Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

Ətəyindən ayrılaraq
Təpə düzə sıyrılaraq
Alçaqlaşıb qıvrılaraq
Dönüb gedər gölə sarı.

Ağrı verər can beləcə.
Sızıldayar incə-incə
Xəyallarım tükənincə
Yol görünər çölə sarı.

Hər söz ilə ürək qıran,
iztirabdır işin, inan.
Ürəyimə xəncər vuran!
Mizrab oldun telə sarı.

Ay, avazı şıqraq səsli,
Kərəm ilə birmiş Əsli.
Ayrı cürdür sevda fəsli,
Yanar dönər külə sarı..

Yaran neçə bəla sardı?
Danış asta.. gəlsin ardı.
Gəl,düşünək dağlar yardı,
Sarılmasın belə sarı…

05.05.2023