Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin Mədəni-kütləvi tədbirlər təşkilatçısı, II Qarabağ müharibəsi Qazisi Elvin İntiqamoğlunun “Ondördüncü qızılgül” adlı yeni şeirlər kitabı “Qanun” Nəşriyyatı tərəfindən 104 səhifə həcmində 300 tirajla işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyi (AYB) Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd fondunun təqaüdçüsü, “İlin gənci” mükafatı laureatı Emin Piridir. Ön sözün müəllifi Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlıdır.
Kitab müəllifin oxucularla ilk görüşüdür. Kitabda istedadlı qələm sahibinin müxtəlif illərdə qələminin məhsulu olan ədəbi-bədii nümunuələr, poeziya örnəkləri yer alıb.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.