Sanatçı kimin için yazar? Kendi açmazlarına çözüm bulmak için mi, toplumun sorunlarını ortaya koymak için mi, estetik değeri haiz anıt oluşturmak için mi? İdeolojisini yaymak, adını gelecek kuşaklara bırakmak, ya da Necip Fazıl’ın “Anladım işi, sanat Allah’ı aramakmış;/ Marifet bu, gerisi yalnız çelik-çomakmış…” dizelerinde işlenmiş duyguyu – gerçek sevgiliyi – aramak, hakkı ve hakikati haykırmak için mi? Sanatçı, her ne amaçla yazarsa yazsın, karşısında iyi bir eleştirmen varmış gibi yazmalı. Bu anlayış; sanatçının kendi adı için, edebiyatımızın gelişmesi, ilerlemesi, yükselmesi için lüzumludur. Çünkü eleştirmenin iyisi, yapıtın hakiki değerini ortaya çıkarır. Onun gözünden hiçbir şey kaçmaz. Eleştirdiği yapıtın tüm inceliklerini, ayrıntısını bilir çünkü. İşin kolayına kaçmış yazarı, basmakalıp söyleyişleri, başka kapılardan yemlenmiş düşünceleri, cımbızlanmış seçkin ifadeleri, okurun göz pınarlarına oynayan şairleri, geçmişin koltuk değneklerini kullanan intihalcileri, ikinci el söylemleri, hepsini… Söz dizimine yeni soluk getireni de, toplumun nabzını tutanı da, hep kendini anlatıyormuş gibi görünüp her bir yapıtında bir özge insanı gözler önüne sereni de… Çünkü o, ormana bakıp yaprakları görendir. Yeri geldiğinde eski defterleri karıştırmayı da en iyi bilen, eserdeki açık kapıları anında farkeden, tanıdıkları karşısında terazinin ayarlarıyla oynamayan, fincancı katırını ürküteceğini bile bile söyleyeceklerini makaslamayan, bunu yaparken elden düşme malzemeler kullanmayan. Çünkü eleştirmen, dalgalarla boğuşmayı göze alabilecek kadar cesur, inandığı yolda tek yürüyecek kadar yiğittir. İşte tüm bu nedenlerle her kalem sahibi, yapıtını tribünleri göz ardı etmeden iyi bir eleştirmenin nazarında tartıya çıkacağını düşünerek oluşturmalıdır. “İyi bir eleştirmenin nezdinde benim yapıtımın değeri nedir?” sorusu, akreplerle dolu, dar bir yolda yürümek gibi bir etkiye sahip olacaktır sanatçı için. Belki yapıtlarda nicel düşüş yaşanacaktır ama eserlerdeki nitelik artacak; sonuçta, edebiyatımız, sanatımız, kültürümüz ve yapıtın sahibi kazanacaktır.
Yarpuz’un şimdiye kadar çıkan yirmi dört sayısı ile belli bir duruş yakaladığını görmek yaptığımız işteki kararlılığımızı ve inancımızı artırıyor. Üçüncü yılımıza girdiğimiz bu sayımızla logodan sayfa düzenine kadar birçok değişikliğine gittik. Amacımız hem biçimsel hem de içerik olarak her zaman en iyiyi yapmak.
Birbirinden değerli şair ve yazarlarımıza Yarpuz’a eserleriyle güç kattıkları için çok teşekkür ediyoruz. Yeni sayılarda buluşmak ümidi ile … Yarpuz Edebiyat Dergisi
En başarılı Osmanlıvalilerinden biri olarak kabul edilen Midhat Paşa’nın Tuna Valiliği yaptığı yıllar (1864-1868) modernleşme tarihimiz açısından ayrı bir önem taşır.
Devraldığı modernleşme mirasına kendine özgü denilebilecek birçok yenilik katan Midhat Paşa; dönemin taşra sorunlarına çözüm bulmak amacıyla ilan edilen Vilayet Nizamnamesi’ni Tuna’da başarılı bir biçimde uygulamakla kalmamış, yaygınlaşmasına öncülük de etmiştir.
Osmanlı Devleti’nin yeniden yapılanmasını zorunlu kılan sosyopolitik ve ekonomik gelişmelere de yer verilen eserde; katılımcı yerel yönetim, kanun hâkimiyetinin sağlanması, denetimin kurumsallaşması gibi; devlet yurttaş ilişkilerinin daha rasyonel ve çağdaş nitelikler kazanması konularında hayata geçirilen uygulamalar da ele alınıyor.
Prof. Dr. Bekir Koçtarafından kaleme alınan Osmanlı Modernleşmesi ve Midhat Paşa, tarihi kökenleri hakkında az şey bilinen taşra belediyeleri, nizamiye mahkemeleri, çocuk esirgeme kurumları, kız ve erkek meslek okulları, hapishane atölyeleri, kasaba buğday pazarları, siyasi polislik, tahsildarlık ve taşra basını gibi birçok kurum ve uygulamanın günümüze ulaşmasında Midhat Paşa’nın katkılarını geniş bir çerçevede ortaya koyuyor.Yılı: 2021 Genişli: 15,5 Yükseklik: 23,5 Sayfa Sayısı: 384
Müstəqillik dövründə yaranan postmodern nəsr sahəsində İlqar Fəhminin yaradıcılığını xüsusi vurğulamaq lazımdır. Yazarın xüsusilə “İlk sui-qəsd” (Çənlibel tülküsü – 1-ci kitab -2005), “Qarğa yuvası” (Çənlibel tülküsü – 2-ci kitab – 2006), “Kölgədə əqrəb” (Çənlibel tülküsü – 3-cü kitab – 2007) romanları bu kontekstdən son dərəcə əhəmiyyətlidir.
“İlk sui-qəsd” (Çənlibel tülküsü – 1-ci kitab) romanı Keçəl Həmzənin Çənlibel, Koroğlu, dəlilər və gedişatla bağlı düşüncələrini şərh etməklə başlayır. Romana başlayan oxucu bu düşüncələrin ilk öncə Koroğluya, ya da hər hansı dəliyə aid olduğunu düşünsə də, yazar tərs gediş edərək Keçəl Həmzəni səhnəyə çıxarır. Və yeni modeldə, bütün mənfi xüsusiyyətlərdən arındıraraq oxucuya təqdim edir. Burada yazar Keçəl Həmzənin Çənlibelə əslində necə gəldiyini xəbər verərək dastandan fərqli istiqamətdə şərh olunacaq mövzunun siqnallarını verir. Göstərilir ki, Koroğlu Keçəl Həmzəni Xotkar və paşaların hiylələrindən xəbər tutmaq və ona daimi sığınacaq verib yanında saxlamaq məqsədilə yanına dəvət edib. Koroğlu kimi igidin yanında kiçilməyi ləyaqətsiz paşalarla birgə çalışmaqdan üstün görən Keçəl Həmzə Dona xanımla evləndikdən sonra Koroğluya sığınır. Romanın gedişatından aydın olur ki, Koroğlu ilə Keçəl Həmzənin arasından su sızmır və Çənlibel sərkarı ona məşvərət etmədən addım atmır. Son zamanlar sakit həyatdan sıxılan Həmzə xislətinin tələbi ilə, Çənlibeldə casus olduğuna dair alınan namənin gəlişi ilə sevinir və daha sonra hadisələr mürəkkəbləşir. Həmzə Koroğluya dəlilər arasında casus olduğunu və onun Koroğlunu öldürməyə hazırlaşdığını deyir. Koroğlu bu xəbərdən sarsılır. Sonrakı proseslər isə sabiq dəlilərin sadiqliyini sübut edir, aydın olur ki, Koroğlunu dəlilər yox, Dəmirçioğlunun həyat yoldaşı Telli xanımın əkizi İnanc xanım və dəvaçısı zəhərləyib öldürmək istəyirmiş. Koroğlunun İnanc xanımı cəzalandırmaması isə onun ədalətini göstərir.
Keçəl Həmzədən sonra əsərdə dekonstruktiv dəyişikliklərlə təqdim olunan obraz Aşıq Cünunundur, hətta Çənlibeldə dəlilərin onun haqqındakı fikirlərdir. Aşıq dilbaz, gopçu, mübaliğəçi kimi təqdim olunur: “Amma aşıq danışanda birinin üstünə beş qoyub Koroğlunu o qədər şişirdirdi ki, Çənlibelə bələd olan adamlar mat-məəttəl qalırdılar ki, bu Koroğludan danışır, yoxsa Məlikməmməddən”…
Romanda yazar geniş şəkildə pastişdən istifadə edib.
Roman “Koroğlu” dastanı ilə intertekstual əlaqadə inkişaf edir.
…Romanda dekonstruksiya ilə yanaşı, kollajdan geniş şəkildə istifadə olunub.
Silsilənin davamı olan ikinci kitab isə “Qarğa yuvası” (Çənlibel tülküsü – 2-ci kitab) adlanır. “Qarğa yuvası” romanı İlqar Fəhmi yaradıcılığında xüsusi yer tutur. Dünya intellektual postmodernizmindən fərqlənsə də, İlqar Fəhmi yaradıcılığında intellektualizmin izləri görünür. Ancaq müəllif dastan və dastançılıq xüsusiyyətlərini əvvəldən sonadək qorumağa çalışır. Əsərin üslub və dil xüsusiyyətlərinə gəldikdə vurğulamalıyıq ki, bu aspektdən də yazar dastanda olduğu kimi, sadəliyi, axıcılığı, lakonikliyi üstün tutub. Əsər xüsusi mütaliəli oxucu tələb etmir. “Kitabi-Dədə Qorqud” dastanını oxuyan, yaxud oxumayan hər kəs əsəri dastanın davamı kimi qəbul edib oxuya bilər. Postmodernizmin tələb etdiyi skeptizm kontekstindən isə yazar “Kitabi-Dədə Qorqud”da, yəni klassik mətndə baş verən proseslərin başqa variantını ortaya qoymaq təşəbbüsü ilə çıxış edir.
Keçəl Həmzənin gözüylə müəllif həm də Koroğluya böyük zat kimi baxır. Əsərdə Koroğluya ikili mövqe mövcuddur. Keçəl Həmzənin gözüylə Koroğlu etdiyi saleh əməllərə görə İmam Hüseynə, Qara Mahmud Yezidə bənzədilir. Burada da müqəddəs mətnlərə, hədislərə işarə olunur. İlk kitabda olduğu kimi, “Qarğa yuvası”nda da Keçəl Həmzə obrazı hadisələrin mərkəz xəttini təşkil edir. Hər iki əsərdə ana xarakter Keçəl Həmzədir. O, ağıllı, bacarıqlı və ən çətin məsələlərin həllində yüksək ağıl, siyasət nümayiş etdirir. Ancaq əsərdəki konfliktlər və onların həll yolları sadədir. Bu aspektdən də yazar dastan mövqeyini qorumağı seçir.
Əsərdə oxucu mərkəzçilik, qurğu içində qurğu, oxucunu mətnə ortaq etmək, oxucunu düşünməyə məcbur etmək, mətnlərarasılıq istehza, parodiya, pastiş, oyun prinsipi, magik realizm kimi faktorlar ön plandadır.
Yazar əsərdə magik realizmdən istifadə edib. “Qarğa yuvası” romanı magik realizm ünsürləri ilə zəngindir.
Əsərdəki sehrli dərədə baş verənlər, damğa, tacirin həyətində ağdan qırmızıya dönən qızılgüllər, ölü qarğalar, cadu-əfsun kitabları, dərvişlərin zindandan qarovulçunu ovsunlayaraq qaçmaları kimi məsələlər, rituallar magik realizm ünsürü kimi son dərəcə maraqlıdır.
Detektiv ünsürlərlə zəngin süjetin postmodernizm kontekstindən təqdim olunması əsəri daha da qüvvətləndirir. Yazar postmodern texnikaları detektiv hekayələrlə sintez edir.
“Qarğa yuvası” romanında yazar postmodernizmin bir çox ünsüründən şüurlu şəkildə istifadə edir: “Onunçün Çənlibel sərkarı qəzəblənəndə qurd kimi dağa-daşa düşüb ulamırdı, yumruqlarını sıxıb şir kimi nərildəyirdi”… “Vallah, lap hövsələm daraldı. Görünür ki, mətləbi çox uzatdım. Keçək yenə də təsvirində bulunduğumuz vaqeələrə”. Burada İlqar Fəhmi əsərin qurma, uydurma, fantastika olduğunu oxucuya bildirir. Gerçəkliklə uydurma arasındakı fərqi və romanın uydurma olduğunu meta-fantastik üsul ilə oxucuya çatdırmağı hədəfləyən postmodern yazar mətnin strukturunda oyunlar qurur və reallığı sual altında qoyub sorğulayır. Bu texnika ilə oxucuya bir oyunda olduğunu daima xatırladır.
Bundan başqa, əsərdə Səfəvilər dövrü hadisələri Ərdəbilə səfər edən Keçəl Həmzə, Toxmaqvuranın şeyxin zirzəmisində 15 il dustaq qalan Əli bəy Şamlu tərəfindən danışılır. Burada yazarın Səfəvilər dövründə baş verən hadisələrə dekonstruktiv yanaşması mövcuddur. “Hipertekstual əlaqələrin özünü əks etdirdiyi digər mətn isə Ərdəbildə şeyxin gizli kitabxanasına daxil olmaq istəyərkən tələyə-quyuya düşən Həmzə və dostlarına quyudakı digər başqa bir əsir Əli bəy Şamlu tərəfindən danışılan əhvalatdan ibarətdir. Əli bəy Şamlu Səfəvi şahı Təhmasibin oğlu Heydər Mirzənin hərəminin eşikağası olub. Şah öləndən sonra Ustaclu tayfası Heydər Mirzəni, digər Qızılbaş tayfaları isə şahın Qəhqəhə qalasına saldığı oğlu İsmayıl Mirzənin varisliyini müdafiə etməyə başlayırlar. Digər tayfalar Heydər Mirzəni öldürmək üçün saraya hücum edəndə şahzadə Əli bəy Şamlu tərəfindən ələ verilir və başı kəsilir. Şahzadəni ələ verməyinin səbəbi isə onun qaçış üsulu idi. “…Qabağımdakı kəniz… şahzadə Heydər Mirzəydi, əyninə arvad paltarı geyib ləçək bağlamışdı…”.
“Qarğa yuvası”nda Əli bəy Şamlunun oğlunu öldürməsi epizodu “Quran”dakı İbrahimin oğlu İsmayılı Allaha qurban etmək ayininə oxşayır. Hər iki hadisə yuxu yolu ilə insandan istənilən əmr kimi təlqin olunur: “Ortaya ağır sükut çökdü. Həmzə fikirləşdi ki, hərgah bu adam Allah qabağında öz günahını yumaqçün oğlunun da canını əsirgəməyibsə, demək, həqiqətən çox böyük adamdı. Bu, İbrahim qurbanı kimi bir şeydi”.
Romanda həm dastançı (müəllif), həm də mətn ön plandadır. Mətndə bir çox dastançı səsi, hekayə içərisində hekayələri bir-birinə bağlamaq və ya başqa bir hekayə / və ya mətn içərisində hekayələri izləmək kimi elementlər də mövcuddur…
Silsilədə üçüncü kitab “Kölgədə əqrəb” (Çənlibel tülküsü – 3-cü kitab) adlanır. İlqar Fəhmi “Kölgədə əqrəb” romanına təbiət təsviri ilə başlayır. Qızılbaş atlısının düşüncələri fonunda şərh olunan məsələlər kontekstində postmodernizmin elementi olan kollajdan istifadə olunur: “Sən bir dağın-daşın gözəlliyinə bax. Öylə bil ki, əleyhürəhmət İsmayıl padşah Xətai həştad il əqdəm haman bu yolun sağ əlindəki qayalığın üstünə dırmaşıb doyunca buraları seyr eləmiş, sonra da vəzirlərdən birinin belinə qoyduğu ağappaq Səmərqənd kağızında haman məşhur “Bahariyyə”sini inşa eləmişdi…”.
