Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin gənci” mükafatçısı, Prezident təqaüdçüsü
Nağıla bənzəyir həyatım mənim,
Sən nağıl ömrümün qəhrəmanısan.
Nağılda harada axtarım səni,
Əvvəldə, ortada, yoxsa sondasan?
Biri var, biri yox, biri də heç yox,
“Yox”da var, “var”da yox – hansı gözəldir?
Vüsalın qarşıma indi çıxsa da,
Həsrətin milyon il səndən əzəldir.
Şirindi, şit deyil, bir az da duzlu.
Bir azca məzəli, sözlü nağılım.
Hisslərlə yoğrulub, ürəkdə bişən,
Ay mənim həyatda güzgü nağılım..