Category: Azərbaycan ədəbiyyatı

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    GÖR KİMSƏN MƏNİMÇÜN

    Söyləyim, dinlə gör, kimsən mənimçün:-
    Sevdalı canımın ruhu, nəfəsi.
    Sevdamın qəlbdəki, döyüntü səsi.
    Məhəbbət dünyamın eşq ilahəsi…
    Söyləyim, dinlə gör, kimsən mənimçün:-

    Sevgili könlümün istək, arzusu.
    Sevdiyim Rəbbimdən, bir eşq ruzusu,
    Atəşli qəlbimə, sərin kuzə su…
    Söyləyim dinlə gör kimsən mənimçün:-

    Ürək, qəlb sirdaşım, ana, həm bacı.
    Vüqarlı başımın, qızıldan tacı,
    Bütün dərdlərimin çarə, əlacı…
    Söyləyim dinlə gör, kimsən mənimçün:-

    Şan, çöhrət, şərəfim, hər vaxt üz ağım.
    Çətində, dar gündə arxam, dayağım,
    Düz yol göstərənım, nurlu mayağım…
    Söyləyim, dinlə gör, kimsən mənimçün:-

    Qüdrətim, sərvətim, dövlətim, varım.
    Yeganə sahibim, tək iqtidarım,
    Cismimi bölsələr, mənim tən yarım…
    Soyləyim, dinlə gör, kimsən mənimçün:-

    Dövrana çağlayan qələm, söz verən.
    Dövrana qatlaşan,ömür, gün sürən,
    Dövransız ömrünü əbəs, puç görən…
    Bildinmi kimsən?…

    26.12.2015.

    K Ü L Ə K

    Dolan gəl kəndimin üstündən bəri,
    Yurdumdan bir ovuc toz gətir, külək.
    Həsrətdən quruyub dilim, dodağım,
    Sinəm od tutubdur, buz gətir, külək.

    Bülbültək qalmışam gülünə həsrət,
    Ayına, gününə, ilinə həsrət.
    Nə mənə şan gərək, nə də ki, şöhrət,
    Bir tikə çörəklə,duz gətir, külək.

    Tikanlı tellərdə sızlar xatirə,
    Qərib düşüncələr kədər bitirə.
    Qönçələr ürəkdən axdı sətirə,
    Sən ən kiçiyini, üz gətir, külək.

    Şimşəklər Oğuzun qılınc səsitək,
    Səma ulduzunun hər biri çiçək.
    Tapılan muncuqlar göz giləsitək,
    Fələyin boynuna düz gətir, külək.

    Olsa da ey külək, nə qədər çətin,
    Yetir yurda Haqqın vüsal qismətin.
    Bu təşnə Dövrana, zəfər şərbətin,
    Fərəh badəsində , süz gətir, külək.
    27.12.2015.

  • Eyvaz ZEYNALOV.”Şəkər” (Hekayə)

    eyvaz ist

    – Sən burda neynirsən, ə? – Rəflərə ərzaq məhsulları düzən dükançı geri çönəndə piştaxtanın qabağında dayanmış uşağı görüb soruşdu. Onun nə zaman içəri girdiyindən xəbər tutmamışdı.
    – Şəkər almağa gəlmişəm, – uşaq yavaşca mızıldadı.
    – Pesok?
    – Anam, şəkər, dedi.
    Dükançı dəqiqləşdirmək üçün yan tərəfdəki ağzıaçıq şəkər kisəsini göstərib soruşdu:
    – Bunnan? Şəkər tozu?
    – Hə, – uşaq təsdiqlədi.
    – Nə qədər?
    – Üç kilo.
    Dükançı tərəzidə şəkər çəkə-çəkə uşaqla sual-cavabını davam etdirdi:
    – Kimin oğlusan?
    – Ramizin.
    – Artist Ramizin?
    – Hı…
    Dükançı qəsəbənin özündəndi. Nəinki məhəllədəkilərin, qəsəbədəkilərin də yeddi arxa dönənini tanıyırdı.
    – Genə artistlik eləyir? – Uşaq cavab verməyə ehtiyac duymadı. Bilə-bilə soruşduğunu yaxşı bilirdi. – Yekə kişi iş tapıb özünə…
    Atası haqqında deyilənlərdən narazı qalan uşaq bu dəfə də dillənmədi. Ona böyüyün üzünə ağ olmamağı öyrətmişdilər.
    Dükançı ağzını düydüyü sellofan şəkər torbasını uşağa verməmişdən əvvəl soruşdu:
    – Anan pulunu göndərib?
    – Ala, – uşaq başını tərpədərək əlindəki kağız pulu ona sarı uzatdı.
    Dükançı üç kiloqram şəkərin haqqını şifahi hesablayıb həmin puldan çıxdı, qalığını qaytardı. Birdən nəsə xatırlayıb:
    – Dayan görüm, ə, – dedi. – Dükana borcunuz var?
    – Yox.
    Dükançı inanmadı. Haçan ödədiklərini unutmuşdu. Rəfdən götürdüyü “borc dəftəri”ni vərəqlədi, uşağın atasının adını axtardı.
    Uşaq bu müddətdə əlindəki pulu saymağa başladı. Onun hesablamasıyla dükançının qaytardığı pulun qalığı nə az, nə çox, düz otuz qəpik artıq gəldi.
    Dükançı, nəhayət, dəftərdə axtardığını tapdı. Uşağın atasının adının üstündən qalın bir xətt çəkilmişdi. Dəftəri örtüb:
    – Gedə bilərsən, – dedi.
    Uşaq oğurluq üstündə yaxalanmış adam kimi diksindi. Ovcundakı pulları gizlədib cəld qapıya cumdu. Tələsdiyindən ayağı nəyəsə ilişdi. Az qaldı yıxılsın. Şəkərlə dolu sellofan torbanı dükanın qapısına dayaq verərək özünü birtəhər düzəldib bayıra atıldı.
    Xeyli aralanandan sonra çönüb hürkək-hürkək arxaya boylandı. Dükançının pulu səhv qaytardığını duyub dalınca gələcəyindən narahatdı. Gəlmədiyini görüb
    ovcundakı pulları bir də saydı. Otuz qəpik artıqdı.
    Bu, oğurluq kimi bir şeydi. İlk dəfəydi başına belə bir iş gəlirdi. Pulu qaytarmaq lazımdı. Dükançıya dərs olardı! Yekə kişi haqq-hesabını apara bilmir, hələ bir onun atasını bəyənmir, lağ eləyir!
    Amma dükançının həqarəti onu tezcə də fikrindən daşındırdı. Atası haqqında dediyi sözlər qəlbinə bərk toxunmuşdu. Atası kukla teatrının aktyoruydu. Onunla fəxr edirdi. Çox da maaşı azdı. Ailəsini güclə dolandırırdı.
    Keçən həftə onları məktəbdən şəhərə, atasının oynadığı tamaşaya baxmağa aparmışdılar. Tamaşanın axırında Təpəgözü öldürən atasını uşaqlarla bərabər müəllimlərin də ayaqüstə necə alqışladıqlarını görmək lazımdı! Sinif yoldaşları atasına görə ona qibtə ilə baxırdılar!
    Gərək şəkəri heç o dükançıdan almayaydı. Anası ora göndərsə də, qonşu məhəllədəki dükana gedəydi.
    Məhəllələrində iki ərzaq dükanı vardı. Biri məhəllənin baş tərəfindəydi, o biri ayaq tərəfində. Baş tərəfdəkinə xeyli borcluydular. Anasının verdiyi pul o borcu ödəməyə, üstəlik üç kiloqram şəkər almağa çatmazdı. Bu dükana borclarını keçən ay üzmüşdülər. Deməsə də, uşaq anasının borclardan yana utanıb dükana çox vaxt onu göndərdiyini başa düşürdü. Balaca deyildi. Dördüncü sinifdə oxuyurdu.
    Anası hər dəfə dükandan qayıdanda məktəbdə xərcləmək üçün ona on qəpik verirdi. Onları xərcləmir, yığıb saxlayırdı. “Azərbaycan nağılları” kitabını alacaqdı. Müəllimindən o kitabda maraqlı nağıllar olduğunu eşitmişdi. Dükançının artıq qaytardığı otuz qəpik göydəndüşmə bir fürsətdi. Onun üstünə anasının verəcəyi budəfəki on qəpiyi də gələndə qırx qəpik edəcəkdi. Haçandan bəri arzuladığı nağıllar kitabını almağa da elə məhz qırx qəpiyi çatmırdı.
    Darvazalarına yaxınlaşanda ovcundakı pulları bir də saydı. Şübhə yoxdu, otuz qəpik artıqdı. Onu ayırıb gödəkçəsinin cibində gizlətdi. Anası bilsə, dirənəcəkdi ki, apar qaytar. Ancaq uşaq daha həmin pulu dükançıya qaytarmaq fikrində deyildi.
    Onu darvazanın ağzında anası qarşıladı. Birdən əlini üzünə aparıb bərkdən dedi:
    – Bu nədi, ay bala? Torbanı hara ilişdirmisən?
    Qorxmuş halda əlindəki sellofan şəkər torbasına baxdı. Altı deşilmiş, şəkər yarılanmışdı.
    Arxaya çöndü. Torbanın deşiyindən süzülüb tökülən şəkər yolda ağ, nazik iz salmışdı.

    “Ədəbiyyat” qəzeti
    26 dekabr,2015-ci il.

  • Şəfa VƏLİYEVA.”Ümidim öldü, adam…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Məni məndən alar gedər
    Vüsaldan üzülən ümid…

    Gəlmədin ki, sevinim…
    Gəl dedim ki, sevirdim…
    Gəlmə… de ki, sevincim,
    Ümidim öldü, adam…

    Eşqdən böyük dərdsənmiş…
    Eşq ən böyük dərd-sərmiş…
    Eşqdən böyük dərd gəlmiş:-
    Ümiddən döndüm, adam…

    Sevdam özümə zülmüm…
    Sevdam… özüməm… zülmüm…
    Sevdam… özüm… ən zülmüm:-
    Ümidlə öldüm, adam…

  • Məhəmməd TURAN.Yeni şeirlər

    Toy nəğməsi…

    Əlinə düzülmüş o göyçək xına,
    Bəzəsin ömrünü ömrün boyunca…
    Dədə evindəki “qız otağın”a
    Birdə bax , birdə bax , bir də doyunca…

    Həyat cənnət olsun ayağın altda,
    O göyçək gözündən sevinc tökülsün…
    Sabah açılmasın gün ağaranda,
    Sevdiyin güləndə gecən sökülsün…

    Ağlama kövrəlmə bu toy günündə
    Yaşın o daş-qaşa təzə nur əkir…
    Xoşbəxt ol , xoşbəxt ol – yeddinci qatda
    Kövrəlmə uzaqda bir göz yol çəkir…

    Şair təbim…

    Aşır-daşır sığışammır,
    Bu dünyaya şair təbim…
    Atır oxu qüssə-dərdə,
    Dönür yaya şair təbim…

    Aşır ömrümün boyunu,
    Aşır könlümün boyunu,
    Oyuna qatır oyunu,
    Kövrələndə şair təbim…

    aparır sabaha məni
    Bəlkə neçə əsrlərdi…
    Başıma salacaq dəni
    Ömrümə yox şair təbim…

    Paydı vallah əvəzi yox
    kədərin də ləzzəti çox…
    Tutacaqdır hər zaman tox
    Gözlərimi şair təbim….

    Sevgi yaş tanımır…

    Sən mənim ömrümə gələndə gülüm,
    Cığaz ürəyimin dörd yaşı vardı…
    Mənim əllərimdə sənin əllərin
    Bütün uşaqların “beşdaş”ı vardı..

    Pöhrə sevgi idik həyat bağında
    Ehh şirin-şirin də söhbət edərdik…
    Arada öpərdim qızıl saçından
    Sevgiylə odlanıb eşqə gedərdik…

    Nənəmə vermişdin şəklini gülüm
    “Nəvənə verərsən” demişdin hələ…
    Ay allah dörd yaşın sevgisinə bax
    Qüdrəti oxşardı çağlayan selə…

    Düşür hər xatirə yadıma bir-bir
    Neyləyim kövrəldir şair qəlbimi..
    Nə olsun uşaqdıq? Qanıram indi
    Hələ sevməmişəm sən tək heç kimi

    Şairə sevmək olmazmış…

    Yolunda daş kəsək bitər.
    Gələn gedər gedən ötər.
    Quru canı batar itər.
    Şairə sevmək olmazmış.

    Naləlidi dili könlü…
    Ağ bəxti var qara günlü…
    Başdan başa eşqdi ömrü…
    Şairə sevmək olmazmış…

    İnsanlarda könül çiymiş
    Həyat çiymiş , ömür çiymiş..
    Eşq şairə qənimiymiş
    Şairə sevmək olmazmış..

    Yenə ərşə qalxıb , diləyim Allah…

    Yenə ərşə qalxıb diləyim Allah
    İlhama köklənən günlərimdəyəm…
    Gülüşü unudub yanağım Vallah
    Qüssədən yüklənən günlərimdəyəm…

    Elə gözüm baxır yola yol çəkir…
    Heç bilmirəm dərdim nədir , ünüm nə?
    Bu durğunluq vərəqlərə nur əkir
    Şeirlər çoxalır , noolsun? günüm nə?

