Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 361 - 420 of 6. 677 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Rüfət AXUNDLU.”Tarixi Zəfər”

Post Views: 240 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri İllər ötür Azərbaycan, şanlı tarix, o möhtəşəm zəfərindən,Od ürəkli igidlərin qisas deyib yürüdüyü haqlı savaş səfərindən… 44 günə tarix yazan mərd oğul və mərd qızların yaşar olsun,Zaman-zaman ürəklərdə bu zəfərin …

Azərbaycan ədəbiyyatı

Rüfət AXUNDLU.”AMALI ZƏFƏR OLANIM”

Post Views: 247 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri Səsi dönən haqq səsinə.Nursan “ODLAR ÖLKƏSİ”nə.Yağı düşmən həmləsinə,Sinəsi sipər olanım. Dişə-diş, qana-qan dedin,Köməkdir YARADAN dedin.Öpüb bayrağı can dedin,Canında hünər olanım. Dik tutanda sən qəddini,Bildi düşmən öz həddini.Qorudun yurd sərhəddini,Yurduna çəpər …

Azərbaycan ədəbiyyatı

Nə gözəl atmısan məni…

Post Views: 345 Nə gözəl atmısan məni… Nə də gözəl unutmusan… Başımı qatmısan sənlə… Dərdimə ünvan olmusan… Yollar uzun…addımlar boz… Ümidim sənə tərəfdi… Kim dedi bu qisməti yoz? Bəxt yazan da bitərəfdi… Məni gözəl aldatmısan… Mən də gözəl incimişəm… Məni şeirinə qatmısan… Şeirindən də küsmüşəm… Şəfa Vəli (2015)

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”YETƏR Kİ, GƏLMƏSİN BƏLA AĞILDAN…”

Post Views: 243 İllər təravəti üzdən siləndəsaçalara dən yenər, gözə çən düşər,qocalıq şuxluğa üstün gələndəadamlar özünün gözündən düşər, Ürəyi tez sınar, küsü saxlayar,hər an bir dayağa ümid bağlayar,qəlbdə biri gülər, biri ağlayar-gözyaşı hər iki gözündən düşər, Yazıqlar halına yamaq olanın,əpriyib, büzüşüb yumaq olanın,şamına gənclikdə bihaqq olanınalov yad ocaın közündən düşər, Qorxar gecələrdən- qaş qaralanda,sözdən-söhbətlərdən can …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”CAVAN İDİM…”

Post Views: 170 Elə bil ki, O, Əsliydi, mən-Kərəm,aman Allah, baş verənlər nəyidi?Düşünürdüm-“Onsuz ömür sürmərəm”,cavan udim; ağlım kəsən bu idi, Rast gələndə lal olurdum; nə deyim?boş xülyaydı saçlarını hörməyim,ara-sıra qaş-qabaqlı görməyimhəmin anda şivən idi, vay idi, Qəlbdəkinə düşə bilir köz hardan?Sanki, vücud alov çəkir bahardan,elə bil ki- zühr etmişdik məzardan;mən Məcnuna, O, leyliyə tay idi, …

Azərbaycan ədəbiyyatı

Məhəmmədhüseyn ŞƏHRİYAR.”AZƏRBAYCAN” (Qəzəl)

Post Views: 208 Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan. Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan. Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinləAbad olub, azad olub mülki-İran, Azərbaycan. Bisütuni-inqilabda Şirin-vətən üçün FərhadKülüng vurmuş öz başına zaman-zaman, Azərbaycan. Vətən eşqi məktəbində can verməyi …

Azərbaycan ədəbiyyatı

Əli TUDƏ.”Mən nə gətirdim” 

Post Views: 192 Mən öz qardaşıma mehman gələndə Bir qələm, bir dəftər, bir can gətirdim. Bir şair könlünün arxalandığı… Ləkəsiz, boyasız vicdan gətirdim. Ucuz tutmasınlar bu sovqatımı, Hissimi, duyğumu, ehsasatımı… Mən öz varlığımı, öz həyatımı Doğma qardaşıma qurban gətirdim. Ürək daş deyildir, bir parça ətdir, Bəs onu yaşadan hansı qüdrətdir? Bir arzu, bir ümid, bir …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSYEN.”Daha bitdi, gözün aydın”