Əsərin sonrakı hissələrindən bir daha aydın olur ki, bu hissədə də, yenə əsas süjet “Koroğlu” dastanı ilə intertekstual əlaqə içindədir. Ancaq “Qarğa yuvası” əsərindən fərqli olaraq bu dəfə müəllif əsərdə din və təriqətlər məsələsinə ironik nöqteyi-nəzərdən yanaşır…
Əsərdə yenə də, əsas obraz Keçəl Həmzədir. O hadisələrin inkişafı və açılmasında xüsusi rol oynayır. Koroğlu və dəliləri, xanımlar arxa planda qalır. Hətta əsərdə hər yerə səpələnən dəlilərdən qeyri-adi qəhrəmanlıq görmürük…
Əsərin sonrakı inkişafından Bəlli Əhmədlə Həmzənin dialoqunda dastanda var olan Həmzə obrazı və Bəlli Əhməd dekonstruksiya edilir…
Nəticə olaraq qeyd edək ki, İlqar Fəhminin romanları, çoxşaxəli Azərbaycan ədəbiyyatında yaranan postmodern nəsr sahəsində xüsusi yerə malikdir.
Sonluqda yazar postmodern romanın əsas tələblərindən biri olan skeptizim nöqteyi-nəzərindən çıxış edərək oxucunu çaşdırır, elə göstərir ki, Mustafa bəy və Həmzə uçqunun altında qalıb kəndlilərlə birgə ölüb. Ancaq bundan Koroğlu daxil heç kim xəbər tutmur. Hər ikisi kəndlilər tərəfindən dəfn olunur.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Bu gün həmin Xocalıyam… Heç dəyişməmişəm. Həmin küyüm, həmin səsim, Kəsilməyib nəfəsim. Tökülən qanım yerində, Solan arzularım dağımda, daşımda, Geydiyim qan yaddaşımda. Qaysaq bağlamayan yaralarım çat verir. qanı dayanmır. Bu ah-nalədə uyuyub yatan kəslər görəsən niyə oyanmır?! Süngüyə keçirilmiş körpə fidanlıyam, Şəhid qanlı Xocalıyam… Hər gecə sinəmdəki Qan dənizində boğuluram. Hər gün sinəmdəki axan qanla doğuluram. Qara örpəyimi çəkib başıma, Güc verirəm göz yaşıma… Hıçqırtılarımı eşidən yox, Dərdlərimə ikicanlıyam.. Mən həmin Xocalıyam. Hardasınız, ey məni ayaqyalın, başıaçıq köksü yaralı, can üstə Qoyub gedənlər?! Hardasınız? Mən süngülərə keçirilən, Ümidi, inamı daş altında gizlədilən, Ömrü qanlıyam… Həmin Xocalıyam! Körpə fidanları doğranmış, Ümidləri talanmış, Haqqı, ədaləti, Arzusu gözündə qalanmış, Qan ünvanlıyam, Həmin Xocalıyam. İyirmi yeddi ildir sizi gözlərəm. Qanımla yeri, ahımla göyü bəzərəm. Günün batan şəfəqində, Ayın qövsi haləsində, sizi gəzərəm. Artıq 27 yaşım var… Körpə deyiləm, Kiminsə qabağında sınam, əyiləm. Bir igid ərənəm, Şəhid əsgərəm. Bu gecə qanımı almaq istərəm, Silahım köksümdə fışqıran, Şəhid qanı…. Tanı məni, yaxşı tanı!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Bir sevgisən, öz içimdə, Lal olubdu söz içimdə, Olsan yanar köz içimdə, Mən səni sevən deyiləm.
Bu eşqin baxıb dadına, Heç yaraşdırma adına, Gəl məni salma oduna, Mən səni sevən deyiləm.
Xəyal olub düşdüm yola, Yenə də sənlə qol-qola, Milyon varın, sözün ola, Mən səni sevən deyiləm.
Əlim əlindən asılı, Könlüm könlünə qısılı, Desələr bu baxt yazılı, Mən səni sevən deyiləm.
Mən bir azca utancağam, Könül isitməz ocağam, Yaxın dursan yanacaģam, Mən səni sevən deyiləm.
Deyən, çox etdim ərkimi, Sözüm yandırsın hər kimi. Sən məni sevdiyin kimi, Mən səni sevən deyiləm.
Ədəbiyyat, sənət insanları birliyə səsləmir, həm də birliyə hazırlayır. Ziyalının rolu, aydının missiyası insanları hər cür keçid dövrünə, sınaq məqamlarına səfərbər etməkdir. Düşüncədə, ovqatda və fəlsəfədə vahid məkanı yarada bilmək mənasında mənəviyyat adamlarının üzərinə hər zaman həlledici rol düşüb. Bu rolu hansı qələm adamı məsləkinin “tərcümeyi-halına” çevirib, hansı yaradıcı şəxsiyyət daha çox uğurla realizə etməyə çalışıb? Məsələn, poeziyamızda Vətənin obrazı necə əyaniləşib? Hansı dövrlər, hansı mərhələlər onu daha yaxşı şəkildə bədii sözün təcəssümü etməyi bacarıb? Mənə görə, belə bir dövr bir əsr əvvəlin vətən coşğulu poetik mətnlərinə şamil oluna bilər. Cümhuriyyət sevdalı, hürr əzmli poeziya… Bu dövrün ədəbiyyatı mənəviyyata milli kimlik, milli mənlik ovqatının aşılanması baxımından xüsusi önəm kəsb edir və bütün dövrlər üçün görk edilə biləcək səviyyədə ona üz tutulmasına layiqdir. Həqiqətən də, mənəvi səfərbərlik ruhunun dirçəldilməsində, ümumxalq ruhunun hürriyyət məramı ətrafında birləşdirilməsində XX əsrin əvvəllərinin milli özünüdərk, milli istiqlal idealı ilə yoğrulmuş türk poeziyasının xidməti əvəzsiz olmuşdur. Bu dövrdə poeziyada və nəsrdə tərənnüm və milli özünüdərkdən doğan milli ləyaqət və şərəfin vəsfi digər mövzu və problemləri kölgədə qoymuşdur. Milli triadamızın banisi Əli bəy Hüseynzadənin böyük yurd sevgisinin təzahürü kimi gerçəkləşən və ədəbiyyatımıza ilk vətən şeiri kimi daxil olan “Hali-vətən” nümunəsindən tutmuş “Ey vətən, ey pəriyi-vicdanım/ Səni sevmək deyilmi imanım” kimi – Hadinin vətəni sevməyin düstürunu yaradan misralarına qədər ucsuz-bucaqsız sevgi, sonsuzluq işarəsi…
Mənbə: http://edebiyyatqazeti.az/
Bu poeziyanın içində hər şey var. Yalnız bir əsr əvvəlin deyil, bir əsr sonranın yaşantıları, çırpıntıları, savaş və coşğu ruhunun əks olunduğu bütün çalarlar: şəhid ağrısı, bayraq ucalığı, müzəffər ordu, türk birliyinin qələbəsi, düşməni əzmək məramı, vətən sevgisi, yurd aşinalığı, Turan əzəməti və s ., və i…
Bəli, ədəbiyyat, bədii söz həm də tarixin yuvasıdır, bu günün dərslərini zamanın sonrakı axarına qatan və gələcəyə ötürən ən etibarlı məxəzdir. Bu halda qanunauyğun bir məqam da var: baş verənlərlə birlikdə ona münasibət də tarixin predmetidir! Bir əsr əvvəlin ədəbiyyatı millətə enerji püskürən qüvvət mənbəyi oldu. Təsadüfi deyil ki, bir əsr sonra, 2020-ci ilin sentyabrından bu yana davam etmiş 44 günlük vətən müharibəsinin də, qazandığımız zəfərin də yükünü çəkməyə bu poeziyanın gücü yetir.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
III yazı
“Didro effekti”… Yəqin ki, biznes və ticarət sahəsində çalışanların bu termindən çoxdan xəbəri var. 1988-ci ildən terminologiyaya ayaq açan “Didro effekti” alış-veriş vərdişinin insana vurduğu maddi və mənəvi ziyanları açıqlamaq üçün işlədilir.
Bu gün oturub “Didro effekti”nin ədəbiyyata bir dəxli olub-olmamasını çox düşündüm. Nə də olsa, terminin adı bir yazarın adıyla bağlıdır axı… Hə, söhbət məhz ondan – Deni Didrodan gedir…
Bir gün dostu Didroya yeni pijama hədiyyə edir. Filosof pijamasını geyinir, yazı masasına yaxınlaşır, ədəb-ərkanla oturur, yazmağa başlayır və… Və masasının köhnəliyini, əynindəki bahalı pijamaya yaraşmadığını yalnız indi dərk edir; yeni masa alır. Ardınca döşəmədəki xalının rəngləri solğun dəyir gözünə… Sonra da divardakı xalını bəyənmir, pərdələri çoxdandı dəyişmədiyinin fərqinə varır… Beləcə, elə gün gəlir ki, Didro bahalı, bir-birinə yaraşan əşyalara pul xərcləyə-xərcləyə yenidən borc bataqlığına düşür və bu qədər bahalı əşyanın içində yeməyə bir tikə çörək tapmır… Bütün bunlar bir yana, elə həmin borcun, bir tikə çörəyin dərdini çəkə-çəkə, könülsüz-könülsüz masaya oturur, yazmağa başlayır. Bir də ayılır ki, hekayənin son nöqtəsini qoyub… Özü də bu əhvalatı anladan o məhşur hekayənin: “Köhnə pijamam üçün peşmanlıq”…
… Hə, məni düşündürən bax, bu idi; o boyda bahalı əşyanın arasında, əynində o bahalıqda pijama, Didro heç nə yazmamışdı… Yaza bilməmişdi… Yeni hekayəsi isə məhz onun çarəsizliyindən, peşmanlığından “doğulmuşdu”. Qəribədir, deyilmi?
Həm də o qədər qəribədir ki… Ağrımadan, ağlamadan, yanmadan, göynəmədən yazmaq mümkündürmü? Düşüncələrimə indi də bu sualı yük eyləyib dörd yolun ayrıcında, yeddi cığırın görünən səmtində dayanıb öz başıma kül ələyəsi də deyiləm… Yox, bu gün masama heç təzə çiçək də qoymamışam. Eləcə, asta-asta Cəfər Xəndanın o məhşur misralarını zümzümə edirəm:
Axı şairləri şair eyləyən Vüsal olmayıbdır, hicran olubdur…
Bilirəm ki, təsəlli axtarışındadı ruhum. Ədəbiyyatın özünün qamçıladığı bir düşüncəni elə ədəbiyyatdan gizlətməyin, fikirlərimin qançırlarının üstünü sözlə, mətnlə örtməyin yollarını axtarıram, di gəl, bu axtarışın da yönü çıxmazadır. Mənsə, fikir köhlənimi keçiçıxmaz qayalıqların üstünə sürməkçün hazır deyiləm. Sadəcə, ədəbiyyatdan umduqlarımın siyahısını tutmağa başlayıram. Məsələn, bir oxucu kimi oxuduğum hər əsərdən məndən bəhs etməyini umuram. Bu, əksər oxucuların gündüz işığında əllərində şam axtardıqlarıdır əslində. Bəzən insanın özünə deyə bilmədikləridir ədəbiyyat, bəzən ehtiyacı olan birkəlməlik təsəlli, bəzən də yolgöstərəndir, həmdərddir, həmsöhbətdir. Hərçənd, Elxan Yurdoğlu deyir: “Özünüzlə nə qədər danışırsınız danışın, yazı adamı yazdıqlarının içindədir və ən yaxşı şəkildə yazdıqlarıyla söhbət edir”. Bəs yazmayan adam? “Yazı adamı” olmayan adam? Onların ədəbiyyatdan umduqları nədir?
Könül istərdi ki, elə bu an səsim yetdiyi qədər bu sualı pəncərəmdən eşiyə – ən azından bir küçəyə bağıra biləydim, heç olmasa, iki-üç cavab alım. Amma könülün hər istədiyi də olmur bu ədəbiyyatı ruhundan “soyunmağa” başlayan dünyada…
Yox, dünya yeni yazılan əsərlərdən, mətbəələrdə çap üçün növbə gözləyən kitablardan hələ kəm deyil. Bu əsərlərdə qəhətə çıxan ordakı ədəbilik-bədii ifadə vasitələridir. Bəzən irad tutanda “…izm janrı onu tələb eləmir” kimi cavablar eşitməkdə də gecikmirik. Unudulan odur ki, bu “…izm, …iya, …ika” kimi janrlar da ədəbiyyatın bir parçasıdır, onun qucağında başını qoyub uyuya bilmirsə, yuxusuna haram qatılsa – heç yazılmasa yaxşıdır, nəinki umduğumuzu gözümüzdə qoyub küsməyimizə səbəb olalar…
Ədəbiyyatdan küsmək… Bu, bir yazarın, bir oxucunun, hansısa fərdin şəxsi faciəsi deyil; bu, bütöv bir gələcəyin, kökü bir insanın ruhundan başlayan, ailə-nəsil-qonşu-iş yoldaşı-amal yoldaşı-cəmiyyət ardıcıllığıyla böyüyən qocaman bir ağacın içindən ahəstə-ahəstə qurumasıdır. Ona görə də, hərdən ədəbiyyatın içində umduğumuzdan bir hənir tapanda sevinirik… Küsməyə min səbəb olsa da, həmişə barışmağa bircə barmaq yer axtarmaqdır sevgi… Və nə yaxşı ki, hələ içimizdə ədəbiyyata olan o sevgi ümidsizliyə canını təslim etməyib!
Bu yaxında Yusif Səmədoğlunun “Soyuq daş” hekayəsini oxudum. Hekayə mənə o qədər tanış idi ki… Yaddaşımı silkələdim, ilk dəfə oxuduğum bu hekayənin əvvəlinimi, axırınımı tanıyırdım, təsvir olunan hadisənin harda başlayıb-harda bitdiyinimi bilirdim, bunu anşırdammadım. Amma nəydisə, hardaydısa, “Soyuq daş”da ayrılanların paralel dünyadakı vüsal anını anladan bir başqa əsər vardı tanıdığım. Sonra tapdım o əsəri, elə özüm yazmışammış “Birlikdə üşüyək” adlı hekayəni. Qayıdıb öz hekayəmi təkrar bir də oxudum. Elə bil, iki hekayə bir-birini tamamladı. Sadəcə, sonun əvvəli kimi. Çox düşündüm, görəsən, “Soyuq daş”ı daha əvvəl oxusaydım, “Birlikdə üşüyək” yazılardımı? Bilmirəm… Bu da mətnin taleyidi; hardasa öz yarısını – yarını tapmaq onun da nəsibidi.
Düzdü, həmin vaxt “özünü Yusif Səmədoğluna tay tutursan” kimi ironiyalar da eşitdim, indən sonra da eşidəcəyimdən əminəm. Amma bir də güzgünün gümüşü tərəfinə baxdım: əgər zamanın hansısa kəsiyindəsə “Azərbaycan ədəbiyyatı” deyiləndə hansısa bir əsərinin adı Yusif Səmədoğlunun əsəriylə yan-yana çəkilməyəcəksə, onda bu günün Azərbaycan yazıçıları niyə yazır? Bəs onların umduqları nədir bu ucsuz-bucaqsız ədəbiyyat dəryasından? Bu sualın cavabını tapmaq istəyərdim… Di gəl, əlimizin çatmağı bir yana, ünümüzün yetdiyi yerlər də daş hasarların o üzündə qalıb…
Bayaq janrlar və onların tələblərindən danışırdım axı… Bu gün daha çox detektiv janrda yazılan əsərlərdə umduğum bədii təsvirlərin kasadlığını görürəm. Ağzımı açıb bir söz demək o yana, elə gözümücə bərəldib müəllifin üzünə baxan kimi cavab hazırdı: “Burda o dediyinə heç gərək də yoxdu. Oxucu qısa, lakonik mətn, hadisələrin gərgin xətlə cərəyan etməsini istəyir. Biz də onu yazırıq”. Tamam… Bununla da razıyam… Oxucu nə umursa, onu “qızıl sinidə qarşısına qoymaq”la məşğulsunuz, çörək hamının haqqıdır, anam bütün yaradıcılığını arxasınca qaçdığı, amma heç vaxt çatmadığı bir “sarı beş qəpikliyə” qurban verib, bunu, məndən yaxşı anlayan tapılmaz. Amma… Axı… Siz yazıçısınız… Yazırsınız… Yazı adi anlayış deyil… Yazının insan taleyinə bağlılığını duyan, anlayan, idrakından bulaq suyu kimi süzdürən ulularımız taleyimizə “yazı” deyib…
Bir də yazdığınız janrın klassikləri var ki, dediklərinizi, yazdıqlarınızı haqsız çıxarmağa yetir. Məsələn, Adam Hall “Casus postu” detektiv romanında yazır: “Sağ tərəfdə, Schinkel abidəsinin ötəsindəki işıqlara baxdım. Gizlədilməyən qürurla söylənən bir sözü xatırlamışdım: “Bu da Berlin!” Berlin haraydı, necə bir yerdi? Bir zamanlar yer üzünün cəhənnəminin paytaxtı, ortasından divarla bölünmüş, ikiyə ayrılıb da hər parçası təkbaşına yaşayan soğulcanları andıran bir şəhərmi?”