    Həsrətmi bu qədər qəlbimi yoran?
    Yoxsa qəriblikdi ya da ki nədi?
    Yaman deyinirəm vallah ömürdən
    Həyatın çörəyi dizlərimdədi…

  • Xaliq MƏMMƏDOV.”Bu gecə yadıma yaman düşmüsən”

    12079336_155372158146741_6186934002319206725_n

    Hər gecə yadım düşərdin ama.
    Bu gecə yadıma yaman düşmüsən.
    Bəlkədə sən başa düşərdin ama.
    Sadəcə sevgiyə yalan düşmüsən.

    Gəlməyir yuxuda gözümə yatım.
    Bürünüm uşaqtək özümə yatım.
    De necə uzanım, de necə çatım?
    Bu gecə yadıma yaman düşmüsən.

    Bəlkədə yatmısan sən indi rahat.
    Mənəsə yoldaşdır qəm indi rahat.
    Gör necə həsrətin salıbdır qanat.
    Bu gecə yadıma yaman düşmüsən.

    Gecələr sən belə olursanmı heç?
    Ağlayıb gizlincə dolursanmı heç?
    De görüm yar məni sorursanmı heç?
    Bu gecə yadıma yaman düşmüsən.

    Sən idin ömürdə mənim amalım.
    Getmisən itibdir əqlim, kamalım.
    Bil daha qalmayıb taqətim, halım.
    Bu gecə yadıma yaman düşmüsən.

    Bitməyir necədə uzanır gecə.
    Həsrətlə başıma dolanır gecə.
    Min fikir başımda yaranır gecə.
    Bu gecə yadıma yaman düşmüsən.

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    Burda asta yeriyin
    Burda asta danışın
    Hər şəhid arzusundan
    Od götürün alışın.

    Bu yer haqla nahaqqın
    Savaşından yaranıb.
    Anam Azərbaycanın
    Göz yaşından yaranıb.

    Burda zirvə ömürlü
    Ərlər, ərənlər yatır.
    Canını bu torpağa
    Qurban verənlər yatır.

    Azadlığ ilk bahar
    Havasında uyuyur
    Anam Azərbaycanın
    Laylasında uyuyur.

    Azadlıq dünyamızdan
    Onlar agahdır bu gün.
    Məzarları bir xalqa
    Ziyarətgahdır bu gün.

    Hər məzarın üstündə
    Qərənfil-ürək qanı
    Bu qərənfil sevgilər
    Mat qoyub bu dünyanı.

    Gələcək nəsillərin
    İçməyə and yeridir
    Azadlıq səmasının
    Qızaran dan yeridir,
    Şəhidlər xiyabanı
    İgidlər xiyabanı.

    DÜNYAYA BAXIRAM

    Tarixlə üz-üzə dayanıb bəzən,
    Ayları, illəri xəlbirləyirəm.
    Əsrlərdən gələn bir anı bəzən,
    Şeir misrası tək əzbərləyirəm.

    Bir xoş təbəssümdən, bir xoş qılıqdan,
    Çəkilir ömrümün qürub sarısı.
    Bəzən təmənnalı bir yaxşılıqdan,
    Mənə bir pay düşür-ürək ağrısı.

    Şahların önümdə əyilir başı,
    Qorxudan cəllad da çağıra bilmir.
    Bir dəli quyuya atdığı daşı,
    İndi yüz ağıllı çıxara bilmir.

    Döyüşdə mərdlərin pozulub səfi,
    Harda ki, xəyanət durub qəsdinə.
    Birinin sarayda çəkdiyi kefin,
    Ağrısı bir xalqın düşüb üstünə.

    Öz türk soyumuzdan ayırmaq üçün,
    Bizə fars-deyiblər ərəb deyiblər.
    Haqqı qorumaqçün babalar o gün
    Ümid bir sənədir yarəb-deyiblər.

    Haqqım var zoruyla öyünənlərin,
    Qırıb sümüyünü kül-xınc eyləyim.
    Ürəyi qarnında döyünənləri,
    Tanrının başına qaxınc eyləyim.

    Qəmi puçurlayar hər yaz dərdimin,
    İzini qar-yağış itirə bilməz.
    Ağzı açılıbdır Araz dərdimin,
    Selini dərələr götürə bilməz.

    Hər vaxt həqiqətin əlini sıxıb,
    Haqqı diləmişəm haqq aşığından.
    İndi azadlığın taxtına çıxıb,
    Dünyaya baxıram öz işığımdan.

  • Əlirza HƏSRƏT.”Necə ovunduraq qərib ŞUŞANI?!”

    11149420_814346961975030_7057312539619506005_n

    Sərhəd dirəkləri dikəlib bir-bir,
    Nə zəvvar qalıbdır o yerdə,nə pir.
    Haçandır dan üzü sökülmək bilmir,
    Basıbdır bağrına qürub ŞUŞANI.

    Ruhsuz da oynayır bədən yerindən,
    Təmənna gözləmə gedən yerindən.
    Bu başı bəlalı Vətən yerindən,-
    Zalımlar nə yaman qırıb ŞUŞANI.

    Nəğmə bəstələyib gündə bir ahla,
    Döyüşə gedirik qoşunsuz şahla.
    “İtkin şişəstə”ylə, “yetim segah”la,-
    Necə ovunduraq qərib ŞUŞANI?!

  • Qalib ŞAMXALOĞLU.”Az olan imkan da öldü manatla !”

    qsm

    Sarıb səmamızı qara buludlar ,
    Sabaha güman da öldü manatla !
    Heç oldu , puç oldu əllərdə nə var
    Az olan imkan da öldü manatla !

    Qeybə çəkilibdi haqqla ədalət ,
    Bürüyür ölkəni zülüm , zəlalət !
    Daha əlli faiz artdı səfalət ,
    Ac Azərbaycan da öldü manatla !

    Yenə dağılacaq neçə yuvalar ,
    Bizə qan ağladır zatı yavalar !
    Arxivə gedəcək bütün tavalar ,
    Çömçə də , qazan da öldü manatla !

    Ta verir bu xalqa belə məsləhət ,
    Hadı Rəcəbli ki , edin qənaət !
    Daha insanlıq da olacaq qəhət ,
    Hörmət , ehtişam da öldü manatla !

    Qalib Şamxaloğlu düşübdü dərdə
    İnsan insan kimi yaşamır Yerdə !
    Kimsə gəlməyəcək insafa bir də ,
    Tərazi mizan da öldü manatla !

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    yt

    BİLƏSƏN GƏRƏK

    Dərdimin üzünü ağ edən gündən,
    Sevinə bilmirəm gözüm doyunca.
    Qoşulub ömrünə canımdır gedən,
    Ağrına,acına dözür doyunca.

    Sən mənim gözümə çəkilən həsrət,
    Özümü unudub sənə yanıram.
    Gözümdə əksindir yerinə qismət,
    Hara gedirəmsə səni anıram.

    Qəlbimi salmışam sənin dalınca,
    Getmisən köksümdə ürəyin qalıb.
    Məni məndən etmə mənim olunca,
    Elə zənn eləmə-ürəyim qalıb.

    Sənsiz dünya mənlə yol gedə bilmir,
    Elə səninlə də düz oxumur,düz…
    Qəlbim sənsizliyi dərk edə bilmir,
    Qayıt,inadından bir yolluq əl üz!

    Günlərə bağlayıb sənli gümanı,
    Alışıb yanıram hey için için.
    Söylə darıxmırmı ürəyin,canım,
    Sevib-sevildiyin o günlər üçün?!

    Sənsiz bu dünyayla getmirəm yola,
    Nələr çəkdiyimi biləsən gərək.
    Gözündən gözünə çəkdiyin yolla
    Qayıdıb,özünə gələsən gərək!

    NƏLƏR ÇƏKDİYİMİ BİLƏSƏN GƏRƏK.

    Dərdimin üzünü ağ edən gündən,
    Sevinə bilmirəm gözüm doyunca.
    Qoşulub ömrünə canımdır gedən,
    Ağrına,acına dözür doyunca.

    Sən mənim gözümə çəkilən həsrət,
    Özümü unudub sənə yanıram.
    Gözümdə əksindir yerinə qismət,
    Hara gedirəmsə səni anıram.

    Qəlbimi salmışam sənin dalınca,
    Getmisən köksümdə ürəyin qalıb.
    Məni məndən etmə mənim olunca,
    Elə zənn eləmə-ürəyim qalıb.

    Sənsiz dünya mənlə yol gedə bilmir,
    Elə səninlə də düz oxumur,düz…
    Qəlbim sənsizliyi dərk edə bilmir,
    Qayıt,inadından bir yolluq əl üz!

    Günlərə bağlayıb sənli gümanı,
    Alışıb yanıram hey için için.
    Söylə darıxmırmı ürəyin,canım,
    Sevib-sevildiyin o günlər üçün?!

    Sənsiz bu dünyayla getmirəm yola,
    Nələr çəkdiyimi biləsən gərək.
    Gözümdən gözünə çəkdiyin yolla
    Qayıdıb,özünə gələsən gərək!

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    XOŞBƏXT ELƏMƏYƏ GƏLMİŞƏM SƏNİ

    Kövrək xatirəndə qalan izlərim,
    Əbədi həkk olsun ömür yolunda.
    Sənə həsrət qalan yorğun gözlərim,
    İzn ver dincəlsin gül camalında.

    Çıxart xəyalından aşkara məni,
    Bəxtim qoy bəxtinə zəmanət olsun.
    Xoşbəxt eləməyə gəlmişəm səni,
    Ömrün də ömrümə əmanət olsun.

    Eşqinlə çək çıxart ürəyimi, gəl,
    Təkliyin qaranlıq gor quyusundan.
    İllər yolumuzda olmasın əngəl,
    Doğulaq taleyin kor quyusundan.

    İNSANLIĞA

    Bir günahkar bəndə varsa, yox nicat insanlığa,
    Hər bir insan saf əməl versin zəkat insanlığa.

    Qoy arınsın büs-bütün hər cür günahdan bəndələr,
    Eyləsinlər çox savab işlər barat insanlığa.

    Durmadan karvan gedir, yollar uzaqdır, yük ağır,
    Sən də ver öz töhfəni, vaxtında çat insanlığa.

    Vermə əldən insafı, fürsət var ikən adil ol,
    Pak əməllər bəxş edər sonsuz həyat insanlığa.

    Sözlərinlə gəl, Müzəffər, qəlbləri abad elə,
    Mənəviyyat müjdəni şövq ilə qat insanlığa.

  • Rahilə DÖVRAN.”Fani dünya”

    12091354_1653537131524991_3860076084131834097_o

    Şikayətəm, mən gileyəm,
    Gün görməyən, don quzeyəm.
    Ağlatdığın qəmli neyəm,
    Nədir mənlə qəsdin dünya?

    Hanı sənin ədalətin?
    Qismət,ruzin, səxavətin?
    Nədir mənim qəbahətim?
    Hey ipimi kəsdin dünya…

    Atdığım zər yekdi, dudu,
    Kor bəxtim də, üzə durdu.
    Gedən vurdu, gələn vurdu,
    Tapdaladın, əzdin dünya.

    Yoxsa məni hədəf gördün,
    Yük atıtək qoşdun, sürdün.
    Mən yandırdım, sən üfürdün,
    Qara yeltək, əsdin dünya.

    Öldürmədin, öləmmədim,
    Xətir, hörmət görəmmədim.
    Dərdi sənlə böləmmədim,
    Məndən uzaq gəzdin dünya.

    Dövran Tanrı əmanəti,
    Var şöhrəti, dəyanəti.
    Şair sevməz xəyanəti,
    Nahaq ondan küsdün dünya…

    24.12.2015.

  • Rahilə DÖVRAN.”Yavaş-yavaş”

    12091354_1653537131524991_3860076084131834097_o

    Axdı qəlbdən dilə, bir neçə kəlmə,
    Söyləyim, qulaq as, sən yavaş- yavaş.
    Sırınıb qəlbimə qəm ilmə- ilmə,
    Dərddə qərq oluram, mən yavaş- yavaş.

    Olsa da könlümdə hisslər dum- duru,
    Zaman alazlayır əqli, şüuru.
    Azalır günbə-gün gözlərin nuru,
    Ələnir saçlara, dən yavaş- yavaş.

    Itib damaq dadı, hər bir nemətdə,
    Xoş bir şey görmürəm, bu əlamətdə.
    Artıq söz dinləmir vücud, qamət də,
    Azalır hünər, güc tən yavaş- yavaş.

    Yaxamdan əl çəkmir dərd, bəla, qada,
    Gərəksiz olmuşam qohuma, yada.
    Xəyal da, güman da, çatmayır dada,
    Itir zehin, yaddaş, zənn yavaş- yavaş.

    Ümidim, pənahım,tək Ulu Rəbbim,
    Ey Dövran,Onunçün döyünür qəlbim.
    Rəhm etsin, sönməsin ilhamım, təbim,
    Çəkilsin başımdan, çən yavaş- yavaş…

    25.12.2015.