Post Views: 193 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Daha bitdi, gözün aydın.Sevindinmi, şad oldunmu?Mən hələ bir viranəyəm,Sən özün abad oldunmu? Yollarımdan gözünü çək,Son çırpınış nəyə gərək?Ömrümüzün sonunadək —Ölüyük, rahat oldunmu? Sən məndə bir dərin quyu,Lildir, bulanıqdır suyun.Mən qurbanlıq qara qoyun,Ye, ağzında dad oldummu? Tanrı, mən gerçəkmişəmmi?De, cəzamı …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”Çoxlarına xüsusilə”

Post Views: 242 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Çoxlarının öyündüyü yoxuşdu.Çoxlarının göründüyü duruşdu.Çoxlarının süründüyü nə xoşdu.Çoxlarının etibarı boşdu, boş! Çoxlarının sultanlıqdır həvəsi,Çoxlarının sözə çatmır nəfəsi.Çoxlarının məhəbbətdə qəfəsi,Çoxlarının intizarı boşdu , boş! Çoxlarının sözü dəyərləndirir.Çoxlarının sözü dəyər endirir.Çoxlarının sözü diyirləndirir.Çoxlarının ixtiyarı boşdu, boş! Çoxlarının əqidəsi çolaqdır,Çoxlarının rabitəsi qulaqdır.Çoxlarının …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Gedirsənsə, neyləyək, get”

Post Views: 156 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Gedirsənsə, neyləyək, get,Yollarını kəsirəm ki?Asta-asta ölürəm də,Hara tələsirəm ki?! Məndən apardığın nədi?Bir göstər görüm nəyin var?Gözlərimdə, ürəyimdəƏcəb, yaxşı ölməyin var. Hələ göynəyir sinəmdə,Unutmasın yaram səni.Qorxuram keçəm səhvindən,Yenə bağışlaram səni.

Azərbaycan ədəbiyyatı

Xanım ANELA.”Məsafə” (Hekayə)

Post Views: 173 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Birinci addım: tərketmə Güclü hisslərin olduğu yerdə xoşbəxtliyə yer yoxdur. Bəzən düşünürəm, məgər insan yalnız öz hisslərindən zövq alır və bu hissi yaşadığı üçün özünü xoşbəxt hiss edir. Güclü, əlçatmaz məsafəli bir hissi yaşamaqsa hər insana nəsib olmur. Məsafə… Əvvəllər bu …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Səni xatırlamaq istədim bu gün”

Post Views: 154 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Səni xatırlamaq istədim bu gün,İllər xatirəmin üstünə kölgə.İki yad adamıq, bilirəm, ömrüm,Dünyada hər kəsdən tənhayıq bəlkə. Səni xatırladım gülüşlərinlə,İçimə qəribə ağırlıq çökdü.Doldu gözlərimin qəm buludları,Getdiyim hər yerə xatirə tökdü. Hər yer xatirənmiş, mənsə fikirli,Neçə il yaşadım bundan xəbərsiz.Sən demə, …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”Nə qədər günah tapdım kipriyində, gözündə”

Post Views: 132 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Nə qədər günah tapdım kipriyində, gözündə.Barmağının izini sildim, təmiz olmadı.Silah dodaqlarından ikicə kəlmə atdın.Güllələr mat qaldılar, bax gör ölən olmadı? Bu ölüm qurtuluşdu,- ölüm qurtuluş deyil.Sözlər intihar ipi,- intihar da iş deyil.Şeir adlı namələr bir növ bildiriş deyil?Mesajlar çoxaldılar …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2026)

Post Views: 152 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri * * * Onda payızdı havalar,-Qış da oldu, yaz da oldu.Bitdisə, nə fərqi günahSizdə oldu, bizdə oldu. Həsrətin yol yorğunudu,Ürəyimə dinc düşübdü.Dörd divarın içindəMənə bircə künc düşübdü. Nədir ki, bu …

Azərbaycan ədəbiyyatı

Həyat ŞƏMİ.”İKİ YOXLUQ ARASINDA”

