1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Yenə kölgə düşüb sevda bağına,
Hava sərinləyib aramızda, qız.
Boşuna gedirik bu yolu sənnən –
Özgə əli gəzir yaramızda, qız.

Sevgi naz çağıymış, heyif, bilmədik,
Məndən lal olmağı umma, boşuna.
Dəli olacaqsan bu gedişlə, qız,
Ta sənnən yadıq biz, cumma boşuna.

Gözümün ağını çatladır yuxu,
Vüsal dan yerini sağmaz, bilirəm.
Sənin qoxladığın kal baxışlardan
Sevgi yağışları yağmaz, bilirəm.

Boşuna gedirik bu yolu məncə,
Həyat dediyimiz tüstü kimiymiş.
Sənin baxışların, incimə, quzum,
Mənim boş daxmamın üstü kimiymiş.