Şəhid
Görəsən oyansan, nə eşidərsən…
Gözlərin yumulanda
Güllə uğultusuydu,
Güllə səsiydi
Ilk eşidilən.
Gordüyün nə idi, gözlərin bağlananda,
Yəqin ki, qan…
Qan idi səni isidən.
Bir də dostların səsi,
Səni çağırırdılar,
Uşaq kimi ağlayırdılar,
Yaranı bağlayırdılar.
Bu şəkillərlə kilidləndi gözlərin.
Bu səslərlə susdu qulaqların,
Su kəlməsiylə
Tərpəndi dodaqların.
Indi bu saat gözlərini açsan
Nəyi xatırlarsan,
Nəyi görərsən?
Bu dünyadan görəsən
Nə qalıb yadında?
Allahşükür Ağa