Təsvirə baxın, bənzətməyə baxın… Mənim ədəbiyyatdan umduqlarım siyahısında hər əsərdə məni heyran qoyacaq ifadələrin olması da var…
… Necə ki, “Ulduz” jurnalının “525-ci qəzet”lə birgə hazırladığı “9-luq” layihəsində Rəşad Məcid deyir: “Söhbət ədəbiyyatdan gedirsə, ədəbiyyatın başqa sahələrdən fərqi odur ki, həyatı yüksək səviyyəli bədii obraz və çalarlarla təsvir edir…”
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Türkəm deyə…
Pəncərədən düşən günəş Elə bil ki,buz bağlayıb. İsitməyir könlümü… Qarabağda ruhum əsir Savalandan külək əsir İçimdə boz qurd ulayır… Əllerim açılıb göyə Taleyim bürünüb göyə Tək günahım-Türkəm deyə Yasaq edildi Ana dilim Qurudulur Urmu gölüm
Darıxdım sənsiz….
Yenə payız gəldi sənsiz ömrümə Otağım qaranlıq,divarlar soyuq Tavana rəsmini çəkir gözlərim Qəlbim buz parçası, duyğular soyuq
Qara buludlartək nigarançılıq Həsrət gözlərimə kölgə salıbdır Səni görməsəydim dəli olardım Yaxşı ki,yadımda şəklin qalıbdır
Səninlə üz-üzə durmuşuq sanki Gözümüz danışır, səssiz-səmirsiz Bilməm, ayrılıqmı qorxutdu məni? Yanımda olsan da darıxdım sənsiz.
Kardelen 104. sayısında DOĞU TÜRKİSTAN DÂVÂMIZI ele aldı. Doğu Türkistan Millî Meclis Başkanı Seyit TÜMTÜRK ile röportaj… Doğu Türkistan atasözleri… Çilemiz… Türkiye, Doğu Türkistan ve Azerbaycan şair ve yazarlarında eserler… Olaylara bakış… 64 sayfa…
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası dünyaboyu yayılan koronavirusa qarşı “Evdə qal və sağlam ol” çağrışına dəstək olaraq izləyicilər üçün növbəti videoçarx hazırladı. “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində hazırlanmış növbəti tur Şəmkir rayonunadır.
İzləyicilərə
təqdim olunan videoçarxda Azərbaycan Respublikasının xəritəsində 1660 km2 əraziyə malik olan Şəmkir rayonunun bir
şəhər, yeddi qəsəbə, əlli səkkiz kənddən ibarət olduğu qeyd edilmiş və digər
ümümi məlumatlar toplanmışdır. Xüsusi başlıqlarla təşkil olunmuş təbiəti rəngarəng fotolarla əks edilmişdir.
Videoçarxda
əsrarəngiz, gözəl təbiətə malik olan Şəmkirin
bitki örtüyü ilə zəngin olan Dəryaçay, Suludərə, Sumaxlı, Yastı, Heydər qaçan,
Şam meşələri, ucqar quruluşa malik Yasamal və Gəlavan dağları, XIX əsrə aid
Alman və 1890-cu ilə aid Seyfəli kəhrizləri, bununla yanaşı Dəryaçay,
Tatarlıçay, Zəyəm, Şəmkir, Cəhir və s. çayların, təbii surətdə yer səthindən
çıxan şəffaf Qafqaz və Əsgər bulaqlarının fotoları verilmişdir.
Münbit
torpağında kök salmış palıd, cökə, vələs,
çinar, qovaq, ardıc, şam, iydə, dağdağan kimi bir çox ağaclar, solmaz, lilpar,
çobanyastığı, nərgiz, bənövşə, süsən, zanbaq kimi göz oxşayan güllər və yamyaşıl,
şəfalı otların siyahısı ilə fotoları videoçarxda izləyicilərə təqdim
olunmuşdur.
Videoçarxda
bir çox heyvanların fotoları toplanmış, quşlar sırasında kəklik, qartal, qarğa,
bülbül, ördək, ağacdələn, turac, şanapipik və b. siyahısı da qeyd edilmişdir.
Milli
sərvətimiz olan tarixi abidələrdən – qalalar, qədim yaşayış yerləri, qalaçalar,
qədim tarixlə bağlılığı olan qəbirstanlıqlar, 1998-ci ildə inşa edilmiş Şəmkir,
Əliyaqublu və Düyərli məscidləri, 2006-cı ilə aid Paşa məscidi ilə yanaşı digər
məscidlər, həmçinin muzeylər, ziyarətgahlar da videoçarxda öz yerini tapmışdır.
Şəmkir
torpağı Zaur Sarıyev, İsgəndər Aznaurov kimi Azərbaycan Milli Qəhrəmanlarının,
Molla Vəli Vidadi, Əhməd Cavad, Taleh Həmid, Məzahir Hüseynzadə kimi şairlərin,
Azərbaycan SSR xalq artisti olan Leyla Bədirbəylinin, aşıq sənətinin ustalarının
və digər sahələr üzrə şöhrət qazanmış görkəmli şəxsiyyətlərin məkanı olmuş, həmin
şəxsiyyətlərin siyahısı da izləyicilərə təqdim edilmişdir.
Videoçarxda
həmçinin Şəmkirin tarixən inkişaf etmiş sənətkarlıq sahələri – xalçaçılıq, ipəkçilik,
üzümçülük, dülgərlik, dəmirçilik də qeyd edilmiş, mətbəxinə aid müxtəlif növ
yeməklərin fotoları da verilmişdir.
Müasir
binalar və parkların, zavodlardan – Maşınqayırma zavodu, Daş karxanası, Çörək
zavodu, Şərab zavodu, Quşçuluq fabrikinin fotoları ilə videoçarx yekunlaşmışdır.
Hazırlanmış videoçarx söz və musiqisi Maestro
Ceyhuna aid olan Adil Karacanın ifa etdiyi “Şəmkirim mənim” mahnısı ilə müşayiət
olunur.
Şəmkir
videoçarxını aşağıdakı linkdə izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=CtDoOZmRCuQ
“Vətənimizə virtual səyahət” adlı layihəyə
daxil olan videoçarxlar “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube
kanalında yerləşdirilib.
Silsilə
şəklində hazırlanan videoçarxlar davam edir.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Sevinc bizdən uzaq idi,
Kədərin də üzü döndü.
Bumeranqdır sanki həyat,
Nə etdiksə,bizə döndü.
Haqq yoluna üz qoyduq.
Yaramıza duz qoyduq.
Qəlbimizə buz qoyduq.
Buz bir anda közə döndü.
Günah da yük,savab da yük. Qələm balta,vərəq kötük. Günahları edam etdik. Savabımız sözə döndü. 09.04.2020
Elə bu axşam…..
Gözlərimə işıq düşür, Zülmət çöküb daxilimə. Büvə düşmüş xalı kimi, Sökülürəm ilmə-ilmə
Yaddaşımın çığırların İtirmişəm,ot basıbdır. Xəyallarım,arzularım Məni yolda azdırıbdır.
Bu həsrətin qoxusu da, Çin çıxmayan yuxusu da Tək qalmağın qorxusu da Yalnızlıqdan dəhşətlidir.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
Köhnə yara sağalır, Üstünü qaysaq tutub. Neçə ildi axtardığım sevgini Duyğularım Suç üstündə sağ tutub. Qəribə şeylər olur, İçimdə yaz havası. İndi kimin cəsarəti, İndi kimin hünəri var Bu havanı Ürəyimdən qovası? Həə, bir də, onu da deyim, Nə yerliyəm, nə qonağam. Qala bilsən, yurd yeriyəm, Köçərisən, köç məndən. Nə istəsən seç məndən.
Heydər Əliyev 1941–1944-cü illərdəNaxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,[11]1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.[12] O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1964-ci ildəAzərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.[12][13] H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.[14]
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.[15] Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.[16] 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.[17]
Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.[22]
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.[10]
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.[23] Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.[24]
Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.[25]
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr[26] və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin[27] qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.[28]
1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.[28]
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.[29]
Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir.[30] Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.
2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.[31][32]
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.[33]
Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü, Y.V.Andropov adına mükafat — 2003[79]
ABŞ-ın Linkoln Universitetinin fəxri doktoru — 2003[80]
Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru — 2003[81]
Avropa Güləş Federasiyasının “Qızıl boyunbağı” fərqlənmə nişanı — 2002[82]
Beynəlxalq İhsan Doğramacı Fondunun qızıl medalı — 2002[52]
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Cavabsız sevgi
Nazını çəkməyə hazırdım hər an Çünki mənasızdır əzabsız sevgi Ancaq ki, insanı bir ağac kimi İçindən çürüdür cavabsız sevgi
Yanımda olsan da, mənə uzaqsan Hər yandan üstümə həsrət çilənir Baxışın bənzəyir ölüm hökmünə Gözündən üzümə nifrət çilənir
Sanmaki, hər işin doğrudur, düzdür Ömrünü puç edər əyrilər bir gün Sevgimə gülərək alçaltma məni Nifrətin sevgiyə çevrilər bir gün
Daha məni heç nə təəccübləndirmir Daha mənə heç nə qeyri-adi gəlmir.Fikirlərim dar beynimə,Hisslərim qafiyəyə,Ruhum isə “can” adlanan bu qəfəsə sığmayır.Sıxılıram, boğuluram..“Haqqa” doğru yol gedirəm,“Həqiqət”i özləyirəmTamlığından ayrı düşmüş yarpaq üzərində bir şeh damlasıyam.Buludlara qovuşmaqçün günəşin doğmağını gözləyirəmMən, keçmişindən xəbərsiz,Gələcəyinə biganə manqurtlaşan gəncliyəm,Məhvə məhkum bir xalqın son gümanı,ümidiyəmAtası şəhid, anası faişə bir uşağın “insanliğ”a nifrətiyəmHər şeyin nəfsinə qurban verənəsgərin əzab çəkən vicdanıyam,qeyrətiyəm.Əsirlikdə təhqir olan qadınların ismətiyəm.“Söz” tapıb ifadə edə bilmədiklərim içimi yandırır, kül eləyir.Mən Qarabağda yandırılmış,xaraba qalmış bir yurdamTamahına aldanaraq tələyə düşmüş,qarşısında şikar durmuş,gözləri bərələ qalmışBoz qurdam.Bədənimi buz kəsibdir,donmuşam,bəlkə,yenidən qış gəlibdir?…yox!yox!Deyəsən,elə mən ölmüşəm..Ağzımdan çıxaraq havada iz buraxan,Nəfəs deyil,içimdəki od-alovun istisidir,tüstüsüdür Darıxdım sənsiz…. Yenə payız gəldi sənsiz ömrümə Otağım qaranlıq,divarlar soyuq Tavana rəsmini çəkir gözlərim Qəlbim buz parçası,duyğular soyuq Qara buludlartək nigarançılıq Həsrət gözlərimə kölgə salıbdır Səni görməsəydim dəli olardım Yaxşı ki,yadımda şəklin qalıbdır Səninlə üz-üzə durmuşuq sanki Gözümüz danışır,səssiz-səmirsiz Bilməm, ayrılıqmı qorxutdu məni? Yanımda olsan da darıxdım sənsiz. Dodağım Məktubun sonunda öpürəm yazdınAğacda yarpaqtək əsdi dodağımOnu belə kövrək görəndə dilimDedi sızlamağın bəsdi dodağım Bir an da əhdindən üz döndərməyibHaqlını haqsıza qurban verməyibSənin qeybətinə dözə bilməyibDişimlə dilimi kəsdi dodağım
“Cəhaləti aradan qaldırmaq uğrunda hər bir addımı dəstəkləyirik!” devizi ilə fəaliyyətini uğurla davam etdirən “Yazarlar.az” saytı tərəfindən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Vüqar Əhməd “Koroğlu” romanına görə “Ziyadar” Mükafatına layiq görülüb. Kitabın “Ön söz”ünün müəllifi AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoydur. Bədii əsərin rəyçisi “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, redaktoru isə Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru, Təhminə Vəliyevadır.
Tarixi mövzuda qələmə alınan əsər “Ecoprint” nəşriyyatında çap olunub. 352 səhifədən ibarət əsər müəllifin 4-cü romanıdır.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər
Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş virtual tədbirlər və
layihələr həyata keçirir.
Bu layihələrdən biri Respublika Uşaq-Gənclər
İnkişaf Mərkəzinin vokal dərnəyinin üzvlərinin ifasında Esmiralda Hüseynovanın
bəstələdiyi “Heydər baba” mahnısıdır. Kollektivin bədii rəhbəri Esmiralda
Hüseynovadır. Mahnını izləyicilərə təqdim edirik.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
Şair dostum əzizim dəyərlim gözəl insan qohumum el oğlum şair Alik Dənizsevər dən gözəl bir şeir dəyər vermək poeziyanın ən gözəl nemətidir şairimizə uğurlar diləyirəm darıxmışam sizin üçün…
Onda bildim ki, Sevməkdən çox sevilməlisən. Bir söz üçün Gündə min yol ölməlisən. Axtar tap, Tələsmə yazmağa, Nə zamanım var. Gördüyüm yuxuları yozmağa Onda bildim ki, Məndən keçənlərin Sağ olun da unuduldum, Görməməzliyə vurduğum şeyləri Oldu da Yudum-yudum Hər içimə atdıqca Hər gün biraz biraz içdim Onda bildim ki Bir dərdlik də ölə bilər insan.
Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” adlı Beynəlxalq onlayn elmi konfransı keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş konfransa Azərbycanla yanaşı Türkiyə, Qazaxıstan, Rusiyadan elm xadimləri qatılıblar. Konfransı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli açaraq bildirib ki, “Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin yetişdirdiyi nadir dünya liderlərindən biridir. O, keçmiş SSRİ-nin siyasi bürosunda idarəetmədə təmsil olunmaqla yanaşı, uzun müddət Azərbaycanın rəhbəri olmuşdur. Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə xalqını gələcək müstəqilliyə hazırlamaq üçün böyük işlər görmüş, milli oyanışda mühüm rol oynamışdır. Onun Azərbaycanı müstəqilliyə hazırlama xidmətlərinə 1978-ci ildə Azərbaycan dilini rəsmi dövlət dili elan etməsini, zabitlər hazırlayan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məhz Azərbaycanda açılmasını və digər çoxsaylı işlərini nümunə göstərmək olar”.
SSRİ-nin süqut dövrünün şərhini verən akademik
əlavə edib ki, həmin dövrlərdə Naxçıvanda yaşayan Heydər Əliyevin sayəsində üçrəngli
bayrağımız ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisində qaldırılmış, Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri
çıxarılmış, SSRİ-nin qorunub-saxlanması ilə bağlı keçirilən referendumda Muxtar
Respublika iştirak etməmişdir.
Daha sonra ümummilli liderin müstəqillik illərindəki
fəaliyyətinə işıq salan akademik İsa Həbibbəyli
onun daxili və xarici siyasətdə tutduğu məqsədyönlü istiqamətin tarixinə nəzər
salıb. Heydər Əliyevin Türkiyə Cumhuriyyəti ilə münasibətlərə xüsusi önəm
verdiyini, 1994-cü ildə Çinə, sonralar bir neçə dəfə ABŞ-a səfərlər ediyini
müstəqil Azərbaycan dövlətinin tanınmasında, əlaqələrin qurulmasında mühüm
addımlar olduğunu diqqətə çatdırıb. Müasir dövrdə onun siyasətinin Prezident
İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
Akademik həmçinin Heydər
Əliyevin elm, incəsənət və ədəbiyyat xadimlərinə xüsusi diqqət və qayğısından
da bəhs edib. Eləcə də, onun qayğıkeşliyinin bu gün elm adamları tərəfindən
yüksək qiymətləndirildiyini əlavə edib. Buna nümunə olaraq AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda hazırlanan ikicildlik “Ədəbiyyatda Heydər Əliyev
obrazı tarixi gerçəklikdən ideala” kitabını misal gətirib.
