Blog
-
Şəfa VƏLİYEV.”Afət VİLƏŞSOY haqqında bir neçə söz”
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısıGəncənin Əttarlar küçəsiylə Cavadxan küçəsinin kəsişməsində bir qoca kişi otururdu həmişə. Heç vaxt yanından keçən insanların üzünə baxmazdı; ya yerə baxırdı, ya göyə. Tələbəydim, naşıydım, bir gün onun yanındaca ayaq saxladım, maddım-maddım qırışmış əllərinə, corabının başına dürtüşdürdüyü balaqlarına baxdım.
-Baba, harda yaşayırsan?-deyə soruşdum.
-Mən yaşamıram, bala…-dedi başını qaldırmadan…-Məni dədəmin çomağına tapşırıb gəldiyim o kəndin “ah”ı öldürüb daha…
Nədənsə, o kişini də, dediyi sözləri də hərdən xatırlayıram. Amma, bayaq dedim axı, naşıydım, o kəndin yolunu-izini öyrənməmişdim…
Bu axşam o kişini “öldürən”, “yaşamağa qoymayan” “ah”ı yenidən gördüm. Özü də Afət Viləşsoyun şeirində…Gedə bilmədikcə mənzil uzanır,
Yolları tutacaq o kəndin “ah”ı.
Mərtəbə-mərtəbə dəli olmaqdı
Göydələn-göydələn darıxmaq axı.Gedə bilməyin fəlsəfəsidir içimizdə yığılıb qalan hüzn qələbəliyi… Bəlkə elə ona görə mən: “Gedişlər möhtəşəmdi, Yola salan sağ olsun!”-deyə bilmişəm. Bu gün anlamışam; Afətlə həmfikirik… O, yazır:
İnan qalmağını istəmirəm də,
Sənin yaraşığın getməyindədir.“Ağlının ürəyinə yarına bilmədiyini” anlayan Afət öz gedəninə minnətçi düşə bilir, “danla gözlərimi, bəlkə, kiriyə…” –deyir, təki onu yola salmaqda gecikməsin. “Bütün ayrılanlar ağıllı olmur, Bütün ayrılıqlar dəli eləyir.”-gerçəyini bilə-bilə gün-gün yorulan “ömür” adlı yolçudan şikayət etməyə də vaxt tapır bu gediş anında:
Üşüdürsən yaddaşımın küncünü
İsitdiyin günlər çıxır yadımdan.
Qorxduğumuz başımıza gəlir ki-
Qarı qalır xəyal kimi qadından.Mən “ay anam qızılgül, nənəm qızılgül” deyəndə, əslində, qızılgüllə doğmalaşmaq istəmişəm. Amma, Afət nənəsinin kədərli baxışındakı payız hüznünü də şeirə gətirib: “Üzü payız nənəm, ətri yaz nənəm…” Payızın özünü isə sözün bütün çalarlarıyla bəzəyib-düzəməyə ehtiyac duymayıb, hisslərin ən möhtərəmiylə anlatmağa çalışıb:
Darıxmağın yaşı yox,
Payız elə payızdı…“Yarpaq” şeirində Afət təzadın özəyinə enib. Payızın romantikliyinin arxa fonundakı realizmi də gözlər önünə sərib. “Qədri bilinməyən qadınlar kimi Nisgili oxundu dodaqlarından” deyə əzizlədiyi payızın “sevgisini göstərmək üçün budaqdan atılıb intihar etdiyini” bilir. Amma, “meşşan küləklərə oyuncaq olan yarpaqların” bir insanın sual duruşuna çevrildiyinə təəssüf etdiyini də gizlətmir:
Növbə süpürgəçi qarıya çatır-
Taleyi əbədi suala dönür.“Qadın əlcəyi” şeiri haqqında nəinki məqalə, ayrıca bir monoqrafiya da yazmaq olar. Obraz olaraq qadın əlcəyi bir az nostaljinin, bir az sirrin, bir az da hikkənin “ünsiyyət vasitəsidir”. Ötən əsrdə qərb ədəbiyyatında əlcəklər qadın obrazın oxucuya təqdimatında mühüm rol oynayırdı. Müasir ədəbiyyat isə bu əlcəkləri çoxdan “soyunub”. Ona görə də Afətin şeirini hamının oxumağını istəyirəm…
Kiminin ilk həya,ilk arı qalıb,
Kiminin toxunuş nübarı qalıb,
Yaralı sevdanın qubarı qalıb,
Xatirə yeridir qadın əlcəyi.Gizli arzularla anlaşa bilər,
Həsrətdən od tutub alışa bilər,
Buraxsan,dil açıb danışa bilər,
Diridən diridir qadın əlcəyi.Barmaqlar ağlayar,lap dəlicədir,
O doğma təması ürəyincədir,
Qadın nəfəsindən daha incədir,
İlk eşqin sirridir qadın əlcəyi.Afət Viləşsoy Viləşçayın sahillərindəki əfsanələri nar dənəsi kimi əzizləməyə qərarlıdır. “Naxış həvədən böyükdü“ misrasındakı naxışı bilməyən yoxdur, amma həvəni tanıyan az adam var. Həvə xanada xalça, kilim toxuyanların hər ilmədən sonra sinəsinə sıxdığı alətdir. O, hər bir naxışın hökmdarıdır. Amma, vay o gündən ki, Afətin dediyi kimi, „naxış həvədən böyük ola…“ Əgər bu hal baş veribsə, deməli, hardasa bir fırtına qopub, kimsə kədərin burulğanında bəxt yolunu azıb…
Afətin uzaq anlayışı da tam fərqlidir. O, uzaqların dibsiz qaranlıqlar olduğunu anlatmaq üçün fərqli sözlər seçib. Hətta, bu dibsiz qaranlıqlarla mübarizə aparıb-aparmamağın insan xarakterindən qaynaqlandığını izah etməyə çalışıb.
Adamdan adama fərq olur, adam,
Qaçıb uzaqlara qərq olur adam…“Baxma sənə şeir yazır əllərim, Başımdakı yüz fikirdən birisən” –deyəndə də Afət Viləşsoy səmimidir. “Hər gün şeir yazırsan?” sualı ilə o qədər rastlaşmışam ki… Verməyə cavabım olsa da, cavab verməyə halım olmayıb çox zaman… Amma, Afət iki misra ilə bundan sonra ünvanlanacaq bu tipli sualların cavabını birdəfəlik verib.
Afət Viləşsoy bu axşam mənə “Yeni kitabım çıxacaq, Şəfa…”-dedi. Mən təzələri-köhnələri bir-birinə qatdım. “Mənim adım Vətəndir” kitabın xoş gəlir, Afət! “Qırmızı termos”da evini daşıyan adamı tanıyıram… “Bir günlük şahzadə” də müasir insana yad deyil. “Gilənar” yeyənin ağzındakı turşuluq qədərdi bəzən xoşbəxtliyin ömrü… Amma, yenə də Vətən olmaq hər ürəyə nəsib olmur. Nəsibin mübarək, Afət!
Şəfa Vəli (aprel, 2019)
-
Emin PİRİ.”Birinci məktub”
Birinci məktub
Bir az əsmər, bir az günəş-şokolad qız,
sən gedəli
Burda şirniyyatların dadı qaçıb.Venesiyanın suları
gecələr pıçıldayırmı qulağına
Sumqayıtın yalnızlığını?Heç gördünmü
Eşqə qalxmışam desin kimsə?
Hamı düşdü,
düşdü.Düşmək qalxmaqdı
necə ki, Yusifi endirdilər
qalxmasıyçün
Allahın eşq quyusuna.
Sən də mənim eşq quyumsan
balıqların Marian zirvəsi kimi.Ayaqlarımın addımlamağı
əllərimi aldatmaqdı
səcdə edir getdiyin yollara.
Üzümü hara tutum dua edəndə
Məkkəyə, Vatikana
Yoxsa Venesiyaya?Bədənimdən ayrı düşən ayaqlarım,
“Axilles dabanı”msan.
Kişilər qadınsız yeriyə bilməz bu həyatı.Günəşə həsrət mamırlar
ayağına dolanıb yalvarırmı
getmə, qal, əsmər günəş-deyə?!Üzük yerinə
öpsəmmi barmağından?!…bəlkə də, bir itimiz olar,
adını Kio qoyarıq.
Sevgi dilində danışır itlər-
elə mənim dilimdə.
Çox yorulmuşam, şokolad qız…
Bu həyatdan nə doydum, nə də bezdim.
Yoruldum,
yoruldum, şokolad qız.Aldadasan hamını…
Elə özünü də
Tanrını da
Onun yazdığı 75 illik ömrü də
33 yaşında
atasan özünü
dənizin qolları arasına.Cırasan alın yazısının qalan səhifələrini
balıqlar öpə gözündən,
yosunlar anantək bələyə səni.
Allah da köks ötürüb deyə:
“Bağışla.
Bağışla məni”.Mənim gücüm çatan iş deyil bu iş,
alın yazısında proqnozlarım
özünü doğrultmur buralarda heç…İkiəlli yapışıb tavandakı ipdən
özünü asan gəncin kölgəsi.
Körpüdən ölümünə tərəf boylanan
bir başqasının da kölgəsi
boğulub dənizdə çoxdan…
Kölgəmiz cəsarətli çıxır özümüzdən.Yuxularımız necə
Onlar da yazılıb alın yerinə?!
Şeytan Allahın,
gecə gündüzün,
yuxular həyatın
sən mənim kölgəmsən. -
Hörmətli poeziyasevərlər!

Hörmətli poeziyasevərlər!
Sizi 27 aprel saat 12:00-da gənc şairlər, prezident təqaüdçüləri – Emin Piri və Ulucay Akifin görüşünə və imza gününə dəvət edirik. Görüş Sumqayıt şəhərinin 70 illik yubileyi çərçivəsində Əli Kərim adına Poeziya Evinin və AYB-nin Sumqayıt bölməsinin təşkilatçılığı ilə keçirilir.Ünvan: Sumqayıt şəh., 9-cu mk/r, Heydər Parkı, Poeziya Evi
-
Rafiq ODAY.”RAHİLƏ VEYSƏLLİ YARADICILIĞINA BİR NƏZƏR”
RAHİLƏ VEYSƏLLİ – 65
Yazıçı, şairə, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Rahilə Veysəllinin imzası ən azından sumqayıtlı oxuculara “Ruh didərgin, can ağlayır”, “Dünyada bir mizan var”, “Mən demirəm, ürək deyir”, “İkiyə bölünmüş dünyam” adlı şeirlər, “Vətən fədaisi” və “Həsrət yanğısı” adlı bədii-publisistik, “Dərd şələsi” adlı iki hissəli povestlər və “Günahdan doğulmuş müqəddəslər” (roman) kitablarından yaxşı tanışdır.
Göründüyü kimi Rahilə xanım Veysəllinin yaradıcılığı ədəbiyyatın bütün janrlarını əhatə edir və sadalanan doqquz kitab da son doqquz ildə nəşr edilərək oxucuların ixtiyarına verilib. Ancaq bu, o anlama gəlmir ki, Rahilə xanım Veysəlli yaradıcılığa ömrünün yarım əsrdən sonrakı dövründə başlayıb və bir neçə ildə bir-birinin ardınca bu qədər kitab nəşr etdirib. Rahilə xanım gənc yaşlarından yaradıcılığa başlayan və yazdıqlarını 30 ildən artıq bir müddətdə sandıqda dustaq həyatına məhkum edən qələm adamlarındandır. Amma günlərin birində qərara gəlir ki, bəli, artıq bu əsərlərə yaşamaq hüququ vermək lazımdır. Beləcə bu qərardan sonra “Ruh didərgin, can ağlayır”, “Dünyada bir mizan var”, “Mən demirəm ürək deyir” və “Dərd şələsi” (birinci hissə) kitabları zülmətdən gün işığına çıxır, ardınca da yeni yaradıcılıq axtarışlarının məhsulları olan “İkiyə bölünmüş dünyam” adlı şeirlər, şəhidlərimizin nakam ömür yolundan bəhs edən “Vətən fədaisi” və “Həsrət yanğısı” adlı bədii-publisistik kitabları yaşam hüquqi qazanır. \
Bir məsələni qeyd edim ki, əksər kitablarının redaktoru olduğumdan və bəzilərinə ön söz yazdığımdan Rahilə Veysəlli yaradıcılığı ilə yaxından tanışam. Təbii ki, hər bir kitab müəllif üçün çox əzizdir və insafən desək, Rahilə Veysəllinin nəzm əsərləri arasında yetərincə oxucu qəlbinə yol tapa bilən şeirlər var. Yurd-yuvasından ayrı düşən, Qarabağ müharibəsində neçə əzizini itirən, torpağı düşmən tapdağı altında inildəyən, gecələr yuxusu ərşə çəkilən şairənin bir şeirinə nəzər salaq:
Köçkün düşüb əsir oldum, a dağlar,
Səndə mənim əmanətim qalıbdı.
Ata yurdum, ana yurdum virandı,
Vətən adlı məmləkətim qalıbdı.Bağça-bağsız nalə çəkib ağlaram,
El-obasız könlüm başın dağlaram.
Xan Araztək hey coşaram, çağlaram,
Əsarətdə ar, qeyrətim qalıbdı.Ana vətən, ana torpaq canımdı,
Damarımda axan vətən qanımdı.
Azərbaycan şöhrətimdi, şanımdı,
Əsir yurdda çox sərvətim qalıbdı.Vətən əsir, torpaq əsir, dağ əsir,
Bülbül əsir, bağça əsir, bağ əsir,
Yollarımı dərə kəsir, dağ kəsir,
Sözlərimdə həm firqətim qalıbdı.Rahiləyəm, dözəmmirəm hicrana,
Gözlərimdən çeşmə dönüb leysana.
Nə deyim ki, üzü dönmüş dövrana,
Gəl, anacan, söz-söhbətim qalıbdı.Bu şeir Rahilə Veysəlli poeziyasının letmotivini təşkil edir və oxucunu öz kövrək, yaralı hiss və duyğularının arxasınca çəkib aparır.
O cümlədən Rahilə xanımın kövrək notlar üzərində köklənmiş publisistik yazıları da maraqla oxunur. Bununla belə, mən hələ ki, “Dərd şələsi”, “Doğmalaşan yadlar” və “Viran könüllər” povestlərinin yer aldığı “Dərd şələsi” (birinci hissə) kitabını Rahilə Veysəlli yaradıcılığının zirvəsi sayıram. Ona görə də bu povestlər üzərində bir daha dayanmaq istəyirəm.
“Dərd şələsi” kitabına yazdığm ön sözdə də qeyd etdiyim kimi, “hər üç povestdə xeyirlə şər, haqq ilə nahaq, olana şükür edənlərlə harınlar, milli mentaliteti yaşayış norması qəbul edənlərlə bu çərçivəyə sığmayanlar paralel inkişaf edir. Hətta ikincilər müəyyən müddətə qədər üstünlük də qazanırlar. Ancaq Xasay kişi, Rəşid müəllim, Qədir, Əli müəllim, Şəfiqə, Dilarə, Rəna, Ramilə, Sabir, Ağabacı kimi insanların timsalında müəllif hələ hər şeyin tükənmədiyinə, haqqa zaval olmadığına inanır, oxucuya gec-tez ədalətin zəfər çalacağı hissini aşılaya bilir və əsər boyu buna nail olur da. Əslində bütün baş verənlər cəmiyyətdəki eybəcərliklərin insan şüurunda inikasından başqa bir şey deyildir inamına söykənən müəllif, bu təzahürlərin aradan qaldırılması yolunu şüur və düşüncələrdə aparılan islahatlarda, qəlblərdəki kin-küdurətin yerini iman və mərhəmət işığının tutmasında görür. Hər üç əsərdəki hadisələr sona kimi psixoloji-dramatik gərginliklə davam edir. Müəllifin bir müsbət cəhəti də ondadır ki, oxucunu tez-tez gözlənilməzliklərə şahid etməklə intizarda saxlaya bilir.” (“Dərd şələsi”, “Azəri” nəşriyyatı, 2015.)
“Dərd şələsi” kitabındakı eyniadlı povestdə roman motivləri üstünlük təşkil etdiyindən, həmçinin qəhrəmanların torpaqlarımızın işğaldan sonrakı taleyi, eyni zamanda müəllifin özünün də birbaşa əsərdəki hadisələr və surətlərlə bağlı olduğundan və oxucuların da müraciətlərini nəzərə alaraq bu əsərə yenidən qayıtmaq və əsərin ikinci hissəsini yazaraq mükəmməl bir romana çevirməyə ehtiyac duyulurdu. Beləcə, Rahilə Veysəlli uzun müddətli gərgin axtarışlardan və araşdırmalardan sonra əsərin ikinci hissəsini min zəhmətlər bahasına araya-ərsəyə gətirərək oxucuların ixtiyarına verdi, bununla da Qarabağ müharibəsi mövzusunda yazılmış azsaylı əsərlərin sırasına bir əsər də əlavə edilmiş oldu.
“Günahdan doğulmuş müqəddəslər” romanı isə Rahilə Veysəllinin son illərdə qələmə aldığı və həcm etibarı ilə, hələ ki, ən böyük əsəridir. Özünəməxsus faciəvi-dramatik, mənəvi-psixoloji gərginliklərlə dolu süjet xəttinə malik olan əsər bütövlükdə ibrətamiz həyat hekayəsini xatırladır. Əsərdə cərəyan edən hadisələr məkan olaraq Azərbaycanda baş verir və ümumilikdə günümüzün reallıqlarını əks etdirir.