  • Əziz MUSA.”Könül”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    Könlüm, gözüm gülməz bir də,
    Dövran bizi salıb dərdə,
    Qərib insan qərib yerdə ,
    Ağlamaz, öz yurdu olsa.

    Göylər sevməz bəxti kəmi,
    Vürər bizə hər sitəmi,
    Bəndə ürəyində qəmi,
    Saxlamaz, öz yurdu olsa.

    Hər kəs sevər binəsini,
    Yurd unutmaz yiyəsini,
    İnsan vallah sinəsini,
    Dağlamaz, öz yurdu olsa.

    Öyrən indi bəmə, könül,
    Qoy bu dərdi dəmə, könül.
    Əziz Musa qəmə könül,
    Bağlamaz öz yurdu olsa.

  • Mehriban İBRAHİMOVA.”Dünya, səndə nəyim qaldı?”

    Sorğu gəzir,ürək dolu,
    Hesab sorur öz-özündən:
    Dünya səndə nəyim qaldı?
    Şirin-şirin arzularım,
    Yığın -yığın duyğularım,
    Dünya dolu qayğılarm.
    Əlim gəlməz bir çiçəyin,
    Yarpağını qoparmağa,
    Gəlişim tək gedişimdə,
    Sirrli aləm aparmağa.
    Bilinməzsə bu dünyaya
    Nə gəlişim ,nə gedişim
    Nə faydası gəlişimin,
    Bu dünyadan gedişimin.
    Qalmayıbsa varlığımın
    yoxluğumun bir mənası,
    Yaşamağın nə mənası?
    Bu dünyaya gələn insan,
    İnsan kimi yaşamasa,
    Yaşamağın nə mənası.
    Dünya səndə nəyim qaldı?
    Yoxsa cavab bu sorğuya,
    Qalmayıbsa sözü,izi
    Ürək dolu bircə sözü,
    Yaşamağın nə faydası
    Sorğu gəzir ürək dolu,
    Dünya səndə nəyim qaldı?

    25 12 2015.

  • Mehriban İBRAHİMOVA.”Yaşamaq elə budur”

    Yağan yağışda islanmaq,
    Qışın sazağında donmaq,
    Yayın istisinə yanmaq,
    Yaşamaq deyil ki ,hələ.
    Sevirəm deyib bağırmaq,
    Mən varam deyib çığırmaq,
    Dərdlə içində ağrınmaq,
    Yaşamaq deyil ki,hələ.
    Kimlərəsə boyun əymək
    Kiminsə çörəyini yemək
    Günlərini hədər saymaq.
    Yaşamaq deyil ki hələ.

    İnsanlığın halına yanmaq,
    İnsan tək yaşayıb,insan tək qalmaq
    İnsanlığın zirvəsinə ucalmaq.
    Yaxşı əməllərlə dillərdə qalmaq,
    Yaşamaq elə budur,yaşa ey insan.
    Ömür sənə verilib ,sənindir ,amma,
    İnsan olduğunu unutma ,danma,
    Günəşin oduna tək-tənha yanma,
    El -oba dərdinə,birlikdə yansan
    Yaşamaq elə budur ,yaşa ey insan.
    Düzlük silahını saxla əlində,
    İşində,gücündə ,hər əməlində,
    El oba içində ,hörmət,ehtiram,
    Çəkilsin hörmətlə hər yerdə adın,
    Yaşamaq elə budur ,yaşa ey ,insan.

    26 12 2001

  • Vasif ZÖHRABOĞLU.”Heykəl əllərin…”

    1601578_710347309084020_7077466699777794928_n

    Qadasın alardım, tozun alardım,
    Mən ki, dəlisiyəm daş gözəllərin.
    Öpüb gözlərimin üstə qoyardım,
    Canlana bilsəydi heykəl əllərin.

    Biraz da sükutdur elə yaşamaq,
    Biraz da dincəlsəm kölgəndə sənin.
    Sənin dayandığın zirvəyə ancaq,
    Ölənlər yetişir ölkəndə sənin.

    Utanma gözümün içinə baxıb,
    Min il yaşamısan, min il ölmüsən.
    Sən bu ucalığa səsinlə qalxıb,
    Bir heykəl diliylə kiridilmisən.

    Yanında yerim var aman günüdür,
    Min insan ömründən bahalı heykəl.
    Hər gün bu vətəndə nişan günüdür,
    Elləri qanımla xınalı heykəl…

    Qadasın alardım, tozun alardım,
    Mən ki, dəlisiyəm daş gözəllərin.
    Öpüb gözlərimin üstə qoyardım,
    Canlana bilsəydi heykəl əllərin.

  • Vasif ZÖHRABOĞLU.”Səkilər”

    1601578_710347309084020_7077466699777794928_n

    Təkliyinlə doldurarsan otağı,
    Gözlərindən yuxun ərşə çəkilər.
    Boylanarsan pəncərədən aşağı,
    Görərsən ki, buza dönüb səkilər.

    Ürəyinin alovunu, odunu,
    Ovcundaca kiridərsən, kiriməz.
    Unutduqca ayrıldığın qadını,
    Səkilərin buzu hələ əriməz.

    Dizlərini ürəyinə sıxasan,
    Buza dönər gözlərinin yaşı da.
    Pəncərədən hey aşağı baxasan,
    Səki üstə keçirəsən qışı da…

    Bəhanə tap, gözlərinlə ha yol çək,
    Gələcəkdi, gəlmədi yol uzaqdı.
    Qış günündə səki üstə mənim tək,
    Darıxanlar hamısı yalquzaqdı…

    Təkliyinlə doldurarsan otağı,
    Gözlərindən yuxun ərşə çəkilər.
    Boylanarsan pəncərədən aşağı,
    Görərsən ki, buza dönüb səkilər…

  • “Mən səni özümə qaytaracağam” adlı kitab çap olunub

    Şair-publisist, AYB-nin üzvü və AJB-nin üzvü, I qrup əlil Ofelya Mədətqızı 6-cı dəfə oxucuları ilə görüşə gəlib. “Mən səni özümə qaytaracağam” adlı kitabın 1-ci və 2-ci fəsilləri müəllifin tale yazıları, ölümlə çarpışan zaman sözdən və zamandan imdad diləməsi, söz meydanında özünü tapması ilə bağlı yazılarla yadda qalır. 3-cü fəsildə söz adamlarının, qələm yoldaşlarının müəllif haqda fikirləri toplanıb. 5-ci fəsildə Ofelya Mədətqızı özünü bir publisist kimi tanıdır. Digər fəsillərdə müəllifin şeirləri, rübai və poemaları cəmlənib.
    Inanırıq ki, kitab geniş oxucu kütləsinin diqqətini cəlb edəcək, onun mütaliəsinə sərf etdikləri, itirdikləri vaxta heyfsilənməyəcəklər.

    Şəfa VƏLİYEVA,
    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

  • Tanınmış yazçı Eyvaz Zeynalovun yeni kitabı İstanbulda işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalovun Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində “Eski bisiklet” (“Köhnə velosiped”) adlı hekayələr kitabı “Anatolia” nəşriyyatı tərəfindən 160 səhifə həcmində, 2000 tirajla işıq üzü görüb.Kitaba 20 hekayə daxil edilib.“Eski bisiklet” kitabı artıq Türkiyənin ən önəmli topdan kitab satışı firmalarına göndərilib.Kitabın pərakəndə satış qiyməti təxminən 6 ABŞ dollar qiymətinləndirilir.
    Qeyd edək ki, bundan öncə tanınmış yazıçı Eyvaz Zeynalovun “Bələdçi” romanı Azərbaycan türkcəsindən Alman dilinə tərcümə olunub.Alman dilinə çevirəni isə yazıçı M.M.Kiehldir.Kitab Almaniyanın “Vintervork” nəşriyyatı tərəfindən çap olunub.Müəllifin sayca doqquzuncu kitabı olan “Bələdçi” romanı Almaniyanın Frankfurtdakı Beynəlxalq Kitab sərgisində nümayiş etdirilmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Saqif QARATORPAQ.”Getməmişəm hələ mən”

    saqif muellim

    Getməmişəm hələ mən
    Kimsənin ayağına.
    Gəlsəm, üzümə vurma,
    Qucaqla, bas bağrına.

    Gərək yiyəsi olsun
    Bu həyatda itun də.
    Elə bil ki artqdı
    Indi bir yetimin də.

    Lap acı söz desən də,
    Onu da de ürəkdən.
    Ürəksiz bir söz desən,
    Çıxıb gedəcəyəm mən…

  • Saqif QARATORPAQ.”Kəsdirib qapımı budu son bahar”

    saqif muellim

    Bilmirəm nə deyim sənə bu yaşda,
    Ilk dəfə vurulan uşaq deyiləm.
    Bir az utancağam,bir az da tənbəl,
    Neyləyim, elə də qoçaq deyiləm.

    Kəsdirib qapımı budu son bahar,
    Ayağım altında xəzəldi illər…
    Mənim qız qaytaran vaxtım ha deyil,
    Elə görən kimi sevə gözəllər.

    Yoxsa sən gecikdin bu ömrə-günə,
    Bilmirəm, gec tapdım bəlkə mən səni.
    Bir nakam sevdanın naxışıdı bax,
    Alnımın qırışı,saçımın dəni.

    Bir eşqin acısı sızlar içimdə,
    Adını sinəmə yazıb ayrılıq.
    Mən çoxdan ölmüşəm bir buz ürəkdə,
    O gündən qəbrimi qazııb ayrılıq.

    Demirəm halıma acı bir azca,
    Səndən bir cabab da gözləmirəm mən.
    Bir az ürəyimi boşaltdım yetər,
    Bundan sonrasını özün bilərsən…

  • Arzu RÜSTƏMSOY.Yeni şeirlər

    Məni o küçədən keçirmə daha…

    Mənə nağıl danış,gələcəyimdən,
    Bəxtimdə var isə, güləcəyimdən.
    Hələ neçə küçə ,keçəcəyimdən,
    Söylə sən haqqımı bitirmə daha,
    Məni ,o küçədən keçirmə daha.

    Mənim o küçədən ayaq izim var,
    Bir cüt ağlargözlü ümidsizim var.
    Ona deyilməmiş sirrim-sözüm var.
    Qoy bir ümid olum,itirmə daha,
    Məni o küçədən keçirmə daha.

    Yağan yağışlardan,əsən küləkdən,
    Arzumu gözümdə qoyan fələkdən.
    Ayaq izlərim də doydu ,kələkdən,
    Qoy bir ümid olum,itirmə daha,
    Məni o küçədən keçirmə daha.

    Gəl ayrılaq birdəfəlik…
    Həsrət hicran yorub bizi,
    Döndərib haqq üzümüzü.
    Odumuzun sönüb közü,

    Gəl ayrılaq birdəfəlik.
    Fələk salıb dağa-daşa,
    Qəhərliyəm başdan-başa.
    Ömür ötür gahdan-kaşa

    Gəl ayrılaq birdəfəlik.
    Sevgi belə yaşanmaz ki,
    Ürək sevər yaşlanmaz ki.
    Bulaq sızar,daşlanmaz ki,

    Gəl ayrılaq birdəfəlik.
    Mənim olan de nəyindi,
    Sevincim qara geyindi.
    Həyat demədi,deyindi,

    Gəl ayrılaq birdəfəlik.
    Ayrılıgın yox qaydası,
    Qovuşmağın nə faydası.
    İkimizçün ən yaxşısı,
    Gəl ayrılaq birdəfəlik.

    26.12.2014

    Gəl boyuna qurban gəl sevim səni…

    Men belə dəliyəm,Məcnuna tayam,
    Bəzən coşub-daşib gôzümden çayam,
    Bu cür istəmirəm,canıma qıyam,
    Gəl,boyuna qurban gəl,sevim səni.

    Məndə ki,bu eşq var,yaxar ha yaxar,
    Baş üstə şimşəyin çaxar ha çaxar.
    Bir gün məni üzüb yixar ha yixar,
    Gəl boyuna qurban gəl,sevim səni.

    Gündə dilim deyər adını sənin,
    Ruhum arzu edər,dadini sənin,
    Anla belə yandım,oduna sənin,
    Gəl boyuna qurban gəl,sevim səni.

    Cahanda görmədim sən tək cananin,
    Ölləm,qurbanıyam dərdim qananin.
    Qoy dönüm,başina min yol dolanım,
    Gəl,boyuna qurban gəl sevim səni.

    Üzübsən canimi məndən bixəbər,
    Mən səni sevmişəm,səndən bixəbər.
    Deyilsən üsuldan ,çəmden bixəbər,
    Gəl,boyuna qurban gəl sevim səni.

    Dağlarin qoynunu sarıbdir,duman,
    Zirvənin könlüne gəlibdir iman.
    Bu eşqdə bir sən ol,halımı qanan,
    Gəl boyuna qurban gəl sevim səni.

    Baxıram,ûzûnə,qaşların hilal,
    Öldürür,sürüyür,məni bu məlal.
    Inan,gözüm,canım,mənimsən,halal,
    Gəl,boyuna qurban gəl sevim səni.

    Bu qaşlar,bu gözlər,kimdə var,kimdə,
    Odlayır,yandirir,məni qəlbimdə.
    Görmək istəyirəm səni,evimdə,
    Gəl,boyuna qurban gəl sevim seni.

