11650883_963572620361161_53634984_n

SEVDİYİM

Şirin-şirin xəyala sal könlümü,
Tut əlimdən, gəl özün al könlümü,
Cox incitdi bu ayrılıq könlümü,
Dərd qəm saça sığal çəkir sevdiyim.

Kulək əsir rəqs eyləyir tellərim,
Həsrət çəkir məhəbbətə gullərim.
Saçlarımı oxşamasa əllərin,
Ömür ötər yarpaq tökər sevdiyim.

Eşqim üçün qınama gəl sən məni,
Məhəbbətin eləmişdi lal məni.
Ümidlə yaşatdı bu illər məni,
Həsrət mənə kəfən biçdi sevdiyim.

Fikrimin sən adlı asimanında,
Həsrətin gorunməz çən dumanında
Yetim qaldim sənsizliyin qışında,
Ya həyat ver, yada öldür məni sevdiyim.

Əhd eylədik ölənəcən bir olaq,
Zalım əcəl gələnəcən bir olaq.
Ölüm bizə gulənəcən bir olaq,
Əhdə vəfan de, budurmu sevdiyim.

DOSTUM

Həyat yaman qəribədir ay dostum,
Hələ çox sızlayıb, ağlayacaqsan.
Yaşının üstünə yaşlar gələcək,
Hələ çox inanıb, aldanacaqsan.

Gəncliyin ən şirin yuxusundasan,
Təmiz niyyətlərin ağuşundasan,
Düzlüyün, saflığın arzusundasan,
Ədalət axtarıb, yorulacaqsan.

Acılar-şirinlər duyar ürəyin,
Sevgini-nifrəti tapar ürəyin,
Azalar dostların, həmdə köməyin,
Kecmişə boylanıb, odlanacaqsan.

Dostun xəyanəti sarsıdar səni,
Üzünə gülənlər aldadar səni,
Dar gündə yaxınlar tək qoyar səni,
Hələ çox azalıb, tək qalacaqsan.

Doğmalar dünyadan bir-bir köçəndə,
Özündən əksiyə işin düşəndə,
Kasıblıq bəxtinə elçi düşəndə,
Allaha əl açıb yalvaracaqsan.
Hələ çox inanıb, aldanacaqsan.