Post Views: 121 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü Doğum günümə yazdığım şeir: Yenə dolum başladı, yenə yaş üstünə yaş,Ömrüm qum saatında əriyir yavaş-yavaş.Ruhum inad eyləyən bir uşaq sayağıdır,Ürək ki var, dünənin sınıq oyuncağıdır… Nə keçmişə əl çatar, nə gələcək bir liman,Bircə anlıq işığam, zülməti yırtan zaman.Öz içimə qonağam canımın süfrəsində,İçim …

Azərbaycan ədəbiyyatı

Xanım ANELA.”TRANSFORMASİYA”

Post Views: 159 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru – Sara! Qapını aç, Sara! – Nə olub, ay qızım? Niyə qapını elə döyürsən? – qonşu qadın öz qapısından təlaşla boylandı. – Sara… Saranı görən olub səhərdən? – Fidan qadının cavabını eşitmək üçün səbirsizləndi. – Yox… Dünən də görməmişəm. Bir neçə gündür görünmür. Amma sən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (2026)

Post Views: 227 QALDI Kİ? Dindirmirsən yenə məni-yar, səbəbi nə oldu ki?Sındır hicran çəpərini-o getdiyin nə yoldu ki? Boş keçir ömrün zamanı,zülmət söndürür yananı,eşitdin hansı yamanı-“ağıl verən” kim oldu ki? Zaman uzun- ömür gödək,güc gəlir dartana-yedək,Haqqı kimə ümid edək-əmanət yeri vardı ki?! Çönübdür çarxı cahanın,sönməkdə şamı zamanın,hara gedək? Bu Dünyanınsalamat yeri qaldı ki? DÜNYA YENİDƏN …

Azərbaycan ədəbiyyatı

On iki yolçu (Hekayə) – Günel NATİQ

Post Views: 167 “Tarixdə bir gün: Vətən müharibəsinin 3-cü günündə Naxçıvandan Qarabağa on iki nəfərlik bir qrup yola düşdü. Bu günü çoxdan gözləyirdilər. Vətən də onları…” – “Şuşanın dağları, başı dumanlı…” – gizir Əlövsət asta səslə zümzümə etdi. – Görəsən, indi də o dağlarda duman gəzir? – Şuşanın dağları çox vaxt dumanlı olur, – mayor …

Azərbaycan ədəbiyyatı

Ədəbiyyat İnstitutunda Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Post Views: 161 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq görkəmli elm xadimi Araz Dadaşzadənin 90 illiyinin qeyd edilməsinin önəminə toxunaraq qeyd edib ki, alimin ötən əsrin 70-90-cı illərində apardığı tədqiqatlar, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi QABİL.Mərsiyə (20 Yanvar şəhidlərinə)

Post Views: 163 Gecəni atəş ilə qırmızı dan eylədilər,Xalqımı-millətimi gülləbaran eylədilər. Tutulub vahimədən nitq bu gün, dil bu səhər,Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.Gecəni atəş ilə qırmızı dan eylədilər,Xalqımı-millətimi gülləbaran eylədilər. Öz Qızıl Ordumuzun yurdumuza qəsdinə bax,Üstümə tank yeridən fitnəkarın şəstinə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Şair, nə tez qocaldın sən!”.

Post Views: 91 Nemətsə də gözəl şer,Şair olan qəm də yeyir.Ömrü keçir bu adətlə,Uğurlu bir səadətlə.Görən məni nədir deyir:Saçlarına düşən bu dən?Şair, nə tez qocaldın sən! Dünən mənə öz əlindəGül gətirən bir gəlin dəGözlərində min bir sualHeykəl kimi dayandı lal…O bəxtəvər gözəlin dəMən oxudum gözlərindən:Şair, nə tez qocaldın sən! Ovçuluğa meyil saldım,Gecə – gündüz çöldə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər

Post Views: 204 Doğuldum 1939-da,1937-də tutuldum.48-də nənəm öldü,ömrümdə ilk dəfəölüyə ağladım.Balıqlar saxladımakvariumda.Açıq qaldı pəncərəmbir qış gecəsi.Dondu balıqlar…İndi 1965-inyanvar gecəsidir.Deyəsən yaşamaq istəyirəm. Uzaq yaşıl ada Ürəyim yol çəkir bir gözə dönüb,Yollar da tərs kimi uzanır, gülüm.Yuxumdan hər gecə durnalar keçir,Bilmirəm nə olub, haradan bilim?!Belə getsə sınar quşların səsi,Dənizin də səsi günbəgün batar.Yubanma, əzizim, gəl qurtar məni,Arxadan …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”SƏN BAĞIŞLADIN”