Sonra Beynəlxalq Türk
Akademiyasının prezidenti, professor Darxan Kıdırali “Türk xalqları arasında qarşılıqlı
əlaqələrin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə edərək əsas diqqəti
Heydər Əliyevin Qazaxıstan-Azərbaycan və ümumiyyətlə, türk dünyası üçün xidmətlərinə
yönəldib. Bildirib ki, Heydər Əliyevlə Nursultan Nazarbayevin şəxsi dostluq
münasibətləri dövlətlərimizin də əlaqələrinin inkişafına təsir göstərib.
TÜRKSOY və digər bu kimi qurumların yaranmasında Heydər Əliyevin rolunu xüsusi
vurğulayıb. Türk dövlət başçılarının Zirvə görüşlərinin keçirilməsinin onun adı
ilə bağlı olmasını, “Dədə Qorqud”, “Manas” kimi dastanlarımızın yubileylərinin
qeyd edilməsində xüsusi xidmətlər göstərdiyini bildirib. Bugün onun yolunu
uğurla davam etdirən Prezident İlham Əliyevin Türk Şurasının, TürkPa-nın.
TÜRKSOYun, Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə böyük təkan verdiyini nəzərə
çatdırıb.
Videokonfransda Şimali
Kiprin Yaxın Doğu Universitetinin professoru Fəxrəddin Sadıqoğlu “Kiprdə Heydər
Əliyev xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər”, Rusiyanın
Rostov şəhərində yerləşən “Cənub Universiteti”nin (İdarəetmə, Biznes və Hüquq
İnstitutu) rektoru, professor İmran Əkbərov “Azərbaycan-Rusiya münasibətlərinin
formalaşmasında Heydər Əliyevin rolu”, KÜNİB-in rəhbəri, professor Ramazan
Qorxmaz “Heydər Əliyev və Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda məruzələrlə
çıxış ediblər.
Daha sonra AYB-nin katibi, “525-ci
qəzet”in baş redaktoru Rəşad Məcid “Heydər Əliyev və Azərbaycan mətbuatı” adlı
məruzəsində Ümummilli liderin mətbuat üçün gördüyü işləri və onunla bağlı xatirələrini
bölüşüb. Baş redaktor qeyd edib ki, “Heydər Əliyevin hələ sovet dövründə ədəbiyyata
və ədəbiyyat xadimlərinə, jurnalistlərə verdiyi dəyər əfsanə kimi danışılırdı.
Biz də 1993-cü ildən sonra onun addımlarını işıqlandırırdıq. “525-ci qəzet”in
müxbiri həmişə onun keçirdiyi görüşlərdə olub, ən müxtəlif suallara cavab alıb.
Onun 6 avqust 1998-ci ildə imzaladığı fərmanla senzura tamamilə ləğv edildi,
bununla da tam yeni bir mənzərə yarandı. Həmişə problemli situasiya yarananda
ulu öndər mətbuatın tərəfində olub. O, Azərbaycan qəzetlərini və
televiziyalarını diqqətlə izləyirdi və mətbuatın qaldırdığı problemlərə xüsusi həssaslıqla
yanaşırdı. Ümumiyyətlə o, ictimai idarəetmənin ustası idi”.
Onlayn elmi konfransda AMEA-nın
Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Heydər Əliyevin Naxçıvan
dövrü fəaliyyəti”, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu
“Heydər Əliyev və Azərbaycan dili”, Memarlıq və İncəsənət İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Heydər Əliyevin obrazı
xalçaçılıq sənətində”, Fəlsəfə İnstitutunun direktor müavini, fəlsəfə elmləri
doktoru Eynulla Mədətli “Azərbaycan diplomatiyasının inkişafında Heydər Əliyev
fenomeninin rolu”, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə “Heydər
Əliyev və Azərbaycan qadını” mövzusunda məruzələrlə çıxış ediblər.
AMEA-nın digər əməkdaşlarından
Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri
doktoru Elnarə Akimovanın “Ədəbiyyatda Heydər Əliyev obrazı”, Yeni Azərbaycan
Partiyası AMEA ərazi partiya təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru
Ulduzə Mehvalıyevanın “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu
kimi”, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmmədin məruzələri
dinlənilib.
Videokonfransda Ədəbiyyat İnstitutun
direktor müavinləri, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli, filologiya
üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Rəşad Qasımov və İnstitutun elmi
katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli də iştirak ediblər.
Ədəbiyyat İnstitutun digər əməkdaşlarından
Azərbaycan – Türkmənistan – Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri,
filologiya elmləri doktoru Almaz Binnətova, İnstitutun Təhsil şöbəsinin müdiri,
sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, Ədəbiyyat İnstitutunun YAP ilk
özək təşkilatının sədri, filologiya
üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərli, İctimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Gülnar Qasımlı da konfransa qatılıb.
Onlayn konfransda Dendrologiya
İnstitutundan Tünzalə Zeyvəliyeva, AMEA Gənc
Alimlər və Mütəxəsislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin
Salmanov, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və
informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova
da iştirak ediblər.
Dünya belə dünyadı, Baş açmazsan felindən. Bir də gördün lalı da Tora saldı dilindən. Aləmdən bac alan da Dad eyləyib əlindən. Ağlama, mələk üzlüm, ağlama, Ağlama, leysan gözlüm, ağlama, Ağlama, boyuna qurban.
Ömür öz köçündədi, Yaşadın, yaşamadın. Bir qarışqa yükünü Daşıdın, daşımadın. Bu necə ağlamaqdı – Gözünün yaşı – yadın! Ağlama, mələk üzlüm, ağlama, Ağlama, leysan gözlüm, ağlama. Ağlama, boyuna qurban.
Karvan bayaqdan ötüb, Gecikən sən olmusan. Butan vaxtında gəlib, Gec içən sən olmusan. Tez ikən özgə idin, Gec ikən sən olmusan. Ağlama, mələk üzlüm, ağlama, Ağlama, leysan gözlüm, ağlama. Ağlama, boyuna qurban.
HAVADAN AYRILIQ QOXUSU GƏLİR
Əbəsmiş dayanmaq bu yağış altda, Qismətim yenə də qəhər olacaq. Göyün ulduzları yır-yığış altda, Yəqin ki, bir azdan səhər olacaq. Gecədi, birtəhər sovuşub gedir, Qarşıdan səhərin qorxusu gəlir. Özümü öyrədim ayrılıqlara, Havadan ayrılıq qoxusu gəlir.
Dan yeri ayrılıq doğdu bu səhər, Bu sərsəm doğuşdan, qəfil doğuşdan İçimə ayrılıq toxumu düşdü, Bilmədim azımı, çoxumu düşdü. Gözümdən süzülən göz yaşıdımı, Yoxsa ki, bir əlçim yuxumu düşdü. Bəlkə ona görə səkilərin də, Otun da, daşın da, kol-kosların da. Gecəni yatmayan bu «dostlar»ın da Qapanır gözləri, yuxusu gəlir. Özümü öyrədim ayrılıqlara, Havadan ayrılıq qoxusu gəlir.
Ağlaya bilmirəm ağac gözüylə, Çiçək gülüşüylə gülə bilmirəm. Nə məndən bir yolluq sağ qalan olmaz, Nədəki, bir yolluq ölə bilmirəm. Göz yaşım gözümdə donub haçandı, Çətini hər şeyin sonunacandı. Ölməyin, qalmağın sonu bəllisə, Hər şeyin cilidi, donu bəllisə, Bəs niyə hayana əl ətıramsa, Əlimə hicranın yaxası gəlir? Özümü öyrədim ayrılıqlara, Havadan ayrılıq qoxusu gəlir.
ÖZÜN DEMƏDİNMİ…
Sən mənim dünyada ən şirin yuxum, Sən mənim ən gözəl dərdimsən, gözəl. Bir özgə dərd varsa, mən orda yoxam, – Gecəli, gündüzlü dərdim – sən, gözəl.
Göynətdi sinəmi bu “Göyçəgülü”, Oxşadım bu yercə, bu göycə gülü. Harda görmüşəm mən bu göyçək gülü? – Əl atıb çəməndən dərdim – sən, gözəl.
Özgə aləmi var bu bar dərməyin, Sevənlər, sevgidən qubar dərməyin! Qisməti bu günmüş nübar dərməyin, – Özün demədinmi, “dər, dinsəm…”, gözəl!
NƏ DANIM
Daha titrək əllərindən Üzülüb əlim, nə danım?! Hamıdan ağıllı olan, Hamıdan dəlim, nə danım?
Qəlb didən oxun yox idi, Sevgisiz yuxun yox idi, Bir kərə “yox”un yox idi, Ay mənim “bəli”m, nə danım?!
Aramıza iblis girdi, Girdi, özü də pis girdi. Seryağublar şər püsgürdü, Vuruldu pəlim, nə danım?!
Daha düşmür pay qarmağa, Baxıb gülür çay qarmağa, Heymi qalıb hayqırmağa? – Olmuşam həlim, nə danım?!
Hanı o xoş anlı çağım, Ötüb dəliqanlı çağım, Ömürlə qanlıbıçağam, Gülür əcəlim, nə danım?!
Hər tərəf kor, hər yan sağır, Göydən həsrət, nisgil yağır, Bəlkə son deyil, sən çağır, Mən donüm gəlim… nə danım…
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002 ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:
Abbasov Tariyel Abbasqulu oğlu
Abbasova-Budaqova Afaq Nurəhməd qızı
Abdullayev Kyazım Ənvər oğlu
Abdullayev Mətləb Fətəli oğlu
Abdullayev Sərxan Qəhrəman oğlu
Abdullayeva Xurşud Lütfəli qızı
Abdurahmanov Yusif Fikrət oğlu
Adıgözəlov Yalçın Vasif oğlu
Ağaverdiyeva Məsməxanım Aslan qızı
Axundov Bəxtiyar Ağayar oğlu
Allahverdiyev Vasif Kərim oğlu
Allahverdiyeva Naibə Siyavuş qızı
Babayeva İnarə Əhməd qızı
Bağırov İzaməddin Zeynal oğlu
Bayramov Salman Bayram oğlu
Bəxtiyarov Rəşad Bəhram oğlu
Butenko İqor Leonidoviç
Cəfərov Mircavad Mirqəfər oğlu
Cəfərov Novruz Adil oğlu
Cəfərov Samir Qadir oğlu
Dadaşov Əmrah Balaxan oğlu
Eyvazov Anar Əli oğlu
Eyvazov Yasəf Alxas oğlu
Eyyubov Musa Eyyub oğlu
Əbdülsəmədova Zemfira Feyzulla qızı
Əflaki Ədilə Osman qızı
Əhmədov Əhməd Ural oğlu
Əhmədov İlkin Qənbər oğlu
Ələkbərzadə Mehriban Zaur qızı
Əliyev Sərvər Bəhlul oğlu
Əliyev Vaqif Səfər oğlu
Əliyeva Afət Məmməd qızı
Əliyeva Böyük Xanım Həsənbala qızı
Əliyeva Dilarə Asif qızı
Əliyeva Münəvvər Sabir qızı
Əliyeva Nərgiz Arzu qızı
Əliyeva Şəfəq Rəsul qızı
Əlizadə Əkbər Müzəffər oğlu
Əmirbəyova Rita Cəmil qızı
Əsədova Səbinə Çingizovna
Əsgərov Əli Rəhim oğlu
Əsgərov Əsgər Əkbər oğlu
Əskərov Qoçaq Məhərrəm oğlu
Ferştandt Makar Sergeyeviç
Gözəlova İradə Vaqif qızı
Hacıyev Əli Əliyusif oğlu
Hacıyev İlqar Xəlil oğlu
Hacıyev Ümüd Səyyad oğlu
Hacıyeva Naylor Fidan Hacıağa qızı
Hacıyeva Sevil İnşalla qızı
Hacıyeva Səbinə Sabir qızı
Heydərova Çinarə Yaşar qızı
Həmidov Əjdər Qüdrət oğlu
Həsənova İradə Aslan qızı
Həşimov Orxan İlqar oğlu
Həşimzadə Xanlar Allahverdi oğlu
Hüseynli Anar Vaqif oğlu
Hüseynov Fizuli İsmət oğlu
Hüseynov Şövqi Ərəstun oğlu
Hüseynov Tofiq Əbdülrəhim oğlu
Hüseynova Kamilla Fikrət qızı
Hüseynova Kəmalə Müzəffər qızı
Hüseynova Laləzər Ramil qızı
Xanlarova Mehriban Aslan qızı
Xasiyev Nadir Şənbə oğlu
Xəlilzadə Rüfət Eldar oğlu
İbrahimov Fuad Natiq oğlu
İbrahimova Səbinə Vaqif qızı
İbrahimova Şəhla İbrahim qızı
İmanov Vaxtanq Yaşar oğlu
İmanova Gülbacı Əliəkbər qızı
İskəndərova Sənubər Sabir qızı
İsmayılov Qurban İbrahim oğlu
Kərimov Loğman Seyfulla oğlu
Kərimova Cəmilə Rüstəm qızı
Kərimova Qərinə Rəhim qızı
Kərimova Nərgiz Faiq qızı
Qarayev Elnar Cəfər oğlu
Qasımov Məmmədsafa Məmmədəli oğlu
Qasımov Yusif Əli oğlu
Qəhrəmanov Abbas Əhməd oğlu
Qəmbərli Ayaz Vahab oğlu
Qəmbərov Salman Hüseyn oğlu
Qəribova Nargilə Dursun qızı
Qrafkin Boris Fyodoroviç
Quliyev Cəmil Elşad oğlu
Quliyev Əyyub Ramiz oğlu
Quliyev Hafiz Məhərrəm oğlu
Quliyev Rövşən Vaqif oğlu
Quliyeva İntizar Təhməzqulu qızı
Qurbanov Cahangir Qafar oğlu
Qurbanov Cahangir Vahid oğlu
Qurbanov Oruc İzzət oğlu
Qurbanova Gülzar Qurban qızı
Qurbanova Pərvanə Yaqub qızı
Mehmandarov Mustafa Adil oğlu
Məhərrəmov Firudin Əliməmməd oğlu
Məmmədxan Ucal İsa oğlu
Məmmədov Anar Ramiz oğlu
Məmmədov Ayşad Kamal oğlu
Məmmədov Maqsud Fazil oğlu
Məmmədov Murad Məmməd oğlu
Məmmədov Sabir Novruz oğlu
Məsimov Qurban Abdulla oğlu
Mikayılov Anar Şamil oğlu
Mikayılova Sonaxanım Məmmədağa qızı
Mirişli Nazim Ramiz oğlu
Mir-Qasım Ayan Oqtay qızı
Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu
Mirzəyev Gülağası Ağa Hüseynoviç
Mirzəyev Rafiq İsmayıl oğlu
Mirzəyev Sucəddin Qiyas oğlu
Musayeva Səmayə Məmməd qızı
Musayeva Şükufə İmran qızı
Mustafayeva Laləzar Bəşir qızı
Nəbiyev İbad Fərrux oğlu
Nəsirova Hicran Fətəli qızı
Nəzərov İlham İslam oğlu
Novruzova Nubar Qulu qızı
Nurzadə Əli Qayıb oğlu
Osmanov Bəhram Məcid oğlu
Osmanov Fuad Tacəddin oğlu
Piriyev İvtixar Fəhrat oğlu
Poladov Əkram Nicad oğlu
Rəhmanov Rəhman Tofiq oğlu
Rüstəmov Elşən Mərdan oğlu
Rüstəmov Nurlan İbrahim oğlu
Rzayev Vüsal Elman oğlu
Salahov Əbülfət Yusif oğlu
Salamova Gülcahan Əhməd qızı
Salmanov Nicat Fərhad oğlu
Seyidov Uran Seyid Musa oğlu
Səlimli Mirbala Seyidəsgər oğlu
Səlimov Ruslan Xanbala oğlu
Səmədov Şükür Hacıbala oğlu
Süleymanlı Ceyhun Təvəkkül oğlu
Şarovskaya Natalya Yuryevna
Şeyxov Nizami Hüseyn oğlu
Şərifəliyeva Səidə Vahid qızı
Şıxəliyev Ramin Tofiq oğlu
Şirəliyev Elşən Şıxəli oğlu
Şirəliyeva İlhamə Şərbətəli qızı
Şirməmmədov Namis Xanmirzə oğlu
Vahabzadə Səbinə Qulam qızı
Vəliyev Nofəl Abdulməcid oğlu
Vəliyeva Nigar Natiq qızı
Yaqubova Ella İsmayıl qızı
Zeynalov Azər Zeynalabdın oğlu
Zeynalov Elnur Əli oğlu
Zəki Mehriban Mürvət qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 may tarixli 1172 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 893) 1-ci hissəsi ləğv edilsin.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri
Pıçıltı
Nə bir rahat yuxum var, nə yuxumda bir dinclik. Bir nazik ipin üstdə oynamaq zülüm işdi. Səni çəkib yuxumdan evimə gətirmişəm, gör necə xarabadı… Divarlarda boya-boy hər yerdə sənin şəklin. Gəlişinə sevinən qapım necə ağlayır, pəncərəm açıq qalıb görən hansı axşamdan? Masamın üstü dolu…yer yox barmaq qoymağa, burda nələr desən var,bir sevincdən savayı. Ağ varaqlar üşüyür sükutun soyuğundan… əllərin nə soyuqdu. Sən gələndən dayanıb divardakı saat da, əqrəblər üst-üstədi. Sonsuzluğun içində biz ikicə nəfərik. Sən yaralı göyərçin… Istəmirəm mən sənə dəmir qəfəs olmağı, yaranı sarımağa bir azca göz yaşım var. Ağacların yarpağı Gecənin qulağına gör nələr pıçıldayır… Şam əriyib qurtarıb… Bir söz denən,yandırım ürəyimi sübhəcən.