    25.10.2013

  • Şəfa VƏLİYEVA.”Vatsonum” publisist yazısından….”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Cılız mətbəx qadınları susmağı öyrənir.. çünki onları cəmiyyətlə qorxudublar… təsəvvür edə bilərsən bunu?
    Hər ikisi susdu… dəqiqələr sonra qaşlarını çataraq :
    -etməsən olar!-dedi.- onsuz da cəmiyyət ancaq təsəvvürdədi. Ətrafımızda heç zaman cəmiyyət yox, adamları düşünürük biz. Adamların cəmiyyət olub-olmamağı məlum deyil….

  • Şəfa VƏLİYEVA.”Yaxşı ki, soruşmadın”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Yaxşı ki, soruşmadın
    Bu il də əhvalımı..
    Gözümdən oğurladın
    Köhnə, nimdaş halımı…

    Sən soruşmadın deyə
    Mən də “sənsiz” olmadım…
    “Darıxmaqdan ölməyə”
    Bir il cığır salmadım…

    Amma… birdən inciyər
    O kiçik söz:-necəsən…
    Gərək elə mən deyəm?!
    Özün söylə! Necəsən?…

  • Əlirza HƏSRƏT.”Sevgiyə ibadət eyləsə bəşər”

    11149420_814346961975030_7057312539619506005_n

    Sənin yerişinin adı başqadır,
    Qalxır xumar-xumar toz ayağından.
    Bir sevda rəsmidir rəngsiz,boyasız,
    Yollara tökülür iz ayağından.

    Sevgiyə ibadət eyləsə bəşər,
    Yaxşı əməllərə məğlub olar şər.
    Boynuna məhəbbət kəməndi düşər,-
    Asılıb qalarsan öz ayağından.

    Mənim qəlbimdəki bu eşq təpəri,
    Ana təbiətin sirridir,pəri.
    Zirvəyə ucalmaq istəyənləri,-
    Sınağa çəkərik biz,ayağından.

  • Təranə Turan RƏHİMLİ.”Dənizin qanı qaradı”

    teranexanim

    Bu dənizin sahilindən
    arzular uzaq görünür.
    Bu dənizin sularında
    balıqlar yazıq görünür.

    Adamlar axışıb axşam
    dəniz havası almağa,
    Yosunlar ilişib yenə
    balıq yerinə qarmağa.

    Bürküdən nəfəsi durub,
    Dənizin havası çatmır.
    Üzündə dərd qaysaqlayıb,
    Dalğalar hey vurur, batmır.

    İçindən qara qan axır,
    Gecə tək donu qaradı.
    Gəl qayıdaq, gedək evə,
    Dənizin qanı qaradı.

  • Təranə Turan RƏHİMLİ.”Gözümdən düşdüyün yola düşürəm”

    teranexanim

    Məni tanımadın, körpə ağacdım,
    Vaxtsız doğradılar, kölğəm olmadı.
    Böyük ağacların kötüyü qalır,
    Bir kötük boyunda izim qalmadı.

    Sən hardan biləsən soyuqdu mənə,
    Ruhumun paltarı çoxdan çürüyüb.
    Elə dərd biçmisən boyuma gəlmir,
    Məni sabahımın dərdi bürüyüb.

    Nə deyib çıxasan haqqın üzünə,
    Belə ayrılıqlar dərddi Allaha.
    Gözümdən düşdüyün yola düşürəm,
    Səni axtarmağa gedirəm daha.

  • Xəyalə SEVİL.”Asaram özümü goyün üzündən”

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Buludların ac it kimi
    Elə hürür ki, üstümə, İlahi,
    Məni yağışın tutacaq.
    Qapından qayıdır dualarım da,
    Məni qarğışın tutacaq.
    Ömrüm il – il tökülür,
    Daşlayıblar ömrümü.
    Bir ulduzsuz gecəyəm,
    Bir kimsəsiz küçəyəm.
    Bu dəlisov yağışlar
    Xoşlayıblar ömrümü.
    Eh! Daha əlimi açmaram sənə,
    Eh! Daha əllərim qoynumda qalar.
    Asaram özümü goyün üzündən,
    İlahi, ölümüm boynunda qalar.

  • Xəyalə SEVİL.”Bətnimdə böyüyən adam”

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bətnimdə böyüyən adam,
    Bir ömür gözləyir səni.
    Ömrün yaşına gələcək,
    Həyat başına gələcək.
    Qoy səni aldatmayım ki,
    “Dünya xoşuna gələcək”…
    Bətnimdə böyüyən adam,
    Dünya bətnim kimi deyil,
    Enişi var, yoxuşu var.
    Bu dünyaya hər gələnin
    Torpağa bir qapı açıb
    Bu dünyadan çıxışı var.
    Qapı-qapı qəbrlərini tanı,
    Bunu, onu, o birlərini tanı.
    Bizi saxlayır, böyüdür,
    Dayədi bu dünya bizə.
    Dünyadan ev olmaz, balam,
    Kirayədi dünya bizə.
    Bətnimdə böyüyən adam,
    Müxtəsəri,
    Anan mənəm, atan odu.
    Evin budu, odan odu.
    Səni hər gün əzizləyən
    Bacın, qardaşın da var.
    Daşın üstə daş qoymağa
    Balaca daşın da var.
    Ürəyimiz üzünə
    Açılıbdı taybatay,
    Gözləyirik aybaay.
    Fərqi yoxdu, oğlan ya qız,
    Balamsan, balamsan mənim.
    …7 …8 …9

  • Şəfa VƏLİYEVA.”Bütün bayramlara özəl… “

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Göydə ulduz əlçim-əlçim,
    Gözlərimə baxar, gedər…
    Bu həsrətə dözəcək kim,
    Həsrət məni yaxar, gedər…

    Göydə ulduz qatar-qatar,
    Sərnişini xəyalındı,
    Bəxtim elə yatar, yatar,
    Röyası da hicranındı…

    Göydə ulduz birər-birər,
    Hərəsi bir güvən, ümid…
    Məni məndən alar gedər,
    Vüsaldan üzülən ümid…

    Göydə ulduz düzüm-düzüm,
    Unutdurar məni mənə…
    Daha yoxdur sənə sözüm,
    Qaytar ver özünü mənə… (c)

  • Şəfa VƏLİYEVA.”Bu yay torpağı oxşadı…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Inanma hər deyilənə
    Hələ sənə nə yazmışam? (Intiqam)

    Mənim sənə yazdıqlarım
    Bu yay torpağı oxşadı…
    Döndü üzü qiblə sarı
    Tərsa eşqimə baxmadı…

    Eşq-naməhrəm… eşq-səd günah…
    Eşq -beş ləçəkli zanbaqmı?
    Eşq-kitabsız bir səcdəgah
    Eşqli-məbəd Şamxatımı?

    Elə asan öldürürlər
    Sevgi rəngli ümidləri…
    Tanrı qıymazdı belə…
    Ayırmazdı sevənləri…

    Vallah, bizi ayıranlar
    Allahını tanımadı…
    Bəlkə, eşqə tapınanlar
    Allahından yarımadı?!

  • Xaliq MƏMMƏDOV.”Mən ki sevmək istəmədim”

    12079336_155372158146741_6186934002319206725_n

    Düşünərdim silməm səni.
    Getdin daha görməm səni.
    Necə sevdim bilməm səni.
    Mən ki sevmək istəmədim.

    Dönə-dönə dedim qəlbə.
    Daha çıxım gedim qərbə.
    Necə kömək edim qəlbə?
    Mən ki sevmək istəmədim.

    Çox saxlama gülüm məni.
    Qoy aparsın ölüm məni.
    Bağışlasın könlüm məni.
    Mən ki sevmək istəmədim.

    Tək yanında mən olmuşam.
    Bu həsrətdən yorulmuşam.
    Axı necə sən olmuşam?
    Mən ki sevmək istəmədim.

    Yox ümüdə bir çıxıntı.
    Yıxır məni hey sıxıntı.
    Var qəlbimdə bir qırıntı.
    Mən ki sevmək istəmədim.

    Bağışlamır ürək məni.
    Hədəf alıb dirək məni.
    Bağışlaya gərək məni.
    Mən ki sevmək istəmədim.

  • Şəfa VƏLİYEVA.”Mənsizliyi sayırsanmı?”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    bu sənsiz neçənci ildi?
    mənsizliyi sayırsanmı?
    qayıdıb gələn ümidi
    qapınıza qoyursanmı?

    yollarına tən gələcək,
    saçlarım qayçı tanımır…
    “bu yolla gedən gələcək”…
    təsəllilər nağıllanır…

    Əlahəzrət darıxmağı,
    möhtərəm kədəri dandım…
    sənsizlik vermədi ağıl,
    neyləyim, ağıllanmadım…

  • Şəfa VƏLİYEVA.”Gözümdə əksin qalacaq”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bilirsən, mən gənc öləcəm,
    Yarıtmıyacam bu bəxti…
    Bir bənd ağıya dönəcəm
    Ürəyində… müvəqqəti…

    Gözümdə əksin qalacaq,
    Ürəyimdə yara izin…
    Bir ilə unudulacaq…
    Bu da ki, sənə son sözüm:

    “Yolun düşsə, salam denən
    Qara-qırmızı lentlərə…
    Adımı əyninə geyən,
    Bəzənən qara mərmərə…”
    2014…

  • Təranə ŞƏMS.”Qısqanma, könül!”

    ts

    Dəyməsin gülümə o kobud əllər
    Gülümün gül ömrü itər azalar
    Xəzanə bürünər qönçə güllərim
    Bülbülün qəlbini qüssə-qəm alar.

    Qoxusu dünyanı məst edən gülüm
    Səni vəsv etməyə gücüm yetərmi
    Eşqisiz gül ömrü yaşayan gülüm.
    Bu sevgim bu eşqim,sənə yetərmi?

    Xisləti naqislər, eşqi naqislər
    Duymaz ki, gül ömrü, gül sevgisi nə
    Alışan ürəkdi hər açan fidan,
    Dəymə, gül ömrünə, gül sevgisinə.

    Bülbülü, gülünə qısqanma könül
    Bülbülün sevgisi, gül sevgisidir.
    Güllər elə sevgi, elə eşqidir,
    Göylərdən yol gələn haqqın səsidir.

    03.29.2014

  • Təranə ŞƏMS.”Get, get, biganə Aşiq!” (Esse)

    ts

    Sevgini etiraf etdiyində sən mənsən dedin,səni özümdə tapdım. Bəs zaman ötdükcə bildinmi mən sən olmaq istəmirəm. Bir söz deyə bilərəm. Yetər ki, sən özünü sevə biləydin. Sən məni özünə dəyər verdiyin qədər sevdin. Sənin gözlərində öz dəyərin yox ki…Mən sən olmaq istəmirəm. Sən həmişə özünü hamıdan sonda gördün, amma öldün hammı üçün öldün, can qoydun, yalnız bu həyatda özündən doydun. Özünü sevmədiyin halda necə sevə bilərdin məni? Kaş özünü sevə biləydin, özünə sevginlə öyə biləydin, özünün var olduğunu görə biləydin. İstəmirəm, artıq son olmaq istəmirəm. Qəlbini bükən don olmaq istəmirəm. Mən sən olmaq istəmirəm, sən olmaq istəmirəm. Bilmirəm yaddaşında varam, yoxam, azam çoxam. Artıq bu yadlığa toxam. Özünü sevməyan insan, bilirsən nə vaxtsa yoxsan? Axı ömür deyil, yüz, doxsan. Budur sənə sualım. Özünü sevməyən, başqasını necə sevə bilər? Sən sevmədin məni, çünki özünü sevmədin, sözünü sevmədin, qəlbinin yanar közünü sevmədin. Sən həyatı sevmədin. Demə mənə sən mənsən. Yox, yox mən sən olmaq istəmirəm. Mənim sevən qəlbim var, sənə sevgim var. Axı mən özümü də sevdim. Sevdimsə demək sən varsan, ömrümə müjdəsən gələn baharsan. Bahar çiçəyin deyləmsə necə mən sən olum? Mən sən olmaq istəmirəm. Səni vəsv etdim şerimdə, sözümdə, biçildin qəlbimə, dikildin gözümə həyata sənlə baxdım. Artıq qəlbim də baxmır sözümə. Mən sən ola bilmirəm,axı son ola bilmirəm. Şeirin sözün vardı, göm etdin qəlbinə, artıq yazmırsan söyləmirsən nə mənə, nə heç kimə. Vəsv etdiyin bənövşələr, nərgizlər, lalələr də küsüb səndən, mən küsən kimi. Yalandır sevgin, sevmədin məni. Demə ki, sən mənsən.. yox, yox, mən sən deyləm, sən olmaq istəmirəm. Sevmədim, özünü , bilmədin yerini. Get, get, biganə aşiq, özünü sevəndə, sevərsən məni… TƏRANƏ ŞƏMS. 19.12.2015.

  • Nəcibə İLKİN.”Ana, əllərinə yaman möhtacam”

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Ana, əllərinə yaman möhtacam,
    Gəl yenə tumarla, əzizilə məni.
    Bir ağız layla çal, laylasız acam,
    Kədərdən, nisgildən təmizlə məni.

