə qədər belə göstəricilərə malik olan var.Amma məndə ən çox qürur hissi yaradan Fransada tutduğu vəzifələrlə bərabər Eminin Azərbaycanda icbari tibbi sığortanın təşkili üçün dəvət olunan ekpert qrupun tərkibində gəlməsi oldu.Ondan Avropa ilə Azərbaycanı müqayisə etməsini istədim.Güldü. Yenə də israr elədim.O isə dedi:
    -Bilirsinizmi,mən çox şeyi demək istımirəm.Avropalılar çox punktualdırlar . Biz adicə iki-üç yoldaş bir yerdə oturub çay kofe içərkən etdiyimiz elmi fikri ,mülahizəni dəftərimizə qeyd edirik.Lazım oldu olmadı.Nə zamansa lazım ola bilər. Mənim elmi işimin adı “Təhsilə ayrılan xərclər üzrə gələcək gəlirlərin hesablanması” olub.Azərbaycan mətbuatı 2002-ci ildə məndəm müsahibə götürdü.orada qeyd eləmişəm ki,Azərbaycanı ayağa qaldıran,inkişaf etdirəm azərbaycanlılar olacaq.Mən azərbaycanın intellektinə və iş bacarığına inanıram.
    Emin özü haqda danışmağı sevmir.Yenə də o uşaqlıq gülümsəməsiylə söhbətdən,ğzü haqda məlumatlar verməkdən qaçır.Bu yerdə anası Ayişə xanım köməyə yetir.Hələ oğluna gülərək irad da tutur,niyə nailiyyətlərini demək istəmirsən ki?”Mən deyərəm” deyir və
    davam edir:
    -Eminin elmi işinin bir nüsxəsi Fransa səfirliyində saxlanılır.Emin üçün Fransa səfirliyi iki dəfə Azərbaycan Təhsil Nazirliyinə müraciət edir və onun işinin Fransada davam etdirməsinə icazə alır,Fransaya göndərilir. Hal hazırda Fransa Nazirlər Kabinetinin iqtisadi departamentinin səhiyyə sektorunun direktoru işləyir.Həm də Montpelye1 və Montpelye2 universitetlərində iqtisadiyyatdan dərs deyir. Bir dəfə “Avropa ailəsi genişlənir”adında konfrans keçirilirmiş.Bu konfransda Azərbaycanın və Ermənistanın Avropa Birliyinə üzv ola bilməsi imkanları müzakirə olunurmuş.Azərbaycan iqtisadiyyatını yaxşı bilən bir doktor kimi Emin Azərbaycan nümayəndəsi kimi orada iştirak edir. Erməni doktorant bir qadın da Ermənistan tərəfindən konfrans iştirakçısı imiş.Eminin məruzəsi çox maraqla qarşılanır və hər tərəfdən buna suallar verirlər. Erməni qadın söz alır və Eminin mövzusuna qarşı danışmaq istəyir.Amma alınmır.Beləki,fransız bir professor onun cəfəngiyyat danışdığını vurğulayır. Bu anda qadın erməni fransız dostluğu etnik bağlılığı haqda tarixi köklərindən danışmaq istəsə də həmin professor onu susdurur ki,cəfəngiyyat danışma. Buyur bax bu adam kimi fakt,fikir söylə. Bura Fransadı,dünya iqtisadiyyat modellərini buradan alır.Bu cavan doktoru təbrik edirəm.
    Emin yenə də etiraz edir anasına. 39 yaşlı bu kişi mənim nəzərimdə hələ də balaca Emindi.Öz yumşaq ,həlim davranışıyla,inanmıram ki,emin qarışqanı belə incidə. Düşünürəm,görəsən bu hirslənəndə necə görünür?.onun hirslənməsinə heş inanmıram.Mənə doğru yenə də özünəməxsus təbəssümüylə:
    -Şükür dayı,fikir vermə,mamadı da məni yalandan tərifləyir.
    Ayişə xanım:
    -Niyə yalandımı? Bu Emin uşaqlıqdan elə belədi.Həə elə o vaxtdan həm də Avropa Cərəyanı təşkilatının üzvüdü.Fransada Mərkəzi və Şərqi Avropa “Europa Sentrale et orientale” jurnalının redaktoru Erik de Payen 2002-ci ildə Emini əməkdaşlığa dəvət edir.Həmin ilin 2-ci və 3-cü nömrələrində Eminin məqalələri dərc olunub.Məqalələrdə o Azərbaycanın tarixini,mədəniyyətini,siyasətini,iqtisadiyyatını göstərmişdir.
    Sonda Emin Azərbaycanın iqtisadiyyatını azərbaycanlıların qaldıracağına əminliklə vurğuladı.Biz də bu Azərbaycanlı türk oğlunun Avropadakı müvəffəqiyyətlərinə sevinirik və onun daha böyük uğurlara nail olmasını arzu edirik.

    Elli Atayurd

    Mənbə: http://kultur.az

  • Qafqaz ƏVƏZOĞLU.”Sumqayıtım!”

