11944703_995676973815966_1787362592_n

Tərk edilmiş kəs üçün
Qatarlar soyuq olur
yata bilmir gecəni
Qaragün ayıq olur

Ayrılıq ritmindədir
Onun getdiyi qatar
Bu ayrılıq havası
Adamı bütöv udar

Qəmə boyun əyəcək
Ürəyində daşıyan
Həyatı da keçəcək
Bərabəryavaşıyan

Qatardan düşən kimi
Ümid edir düzələr
Dağ boyda ağrıları
Yavaş yavaş kiçilər

Gündüzlər işləyəcək
Gecə şeir yazacaq
Keçmişini unudub
Gələcəyə baxacaq

Vaxt aşırı yadına
Düşəcək ötən illər
Amma o dönməyəcək
Qayıdsa da fəsillər