    Həm mənə yol göstər, həm təsəlli ver,
    Günahım varsa da de, danla məni.
    O ağ saçlarını sinəm ütsə sər,
    Ay ana, sən düşün, sən anla məni.

    Uşaq gülüşlərim ağlayır indi,
    Sanki yaz taleyim qışa dönübdü,
    Gərəkli illərim, sənli günlərim,
    Ay ana, gözümdə yaşa dönübdü.

    Gəl ana, yenə dur başımın üstə,
    Saçlarım əlində bir sığal yeri,
    Bir az təsəllinlə, bir az ümdilə,
    Ötən günlərimi sən qaytar geri.

    Gəl ana, sığınım isti köksünə,
    İtən dincliyimi axtarım, tapım.
    Nəmli gözlərində baxıb əksimə,
    Baharlı illərin ətrinə hopum.

    Saralır ömrümün bahar çəməni,
    Barı bircə fəsil yazım ol, ANA.
    Kədər beşiyində Sən Nəcibənin .,
    Yenidən qayğısı, nazı ol, ANA.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    G Ə M İ Q A Y A

    Daş dövrünün düşüncəsi,
    Daşdan qopan insan səsi.
    Əsrlərin daş nəğməsi
    Hər vərəği bir sal-qaya,
    Daş kitabım, Gəmiqaya.

    Tutub əldə ox-kamanı,
    Dayandırıb vaxt, zamanı.
    Tariximin əhd-peymanı
    Iffət, namus, qeyrət, həya,
    Daş kitabım, Gəmiqaya.

    Məkanıdır ilk insanın,
    Gündoğanın, günbatanın.
    Əkiz tayı Qobustanın,
    İlk əlifba bu dünyaya,
    Daş kitabım Gəmiqaya.

    Valeh edibdir bəşəri,
    Od oğlunun daş əsəri.
    Daşa yazılmış zəfəri
    Rəsm, təsvir gəlməz saya,
    Daş kitabım, Gəmiqaya.

    Başı üstə duman, tüldür,
    Dörd bir yanı çiçək, güldür.
    Hər səhifəsi milyon ildir
    Sığmaz əsrə, günə, aya,
    Daş kitabım, Gəmiqaya.

    23.12.2015.

    O L A S A N

    Səni görüm a bəxtəvər,
    Hər bir zaman var olasan.
    Toxunmasın sənə nəzər,
    Xoşbəxt, bəxtiyar olasan.

    Gəlib çatıb bahar çağın,
    Allanıbdır gül yanağın.
    Gəl mən olum güvənc dağın,
    Sən döşümdə qar olasan.

    Gülüm , mən eşq bağbanıyam,
    Gül- çiçəyin həyanıyam.
    Qismətsə, bəxti sınıyam,
    Gül bağçamda nar olasan.

    Yetsə mənə gül nəfəsin,
    Oxuyaram eşq nəğməsin.
    Bahəm gəlsin məlhəm səsin,
    Sinəm üstə tar olasan.

    Arzu, istək, amal ilə,
    Namus, iffət, kamal ilə.
    O gül- çöhrə, camal ilə,
    Bu Dövrana yar olasan…

    22.12.2015.

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    ÜRƏYİNDƏ

    Öldürüb xəyalımı,
    Basdırma ürəyində.
    Mən olmasam dayanar,
    Döyünməz ürəyin də.

    Kipriyində yaş eylə,
    Mən axım yanağında.
    Hıçqırıq boğar səni,
    Dərd qoyar ürəyində.

    Sevgi baxmayır yaşa,
    Yolunda duran daşa.
    Dönərəm soyuq qışa,
    Don tutar ürəyin də.

    Başın üstə buludam,
    Şimşək olub çaxaram.
    Çevrilərəm yağışa,
    Yağaram ürəyində.

    24.12.2015

    SƏNSİZLİK

    Bu gün sənin fikirlərin,
    Yazılıbdı sətir-sətir.
    Qar yağışın əvəzinə,
    Göydən sənsizlik ələnir.

    Buludlarda topalanır,
    Səni alıb yağmaq ücün.
    Bu qış vaxtı qar dənəsi,
    Yolda sənsizlik dilənir.

    Yoxluğunu kimə deyim,
    Hara baxsam sən görünür.
    Üşüyürəm yenə Gülüm,
    Sənsizlik mənə bürünür.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    DAĞLARDA

    Can gətirdim qəlbim , ruhum,
    Qaldı dağlarda, dağlarda.
    Qartallar da qanadını,
    Saldı dağlarda, dağlarda.

    Köçdü elin ağbirçəyi,
    Yandı yurdun ən göyçəyi,
    O yerlərin tər çiçəyi,
    Soldu dağlardq, dağlarda.

    Qırildı kamanın simi,
    Aça bilmədik tilsimi,
    Gözlərimiz bulud kimi,
    Doldu dağlarda, dağlarda.

    Öz yurdundan köçdü ellər,
    Susdu cəh-cəh vuran dillər,
    Üstümüzü qəfil sellər,
    Aldı dağlarda, dağlarda.

    Əziz Musa boylan geri,
    Dolanan yox o pirləri,
    Viran qalan yurd yerləri,
    Xaldı dağlarda, dağlarda.

    QARADI

    O dağlarım, o düzlərim talanıb,
    Cəbrayılım od, alova qalanıb,
    Dərdim, qəmim bir-birinə calanıb,
    Qarabağsız ayım, günüm qaradı,

    Daha məni nə danışdı, nə dindi,
    Dərdimizin çarəsi yox, nədəndi,
    Yada qalan yurdum, yuvam, Vətəndi,
    Qarabağsız ayım , günüm qaradı.

    Qəm-kədərlə dayanmışam baş-başa,
    Qan çilənib o torpağa, o daşa,
    Güman qalıb son döyüşə, savaşa,
    Qarabağsız ayım günüm qaradı.

    Şirin-şirin yuxularım çin olmur,
    Qərib yerdə ötən günüm, gün olmur,
    Neyləyim ki sünbülümüz dən olmur,
    Qarabağsız ayım, günüm qaradı.

    Bu qismətə, bu yazıya nə deyim,
    Açılmayır qara bəxtim, taleyim,
    Yerə, göyə çatmır daha gileyim,
    Qarabağsız ayım, günüm qaradı.

  • Əlirza HƏSRƏT.”Dünya”

    11149420_814346961975030_7057312539619506005_n

    Əl atırıq boşa çıxır,
    Hanı sənin yaxan,dünya?
    Yediyin şair ətidir,
    Qana batıb çuxan,dünya.

    Sevdim üzə gülən dərdi,
    Ürəyimi eşqə sərdi.
    Başa çıxardıb namərdi,
    Mərdə qurşun sıxan dünya.

    Məni vurub Yerə dayaq,-
    Nə fırlanırsan baş-ayaq?
    Gəl edam-edam oynayaq,-
    Gör necə çarmıxam,dünya!

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    yt

    BU BAHAR ALNİMA YAZİLİB MƏNİM

    Bu bahar alnima yazilib mənim,
    Göyün göz yaşlari həsrət payimdir.
    Bu yaz buludlari bəyaz kəfənim-
    Qüssəmə tələsən qismət payimdir.

    Bu yaz ürəyimdə kövrəlir sözüm,
    Bahar sevincimin yuxusu gəlir.
    Bu yazi tutubdur ayazin gözü,
    Bu yazdan payizin qoxusu gəlir.

    Çəkir pərdəsini buluddan göylər,
    Günəşin həyasi buluda cökür.
    Qaşi düyünlənib göyün bu səhər,
    Görkəmi bağrimin başini sökür.

    Buludlar küləyin önündə aciz,
    Göylər nə cəkirsə-buluddan çəkir.
    Yağir yaz yağmuru yuyunur yol, iz,
    Torpaq ruzusunu buluddan çəkir.

    Bu yaz çiçəkləmir gözümdə dünya,
    Özüm də sözümdə deyiləm, Allah!
    Yaman adiləşir gözümdə dünya,
    Özüm öz gözümdə deyiləm, Allah!

    Gözüm zirvələrin zirvə qarinda,
    Əlim ümidimin ətəyindədir.
    Dünya öz işində, öz axarinda,
    Dünənim bu günün ələyindədir.

    Bu bahar gözümdə dönübdür heçə,
    Qarişiq düşübdü sayi günlərin.
    Toxtamir gündüzüm, kirimir gecəm,
    Elə hey yerində sayir günlərim.

    Hay verən tapilmir hayima bu yaz,
    Qədərmi dolanir başimin ustə?
    Düşür ayriliqlar payima bu yaz,
    Qismətim duz qatir aşimin ustə…

    İçimi gəmirir ayriliq qurd tək,
    Çölümü talayir çiskin, duman, çən.
    Bölünə bilmirəm, Allahim, yurd tək,
    Çixila bilmirəm bütövlüyümdən.

    Həsrət sinəsini üstümə gərir,
    Özümə qayidir köksümdəki ah.
    Bu yaz həsrətimdə ümid göyərir,
    Göyərmir ömrümün payizi, Allah!

    Bu bahar alnima yazilib nədi-
    Tale yazisimi Tanridan mənə?!
    Səmanin nizami pozulub nədi-
    Göy yeri bürüyür bəyaz kəfənə…

    QARA SAÇLARINDA QAR OLACAĞAM

    Bir zaman gələcək peşimançıliq,
    Sənin ürəyini qübar edəcək.
    Onda məni gəzib-arayacaqsan,
    Yollar ayagını qabar edəcək.

    Mən isə gileyli gilavar olub,
    Siğal çəkəcəyəm telinə sənin.
    Bu günlər vədəsiz ötən qatar tək,
    Çətin ki qayida əlinə sənin.

    Qoşulub qəlbinin harayina mən,
    Gözündə bulud tək qaralacağam…
    Ömrünün şaxtalı qış dönəmində,
    Qara saçlarında qar olacağam!

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    GÜLƏ-GÜLƏ

    S.Vurğuna nəzirə

    Keçdi yağlı vəzifəyə,
    Cavan vaxtı gülə-gülə.
    Sağ cibinə , sol cibinə
    Rüşvət axdı gülə-gülə.

    Öz nəfsinin oldu qulu,
    Şirin bildi haram pulu.
    Yaman azdı bu düz yolu,
    Yoxuş çıxdı gülə-gülə.

    Dedim: Oğlan ayıq tərpən,
    Dedi: Mənə dərs demə sən.
    Dedim: Axı ilişərsən,
    Durub baxdı gülə-gülə.

    Tapdadığca həddi , qını,
    Varı artdı , coşdu qanı.
    Dağdan ağır el haqqını,
    “Daşa çaxdı gülə-gülə.”

    Qorumadı şərəfini,
    Düzlər açdı kələfini.
    Öz əlilə öz evini,
    Özü yıxdı gülə-gülə.

    GÜNAH UCUNDAN

    Baxışın umulu , sözün vədəli,
    Adət eləmisən verib almağa.
    Sənin davranışın güya sadəlik,
    Güya yol açırsan xeyirxahlığa.

    Üzünə dost deyib güldüyün kəsin,
    Dalınca atmağa daş axtarırsan.
    Hələ girlənsən də əl altda özün,
    Qoltuğa almağa baş axtarırsan.

    Güya böyük-kiçik yerini bilir,
    Gah şirə dönürsən , gah da tülküyə.
    Biri göz ağartsa qəddin əyilir,
    Dağ boyda vücudun dönür kölgəyə.

    “Yoxdur çörəyimin duzu”-deyirsən,
    Şübhələr içində gəzir ürəyin.
    Ömründə bir dəfə düz dedin , əhsən,
    Axı duzu olmaz haram çörəyin.

    Gahdan ilişirsən köhnə val kimi,
    Hər sözə cavabın “bəlli-bəlli”-dir.
    Gahdan yazıq-yazıq durub lal kimi ,
    Suala dönməyin lap gülməlidir.

    Acgözlük ucundan , tamah ucundan,
    Sən öz mənliyini satmısan pula.
    Hamının bildiyi günah ucundan,
    İndi də dönmüsən müti bir qula.

  • Rauf Qərib Alagöz.Yeni şeirlər

    1625487_943313132381485_6457227278423241566_n

    OLDU (“SARVANİ” tərzi)

    Sənə “Gülüm” dediyim vaxt…
    … yəqin payız vaxtı imiş,
    Gülüm soldu!
    “Həsrət ölüm” dediyin vaxt…
    …arzunun bəxt taxtı imiş,
    Ölüm oldu!

    Sənsiz qaldım; tənha, yalnız…
    …dərdlərimlə dərdləşdim mən,
    Zülüm oldu!
    Ay ruhumu qoparan qız…
    …odlandıqca sərtləşdim mən,
    Külüm oldu!

    Küləklərlə sovruldum hey…
    …uc-bucaqsız səhralarda,
    Gölüm oldu!
    İçdən-içdən qovruldum hey…
    …sağ görünən orda-burda,
    Çölüm oldu!

