4 dekabr – IV Şəki Beynəlxalq Teatr Festivalının dördüncü günü baş tutub. Özbəkistan Respublikasını Səmərqənd Vilayəti Musiqili Dram Teatrı təmsil edib. Təqdim edilən “Eşq vadisi” tamaşasının süjeti böyük özbək şairi Əlişir Nəvainin “Quşların dili” əsərindən götürülmüşdür. Tamaşada insanlara inamın, mənəviyyatın insan üçün nə qədər vacib olduğu göstərilir.

Sufi ənənələrinə müraciət edilən tamaşada insanların Allaha sevgisi və ona çatmaq arzusu bildirilir. Tamaşada çatdırılan ideya odur ki, dünya insanın Allaha sevgisi üzərində qurulub. Tamaşanın quruluşçu rejissoru Şuxrat Sanakulov, quruluşçu rəssamı və geyim üzrə rəssamı Kamoliddin Raxmatov, baletmeysteri Madinaxon Erqaşeva, xormeysteri Aziz Muminov, dirijoru Uktam Tilavov, konsertmeysteri Bobur Toştemirov, rejissor köməkçiləri Faroqat Juraeva və Nizom Kosimovdur. Tamaşada rolları Dilmurod Xamraev, Şoxsanamxon Oblokulova, Baxriddin Umarov, Çaros Mardonova, Aziza Xotamova, Bobur Toştemirov, Xurşid Baratov ifa edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir