Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
20 Yanvar
Odlar yurdu qan ağladı
Qana boyandı o gecə
Azadlığın pöhrələri
Qanla sulandı o gecə
Güllə yağırdı şəhərə
Bizi boğdular qəhərə
Ümid yox idi səhərə
Vaxt da dayandı o gecə
Bu çeynənmiş cəsədlərə
Bu cavanca şəhidlərə
Analar bir ağı deyin
Gül-çiçəkli məzarlara
Qəbiritsan,xiyaban yox
Azadlığın bağı deyin
ANA
Sökülməzdi dan yeri
Açılmazdı heç səhər
O şirin laylaların
Olmasaydı gecələr
Mən dünyaya gəlməmiş
Tanıdıb bir mələyi
Mənə əmr etdi Xudam
Anacan söyləməyi
Saçmasaydı Günəş nur
Itərdi zülmətdə Ay
Ana,sən bir Günəşsən
Mən sənə nisbətdə Ay
AXTARIRAM GÖZLƏRİNİ
Bu həsrətin əl izi var
Ürəyimin yarasında
Eşq dünyamda bir sən varsan
Baxsan onun harasında
Mələk ruhlu əlllərini
Gül qoxulu tellərini
Axtarıram gözlərini
Baxışların arasında
Baxıb ilham alaydım mən
Bir damla yaş olaydım mən
Şəkil olub qalaydım mən
Gözlərinin qarasında