Bütün çətinliyə öyrənir adam.
Həyatın hər üzü güllü yaz deyil,
Bəzən payız olur, bəzən qış olur.
Hamı bir insanı xoşlaya bilmir,
Ən az bir nəfərlik sərt baxış olur.
Bəzən düz sözün də qəribə gəlir,
Doğma bildiklərin anlamır səni.
Ağıl diz çökəndə nəfsin önündə,
Vicdan uzaq qalır, danlamır səni.
Çoxusu zamanı günahkar bilir,
Doğru sayılanlar başına girmir.
Şeytan bər-bəzəyi gözünü örtür,
Əsl həqiqəti baxanda, görmür!
Cəmi dörd fəsillik kitabdır ömür,
Mövzusu müxtəlif,müəllif bir.
Bütün çətinliyə öyrənir adam.
Elə ki öyrənir, Əzrayıl gəlir.
Müəllif: Şəhla Ramazanqızı