“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
**
ah…
şair ürəyi…
şair ürəyi…
mən sənə xitabən nə yazım indi?
deyimmi, qoymursan ümidi sevim?
bu ömrün yeganə səhləbi sənin,
bu ömrün sonuncu göz yaşı mənim…
bütün pərdələri toz basıb axı,
hansı pəncərədən günəş görünür?
sənin hər sevdana uzaqlar yaxın,
mənim baxışıma çiskin bürünür…
kahinəyəm,
rahibəyəm, bu eşqdə,
neynim ki, ürəklə sevişmək olmur…
düşüb yıxılanda tənha qədəhdən
çiynini Tanrıya dirəmək olmur…
(2018)