11944703_995676973815966_1787362592_n

Xalqı yatıran şairi
Sayara dəvət etdilər
Dörd tərəfin bəzədilər
Var dövlət də vəd etdilər

Yaza yaza məhəbbətdən
Qızıllara qərq etdilər
Yazmadıqca həqiqətdən
Şimalı da şərq etdilər

Bir iki misra söz ilə
Aləmi cənnət etdilər
Şair oynadı köz ilə
Sonunda nifrət etdilər

Dövran keçdi zaman gəldi
Sarayları tərk etdilər
nağıl yazan şairlərə
Lənət deyib ərk etdilər

Sözlə quyu qazanları
Tarixdə bərbad etdilər
Həqiqəti yazanları
Ürəklərdə yad etdilər