Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Bir gecə üşüyər əllərim qəfil,
Donar dodağımda ağzım, dilim də.
Solar güldanımda o ağ qərənfil,
Xəbərsiz ölərəm öz mənzilimdə.
Bir gecə nə anam,nə atam bilər,
Bir gecə nə oyaq,nə yatan bilər.
Nə bilər havada işıldaquşlar,
Nə bilər o sakit səssiz gedişi,
Fələk çox oynadı ruhumla mənim,
Mənim bu dünyayla axı nə işim?
Bir gecə ulduzlar sayrışar yenə,
Ay da buludlardan nur səpər yerə.
Uyuyar beşikdə körpələr şirin,
Bircə bayquşların səsi kəsilməz.
Bir gecə qəfildən donan əllərim,
Son dəfə dəstəyə uzana bilməz.
Elə telefonda yanılı qalar,
Yazılmış məktubun göndər düyməsi.
O gecə nə məndə cəsarət olar,
Nə səni oyadar qəlbinin səsi.
Xəbərsiz ölərəm ruhun da duymaz,
Ölərəm, çıxaram öz qabığımdan.
Elə ölərəm ki, nə çox nə də az,
Əlimi tutanda havalanarsan,
Gözümə baxanda havalanarsan,
Tanıya bilməzsən sən məni adam.