Post Views: 100 Bəstəkar Emin Sabitoğlu Mənə üfüq boyda geniş səmanı,göydə buludları, yerdə dumanı,dənizdə dalğanı sən bağışladın,bu hüsnü-mənanı sən bağışladın. Uzanan yolların dümağ sətrini,dünyanın ən gözəl çəmən ətriniqumlu sahillərdə sən bağışladın,o zərif əllərdə sən bağışladın. De, nədir səadət həyatda, gülüm,bir könül xoşluğu, bir az təbəssüm.Onu da, bunu da sən bağışladın,dünyanı dünyada sən bağışladın.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”GƏLDİM”

Post Views: 101 Mən yerin altdan çıxdım,Mən yerin üstdən gəldim.Bir ucu göyə bağlı,İlahi səsdən gəldim. Ruhum halal mayadan,Mayam nurdan, ziyadan.Dağdan, daşdan, qayadan,Dəmirdən, misdən gəldim. Haray sazı, ün sazı,Ömür sazı, gün sazı,Sinəmdə türkün sazı,Dilimdə dastan gəldim. Mənəm haqqın aşığı,Söz haqqın yaraşığı.Eşqim Allah işığı,Haqq adlı dostdan gəldim. Gözüm nəmin yuvası,Könlüm qəmin yuvası,Can sitəmin yuvası,Ələmdən, yasdan gəldim. Suya …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.Qəzəllər

Post Views: 187 QƏZƏLLƏR Yaxşı məclisdə, könül, söhbət məhəbbətdən düşər,Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər. Darda meydandan qaçan, ağ gündə cövlan eyləyən,Hər kim olsa, el içində, məncə hörmətdən düşər. Kim ki, aləmdə “təkəm mən, məndən olmaz” söyləsə,Şübhəsiz gözdən düşər, bir sözlə şöhrətdən düşər. Olsa da məddahı minlərlə, nə qəm tezdən də tez,Xalqına bağlanmayan sənət təravətdən düşər. …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Ürəyimdə aparacam bu eşqi”

Post Views: 118 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Ürəyimdə aparacam bu eşqi,Kəfənədək, qəbirədək mənləsən.Hər cizgini yaddaşıma yazmışam,Unutmaram bir də səni görməsəm. Nə fərqi var yoxluğunun beynimə?O, saatsız, o, zamansız, o, səssiz.Geyinmişəm sənsizliyi əynimə,Əbədiyyən qovuşmarıq daha biz. Qəbul etdim, tərki-silah eylədim —İnadımı, inamımı, eşqimi.Bir də sənin pəncərəni döymədim,Uçub …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər

Post Views: 129 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri … Bir başıpapaqlıHəsrətdi mənimki,Mən də mental düşüncədə –Sözündən çıxa bilmədim.Gecə bilmədim,Yuxu bilmədim.Bütün qaydaları pozdum,Bir addım qabağa çıxdım.Bu qadın canımlaBir damcı qorxu bilmədim.Bəs sən neylədin mənimçün? Bacara bilmirəm özüm özümlə,Bilmirəm gen …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər

Post Views: 110 Meşəbəyi Kef üstündə kefimiziGəldi, sordu meşəbəyi.Buyur!- dedik, atdan enib,Bardaş qurdu meşəbəyi. Qamçısını atdı sola,Çantasını çəkdi dala.Şirin-şirin, bala-balaBizlə vurdu meşəbəyi. İsti kabab , təzə fətir.Doymaq olmur,yenə gətir.Bığlarını arada birEşib burdu meşəbəyi. Altmışını verib yelə,Düşməyibdir ruhdan hələ.Qarşıdakı bir gözələGöz də vurdu meşəbəyi. Yatdı biri -keflənərək,Birini də yıxdı külək.Hüseynlə axıradəkMöhkəm durdu meşəbəyi Qədim Gəncə çinarları …

Azərbaycan ədəbiyyatı

 Banu Muharrem.Yeni şeirlər

Post Views: 148 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. * * * Nədir əllərimə dəyən bu boşluq?Nədir qollarımda dərin qaranlıq?Siyah gözlərimə necə vurulubKuzə gözündəki alatoranlıq?! Neçə dil danışsam çətindən çətin!Tərcümə edilmir belə duyğular.Nifrəti unudub qorunu sevənürəyin işinə qarışmaq olar?! Eşq elə atəş ki, inad edilməz!“Cəhənnəm oduna” nə ad …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Günü həmrək olmalı”.

