Yazıçı-ssenarist, şairə-qəzəlxan, qiraətçi. YARADICILIĞI – 2012-2015-ci illərdə Şəhriyar adına Mədəniyyət evində müxtəlif tədbirlərdə iştirak etmiş, bu sahədə təşəkkürnamələr və fəxri diplomlar almışam. 2016-cı ildə “Foto-fakt” qəzetinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “İstedadlı Gənc Qələm” fəxri mükafatı ilə təltif olunmuşam. 2015-2016 –cı illərdə “Ulusəs” və “Yeni şans” qəzetlərinin redaksiya heyətləri tərəfindən “Ədəbi Söz Sahibi” və “Yaradıcı Qələm Sahibi” fəxri diplomu təltif olunmuşam. 2018-ci ildə Mədəniyyət Nazirliyinin təşkili ilə “Söz” ədəbi layihəsi çərçivəsində keçirilən “Nəsimi – şeir, sənət və mənəviyyat” festivalının (Leyla xanım Əliyeva tərəfindən) təltif edilmiş diplomatlardanam. 2019-cu ildə İmam Zaman Ağanın adına keçirilən “İntizar” qəzəl müsabiqəsinin qaliblərindən olmuşam. 2019-cu ildə N Saylı hərbi hissədə Mübariz İbrahimov adına keçirilən tədbirdən fəxri diplom ilə mükafatlandırılmışam. ÜZVLÜK: “Dirili Qurbani”, “Ozan”, “Aşiq Pəri”, “Vahid”, “Məcməüş-şüəra”, “DGTYB”, “Saqiyi-Kövsər”, “Qələmin sədası”, AYB Xəzər Bölməsi və Azərbaycan Yazıçılar Birliyi. MÜƏLLİFİ OLDUĞU KİTABLAR: “Bir ovuc kölgə…”, “Dözümə yer ver”, “Ayaq səsi”, “Qəzəl gülü”.

ÇƏKDİKLƏRİ

Antologiyalar: “Zərif Kölgələr 1 və Zərif Kölgələr 2”, “Vətən Mücahidləri 1 və Vətən Mücahidləri 2”, “Xəzər Təzkirəsi 2”, “Türk dünyası şairləri”, “Arzuların şəhidi”. Ssenarilər: “Döyüş vaxtı” dram janrı (45:07 xron.m), “Hərbi Hospital -2020” dram janrı (1:16:25 xron.m), “Özgə həyat” t/s, dram janrı “Bu Son deyil” t/s dram janrı, “Vətən gülü” bədii janr, “Ömürdən alınan 29 il” dram janrı, “Tələbənin günlüyü” t/s komediya janrı, “Qızlar”t/s komediya janrı. İşlədiyim tv programlar: “Badambura” t/s komediya j., “Zərbə” t/s dram j., “Nurayın günlüyü” uşaq verilişi, “Atılmışlar” t/s dram j., “Kitchen chef” , “X-serviz” komediya j., “David Romanov” t/s dedektiv j. və s.

MÜKAFATLARI

No Smoking” Film Festivalı – Ən Yaxşı Rejissor İşi (Santa-Mariya Gəmisi filmi ilə) Bakı/2014/May/p>“Bakı Oskarı” Film Festıvalı – Bakı Oskarı Mükafatı (Ən Yaxşı Film) – “Məriz” Qısametrajlı Filmi Bakı/2015/sentyabr/p>“Dahi Şəxsiyyət və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü/p> münasibəti ilə Dövlətə və Dövlətçiliyə sadiq qaldığına görə” – “Heydər Zirvəsi” Diplomu Bakı/2015/May 10/p>“Milli Mətbuatın 140-cı ildönümü münasibəti ilə” – “Best of The Best” Mükafatı

Mənbə: https://dramaturq.az/