***
Heyif,mən də beləyəm, Bir az zalım adamam. Hər addımda aldanan, Uşaq kimi inanan.
Gözlərimi qırpmadan Tərk edərəm bu canı. Mənimçün canı vermək, Can deməkdən asandı.
Qoy səni aldatmasın Şairliyim,filanım. Ələsən,çıxar üzə Neçə-neçə yalanım.
Dərdim başımdan aşsa Söyləmərəm birini. Özümlə aparacam Neçə gizli sirrimi.
…Çox da gülməli deyil Taleyin zarafatı. Günahkaram sənintək, Sevirəm bu həyatı.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
SƏNİ GÖRMƏYƏNDƏ
Sənsiz öz köksünü ötürür bu yaz, Göylər də açılmır dərddən, kədərdən, Sənsiz azan yoxdu, gecikir namaz, Əlimi üzmüşəm mən göydən ,yerdən,
Ümid böyüdürəm köksümdə hələ, Sənsiz günlərimi ağlayıram mən, Axır gözlərimdən yaş gilə-gilə, Yaralı sinəmi bağlayıram mən,
Sənsiz dünya mənə məzardı indi, Məni yuxularda qoyub getmisən, Nolar ruhumu yavaşca dindi, Sən könül bağımı viran etmisən.
Sənsiz ağı deyir ağlayır ürək, Şeirimə, sözümə bükmüşəm səni Qara gözlərimdə oynayır şimşək, Sənli misralarım incidir məni.
Ən şirin sözləri sənə qoşuram, Həsrətdən alışır dilim, dodağım, Səni görməyəndə vallah çaşıram, Gəl güldür qəlbimi, ay gülyanağım.
BU SEVGİ
Üzür ürəyimi, üzür bu həsrət, Hicranın əlindən gəl qurtar məni. Ağlayır, sızlayır sevgi, məhəbbət, Ürəkdən sevirən inan ki, səni.
Gözümü yolunda kor eyləmişəm. Hər gün misra-misra əriyirəm mən, Gülüzlüm mən sənə, can söyləmişəm, Kəsib yollarımı indi duman, çən.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
SƏNSƏN
Ay mənim qismətim, ay mənim payım, Sənsiz bu dünyanı neyləyirəm mən. İşıqlı səhərim, Günəşim, Ayım, Qəlbimdən keçəni söyləyirəm mən.
Sənsən bağ-bağçanın yar-yaraşığı, Səninlə necə də bəxtiyaram mən, Sənsən gözlərimin nuru, işığı, Səndən şəfəqlənən bir baharam mən.
Sən mənə xoşbəxtlik, sevinc vermisən, Könül sarayımın sultanı sənsən. Qurbanın olaram əgər istəsən, Göylərin, yerlərin xoş nəğməsisən.
Yerlərin göylərin bir mələyisən., Sənsən çiçəklərin, güllərin təri, Necə də gözəlsən ey nazlı süsən, Sənsən gözəllərin ay bəxtəvəri.
Nəğmələr qoşuram hər zaman sənə, Sənin eşqin ilə qanadlanıram, Heyranam o gözəl , göyçək hüsnünə, İlhamı hər zaman səndən alıram.
SÖYLƏ
Günəş iftar açıb, Ay oruc tutub, Yuxumu danışım, qulaq as bir az, Demə yollar, izlər bizi unudub, Bizsiz gülərmi heç, söylə bahar, yaz.
Ay başımın tacı, gözümün nuru, Bəxt yazan səni də yazıbdır mənə. Sevgimiz təmizdi, eşqimiz duru, Dərd, kədər qalama yanan qəlbimə.
Saçlarım nə vaxdır sığal görməyir, Fikrim, xəyalım da, ruhum da sənsən, Ayrılıq nə vaxtdır qəddimi əyir, Səpmə saçlarıma vaxt, vədəsiz dən.
Susuz balıq kimi çırpınır ürək, Dur gəl, bal eşqimin sən pətəyi ol, Ah-nalə götürmür müqəddəs fələk, Könlümün ən şirin bir istəyi ol.
Sənsiz öz köksünü ötürür bu yaz, Yollara baxıram mən səhər , axşam, Mənim tər bənövşəm, gəl eyləmə naz, Sənsiz qanadları qırılmış quşam,
Ruhumu göylərdən qaytar geriyə, Qoyma Əziz Musa qalsın avara, Qoyma ayaq açıb, dərd, qəm yeriyə, Dur gəl, qapımızı açaq bahara.
Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
BİLMİRƏM /”Vətənimdir” – silsiləsindən/
Bəd illər az qalır qərinə olsun, Qübarı könüldən silə bilmirəm. Çatlamış, boş sənək çətin ki, dolsun, Şuşasız, Laçınsız, gülə bilmirəm.
Neçə ki, Kəlbəcər qolu bağlıdır, Neçə ki, Ağdamım sinədağlıdır. Neçə ki, “stepan”, “Qarabağlıdır”, Necə yaşayıram, hələ bilmirəm.
Cəbrayıl yaralı, həm də qəfəsdə, Füzuli can verir, qulağı səsdə. Qubadlı, Zəngilan, kürəyi üstə, Məzarım qazılıb, ölə bilmirəm.
İrəvan, Zəngəzur, Göyçəm hardadır? Mehri, Qafan, Vedim, gör nə haldadır. Gorusum, Ağkilsəm, çoxdan dardadır, Həsrətin zirehin, dələ bilmirəm.
Aprel döyüşləri, mesaj- düşmənə, Bir kimsə dünyada, qızammaz mənə. Zərbələr vuracam, hey dönə- dönə, Yurdda eldən- elə, gələ bilmirəm.
Yüksəldək Murovdan “Cəngi”nin səsin, Silək Ulu Yurdun, qara ləkəsin. Dövran vəsf eləsin, Odlar Ölkəsin, Nəyi gözləyirik, bilə bilmirəm?!…
Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
BU GÜN KƏLBƏCƏRİN İŞĞALI GÜNÜDÜR-
YA QİSMƏT Vətən borcumuz çox, ömrümüzsə az, Kəlbəcəri bir də görəm- ya qismət. Taledən, qismətdən kimsə qaçammaz, Dağında lalələr dərəm- ya qismət.
Zirvədə buludu qatar- qatardır, Güneyi nərgizli, quzeyi qardır. Dörd fəslin hamısı burda bahardır, Süsəni sünbülə hörəm- ya qismət.
Səs sala dağına Şəmkirin sazı, Bütün igidlərə çata avazı. Ola qoç döyüşü, qeyrət davası, Köksümü qabardıb, gərəm- ya qismət.
Yığam Mübariztək vətən gəncini, Çaldıram Murovda sanlı cəngini. Qaçıram düşmənin murdar rəngini, Hayqıram:- “Ər oğlu-ərəm”- ya qismət.
Qarşısı alınsın qanlı sellərin, Ordum xilaskarı doğma ellərin. Dövran da yurdunun bütün güllərin, Ayağı altına sərə, – ya qismət.
BU GÜN HEÇ KİMİN UNUTMAYACAĞI ” 31- MART AZƏRBAYCANLILARIN SYQIRIMI! GÜNÜDÜR/
TÜRK SAVAŞI Daş yazılar salnamədir qalın-qalın, Oxuyun siz keçmişimdən xəbər alın. Sədasını dinləyin siz daş qavalın, Türk elləri döyüşlərdə deyil naşı, Qiyamətdən betər olar türk savaşı.
Od yaranıb, od doğulub, od diyarım, Sönməz oddur, oğlum, qızım, ixtiyarım. Oddur kaman, oddur sazım, oddur tarım, Alovdandır, atəşdəndir od yaddaşı, Qiyamətdən betər olar türk savaşı.
Yad baxışlar kor olubdur od elimdə, Qədəm basıb qovrulublar od selimdə. Şahinlərim qiyyə çəkib at belində “Cəngi”ləri titrədibdir dağı, daşı, Qiyamətdən betər olar türk savaşı.
Vətən üçün candan keçən fədaim var, Tomrisim var, Cavanşirim, Xətaim var. İsrafilim, Mehdim, Həzim, Gərayım var, Əziləcək yağıların mənfur başı, Qiyamətdən betər olar türk savaşı.
Sevinməsin o kəmfürsət, qanlı yağı, Uzaq deyil Qarabağın zəfər çağı. Çəkiləcək pak torpaqdan yad ayağı, Dövran qoymaz yad əlində bir qarışın, Qiyamətdən betər olar türk savaşı.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Şəhid ayım, aprelim
Bahar nəfəsli sinən güllələrə tuş gəldi, Ağu dedi bülbülün, qaranquşun nəğməsi. Çiçəklərin, güllərin gözlərindən yaş gəldi, Daraldı hər bir yerdə təbiətin nəfəsi. Şəhid ayım, aprelim!
Qönçə-qönçə gül açan güllərin güllələndi, Şəhid ətrin yayıldı, qara geydi buludlar. Hər arzun, hər diləyin qəlbində düyünləndi, Torpağına, daşına başın əydi buludlar. Şəhid ayım, aprelim!
Dalğalandı dəniz tək, çaxdı ildırım kimi, İgidləri hayladı azadlığın işığı. Ölümə sinə gərən ərən oğullarına, Əbədiyyət yaratdı o bahar yaraşığın. Şəhid ayım, aprelim!
Nəfəsində igidlik toxumları səpildi, Şəhidlərin ruhunda açıldı danın gözü. Qönçələrin qan əmdi, küləklərin acıdı, Çiçək açdı dilində azadlıq adlı sözün. Şəhid ayım, aprelim!
Vətən adllı tarixin düşüb igid payına, Aprel şəhidlərimin qızıl səsli bu ünü. Şəhidlərim doğuldu dil açdı sinən üstdə, Apeliin ikisində yazıldı doğum günü. Şəhid ayım, aprelim! 2019 aprel
Şeirimin bahar gözü, Yaşla dolub, kövrəlibdi. Yaz nəfəsli ürəyimdə Qış yenidən dirçəlibdi.
Hər sözümün bənövşəsi, Qara xallı laləsi var. Vətən deyən dillərimin Göyə qalxan naləsi var.
Misra-misra qocalıram, Kəlmə-kəlmə can verirəm. Şeir-şeir ucalıram, Vətən boyda qan verirəm.
Sözlərimin soyqımı, Dillərimdən asılıbdı. Qələm tutan əllərimi Gör kimlər daşa basıbdı.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Yaşada bilmədim sənsiz dünyamı, Gəl mənə yenidən zülüm ver, zülüm. Yaşamaq nə qədər şirin olsa da, Mənə öz qoynunda ölüm ver, ölüm!
Demə ki, gəncliyim ötüb keçibdi, Qəlbim həsrətindən şərbət içibdi, Ürəyim tək səni həmdəm seçibdi, Vüsaldan bir azca dilim ver, dilim.
Qaçmaq istəyirəm… Məni gözündən asan tənhalıqdan. Boynumda dəyirman daşı kimi fırlanıb məni boğan haqsızlıqdan… İllərlə yerdə qalıb yanı göyərmiş arzulardan Mənə qucaq açan bulud-bulud xəyallardan. Qaçmaq istəyirəm… Ürəyimi uçuran yad baxışlı hislərdən Mənə yalan sevgi bağışlayıb Üzümə yaxşı deyən pislərdən. Ürəyində saxtalıq yaşadıb üzdə saflıq gəzdirmək istəyənlərdən… Qaçmaq istəyirəm… Qəlb oğrularından, talanmış ürəklərə min sifətlə yer tapıb girmək istəyənlərdən. Özünü dəryada hiss edib köpək balıq kimi bir anda səni udmaq, Onsuz da qırılmış arzularını, incilərini yenidən darmadağın edib səni tale burulğanında qərq etmək istəyənlərdən… Qaçmaq istəyirəm… Yad fikirli, özgə baxışlı doğmalardan, İçini qurd kimi gəmirən iblis niyyətli kabuslardan. Səni dərk etməkdən, anlamaq dərəcəsindən uzaq, könül evimə kül üfürənlərdən. Qaçmaq istəyirəm, qaçmaq… Arxamca gəlməyin ey ürəyi üzülmüş ümidlərim Arxamca gəlməyin ey yolda-irizdə düşüb itən dərdi-sərim. Qoyun bir az dincəlim…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
Fərqanə xanıma…
-Quşmu olub uçub getdi? -Qanadları ki, ruhudu. Nə üzü var, nə səsi var, Oyandığımız yuxudu.
-Ordasanmı ev yiyəsi? -Ürəkmi var döyünəsi? Boş bədənə geyinəsi Heç quru canı yoxudu.
Yaşdı yanağımı döyən, Ey ruhu göylərə dəyən. De: “Torpağın bətnindəyəm Tanrı yazdı, o, oxudu.”
***
Sağ olsun ürəyim də Xatırladır özünü. Hərdən bir sancı tutur, Elə bil ki, sinəmə Çıxıb atır özünü. Tanrı işini bilir, Gözlərimi kuzə verib. İz itirib qaçıb göyə, Amma gəl ki, taleyimdə Özünü biruzə verib. Sən də məndən uzaq durdun, Gəlmə, bir də uzaq dur. Mən özümü Götürdüm bu oyundan. Tək oynamaq yasaqdır.
Как сообщалось ранее, Централизованная библиотечная система Ясамальского района обеспечивает продолжительность проекта «Узнаем Родину». Осуществляя в период режима карантина проект «Виртуальное путешествие по Азербайджану» зрители с помощью просмотра видеороликов знакомятся с красивыми уголками Азербайджана.
Очередной видеоролик посвящен городу республиканского
значения Сумгайыту. Здесь же содержится информация о двух больших поселках:
поселке Джорат и поселке Гаджи Зейналабдина Тагиева, территориально входящих в
состав города Сумгайыта.
Видеоролик содержит интересные сведения об истории
города, первые письменные упоминания об этом поселении.
Показ ролика начинается с упоминания первых создателей
города, живущих и сейчас в родном городе. Среди них Мазахир Абдуллаев, Дадаш
Дадашев, Аслан Османов, Гюльбахар Велиева, Замина Гасанова, Мустафа Салахов,
Минаря Таирова, Офеля Бабаева, Ашраф Шафиев, Джафар Гулиев.