Post Views: 174 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru HƏMRƏYLİK OLMALI Bu başıbəlalı dünyamızın hər şeydən çox həmrəyliyə ehtiyacı var… Yüz milyonluq bir millətin,Günü həmrəylik olmalı.Göylərə bülənd harayı,Ünü həmrəylik olmalı. Dünyanı bürüsün səsin,Vur, zərbindən yer titrəsin.“Mən varam” deyən hər kəsinYönü həmrəylik olmalı. Yox edək ahı, amanı,Qəlb olsun sevgi limanı.Haqq oğlu haqqın imanı,Dini həmrəylik …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı yazıçı Xanım ANELA

Post Views: 190 Xanım Anela 1983-cü ildə anadan olub. 2000-ci ildə Rusiya Federasiyasının Kalininqrad şəhərində 4 saylı orta məktəbi, 2005-ci ildə isə Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (https://edebiyyat-az.com/) Baş redaktorudur. 2013-cü ildən bədii yaradıcılıqla məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hazırda “Mücrü” nəşriyyatında tərcüməçi-redaktor vəzifəsində çalışır. “Amarna günahkarları”, “Yuxuların …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSYEN.Yeni şeirlər (2025) II hissə

Post Views: 94 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Kökü məndə meyvə, barı özgədə,Yadındamı toxum halın hələ də?Axtarmıram günahları özgədə.Mənəm bunun günahkarı yenə də. Qaranlığın cazibədar, çəkici,İçimdəki işıqları keçirdim.Dur deyənlər mənim üçün nəçi ki?Sənə gələn yasaqları keçirdim. Körpülərin sütünü yox baxsana,Aldanışlar qılıqlayar yormadan.Sabahımda bilirəm ki, yoxsan ha,Yenə səni …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSYEN.Yeni şeirlər (2025) I hissə

Post Views: 82 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Mənim ürəyimdən yağır bu yağış,Mənim ürəyimdə qara buludsan.Bəxtimə calanan ən ağır qarğışSən idin — hayana yolunu tutsan. Bilməz içimdəki çiskinin, sisin,Üşüdən tərəfin tanımaz kədər.Daha bir araya gətirməz bizi,Bizi bir arada yaşadan illər. Bir an saçlarımda qərar tutmamış,Özgənin saçında sığal …

Azərbaycan ədəbiyyatı

Gözəl Azaydan yeni şeirlər

Post Views: 197 Sən demə, gözlərimin kökü çoxdan quruyub, Kirpiklərim nəm imiş… Bütün sevgilər kimi, Bu sevginin sonu da Sevgimizdən kəm imiş… Sən ayrılıb gedirsən… Məndən sənə xatirə — Ayrılığa yollayan bir kəlmə izn olur. Yaşanan xoş görüşlər, Tutulmayan vədlərin, Edilməyən əhdlərin… Ayrılanda əllərim Dodağımdan qopmayan ehtiraslı öpüşlər… Deyirsən, bizim olur?! Nə sən mənim olursan, …

Azərbaycan ədəbiyyatı

“Biri ikisində” Elvin Paşanın şeirləri ilə

Post Views: 90 “Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Elvin Paşanın şeirləri təqdim edilir. HEÇ OLMASA DÜZÜNÜ DE Yenə hardansa soyuq gəlir. Bir az bu səs-küylü biganəlik titrədir, Bir az boynuma sarılan əllər üşüdür. Danışırıq atıb gedənlərdən… Sonra susuruq dünyanın ən qəddar …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”DƏYİŞMƏYİB DÜNYA MƏNİ”