Təbii ki, hər bir qələm adamı hansısa bir əsər üzərində işləyərkən qarşısına bir məqsəd qoyur və əsərin süjet xəttini də qoyulan məqsədə çatmaq üzərində qurur, hadisələrin gedişini də bu məqsədin ruhuna uyğun istiqamətləndirir. Güman edirəm ki, əsəri oxuyan hər bir oxucu qarşıya qoyulan məqsədə çatıldığını görəcək, bunun üçün müəllifin hansı bədii üsullara əl atdığının canlı şahidinə çevriləcəkdir. Əsərin bir müsbət xüsusiyyəti də ondadır ki, burada hər nəslin nümayəndəsinin ibrət və dərs ala biləcəyi yetərli təsirli, nüfuzedici, düşündürücü məqamlar var. Əsərin əsas qəhrəmanı Nərgiz olsa da və bütün hadisələr əsas etibarilə onun ətrafında cərəyan etsə də, romanın hər bir personajının həyatı ayrıca bir ömür dastanıdır. Kamal, həyat yoldaşı Sona, övladları Orxan, Şahin müəllim, Elxan, Mustafa, Əli, Səmayə nənə, Nəriman, Eldar, həyat yoldaşı Fatma, yeganə övladları olan Zaur, əsərdə baş verənlərin təməlini dərs dediyi məktəbdə vicdansızcasına, çirkincəsinə gördüyü işlə qoyan Şiraslan və digər personajların hər birinin ömür yolu ayrıca bir povestin mövzusudur. Onu da deyim ki, əsər bir-birindən fərqli, bir-birindən qəribə, bir-birindən maraqlı hadisələrlə o qədər zəngindir ki, müəyyən məqamlarda müəllifin süjet quruluşuna, düşüncə tərzinə, məsələlərə yanaşma və müdaxilə yönünə, hadisələri müəyyən sonluğa bağlamaq qabiliyyətinə heyrətlənməyə bilmirsən.
Ümumiyyətlə, Rahilə Veysəllinin nəsr əsərlərində “bundan sonra nələr baş verəcək” marağı oxucunu daim intizarda saxlayır ki, bu da əsərin dəyərini artırmaqla sonacan oxunmasını zəmanət altına alır.
“Həyatda heç nə cəzasız qalmır” dilemması üzərində qurulan əsərdə xeyirlə şərin, haqla nahaqqın mübarizəsi ön plana çəkilmiş, pisliyin də, yaxşılığın da heç vaxt itməməsi, bumeranq kimi nə vaxtsa edənin üstünə qayıtması, qarşısına çıxması, haqqın nazilsə də üzülməməsi, ədalətin həmişə zəfər çalması bu əsərdə də təkzibolunmaz dəlillərlə öz ifadəsini tapmışdır.
Əsərin əsas qəhrəmanı olan Nərgiz xanım, anası hələ məktəbdə oxuyan zaman müəllimi Şiraslan tərəfindən təcavüzə məruz qalması nəticəsində dünyaya gəlsə də, günahı olmadığı halda həyatın min bir əzabına düçar olaraq zillətlər çəksə də, özü də bir başqa formada anasının taleyini yaşasa da, bu günahdan doğulmuş övladına bağlılığı onun həyat eşqinin sönməsinə güc gəlir. Anası kimi özünü intihara sürükləmir. Allahdan ümidini üzməyərək yaşayır. Öncə balasının, tibb universitetini bitirəndən sonra isə minlərlə insanın xilaskarına çevrilir. Yaxşı insanların əhatəsində olması zalımların ona etdiklərini arxa plana keçirir. Və beləcə Bakının küçələrində kimsəsiz, tənha, kirayədə qalan bu məsum, bu yazıq, bu binəva qız nəhayətdə öz ağlı, düşüncəsi, dərrakəsi, biliyi, savadı, ətrafındakılara xoş münasibəti və səmimi davranışı, hər şeyin yerini bilməsi, yaxşını pisdən ayıra bilmək bacarığı, nəhayətdə paklığı, təmizliyi, mənliyini və mənəviyyatını qoruyub saxlaya bilməsi ilə böyük bir saraya, dəyərli bir ömür-gün yoldaşına, həmçinin özü kimi yaxşı, sağlam və doğma insanları bir araya gətirməklə böyük bir ailəyə sahib olur.
Güman edirəm ki, yazıçının gəldiyi qənaət budur: bu böyük saray Azərbaycan, bu saraya cəm olanlar isə Azərbaycan vətəndaşlarıdır. Bu sarayda – vətənimiz Azərbaycanda ancaq yaxşılara, bu vətəni canı, qanı ilə sevənlərərə, onu göz bəbəyi kimi qoruyanlara, işıqlı gələcəyi üçün əlindən gələni əsirgəməyənlərə, şanını, şöhrətini dünyaya yayanlara, ömürlərini bu vətənin adına, ünvanına layiq yaşayanlara həmişə yer vardır. Yerdə qalanlar – əyrilər, yalançılar, riyakarlar, tamahgirlər, haqqa asi olanlar, var dövləti hər şeyi bilənlər, “mən salim olim, cümlə cahan batsa da, batsın” deyənlər, xəbislər, bədxahlar, düşmən dəyirmanına su tökənlər ya islah olunmalı, ya da Eldarın taleyini yaşamaqla sıradan çıxmalıdırlar. Çünki Azərbaycan bizim ümumi evimizdir və bu evin də hər yükü bizim çiynimizdədir. Bizsə bu yükü müqəddəs borc kimi şərəflə, vicdanla, qürurla və məsuliyyətlə daşımalıyıq…
Mən bizə bu müqəddəs hissləri aşılayan “Günahdan doğulmuş müqəddəslər” romanına görə qələm dostumuz Rahilə Veysəlliyə təşəkkürümü bildirirrəm.
Bu gün Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, bir sıra media mükafatları laureatı Rahilə xanım Veysəllinin 65 yaşı tamam olur. Bu yubiley münasibətilə mən qələm dostumuzu, ürəyi mərhəmət hissi ilə dolu olan bu gözəl insanı, etibarlı dostu öz adımdan, Azərbaycan Jurnalistlər Birliyinin bütün üzvləri adından səmini-qəlbdən təbrik edir, sağlam can, problemsiz ömür-gün və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Rafiq Oday,
şair, publisist
Azərbaycan Jurnalistlər Birliyi
Sumqayıt şəhər təşkilatının sədri,
respublikanın Əməkdar jurnalisti -
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirildi





22 aprel 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi və imza günü keçirilib. Təqdimat mərasimini Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid açıq elan edərək müəllifin elmi və bədii yaradıcılıq fəaliyyəti haqqında məlumat verib. Sonra tədbirin aparıcısı şair Yusif Nəğməkar Gülnar Səmanın yaradıcılığı və yeni çap olunan kitabı haqqında ətraflı çıxış edərək məclisi idarə edib. Kitab haqqında geniş məruzəni Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Vəliyeva etdikdən sonra Mətbuat tarixi və publisitika şöbəsinin müdiri professor Vüqar Əhməd və həmin şöbənin əməkdaşı Gülbəniz Babayeva da müəllifin məhsuldar fəaliyyətindən söz açıblar.
Eyni zamanda ziyalılardan Əlirza Xələfli, Kənan Hacı, Kəmaləddin Qədim, Nəcibə İlkin, Şöhlət Abbas, Nizami Muradoğlu, İradə Əlili, Əkbər Qoşalı, Hüseyn Məmmədov, Qulu Əlioğlu, Saqif Qaratorpaq, Rizvan Nəsiboğlu, Balayar Sadiq, Sabir Alim çıxışlarında Gülnar Səmanın özünəməxsus üslubunu və yaradıcılıq kredosunu xüsusi vurğulayıblar.
Bununla yanaşı, müəllifin qələm dostlarından Şəhanə Müşfiq, Afət Viləşsoy, Ramil Mərzili, Fuad Cəfərli, Seyhun Hökmdar, Şəhriyar Seyidoğlu, Yetim Qacar, Mənsur Həsənzadə, Əfsanə Ələsgərli, Rəşad Məhəmmədoğlu, Səbinə Abdullayeva, Leyla Namazova da tədbirdə iştirak edərək həmkarları haqqında ürək sözlərini çatdırıblar.
Təqdimat mərasimində rəssamlardan Esmira Rəhimli və Gülnarə Mahmud, müəllifin şagirdi olmuş Ramil Hümmətov, doktorant yoldaşları və ailə üzvləri də iştirak ediblər.
Təqdimat mərasiminin sonunda Gülnar Səmanın anası və qardaşı iştirakçılara minnətdarlıq ediblər. Tədbir müəllifin təşəkkür nitqi və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
-
İlahə İMANOVA.”Dünyanın ən insaflı 5 oğrusu”
1. İsveç Universiteti professorunun notebookunu oğurlamış oğru, onun içindəkiləri flash card`a köçürərək, professora yollayıb. Professor bu oğurluğu aşkarlayandan sonra dəhşətə gəlmişdi, çünki həmin notebookda onun 10 illik əməyi var idi.
2. Jamie Mc`Leratın kamerası onun şəxsi avtomobilindən oğurlanmışdır. Oğru kamera sahibinin ölümcül xəstə olduğunu öyrəndikdən sonra dərhal onu qaytarmağa qərar verir. Xərçəng xəstəsi olan Jamie kamerada uşaqlarının şəkil və videolarını saxlayırdı. Oğru sahibin üzücü hekayəsini radio vasitəsilə öyrənmişdi.
3. 2011-ci il, Oktyabr ayında oğru maşından 2 mobil telefon və pulqabını götürür. Telefonların birini açıb baxanda, videoların içində uşaq pornoqrafiyası ilə bağlı lentlər görür və bu onu o qədər iyrəndiri ki, həmin telefonu da götürüb, polisə təslim olur. Onun bu köməkliyi ilə, uşaqlara zorakılıq tətbiq edən 46 yaşlı kişi tutulur. Telefon oğrrusuna isə cəmi bir ay həbs cəzası və kiçik cərimə tətbiq edilib.
4. Aşağı Saksoniyadakı evlərdən birinə silahlı oğru girir. Evin dayəsinə silahla təhdid etdiyi vaxtı, evdəki uşaqların yığdıqları pulları ona gətirirlər ki, dayələrini vurmasın. Oğru o qədər təsirlənir ki, evdən heç bir şey götürmədən çıxıb gedir.
5. Hyustonda gənc ailə balaca uşaqları ilə balıq ovuna gedirlər. Cütlük hava sərin olduğu üçün uşağı maşında saxlamağa qərar verirlər. Elə bu anda avtomobilin açıq olduğunu görən oğru maşına soxulur. Maşını bir müddət idarə edən oğru avtomobildə körpənin olduğunu görür. Və avtomobili geri sahibinə qaytarır. -
Şəfa EYVAZ.”Bu axşam”
Mənim nə gülüşüm, nə göz yaşım var,
Doğru bildiyiniz yalan adamam.
Sevincin, şadlığın tamına baxıb,
Özünə tamarzı qalan adamam.Hər gün əlçim-əlçim buluda dönüb,
Özü-öz başına yağan yağışam.
Bayırdan qurulu saray görünüb,
Könlü içəridən talan adamam.Məni tanımağa çalışma, adam,
Sənə tanışamsa, özümə yadam.
Nə qoruya bildim, nə də saxlaya,
Bir ömrü əlindən salan adamam.Geriyə dönməyə yolmu qalıb ki?!
Bütün körpüləri oda atanam.
Sevinci əlindən havayı verib,
Qəmi qucaq-qucaq alan adamam.07.03.2016.
-
Şəfa VƏLİYEVA.”Qədəhimdə son damla”
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısıQədəhimdə son damla,
masamda üç şeirim…
qorxuram,
bu ağılla
yenə sənə yenilim…bilirəm, xoşbəxtlikdi
insan kimi doğulmaq…
bəs ölmək?
o necədi?
necədi bəxt ovlamaq?adını anmamaq üçün
dilimi dişləyirəm…
ölü doğulan eşqin
dayəsi işləyirəm… -
Həmid Araslı və türk-müsəlman xalqları ədəbiyyatı
Görkəmli ədəbiyyatşünas-alim və ictimai xadim, Əməkdar elm xadimi, akademik Həmid Araslı ədəbiyyat tariximizin folklor, aşıq yaradıcılığı, klassik irs və ədəbi əlaqə problemlərinin tədqiqi ilə məşğul olub və Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından biri kimi tanınıb.
Alimin elmi tədqiqatlarında ədəbi əlaqələr mövzusu mühüm yer tutub. Bu əlaqələrin vacib tezisləri, mühüm elmi müddəaları ilkin renessans dövründə (XII əsr) Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi və Məhsəti Gəncəvi irsinin Özbəkistan, Tacikistan, Hindistan və Türkiyə xalqları ədəbiyyatı; Orta əsrlərdə (XIV-XVI əsrlər) Marağalı Əvhədi, İmadəddin Nəsimi, Kişvəri, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli irsi ilə Şərq xalqları və Asiya ölkələri ədəbiyyatı; erkən yeni dövr üzrə (XVII-XVIII əsrlər) Məhəmməd Əmani, Fədai, Məsihi, Saib Təbrizi, Qövsi Təbrizi, Məhcur Şirvani, Molla Vəli Vidadi və Molla Pənah Vaqif irsinin qarşılıqlı poetik ənənələri, habelə, Yaxın və Orta Şərq xalqları ədəbiyyatına təsiri ilə bağlı olub.
Həmid Araslının tədqiqatçılığı təsviri, informativ xarakterli olmaqla bərabər, faktların təsdiqi və ya təshihləri ilə birlikdə olub, iqrari və inkari hökmlərə yol açıb, mühakiməli və məntiqli görünüb, mülahizələrə və mübahisələrə yer qoyub. Bu o deməkdir ki, Həmid Araslının tədqiqatlarının çoxu ilkinliklə, fərdi tədqiqat üsulu ilə bağlı olub, vaxt keçdikcə, axtarışlarını, elmi uğurlarını zənginləşdirib.
Ədəbiyyatşünas-alim ciddi mənbəşünaslıq və mətnşünaslıq işləri görüb. Bədii-elmi materiala yaxın olmağı bacarıb. Buna ərəb, fars və rus dillərini, ədəbi qaynaqları daha dərindən bilməsi zəmin olub.
Həmid Araslının elmi-filoloji bilikləri Azərbaycan, Yaxın və Orta Şərq, habelə Asiya ölkələri üzrə konfranslar, əhəmiyyətli mövzu-problemlər ətrafında tədqiqlər, tədris müəssisələrində mühazirələr fonunda zənginləşib. Alimin tədqiqatlarının geniş bir şəbəkəsi tarixi-müqayisəli metoda, analitik təhlil üsuluna əsaslanıb. O, problemləri əhatəsi ilə birlikdə göstərməyə, ənənə, irs və varislik zəminində təqdim etməyə, müasirliyə üstünlük verib, sosial-siyasi şəraitlə elmi-mədəni mühiti bir yerdə götürməyi vacib bilib.
Görkəmli alim tarixi-ədəbi şəxsiyyətləri: Homer, Əbülqasim Firdovsi, Nizami Gəncəvi, Şota Rustaveli, Aligyeri Dante, Əbdürrəhman Cami, Əlişir Nəvai, Uilyam Şekspir, Corc Bayron, İohan Volfhanq Höte, Aleksandr Puşkin, Mirzə Fətəli Axundzadə, Namiq Kamal və Tofiq Fikrəti dövrünün müasirləri səviyyəsindən dəyərləndirib.Həmid Araslı Nizami Gəncəvi irsini cahanşümul hesab edib. Onun Yaxın və Orta Şərq, habelə Asiya ölkələri şairlərinə geniş təsirindən danışıb. Buna səbəb Nizami humanizmi və bəşəriliyi olub. Alim bu ideyaları Nizami Gəncəvi ədəbi məktəbinin əsasında görüb. O, Şərq xalqlarının zəngin mənəvi irsinə, böyük ərəb və qədim yunan mədəniyyətinə, şifahi xalq yaradıcılığına dərindən bələd olub. Bu poetik məktəb özünəqədərki poetika məktəblərindən seçilib və şairi əsrimizə qədər Şərq və Qərb (Avropa) ölkələrində tanıdıb. Bunu “Gülşəhri və Nizami Gəncəvi” məqaləsində də qeyd edib. Bu baxımdan, alim hind şairi Əmir Xosrov Dəhləvi, İran şairi Məktəbi, tacik şairi Əbdürrəhman Cami, özbək şairi Əlişir Nəvai və türk şairi Şeyxinin adını çəkib.
Ədəbi əlaqələr araşdırıcısının məqalələri türk-müsəlman xalqları məcrasındadır. Bu mənada “Gülşəhri və Nizami Gəncəvi” (1968), “Nizami və özbək ədəbiyyatı” (1980), “Qüdrətli şair, ictimai xadim” (1968), “Cami və Azərbaycan ədəbiyyatı” (1964), “Azərbaycan və Hindistan xalqları arasında mədəni əlaqələrin tarixindən” (1957), “Nəvai və Azərbaycan ədəbiyyatı” (1940), “Tofiq Fikrət və Azərbaycan ədəbiyyatı” (1966), “Sabir və Şərq ədəbiyyatı” (1962), “Füzuli ərəb tədqiqatında” (1971), “Ədəbiyyat tariximiz haqqında yeni əsər” (1982), “Füzuli haqqında yeni kitab” (1956) kimi məqalələri qeyd oluna bilər.
Həmid Araslı ədəbi əlaqələrdə tərcümənin roluna, ciddi filoloji-elmi tərcüməyə əhəmiyyət verib. Alimin tərcüməyə yanaşması münasibətli, müdaxiləli olub. “Nizami əsərlərini yazan katiblər onun türkcə işlətdiyi sözləri nə qədər dəyişdirsələr də, şairin əsərlərində bu sözlər, xüsusilə xalq deyimləri çox qalmışdır. Nizaminin sənət dilinə türk dili baxımından yanaşmayan şərhçilər bu deyimlərin çoxunu izah edə bilməmiş, təxmini şəkildə şərh etmişlər”.
Tədqiqatçı Nizami Gəncəvi əsərlərininilk dəfə XIV əsrdə Qızıl Orda şairi Qütb tərəfindən tərcüməsi fikrinə etiraz edib. Əsaslandırıb ki, Qütbdən yarım əsr öncə, 1313-cü ildə türk şairi Gülşəhri ilk dəfə Nizami şeirini türk dilinə çevirib.Həmid Araslı qeyd edib ki, Yaxın Şərqdə elm və ədəbiyyatın inkişafında səlcuqilərin böyük xidməti olub. Fars dilində yaranan şeirin ən qüdrətli nümayəndələri Səlcuqilər sarayında yetişib, Atabəylərin maddi və mənəvi yardımı sayəsində şöhrətlənib.
