Gəlmisən…

Saatların mənə yarım,
Qalandan sonra gəlmisən.
Sənə Haqqın Azanını,
Çalandan sonra gəlmisən …


At bu günahın daşını,
Saxla, o qan yaddaşını,
Mələklərin göz yaşını,
Siləndən sonra gəlmisən…


Zülmətinə yandırıb şam,
Bir işıqdan almadım kam.
Mən səninçün səhər-axşam
Öləndən sonra gəlmisən…