Post Views: 86 Mən dünyanı dərk eləyənUşaq qəlbli bir qocayam.Təriflərdən çox ucayam,Təltiflərdən çox ucayam… Nə versən gözü doymayanÇox çətin ki, duya məni…Dünya malında gözüm yox,Dəyişməyib dünya məni… Qəlbimdə sevgi kükrəyir,Yoxdu həyatda bənzərim!Həmişə üstümdə olub,Ulu Tanrının nəzəri! Ömrüm boyu dost olmuşamÇəmənlə, güllə, çiçəklə!Allah məni təltif edibDuyan, sevən, bir ürəklə!O adamlar bədbəxtdi ki,Gözündə sevgi sayrışmır…Allahın sevdiyi kəsəBəndə …

Azərbaycan ədəbiyyatı

Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.”Firidun”(Poema) 

Post Views: 120 “Firidun” poeması Cənubi Azərbaycanda milli azadlıq uğrunda gedən xalq hərəkatından bəhs edir. Əsərdə Azərbaycanın milli qəhrəmanı Firidun İbrahiminin ictimai və inqilabi fəaliyyətindən, xalqla yaxından bağlılığından, milli hökumətin müvəqqəti məğlubiyyətindən sonra onun qəhrəmancasına həlak olmasından bəhs edilir. Dünyada azadlıq uğrunda mübarizə edən bütün gənclərə ithaf edirəm… Gözaydınlığı – Hardasan, ay Qəni, gözlərin aydın, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Söhrab TAHİR.”Mən həm o tayınam, həm də bu tayın… “

Post Views: 126 Öləndə… Öləndə kəfənim ikiqat olsun,Mən həm o tayınam, həm də bu tayın.Qoy bütün dünyaya belə yayılsınÖləndən sonra da birlik harayım. Öləndə kəfənim ikiqat olsun,Ruhum o taydadır, qəbrim bu tayda.Dözümlü xalqıma heykəl qoyulsunOrtadan qurumuş bir dəli çayda. Bir gün xalqım üçün şairləşəndə,Şair torpağıma quylanacağam.Vətən birləşəndə,Xalq birləşəndəMən də öz qəbrimdən boylanacağam. Daha Dərdi dərd …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Rəsul RZA.Təbriz – gözəl şəhər! (Şeirlər)

Post Views: 120 *** Təbrizin yolları oyum-oyumdur, Yanıq dağdan qalxan duman olaydım! Həsrət könüllərdə ümid olmasam, Heç olmazsa, zəif güman olaydım! 1959 Təbrizim mənim Balaş Azəroğluna Laylası məhzun, Nəğməsi məhzun. Həsrəti ömründən uzun, Karvandan üzülmüş ağ dəvəsi. Gözlərində böyük ümidin uzaq töhfəsi Neçə evinin küçə divarı kor. Dodaqları quru, bulaqları gur. Arzularında qançır, qamçı. Kədəri …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.Bir varaqla tarixləri, utan, mənim qarşımda… (Şeirlər) 

Post Views: 151 Yandırılan kitablar İran irticaçıları Azərbaycan dilində olan kitabları vəhşicəsinə yandırırlar Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar Min kamalın şöhrətidir, min ürəyin arzusu… Biz köçürük bu dünyadan, onlar qalır yadigar, Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu. Min kamalın şöhrətidir, min ürəyin arzusu… Yandırdığın o kitablar alovlanır… Yaxşı bax! O alovlar şölə çəkib şəfəq …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Cənub şeirləri”

Post Views: 195 Təbrizim Baxdıqca hüsnünə, doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna, İzn ver, qolumu salım boynuna! Sənin bayramına, sənin toyuna Dili bir, qanı bir qardaşın gəlib, Dərdinə aşina sirdaşın gəlib… Sən çıxdın qarşıma duzla, çörəklə, Bağından dərdiyin, güllə, çiçəklə, İkiyə bölünməz saf bir ürəklə… Təbrizim, Təbrizim, aman Təbrizim, Yox olsun …

Azərbaycan ədəbiyyatı

Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”AZƏRBAYCAN”

Post Views: 100 Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan! Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan… Bütün dünya bilir, sənin qüdrətinlə, dövlətinləAbad olub, azad olub mülki-İran, Azərbaycan! Bisütuni-inqilabda Şirin – vətən üçün FərhadKülüng vurmuş öz başına, zaman-zaman, Azərbaycan! Vətən eşqi məktəbində can …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”DAĞLARDAN…”