Görkəmli ədəbiyyatşünas-alimin türk-müsəlman dünyasından daha çox məşğul olduğu sənətkar Nizami Gəncəvidir. O, Azərbaycan renessansının bu dahi şəxsiyyəti haqqında monoqrafiya, “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı”, “Nizamidə xalq sözləri, xalq ifadə və zərbül- məsəlləri”, “Nizami və vətən”, “Nizami və Azərbaycan xalq ədəbiyyatı”, “Nizaminin lirik şeirləri”, “Sirlər xəzinəsi”, “Ölməz məhəbbət dastanı”, “Nizami yaradıcılığında xalqlar dostluğu”, “Şairin dünya şöhrəti” və başqa məqalələrini yazıb. Həmid Araslı Nizaminin Yaxın və Orta Şərqlə əlaqələrini özbək, tacik, hind, türk, fars ədəbiyyatı ilə bağlı izah edib. Bu baxımdan, “Gülşəhri və Nizami”, “Qüdrətli şair, ictimai xadim”, “Cami və Azərbaycan ədəbiyyatı”, “Azərbaycan və Hindistan xalqları arasında mədəni əlaqələrin tarixindən” məqalələrikonfranslar, tarixi bayramlar, ədəbi yubileylər, faktoloji bədii əlaqələr və tədris münasibətilə yazılıb.
Həmid Araslının Nizamiyə aid elmi-metodoloji tədqiqatlarının vacib tərəfi nədir? Alim yazır: “Xəmsə” elə böyük şöhrət qazanmışdır ki, bu mövzularda əsər yazmaq Yaxın Şərqdə şairlik sınağı kimi qiymətləndirilmişdir”. “Nizaminin adı Şərq təzkirə müəllifləri və tarixçilərinin əsərlərində böyük sayğı ilə anılmışdır”. “Yaxın Şərq xalqları Nizami əsərlərini əsrlər boyu orijinalda oxuduqları kimi, onu başqa dillərə çevirmək yolu ilə də şairi öz ölkələrində şöhrətləndirməyə çalışmışlar”.Həmid Araslının türk-islam məcrasında məşğul olduğu ikinci böyük sənətkar fars-tacik şairi Əbdürrəhman Camidir. O, bütün dünya xalqlarının tanıdığı və zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə bağlı olan sənətkardır. Ə.Cami özündən əvvəlki sənətkarlara bələd olub, mənzum və mənsur əsərlərində onlardan bəhs edib. Azərbaycan hökmdarlarını, alim və şairlərini tanıyıb, onlarla məktublaşıb. “Baharıstan” və “Nəfəhatül-üns” əsərlərində Xaqani, Nizami, Şah Qasım Ənvar və Əssar Təbrizi haqqında məlumat verib.
Tədqiqatçıya görə, Ə.Camiyə təsir edən ilk qaynaq Xaqani Şirvani yaradıcılığıdır. Xaqani ilk dəfə qəsidələrinə fəlsəfi məzmun aşılayıb, “Qəsideyi-şiniyyə” Şərq şairlərinin 40-dan çoxuna təsir edib. Ə.Caminin “Cilair-ruh” qəsidəsi də Xaqani əsərinə cavab olaraq yazılıb.Fars-tacik şairi Nizaminin “Xəmsə”sinə cavab yazıb. Teymurilər sarayında (XV əsr) Ə.X.Dəhləvi yaradıcılığı Nizamidən üstün tutulub. Cami isə əksinə, Sultan Hüseyn Baykara və tərəfdarlarından fərqli olaraq Nizami yaradıcılığını yüksək qiymətləndirib, onu Ə.X.Dəhləvi sənətindən artıq tutub. Cami üç əsərilə Nizamini təqlid edib, lakin “Xirədnameyi-İskəndəri” və “Yeddi gözəl” mövzularında əsər yazmayıb.
Həmid Araslı göstərir ki, Əbdürrəhman Caminin şeirlərinə də Nizaminin təsiri olub. O, Marağalı Əşrəf və Şah Qasım Ənvardan da bəhrələnib. Onun Mirzə Cahanşah Həqiqiyə məktubu da olub. Herat şəhərinə qayıtdıqdan sonra Uzun Həsənin oğlu Sultan Yaqubla da məktublaşıb.
Azərbaycan şairləri də Camini ustad kimi seviblər. M.Füzuli “Ənisül-qəlb” əsərlərində onu hörmətlə xatırlayıb və “Hədisi-ərbəin” əsərini dilimizə çevirib, qəzəl və qəsidələrinə də nəzirələr yazıb, ondan təzminlər edib. Mirzə Fətəli Axundzadə də Ə.Cami irsinə bələd olub, onun fəlsəfi görüşlərini qiymətləndirib, fəlsəfi məktublarında Şeyx Mahmud Şəbüstəri, Şəms Təbrizi, Cəlaləddin Rumi və Əbdürrəhman Cami fəlsəfəsini Qərb panteizmi ilə müqayisə edib. M.F.Axundzadənin fikir qaynağında Cami, Ş.M.Şəbüstəri və Rumi fəlsəfəsi əsas olub. Caminin adı M.P.Vaqif, Q.Zakir, S.Ə.Şirvani və M.Ə.Sabirin əsərlərində də çəkilib. Sənətkarın “Yusif və Züleyxa”, “Baharıstan” əsərləri Azərbaycan dilinə tərcümə olunub.
Həmid Araslı ədəbi əlaqələr məcrasında ilk növbədə milli-dini və siyasi-ideoloji mənsubiyyəti, habelə Nizami və ona yaxın qüdrətli şairləri: Homer, Firdovsi, Əlişir Nəvai, Dante, Füzuli, Şekspir və Puşkini əsas götürməklə araşdırmalar aparıb. Məs., tədqiqatçı üçün Əlişir Nəvai kimdir? Dövrünün nadir siması, özbək xalqının mədəni inkişafında görkəmli alim, fədakar dövlət xadimi, incəsənət hamisi. Şair ömrünün 50 ilini ədəbiyyata sərf edib, lirik şeirləri ilə məşhur olub, həyatı boyu qəzəl yazıb, dörd “Divan” yaradıb, onları “Xəzayinül-məani” – mənalar xəzinəsi adlandırıb. Sənətkarın əsas mövzusu məhəbbət olub. Böyük türk şairi Nizami, Dəhləvi, Sədi, Hafiz və Camini müəllimləri sayıb. Sənətkar dövlət və idarəçiliyə aid fikirlərini “Məxzənül-əsrar”ın təsvir-təhkiyə formasında olan “Heyrətül-əbrar”da verib. “Leyli və Məcnun”u heç bir əsərə bənzətməyib, zəmanəsini göstərib. “Xəmsə”sinin üçüncüsü “Fərhad və Şirin”də arzularını ifadə edib. Dördüncü poeması “Səbeyi-səyyad”ı Nizaminin “Yeddi gözəl”inin quruluşunda yazıb. Son əsəri “Səddi-İsgəndər” də “İsgəndərnamə”dən təsirdir. Həmid Araslı “Qüdrətli şair, ictimai xadim”, “Nizami və özbək ədəbiyyatı”, “Nəvai və Azərbaycan ədəbiyyatı” məqalələrini Əlişir Nəvaiyə, qarşılıqlı ədəbi əlaqələrə həsr edib.
Ədəbiyyatşünas-alim “Nizami və özbək ədəbiyyatı” məqaləsində türk-müsəlman xalqlarının ədəbi-mədəni əlaqələrini aydınlaşdırıb. O, Xaqani, Nizami, Rumi, Nəvai və Füzulini türk qövmlərinin tarixi birliyində nadirsənət abidələri hesab edib. Alim yazır ki, Nizaminin Şərq, Orta Asiya xalqlarına, xüsusən, özbək tarixi və mədəniyyətinə dərin bələdliyi olub. Fərabi, İbn Sina, Biruni, M.Kaşğari, Yusif Xas Hacibi öyrənib. Həmid Araslı bu baxımdan Orta Asiya tarixi, iqtisadi həyatı, məişəti, dili və adətlərini müşahidə üçün şairin bədii obrazlarını xatırladıb. Nizami Orta Asiyanın Qaraxan, Qədirxan, Gurxan, Mahmud kimi tarixi şəxsiyyətlərinin adlarını tez-tez işlədib.
Nizami əsərlərinin ən qədim əlyazmaları XIV əsrin sonlarına aiddir. Özbək xalqı XIV əsrdən etibarən Nizami əsərlərini fars və türk dillərində oxumağa başlayıb. İlk dəfə Qütb XIV əsrdə Nizaminin “Xosrov və Şirin” poemasını türkcəyə tərcümə edib (əlyazması Paris milli kitabxanasındadır), Polyak alimi Zayonçovski fotosurəti və transkripsiyası ilə birlikdə nəşr edib, sonra Qazan və Daşkənd nəşrləri gəlib.
Həmid Araslıya görə, Nizami mövzuları ilə Ə.Nəvaidən əvvəl Heydər Xarəzmi məşğul olub. Ondan sonra Ə.Nəvai, daha sonra dövlət xadimi, şair və tarixçi Zəhirəddin Məhəmməd Babur gəlib. O, “Baburnamə” və “Müxtəsər”də Nizaminin, onun əsərlərinin adlarını çəkib. Dahi şairin yaradıcılığı ilə sonra Xacə, Ahagi, Buxaralı Övhi məşğul olub. XV-XVI və XVII-XVIII əsrlərdə özbək təzkirlərində də Nizami adı hörmətlə çəkilib. XX əsrdə Şərəfəddinov, Sədrəddin Eyni, Qafur Qulam, Aybək, Hadi Zərifov, Məqsud Şeyxzadə, A.Xaytmetov, Mollayev, Vahid Abdullayev, Sadircan Erkinov özbək Nizamişünaslığında mühüm rol oynayıblar.
Ədəbi araşdırıcı “Qüdrətli şair, ictimai xadim” məqaləsində Əlişir Nəvaini Homer, Əbülqasim Firdovsi, NizamiGəncəvi, Aligyeri Dante, Məhəmməd Füzuli, Uilyam Şekspir, Aleksandr Sergeyeviç Puşkin kimi dahilərin sırasında görüb, müasiri Bəsiri, Kişvəri, Füzuli və Qövsinin ondan öyrəndiyini, Sam Mirzə və Sadiq bəy Əfşarın onun “Məcalüsün-nəfais” əsərindən istifadə etdiyini yazıb. Alim “Nəvai və Azərbaycan ədəbiyyatı” məqaləsində göstərib ki, Nizamidən başqa, Həsənoğlu, İmadəddin Nəsimi və Şah Qasım Ənvar poeziyasını dərindən öyrənib, Ə.X.Dəhləvi, Ə.Cami, Məktəbi və Füzulidən də poetik təsirlənib, Nizami mövzularında dəyərli “Xəmsə” yaradıb.
XVI-XIX əsrlərdə Azərbaycanda yazılmış təzkirə və cünglərdə Əlişir Nəvaidən geniş bəhs edilib, əsərlərindən nümunələr verilib. XIX əsrdə Azərbaycandakı ədəbi cəmiyyətlərdə Nəvai qəzəllərinə də Füzuli qəzəlləri kimi nəzirələr yazılıb.Həmid Araslının Yaxın və Orta Şərq xalqları ədəbiyyatından məşğul olduğu üçüncü görkəmli sənətkar Əmir Xosrov Dəhləvidir. Nə üçün məhz Dəhləvi? Alim yazır ki, Azərbaycan və Hindistan xalqlarının əlaqələr tarixi qədimdir. “Azərbaycan xalqının qabaqcıl nümayəndələri mədəniyyəti ilə yaxından tanış olduğu kimi, Hindistan xalqlarının görkəmli simaları da Azərbaycanla və onun zəngin mədəniyyəti ilə həmişə maraqlanmışlar. Bu xalqların mədəniyyəti, xüsusən ədəbiyyatları bir-birinə qüvvətli təsir göstərmişdir”. Həmid Araslı belə əlaqələrin zəminini ilk növbədə iqtisadi sahədə görüb. “Hələ X əsrdən başlayaraq XVIII əsrə qədər, yəni Hindistanın ingilislər tərəfindən işğalına qədərki əsrlərdə Azərbaycanda bir çox hind tacirləri olduğu kimi, Azərbaycan tacirləri də tez-tez Hindistana getmiş, ticarət əlaqələri ilə birlikdə Azərbaycan və Hindistan xalqları arasında mədəni əlaqələr də gündən-günə genişlənmişdir”. Belə iqtisadi-mədəni əlaqələr Qətran Təbrizinin əsərlərində ifadəsini tapıb.
Nizami Gəncəvi Hindistan haqqında daha ətraflı məlumat verib. O, “Yeddi gözəl”də Hindistanı mədəni ölkələrdən biri kimi xatırladıb və hind şahzadəsinin nağılını verib. “Xosrov və Şirin”də “Pançatantradan” (“Kəlilə və Dimnə”dən) istifadə edib. Şair “İsgəndərnamə” qəhrəmanını Hindistana da aparıb, oranın təbiəti, filosofları və təbiblərindən danışıb. Hind fəlsəfəsi ilə yunan fəlsəfəsini qarşılaşdırıb, üstünlüyü hind fəlsəfəsinə verib. Nizami “Xəmsə”si əsasında ilk kitab Hindistandan çıxıb. Əmir Xosrov Dəhləvi “Xəmsə”sində hər poemanı Nizaminin adı ilə başlayıb, adı ilə bitirib. O, Əfzələddin Xaqani Şirvani və Mücirəddin Beyləqanini də yüksək qiymətləndirib. Dəhləvinin əsərləri Füzulinin də diqqətini cəlb edib. “Ənisül-qəlb”də onu xatırlayıb.
Azərbaycan-Hindistan əlaqələri XVI əsrin sonu, XVII əsrin əvvəlində, Əkbər Şahın vaxtında daha çox güclənib. Bir çox Azərbaycan şairi, ədib və alimləri Hindistana gedib, qiymətli əsərlərini orada yaradıblar. Məsihi, Saib Təbrizi, İbrahim Ordubadi uzun illər Hindistanda yaşayıb, bir çox əsərlərini burada yazıblar.
Cahanşah dövründə Məmməd Saleh Təbrizi, Şərafəddin Təbrizi Hindistana gedib, Benqalda yaşayıblar. Kəmaləddin Mir Hüseyn də yaradıcılığını Hindistanda davam etdirib. Mirzə Sadıq Ordubadi Dəgən şəhərində yaşayıb, Nizayi şahın sarayında olub. Mahmud bəy Füsuni, Qasım xan Təbrizi, Kəlbəli Təbrizi, Lütfi Təbrizi, Məbdi, Əbdüləli Məhvi, Hacı Müzəffər Təbrizi, Məmməd Hüseyn Məlum Kəşmirə gedib, orada yaradıcılığını davam etdirib, – H.Araslı belə məlumat verib.Mirzə Məhəmməd Münşi Təbrizi hind dilində yazıb-yaradıb. Haci Ordubadi də Hindistanda yaşayıb. XVI-XVIII əsrlərdə Hindistan təzkirlərində Azərbaycan yazıçıları, habelə, Nizami, Xaqani, Nəsimi, Füzuli, Saib Təbrizidən bəhs edilib.
XVIII əsrdə Nadir şah dövründə Mirzə Abutalıb xan Təbrizi, Arif təxəllüslü Abdulla Təbrizi Benarisdə yaşayıb. XIX əsrdə Firuqi Təbrizi də Hindistanda olub. XVIII əsrdə hind abidəsi “Pançatandra” Azərbaycan dilinə tərcümə edilib və s.XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Zeynəlabidin Şirvani üç əsərində Hindistan şəhərini, məişətini təsvir edib. O, hind xalqının tarixini, fəlsəfəsini, adət-ənənəsini, əfsanə və rəvayətlərini ətraflı qələmə alıb. M.F.Axundzadə də ölkənin tarix və fəlsəfəsinə bələd olub, Hindistan alimləri ilə məktublaşıb. Səməd Vurğun hindlilərin taleyindən bəhs edib, “Buruqlar səltənəti” poemasında Rabindranat Taqordan parçalar verib. Həmid Araslı “Azərbaycan və Hindistan xalqları arasında mədəni əlaqələrin tarixindən” məqaləsini Hindistanın respublika elan edilməsi münasibətiləqələmə alıb.
Həmid Araslının türk-islam dünyasından araşdırma obyekti etdiyi daha bir ədəbi şəxsiyyət Tofiq Fikrətdir. Alim Tofiq Fikrət poeziyasının humanizmini, fərdi üslubunu və elmi-tənqidi nəşrini nəzərdə tutaraq şairin 100 illiyi münasibətilə “Tofiq Fikrət və Azərbaycan ədəbiyyatı” məqaləsini qələmə alıb. Tədqiqatçı yazır: “Fikrətin təsiri, Türkiyənin xaricində onun yaradıcılığına verilən dəyər hələlik ətraflı tədqiqatdan kənarda qalmaqdadır”. “Bu böyük insanpərvər şairin zəngin və mənalı yaradıcılığı yalnız türk xalqı üçün deyil, bütün bəşəriyyət üçün dəyərli olduğundan bir çox ölkələrdə, o sıradan sovet ittifaqında, xüsusilə Azərbaycanda bu doğum günü məhəbbətlə qeyd ediləcəkdir”.
Azərbaycan ziyalılarının çox oxuduqları türk sənətkarları Namiq Kamal, Ziya Paşa, Rəcaizadə Əkrəm, Əbdülhəq Hamid, Rza Tofiq, xüsusilə, Məhmət Əmin və Tofiq Fikrət olub. Azərbaycanda Rəşad Nuri, Xalidə Ədib, Nazim Hikmət, Əziz Nesin, Yaşar Kamalı tanımayan yoxdur.
