Xalq şairi Zəlimxan YAQUB.”Üzrü günahdan betər”

Özü oynayan deyil,
Onu bir oynadan var.
Ocağını üfürüb,
Suyunu qaynadan var.
Niyә yolunu azdı,
Niyә qәbrini qazdı.
Haramı tanımazdı,
Daddıran var, dadan var.
Qayıtmaq gecdir daha,
Üzrü günahdan baha.
Batırıblar günaha,
Ortalıqda nadan var.

2007, aprel