Post Views: 87 Hərkəsin dəyməz qədəmi,dolayları- daşlı, hamar,dağlar da kişilər kişilər kimi-təpəsi daz, tüklüsü var, Zürvədə nur cumar şərə,şeh düşər gül bitən yerə,gecə getmə meşələrə-canavarı, tülküsü var, Yadda qalmaz hər yazılan,yaxşı çalmaz hər saz alan,nə artandı, nə azalan-hər dağın öz ölçüsü var, Sevdim göydə söz tutanı-paxırlını, pas tutanı,çoxdu köksümdə yatanı;sözıərin də külçəsi var…

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”AŞİQLİK…”

Post Views: 96 Bir bədbəxtin bu gecə dəyuxusu qarışıq olub,gözəl-göyçək bülbül qalıb;gedib gülə aşiq olub, Eşq oynadar canı odnan,doğma edər özgə- yadnan,indi qan yaşlar axıdangülə-gülə aşiq olub, Ülkərdi- göylərdən enib,bilmir- bəxtin üzü dönüb!Ocaqda közü söndürüb-külək külə aşiq olub, Başı daşdan-daşa dəymiş,aman, Allah, eşq nəyimiş!Bülbül də Məcnun gündəymiş-şirin dilə aşiq olub…

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.Yeni şeirlər

Post Views: 116 DÜŞÜNCƏLƏR “Üz göstərməyəsən yetim duyğuya”,Bükülü tutasan qucaqlarını.Elə gedəsən ki, şirin yuxuya,Bir əl sığallaya yanaqlarını. Qısılıb qalasan ömrün küncündə,Ölümün yadına düşməyəsən heç.Vurasan hər şeyi qulaqardına,Dərdin qazanında bişməyəsən heç. Şeytanın başına qaxınc olasan,Səni aldatmağa gücü çatmaya.Qorxunc görünəsən, qorxunc olasan,Aciz tanımaya, ucuz tutmaya… Sıxıb şirəsini çıxartmaq üçün,Sınağa çəkəsən dərdi bir azca.Quruca can desən, canında keçər,Bir …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”MƏNƏ HAQQ ŞAİRİ DEYƏN ŞAİRLƏRƏ SALAM OLSUN!”

Post Views: 92 “Dünyanın xoş üzü, sərt üzü burda,Sevinc üzü burda, dərd üzü burda.Haqq şairi Rafiq YusifoglununBərq vurur brilyant, dürr sözü burda…”Hafiz Rüstəm “Rafıq Yusifoğlu şəxsiyyəti, yaradıcılığı iləkönüllərdə taxt-tac qurmuş görkəmli şairimizdir.Belə yaradıcı insanlarımız indi tək-təkdi.”Zülfüqar Şahsevənli Mənə Haqq şairi deyən şairlərə salam olsun!Qəlbimizi nurlandıran bir ilahi kəlam olsun!Gəlsin xəbislər ordusu qorxumuz yox zərrə qədər,İman …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”ŞAİR, NƏ GEC GÖRÜŞDÜK BİZ?”

Post Views: 89 ”Sizinlə rastlaşdığım üçün Allahıma minnətdaram. Mən Sizi çox, lap çox sevirəm. Sözün bütün mənasında. Hərdən ağlımdan özümün də qorxduğum bir fikir keçir: ”Şair, nə gec görüşdük biz?”Bir məktubdan Ürəyin yarpaq tək əsir,Eşqin bir kükrəyən dəniz.Qəlbindən bir nida qopdu:”Şair, nə gec görüşdük biz?” Dedin: – Naşükür deyiləm,Minnətdaram Allahıma, –Qarşıma Sizi çıxarıb,Son qoydu könül …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSYEN.Yeni şeirlər (2025)

Post Views: 232 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Melanxoliya Uzundur əcəlin əlləri, bil ki,Yapışar yaxandan qəfil bir gecə.Ölüm qeyri-adi durum deyil ki,Yaşamaq ölümdən qəlizdi, məncə. Çayım soyuduqca nəfəsin kimi,Otağın küncləri üşüyür axşam.Nə vaxtsa ən doğma bir kəsim kimiSənin xatirinə şeir yazmışam. Yazıb oxumuşam və ağlamışam,İçimdə, çölümdə eyni …