Здесь можно познакомиться с крупными промышленными
объектами. Среди которых, сданная в эксплуатацию в 1941 году Сумгаыйтская
ТЭЦ-1, а также Азербайджанский трубопрокатный завод (1947), пущенный в эксплуатацию
в 2009 году Сумгайытский технологический парк и находящимся в его составе самым
крупным предприятием – заводом электрического оборудования и многими другими
современными промышленными предприятиями.
Сумгайытский химико-производственный парк был создан Указом Президента Азербайджанской Республики
Ильхама Алиева от 21 декабря 2011 года.
На видеоролике размещены фотографии парка культуры и
отдыха им.Насими, парка Людвигшафен, муниципального парка, парка Гейдара
Алиева, Аллеи шехидов. Особое место отведено приморскому бульвару – любимому
месту отдыха сумгайытцев и гостей города.
Размещены также фото памятников выдающихся личностей
Азербайджана, а исторические памятники, находящиеся в поселке Джорат придают
ролику особую привлекательность и вызывают интерес зрителей.
Особое место выделено фотографиям с связи с празднованием
70-летнего юбилея города.
На видеоролике звучит песня «Сумгайыт» в исполнении
Народного артиста, оперного певца Лютфияра Иманова.
Следует отметить, чтобы сделать видеоролик доступным
маленьким зрителям он размещен на странице
Facebook «Китабсевяр ушаглар» («Дети-книголюбы») и на одноименном
канале YouTube.
verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsini davamlığını təmin edir. “Vətənimizə virtual səyahət” layihəsi ilə karantin rejimində olan Azərbaycanın gözəl guşələri silsilə videoçarxlar vasitəsi ilə tanıdılır.
Növbəti
videoçarx respublika əhəmiyyətli şəhər olan Sumqayıt haqqındadır. Videoçarxda
Sumqayıt şəhərinin tərkibində olan Corat və Hacı Zeynalabdin qəsəbələri əks
olunmuş, şəhərlə bağlı ilk yazılı məlumat izləyicilərə çatdırılmış, şəhərin
tarixi və aparılan tədqiqatlar haqqında ümümi məlumatlar verilmişdir.
Videoçarxda
Sumqayıt şəhərinin ilk qurucuları arasında – Məzahir Abdullayev, Dadaş Dadaşov,
Aslan Osmanov, Gülbahar Vəliyeva, Zəminə Həsənova, “Şöhrət” ordeni ilə təltif
olunmuş Mustafa Salahov, Minarə Tahirova, Ofelya Babayeva, Əşrəf Şəfiyev, Cəfər
Quliyev kimi ziyalılar haqqında qısa məlumatlar fotolarla əks olunmuşdur.
Videoçarxı
izləyənlər şəhərdə yerləşən istehsalat və sənaye müəssisələri ilə bağlı maraqlı
məlumatlar əldə edə bilərlər. Həmin müəssisələrə 1941-ci ildə istismara
verilmiş “Sumqayıt İstilik Elektrik Müəssisəsi-1”, Azərbaycan Boruyayma Zavodu
(1947), 2009-cu ildə salınmış Sumqayıt Texnologiyalar Parkı (STP) və tərkibində
ən böyük müəssisələrdən biri olan Elektrik Avadanlıqlar Zavodu (EAZ), Mexaniki
Emal zavodu, Qaynaq Quraşdırma Zavodu, STP-nin Alüminium və Mis Profilləri
Zavodu (2014), “Alyans Tekstil” MMC şirkəti, metaltökmə və emal sahələri üzrə fəaliyyət
göstərən “Aztexnolayn” MMC-nin Texniki Avadanlıqları Zavodu, “Bismak” zavodu
(2004) və s. daxildir.
Videoçarxda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 21 dekabr
tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkının yaradılması da qeyd
edilmişdir.
Nəsimi
adına Mədəniyyət və İstirahət Parkı, Şəhidlər Xiyabanı, Lüdviqshafın parkı, Bələdiyyə
parkı, Heydər Parkı, Sumqayıt Bulvarı fotolarda əks olunmuşdur.
Videoçarxda
Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb edən görkəmli şəxsiyyətlərin abidələri
və heykəllərinin fotoları verilmişdir, Corat qəsəbəsində yerləşən tarixi abidələrə
aid fotolar isə videoçarxa xüsusi bir rəng qatmışdır.
Videoçarx
Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar maraqlı tədbirlərin fotoları ilə
davam edir.
Videoçarxda
xalq artisti, opera müğənnisi Lütfiyar İmanovun “Sumqayıt” mahnısı səsləndirilmişdir.
Qeyd
edək ki, “Vətənimizə virtual səyahət”
adlı layihəyə daxil olan videoçarxlar “Kitabsevər uşaqlar” Facebook səhifəsində
və YouTube kanalında da yerləşdirilib.
“Cəhaləti aradan qaldırmaq uğrunda hər bir addımı dəstəkləyirik!” devizi ilə fəaliyyətini uğurla davam etdirən “Yazarlar.az” saytı tərəfindən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Vüqar Əhməd “Koroğlu” romanına görə “Ziyadar” Mükafatına layiq görülüb. Kitabın “Ön söz”ünün müəllifi AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoydur. Bədii əsərin rəyçisi “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, redaktoru isə Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru, Təhminə Vəliyevadır.
Tarixi mövzuda qələmə alınan əsər “Ecoprint” nəşriyyatında çap olunub. 352 səhifədən ibarət əsər müəllifin 4-cü romanıdır.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
Nə şəklim var, Nə də şəkil çəkdirməyi sevdim. Qapısı açılmamış Evdim… Gələnim getdi, Gedənim qayıtmadı. Varmıdır gedişlərin Bir adı. Bəlkə də hə Bəlkə də yox, Şəkil çəkdirənlərdən olmadıq Yol aldıq yürüdük gedənlərdən olduq.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Bahar bu il daha gözəl gəlmişdi… Ağaclar yaşıl yarpaqlarını, ağ, çəhrayı çiçəklərini üzlərinə rübənd edib xəfifcə gülümsəyirdilər.
Günəş işıqlarının gur qəhqəhələri otağın pəncərəsindən içəri təpilir, masanın küncünü, yerə sərilən xalçanın solğun saçaqlarını, qocanın çəliyinin ucundakı kiçik dəmir parçasını qıdıqlayırdı. Qoca divanda uzanıb mütəkkəni başının altına qoymuşdu. Gözucu çəliyinin qıdıqlanmasına baxır, min fikrə düşürdü. O, yaşadığı ömrün səksən səkkizinci baharını belə qarşılamağı heç ağlına da gətirməzdi.
Hələ ötən il özünə söz vermişdi ki, səkkizlər qoşalaşan baharda kəndə gedəcək, əvvəlcə ata-anasının, sonra da iyirmi ildi onu bu dünyanın su tutmaz üzündə tək qoyan üzüdönmüşünün məzarına baş çəkəcək, elə qəbristanlığın üst tərəfindəcə bitən nərgizlərdən bir ovuc yığacaq, “İmdad qayası”nın dibində oturacaq, çəliyini də yanına uzadacaq, üzü kəndə baxa-baxa o nərgizlərin çiçəklərinin arxasındakı yumrucuqları yeyəcək… Bir ildi hər dəfə bu haqda fikirləşəndə ağzında qalan iki tək-bir cüt dişinin ucunda qəribə göynərti duyurdu. Hiss edirdi ki, o, böyüdüyü kənd üçün, nərgiz yumrucuqları yemək üçün təkcə ürəyiylə, ruhuyla deyil, barmaqlarının ucunacan, dişlərinin dibinəcən darıxıb… Ömründə belə darıxmaq tanımamışdı. Hər şey üçün darıxmağı anbaan tanıyırdı; sevmişdi, sevdiyi qonşu qızını ona verməmişdilər, sevdiyiyçün darıxmışdı. Bir gün anlamışdı ki, bu darıxmaq onun sevgisi qədər güclü deyil, sevdiyini götürüb o kənddən çıxmışdı, darıxmağa ilk dəfə onda qələbə çalmışdı…
Sonra illər boyu ata-anasıyçün, kiçik qardaşıyçün darıxmışdı… Bu darxımaq sevdiyiyçün darıxmağa bənzəmirdi, həm də heç bənzəmirdi… İndi onun ürəyindəki göynəyə gözlərinin acışığı da qarışırdı. Hərdən ümid edirdi ki, heç olmasa, bircə gilə gözlərindən yaş çıxsa, o acışıq da, o göynək də öləziyər, bir hovur dizlərini yerə qoyarlar. Amma, yox, bu darıxmaq “Diziaynalı pəhləvan”a dönürdü, hər dəfəsində onu bir barmağıyla yenir, vicdan dağının zirvəsinə qaldırır, ordan günah gölünün sahilinə tullayırdı. Darıxmağa məğlub olandan sonra gözlərini sıxıb iki gilə yaş çıxarmağa da heyi qalmırdı… İlbəil gücsüzləşdiyini hiss edir, bir yandan da öz gücsüzlüyünə, bu dəfə “əlahəzrət darıxmağa” itaət etməyə məcbur qaldığına yanırdı. Bir gün sevdiyinin də onun kimi “darıxmağa kəniz olduğunu” anladı… Canının bir parçası bildiyi sevdiyinin ürəyindəki nisgilin iki qatını öz ürəyinə yükləyəndə dərk etdi ki, baxışlarını onun baxışlarından yayındırır. Günbəgün bir-birindən gizlənən bəbəklər onların xoşbəxtlik hilalının üzündəki ləkələrə bənzəyir, hilal iriləndikcə ləkə də böyüyürdü… Bir gün yenə darıxmağın onu günah gölünün sahilinə tulladığı anlarda yapışmışdı sevdiyinin biləyindən, üz tutmuşdu avtovağzala…İki nəfərlik bilet və üzü kəndə gedən avtobusun çirkli pəncərəsindən görünən ala-boz çöllər…
Onlar kəndə çatanda axşam idi, mal-qoyun örüşdən qayıdırdı, hamı kəndin girəcəyindəki “Lətifin bulağı”nın yanında toplaşmışdı. Avtobusu elə orda saxlatmışdı, sevdiyinin biləyindən bu dəfə daha ürəklə, daha cəsarətlə yapışıb çəkmişdi… Avtobusdan düşər-düşməz özünü həmkəndlilərinə sarı atmışdı, hamını bir-bir qucaqlayıb bağrına basmışdı; babasıyla qan düşməni olan Xanbaba kişini də, nənəsinin kəlağayısının ucuna daş bağlayan Növrəstə arvadı da… Sevdalarına uluların yadigarı bu kəndi qurban edənləri kənd camaatı sevinclə, gülüşlə qarşılamışdı.
Başını Xanbaba kişinin kürkünə söykəyə-söykəyə, üzünü Növrəstə arvadın güllü şalının saçaqlarına sürtə-sürtə bir də onda ayılmışdı ki, öz ata ocağının alaqapısına çatıb. Dizləri titrəmişdi, alaqapının yanında mal-qara üçün qoyulmuş yastı duz daşının üstündə oturmaq istəmişdi. Arxadan ovcunun içinə ürkək barmaqlar təpiləndə anlamışdı ki, yox, bura qədər gəlib çıxandan sonra onun titrəməyə, döyüşün bu məqamında darıxmağa qələbə çalmadan qollarını yanına salmağa haqqı yoxdur… Həm də sevdiyinin barmaqları belə ürkəkcəsinə onun ovcunun içində tərləyərkən heç yoxdur… Bir əlli sevdiyinin əlindən yapışmışdı, o biri əliylə alaqapını itələyib qəti addımlarla həyətə girmişdi. Tövlədən çıxan atasıyla əldamından çıxan anası toqquşmuşdu, əvvəl bir-birlərinə, sonra da təəccüblə qarşılarında dayanmış oğullarına baxmışdılar. Qəfildən atası üzünü çəpərin o tayına tutub haraylamışdı:
– Quda, ay quda! Gözümüz aydın, qaçaqlar gəlib!
Çəpərin o tayından sevdiyinin atasının səsi daha gur eşidilmişdi:
– Ayə, mən quzunu kəsim, sən manqalı qala!
Özünü atasının üstünə atmışdı, bir əliylə onun çiynini qucaqlayarkən bir əliylə sevdiyinin əlini anasının önlüyünün cibinə salmışdı. Başı atasının sinəsində dəli bir hönkürtü çıxmışdı ürəyindən… O hönkürtü selə dönüb axmış, darıxmağı qabağına qatıb onun ruhundan çıxarmış, uzaqlara, hələ heç kimin adını qoya bilmədiyi o uzaq diyara qovmuşdu…
Ondan sonra darıxmaq onunçün “suyun başında oturan əjdaha” olmamışdı. Hərdən-hərdən, şəhərin səs-küyü içində qulağına bir quzu mələrtisi gələndə, bazarda qaloşların qiyməti düşəndə, mağazada kartofu kiloyla alanda darıxmışdı kəndli ömrü üçün… Bu darıxmağın başına daş salmağı yaxşı bilirdi, həmin günün sabahı sevdiyiylə yan-yana avtovağzaldakı kassanın qabağında bitirdi… Və onların darıxmağı kənddə keçirdikləri ilk axşamdaca quzuların mələrtisində, dayçaların kişnərtisində itirdi…
-Uşağımız olmayacaqmı? –demişdi bir dəfə sevdiyi sözlərinə yarınisgil, yarıümid qataraq.
