Baxışım pərdələrib,
Yer altına yol çəkir…
” Huuu ” desəm, öz səsimə
qulaqlarım batacaq.
İzimi tapar-tapmaz
İşığı sönən Günəş,
Əriyib damarımda
qış yuxusu yatacaq.
Sözün rəngi tündləşib
Yeni qanadlar sökür…
Burda kimsəsiz ruhlar,
Daşa- divara çökür…
Danışmağa gücüm yox,
Yeriməyə taqətim.
İlahi, məndən mənə
neçə don dəyişmişəm?
Bu neçənci mənəm ki,
Belə yorğun düşmüşəm?
Həm Eşqin sultanıyam,
Həm də nəfsin köləsi.
Hərdən diriyəm, sağam,
Hərdən də damdabaca.
Boyum sirrimə çatmır…
Nəhəng izlər içində,
Yolçuyam bapbalaca.