Azərbaycan ədəbiyyatı

Şeirlər – Balaş İSKƏNDƏRLİ

Post Views: 162 Səs Sükut dolu qəlbiminİçindəki nə səsdir?Bəlkə duyğum, ilhamım,Bəlkə qəlbimə qəsddir? Bəlkə elə ölümdür –Gəldi, boynum büküldü?Göz yaşıma çevrilibÜrəyimə töküldü? Bu səs tanışdır yaman, İçimdə izlər məni,Tanrım, bu səs nə səsdir?Özümdən gizlər məni?! Ay adam, baxma dalımca Ay adam, baxma dalımca,İtirdiyin məndə ki yox.Tanrını duyan, anlayanMənəm, özgə bəndə ki yox. Çağırdım bu qərib …

Azərbaycan ədəbiyyatı

Şeirlər – Aysel Xanlarqızı SƏFƏRLİ

Post Views: 121 Adamların zəhər sözün Oyaq başla çəkmək olmur, Tanrım, mənə yuxu ver… Alışmışam, Xoş nə varsa, ver özgəyə, Göz yaşardan dumanından Gətir, çəkim ahı,                         ver… Buludlanmış fikirləri, Xoşbəxtliyin abidəsin O adamın dodağında Sözdən sözə yıxıb, ver… Bir orqan bağışı kimi, yaddaşımı, Ver alzeymer xəstəsinə, Anam səhvən doğub,                         ver… Şans istəsəm, yolun …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Rafiq ODAY.”SAXLARAM”

Post Views: 108 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Haçandı gözlərim yol şumlamaqda,Yolları gözümün üstə saxlaram.Gedişin qəlbimi xəstəhal edib,Gəlincə beləcə xəstə saxlaram. Adını dilimdə bəslərəm müdam,Vədəli, vədəsiz səslərəm müdam.Dərdimi sevginlə süslərəm müdam,Qoymaram sınıxa – süsdə saxlaram. Gör neçə aşiqə usandırıb can, –Dünya özü boyda zindandı, zindan.Ruhumun, cismimin sızıltısındanƏn həzin, ən kövrək bəstə saxlaram. …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Rafiq ODAY.”Bivec dünyada mən qərib”

Post Views: 97 Bivec dünyada mən qərib,O qədər çarəsizəm ki…Dərdi dərd üstən əndərib,O qədər çarəsizəm ki… Bir saman yolla tutmağa,Bəhanə ver unutmağa.Canmı qalıb can atmağa, –O qədər çarəsizəm ki… Göy üzü yarıldı, düşdüm,Ümidim qırıldı düşdüm.Qanadım yoruldu düşdüm,O qədər çarəsizəm ki… Bu xırman dənlik deyil ta,Var olmaq tənlik deyil ta.Yer üzü mənlik deyil ta,O qədər çarəsizəm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”GÜL BİR AZ…”

Post Views: 193 Bəstəkar Ələkbər Tağıyev Mən bilirəm xatirinə dəyiblər,unut, mənim xatirimə gəl bir az.İşdə sənə nə deyiblər, deyiblər,evə gəldin, danış bir az, gül bir az. Bu dünyanın nadanı var nə qədər!Ürəyində nə qəm olsun, nə kədər.Torpaqdan da az tapılır incilər;qızıl bir az, almaz bir az, ləl bir az. Söz var, desən köçürülər, yazılar,söz var …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Rafiq ODAY.”YENƏ BİR YUSİF TƏKLƏNİR…”

Post Views: 97 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Əlim ətəyimdən uzun,Dilim dilçəyimdən gödək.Bu necə darağacıdı?! –Boyum ilgəyindən gödək. Qaynaşır bazar meydanı,Qarışıb qumaşa başlar.Kimsənin xəbəri yoxdu, –Birazdan tamaşa başlar. Yenə soyulur NəsimiŞeyxül-müfid fətvasıyla.Ruhuna sığal çəkilir,“Dost-doğma”lar nəvasıyla. Bu quyu tanış quyudu,Kəndiri həmin biçimdə.Yenə bir Yusif təklənir,Bir qərib ölür içimdə. Bir gözqırpımına bağlı,Qarışqanın fil olmağı…Gör …