Tofiq Fikrətin Azərbaycan mətbuatında şeirləri ilk dəfə 1906-cı ildə “Füyuzat” jurnalının ikinci nömrəsində nəşr edilib. Əli bəy Hüseynzadə şairin poeziyasına böyük qiymət verib. Sənətkarın adı 1912-ci ildən dərs kitablarına salınıb, orta məktəbdə tədris edilib. Şeirləri Abdulla Şaiqin “Gülzar”, Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi” ndə verilib. H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq, C.Cabbarlı, M.Müşfiq, S.Vurğun Tofiq Fikrət poeziyasının zəngin ənənələrindən faydalanıb.
Tofiq Fikrət yalnız Türkiyədə deyil, Yaxın Şərq ədəbiyyatında mühüm rol oynayıb, poetikasının təsiri özbək, türkmən, tatar, başqırd, habelə, XX əsr fars ədəbiyyatı, Mirzadə Eşqi, İrəc Mirzə və Arif Qəzvini yaradıcılığında özünü hiss etdirib,-alimin qənaəti belədir.
Həmid Araslı türk-müsəlman birliyi, qarşılıqlı əlaqə məsələsində Mirzə Ələkbər Sabirin də əhəmiyyətli rolunu görüb, şairin 100 illiyi münasibətilə “Sabir və Şərq ədəbiyyatı” məqaləsini yazıb. Göstərib ki, görkəmli lirik və satirik sənətkar Azərbaycan klassikləri ilə bərabər, Firdovsi, Xəyyam, Sədi, Hafiz və Caminin əsərlərini dərindən bilib, onlardan tərcümələr edib.
Tədqiqatçı-alim M.Ə.Sabiri Azərbaycan, İran, Özbəkistan, Türkmənistan və Tatarıstanda yeni satirik şeirin nümayəndəsi, M.Möcüz, Ə.Nəzmi və Ə.Qəmküsarı isə M.Ə.Sabir ədəbi məktəbinin davamçıları kimi qiymətləndirib.M.Ə.Sabir Namiq Kamal, Mahmud Əkrəm, Tofiq Fikrət poeziyasını öyrənib, İran məşrutə hərəkatı, 1905-ci il Türkiyə inqilabı, Buxara, Tatarıstan və Qazaxıstandakı hadisələrə münasibətini ifadə edib. Lahuti M.Ə.Sabirin təsiri ilə yeni məzmunlu şeirlər yazıb, Əşrəf Gilani satirik sənətkarın şeirlərini fars dilinə tərcümə edib, ona nəzirələr yazıb.
Həmid Araslı bildirib ki, “Hophopnamə” Özbəkistanda oxunub, “Muştum” satirik jurnalı Sabir şeirindən qidalanıb, onlara nəzirələr yazılıb. Türkmənistandakı “Toxmaq” məcmuəsi ətrafında satirik şairlər toplanıb. Türkiyədə M.Ə.Sabir şeirinə nəzirə yazılışı 1909-cu ildən başlanıb, “Qaragöz” adlı satira jurnalı M.Ə.Sabir üslubuna həssas olub. Alim hesab edib ki, “türk mətbuatı geniş tədqiq olunsa, Sabir yaradıcılığının Türkiyə ədəbiyyatı üzərində təsiri aydınlaşdırıla bilər”.
Görkəmli füzulişünas Həmid Araslı Füzuli irsi ilə daha dərindən məşğul olub, “Böyük Azərbaycan şairi Füzuli” adlı qiymətli monoqrafiyasını yazıb, Füzuli irsinin öyrənilməsi tarixini, füzulişünaslıq haqqında tədqiqatları, habelə Füzuli və dünya ədəbiyyatını izləyib.
Alimin “Füzuli ərəb tədqiqatında” məqaləsi ərəb alimi Hüseyn Mucibin “Qədim türk şeirinin əmiri Bağdadlı Füzuli” kitabı (1967) haqqındadır. Əsər 2 hissədir. I hissə Füzulinin tədqiqi tarixi, dövrü, türk, fars, ərəb ədəbiyyatı ilə bağları, ədəbi mühit, əqidəsi, məzhəbi, sufizmi, dili, şəxsiyyəti və müasirləri ilə bağlıdır. II hissədə şairin ədəbi irsi araşdırılıb, türkdilli “Divan”ından, qəsidə, qəzəl və rübailərindən, “Bəngü-Badə”, “Leyli və Məcnun”, “Hədisi-ərbəin” əsərlərindən, farsca tərkübbənd, saqinamə və qəsidələrindən, “Divan”, “Ənisül-qəlb” və müəmmalarından məlumat verilib.
Araşdırmada “Şikayətnamə”, məktublar,”Leyli və Məcnun”, “Hədiqətüs-süəda” və “Divan”ına yazılmış müqəddimədən bəhs olunub. Farsca nəsr əsərləri kimi “Divan”ının müqəddiməsi, müəmmalarının müqəddiməsi, “Səhhət və Mərəz”, “Rindü-Zahid” əsərləri göstərilib.
Həmid Araslı əsərin təsvir və təhlilini verib, çatışan və çatışmayan cəhətlərini göstərib. Ərəb aliminin türk alimlərindən, onların Füzuli haqqında tədqiqatlarından geniş bəhrələndiyini bildirib. Alim iradlarını da göstərib: “Füzulinin yaradıcılığı haqqında aparılan zəngin tədqiqatın, nəşr edilmiş cildliyin və farsca şeirlərin ərəb aləminə məlum olmaması bu qiymətli kitabın ciddi nöqsanıdır”. Həmid Araslıya görə, Hüseyn Mucib Füzulinin ərəbdilli şeirlərinin ərəb ədəbiyyatında tutduğu mövqeyidə lazımınca qiymətləndirə bilməyib, ərəbcə şeirlərinin aşağı səviyyədə olduğunusöyləyib. Həmid Araslı: “Füzulinin mövcud ərəbcə şeirlərini klassik ərəb şeiri ilə deyil, onunla müasir olan iraqlı ərəb şairlərinin əsərləri ilə müqayisədə düzgün fikir söyləmək olar”, – qənaətini ifadə edib.Tədqiqatçı əsərin uğurlu cəhətlərini göstərib. Fars klassiklərindən Sədi, Hafiz, Rudəki və Firdovsi haqqında araşdırmaları, Y.E.Bertelsin “Fars ədəbiyyatı tarixi” əsərini oxuduğunu, özbək ədəbiyyatını türk mənbələri əsasında öyrəndiyini bildirib. Həmid Araslı Hüseyn Mucibin “Qədim türk şeirinin əmiri bağdadlı Füzuli” tədqiqatını Füzulişünaslığa faydalı xidmət hesab edib.
Alimin Füzuli haqqında bir məqaləsi də türk alimi Hasibə Mazıoğlunun “Füzuli-Hafiz” (1956) adlı doktorluq disserasiyası ilə bağlıdır. Əsər giriş və 3 fəsildən ibarətdir. Girişdə Hafiz və Füzuliyə qədərki İran və türk ədəbiyyatındakı qəzəl janrının inkişafından bəhs edilib. I fəsil Füzuli “Divan”ının təhlilinə, şairin bədii dili, vəzn, qafiyə xüsusiyyətlərinə, II fəsil Hafiz “Divan”ının təhlilinə, fəlsəfə və əxlaqi görüşlərinə, dil, vəzn və qafiyə xüsusiyyətlərinə, III fəsil Füzuli və Hafiz “Divan”larının müqayisəsinə, şairlərin həyati və dövrlərinə, dini etiqad və fəlsəfi görüşlərinə, məhəbbətə münasibətlərinə, Füzuli və Hafiz şeirlərinin bədii cəhətdən müqayisəli analizlərinə həsr edilib.
Kitabda Həsənoğludan Füzuliyə qədərki Azərbaycan ədəbiyyatına nəzər salınıb, Azərbaycan ədəbiyyatının müstəqilliyi, Şərq və Qərb türkcəsindən fərqliliyi, Türkiyə təzkirəçilərinin Füzulinin dil və üslubuna orijinal baxışı düzgün izah olunub,- H.Araslı bu qənaətdədir. Alim şərh və izahlarında obyektivliyə çalışıb, analizlər aparıb, əsasən təqdir etdiyi əsərdə qüsurları da qeyd edib, bildirib ki, “lakin müəllif elmi prinsipə əsaslanmadan Azərbaycan və türk “Divan” müəlliflərinin yaradıcılığını klassik İran ədəbiyyatının təsirində göstərməyə çalışmışdır”. Halbuki bu, İran və Azərbaycan ədəbiyyatının qarşılıqlı təsirinin nəticəsi olmalı idi. Aydınlaşdırıb ki, fars dili Yaxın Şərq ədəbiyyatı üçün məcburi olduğu üçün fars ədəbiyyatının türk xalqlarına təsiri də təbii, türk xalqlarının da fars ədəbiyyatına təsiri labüd idi. Bu mənada Füzulini İran ədəbiyyatının təsiri ilə izah etmək düzgün olmazdı. Alimə görə, Hasibə Mazıoğlu Füzulini təsəvvüfdən ayrı, Füzuli məhəbbətini real, insani həyatla bağlı izah edib, onun təsəvvüf və ilahi eşqdən uzaq olduğunu bildirib. Lakin uğurludur ki, alim Füzuli dilini Azərbaycan ədəbi dilinin inkişafında bir mərhələ hesab edib.Həmid Araslı Hasibə Mazıoğlunun elmi mülahizələrinin yanlışlarını da göstərib. Bildirib ki, tədqiqat elmi-tənqidi mətnlər əsasında aparılmayıb. Alim hesab edib ki, Əli Nəhad Tərlanın çap etdiyi “Divan” Ə.Gölpınarlı nəşrindən (1948) daha düzgün, daha elmidir. Füzuli və Hafiz müqayisələrində yanlışlar vardır. Müəllif Füzuli şeirinin mövzu etibarilə Hafiz şeirindən məhdud olduğunu iddia edib. Həmid Araslı isə fərqi göstərib: Hafiz bir “Divan” müəllifi, Füzuli isə “Divan”lar müəllifi kimi tanınıb. Füzuli Şərq ədəbi mühitində seçilib, bədii irsi lirik, epik və fəlsəfi mövzularda olub, mövzu-məzmun baxımından zənginlik ifadə edib. Qənaəti bu olub ki, Füzuli yaradıclığını “Divan” çərçivəsində başa düşmək düzgün olmaz. Hasibə Mazıoğlu Füzuli haqqında sovet dövrü ədəbiyyatşünaslığındakı tədqiqatlardan istifadə etməyib, Füzuli əsərinin yalnız 1944-cü il Bakı nəşrini göstərib, bir sıra elmi məlumatı təkrar edib, bununla belə, müəllifin əsəri Füzuli yaradıclığının tanınmasında faydalı addım olub, – deyə füzulişünas-alim qeyd edib.
Görkəmli ədəbiyyatşünasın “Ədəbiyyat tariximiz haqqında yeni əsər” məqaləsi “Varlıq” jurnalının naşiri və baş redaktoru doktor Cavad Heyətin jurnalında çap etdirdiyi məqalələr, 1979-cu ildə Tehranda ana dilində “Azərbaycan ədəbiyyatı tarixinə bir baxış” adı ilə nəşr etdirdiyi kitab münasibətilə yazılıb. Müqəddimə doktor Həmid Nitqinindir.
Cavad Heyət ərəbdilli, farsdilli şairlər haqqında məlumat verib, “Azərbaycan türkcəsinin tarixinə qısa bir baxış” – giriş yazıb, birinci baxışda Həsənoğlu, “Qisseyi-Yusif” müəllifi Əli, Qazi Bürhanəddin, Nəsimi, Şah Qasım Ənvar, Şeyx Əlvan Şirazi, Nəsimi, Həqiqi, Həbibi və Xətaidən, ikinci baxışda Füzulidən (qüsurları: Bakıda nəşr olunmuş dörd cildliklə və monoqrafiya ilə tanış olmayıb, ən qədim “Divan”ı, “Mətləül-etiqad”ın Bakı nəşrini görməyib, “Rindü-Zahid”, “Söhbətül-əsmar”ın adını çəkməyib), üçüncü baxışda “Töhfeyi-Sami”, “Məcməül-xəvas”, “Əhdi Bağdadi” təzkirələri və oradakı Azərbaycan şairlərindən, (Saib Təbrizi və Qövsi Təbrizi) geniş danışıb, Qövsinin 1958-ci il Bakı nəşrindən, “Seçilmiş əsərləri”ndən və müqəddiməsindən xəbərsiz olub.
Dördüncü baxışda Molla Pənah Vaqif, beşinci baxışda Molla Vəli Vidadi və Şirvan şairləri, Aciz, Əbdürrəhman Dilbazoğlu, Arif və Salikdən, altıncı baxışda Dəxil, Raci, Dilsuz, Qumri və Sərraf şeirindən, yeddinci baxışda Ləli, Heyran xanım, Xalxalı, Mirzə Mehdi Şükuhidən, səkkizinci baxışda Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh və Qasım bəy Zakirdən, doqquzuncu baxışda XIX əsrin ikinci yarısındakı ədəbiyyatdan, Mirzə Fətəli Axundzadədən, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan və ədəbi məclislərdən, onuncu baxışda Azərbaycan mətbuatı, “Əkinçi” qəzeti və dramaturgiyanın inkişafından bəhs edib. Həmid Araslı kitabı həm də bəzi simaların yeni təqdimatına görə qiymətləndirib. Əsər farsca yazılıb. Kitabda Şeyx Mahmud Şəbüstəri, Arif Ərdəbili, Marağalı Əvhədi, Əssar Təbrizi, Mirzə Əbdürrəhim Talıbov, Zeynalabdin Marağayidən danışılmayıb, lakin Həmid Araslı əsəri ədəbi həyatımızın fərəhli hadisəsi hesab edib.
Görkəmli ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, akademik Həmid Araslı türk-müsəlman ədəbiyyatına aid mülahizə, rəy və məktubların da müəllifidir. Bu tarixi-ədəbi şəxsiyyət Azərbaycan ədəbiyyatı tarixi və problemləri məcrasında qiymətli tədqiqatların müəllifi olub, Azərbaycan ədəbiyyatı tarixi və tarixçiləri sırasında görkəmli yer tutur. 11 fevral 2019-cu il tarixli Prezident Sərəncamına əsasən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 25 fevral 2019-cu ildə keçirdiyi elmi sessiyasında akademik İsa Həbibbəyli, Əməkdar elm xadimi Qəzənfər Paşayev, professorlar Şirindil Alışanlı, Fəridə xanım Əzizova, Paşa Kərimov və Əlizadə Əsgərlinin məruzələri də bu elmi həqiqəti bir daha bəyan etdi. Ruhu şad olsun!
Əlizadə ƏSGƏRLİ,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor.Mənbə: http://respublica-news.az
-
Sumqayıt şəhərinin yaradılmasının 70 illiyi ilə bağlı Əli Kərim adına Poeziya Evi tərəfindən həyata keçirilməsi təklif edilən tədbirlər haqda M Ə L U M A T
I. Sumqayıt şəhərinin, eyni zamanda onun qurub-yaradılmasında və inkişafında fədakarlıq göstərmiş insanların əməyinin bədii tərənnümünü geniş oxucu auditoriyasına təqdim etmək məqsədi ilə Sumqayıta həsr edilmiş şeir və esselələrdən ibarət «Səni vəsf edirəm, doğma şəhərim» adlı almanaxın nəşr edilməsi.
Kitab Sumqayıt Regional Mədəniyyət idarəsinin təsdiq etdiyi tərkibdə 5 nəfərdən ibarət redaksiya şurası tərəfindən nəşrə hazırlanır və idarə rəisinin rəyi ilə çap olunur.
II. «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsinin keçirilməsi.
Müsabiqə Regional Mədəniyyət idarəsi tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq keçirilir. (Əsasnamə əlavə olunur)
III. Azərbaycanın görkəmli yazıçı və şairləri ilə noyabr ayına qədər ayda bir dəfə olmaqla Sumqayıtın mədəniyyət, təhsil, səhiyyə, xidmət sahələri işçilərinin, eləcə də iri istehsalat kollektivlərinin görüşlərinin keçirilməsi.
IV. «Sumqayıt – 70» devizi ilə Azərbaycanın regionlarında sumqayıtlı yazıçılarla, həmin regionların yazıçıları ilə Sumqayıtda ədəbi məclislərin keçirilməsi.
V. «Sumqayıt – 70» devizi altında Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda sumqayıtlı yazıçı və şairlərlə Bakı ədəbi ictimaiyyətinin görüşünün keçirilməsi.
VI. Sumqayıtın ağsaqqal ədibləri və şəhər ədəbi gəncliyinin birgə iştirakı ilə «Ədəbi Sumqayıt – dünən, bu gün, sabah» adlı Televiziya verilişi. DTV-də.
VII. «Sumqayıt – 70» devizi altında Apşeron ərazisində dislokasiya olunmuş hərbi hissələrdə Sumqayıtlı şair və yazıçılarla görüşlərin keçirilməsi.
VIII. Tənqidçi, f.e.d Vaqif Yusiflinin sumqayıtlı yazarların əsərləri haqqında yazdığı ədəb-tənqidi məqalələrdən ibarət kitabın nəşri və Sumqayıtda təqdimatının keçirilməsi.
Əli Kərim adına Poeziya Evinin direktoru: İ. İlyaslı
Sumqayıt Regional Mədəniyyət idarəsi
Sumqayıt şəhərinin yaradılmasının 70 illiyi munasibəti ilə keçirilən «Sumqayıtı vəsf edən ən yaxşı şeir və esse» müsabiqəsinin
Ə S A S N A M Ə S İ
Sumqayıt şəhərinin, eyni zamanda onun qurub-yaradılmasında və inkişafında fədakarlıq göstərmiş insanların əməyinin bədii tərənnümünü dəyərləndirmək məqsədi ilə «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsi bu Əsasnaməyə uyğun olaraq keçirilir.
İ. Müəlliflər Sumqayıta həsr edilmiş şeirlərininin əlyazmalarını və elektron variantını yerli kütləvi informasiya vasitələrində bu barədə elan dərc edilən gündən etibarən 2019-cu il avqust ayının 31-dək elanda göstərilən ünvana – Əli Kərim adına Poeziya Evinə təqdim edir.
