“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Durub sirkələdim
İçimi çölə,
Baxdım içimin də
Bir önəmi yox.
Hər şey mənasızdı,
Hər şey lüzumsuz,
Bu günü, sabahı
Və dünəni yox.
Mən kimə lazımam,
Mənə kim lazım?
Ayağım getməkçün
Bir himə bənddi.
Nədir yaşamağın,
Ölməyin belə
Ən uca, ən ali,
Ən gözəl həddi?
Çatmayan nə varsa,
Həmişə çatmır,
Çatmayan nə varsa,
Boş tərəfimdi.
Bir qırıq ümid var
İçimdə hələ,
Bu da yaşamağa
Xoş tərəfimdi.
* * *
Dəli kimi vurulan
Vaxtı keçmişik daha.
Ağıllı başlı istəkdi.
Mənim səndə,
Sənin məndə
Yerin təkdi.
Ayrılıq sevginin intiharıdı,
İntihardan qayıtdıq.
Hələ indi anlayıram,
İllərlə bir-birimizi
Nə sevdik, nə unutduq.
Mən onda sənin adına
“Gələcəyim” deyirdim
İllər sonra gəlmisən.
Sən Tanrıya duam idin,
Bunu hardan bilmisən?