Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,[1] Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı.[2]“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının “Gündəlik Analitik İnformasiya Agentliyi”nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri.[3
HəyatıRedaktə
Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib[2].
TəhsiliRedaktə
2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür[2]. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur.
FəaliyyətiRedaktə
2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində “Hədəf” hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
2015-ci ildə “Kaspi” qəzetinin keçirdiyi Hüseyn Cavidlə bağlı müsabiqənin üçüncüsü olmuşdur. Bir sıra beynəlxalq konfrans və simpoziumlarda, televiziya və radio verilişlərində çıxış etmişdir. Bədii, publisistik və elmi yazıları mətbuatda müntəzəm olaraq çap olunur. Türkiyənin Qəhrəmanmaraş (2015) və Trabzon (2016) şəhərlərində təşkil olunmuş ədəbiyyat festivallarında və UTEF-2-də (2017) iştirak etmişdir.
3 iyul 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub[1].
MükafatlarıRedaktə
- 2015-ci ildə 2 fevral Gənclər günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı”na layiq görülmüşdür.
- Gənc yazar kimi 2015-ci ildə Prezident təqaüdçüsü olmuşdur.
- 2019-cu ildə Beynəlxalq Mahmud Kaşğari Mükafatı ilə təltif edilmişdir.
KitablarıRedaktə
- “Mən sehrli səmayam” (2001)
- “İçimdəki söhbətlər” (2011)
- “Gül” (2016) şeir kitabları
TərcüməRedaktə
Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və süküt” (2015) tərcümə kitabının müəllifidir.
MonoqrafiyaRedaktə
2018-ci ildə Latviyada rus dilində “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrı” adlı monoqrafiyası çap olunub.
“Sözümüz sözdür” kitabıRedaktə
2019-cu ildə publisistik məqalələrdən ibarət “Sözümüz sözdür” kitabı nəşr edilib[4]. “Sözümüz sözdür” kitabında Elçin Əfəndiyev, Vilayət Quliyev, Aqil Abbas, Rəşad Məcid, Akif Səməd, Elşən Əzim və digər müəlliflərin kitabları barədə yazılarla yanaşı, Mikayıl Müşfiq, Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub, Məmməd Aslan kimi şairlərin poemaları haqqında məqalələr toplanıb. Kitabın üz qabığının fotoşəklinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Nofəl Ümiddir.[3].
İstinadlarRedaktə
- ↑ 1 2 “Gülnar Səma şöbə müdiri təyin edilib”. 2019-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-06.
- ↑ 1 2 3 Gülnar Qasımlı
- ↑ 1 2 “SÖZÜMÜZ SÖZDÜR” — GÜLNAR SƏMA [ölü keçid]
- ↑ Ədəbiyyat İnstitutunun əməkdaşının publisistik məqalələr toplusu çapdan çıxıb