İİ. Sumqayıtın 60 illiyi ilə əlaqədar keçirilən müsabiqədə iştirak etmiş və “Həzin nəğmələrdə yaşayan şəhər” toplusuna daxil edilmiş şeirlər müsabiqəyə təqdim edilə bilməz.
İİİ. Müsabiqəyə təqdim edilmiş şeirlər Əli Kərim adına Poeziya Evi tərəfindən qəbul edilərək toplanılır və Sumqayıt Regional Mədəniyyət idarəsinin tərkibini təsdiq etdiyi münsiflər heyəti tərəfindən müzakirə edilir. Müsabiqəyə təqdim edilmiş şeirin(essenin) mövzunu tam əhatə etməsi və janrın tələblərinə cavab verməsi vacib şərtdir.
İV. Münsiflər heyəti müsabiqəyə təqdim edilmiş şeirləri(esseləri) müzakirə edərək İ, İİ və İİİ yerlərə layiq bildiyi müəllifləri müəyyən edir və bu barədə qərarını Sumqayıt Regional Mədəniyyət idarəsinə təqdim edir.
V. Qaliblər Sumqayıt şəhərinin 70 illiyi ərəfəsində təntənəli surətdə Sumqayıt Regional Mədəniyyət idarəsi tərəfindən «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsinin Laureatı Diplomu ilə təltif edilir və qiymətli hədiyyələrlə mükafatlandırılır.
Vİ. Münsiflər heyətinin səs çoxluğu ilə qəbul etdiyi qərar qalibləri müəyyənləşdirmək üçün əsas sayılır və müzakirə olunmur.
E L A N
Sumqayıt Regional Mədəniyyət idarəsi Sumqayıt şəhərinin yaradılmasının 70 İlliyi münasibəti ilə «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsi elan edir. Müsabiqədə iştirak etmək istəyən müəlliflər öz şeirlərinin(esselərinin) əlyazmalarını və elektron variantını avqust ayının 30-dək Əli Kərim adına Poeziya Evinə təqdim etməlidirlər. Təqdim edilən şeirlərin mövzunu tam və dolğun əhatə etməsi və janrın tələblərinə cavab verməsi vacib şərtdir.
Əlavə məlumat almaq istəyənlər 044 208 01 61 nömrəli telefonla Əli Kərim adına Poeziya Evinə müraciət edə bilərlər.
Ünvan: Sumqayıt şəhəri, 9-cu mkr., Heydər Parkı, Poeziya Evi. Email: sumqayitpoeziya.evi@mail.ru
Qeyd: Sumqayıtın 60 illik yubileyi ilə bağlı keçirilmiş müsabiqəyə təqdim edilmiş şeirlər bu müsabiqədə iştirak edə bilməz.
Müsabiqənin təşkilat komitəsi
Mənbə: http://sumqayitfakt.az
-
Azərbaycanlı xanım yazar İradə Aytelin hekayələri Tehranda işıq üzü görüb
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində nəşr olunan “Qorxunun rəngi” adlı hekayələr toplusunda Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB), UASB-nin üzvü, “Kultur.az” internet dərgisinin təsisçisi və baş redaktoru, yazıçı-şair, publisist İradə Aytelin “Virtual sevgi”, “Pozqun mələk”, “Yetim laylalar”, “Və mən onu sevirdimmi?” hekayələri dərc olunub.
Qeyd edək ki, bundan öncə istedadlı və tanınmış Azərbaycanlı xanım yazar İradə Aytelin şeirləri, məqalələri, hekayələri “edebiyyat-az.com”, “gundelik.info”, “olaylar.az” saytlarında işıq üzü görüb.
Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. -
İradə AYTEL.”Sevgi nağılı”
Gəl, sənə bir nağıl söyləyim,
O nağıl ömrümün noğulu idi.
O nağılda biri vardı – o Səndin,
O nağılda biri yoxdu – o məndim.
O nağılda Sən Günəşdin, mən gecə.
O nağılda Sən məndəydin,
Mən təkcə!
O nağılda gözlərin göz işığım,
Səsin İlahi səsi,
Səsin “Azan”ım idi.
O nağılda baxışın ürək dağım,
Sözün Müqəddəs ayə,
Özün alnıma tale,
Qismət yazanım idin.
O nağılda “ağ atlı”,
Bəyaz don gözləmirdim,
Qaranlıq gecələrdə
Təklikdən asılsam da,
Göydən düşən üç alma,
Mutlu son gözləmirdim.
O nağılda, bircə Sən,
Bircə Səni görürdüm!
O Nağılda tək səni,
Təkcə Səni sevirdim!
Yahu!
Yahu!
Yahu!
Mən ki, Səni sevirdim!
Mən ki, Səni sevirəm!03 iyun 2014.
Mənbə: http://www.kultur.az
-
İradə AYTEL.”Qadınların 13 xəyanəti”
Hardasa oxumuşdum: “Əməli xəyanət fikri xəyanətin açıq-aşkar davamıdır”.
Sevmədən ailə qurmaq qaçılmazdır, lakin sevmədən ömür sürmək günahdır! Sevmədiyi kişi ilə gecələrini paylaşmaq bədənini satmağın bir növüdür. Nə fərqi var; məhrəminə, ya naməhrəminə, hər iki halda bədən təcavüzə məruz qalır.
Qadın ərinə övladlarından biri kimi, həm də ən ərkəsöyün övladı kimi yanaşmalıdır: əzizləməli, qulluğunda durmalı, yeməyinə, geyiminə nəzarət etməlidır. Bütün bunlarsa sevgidən doğulur, əgər sevgi varsa bu istəklər qadının içindən gəlir, əks halda, zərurət məcburiyyətə çevrilir və qadının həyatı məhbəsə dönür. Məhbəsdə isə xoşbəxtlik pəncərəsiz koma kimidir, soyuq, qaranlıq, əzici…
Bəzənsə bu məhbəs xəyanətə qapı açır. Həm də qadın xəyanətinə(!). O xəyanətə ki, ailələr dağılır, körpələr yetim qalır, qətllər törədilir (yaxud da susulur…)…
Şahidi olduğum son olaylar: Beş uşaq anası idi – bapbalaca beş körpənin anası. Guya, (guya!) ərinə xəyanət etmişdi. Əri şəxsi avtomobili ilə qadının üzərindən bir-neçə dəfə keçərək (diri-diri) onu qətlə yetirdi (təsadüfən yolum onlar tərəfə düşmüşdü. Həmin körpələrin baxışları hələ də gözlərim önündədi)…
Yenicə ailə qurmuşdular, əri həyətlərindəki çarhovuza salaraq boğdu…
İki uşaq anası idi, qardaşı Rusiyaya apararaq yuksəkmərtəbəli binanin doqquzuncu mərtəbəsindən aşağı atdı (sağ qaldı);
Üç körpə anası idi, əri və yaxınları diri-diri doğradılar… və s. və ilaxır… Bunlar sadəcə son zamanların hadisələridi, həm də hüquqi və mənəvi təsdiqini tapmayan hadisələr.
Hansı halda qadın xəyanət edir?
Əvvəldən onu deyim ki, açıqlayacağım xəyanət növlərinin hamısının başında iradəsizlik durur. Xəyanəti yalnız iradəsi zəif olan qadınlar edir.
Ərini sevmir, bu sevgini başqasında tapır;
Kişi qadının güvənc yeridir, güvəncini itirir;
Ərinin ona xəyanət etdiyini eşidir, heyif çıxmaq qərarına gəlir;
Maddi çətinliyə dözmür;
Ehtirası güc gəlir (əri uzun müddət yanında olmadıqda).
Əri tərəfindən hər gün zorakılığa və həqarətə məruz qalır (cinsi zorakılıq, fiziki zorakılıq, saymamazlıq… ər qadınına məhəl qoymur, evə gec gəlir, ailəsinə diqqət ayırmır, sərgərdan həyat keçirir, uşaqlarına kobudluq edir);
Rəfiqəsinin şirin söhbətlərinə uyur, aldanır;
Əri cinsəl həyatını normal yaşaya bilmir;
Ər arvadına həddindən artıq sərbəstlik verir;
Qadın evlilikdən öncə normal cinsəl həyat yaşamır (müxtəlif üzlər görür);
İşi, qazancı, vəzifəsi ərindən yüksək olur…
Əsil-nəslində xəyanətə meylli kimsə olur və genetik olaraq keçir (təsdiqini tapmış həqiqətdir);
Və adicə maraq, yaxud da harınlamış həyat tərzi.
Yuxarıda sadalananlar əlbəttə, xəyanətə sadəcə bəhanədir. Belə bəhanələri isə adətən sevmədən ailə quranlar gətirir.Qaldı sevib evlənmək məsələsinə, düzdür, cəmiyyətimiz hələ buna hazır deyil, ama zaman gələcək sevgi o qədər yüksəkdə olacaq ki, onun evlilik kimi bəsit bir münasibətlə sonuclanmasına ehtiyac qalmayacaq. Sevəndə evlənməyi düşünmək sevgini küçüldəcək. Evlilik ağılın gəldiyi nəticədir, sevgi isə ürəyin. Bunların ikisi bir arada çox nadir hallarda olur. Odur ki, sevmək üçün evlənməli, ya evlənmək üçün sevməli, fikirlərindən uzaq olaraq sevmək və sevilmək gərəkdir. əgər Tanrı sənə sevib-sevilməyi bəxş edibsə, artıq bu səadətdir.
Mənbə: http://www.kultur.az
-
İradə AYTEL.”Mərdim, mərdim, yığış gedək”
A köksümdə döyünənim,
Mərdim, mərdim, yığış gedək.
Səni səni sevməyənə
Verdim… verdim, yığış gedək.Gül açmadı yenə bu yaz,
Ümid düşdü çənə bu yaz…
Qara saçım, səni bəyaz
Hördüm… hördüm, yığış gedək.Nədən saldın mənə meyil,
Di içimdə söyül, döyül.
Bu dünya bizimki deyil,
Dərdim, dərdim, yığış gedək!Mənbə: http://www.kultur.az
-
SOCAR-AQŞ-də KİV nümayəndələri üçün mətbuat konfransı
SOCAR-AQŞ-in baş ofisində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransını giriş sözü ilə SOCAR-AQŞ-in baş direktoru Ramin İsayev açaraq ölkəmizin aparıcı KİV nümayəndələri ilə görüşməyindən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, gördüyümüz işlər və qazandığımız uğurlar ictimaiyyətə məhz KİV-lər vasitəsilə çatdırılır.
R.İsayev bildirdi ki, SOCAR-AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Abşeron Qazma Şirkətinin təsis etdiyi kompleks qazma və quyu xidmətləri göstərən müştərək müəssisədir. Şirkətin göstərdiyi xidmət sahəsinə neft və qaz quyuların qazılması, quyuların layihələndirilməsi və planlaşdırılması, maili istiqamətləndirilmiş quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin və çoxşaxəli quyuların qazılması kimi fəaliyyətlər daxildir. Bundan başqa, şirkət təczihat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir. Hazırda SOCAR-AQŞ – Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır. 2009-cu ildən etibarən şirkət Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (International Association of Drieling Contractors, IADC) üzvüdür. Şirkət həmçinin inteqrə olunmuş qazma və quyu xidmətlərinin göstərilməsi sahəsində API Spec Q2 – Keyfiyyət İdarəetmə Sisteminin standartının tələblərinə uyğun sertifikat ilə təltif olunmuşdur. Şirkət regionda API Spec Q2 sertifikatı ilə təltif olunmuş ilk və yeganə qazma müəssisəsidir. 2018-ci ilin noyabr ayında isə BMT Qlobal Sazişinə qoşulub.
Baş direktor daha sonra bildirdi ki, bu günlərdə KCA Deutag və SOCAR AQŞ şirkətlərinin birgə müəssisəsi olan “Turan Drilling & Engineering” MMC “BP Exploration (Caspian Sea) Limited” (BP) şirkəti ilə ilk müqavilə bağlanıb. İmzalanan müqavilənin təxmini dəyəri razılaşdırılmış müddət üzrə 500 milyon ABŞ dolları və müqavilə müddətinin uzadılması imkanları da nəzərə alınmaqla 700 milyon ABŞ dollları məbləğindədir. Müqavilə, Hasilatın Pay Bölgüsü Sazişinin müddəalarına əsasən, BP şirkətinin Xəzər dənizindəki 7 stasionar özülündə qazma qurğularının idarə edilməsi və onlara texniki xidmətin göstərilməsini nəzərdə tutur. Müqavilənin əhatə dairəsinə “Şərqi Azəri”, “Qərbi Azəri”, “Mərkəzi Azəri”, dərinsulu “Günəşli”, habelə “Qərbi Çıraq”, “Çıraq” və “Şahdəniz” yataqlarındakı dəniz özülləri üzrə qazma qurğuları daxildir. Müqavilənin ilkin müddəti beş ildir və iki dəfə bir il müddətinə artırıla bilər.
2018-ci ilin iyul ayında təsis olunmuş “Turan Drilling and Engineering” KCA Deutag və SOCAR AQŞ şirkətlərinin birgə müəssisəsidir. Birgə müəssisə, özündə qazma və mühəndis-layihələndirmə işlərinin yerinə yetirilməsi sahəsində dünyanın aparıcı podratçılarından sayılan KCA Deutag şirkətinin səriştəsini, habelə SOCAR AQŞ-nin Xəzər regionunda qabaqcıl təcrübəsini və infrastrukturunu birləşdirir.
“Turan Drilling and Engineering” birgə müəssisəsinin əsas səhmdarı olan SOCAR AQŞ MMC-nin Baş direktoru Ramin İsayev bildirdi ki, SOCAR AQŞ Xəzər regionunda inteqrə olunmuş qazma və quyu xidmətləri sahəsində özünü təsdiq etmiş və etibarlı infrastruktura malik olan aparıcı müəssisədir.
SOCAR AQŞ, həmçinin “ÜMİD” YATAĞINDA UNİKAL QAZMA VƏ GEOFİZİKİ TƏDQİQAT İŞLƏRİ APARIB. Müəssisə “Ümid” yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 nömrəli kəşfiyyat quyusunda qazma işlərini təhlükəsiz, uğurla və keyfiyyətlə başa vurub.
“Ümid” yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb. Quyu bütövlüyü nəzərə alınmaqla 16 saylı quyu Xəzərin Azərbaycan sektorunda qazılmış ən keyfiyyətli quyulardan biridir. Kəmərlərin layihə dərinliyinə çatdırılması, kəmərlərarxası təzyiqin olmaması və sementləmə işlərinin mükəmməl aparılması deməyə əsas verir ki, 16 saylı quyu “Ümid” yatağının tarixində yeni səhifə açıb. SOCAR tarixində ilk dəfə olaraq, quyu tikintisi zamanı qazma texnologiyalarında müəyyən dəyişiklik edilmiş, quyuağzı avadanlıqların yığılmasında yeni metodlar tətbiq edilmiş və yüksək hasilatın əldə olunması üçün 5 1/2 düymə monobar lift boruları vasitəsilə tamamlanma işləri aparılmışdır.
Müəssisənin əldə etdiyi uğurlardan biri də “Ümid” yatağı üzrə məhsuldar horizontlarda lay təzyiqlərinin ölçülməsi və süxur nümunələrinin götürülməsi olmuşdu.
“Ümid” yatağı tarixində, ilk dəfə olaraq, SOCAR AQŞ yataq üzrə V horizontdan beynəlxalq standartlara cavab verən avadanlıqla 6046.5-6063.5 m və 6037-6046 m intervalından 100 % süxur nümunələri götürmüş, hermetik şəkildə qablaşdıraraq sifarişçiyə təhvil vermişdir.
SOCAR AQŞ kollektivi Prezident cənab İlham Əliyevin müəyyən etdiyi siyasət və strategiyanın həyata keçirilməsində və SOCAR rəhbərliyinin qarşıya qoyduğu konkret vəzifələrin icrasındakı öz töhfəsi ilə qürur duyur və bu şərəfli fəaliyyətini bundan sonra da davam etdirmək əzmindədir.
Sonda Baş direktor R.İsayev KİV nümayəndələrini maraqlandıran sualları cavablandırdı.
Müşfiq MİRZƏ,
“Respublika”.Mənbə: http://respublica-news.az
-
Son bir il: dinamik inkişafın yeni zirvəsi
Xalqımızın azadlıq mücadiləsində, müstəqilliyin möhkəmləndirilməsində, müasir innovativ iqtisadiyyatın bərqərar olmasında, ölkəmizin dünyada yüksək siyasi nüfuz qazanmasında Heydər Əliyev siyasi kursunun inkarolunmaz, mühüm əhəmiyyəti vardır. Ulu öndərin müəyyən etdiyi strategiya ilə irəliləyən Azərbaycan ilbəil yeni dəyişiklərlə daha yüksək mərhələyə qalxır. Dünyanın nadir uzaqgörən siyasətçiləri sırasında önəmli yer tutan ulu öndərin siyasi kursu sayəsində reallaşan özünəməxsus innovativ inkişaf modeli ilə ölkəmiz ilbəil mühüm nailiyyətlərə imza atmaqdadır. Məhz Heydər Əliyev siyasi kursunun alternativsizliyi nəticəsində 2018-ci ilin aprel ayının 11-də keçirilən Prezident seçkilərində də İlham Əliyev yenidən ən inamlı siyasi lider və ölkə rəhbəri mövqeyini qazandı.
Heydər Əliyev siyasi kursunun ən layiqli varisi
Ulu öndərin dövlətimizin rəhbərliyinə qayıdışından ötən dövr ərzində reallaşan strategiya onun layiqli siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə özünün səmərəliliyini, müasir tələbata müvafiqliyini, gələcəyə hədəflənmiş istiqaməti təmin etdiyini dəfələrlə təsdiq etmişdir. Heydər Əliyev siyasi kursunun müasir gərgin beynəlxalq proseslər fonunda yeganə alternativsiz strateji yol olduğunun sübutunu görən xalq 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə dövlət başçısı seçdi. Yeni Prezidentin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara müvafiq, bir-birini tamamlayan daxili və xarici siyasəti ona xalq arasında geniş liderlik imici və çox böyük inam qazandırdı. Bu inam xalqla iqtidar birliyini bir daha möhkəmləndirdi və 2008, 2013 və 2018-ci illərdə keçirilən Prezident seçkilərində də İlham Əliyevin apardığı siyasi kursa əhalinin əksəriyyəti səs verdi.