    SON MƏNZİL

    Şeir gözlüm, göz naxışın can alır,
    Qorxuram gözünə göz dəyər birdən.
    Elə bil, ləl axır dodaqlarından,
    Sözünə kənardan söz dəyər birdən.
    Çiçəklər qoxuna heyran olarlar,
    Ən gözəl çiçəkdən gözəlsən, gülüm.
    Sən Allah, küçəyə-bacaya çıxma.
    Qısqanclıq zülümdü, ölümdən zülüm.
    Cənnətin həvəsi yoxdur içimdə.
    Cənnətsən qiyamət qopana kimi.
    Ölüb-dirilmişəm, bəlkə, min dəfə,
    Mən səni dünyada tapana kimi.
    Şeir gözlüm, gözlərində ölərəm.
    Qorxuram gözünə göz dəyər birdən.
    Qoy agah olsun ki, son mənzilimsən,
    Hardasa bir mənzil gözləyər birdən.

    UŞAQ OLASAN

    Səhər yuxudan oyanıb
    Görəsən uşaq olmusan,
    Darıxdığın dünənlərə
    Bu gündən qaçaq olmusan.
    Dəli kimi oynayasan
    Ən ağıllı oyunları.
    Çoban olub otarasan
    Oyuncadan qoyunları.
    …sonra satıb quzuları
    Gözəl maşınlar alasan.
    Birin edib toy maşını,
    İçinə də yar alasan.
    Bir nəfərlik toy edəsən
    Şahid ola oyuncaqlar.
    Yayda dənizə gedəsən,
    Baxasan ki, yağıbdı qar.
    Sürüşəsən bu dünyadan
    Öz qurduğun dünyalara.
    Dünən qaranlıq olsa da,
    Sabah bəlkə daha qara?!…
    Beləcənə keçə ömrün,
    Bu boyda nahaq olmusan.
    Səhər yuxudan oyanıb
    Görəsən uşaq olmusan..

    YENİDƏN DOĞULMAQ

    Dünya yaman dərindi.
    Düşünürəm necə olar
    Bu dünyada boğulsam?!
    Ya da yanıb kül olaraq,
    Küləklərin təsirindən
    Hər tərəfə dağılsam…
    Yüz il sonra…
    …və yenidən
    Yaradanın izni ilə
    Bir bədəndə yığılsam.
    Tanıyaram öz özümü
    Mən yenidən doğulsam?!

    YENİ SEVGİ

    Dərdlər dərdlə unudulmaz!
    Dərd üstünə dərd gəldikcə,
    Ürəyini hey dəldikcə,
    Xoşbəxtlik də unudular…
    Unudular dinləyəndə
    Sevindiyin nəğmələr də.
    Unudular düşünəndə
    Dodaqları qaçırdan o sevgilər də.
    Unudular uşaqlığın sevinc dolu oyunları,
    Unudular məhəbbətin
    ürəyində alovlanan sevinc varı.
    Təkcə dərdlər unudulmaz.
    Unudulmaz düz bildiyin yalanların,
    Yalanların sonrasında olanların.
    Çarə etməz qalanların
    hər gün gələn dərdlərinə.
    Hey dərinə… ən dərinə…
    Dalarsan və sonu olmaz.
    Dərdlər dərdlə unudulmaz.
    …Ya getməli bu dünyadan.
    Ya da dərdin ağuşundan
    almalıdı səni sevgi.
    Yeni sevgi.

  • Qədiməli ƏHMƏD.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq “Rəsul Rza” mükafatçısı

    BAXDIM

    Baxdım göyün dibsiz dərinliyinə,
    Atdım əllərimi nəfəs dərmədən.
    Bilmədim, çatdımı atdığım yerə?
    Hələ də havadan asılı qalıb…
    Qayıtmır əllərim,qayıtmır nədən?
    Batır qulaqlarım yabançı səsdən.
    Yer çəkir özünə ayaqlarımı,
    Gözlərim göylərdə düşür həvəsdən.
    Ayaqlarım batır bataqlıqlara,
    Görürəm bu,zaman qanunlarıdı…
    Kimsə də kimsənin çəkir nazını.
    Dünyanın özü də dəyişik salır,
    Adam balasıyla it balasını…

    İNTİZAR

    Bir cənub diyarıyam,
    Quşlar uçub gələr…
    Gözlərim yol çəkər,
    Yollar gözlərimi çəkər…
    Quşlar ucub gələr,
    Dəstədən üzülub qalar,
    Perik düşən sonam gəlməz…
    Nə payızım payız olar,
    Nə yazım yaz…
    Bir cənub diyarıyam
    Gözü yollarda qalan…

  • Şairə-jurnalist Mayisə Əsədullaqızının şeirləri “Azərbaycan” jurnalında dərc olunub

    Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Azərbaycan” jurnalının dekabr sayında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, şairə-jurnalist Mayisə Əsədullaqızının şeirləri dərc olunub.
    Qeyd edək ki, bundan öncə şairə-jurnalist Mayisə Əsədullaqızının məqaləsi “Ulduz” jurnalında dərc olunmuşdu.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    DÜŞÜNCƏLƏR

    …Elə bilirsiniz ki,
    Biz özbaşınayıq?!
    Tanrı nəzarət edir,
    Və bir gün bizi,
    Öz müqəddəs dərgahına
    Aparacaq.
    Aparacaq və sorğu-sual
    Başlanacaq.
    Mən qorxa-qorxa, öz günahlarımı,
    Alacam boynuma.
    Dəqiq bilirəm.
    Deyəcəm ki,
    Məktəbli olanda, bacım yuxudan
    Oyanmamış,
    Bantlarını hörüklərimə taxıb,
    Gedərdim məktəbə.
    Amma, əynimdəki formanı
    Bibimqızı özü vermişdi.
    Milyoner olmamışam,
    Kimisə, olmayan kabinetimdən qovmamışam.
    Qazandığım nə olubsa,
    Körpələri böyütdüm.
    Bəzən, sevinərək
    Ana kimi öyündüm…
    Az-çox qazancımı, bəzən,
    Şükür edə-edə,
    Borclarıma ödəmişəm.
    Bəzən, yazılıb tamamlanmamış
    Kitabıma Allahdan heç ilham
    İstəməmişəm.
    Çünki,
    Qarşıda daha böyük
    Çətinliklər olacaq.
    İlham pərisi özü ilə bərabər,
    Dərddən-qəmdən savayı,
    Bir şey gətirən deyil.
    Ürəklərdə inam bitirən deyil,
    Sabahlara güman yetirən deyil..
    Və,
    Özümdən zəifə daş atmamışam,
    Kimisə böhtanlamamışam…
    Elə bilirsiniz ki,
    Biz özbaşınayıq?!
    Nə vaxtsa, bunu biləcəyik,
    Tanrıya hesab verəcəyik…

    MƏNƏ SEVGİDƏN DANIŞ…

    (ixtisarla)

    …Gözlərini görəndən,
    Qəm kədəri atmışam,
    Sənə qovuşmaq üçün,
    Nələrə qatlaşmışam,
    Sənsizliyə inciyib,
    Küsmüşəm, ağlamışam,
    Gəl keçək bu sədləri,
    Sən də, mənimtək alış,
    Sən Allah yalvarıram,
    Mənə sevgidən danış…

  • Aqil SABİROĞLU.”Mən gedirəm, hələlik!”

    asm

    (bəzən ötən illərə dönməmək olmur)

    Ölüm-nemətlər xası,
    Dönüm beş arşın ağa.
    Ürəyimin parçası,
    Daha durum ayağa.
    Köç etməmiş nə qalıb,
    Varlığım çilik-çilik-
    Mən gedirəm,hələlik.

    Şaxta vurub qurutdu,
    Od təpəmdən tökülmüş.
    Vaxt lil suyu durultdu,
    O qəlb yerim deyilmiş.
    Məgər kimsə kam alıb,
    Sevgi yoxkən bir qəpik?-
    Mən gedirəm,hələlik.

    Baxmadım ki özümə,
    Yara bağlı olandan.
    Çoxu düşdü izimə,
    Sən kənarda qalandan.
    Rəngim,ruhum saralıb,
    Üst-başım çirkli,şölük-
    Mən gedirəm,hələlik.

    Keçər beş il,on beş il,
    Üzləşdirər təsadüf.
    Sorarsan nədir,Aqil,
    Niyə halın dəyişib?
    Görəcəksən qocalıb,
    Bel bükük,əldə çəlik-
    Mən gedirəm,hələlik,
    Mən gedirəm,hələlik…

  • Qalib ŞAMXALOĞLU.”Xalqın”

    qsm

    Әzəldən taleyi bəd gəlib deyə ,
    Səfalət olubdur qisməti xalqın !
    Zamanın amansız gərdişlərinə
    Getdikcə çoxalır heyrəti xalqın !

    Həmişə düz yolu yoxuşa döndü ,
    Dərdin rüzgarıyla ocağı söndü !
    Elə parçalandı , elə bölündü ,
    Bir yol alınmadı vəhdəti xalqın !

    Qəflətdə yataraq biz batan olduq ,
    Vazgenə , Aşota yurd satan olduq !
    Yağıya güllə yox , gül atan olduq ,
    Yatıbdır hiddəti , nifrəti xalqın !

    Şamxaloğlu deyir , vətən bağında ,
    Bir xoş gün görmədi heç bir çağında !
    Yadda əsir qalan Qarabağında
    İndi qan ağlayır qeyrəti xalqın !

    20 dekabr 2015

  • Qalib ŞAMXALOĞLU.”Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!”

    qsm

    Bizə qaz çəkilməyib , odun da yoxdu vallah
    Tək odun dərdi deyil , qayğımız çoxdu vallah!
    Sənin hənirin gəlir , dəhşət soyuqdu vallah ,
    Bizdə sıfırdı rifah , gəlmə biz tərəflərə ,
    Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!

    Bir az külək əsəndə işığı söndürürlər ,
    Məmurlar bu milləti soyuqdan öldürürlər !
    Dolları qaldırırlar , manatı endirirlər ,
    Xeyirlə açmır sabah , gəlmə biz tərəflərə ,
    Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!

    Sən gələndə uşaqlar evdə də tir-tir əsir ,
    Həyətə düşmək olmur , şaxta qılınctək kəsir
    Onsuz da bu hökumət bizi edibdir yesir ,
    Sən də qazanma günah , gəlmə biz tərəflərə
    Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!

    Qalib deyir , nədənsə hər işimiz axsayır ,
    « Analoqsuz inkişaf » elə yerində sayır !
    Gəlişinlə kasıblar bir az da kasıblayır
    Әrşə ucalıbdı « ah » , gəlmə biz tərəflərə ,
    Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!

  • Nofəl ÜMİD.Yeni şeirlər

    n

    QOYURAM…

    Kədərlə dolan ömrümə,
    Səadəti kəm qoyuram.
    Tanrı sevinc tumu səpib
    Mən çıxarıb qəm qoyuram.

    Dərdimi bilə bilmirəm,
    Özümə gələ bilmirəm,
    Ürəkdən gülə bilmirəm,
    Üzümə görkəm qoyuram.

    Qəlbimə eşq əkən qızın,
    Yoluma göz dikən qızın,
    Həsrətimi çəkən qızın
    Gözlərində nəm qoyuram.

    Subaylıq daşın tullayıb,
    Gəncliyi qəbrə yollayıb,
    Iyirmiyə əl sallayıb,
    Otuza qədəm qoyuram.

    SEVGİYƏ NAĞIL DEMƏ…

    Bənzətmə sevgini quru nağıla,
    Qıyma ümidlərim sına, dağıla.
    İnsan gərək sevgi ilə doğula,
    Bu sevgiyə nağıl demə, əzizim.

    Xoş ovqatı, səfası var sevginin,
    Bəzən üzən cəfası var sevginin,
    Hər ürəkdə yuvası var sevginin
    Bu sevgiyə nağıl demə, əzizim.

    İnsanlara əl uzadar, əli yox,
    Qəlb oxşayar, könül açar, dili yox,
    Bu sevginin nöqtəsi, vergül yox,
    Bu sevgiyə nağıl demə, əzizim.

    Sevgi bitməz əsla, böyüyər, şişər,
    Sevən ürək eşqlə közərər, bişər,
    Nağıl bitər, göydən üç alma düşər,
    Bu sevgiyə nağıl demə, əzizim.

    VƏTƏN

    Vətən, sənin hər daşına qurbanam,
    Hər daş altda bir şəhidin ruhu var.
    Sevinc gəzə bilməz yaralı könlüm,
    Ürəyimdə anaların ahı var.

    Əsirlikdə elim var, axtarmıram,
    Çəkir zülüm, dərd, qübar, axtarmıram,
    Bu halına günahkar axtarmıram,
    Vətən deyən hər kəsin günahı var.

    Dünya gəzən şöhrətimə göz dikib,
    Əsir tutub, qeyrətimə göz dikib,
    Torpağıma, sərvətimə göz dikib,
    Düşmənimin çox gözəl iştahı var.

    Vətən oğlu, torpağa yas saxlama,
    Hər verilən vədə ümid bağlama,
    Müjdə gözlə, dik dur, Anam, ağlama,
    Alacağıq, bu günün sabahı var..!

