İtkin əsgər anası
- Çörək keçmir sualların boğazından:
İtən bəxtim, hardasan,
nə yeyirsən, nə içirsən?
Şəhidlər də sağ-salamat gəldilər –
Sən nə vaxta çatarsan,
hansı kəndi keçirsən? - Mən də dözümlüyəm, bala,
sən acsansa, mən də acam –
Sənə qurban olsun anan,
sənə qurban olsun bütün çörək
qırıntıları… - Şəkillərin sildiyim əllərimi
açıram sənə, Allah:
Mən oğlumu bayrağa,
Oğlum məni torpağa
verməmiş öldürmə məni –
Ölüsünü, dirisini
görməmiş öldürmə məni… - Bircə əsir düşməsin,
razıyam, qara olsun
gözlərimin ümidli göy yaşları,
əllərimin qırmızı duaları,
ürəyimin yaşıl sıxıntıları… - Ədəbiyyat” qəzeti (2021, 14 vqust)
“İgidlərin sözü” antologiyası (2022, I cild)
“Vətən simurqları” toplusu (2022, I cild, 2-ci nəşr)
Özbəkistanın “Kitab dünyası” qəzeti (2021, 22 sentyabr)
Şəhid anası
“Laylay dedim yatasan,
qızılgülə batasan…”
Qərənfil deməmişdi ki,
qızılgül demişdi ana…
Yazan çox qısa yazdı –
İyirmi il çox azdı:
Oğlunun son ad günündə
yüz yaş istəmişdi ana…
Ayın üçündə gəldi,
bayraq içində gəldi –
Əli bayraqlı əsgərin
yolun gözləmişdi ana.
Çətindi övlad qəmi,
solğunlaşıb görkəmi –
Nəyin qarşılığıydı bu,
göyə neyləmişdi ana?!
“Ədəbiyyat” qəzeti (2021, 14 avqust)
“Vətən simurqları” toplusu (2022, I cild, 2-ci nəşr)
Özbəkistanın “Kitab dünyası” qəzeti (2021, 22 sentyabr)