Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin gənci” mükafatçısı, Prezident təqaüdçüsü

Gizlənərəm özümdən,
Həyatımdan küsərəm.
Unudaram keçmişi,
Mən təzədən sevərəm.
Qoşulub buludlara
Yağış olub yağaram.
Çəkilib ulduzlara
Sənə göydən baxaram.
Açdığın yaralara,
Məlhəm tapıb sürtərəm.
Sən çıxanda yoluma,
Nə bir salam alaram,
Nə bir salam verərəm…