– Allah bilir… – deyə cavab vermişdi sevdiyinə…
Bir də onda anlamışdı ki, darıxmaq yenə “əlahəzrətə” dönür sevdiyinin ürəyində, bu dəfə hökmünün sonsuz olacağına əmindir özü də… Ürəyində darıxmağı çox qınamışdı, söymüşdü; “kişisən, mənimlə cəngə çıx, sevdiyimə dəymə!”-demişdi, sonunda bu mübarizədə aciz olduğunu dərk etmişdi… Sevdiyi bala üçün darxıdıqca, o, sevdiyinin gözlərinin içinə daha uzun-uzun baxmağı, duyğularını bu gözlərdə azdırmağı, beləcə, ona darıxmağı unutdurmağı öyrənmişdi… Sevdiyinə darıxmağı unutdurduğu anlarda özünü cəngavər sanırdı… Ürəyinin dərinliyində isə artıq qəbul etmişdi ki, darıxmaq mərd düşmən deyil… Bu gün boy göstərməsə də, sabah yeni həmlələriylə birotaqlı evlərinin içində at oynadacaq; kitab rəfində “Dünya uşaq ədəbiyyatı” seriyasından bir kitab artacaq, tikiş maşınının yanında uşaq önlüyünün eskizləri peyda olacaq, ya da sevdiyinin paltosunun cibindən üstündə uşaq şəkli olan təqvim çıxacaq… Beləcə, o, darxımağın bu yönünü də tanımışdı… Tanıdıqca, çiyinləri bükülür, saçında bir tel daha ağarır, barmaqlarının ucunun dərisi bir az da sərtləşirdi… O, sevdiyini darıxmağa uduzurdu…
… İyirmi il əvvəl darıxmaq sevdiyini onun ömrünün naxışlarından sökmüş, əcəlin əriş-arğacına qatmışdı… İyirmi il idi ki, “sevdiyim” deyə başladığı cümlələri “üzüdönmüş”lə başlayırdı… Qəribədi ki, iyirmi ildə bir dəfə də olsun üzüdönmüş üçün darıxmamışdı… Darıxmaq sevdiyini aparandan bəri qoca heç nəyə toxunmamışdı, dəhlizdəki asılqanda boynu tozlanan qəhvəyi paltonun cibindəki uşaq şəkilli təqvim də olduğu kimi dururdu, tikiş maşınının siyirməsindəki önlük eskizləri də… Saçağı sökülən mütəkkənin rəngi getmiş üzü də iyirmi il idi ki, dəyişdirilmirdi, qoca başını bu mütəkkəyə söykəyəndə ilk dəfə yaxasını darıxmağa tanıdan qonşu qızının mehrini hiss edir, gülümsəyir: “Gör nətərdi sevdiyinçün darıxmaq, ay üzüdönmüş? Mən gələnədək darıx o qəbristanlıqda….”- deyə pıçıldayırdı…
İndi, ömür nəğməsinin səksən səkkizinci sətrində qoca yaman darıxırdı… Hər gün ürəyi atlanır, gödəkçəsinin cibindəki pullarını, sənədlərini yoxlayır: “Bu gün deyəcəklər, daha virus yoxdu, bu gün deyəcəklər…”- deyə-deyə radionu açır, “Xəbərlər” proqramı başlayanacan qışda endirimlə aldığı təzə ayaqqabılarını cidd-cəhdlə geyinməyə çalışırdı. Ayaqqabısının bir tayını geyinib o biri tayına çatanacan aparıcı qızın səsi evə yayılırdı:
– Bu gün də dünyada koronavirusa yoluxanların sayı artdı. “Evdə qal-sağlam qal” şüarına əməl edərək, özünüzü qoruyun. Xüsusən, altmış beş yaşdan yuxarılar, unutmayın, eviniz sizin qalanızdır…
Ardınca da “Bu qala bizim qala…” mahnısı səslənirdi… Qocanın əlləri boşalır, geyindiyi ayaqqabısına baxır, geyinmədiyi ayaqqabısına əyilmiş barmaqlarıyla sığal çəkir, sanki onu təsəlli etməyə çalışırmış kimi pıçıldayırdı: “Darıxma, yəqin sabah səni də geyinərəm…” Ayaqqabısını, gödəkçəsini dəhlizdə rahatlayandan sonra bir müddət üzüdönmüşün paltosuna baxır, asta-asta otağa qayıdırdı. Çəliyini divanın ayaq tərəfinə söykəyir, başını mütəkkəyə əmanət edir, qonşu qızın mehriylə xumarlanırdı…
Heç ağlına da gətirməzdi ki, səksən səkkizinci baharı belə-əli bir ağaca dəymədən, ayağını bir daş incitmədən, üzüdönmüşün məzarına baş çəkmədən qarşılayacaq… Desəydilər, inanmazdı ki, ömrünün bu vaxtında dişlərinin dibinəcən nərgiz yumrucuqları üçün darıxacaq… Qat-qat kitablardan oxusaydı, gülüb keçərdi ki, bu bahar şəhər bazarında quzuqulağı, quzuqarnı, yemlik, gicitkən satılmayacaq, o da hərəsindən bir manatlıq alıb özünə kənd süfrəsi açmayacaq…
… Günəşin qəhqəsiylə qıdıqlanan çəliyinə baxa-baxa qocanı heyrət bürüyürdü… Ona elə gəlirdi ki, indiyədək günəş heç vaxt belə ürəkdən gülməyib, ağaclar belə nazlanmayıb, quşlar belə qəşəng oxumayıb… Qoca yavaş-yavaş durub pəncərənin qarşısına keçdi, açıq pəncərədən eşiyə boylandı. Yaxınlıqdakı xəstəxananın həyətində dayanan təcili tibbi yardım maşınından bir xəstə düşürürdülər. Xüsusi geyimli tibb işçilərinin təkcə gözləri görünürdü. Qocanın ürəyi sıxıldı… Əli çatsaydı, o tibb işçilərinin hamısının üzündəki maskanı cırıb atar, onları ətrafa baxmağa məcbur edərdi. Haray çəkərdi ki: “Başınızı qaldırın, bir ətrafa baxın, görün nə gözəldi ağaclar… Nə gözəldi gün işığı…” Boğazını arıtlayıb fikrindəkiləri ucadan demək istədi. Elə bu vaxt tibb işçilərindən biri ona baxıb əl elədi. Qoca duruxdu… Ürəyində tibb işçilərinin dərdinə yandı… Yandığı dərd kösöv-kösöv közərdikcə ilin-günün bu vaxtında canını, ruhunu həyat ağacının köklərinə şirə edən tibb işçilərinə ürəyində həsəd apardı… Qəhərini dodaqlarına yığıb köksünü ötürdü… Sonra gülümsədi… Damarları çıxmış əllərini havaya qaldırıb yellədi, gözlərindən axan iki damla yaşı bahar nəsimi yalayıb keçdi… Səsi titrəsə də qoca ürəyindəkiləri dilinə gətirməkdən utanmadı:
-Mən sizinçün darıxmışam, ay adamlar! –deyə gücü çatdıqca bağırdı…
Az keçmədi ki, qocanın yaşadığı binanın bütün pəncərələri bircə-bircə açıldı, quşların cəh-cəhinə qadın-kişi gülüşləri, uşaq ağlamaları qarışdıqca qocanın gözlərində axan yaşlar çoxalır, əllərinin titrəməsi artırdı… İndi qoca üçün darıxmağın bir adı nərgizgülü yumrucuğuydusa, bir adı da baharı yaşamaq idi… Bu il bahar daha gözəl gəlmişdi…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
Ay mənim ömrümün saat əqrəbi, Yaman tez keçirsən ömrümdən, yaman. Günlər əvəzləyir biri-birini Nə sən qayıdırsan, nə durur zaman.
Ay mənim ömrümün yaralı yeri, Qaysaq tutmağına varmı bir güman? Kimsə söyləməsin unudum səni, Kimsə toxunmasın yarama, aman.
Ay mənim ömrümün günəş sevgisi, Nə qədər sürəcək bu zülmət duman? Ay xəstə adamın son təsəllisi, Gəl, qayıt sevinsin bu tənha liman.
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
Bilmirəm bəlkə də bir gün səni unudacağam, Ancaq içimdə ölən duyğularım bir də göyərməyəcək. Sən uzaqda – göylərin, lap dərinliyində parlayan bir ulduzsan Mənsə o ulduza həsrətlə baxan bir qızam. Sən göydən məhəbbətlə enən qar dənəciyi, Mən onu əlimdə saxlamağa çalışan uşaq. Sən məndən uzaqda yaşanmış keçmiş, Mən hələ yaşanacaq gələcəyəm. Bizi bir-birimizdən indi ayırır. Sevgilim,imkansız oldu sevgimiz, Ya çox uşaq olduq, ya da çox böyük, Doya-doya yaşamadıq onu biz Doya-doya yaşamadıq onu biz…
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
*** Səssiz bir sükutla bağırır gecə, Saat əqrəbləri çalır ömrümü. Çiy palçıq zənn edir məni bu dünya, Gündə bir qəlibə salır ömrümü.
Alır verdiyini gözüm doymamış, Bükür göy əskiyə bəyaz günümü. Bəzən də aldadır saf uşaq kimi, Ovcunun içinə alır ömrümü.
Telefon zəng
çaldı. Dəstəyi götürdüm. Uzaqdan gələn səs zəif eşidilsə də, mənə tanış gəldi —
Zakir idi. Salamını alıb, səninlə danışmaq istəmirəm, deyib dəstəyi yerinə
qoydum.
Bərk əsəbləşdim. Yadıma beş-altı il bundan əvvəl başıma
gələn əhvalat düşdü.
…İşdən
qayıdarkən poçtalyonla rastlaşdım.
Nə yaxşı oldu, elə sizə gedirdim — poçtalyon
çantasından bir kağız çıxarıb — teleqramdı — dedi.
Teleqramı aldım, tez oxumağa başladım “Səninlə hökmən görüşməliyəm. Məni
görmək istəyirsənsə, təcili Moskvaya,
teleqramdakı ünvana gəl, Zakir”.
“Görəsən, əmioğluma nə olub? Nə üçün belə teleqram vurub?”… Xəyal məni
lap uşaqlıq illərinə apardı. Əmimgillə qonşu idik. Ağlım kəsəndən Zakirlə bir
yerdə olmuş, necə deyərlər, bir yeyib, bir içmişdik. Eyni orta məktəbdə, eyni
sinuidə oxuyurduq. Mən əlaçı idim və dərslərini hazırlamaqda Zakirə də kömək
edirdim.
Orta məktəbi bitirəndə valideynlərimizin məsləhəti
ilə hər ikimiz sənədlərimizi inşaat fakültəsinə verdik və qəbul olunduq. Qəbul
imtahanlarından yalnız “əla” qiymət aldığıma görə məni qrup nümayəndəsi
təyin etdilər. Tələbəlik dövründə də mən həmişə Zakirə kömək edirdim.
Təhsil illəri başa çatdı. Zakirlə birlikdə
rayonlardan birindəki tikinti təşkilatına göndərildik. Orada da bir yerdə işləyir,
eyni yataqxanada yaşayırdıq. İkimiz də əmək
fəaliyyətinə fəhlə kimi başladıq. Çox keçmədən məni usta vəzifəsinə keçirdilər.
Həvəslə işləyir, seçdiyim ixtisasın incəliklərinə yiyələnməyə çalışırdım. Zakir
isə işin ağırlığından gileylənir, çox yorulduğunu bəhanə edirdi. Ona təskinlik
verir, “Səbr et, hər şey yaxşı olacaq” — deyirdim. Sözlərimi qulaqardına vuran
Zakir işə elə laqeyd yanaşırdı ki, sanki onun
əvəzinə kimsə işləməlidir.
Növbəti müşavirələrin birində idarənin rəisi məni təriflədi
və sahə rəisi vəzifəsinə keçirilməyim haqqında əmr verdi. Elə həmin yığıncaqda
rəis Zakirin ünvanına tənqidi sözlər dedi və sonra üzünü ona tutaraq:
— Arifdən nümunə götür. İkiniz də işə bir gündə
başlamısınız. Ona da bax, özünə də — səsini ucaltdı.
Rəisin sözlərindən əmioğlumun əvəzinə mən pərt
oldum. İstəmirdim ki, Zakirin ünvanına bu qədər adamın içində xoşagəlməz sözlər
deyilsin.
Yataqxanaya gəldik. O, çox qanıqara idi. Mən
zarafat etdim, onun könlünü almağa çalışdım. Amma Zakir özünü elə aparırdı ki,
guya onun danlanmağında mən günahkaram.
Mənim təkidimə baxmayaraq, əmioğlum bir neçə gündən
sonra işdən çıxdı.
Bir müddətdən sonra onun sorağı Qərbi Sibirdən gəldi.
İllər keçdi, mən işlədiyim idarənin rəisi vəzifəsinə
kimi yüksəldim. Ailə qurdum, ev-eşik sahibi oldum. Bu müddətdə Zakirlə bircə dəfə,
əmim vəfat edərkən görüşmüşdüm. O vaxt məlum oldu ki, Tümen vilayətində ticarətlə
məşğul olur. Şəhər prokurorunun qızı ilə evlənib. Həyat yoldaşı həkimdir.
Zakirin qeyri-millətin nümayəndəsi ilə ailə həyatı qurmasına təəssüflənsəm də,
bu haqda ona heç nə demədim.
Əmimin vəfatının səkkizinci günü o, Tümenə qayıtdı.
Yola düşərkən çox qəmgin və kədərli idi. Düşünürdüm ki, əmimin vəfatı ona pis təsir
edib. “Əmidostumgilə görə narahat olma.
Biz buradayıq, nə lazım olsa, kömək edəcəyik”
— dedim.
Həmin vaxtdan Zakir rayona qayıtmamışdı. Bu müddətdə
mənim işlədiyim idarə ləğv olunmuşdu. Ailəmi saxlamaq üçün kiçik bir mağaza
açmışdım və burada alış-veriş edirdim. İxtisasım üzrə çalışmasam da, Allaha
şükür edirdim ki, bir tikə çörəyə görə kiməsə möhtac deyiləm.
Teleqram məni çox narahat etdi. Əmioğluma nə olub,
bəlkə, başında bir məcara var. İşin-gücün bu vədəsində Moskvaya gedib-qayıtmaq
üçün “bir ətək” pul lazım
olsa da, tərəddüd yeri deyildi.
Çətinliklə bilet tapdım və ertəsi gün Moskvaya uça bildim. Ürəyimdən
qara qanlar keçirdi. Yəqin, yazığın başında bir iş var… Yoxsa o, məni narahat
etməz, — düşünürdüm.
Təyyarədən düşüb birbaşa mehmanxanaya
getdim. Qapını döydüm. Bircə dəqiqə keçməmiş qapı açıldı. Əmioğlumdu — Şükür
Allaha, lap yaxşı görünür. Sevincimdən gözlərim yaşardı. Qucaqlaşdıq, öpüşdük.
O, xidmətçi qadına qəhvə gətizdirdi.
Oturub xeyli söhbət etdik. Zakir imkanlı kommersant olmuşdu. Moskvada və Tümendə
mağazaları, yanacaqdoldurma məntəqələri, bir neçə yerdə evi var. Əmanət
kitabçasındakı məbləği mənə göstərəndə əmioğlumun bu qədər pulu olduğuna
sevindim. Sonra o, təzəcə aldığı “Mersedes” maşınının rahatlığından söz açdı. Mən
onun uğurlarına şad olduğumu bildirdim.
Zakir mənə suallar verib yaşayışımla,
ailəmlə, işimlə maraqlandı. Mən onun suallarına
heç nəyi artırıb-əksiltmədən
cavab verdim.
Gözləyirdim ki, Zakir mətləb üstünə tez
gəlsin, nə lazımdırsa desin, məsləhətləşək və çıxış yolu tapaq.
Birdən Zakir qəh-qəhə ilə güldü:
— Deməli, bir həsirsən, bir də Məmmədnəsir. Gördün
ki, cücəni payızda sayarlar? Bax mənim
var-dövlətimə. Yadında saxla, həmişə sənin vəziyyətin yaxşı olub, indi isə mənim
vəziyyətim səninkindən yaxşıdır. Özü də
qat-qat…
Üzünə baxdım, hər rəngə çalırdı, gözlərindəki qeyri-adi parıltıdan sanki
ilan zəhəri tökülürdü.
Özümü güclə toplayıb ayağa qalxdım:
— Bəs,məni bura nə üçün çağırmısan?
Sənə səndən üstün olduğumu başa salmaq üçün.
Həmin
dəhşətli anlar məni necə də sarsıtdı. Hirsimdən az qaldım ki, dəli olum. Tez-tələsik mehmanxananı tərk etdim. Elə
həmin gün Bakıya qayıtdım. Bir neçə gün özümə gələ bilmədim. Əmioğlumun-doğma
bir adamın nankorluğu məni çox sarsıtmışdı. Həmin vaxtdan nə qədər keçsə də, Zakirin hərəkətini unuda bilmir, qəlbimdə
ona qarşı olan bütün yaxşı hislərin məhv
olduğunu başa düşürəm. Amma təəssüf edirəm. Gərək belə olmayaydı.
Kardeş Türkiye Cümhuriyetinin Tokat şehrinde yayınlanan TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisi Hakem Heyeti üyesi, Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansı (gundelik.info) ve Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-az.com) Türkiye Cümhuriyeti üzere temsilcisi Dos. Dr Alpaslan DEMİR HOCAMIZın yeni kitapı yayında.
Kardeş Türkiye Cümhuriyetinin Tokat şehrinde yayınlanan TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisi Hakem Heyeti üyesi, Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansı (gundelik.info) ve Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-az.com) Türkiye Cümhuriyeti üzere temsilcisi Dos. Dr Alpaslan DEMİR HOCAMIZın yeni kitapı yayında.
Neçə il bundan əvvəl qonşumuz Süleyman
kişinin xəstəliyi kənd camaatını heyrətləndirmişdi. İş burasındaydı ki,
Süleyman kişinin mərəzi hər kəsin düçar ola biləcəyi xəstəliklərdən deyildi.
Kişi evə-eşiyə sığışmır, “Vallah, qulağımda saat var, gecə-gündüz tıq-tıq
tıqqıldayır” — deyirdi. Arvad-uşaq, qohum-qonşu zənn edirdi ki, kişinin başına
hava gəlib.
Kişi isə əsla başına hava gələnə oxşamırdı.
Yeyir, içir, hamı kimi söhbət edir, yalnız qulağındakı saatdan şikayətlənirdi.
O, həkimlərə müraciət etdi. Xəstəni bu həkim yoxladı, o həkim müayinə etdi, heç bir şey başa düşmədilər.
Daş atıb başlarını tutdular ki, sən nə danışırsan, qulağına nəsə səs dəyib, heç
qulaqda da saat olar?
Süleyman kişi isə qəti əmin idi ki,
qulağının içində saat var. Rayon həkimləri nə bilirlər ki?.. Ona görə qərara gəldi
ki, Bakıya getsin. Orada yaxşı həkimlər çoxdur. Əmioğlu Salmanın şəhərdə yaxşı
dostları var. Bir yerdə getsələr, pis
olmaz.