Təsadüfi deyil ki, on beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmış, valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan 2018-ci ildə 46 milyard dollara çatmışdır. Müasir dünyamızda heç bir dövlət iqtisadiyyatına sərmayə cəlb etmədən inkişaf edə bilməz. Bu baxımdan Azərbaycanın xarici siyasəti olduqca səmərəlidir və qarşılıqlı mənafeləri təmin etmək baxımından digər tərəfin də marağındadır. Və nəticədə 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulması diqqəti xüsusi olaraq cəlb edir. Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizini təşkil edən bu investisiya qoyuluşunun təxminən yarısı xarici mənbələrin payına düşür.
İqtisadiyyatın inkişafı nəqliyyat, yanacaq və ərzaq təhlükəsizliyi təmin edilmədən mümkün deyildir. Dövlət rəhbəri bu sahələri paralel şəkildə inkişaf etdirmək üçün düşünülmüş siyasətlə bütün addımları atmaqla ölkənin iqtisadi sıçrayışına nail oldu. Strateji mənafeləri təmin edən iqtisadi siyasət nəticəsində bu dövrdə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmişdir. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. 2014-cü il sentyabrın 20-də isə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli yer tutacaq, həmçinin Azərbaycanın perspektiv inkişafında, iqtisadi maraqlarında və siyasi nüfuzunun artmasında böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan bu qlobal layihə dəqiq mexanizmlərlə icra edilmiş və 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılışı olmuşdur. TAP layihəsnin icrası isə qrafik üzrə davam etdirilir və yaxın zamanlarda onun da istifadəyə verilməsi gözlənilir. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynamış, ölkənin digər transmilli enerji daşıyıcıları və nəqliyyat dəhlizləri layihələrində liderliyini və mühümlüyünü mümkün etmiş “Əsrin müqaviləsi”nin – “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılmışdır. Yeni şərtlərə görə, SOCAR-ın payının 11 faizdən 25 faizə qaldırılması, mənfəət neftinin 75 faizinin Azərbaycana verilməsi müqavilədə təsbit olunmuşdur. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcəkdir. Bu saziş Azərbaycanda uzun illər bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaradır.Avrasiyanın mühüm beynəlxalq nəqliyyat qovşağı
Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər də Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə baş tutmuşdur. Mərkəzi və Orta Asiyanıın nəqliyyat infrastrukturunu Yaxın Şərq, Şimali Afrika və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun təməli 2007-ci ildə qoyulmuş, 2017-ci il oktyabrın 30-da isə paytaxtımızda rəsmi açılışı olmuşdur. Bundan başqa, Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları istifadəyə verilmişdir. 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istismarına başlanması ilə Azərbaycan öz ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması istiqamətində bütün işləri çox böyük uğurla başa çatdırmışdır. Ölkəmiz siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilmişdir.
İKT sahəsinin inkişafının prioritet elan edilməsinin uğurları
2014-2018-ci illərdə İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) infrastrukturu inkişaf etdirilmiş, bölgələrimizdə kənd yaşayış məntəqələri də daxil olmaqla müasir elektron xidmətlərinin göstərilməsi imkanları daha da genişləndirilmiş, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin edilmişdir. Məhz dövlətin düşünülmüş siyasəti sayəsində Azərbaycan BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının dəyərləndirməsinə əsasən dənizə çıxışı olmayan ölkələr arasında ən güclü transsərhəd bağlantıya və yüksək inkişaf etmiş İKT sektoruna nail olub. Dövlət müasir texnologiyalar istehsalı sahəsinə kifayət qədər böyük sərmayələr yönəldir. Artıq ölkədə kosmik sənaye yaradılıb, Azərbaycan kosmik ölkələr klubunun üzvüdür və sahə müvəffəqiyyətlə inkişaf edir. Hazırda üç – “Azerspace-1” telekommunikasiya “Azerisky” və “Azerspace-2” peyklərinə malikik. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 4 noyabr 2008-ci il tarixli 27 nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 17 avqust 2009-cu il 443 saylı Sərəncamından sonra ölkəmizdə yeni, müasir kosmik sənaye sahəsi yaradıldı.
Təsdiq olunmuş Dövlət Proqramında deyilir: “İnformasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan edilmişdir. Rabitə və informasiya texnologiyaları sahəsinin isə neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir”. Beləliklə, hazırda ölkəmiz Trans-Avrasiya Super İnformasiya Magistralı (TASM) layihəsinin reallaşması ilə informasiya-kommunikasiya texnologiyaları mərkəzinə çevrilir. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 02 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş, sənəddə bu sahənin inkişafı üzrə 2020-ci ilə kimi konkret məqsəd və vəzifələr müəyyən edilmişdir.
Azərbaycanda İKT-nin inkişafı üzrə görülmüş işlər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmaqdadır. Belə ki, statistik məlumata əsasən Azərbaycan Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2016” hesabatında “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 4 pillə irəliləyərək dünyanın 139 ölkəsi arasında 53-cü yerə yüksəlmiş, habelə həmin hesabatda hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə dünya ölkələri arasında 8-ci yeri, İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 12-ci yeri tutmuşdur. Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi 2015” hesabatında isə Azərbaycan “İKT İnkişaf İndeksi”nə görə 167 ölkə arasında 67-ci yerdə qərarlaşmışdır. Həmin hesabatda İKT Qiymət Səbəti İndeksi üzrə isə Azərbaycan 170 ölkə içərisində 60-cı yerdə olmuşdur. 2015-ci ildə dövlət orqanları ilə 7469 müəssisə internet vasitəsilə əlaqə yaratmış və onların sayı 2005-ci illə müqayisədə 36,8 dəfə, 2014-cü illə müqayisədə 3,9 faiz artmışdır. Ümumiyyətlə, Azərbaycanda informasiya cəmiyyətinin yaradılması, “Elektron hökumət”in formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində sosial-iqtisadi inkişafın təmin və daim yüksəldilməsi aktual məsələdir. İKT-nin 2014-2017-ci illərdə inkişaf strategiyasının əsasını “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”ya uyğun demokratik inkişafın davamlılığını təmin etmək və qlobal informasiya fəzasına inteqrasiyanı genişləndirərək yüksək inkişaf səviyyəsinə nail olmaq təşkil edir. İKT-nin sürətli inkişafı son zamanlar elektron vizaların verilməsi, “Tax free” sisteminin tətbiqi, Birinci Avropa Oyunları, Formula-1, IV İslam Həmrəyliyi Oyunları, Humanitar forumlar, Mədəniyyətlərarası dialoq kimi mötəbər tədbirlərin keçirilməsinə və sonda ölkədə turizmin yüksəktempli tərəqqisinə də əhəmiyyətli töhfələr verib.
Özəl sektorun inkişafına dövlət dəstəyi yüksək nəticələr verir
Prezident İlham Əliyevin iqtisadi islahatlar sırasında 2016-cı ildən özəl sektorun inkişafı ilə bağlı qəbul etdiyi qərarlar real iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakterə malikdir. Ölkə rəhbərliyi sahibkarlara maksimum sərbəstlik verilməsi üçün bütün müvafiq addımları atır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Dövlətin sahibkarlığa göstərdiyi siyasi, mənəvi, maliyyə dəstəkləri, inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir. Sahibkarlığın inkişafında regional inkişaf Dövlət proqramlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu proqramların icrası nəticəsində bölgələrdə zəruri olan müasir infrastruktur yaradıldı.
İnzibati prosedurların sadələşdirilməsi də özəl sektorun sürətli inkişafında mühüm amillərdən biridir. Artıq aydındır ki, bu istiqamətdə “ASAN Xidmət”in rolu və əhəmiyyəti kifayət qədər yüksəkdir. Burada xidmətlərin yüksək keyfiyyətlə, şəffaf və operativ göstərilməsi vətəndaşların rahatlığını təmin etməklə bərabər, həm də sahibkarların da əvvəllər üzləşdikləri bir sıra problemləri həll edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar istisna olmaqla, sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar 2 il müddətinə dayandırılmış və yenidən müddəti uzadılmışdır. Nəticədə 2015-ci ilin noyabrından 2017-ci ilin aprelinədək cəmi 49 yoxlama (vergi yoxlamaları istisna olmaqla) keçirilmişdir. Əvvəllər bu dövrdə 33336 yoxlama aparılmışdı. Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuralarının yaradılması da sahibkarların hüquqlarının daha etibarlı qorunması üçündür. Özəl sektorun inkişafı, bu istiqamətdə əlverişli şəraitin yaradılması məqsədilə ölkə başçısının müvafiq fərmanlarına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyədək verilmiş və qüvvədə olan lisenziyalar müddətsiz elan edilib, yeni verilən lisenziyalar isə müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir. Artıq dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN Xidmət” mərkəzləri vasitəsilə verilir. “ASAN Xidmət” mərkəzləri vasitəsilə sahibkarlara ən çox özəl tibb, əczaçılıq, tikinti-quraşdırma, layihələndirmə, mühəndis-axtarış, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, təhsil, sürətli poçt rabitə xidməti, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işlərinin aparılması, yanğından mühafizə fəaliyyətinə və sair sahələrə dair lisenziya verilmişdir. Eyni zamanda, qəbul olunmuş “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilmişdir. “Lisenziyalar və icazələr” portalının yaradılması, dövlət orqanları tərəfindən sahibkarlara lisenziya və icazə məsələləri üzrə qanunvericiliyin tətbiqi ilə bağlı məsləhətlərin verilməsi, “bir pəncərə” prinsipinin tətbiqi və işi yüngülləşdirən digər mütərəqqi mexanizmlərin müəyyən edilməsi də sahibkarlığın inkişafına güclü stimul verməkdədir. Portalın fəaliyyətə başlaması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və icazələrin verilməsinin tamamilə elektron qaydada həyata keçirilməsi, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqənin təmin edilməsi deməkdir. İqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlıdır. 2016-cı ilin 20 aprelində Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və layihənin həyata keçiriləcəyi inzibati ərazi vahidləri təsdiq edilmişdir. Bu sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda nəzərdə tutulmuş güzəştlərdən yararlanmağa imkan verir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilirlər. Göründüyü kimi, bu addımlar sahibkarlığın inkişafına əhəmiyyətli töhfədir. “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş “Tik, idarə et, təhvil ver” (TİT) modelinin tətbiqi də sahibkarlığın inkişafına geniş imkan yaradır, ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Səbəb də odur ki, investisiya layihələrini TİT modelinə uyğun həyata keçirən investor dövlət rüsumlarından və yığımlardan azaddır.Ölkəmizin xarici siyasəti səmimi, açıq, şəffaf, proqnozlaşdırıla bilən və müstəqildir
Azərbaycan hazırda bu dünyanı düşündürən ən mühüm problemlərin müzakirə mərkəzinə çevrilib. Çünki ölkəmizin siyasəti çox açıqdır, xoşniyyətlidir, şəffafdır və bu siyasət ölkələri birləşdirməyə, qarşılıqlı inkişafa, maraqları ödəməyə, şəffaf münasibətlərə, bir-birinin daxili işlərinə qarışmamağa hesablanıb, ayırmağa yox. Ötən ay 55 ölkədən 500-dən çox nümayəndənin qatıldığı VII Qlobal Bakı Forumunun da paytaxtımızda keçirilməsi bunun təsdiqidir. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin xarici siyasətinin prioritetləri və prinsipial mövqeyi, dünyada, regionda dəyişən və sonu bilinməyən vəziyyətdə fəaliyyət barədə demişdir ki, bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq.
Multikulturalizm xalqımızın yaşam tərzi, dövlət siyasətində prioritetdir
Ölkəmizdə mövcud milli birliyin əsasında duran amillərdən biri də məhz bəşəri dəyər-multikulturalizmdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra multikulturalizm dövlət siyasətində prioritetdir. Müxtəlif mədəniyyətləri bir araya gətirmək, birgəyaşayışa töhfə vermək, qarşıdurmanı önləmək, dünyada milli-dini zəmində baş verən kataklizmlərə son qoymaq üçün Azərbaycan 2008-ci ildə “Bakı prosesi”nə start verdi və dünyada ilk dəfə İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda toplantısını keçirdi. Müasir gərgin beynəlxalq şəraitdə “Bakı prosesi” artıq zəruri reallıqdır, milli-dini dözümlülüyə, tolerantlığa, multikulturalizmə mühüm töhfədir. Azərbaycan multikulturalizm dəyərlərini təşviq edən, sülhə, sabitliyə, sosial-iqtisadi inkişafa, əməkdaşlığa, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə əhəmiyyətli stimul verdiyini göstərən çoxsaylı beynəlxalq tədbirlər keçirir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və uğurlu fəaliyyəti də bu istiqamətdə atılan əhəmiyyətli addımdır. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycanın multikulturalizm sahəsində təcrübəsi tədqiq edilir, öyrənilir və tədris edilir. Ölkəmiz dünya dini liderlərinin zirvə görüşünün, Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar forumlarının təşkilatçısıdır. Ölkəmizdə BMT-nin təşkilatçılığı ilə Sivilizasiyalar Alyansının 7-ci toplantısının keçirilməsi isə bu sahədə yüksək nüfuzun təsdiqidir.
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı böyük əhəmiyyətə malik Konvensiyanın imzalanmasında Azərbaycanın rolu
Qazanılan uğurlar sırasında regional əməkdaşlığa böyük töhfə kimi dəyərləndirilən Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması böyük əhəmiyyətə malikdir. SSRİ-nin süqutundan sonra Xəzər regionunda yaranan yeni müstəqil dövlətlərin bu günə qədər davam edən bu sahədə müzakirələrinin müsbət sonluqla başa çatmasında Azərbaycanın xüsusi rolu vardır. Ölkəmizin yeni əməkdaşlıq formatlarının yaranmasındakı təşəbbüskarlığı, iki və çoxtərəfli əlaqələrin inkişafındakı fəallığı bu prosesdə də özünü büruzə vermiş, dövlətimiz Xəzəryanı ölkələr arasında münasibətlərin hüquqi bazasının yaradılmasında aktivliyi ilə diqqəti bir daha cəlb etmişdir. Dövlət başçımız vurğulamışdır ki, bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur. Bu saziş Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli və xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin, qarşılıqlı maraqların həlli üçün geniş perspektivlər açır.
Müasir müdafiə sənayesinin inkişafı və qüdrətli ordu quruculuğu
Ərazilərimizin Ermənistan tərəfindən 20 faizinin işğalı və bu ölkənin danışıqlarda sülh yolu ilə həll istiqamətində qeyri-konstruktiv yanaşması davam edir. İşğalçı dövlət BMT Təhlükəsizlik Şurasının onun qoşunlarının zəbt etdiyi ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinə riayət etmir. Avropa Parlamenti, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Konfransı Təşkilatı, Qoşulmama Hərəkatı, NATO və digərlərinin Azərbaycanın haqq işini dəstəkləyən kifayət qədər qərar və qətnamələri də vardır. Bu qətnamələr icra olunmamış qalır, hələ də kağız üzərindədir, ermənilər digər ərazilərə də iddiallarından əl çəkməmişlər. Buna görə də Azərbaycan müharibə şəraitində yaşayır. Bu baxımdan da müdafiə sənayesinə və müasir güclü orduya malik olmaq həyati əhəmiyyət kəsb edir.
Aydındır ki, müdafiə sənayesinin inkişafı və qüdrətli ordu quruculuğu dinamik innovativ iqtisadi inkişaf zəminində baş verir. Hazırda ölkəmizin tərəqqisinin dinamizmi qorunur və ilbəil yeni yüksək mərhələyə qalxan güclü hərbi sənayesi, qüdrətini daim artıran silahlı qüvvələri vardır. Bu artan gücü 2016-cı il aprel döyüşləri, Naxçıvanda 11 min hektar ərazimizin azad edilməsi və bütün strateji nöqtələrin nəzarətə götürülməsi bir daha sübut edib. Artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara da uğurla çıxır. Bu isə istehsal olunan məmulatların keyfiyyətliliyinin və beynəlxalq standartlara cavab verdiyinin təsdiqidir. İxrac edilən məmulatlar sırasında bütün növ döyüş sursatları, müasir atıcı silahları, snayper tüfəngləri, pilotsuz uçuş aparatları və s. vardır. İxrac imkanlarının genişləndirməsi məqsədilə bütün tədbirlər görülür və bu uğurlar mütəmadi olaraq beynəlxalq müdafiə sənayesi sərgilərində yeni-yeni məmulat və məhsullarla iştirakla da bağlıdır. Ölkəmiz ilk qatıldığı sərgidə 27 adda məmulatla təmsil olunurdusa, “ADEX- 2014”ə 37 şirkətlə qatılmış və 168 adda məhsul nümayiş etdirmişdi. Bu sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümyəndə iştirak etmişdi. Malayziyada keçirilən dünyanın 5 ən böyük müdafiə sərgisi 15-ci “DSA-2016”da nazirlik 220 adda məhsulun təqdimatını keçirmişdir. Bakıda “ADEX-2016” II Beynəlxalq müdafiə sərgisində isə 38 ölkədən 200-dən çox şirkətdən sifarişlər qəbul edilmişdir. Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq Müdafiə Sənayesi sərgisində Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və sair dövlətlər daxil olmaqla dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edib. İştirak edən dövlətlərdən 11 ölkə – Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, İsrail, İran, Ukrayna və Serbiya milli pavilyonları ilə təmsil olunublar. “ADEX-2018” sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlardan – 7,62 millimetrlik AZ-50 tipli avtomat, 7,62×54 millimetrlik HP-7,62 tipli hücum pulemyotu, 8,6×70 millimetrlik “Vaşaq” snayper tüfəngi, 12,7×108 millimetrlik “Mübariz” snayper tüfəngi, 12,7×108 millimetrlik ST-12,7 tipli iriçaplı snayper tüfəngi, 23×115 millimetrlik İST-23 tipli iriçaplı snayper tüfəngi, 14,5×114 millimetrlik NST-14,5 tipli iriçaplı snayper tüfəngi, 12,7 millimetrlik iriçaplı NSVT-12,7 tipli pulemyotu, məsafədən idarə olunan döyüş modulu ilk dəfə idi ki, nümayiş etdirilirdi.Xalqımızın zəngin tarixinə, ədəbiyyatına, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə sahib çıxılır və yaşadılır
Öz tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmayan xalq məhvə məhkumdur. Ölkəmizdə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili”, 2019-cu il isə “Nəsimi ili” elan edilmişdir. Bu istiqamətdə addımlar davamlıdır və xalqımızın zəngin tarixinə, ədəbiyyatına, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə sahibliyinin və yaşadılmasının təsdiqidir. Müasir dünyamızda sərhədsiz informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı şəraitində bu bir ilin mühüm sənədləri sırasında “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman da xüsusi yer tutur. Beləliklə, dünya təcrübəsi sübut edir ki, dilinin, tarixinin, milli-mənəvi dəyərlərinin sahibi və mühafizi olan xalq məğlubedilməzdir. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bu il 30 iyun-10 iyul tarixlərində ölkəmizdə keçirilməsi ilə bağlı qərarının qəbul olunmasında da həm milli-mənəvi dəyərlərimizə yüksək qayğı, həm də multikulturalizmin yaşam tərzimiz olması və tolerantlığımız kimi xüsusiyyətlərimiz əsas səbəb yer olub.