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

    SUMQAYITIM

    (Sumqayıt şəhərinin 60 illiyinə)

    Sumqayıtım – gözəl şəhər,
    Yarandığın gündən bəri,
    Öz hüsnünlə,
    öz hissinlə,
    nəfəsinlə,
    Heyran etdin gələnləri.
    Çiçəkləndin gündən-günə,
    aydan-aya,
    ildən ilə,
    Yetişdirdin ərənləri!

    Səni qurub-yaradan,
    zirvələrə ucaldan,
    insanlara min alqış!
    Şöhrətinə can atan,
    gündüzün gecələrə,
    qatanlara min alqış!

    Gen açıb qollarını,
    ögeyə – doğma,
    dərdliyə – sirdaş,
    Dostluğa möhkəm oldun.
    Əməlinlə,
    əməyinlə,
    halal duz-çörəyinlə,
    həmişə ötkəm oldun!

    Gen açıb qollarını,
    bir anası olmusan,
    kimsəsizin,
    yalqızın.
    Səninlə fəxr eyləyir,
    səni qurub-yaradan,
    sinən üstə boy atan,
    hər bir oğlun,
    hər qızın!

    Xoş arzulu arzuları,
    diləkləri,
    gümanları,
    Həqiqətə çevirmisən.
    Öz isti qucağında,
    yersizlərə yer,
    ərsizlərə ər vermisən!

    Anatək ağuşuna,
    basmısan qaçqınları,
    yurddan didərginləri…
    Bu geniş ürəyinin,
    olublar dost-doğmaca,
    bir əziz sakinləri!

    Yarandığın gündən bəri,
    qucağına tələsdi,
    işığına tələsdi,
    beləcə neçələri.
    Sökülən bir dan oldun,
    al gecələrə çevirdin,
    qaranlıq gecələri!

    Üşüyən ürəkləri,
    don tutmuş damarları,
    isidib qızdırmısan,
    İlıq nəfəsinlə sən.

    Qarı və qocaları,
    ömrünə bəd baxanları,
    ruhən cavanlatmısan,
    Gənclik həvəsinlə sən!

    Vüsətinə,
    büsatına min alqış,
    Zirvələrə ucaldın.
    Əyilməz vüqarınla,
    sarsılmaz qüdrətinlə,
    ürəklərdə yer aldın!

    Mavi Xəzər hər səhər,
    yuxusundan oyanıb,
    vəcdə gəlir şövqündən.
    Günəş də hər gün belə,
    hüsnünə tamarzıtək,
    tamaşana durmağa,
    sıyrılır üfüqündən!

    Sənsiz olmasın mənim,
    heç bir anım,
    saatım.
    Harda olsam darıxıram,
    qarıxıram,
    qucağına qayıdım,
    Mənim gözəl Sumqayıtım!!

    2009.

  • Qafqaz ƏVƏZOĞLU.”Sumqayıt gözəlləri!”

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

    (Sumqayıt şəhərinin 60 illiyinə)

    Ovsunudur gözlərin,
    Bahardılar, yazdılar.
    Gözəllikdə özlərin,
    Tarixlərə yazdılar,
    Sumqayıt gözəlləri!

    Yaranandan bu şəhər,
    Atıldılar qoynuna.
    Çələng olub təzə-tər,
    Sarıldılar boynuna,
    Sumqayıt gözəlləri!

    Sevsə, cahandan keçər,
    Sevgisinin yolunda.
    Lap belə candan keçər,
    Bağlasan əl-qolun da,
    Sumqayıt gözəlləri!

    Nazdılar başdan-başa,
    Nazlı Xəzərim kimi.
    Hər biri bir tamaşa,
    Yanırlar zərin kimi,
    Sumqayıt gözəlləri!

    Oğulsansa dayan, döz,
    Bu qızlarda baxışa…
    Şair olan, götür yaz,
    Layiqdilər alqışa,
    Sumqayıt gözəlləri!

    2009.

  • Qafqaz ƏVƏZOĞLU.”Var Sumqayıtım!”

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

    VAR SUMQAYITIM1

    (Sumqayıt şəhərinin 60 illiyinə)

    Sevdim ilk baxışdan, təmasdan səni,
    Gördüm ürəklərdə bir dastan səni.
    Olasan beləcə gülüstan səni,
    Düşməsin üstünə xar, Sumqayıtım!

    Qəlbimdə yandırdın od-ocağını,
    İlkin bahar bildim hər bucağını.
    Açıb ana kimi öz qucağını,
    Olmusan bizlərə yar, Sumqayıtım!

    Doldun ürəklərə məhəbbətinlə,
    Ruha qida verdin ülviyyətinlə.
    Tanındın dünyada şan-şöhrətinlə,
    Eylədin özünü car, Sumqayıtım!

    İgid oğlanların bir tərlan-tülək,
    Qoynunu bəzəyən qızların mələk.
    Məhəbbət yanğılı gör neçə ürək,
    Tapdı qucağında yar, Sumqayıtım!

    Hüsnün ürəyimi çəkib qopardı,
    Mənimçün qışın da yazdı, bahardı.
    Könlüm harda belə qərar tutardı,
    Yaxşı ki, a Qafqaz, var Sumqayıtım!!

