Bir daş yaransaydım nə olardı ki?,
Yağışlar yağanda yuyardı məni.
Karina gələrdim kiminsə bəlkə,
Bir daşın üstünə qoyardı məni…

Yarpağa dönsəydim bir kolun ustə,
Bir qırıq kölgə də mənim olardı.
Elə özüm boyda qəmim olardı…

İnsantək yaşamaq cətindir Allah,
Səni dərk eləyən, duyan olmaya.
Düşdüyün mühitdə canın sıxıla,
Adam yerinə də qoyan olmaya.

Içində bulaqtək qaynaya eşqin,
Gözünü bağlayıb kor eyləyələr.
Kimsəyə catmaya hayın, harayın,
Səni özün boyda gor eyləyələr.
Zülümdür şam kimi əriyə adam.
Haqqını yeyələr kiriyə adam…

Əli Aşiq