Seçkilərdə verilən vədlərin yerinə yetirilməsi xalq-iqtidar birliyini daim möhkəmləndirən amildir
2003-cü ildən gələn və son bir ildə daha da yüksəyə qalxan inkişaf mərhələləri xalqla iqtidar birliyinin sayəsindədir desək, səhv etmərik. Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə bu vəhdətliyi diqqətə çatdırıb və vurğulayıb ki, mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm. Azərbaycan xalq-iqtidar birliyi sayəsində yeni-yeni inkişaf mərhələsinə doğru inamla addımlayır. Bunu ölkəmizdə keçirilən beynəlxalq sorğuların nəticələri də təsdiqləyir. Bu ilin martında Fransanın “Opinion Way” şirkətinin Azərbaycanda apardığı rəy sorğusu ölkə başçısı İlham Əliyevin yenə də xalqın əksəriyyətinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Belə ki, respondentlərin 80,1 faizi ölkəmizdəki ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunmasını Prezident kimi İlham Əliyevin ən uğurlu fəaliyyətinin nəticəsi kimi qiymətləndirib. Onlar vurğulayıblar ki, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərə rəğmən Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafının dinamizmini qoruyub, əmin-amanlığın təmini və sosial rifah naminə mühüm addımlar atıb. Ölkədə etnik, dini icmalar arasında qarşılıqlı hörmət və dözümlülük mühiti mövcuddur və ictimai-siyasi zəmində sabitlik hökm sürüb.
Təbii ki, bir yazıda ölkədə baş verən proqressiv irəliləyişi, bütün və yeni mərhələnin müsbət yekunlarını ehtiva etmək qeyri-mümkündür. Yuxarıdakı göstəricilər də Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsini təsdiq edir və aşkardır ki, qiymətləndirilməyə dair “Opinion Way”in suallarına respondentlərin 75,6 faizinin müsbət cavab verməsinə hərtərəfli davamlı proqressiv inkişaf səbəb olub.Ataş CƏBRAYILOV,
“Respublika”.Mənbə: http://respublica-news.az
-
Gülnar Səmanı doğum günü münasibətilə təbrik edirik! (22 aprel 1986-cı il)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvünü, Prezident təqaüdçüsünü, Gənclər mükafatçısını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Göyçək Fatma
Mən Göyçək Fatmayam, düşüb başmağım
Sizin küçənizin o tərəfinə.
Bir sevgi nəğməsi zümzümə etdin,
Düşdü həyatının qu tərəfinə.İlk və son nəğməni dilə gətirdin,
Amma bir dinləyən olmadı onu.
Mənimçün ölərək düşdü tarixə-
O boyda ömrünün tək bircə anı.Mən Göyçək Fatmayam, itən başmağım,
Getdi şahzadənin əlinə keçdi.
Sənin arzuların qarı nənənin,
O bitdi, birəli telinə keçdi.Yetim xoşbəxtlik
Yetim xoşbəxtliyə ögey anayam,
Ona balam dedim, bəlama döndü.
Hər yetən verməyə can atır sanki,
Xoşbəxtlik mənimçün salama döndü.Salamtək verdilər, aldılar məndən,
Bir Allah bəndəsi qıymadı mənə.
Dedim, çox sevəcəm səni balamtək,
O bədbəxt xoşbəxtlik uymadı mənə.Bircə şans vermədi, vermədi ki o,
Mən də qismətimi bir də sınayam.
Mənə möhtac qaldı anası ölmüş,
Yetim xoşbəxtliyə ögey anayam.Gəlmişəm
Əlindən tutmağa əlim gəlmədi,
Ayrılaq!- deməyə dilə gəlmişəm.
Sənə od qoymuşam… Od da müqəddəs,
İndi də əlimdə tələ gəlmişəm.Bilmirəm, sən hansı tora düşəcən,
Sevsən də, ikinci tura düşəcən,
Nə bilim ordan da hara düşəcən,
Haradı bilmirəm, hələ, gəlmişəm.Gəl burdan ayrılıq tərəfə gedək,
Ömürlük həsrətin xeyrini güdək.
Onsuz da bilirsən ömrü çox gödək,
O qəlbinə düşən xala gəlmişəm.Günlərin bir günü
Sən mənim ömrümə gələndən bəri,
Mən sənin ömründən günündən keçdim.
Sən mənim qarşıma çıxandan bəri,
Görmədin, mən sənin önündən keçdim.Keçdim günah kimi ömründən sənin,
Keçmə günahımdan, önə keçmə sən.
Mən sənin günahın olmaqdan qaçdım,
Qaçma günahımdan, önə qaçma sən.Nəyimiz vardı ki, arxada qoyaq,
Ayrılıq gələndə qabağa düşdük.
Biz necə bir ömrə sahib olmuşuq,
Günlərin bir günü özümüz çaşdıq…Kimi
“Mənə çəkdiyin dağa gəl,
Gəl, qorxma, dumanı yoxdu”.
E.ƏzimO hansı dağdı ki, dumanı yoxdu,
Mənim ilk sevgimin göz dağı kimi?
O hansı yazardı romanı yoxdu,
Şair ürəyimin söz dağı kimi.Elə sancır sanki key iynələyir,
Bir işə yaramaz şey iynələyir.
Tikməyi bir yana hey iynələyir,
Cumubdur üstümə biz dağı kimi.Göybəgöy axtardım, Səma, özümü,
Yerbəyer yerlərdə bitdi əzimim.
Gönüqalın bilib üzsüz üzümü,
Dərimi hey soyur xəz dağı kimi.Taxta divan
Vaxtla oynama, gülüm,
Vaxtında oyna bir az.
Özünə divan tutma,
Taxtında oyna bir az.Oturtmaqçün yerində,
Taxta divan qurular.
Sənin alın tərində,
Taxta divan qurular.Boş sözdü ki, deyirlər,
Quruca baxtın olsun.
Baxtın quruyanacan,
Qızıldan taxtın olsun. -
Rafiq ODAY.Yeni şeirlər
QALMADI
Bu gün olanlar oldu ta,
Sabaha nəsə qalmadı.
Yollar yoxuşa dirəndi,
Getməyə kəsə qalmadı.Son ümid də axtalandı,
Gözlərdə qan laxtalandı.
Fələk satan, bəxt alandı, –
Biz düşdük nəhsə, qalmadı.Dan söküldü, qürub getdi,
Yalandan vay qurub getdi.
Gedənlər hayqırıb getdi,
Bir söz də pəsə qalmadı.Gülüm, saçların qulacdı,
Baxdım – gözümdə gül açdı.
Dünya yaxşıya qol açdı, –
Heç zaman pisə qalmadı.Bu son bir başlanğıc ola,
Eşidən başdan qıc ola,
Kim görüb ki, eşq qocala, –
Adəmdən bizə qalmadı.DÜNYA BELƏ DÜNYADI…
Lənət olsun gərdişinə,
Gözdən salmaq vərdişinə,
Keçirdisə, gər, dişinə, –
Qurtulmağa ümid yoxdu.Ömrə-günə dərd ələnib,
Edib bizi pərt, ələnib…
Düşmən elə pərdələnib,
Yırtılmağa ümid yoxdu.İynədən, bizdən keçib ta,
Gəl sən də bizdə, keçib ta…
Bizimki bizdən keçib ta, –
Sırtılmağa ümid yoxdu. -
Bakıda VI Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək
Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti Bakı Beynəlxalq kitab sərgi-yarmarkası sentyabrın 27-də təşkil olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, altıncı dəfə keçiriləcək sərgi-yarmarka üç gün davam edəcək. Nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və digər aidiyyəti qurumlar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.
Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında iştirakla bağlı ərizə-müqavilə formasını Təşkilat Komitəsindən əldə etmək olar. (e-mail: nrtis@mct.gov.az, tel: 012 493 23 77).
Ərizə-müqavilə ən gec avqustun 31-i tarixinədək Təşkilat Komitəsinə təqdim edilməlidir.
Eyni zamanda, ziyarətçi kimi qatılmaq istəyənlər üçün sərgiyə giriş sərbəst olacaq.
Mənbə: azertag.az
-
Kitabxanada “Nəsimi ili” çərçivəsində növbəti tədbir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar pleykast hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, pleykast da İmadəddin Nəsiminin fotoşəkli, şairin kitabı, üzərində fotoşəkli olan xalça, 600 illik yubileyi ilə əlaqədar buraxılmış poçt markası, Bakı şəhərində ucaldılan heykəli, şairin Hələbdəki (Suriya) məzarı və “Nəsimi” metrostansiyasının kollajının fonunda 17 aktiv nöqtə yerləşdirilib.
Burada “Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Prezidentin sərəncamları, Nəsimi haqqında Azərbaycan və rus dillərində məlumat, Nəsimi yaradıcılığı haqqında, böyük şair-mütəfəkkirin həyatı haqqında 10 maraqlı fakt, “Nəsimi” kinofilmi, nəsimişünas Səadət Şıxıyevanın araşdırmaları, Kamran Yunisin səsləndirməsində Nəsiminin “Hardasan” qəzəli və s. yer alıb.
Mənbə: azertag.az
-
Mədəniyyət naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 22-də saat 11:00-da Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, şəhərdəki Mədəniyyət Mərkəzində ( Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99 ) keçiriləcək qəbulda Astara, Lerik rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli – Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd olunan rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.
Mənbə: azertag.az
-
Bakı Musiqi Akademiyası bəstəkarlar üçün romans müsabiqəsi elan edib
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə bəstəkarlar üçün “Nəsimi romans” adlı respublika müsabiqəsi elan olunub.
AZƏRTAC xəbər verir ki, “Nəsimi ili” çərçivəsində reallaşan müsabiqə gənc bəstəkarları şairin irsi ilə tanış etmək, gələcək fəaliyyətlərində peşə inkişafı, yeni musiqili dil və onun inkişaf yollarını axtarmaq məqsədi daşıyır.
Müsabiqədə 20-35 yaşarası akademik səviyyədə bəstəkarlıq təhsili olan, habelə bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlardan ibarət Azərbaycan respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqənin əsas ideyası Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası Nəsiminin poeziyasının gənc musiqiçilər tərəfindən öyrənilməsi, romans janrında müasir repertuarların yaradılmasıdır.
Müsabiqənin birinci mərhələsi 23-24-may tarixlərində reallaşacaq.
Müsabiqənin ilk mərhələsində gənc bəstəkarların 4-8 dəqiqəlik Nəsiminin sözlərinə yazılmış bir romans ifa ediləcək və münsiflər heyətinə təqdim olunacaq.
Müsabiqənin ikinci mərhələsi 29-30 may tarixlərində keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər
nasimicompetition@gmail.com elektron ünvanına mayın 10-dək əsərlərin notlarını və öz tərcümeyi-hallarını göndərməlidir.
Sonda qaliblər pul mükafatı və diplomla təltif olunacaq.
Mənbə: azertag.az
-
“İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı keçiriləcək
Aprelin 19-da Milli Kitabxanada ölkə başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirəcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunacaq tədbir çərçivəsində “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının və “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasının da təqdimatları olacaq.
Mənbə: azertag.az
-
Azərbaycan Bəstəkarlar İttifaqında dahi şair və mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunmuş konfrans keçiriləcək
Aprelin 18-19-da Azərbaycan Bəstəkarlar İttifaqında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi obrazı və poeziyası” mövzusunda elmi-praktik musiqişünaslıq konfransı keçiriləcək.
AZƏRTAC Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinə istinadla xəbər verir ki, ikigünlük konfransda respublikanın tanınmış musiqişünaslarının Nəsiminin irsi və obrazının Azərbaycan musiqisində çoxşaxəli təcəssümü ilə bağlı tədqiqatlarının yer aldığı 10 məruzə təqdim ediləcək.
Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə giriş sözü ilə çıxış edəcək. Tədbirin birinci günündə sənətşünaslıq doktoru, professor Cəmilə Həsənovanın (“Azərbaycan musiqisində Nəsimi mövzusu”), Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədovanın (“Bəstəkarlar İttifaqının Nəsimiyə həsr olunmuş yeni layihəsi”), sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zemfira Abdullayevanın (“Tofiq Quliyevin “Nəsimi” kinofilminə musiqisi”), Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyevanın (“Nəsimi və musiqi: Firəngiz Əlizadənin “Nəsimi-Passion”u”) musiqişünas Raya Abbasovanın (“İki romans – Cəlal Abbasovun Nəsiminin sözlərinə qəzəlləri”) məruzələri təqdim olunacaq.
Konfransın ikinci günündə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı (“Fikrət Əmirov yaradıcılığında Nəsimi obrazı”), Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva (“Azərbaycan bəstəkarlarının Nəsimiyə həsr olunmuş əsərlərində bədiilik”), sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva (“Azər Rzayein “Nəsimi” simfonik poeması haqqında”), Aysel Kərimova (“Azərbaycan bəstəkarlarının vokal yaradıcılığında Nəsimi lirikası”) məruzələrlə çıxış edəcəklər.
Konfransın musiqili hissəsində romanslar ifa ediləcək, böyük Nəsiminin poeziyası əsasında Azərbaycan bəstəkarlarının orkestr əsərlərindən videofraqmentlər göstəriləcək.
Mənbə: azertag.az
-
“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamına əsasən layihəsi hazırlanan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” ilə bağlı müzakirələr davam etdirilir.
Konsepsiyanın hazırlanması ilə əlaqədar yaradılmış, tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, eləcə də dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi Qrupunun aprelin 17-də Nizami Kino Mərkəzində növbəti toplantısı keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə İşçi Qrupunun üzvləri ilə yanaşı, ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı müəssisələri və müstəqil kino mütəxəssisləri də iştirak ediblər.
Qeyd edək ki, bugünədək təşkil edilən müzakirələrdə “Azərbaycanfilm”, “Narimanfilm”, “Salnaməfilm”, Bakı Media Mərkəzi, “Ultra production”, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi və s. dövlət və özəl kino müəssisələrinin, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların, eləcə də müstəqil kino mütəxəssislərinin təklifləri dinlənilib, Azərbaycanda bu sahədəki mövcud vəziyyət, film sənayesinin yenidən qurulması, sahənin inkişafı ilə bağlı problemlər və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: azertag.az
-
Yazıçı Yunus Oğuzun “Ovçu” romanı Daşkənddə özbək dilinə tərcümə olunub
Tanınmış Azərbaycan yazıçısı, türkoloq alim Yunus Oğuzun Aprel döyüşlərinə həsr etdiyi “Ovçu” romanı Daşkənddə özbək dilinə tərcümə olunub.
Kitabın Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Daşkənddə nəşri və təqdimatının keçirilməsi nəzərdə tutulur. “Ovçu” romanını özbək dilinə alim, tərcüməçi Gülbahar Aşurova çevirib.
Yazıçı romanda tarixə nəzər salıb, Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyinə səbəb olan, xalqımızın qəhrəmanlıq və zəfər tarixinin şanlı səhifələrindən olan Aprel döyüşlərini öz əsərində əks etdirib.
Bu tarixi roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olan bütün igid əsgərlərin əziz xatirəsinə bir elegiyadır. Qeyd edək ki, romanda Azərbaycanın dövlət başçısının obrazı xüsusi yer tutur.
Qeyd edək ki, “Ovçu” romanı qəhrəmanlığın təbliğində, zəfər tariximizin gənc nəslə təlqin edilməsində mühüm rol oynayır.
Mənbə: azertag.az
-
Bədii, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsi ilə bağlı əlavə məlumat…
Prezident İlham Əliyevin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” müvafiq Sərəncamının icrasına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş bədii, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak üçün azbüdcəli tammetrajlı bədii, həmçinin uşaq mövzusunda bədii, qısametrajlı bədii, sənədli və animasiya filminin ssenarisinin təqdim edilməsi tələb olunur.
Müsabiqənin münsiflər heyətinin məlumatına əsasən müsabiqəyə maraq gündən-günə artmaqdadır. Təqdim olunan onlarla ssenariyə artıq baxılmağa başlanılıb.
Eyni zamanda münsiflər heyəti qeyd edir ki, bəzi müəlliflər əvvəlcədən elan olunmuş şərtlərdən kənara çıxaraq baxılmaq üçün ssenari deyil, hekayə, povest, pyes və digər janrlarda bədii əsərlər, eləcə də sinopsis və tritmentlər təqdim edirlər. Lakin iştirak şərtlərində göstərildiyi kimi, müsabiqəyə yalnız filmlərin ədəbi ssenariləri təqdim olunmalıdır. Əks halda göndərilən işlərə baxılmır.