  • Sərvər KAMRANLI.Yeni şeirlər

    se

    SƏNSİZLİK

    Xəyalların qoluna girib,
    uzaqlarda özünü axtarmaqdır
    Sənsizlik.
    Zamanından, məkanından asılı olmayaraq,
    bəzən qollarını alnına yastıq edib
    görüşmək eşqilə özünü yuxuya məhkum etmək,
    Bəzən də gecələri yuxusuz açmaqdır
    Sənsizlik…
    Gündə geyilməkdən yamaq-yamaq olan yollarda
    yolunu azmaqdır
    Sənsizlik…
    …Telefonun bir zənginə həsrət qalmaq,
    Saatın əqrəbindən asılıb
    ötənlərə nəzər salmaq,
    səbəbsiz yerə gülüb,
    səbəbsiz yerə ağlamaqdır
    Sənsizlik.
    Sənsizlik həm də
    ələ qələm alıb
    ağ vərəqlərə ləkə salaraq
    günaha batmaqdır.
    …Hə, bir də
    Sənsizlik sənin yoxluğunda sənli olmaqdır,
    sənlə olmaqdır.
    Bax, budur sənsizlik…

    KÖHNƏLMƏK QORXUSU

    Özümü yenicə dərk etməyə başlamışdım ki,
    gəldin həyatıma…
    Gəlşinlə çox şeyi öyrətdin mənə,
    Gözlərimlə “gəzməyi” sən öyrətdin,
    Elə yol çəkməyi də…
    Həyatıma gəlməmişdən
    Heç özümlə söhbət də etməzdim,
    Görənlər dəli deyib mənə gülməzdilər də…
    Heç onda dərdlərin yaxasından asılmamışdım,
    Gözlərim “qəhrəman ana” da olmamışdı…
    Onda hər şey bambaşqaydı…
    Ömrümdə tək qış fəsli deyildi…
    …Hə, gəl, bir az da uşaqlığımdan danışım sənə…
    Hələ onda uşaq idim,
    Qayğılardan kənar,
    sakit,
    gülərüz,
    bir az da “toppuş” uşaq…
    Hər kəs məni çox sevərmiş-
    rəhmətlik nənəm deyəndə yadımda saxlamışdım…
    Dünya boyda oyuncağın içində
    mənim də oyuncaqlarım olub
    başqa uşaqlar kimi…
    Amma onlardan fərqli olaraq,
    heç sevməzdim oyuncaqlarımı.
    Atam mənə oyuncaq alan kimi
    “içində, görəsən, nə var?”-
    bəhanəsilə
    tez sındırardım onları…
    Mən o vaxtdan təzəlikləri sevməmişdim…
    İndi düşündükcə, çox şeyi anlayıram.
    Bizi bir-birimizə bağlayan
    oxşar cəhətlərin nələr olduğunu…
    Mən də sənin kimi təzəlikləri tez köhnəltmişəm,
    tez atmışam.
    Amma səndən fərqli olaraq,
    cansızları…oyuncaqları…

    DOĞULANDAN SONRA…

    …Əvvəl dörd əllə yapışarsan yerdən,
    Sonra yavaş-yavaş böyüyərsən.
    Tamahkar olarsan-
    Təkcə yerlə gözün doymaz.
    …ayaq açarsan,
    qalxarsan ayağa,
    boylanarsan göylərə…
    Ayaqlarınla yerdən tutub, əllərinlə göydən tutmaq istəyərsən…
    Eşqə düşərsən.
    Gah yerdəkilərə sevdiyini deyərsən,
    gah da ki, göydəkilərə…
    Tapdaladığın torpağı sevərsən,
    …dünyanın belində fırlanarsan bir oxun ətrafında.
    Günəşə çatmaq üçün, hərəkətin sürətlənməsini istəyərsən,
    Arzuların qanad açmaz.
    Hərəkətin bərabərliyindən dəyişməz aradakı məsafələr,
    Yorularsan.
    Düşmək istəyərsən dünyanın belindən,
    Fırlandığından düşə bilməzsən.
    Sonra bütün canlı və cansızların da dünyanın belində olduğunu dərk edib,
    təskinlik verərsən özünə.
    Hətta lağ edərsən dünyaya:
    “Dünya, sanma fırladırsan hey məni,
    Hünərin var dövr eyləmə, fırlanım!
    …Nəhayət bir gün gələr-
    Gözləmədiyin anda, hansısa bir varlıq alar səni dünyanın belindən.
    Bir vaxtkı arzuların gerçək olar,
    O zaman sevindiyindən bölünərsən iki yerə.
    yerlər özünün olar, göylər ruhunun.

    DAHA VARLIĞIN DA MƏNİ ÜŞÜDÜR

    Daha varlığın da məni üşüdür,
    Daha buz bağlayıb əlində əlim.
    Bir vaxt danışardı baxışlarımız,
    İndi o baxışlar laldı, gözəlim.

    Alma yanaqların niyə qızarmır,
    Hanı gözlərində gizli baxışlar?
    Deyəsən, yamanca peşman olmusan,
    Gözündən boylanır sözlü baxışlar.

    Yaman dəyişmisən yaman, a zalım,
    Beləcə tanıya bilmirəm səni.
    Nə ola, bu görüş sonuncu olsun
    Özümdə qınaya bilmirəm səni.

    NƏ OLA BU DÜNYA BİR YUXU OLA…
    Yaman uşaqlaşıb, təmbəlləşmişəm,
    Ta heç kim tanımır bu gənc qoçağı.
    Yuxuma bir gözəl girəndən bəri,
    Yuxudan qalxıram günorta çağı.

    Yuxuda görürəm bizdən danışır,
    Daha gizli – gizli günəş də, ay da.
    Bir dəli adamın kənd ürəyində,
    Sevgi yaşayırmış bir ölkə boyda.

    Yerlər də asıla göyün üzündən,
    Göylərin qoynunda yuxusu gələ.
    Nəola bu dünya bir yuxu ola,
    Bizim sevgimiz də yuxuda ölə…

  • Şəhanə MÜŞFİQ.Yeni şeirlər

    10991500_412390748927178_5095940301571747132_o

    Qayıt bu həsrəti bitir, amandı…

    Səni itirdiyim gündən, a zalım,
    Ürəyimdən xəbərsizəm haçandı.
    Qayıt yaşamağı öyrət eləcə,
    Qayıt bu həsrəti bitir, amandı.
    Daha əllərimdən uzaqdı əlin,
    Daha nəfəsin də üzümə dəymir.
    Bayaqdan gəzirəm evi-eşiyi,
    Ürəyim hardadı, gözümə dəymir?!
    Gözümün əlindən qaçan yuxumu
    Axtarıb tapıram sən gedən yoldan.
    Nə ola oyanam, görəm gəlirsən
    Yuxumu tapdığım həminki yolnan.

    * * *

    Şəkil çəkdirməyi heç sevmədim mən…
    Çünki hər dəfəsində gülümsəməyə məcbur hiss etdim özümü…
    Göz yaşlarım kipriyimin lap ucundaykən belə
    gülümsədim üzümə tuşlanan kameraya…
    Hər kəsi aldatmağı bacardım,
    Hər kəsə yalan danışdı dodaqlarımdakı təbəssüm…
    Göz yaşlarımı gözlərimdəcə boğan qatil təbəssümüm
    Qanlı əlləri ilə sığal çəkdi
    qurumuş dodaqlarıma…
    Bir aynadakı gördü gözlərimin taaa dərinliyinə çökmüş hüznü…
    çarəsizliyi…
    ümidsizliyi…
    Şəkil çəkdirməyi heç sevmədim mən…

  • İradə ƏLİLİ.Yeni şeirlər

    10489008_656731897746790_1282121067_n

    TANRIM
    Dərdlər gəlir uc-ucadır
    Tanrım sevgin çox ucadır
    Dərd dərdləri qocaldır
    Tanrım elimi sən qoru
    Acıları bizdən götür
    Sevinc sevgi səmasından
    Yağışların izlərində onu itir
    Tanrım elimi sən qoru
    Vermə daha nisgil acı
    Həsrət həsrətə calanıb
    Ürəklərdə qüssə seli
    Gözlərdə ələm qalanıb
    Dualarım səninlədir
    Tanrim pənahım sənlədir
    İradə sevən bəndəndir
    Tanrım elimi sən qoru

    MƏNİ MƏNDƏN SORUŞ

    Billur buludlartək dolu gözlərim,
    Qorxuram,eşqimi anladar sənə.
    Ağlasam silinər sənli izlərim,
    Yaman darılıram dumana,çənə.

    Bağlanan qapılar arxasındayam.
    Taleyim gülməyir üzümə bir an,
    Məni uzaqlardan soruşma,gülüm,
    Məni məndən soruş,sənləyəm,inan.

    Taleyimdən soruş,bəxtimdən soruş,
    Heç kim bu qəmlərə gətirməz duruş.
    Dözmək çox çətindir tənhalığıma,
    Ancaq səninlədir mənə qurtuluş.

    MƏN HƏSRƏTİ GÖZLƏYİRƏM

    Nisgil dolu gözlərimə,
    Həsrət qisqandı məni.
    Yudu ağlayan gözümdən
    Sevincimi, kədərimi.
    Mürgülü laylaya dönüb,
    Arxaya dönmədim bir yol…
    İntizarım, həsrətimi
    Çəkdi dara, oyanmadım.
    Əsdi meh, titrədti külək,
    Fidan gözlü həsrətimi.
    Sevdam ilə min bir rəngə
    Boyanmadım,
    Bu həsrətə heç yanmadım.
    Gözlərimdə məskən salıb,
    Həsrət hey gəzib dolaşdı.
    Gizlədim onu özümdən.
    düyün vurdum yollarına.
    Düşüm deyə, qollarına,
    Mən həsrəti gözləyirəm,
    Həsrətimi gözləyirəm…..

    QÜDRƏTİM OĞUL

    Səsi şalalənin çağlayan səsi,
    Gülüşü həyata rəğbətim oğul.
    Vətəndir sevgisi,eşqi,həvəsi,
    Canım,qanım,varım,sərvətim oğul.

    Varlığın bir uca dağ zirvəsidir,
    Sənindir bu torpaq,bu ocaq,bu yurd.
    Sənin xoşbəxtliyin mənim bəsimdir,
    Namusum,vüqarım,qeyrətim oğul.

    Kənanım,sizinlə Vətən sevinər,
    Sizindir bu meydan,sizindir hünər.
    Sizndir qələbə,sizindir zəfər,
    Qolumun qüvvəti,qüdrətim oğul.

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    DÜNYA

    Niyə biz bu qədər əzab çəkirik?
    Heç sənin abırın həyan yox dünya.
    Varlını ucaldıb uca göylərə,
    Pulu olmayanı sayan yox dünya.

    Nə çörək tapılır, nə pul tapılır,
    Hər tərəf bağlıdır, nə yol tapılır.
    Dərdi gizləməyə, nə kol tapılır,
    Kasıbın dərdini doyan yox dünya.

    Zeynəbəm, yazıram olanları mən,
    Həll edə bilmirəm yalanları mən.
    Görürəm yalançı ilanları mən,
    Haqqı, kainata yayan yox dünya.

    HƏSRƏT QALDIM

    Bu nə müsibətdir, nə vur ha vurdu?
    Qarabağ yolunda dığalar durdu,
    Çörək verdiyimiz, körəkdən vurdu,
    Həsrət qaldım, Qarabağ’ın yoluna.

    Cıdırı, meşəsi ağlar qalıbdır,
    Orda sırtığ Erməni yurd salıbdır,
    Dağ dərəni, qara bulud alıbdır,
    Həsrər qaldım, Qarabağ’ın yoluna.

    Xarı bülbül boynu bükük ağlayır,
    Çöl çəmənim, vallah sinə dağlayır,
    Düşmən bütün cığırları bağlayır,
    Həsrət qaldım Qarabağ’ın yoluna.

    Qarabağım, qara bəxti qan oldu,
    Toy bayramı, yas oldu, tufan oldu,
    Qızım, gəlinim haqsız qurban oldu,
    Həsrət qaldım Qarabağ’ın yoluna.

    Zeynəb’əm, bu dərdə mən necə dözüm?
    Yazıram mısramı, ağlayır sözüm,
    Xəbər gözləməkdən, kor olub gözüm,
    Həsrər qaldım Qarabağ’ın yoluna.

  • Şəfaqət CAVANŞİRLİ.Yeni şeirlər

    12202155_886472768116427_1538859207_n

    QIRAJAM SİZİ…

    Bu nə mitinq balam, bu nə şücaət?
    Qorxuram dövləti edəsiz qarət,
    Gərək ki, biləsiz bu bizim adət.
    Belə getsə artıq, qırajam sizi!
    Bir-bir qan uddurub tutajam sizi!…

    Bu nəyin hesabı, nəyin üsyanı?
    Bizlərin var sizə böyük gümanı,
    Siz də ki, bu yolnan tutduz hər yanı,
    Deyəsən bu yolda qırajam sizi!
    Bir-bir qan uddurub tutajam sizi!

    İnternet ay balam, elm,savaddı,
    Mitinqi yazırsız, pis təbliğatdı.
    Olimpiada var, başçıya yaddı,
    Başçının yolunda qırajam sizi!
    Bir-bir qan uddurub tutajam sizi!

