içimdə ölürəm
çölümdə dirilmək ümidi ilə
bir qonur gözlünün
qönçə dodağında
ümidlənən dua!
göz yaşına büründüyü yerdən qalxır
ərşinə.
ey yer-göy məmləkətinə sahib çıxanım
bir ovuc ümidin arxasındayam.
ümidimi göylərin üzünə sər
buludun bəbəyinə
tök, tök ətəyimə!
bilmədən öz əlimlə verdiyim haqqım
alovlanır
bir içim suyu qaytar
ümidimə!