Belə də etdilər.
Allah atana rəhmət eləsin! Mən and-aman edirəm ki,
qulağımda saat var, məni ələ salırlar. Başına dönüm, məni bu bəladan xilas elə,
nə lazımdırsa, verəcəyəm, təki canım rahat olsun, — Süleyman kişi həkimə
yalvardı.
Xəstəni
guya müayinə edən həkim köhnə tanışı Salmana göz vurub:
—Əşi, bu mənim əlimdə çətin iş deyil. Cərrahiyyə
əməliyyatına hazırsan? Qorxmursan ki?
Əlbəttə, hazıram, nədən qorxacağam ki?
Cərrahiyyə
əməliyyatı uğurla keçdi. Xəstənin qulağından bir mexaniki saat çıxdı. Süleyman
kişi bir neçə gündən sonra kəndə qayıtdı.
Onu yoluxmağa gələnlər saatı görüb bunu
möcüzə hesab edirdilər. Süleyman kişi çox
rahat gəzir, hara getsə, Ənvər həkimi tərifləyirdi.
Bu hadisədən bir neçə il keçmişdi.Bir dəfə
Süleyman kişi paydan-parçadan götürüb
Ənvər həkimi görmək üçün Bakıya getdi. Həkim onu gülər üzlə qarşıladı:
Hə, necəsən, saat qulağında taqqıldamır ki?
Allah səni saxlasın. Ölənəcən sənə duaçıyam.
Birdən
həkim qəh-qəhə ilə güldü:
— Ay Süleyman, heç qulaqdan da saat çıxar? O
vaxt mən sənə narkoz verib qulağında yalandan əməliyyat aparmışdım ki, inanasan ki, saat qulağından çıxıb. O saat mənim
köhnə saatım idi.
Birdən
Süleyman kişi qışqırdı:
—Necə? Məni aldatmısan? Aman Allah, yenə qulağımdakı saat başladı işləməyə,
tıq-tıq… İndi mən nə edəcəyəm.
Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
PƏRVƏRDİGARA
/”Düşüncələrim” * silsiləsindən/
Hər bir qəbahətdən, suçdan,günahdan, Hər damla göz yaşı, çəkilən ahdan, Cavabdeh bizlərik, çıxmasın yaddan, Köçməmiş qaranlıq, o qorxunc gora- Bizi islah etsin, Pərvərdigara.
Günahın anlamır, günahkar nadan, Əl çəkmir haramdan, qandan,qadadan. Hər imkan veribdir uca Yaradan, Getməyək dərgaha biz üzü qara- Bizi islah etsin, Pərvərdigara.
Aldanıb həyatın cah-cəlalına, Məhəbbət yaranır dünya malına. Heç kəs güvənməsin zora, puluna, Var dövlət daşınmır gora, məzara- Bizi islah etsin, Pərvərdigara.
Insan olan gərək üzü ağ gəzə, Alın yazısına,qismətə dözə. Sonunda möhtacıq beş arşın bezə, Etibar yox Dövran, ətdən divara- Bizi islah etsin Pərvərdigara…
HAQQIN MİZANI
/”Düşüncələrim” – silsiləsindən/
Dünyamız olubdur fırıldaq, yalan, Abır, ismət, əxlaq, edilib talan. Nə varsa yox olub əcdaddan qalan, Qoruya bilmirik Tanrı yazanı- Allahım, qurulsun Haqqın mizanı.
Artır bəyaz saçlar ağıllı başda, Bu hala qəlb nədir, əriyər daş da. Bəllərdik ərləri, mərdi savaşda, Kilkilər ram edir nərə, sazanı- Allahım, qurulsun Haqqın mizanı.
Yalan ayaq açır, hətta yeriyir, Iblis bic-bic gülür, eyləyir seyir. Yalançı doğruya şər, böhtan deyir, Islah etmək üçün yolun azanı- Allahım, qurulsun Haqqın mizanı.
Zaman mürgüləyir, yuxuya dalib, Aqillər, adillər kənarda qalıb. Gülzar bağçalıqda, alaq kök salıb, Yazımız görməmiş vaxtsız xəzanı- Allahım, qurulsun Haqqın mızanı.
Nələri görməyib bu qoca Turan, Bizə kömək olsun müqəddəs Quran. Əl açıb dərgaha yalvarır Dövran:- Qoy çəksin suçlular haqlı cəzanı- Allahın, qurulsun Haqqın mizanı..
Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
HAQQIN DƏRGAHI
/”Düşüncələrim” – silsiləsindən/
Hər məzar bir qapı, Haqq dünyasına, Torpaq qapılara qıfıl, baş daşı. Buradan keçərlər can bahasına, O an başa çatar bir ömrün yaşı.
Başlanar əbədi axirət yolu, Əməli bələdçi olar insana. Olarlar səssizcə imanın qulu, Məhşər xofu düşər, burda hər cana.
Haqqdan uzaq düşən bənizlər solar, Tutqun bulud kimi üzləri gülməz. Hamı bir geyimdə, bərabər olar, Kimsə bir kimsəyə hökm edə bilməz.
Sirat üstün açar suçun, günahın, Tük qədər vəbal da gözdən yayılmaz. Sözü keçməz bəyin, xaqanın, şahın, Ruha sahib çıxar ibadət, namaz.
Məşhurluq başqa, hünər başqa Bir dəfə 7 şairin şeirləşdiyi məclisdə Seyyid Əzim Şirvani də iştirak edirmiş. Əbdülxaliq Cənnətinin hamıya üstün gəldiyini görən Seyyid Əzim demişdir: -Təəccüb edirəm ki, bunlar hamısı məşhur ikən, siz nə üçün belə kəmnam qalmısınız? Əbdülxaliq Cənnəti bu suala velə cavab vermişdir: -Kiminin məşhurəti olur, kiminin hünəri! O zamandan 150 ilə yaxın vaxt keçib. Amma bu gün də Azərbaycan poeziyası eyni ağrını yaşayır.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ciddi karantin rejiminə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində növbəti videoçarxı hazırladı. Koronavirusa görə evdə qalan əhali üçün növbəti virtual səyahət qədim və müasirliyin gözəlliyini özündə əks etdirən İsmayıllı rayonunadır.
Videoçarxda ilk olaraq, İsmayıllı rayonunun ərazisi
və əhalisi haqqında ümumi məlumat toplanmış və təbiətinin geniş təsviri
verilmişdir. Topçu, Buynuz, Diyallı, Talıstan, Qalıncaq, Basqal və digər qalın,
böyük su saxlayıcı qabiliyyəti ilə seçilən meşələrin, Babadağ, Əsəddağ, Şahnəzərdağ,
Niyaldağ, Fit dağ, Küpüc dağ, Qabandağ, Uçital dağ, Novdağı, Səlim Soltan dağı
kimi əzəmətli, uca dağların, Ağsuçay, Əyriçay, Sulutçay, Talıstançayı, Lüloçay,
Kişlərçay, Ax-ox çayı, Girdimançay, Ağçay və s. suyu gur olan çayların, Qalacıqdağ, Brovdaldağ, İstisu kimi şəlalələrin,
Qozlu, Şirin su, Qoşabulaq, Cənnət və s. suyu təmiz bulaqların adları qeyd
olunmuş və izləyicilər üçün fotoları toplanmışdır.
Videoçarxda İsmayıllının zəngin meşə örtüyündə
və digər yamac ərazilərində bitən göyrüş, palıd, vələs, yabanı püstə, ardıc,
xan çinar, qızılağac, pəl, qulançar, mayaotu, mərəfcə, sumax, kaprifol, andız,
düyəmə və b.
bitkilərlə təbiətə xüsusi rəng qatan florası, həmin ərazilərdə məskunlaşan adi
və oxlu kirpi, yazıpişiyi, köngər, Qafqaz tetrası, toğlugötürən quş, qırğı
dimdikli tetraçalar, qonur ayı və digər heyvanlardan ibarət olan faunası
fotoları ilə birlikdə əks olunmuşdur.
Videoçarxın davamında qədimliyi ilə fərqlənən Cavanşir qalası (VI-VII əsr), Fit qalası (VII
əsr), Xanagah Qız qalası (VII-VIII əsr),
Girdiman qalası (XI-XII əsr), Xan qalası, məscidlər və digər tarixi abidələrin, bununla yanaşı müasir
binaların, muzeylərin, ziyarətgahların
fotoları da təqdim olunmuşdur. Ziyarətgahlar sırasında Talıstan kəndində yerləşən
Papaq piri, Əhən kəndində yerləşən Əhən Piri, Qalıçaq kəndində yerləşən Yel və
Axund Baba pirləri ilə yanaşı ziyarət edilən digər pirlərində fotoları
verilmişdir.
Xalçaçılığı ilə seçilən İsmayıllı rayonuna məxsus
Şirvan, Pərvan, Qollu çiçək, Dağlı çiçəyi, Pərvədil, Zeyvə kimi xalçaların
fotoları əks olunmuşdur.
İsmayıllının tarixi və müasir görkəmli şəxsiyyətlərin
siyahısı videoçarxda qeyd olunmuşdur.
Videoçarxın sonunda bir-birindən fərqli ləzzətləri
ilə seçilən mətbəxinə aid pip dolması, səməni halvası, Basqal halvası, həlim
aşı, səbzi-plov, döşəməli plov, pəl qutabı, umac, xəmrəli, fəsəli, sac içi,
lobya turşusu və başqa yeməklərin adları
verilmiş, həmçinin fotoları da təqdim edilmişdir.
Təqdim olunan videoçarxın giriş hissəsi Pünhan
İsmayılovun səsləndirdiyi “Ay İsmayıllı” şeiri, davamında isə Kamilə Nəbiyevanın
mahnısı verilmişdir.
İsmayıllı rayonu ilə bağlı olan videoçarx
aşağıdakı linkdə yerləşdirilib:
https://www.youtube.com/watch?v=WGDKr0SoTS4
“Vətənimizə
virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları “Kitabsevər uşaqlar”
Facebook səhifəsində və YouTube kanalında da izləmək mümkündür.
Bakı
şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi
tanıyaq” layihəsini davam edərək “Vətənimizə virtual səyahət”
layihəsi çərçivəsində növbəti turun
videoçarxını təqdim edir. Təbiətinin gözəlliyi, tarixinin qədimliyi ilə
diqqəti cəlbedən Quba, Gəncə, Bərdə, Ucar, Xızı, Daşkəsən, Tovuz, Göyçay,
Samux, Qax rayonları
kimi Ağcabədi də özünəməxsus xüsusiyyətləri ilə seçilir. Növbəti turumuz iri məskən
mənasını daşıyan Ağcabədi rayonunadır.
Videoçarxın
giriş hissəsində Azərbaycan Respublikasının xəritəsində Ağcabədi rayonunun ərazisi
verilmiş, daha sonra rayon haqqında ümumi məlumat əks edilmişdir. Məlumata əsasən, Ağcabədi
rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə isə
ləğv olunaraq Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən
müstəqil rayon olmuşdur. Ağcabədi rayonunun Bərdə, Zərdab, Ağdam, Xocavənd,
Beyləqan rayonları ilə həmsərhəd olduğu da qeyd edilib.
İzləyicilərə
təqdim olunan videoçarxda Ağcabədinin iri yaşayış məntəqələri olan – Ağcabədi şəhəri,
Hindarx qəsəbəsi, Hüsülü, Qaravəlli, Təzəkənd, Kəbirli, Minəxorlu və s. kimi kəndlərinin,
bu zonalara aid olan muzeylər və müasir binaların siyahısı verilmiş, qeyd edilən
ərazilərin fotoları da toplanmışdır. Ağcabədi ərazisində fəaliyyət göstərən
Ağcabədi Süd Emalı Zavodu, Ağcabədi Un və
Çörək Məmulatları Zavodunun fotoları da izləyicilərə təqdim olunmuşdur.
Videoçarxda
rayonun eneolit, tunc, antik və orta əsrlər dövrünə aid olan qədim yaşayış yerlərinin
qalıqları, orta əsrlərə aid daşdan yonulmuş formalı baş daşları və qəbirstanlıqlar
əks olunmuşdur.
Ağcabədinin
görkəmli şəxsiyyətlərindən Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Vasif Adıgözəlov
kimi bəstəkarların, Könül Kərimova, Tağı Salehov kimi müğənnilərin, 1966-cı ildə
futbol üzrə Dünya
çempionatının final oynunda hakim olan
Tofiq Bəhramovun və digərlərinin videoçarxda adları qeyd edilmişdir.
Ağcabədinin
həmçinin rəngarəng flora və faunası, özünə xas olan mətbəxi, keçmişi ilə maraq hissi doğuran
tarixi, memarlıq və incəsənət abidələri, XIX əsrə aid kitab da videoçarxda öz
yerini almışdır.
Videoçarx “Ağcabədi” mahnısı ilə müşayiət olunur.
Videoçarx YouTube-da yerləşdirilib
https://www.youtube.com/watch?v=NEJU3H5g_ss
“Kitabsevər uşaqlar” Facebook səhifəsində və
YouTube kanalında da hazırlanmış videoçarxları izləmək mümkündür.
Layihə əsasında Azərbaycanın rayonları haqqında
silsilə videoçarxlar hazırlanmaqda davam edir.
Bakı şəhər Mədəniyyət
Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Xızı rayon Mərkəzi
Kitabxanası ilə birgə layihə əsasında görkəmli
oftalmoloq, əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan
olmasının 97-ci il dönümünə həsr olunmuş
videoçarx hazırladı. Videoçarx Azərbaycan xalqının ümummilli lideri, ulu
öndər Heydər Əliyevin 15 aprel 1997-ci il tarixində söylədiyi: “ZƏRİFƏ XANIMIN
XATİRƏSİ BİZİM QƏLBİMİZDƏ, NƏİNKİ BİZİM QƏLBİMİZDƏ, BİZİM AİLƏNİN BÜTÜN GƏLƏCƏK
DAVAMÇILARININ QƏLBİNDƏ DAİM YAŞAYACAQDIR”, – sözlərli ilə başlanır.
Videoçaxda
Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri qeyd
olunub: vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron
sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi,
profilaktikası və müalicəsi ilə bağlı ciddi tədqiqatlar aparması. Daha sonra
qeyd olunub ki, akademik Z.Əliyeva 12 monoqrafiya, dərslik və dərs vəsaitinin,
150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi
olmuşdur.
Videoçarxı izləyənlər
akademik Zərifə Əliyevanın Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət
Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti
İdarə Heyətinin, Moskvada nəşr olunan «Вестник
офтальмологии» (“Vestnik
oftalmologii”) jurnalının redaksiya heyətinin üzvü olduğu haqda
məlumat alırlar.
Burada Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin akademik Z.Əliyevanın 90 illik yubileyində (27
aprel 2013-cü il) söylədiyi sitat verilmişdir: “Alim kimi Zərifə xanım çox
böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də
öz aktuallığını itirmir. Bir alim kimi Azərbaycan Elmlər Akademiyasının həqiqi
üzvü seçilmişdir, eyni zamanda, Sövet İttifaqının oftalmologiya elmində ən yüksək
mükafatı olan Averbax mükafatına layiq görülmüşdür”.
Videoçarxda Zərifə
xanım Əliyava haqqında yazıldığı kitablar, onun
yubileyi ilə əlaqədar buraxılmış poçt markaları, Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya
İnstitutunun qarşısındakı və Bakıdakı
yaşadığı evin üzərində barelyefləri, İrpendəki (Ukrayna) büstü və çoxlu sayda maraqlı
fotolar yerləşdirilmişdir.
“Gənlər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin aprel sayı işıq üzü görüb. Həmişə olduğu kimi, bu dəfə də “Bərgüşad” ictimai-siyasi qəzetinin səhifələrində bir-birindən maraqlı yazılar yer alıb.
Qubadlı Rayon İcra Hakimiyyətinin basçısı İsaqov Malik Xizir oğlunun Qubadlılara göstərdiyi diqqət və qayğı adıçəkilən mətbu orqanın diqqət mərkəzində saxladığı və daimi olaraq, işıqlandırdığı məsələlərdən biridir.