    2009.

    1- Bəstəkar Nərminə Nağıyeva tərəfindən mahnı-əsər bəstələnmiş, Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə keçirilən şeir-mahnı müsabiqəsində Sumqayıt üzrə I yeri, Respublika üzrə III yeri tutmuşdur.

  • Şair-tədqiqatçı Hikmət Məlikzadənin “Xatirə Fərəcli yaradıclığının poetik təzahürü” adlı yeni kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şair-tədqiqatçı Hikmət Məlikzadənin “Turan” ədəbi məclisinin, TÜDSER-in (Türk Dünyası Sanat ve Edebiyat Platformu) üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, şairə-publisist Xatirə Fərəclinin zəngin həyat və yaradıcılığına həsr olunan “Xatirə Fərəcli yaradıclığının poetik təzahürü” adlı yeni kitabı işıq üzü görüb.

    Qeyd edək ki, bundan öncə şair-publsist Hikmət Məlikzadənin “Yada düşdü” jurnalının baş redaktoru, Respublika “Xatirə” Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədlinin yaradıcılığına həsr olunmuş “Nəzakət Məmmədovanın yaradıcılığında Vətən kodları” adlı növbəti monoqrafiyası ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Harika UFUK.”Sen olmasan yaşayamam”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Geceleri rüyamdasın,
    Gündüzleri hülyamdasın,
    Benim bütün dünyamdasın,
    Sen olmasan yaşayamam.
    Susuzluğum senle bitti,
    Issızlığım aşkla yitti,
    Sen gelince dertler gitti,
    Sen olmasan yaşayamam.
    Özleminle yaşıyorum,
    Engelleri aşıyorum,
    Aşkın ile taşıyorum,
    Sen olmasan yaşayamam.
    Sevdan ateş hep yakacak,
    Kalbimdesin sıcak sıcak,
    Sana sevgim kucak kucak,
    Sen olmasan yaşayamam.
    İçimdesin, dışımdasın,
    Gönlümdeki yaşımdasın.
    Ekmeğimde, aşımdasın,
    Sen olmasan yaşayamam.
    Düşlerinde beni sakla,
    “Harika’m” de, getir akla,
    Geceleri nurla akla,
    Sen olmasan yaşayamam.

    HARİKA UFUK
    ADANA
    16 Mayıs 2011
    Gece

  • Harika UFUK.”Kavuşma mahşere kaldı”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Hayatım karardı, düşlerim heder,
    Günlerim hüzünlü, bitmiyor keder,
    Duyan, gören, bilen acaba ne der?
    Ecel çok zamansız kapıyı çaldı,
    Kavuşma hayalim mahşere kaldı.

    Şarabın dibinde yüzer sarhoşluk,
    Anılarda kalmış yaşanan hoşluk,
    Elimi uzattım, sadece boşluk,
    Ecel çok zamansız kapıyı çaldı,
    Kavuşma hayalim mahşere kaldı.

    Öldüğünü duyan feryadı saldı,
    Dertlerim çoğaldı, içim daraldı,
    Acılar kendimi kendimden aldı,
    Ecel çok zamansız kapıyı çaldı,
    Kavuşma hayalim mahşere kaldı.

    Sevginle petekte baldım, oğuldum,
    Yalnızlık bilmezdim, senle çoğuldum,
    Gözyaşlarım taştı, selde boğuldum,
    Ecel çok zamansız kapıyı çaldı,
    Kavuşma hayalim mahşere kaldı.

    Harika’m sus artık hayaller kurma,
    Ölüme hainlik damgası vurma,
    Alınyazısının önünde durma,
    Ecel çok zamansız kapıyı çaldı,
    Kavuşma hayalim mahşere kaldı.

    HARİKA UFUK
    ADANA
    24 AĞUSTOS 2015
    SAAT: 21.00

    NOT 1: Bu şiir 2 Ekim 2017 tarihinde Mavi Eylül Radyosu sitesinde “Haftanın Şiiri “ seçilmiştir.

    NOT 2: Bu şiir TRT’nin ünlü ses sanatçısı, koro şefi, aranjörü olan bestekâr Suat Yıldırım tarafından TSM Saba Makamından bestelenmiştir.

  • Harika UFUK.”Sevgilim”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Aşkımı ilmek ilmek bin bir güçlükle ördüm,
    Sana ulaşmak arzum, ellerini uzatsan.
    O ceylan gözlerinde sanki cenneti gördüm,
    Yalvarırım sevgilim aşkıma neşe katsan.

    Sensin gözümün nuru, sensin benim kaderim,
    Ne olur kaçma benden sonra bitmez kederim,
    Menzile yaklaştıkça uzaklaşıyor erim,
    Bu aşkın benzeri yok, âşıklara göz atsan.

    Ellerini tutarak güzelliğine baksam,
    Yüreğine su gibi çağlayanlarca aksam,
    Başına ışıl ışıl harika taçlar taksam.
    Bitmeyecek sevdamsın, kırgınlığı unutsan.

    HARİKA UFUK
    ADANA
    13 ŞUBAT 2011
    Saat:23.45