    Yerimiz bərkiyib, cibimiz dolu,
    Yatmışıq, görmürük vuracaq qolu,
    Məsləhət qul olun, yox başqa yolu,
    Yoxsa öz yoluzda qırajam sizi!
    Bir-bir qan uddurub tutajam sizi!

    Qara bazarında fəhlə deyinir,
    Maaşı az olan alim deyinir,
    “Varlığa nə darlıq ” deyən deyinir,
    Yoxluğun içində qırajam sizi!
    Bir-bir qan uddurub tutajam sizi!

    Dolana bilmirsən? Fəhləmiz azdı,
    Bazar hesabında elmimiz azdı,
    Başa düş müəllimə, büdcəmiz azdı,
    Əməl eyləməsəz qırajam sizi!
    Bir-bir qan uddurub tutajam sizi!

    Əksilmiş ömrünün şotu mənlikdir

    Danışma ay bala, dilin kəsilər,
    Sakit həyatında bəla hərlənər,
    Gözlərin bərələr, ömrün əksilər,
    Əksilmiş ömrünün şotu mənlikdir.

    Ayıq olsan belə kor olmalısan,
    Eşidib, sonra da lal olmalısan,
    Yaşamaq uğrunda lal olamlısan,
    Lal olan dillərin şotu mənlikdir.

    Qatil olmasan da yata bilərsən,
    Oğrusuz oğru da ola bilərsən,
    Pulsuz hər adı da ala bilərsən,
    Aldığın hər adın şotu mənlikdir.

    Nisyə dəftərlləri tamam dolubdur,
    Satanlar alana minnət olubdur,
    Vallah vampirlər də nağıl olubdur,
    İndiki vampirin şotu mənlikdir.

    Neft adlı bitməyən sərvətimiz var,
    Dünya miqyasında hörmətimiz var,
    Qara camaatın ah-naləsi var,
    Çəkilən hər ahın şotu mənlikdir.

    Hələ məhbusların sayı artacaq,
    Doğmalar yadlaşıb, yadlar yanacaq,
    Çoxunun gözündə qorxu olacaq,
    Qorxan o gözlərin şotu mənlikdir.

    Beləcə məhv olar müqəddəs hisslər,
    Bir-bir xəyal olar tükənən düşlər,
    Ruhda da birləşməz ayrılan eşqlər,
    Ayrılan eşqlərin şotu mənlikdir.

    Neftin idxalının mənə nə xeyri?
    Mal gəlir dollarla, yoxdur dəyəri,
    Kaş hər bir zülmün də olsa qədəri,
    Qədərsiz nəfsin də şotu mənlikdir…

  • Mehri ƏLİYEVA.Həyatı və Yaradıcılığı

    me

    Mehri ƏLİYEVA (Əliyeva Mehriban Əsəd qızı) 1973-cü ildə Ağdam şəhərində anadan olub.Onun şeirləri Mehri Qəmli adıyla çap olunur.1989-cu ildə Ağdam şəhər 3 nömrəli orta məktəbini bitirib.1989-91ci ildə tibb texnikomunu qurtarıb. 1992-94 illərdə Ağdam şəhər 48 nömrəli SMD –də kadrlar şöbəsinin müfəttişi vəzifəsində işləyib.1995-ci ildə ailə qurub .3 övlad anasıdı. 20 ildir Kiyevdə yaşayır.Şeri sevir.16 ilə yaxındı şeir yazır. 130 səhifəlik“Qərib həsrəti ” ,160 səhifəlik “Gözlə vətən gələcəyəm ”şeirlər kitabı,480 səhifəlik “Şəhidlər ölməz ”xatirə kitabı ,215 səhifəlik“ Qürbətdə ölməkdən qorxuram yaman”,170 səhifəlik “Bağışlama bizi ay qoca dağlar” şeirlər kitabı “Gənclik”nəşriyyatında çap olunmuşdur. 30 noyabr 2015-ci ildə Azərbaycan Kütləvi İnformasiya İşçilərinin Həmkarlar birliyi tərəfindən“Qızıl qələm” 16 dekabır 2015-ci ildə“Xalqın Nüfuzlu ziyalısı” “Dövrün vətənpərvər şairi” fəxri mediya mükafatı vəsiqəsi və diplomlasrı ilə təltif edilmişdir. “Qarabağdan heç durnalar uçurmu?”adlı şeirlər kitabı Mehri Qəmlinin altıncı kitabı olacaq.

    QARABAĞDAN HEÇ DURNALAR UÇURMU?

    Dağlar qəribsəyib köçkünlər kimi,
    Qarabağdan heç Durnalar uçurmu?
    Kimlərə söyləyim bu həsrətimi,
    Qayalar üstünə Qartal qonurmu?
    Qarabağdan heç Durnalar uçurmu?

    Torpaq ilə dərdləşirmi görəsən?
    Çeşmə üstə əylənirmi görəsən?
    Heç o sudan bir içirmi görəsən?
    Çəmənlərdə bülbüllər oxuyurmu?
    Qarabağdan heç Durnalar uçurmu?

    Şəhidlərlə dərdləşirmi yol boyu?
    Həkərə çayın heç coşurmu sel-suyu?
    Qarabağda varmı Qarabağ toyu?
    O yurdlarda dünya kimi susubmu?
    Qarabağdan heç Durnalar uçurmu?

    Çiyələyi talalarda görürmü.
    Şuşaya yol üstü görən dönürmü?
    Meşələr üstündə bir az süzürmü?
    Nə haldadır el-obamın durumu?
    Qarabağdan heç Durnalar uçurmu?

    Mehri deyər bir durnada olmadım.
    Dağ başından qərib yurda baxmadım,
    Torpaq olub torpağımda yanmadım,
    Qayalar üstünə Qartal qonurmu?
    Qarabağdan heç Durnalar uçurmu?

    Kiyev 18-10-2015

    YAMAN QƏRİBSƏYİB DAĞLAR BİZİMÇÜN
    Alıb göy üzünü qara buludlar,
    Yaman qəribsəyib dağlar bizimçün.
    Ağlayır dağlarda çılpaq qayalar.
    Vahimə bürüyüb bütün göy üzün,
    Yaman qəribsəyib dağlar bizimçün.

    Qatı duman alıbdı dörd tərəfin.
    Qəribi olmuşuq ötən illərin.
    Sirridə açılmır tutqun göylərin.
    Niyə demir boyük dünya öz sözün.
    Yaman qəribsəyib dağlar bizimçün.

    Günəş şaxə qalxmır,ayda dolanmır.
    Ulduzlar uzaqdan alışıb,yanmır.
    Axı didərginlik bizə yaraşmır.
    Əzabın biz çəkdik ötən bu dövrün.
    Yaman qəribsəyib dağlar bizimçün.

    Duman olub o dağları gəzəydim.
    Torpağına sürtüləydi əllərim.
    İsladaydı o dağları gözlərim.
    Xoş anını yaşayaydım bu ömrün.
    Yaman qəribsəyib dağlar bizimçün.

    Mehri sizi unutmayib biləsiz.
    Sizdə mənim kimi billəm qəribsiz.
    Dərdli köçkünlərik adımız dərdsiz,
    İllər otdü gördük hər üzün dözmün.
    Yaman qəribsəyib dağlar bizimçün.

    Kiyev 19-10-2015
    YAMAN DARIXMIŞAM SƏNİNÇÜN ANA
    Təbiət gözəldi ancaq sən yoxsan.
    Yaman darıxmışam sənincün ana.
    Gözümə hək olan sanki yuxusan.
    El oba gəzirəm hey yana-yana,
    Yaman darıxmışam sənincün ana.

    Təbiət sən idin,varlıq sən idin.
    Saçımda gəzərdi sənin əllərin.
    İndi yoxluğusan bu təbiətin.
    Axı mən nə deyim belə devrana,
    Yaman darıxmışam sənincün ana.

    Bulaq axır laylanı eşidirəm.
    Səni bu dünyada yaman gəzirəm.
    Anasız qalmışam hələ dözürəm,
    Həsrətəm o şirin,nağıl-laylana,
    Yaman darıxmışam sənincün ana.

    Pəncərəmdən yağış süzülüb gedir.
    Yanağımın yaşın əllərim silir.
    Bilirəm evimə ruhunda gəlir.
    Ancaq görməyirəm baxsam hayana,
    Yaman darıxmışam sənincün ana.

    Mehri deyər anamı axtarıram.
    O gedən yollara baxıb yanıram.
    Fələyə vermişəm niyə tapmıram.
    El oba gəzirəm hey yana-yana,
    Yaman darıxmışam sənincün ana.

    Kiyev 19-10-2015

  • Əlirza HƏSRƏT.”Ay Vətən!”

    11149420_814346961975030_7057312539619506005_n

    Adın da,eşqin də ayrılıq dadır,
    Doldun baxışlara sən çadır-çadır.
    Bu nə məmləkətdir, paramparçadır,-
    Məlhəm də götürmür yaran,ay VƏTƏN!

    Talanmış yurdunuq,əsir qalanıq,
    Göz yaşı qarışan suyun bulanıq.
    Biz ŞUŞA şəklində qərib balanıq,
    Necədir qürbətlə aran,ay VƏTƏN?

    Güllələr yaxanda açılan çiçək,
    Bu qanlı güllərin şehindən içək.
    Sərhəd telləriylə bir müttəhimtək,-
    Haçandır üz-üzə duran,ay,Vətən!

    Hüzn heykəlisən sən QARABAĞA,
    Söykən sinəmizə çəkilən dağa.
    Harandan başlayım qucaqlamağa,-
    Ağrısız haran var,haran,ay VƏTƏN?

  • Təranə ŞƏMS.Yeni şeirlər

    ts

    GÖZLƏRİM…

    Dayanıb, göz-gözə ayna önündə,
    Baxıb gözlərimə sual edirəm.
    Nəyi, səndə görüb, nəyi axtarım,
    Sən ki, bir ömürsən səndən gedirəm.

    Baxdıqca gözümə,gözüm danışır,
    Qarası ağarır ağı alışır.
    Kölgələr içində səni tapıram,
    Nifrətim dil açıb sözə qarışır.

    Gözlərin mənasınecə dərinmiş,
    Görünən kölgələr sanki səninmış,
    Baş edib dərdimi daş olan könlüm,
    Yansa da , istisi necə sərinmiş.

    Gözlərim, gözümə baxa bilməyir,
    O sükut içində məni dinləyir.
    Ürəyim üzülüb qat-qat ölsəm də,
    Gözüm də kölgənə lənət eyləyir.

    26.09.2014.

    Könlümün ilhamı, a bircəciyim..
    İncəsən, qəlbi saf, a incəciyim
    Bəstələr bəstəsi, a bəstəciyim
    Oxu sən, nəğməni, dinləsin Ürək..!

    Odumsan yanaram, kor pərvanəyəm
    Külündə qovrulan, kor divanəyəm,
    Səninlə dərdlərə kor, biganəyəm..
    Oxu sən, nəğməni dinləsin ÜRƏK..!

    Ürəyim dillənir, səsi sən deyir
    Qəlbimə hakimsən, bir bilsən deyir
    Gözünlə, sözümü dinlə sən deyir,
    Oxu sən, nəğməni dinləsin ÜRƏK..!

    Səsinlə, səsimin avazı gözəl
    Əl açıb yalvarsaq, savabı gözəl,
    İki qəlb, bir ürək cavabı gözəl,
    Oxu sən, nəğməni dinləsin ÜRƏK..!

    07.07.2015.

  • Mehriban İBRAHİMOVA.Yeni şeirlər

    ANA KƏLMƏSİ

    Sənə gözüm nuru deyə bilmərəm,
    Gözümün nurunu itirmişəm mən,
    Getdiyin yollara döşənib arzum,
    Səni o yollarda itirmişəm mən.

    Zamanın sərt üzü sıxdı canımı,
    Aldı istəyimi,arzu kamımı,
    İtirdim biryolluq mən gümanımı,
    Sənə sözüm çoxdu deyə bilmərəm.

    Fələk sərt oyunu oynadı birdən,
    Gözləyən mən oldum, gəlmədi gedən,
    Sənsiz fikirlərdi qəlbimi didən
    Özümə mən,dözüm deyə bilmərəm.

    Yolların yorğunu olmuşam daha,
    Dincəltməz laylalar,mahnılar məni,
    Düşəndə yadıma sənli günlərim,
    Sinəmdən qopulan ah olar mənim.

    Ana kəlməsindən qorxuram daha,
    Eşidib ,duyanda mən o kəlməni,
    Qorxuram ümidim itə sabaha,
    Həsrətin öldürər,öldürər məni.

    19 12 2015.

    SINA SİRDAŞINI

    Alış hər addımda zəhmət yoluna,
    Tənbəllik nifrətdi,dərddi .,acıdı,
    Çalış yaxşılığa öyrət özünü,
    Yaxşılıq dərdlərə dərd əlacıdır.

    Nəsihət demirəm, özün bilərsən,
    Zamanla vaxtını düzgün bölərsən,
    Bir gün mən deyənə gəlib görərsən,
    Vaxtı hədər vermək,necə acıdır.

    Sına sirdaşını dərdli anında,
    Ömrünün,gününün xoş zamanında,
    Həyatın onsuz da hər bir anında,
    İnana bildiyin başın tacıdır.

    21 12 2015.