Islanıb payız qanadım,
Göylərin göz yaşından.
Kim asıb bu yuvanı,
Ürəyimin başından?
Eh, yenə uçmaq həvəsim,
Gəlib vətənə çırpılıb.
Qəzaya düşdüyüm yerdən,
Bir qutu ümid tapılıb.
Sinoptiklər xəbər verir,
Göydən xoşbəxtlik yağacaq,
Hardasa yuva gözlərim,
Ovcuma yağış sıxacaq.
Doğmasan uzaq kimisən
Uzaqlardan başımı qat.
İlahi, bu yuvaya da
Bir ovuc xoşbəxtlik at.
Narıngül Nadir