Mənbə: azertag.az
-
Mədəniyyət nazirinin birinci müavini Budapeştdə Nəsimiyə həsr olunacaq tədbirlərdə iştirak edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin haqqında Sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına, həmçinin ölkə başçısının “Nəsimi ili” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin, Azərbaycanın Macarıstandakı səfirliyinin, Yunus Əmrə İnstitutunun və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə aprelin 24-də Budapeşt şəhərində, Yunus Əmrə İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunacaq ədəbi-musiqili tədbir keçiriləcək.
Tədbirdə iştirak etmək məqsədilə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 22-dən 25-dək Macarıstana səfərdə olacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, rəsmi şəxslərin, Azərbaycan və Türkiyədən dəvət olunacaq nəsimişünas alimlərin, macar türkoloqların çıxış edəcəyi tədbirdə Azərbaycan Milli Kitabxanasının fondunda olan, Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin təşkili, azərbaycanlı tələbələrin və yerli macar musiqiçilərin ifasında şairin qəzəllərinin və sözlərinə yazılmış musiqi parçalarının səsləndirilməsi nəzərdə tutulub.
Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində Macarıstan İnsan Resursları Nazirliyində və Macarıstan Milli Kitabxanasında görüşlərin keçirilməsi, iki ölkə arasında “Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı”nın imzalanması, eyni zamanda Macarıstan Milli Kitabxanasında qədim şərq (Azərbaycan, türk, ərəb və fars) əlyazmaları fondu ilə tanışlıq planlaşdırılıb.
Mənbə: azertag.az
-
Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2019-cu ilin may ayında görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərovun anadan olmasının 110 illiyi tamam olur.
Akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr etmiş, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Onun geniş əhatəli elmi irsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatşünaslığına yeni yaradıcılıq keyfiyyətləri qazandırmış görkəmli alim Məmməd Cəfər Cəfərovun anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2019-cu il.Mənbə: https://president.az
-
Gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın “Sözümüz sözdür” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək
22 aprel 2019-cu il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natavan klubunda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafat”çısı, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, tanınmış gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət növbəti yeni kitabının təqdimat mərasimi və imza günü keçiriləcək.
Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
“Gülnar Səmanın “Sözümüz sözdür” kitabında söz rəngi”
Zər qədrini zərgər bilərsə, söz qədrini də söz adamı bilər. Sözü ən kəsərli və ən güclü silah bilən hər söz adamı kimi Gülnar Səma da söz gücünə arxalanaraq öz sözünü sözün bədii ifadə imkanları daxilində çatdırmağa çalışır. O, fikrə canlılıq gətirən söz rənginin müxtəlif çalarlarından “Sözümüz sözdür” kitabını yazarkən də istifadə etmişdir. Kitab AMEA-nın Ədəbiyyat İnstitutunda keçirilmiş Elmi Şuranın qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olundu. Daha öncə üç şeir kitabının müəllifi olan Gülnar Səmanın bu kitabında dövri mətbuatda dərc olunmuş publisistik məqalələri və iki müsahibəsi yer alır. Publisistik məqalələr toplusuna müəllif tərəfindən “Sözümüz sözdür” adının seçilməsi də təsadüfi deyil. “Sözümüz sözdür!” vədi vermək ehtimal ki, onun öz sözünə ərlik eləmək niyyətindən doğur. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir. Rəyçisi isə filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. Kitabın “Ön söz yerinə” başlıqlı hissəsində filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin “Söz azadlığı tənqidimizə nə verib?” adlı məqaləsindən sitat verilib. Sitatda müəllifin Gülnar Səmanın “Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış” məqaləsini ədəbi prosesin öyrənilməsi yönümündə atılmış uğurlu addım hesab etməsi, onun elmi-publisistik fəaliyyətini yüksək qiymətləndirməsi qeyd olunub.
Gülnar Səma ədəbiyyatın inkişafında dövlət qayğısının mühüm rol oynadığını qeyd edərək ümummilli lider Heydər Əliyevin və cənab prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində apardığı siyasəti təqdir edir. O, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” və “İlham Əliyev və Azərbaycan ədəbiyyatı” məqalələrində bu istiqamətdə görülmüş əməli tədbirlərdən bəhs edir, dövlət səviyyəsində atılmış addımların rolunu göstərir.
Publisistik məqalələr toplusunda lirik, epik və dramatik növdə olan əsərlərin tədqiqi ilə yanaşı konkret elmi, publisistik və şeir kitablarına həsr olunmuş yazılar da yer alır. Gülnar Səma tərəfindən tədqiq edilən nəsr əsərlərindən Elçin Əfəndiyevin “Kölgə” hekayəsində Şah Tutun kölgəsi zəminində gizlənən işıqlı mətləblərə aydınlıq gətirilir. Turqut Özakmanın “Diriliş Çanaqqala-1915” romanında Çanaqqala savaşında türkün göstərdiyi əzmkar mübarizəsinə qibtə hissi ilə yanaşılır. Qarabağ müharibəsində xalqımızın başına yağdırılan “dolu”nun törətdiyi faciələr Aqil Abbasın “Dolu” romanında öz bədii əksini tapmışdır. Gülnar Səma yazıçının xalq dərdinə ürəkağrısı ilə yanmasını, bu bəlanı törədənlərə qarşı nifrətini romandan gətirdiyi parçaların şərhi ilə oxucusuna çatdırır.
Bu və ya digər dövrlərdə müxtəlif qələm ustaları tərəfindən işlənmiş poema janrı Gülnar Səma tədqiqatçılığında özünə məxsusi yer tutur. Bu baxımdan poemaların tədqiqinə dair məqalələr xüsusilə diqqəti cəlb edir. Eyni janrda yazılmasına baxmayaraq poemalardakı mövzu, ideya, məzmun müxtəlifliyi, fərqli ifadə tərzi tədqiqatçının poemaların hər birinə yeni ədəbi hadisə kimi baxmasına və onların hər birinə fərdi yanaşmasına səbəb olur. Bu da, sözsüz ki, yeni fikir söyləməyə, orijinal mövqe tutmağa onu sövq edir.
Kitabda tədqiqat obyektinə çevrilən tarixi mövzulu poemaların bir qismində tarixi şəxsiyyətlərin bədii obrazı yaradılmış, digər qismində isə onların tarixi şücaətindən bəhs açılmışdır. Zəlimxan Yaqubun “Yunus Əmrə” dastanında böyük türk sufi şairi Yunus Əmrənin və “Hüseyn Saraçlı dastanı”nda aşıq Hüseyn Saraçlının, Məmməd İlqarın “Qaratel” poemasında igidliyi ilə şan-şöhrət qazanmış türk qızı Qaratelin, Elxan Zalın “Anıt məzar dastanı”nda ümummilli lider Heydər Əliyevin bədii obrazlarına münasibət bildirmişdir. İkinci qism poemalar Nəriman Həsənzadənin “Nuru paşa” poeması Nuru paşa şəxsiyyətinə və Musa Ələkbərlinin “Mübarizlik dərsi” poeması isə milli qəhrəman Mübariz İbrahimova həsr edilmişdir. Yusif Nəğməkarın “Çanaqqala”, Barat Vüsalın “Aldədə” poemalarının mövzusu ətrafında mühakimə yürüdən Gülnar Səma həmin tarixi şəxsiyyətlərin özəlliklərini və milli düşüncədə oynadıqları rol barədə geniş ümumiləşdirmə aparmağa çalışmışdır.
Gülnar Səma poemaların bədii-struktur cəhətdən işlənmə səciyyəsinə də xüsusi diqqət yetirir. O, “Elçin İsgəndərzadənin poemaları” məqaləsində şairin səkkiz poemasını tipoloji bölgüdə qruplaşdırmasına öz münasibətini bildirir və doğru mövqe götürərək “Turan savaşçısının nəğmələri”, “Şahmar şikəstəsi” poemalarına E.İsgəndərzadənin verdiyi epiqraflara əsasən həmin əsərlərin “poema-ithaf” adlandırılmasına etiraz edir. Bundan başqa, “Məmməd İlqarın “Qaratel” poemasının məziyyətləri” məqaləsində əsərin klassik türk dastanları strukturunda – nəsrlə nəzmin növbələşməsi şəklində yazılmasına diqqəti cəlb edir.
Poema janrının ədəbi təhlil səviyyəsində işlənməsi tədqiqatçının müxtəlif şeir kitablarına yazdığı məqalələrində də özünü göstərir. Bu qəbildən olan məqalələr sırasında tarix və müasirlik səpkisində Gülnar Səma Əlirza Xələflinin “Üzü Qarabağa” kitabında toplanan poemalarını və Kəmaləddin Qədimin “Köç” poemasını tədqiqata cəlb edir. O, “Köç” poemasında müəllif tərəfindən “köç” sözünün əsərdə təxminən 50 dəfə işlədildiyinə işarə edərək bu sözün çoxmənalılıq imkanından şairin ictimai-siyasi və fəlsəfi aspektdən müxtəlif problemləri uğurlu şəkildə şeirə gətirdiyini bildirir və xüsusən, vətəndən vətənə “köç” problemi üzərində dayanır. Məmməd Aslanın “20 Yanvar” faciəsinə həsr olunmuş “Ağla, qərənfil, ağla” poemasında bir vaxtlar xalqın şad gününə, sevincinə şərik çıxan, bu faciədən sonra isə xalqın dərdlərinə ağlayan qərənfil obrazı ustalıqla işlənmişdir. Gülnar Səma şairin “20 Yanvar” hadisəsinin doğurduğu təəssüratını, kədərini poemadan gətirdiyi sitatlarla ifadə edir, lirik, ancaq hüznlü duyğular yaradan “20 Yanvar” hadisəsinə həsr olunmuş bu poemanı tədqiqatçı “ciddi süjet xəttinə malik, lirik olsa da, epik hadisələri sərgiləyən poema” kimi qələmə verir.
Gülnar Səma Tahir Talıblının “Vaxt vaxtında gəlir” kitabında tarixi keçmişi öyrənmək baxımdan əhəmiyyətli yazıların toplandığını qeyd edir. O, Rəşad Məcidin “Çiyələk qadın” kitabında yer alan şeirlərin səmimiliyinə, müəllifin “sözdən söz çıxarmaq” qabiliyyətinə, neologizmləri müasir poeziyaya gətirmək cəhdinə və məhəbbət mövzulu şeirlərindəki cəfakeş aşiq obrazına diqqəti yönəldir. İbrahim İlyaslının “Yuxuma söykənmiş adam” kitabında cəm olunmuş şeirlərinin təhlili əsasında şairin Azərbaycan dilinin imkanlarından peşəkarlıqla istifadə, xalq ədəbiyyatından müvəffəqiyyətli şəkildə yararlanma kimi cəhətlərinə gənc ədəbiyyatşünas xüsusilə diqqət yetirir.“Sözümüz sözdür” kitabında Gülnar Səma müəllimi olmuş ədəbiyyatşünas alim Arif Əmrahoğlunun vəfatından doğan kədər hissini “Alın yazısına yazı” adlı yazısında ürəkağrıdıcı bir dillə ifadə edir, Əbülfət İslamı “Əbülfət İslamı xatırlayarkən” yazısında xatırlayır, elmi rəhbərini “Vaqif Yusifli-70” yazısı ilə təbrik edir. “Yanar ürəyin işığında” haqqında yazdığı məqaləsində isə Mədət Əyyuboğlu haqqında məlumat verməklə bərabər Əlirza Xələflinin onun şeirləri barəsində söylədiyi fikirlərə də yer ayırır. O, “Sözümüz sözdür” kitabında Fərqanə Mehdiyeva, İsa Cavadoğlu, Məmməd İsmayıl, Vahid Məmmədli, Sərraf Şiruyə, Akif Səməd, Elşən Əzim, Saqif Qaratorpaq, İnci Okumuş, Elməddin Nicat, Faiq Hüseynbəyli, Elşad Ərşadoğlu, Hafiz Hacxalıl kimi şairlərin yaradıcılığına dair məqalələrdə müəlliflərin ayrı-ayrı əsərlərinin tədqiq edilməsi ilə yanaşı onlar barəsində informasiya da verir.
Filologiya elmləri doktoru Vilayət Quliyevin “Füyuzat”ın iki yazarı” monoqrafiyasına gənc ədəbiyyatşünasın “Füyuzat”ın iki yazarı”na bir baxış” adlı resenziyası müasir ədəbiyyatşünaslıq elmi üçün xüsusilə əhəmiyyətlidir. Monoqrafiyada “Füyuzat” jurnalının iki yazarının – Əhməd Kamal Akünal, Asan Səbri Ayvazovun həyat və fəaliyyəti bütün cəhətləri ilə işıqlandırılmış, onlar barəsində ətraflı və obyektiv məlumat verən və elmi ictimaiyyətə az məlum olan faktlar yer almışdır. Gülnar Səmanın “Cavidanə uçurum” məqaləsi Hüseyn Cavid yaradıcılığında xüsusi yer tutan uçurum mövzusuna həsr olunmuş, H.Cavidin “Ana”, “Maral”, “Şeyda”, “Şeyx Sənan”, “Uçurum”, “Peyğəmbər”, “Topal Teymur”, “Xəyyam” əsərlərində bu mövzunun işlənmə səciyyəsi göstərilmişdir. “Molla Nəsrəddin” jurnalının ensiklopediyasının hazırlanmasından doğan sevinc və qürur hissi onun “Molla Nəsrəddin” Ensiklopediyası: böyük salnamənin işıqlı səhifələri” məqaləsində öz əksini tapmışdır. Burada o, jurnalın nəşr tarixinə ekskurs etmiş, onun Azərbaycan və Şərq xalqlarının ictimai fikrinin inkişafında oynadığı rola xüsusi diqqət yetirmişdir.
“Cümhuriyyət dövrü ədəbiyyatına bir baxış” məqaləsində cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı tədqiqata cəlb edilmiş, M.Rəfizadə, İ.Oruczadə, İ.Qəmbəroğlu, Ə.Misan, Ə.Şövqi, S.Y.Kərimi, F.Sacidi, Ə.Bağırlı, Mətləb oğlu Abutalıb, Mürşüd, Şərafəddin, C.Sahir, M.Ü.Gəncəli, Ə.Dai kimi az tanınan ədiblərin fəaliyyətinə, həmin dövrdə çap olunan poeziya, nəsr, dram əsərlərinə və monoqrafiyalarına baxış keçirilmişdir. Bu dövrdə ədəbiyyatın və milli ictimai fikrin inkişafında mühüm rol oynayan ədəbi qurumların, qəzet və jurnalların fəaliyyəti də məqalədə şərh olunmuşdur.
“Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış” məqaləsində isə gənc ədiblərin 2015-ci ildə çap etdirdiyi bədii əsərlər təhlilə cəlb olunmuş, onların həmin ildəki fəaliyyəti barəsində ümumiləşdirmə aparılmışdır. Gülnar Səma “aybKitab” layihəsi çərçivəsində 2015-ci ildə gənc şair və yazıçıların kitablarının nəşr olunması və “kitabevim.az”ın təşkilatçılığı ilə kitab təqdimatlarının keçirilməsi barədə məlumat verir və ədiblərin bədii yaradıcılıq fəaliyyətinin ümumi mənzərəsini yaradır. O, gənc ədiblərdən Pərvinin müxtəlif tale yaşamış on qadının həyatına həsr olunan esselərinə “Qadın olmaq”, Arzu Hüseynin saf, səmimi arzularla çırpınan poeziyasına “Sonu əlvida”, Nuranə Nurun təkcə ayrı-ayrı şeirlərində deyil, misralarında belə yer alan fəlsəfəsinə “Yoxluğuna və sağlığına”, Emin Pirinin müharibənin törətdiyi faciələri poetik dillə ifadəsinə “Tanrının kölgəsi”, Ramil Əhmədin həyati müşahidələrlə bədii təfəkkürün bir araya gələrək yaranan şeirlərinə “Zaman tuneli”, Ruslan Dostəlinin təbii, səmimi dillə ifadə olunan və həm də oxucusunu düşündürə bilən lirikasına “Ruslan dostumun kitabı”, Şəfa Vəlinin orijinal və özünəməxsus üslubda yazılmış şeirlərinə “Poçtalyona məktub”, Şahanə Müşfiqin sevgi və sevgisizlik məngənəsində yaranan poeziyasına “Şahanənin nağılı” kitablarına əsasən ədəbi təhlil müstəvisində münasibətini bildirmiş, onların yaradıcılığını bütün cəhətləri ilə açmağa çalışır. Həmin ilin prezident təqaüdçülərindən müxtəlif yazıçı və şairlərin əsərlərini ədəbi təhlilə cəlb etməklə 2015-ci ilin ədəbi mənzərəsi barədə təsəvvür yaratmağa müvəffəq olmuşdur. Gülnar Səma Dünya Gənc Türk Yazarlar Birliyinin keçirtdiyi maraqlı layihələrlə yadda qaldığını və senet.az, manera.az saytlarının gənc imzaların tanıdılmasındakı rolunu xüsusilə qeyd etmişdir.
Kitabda yer alan “Ulduz” jurnalında ədəbi müzakirə” Gülnar Səmanın moderatorluğu ilə keçirilmişdir. Müzakirə Gənc Ədiblər Məktəbi 1-in mümayəndəsi yazıçı Pərvin, Gənc Ədiblər Məktəbi 2-nin məzunu şair və ədəbiyyatşünas Gülnar Səma, Gənc Ədiblər Məktəbi 3-ün məzunu şair Ulucay Akif arasında baş tutmuşdur. Müasir ədəbi gənclik və ədəbi proses ətrafında aparılan müzakirə zamanı Pərvin gəncləri fəallığa və zəhmətkeşliyə səsləmiş, Ulucay Akif isə bəzi istedadlı gənclərin çap edilməmək istəyi ilə kölgədə qaldığını dilə gətirmişdir. Gülnar Səma U.Akifin ədəbi tənqidin passivliyi barəsində söylədiyi fikirlərə qarşı çıxaraq AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda mütəmadi olaraq “Ədəbi proses” tədbirlərinin keçirilməsini, V.Yusifli, M.Osmanoğlu, C.Yusifli, E.Akimova kimi tənqidçilər tərəfindən müasir ədəbi prosesin izlənməsi faktlarını sadalayır. “Söz-Səs-Rəng üçlüyü”ndə isə Gülnar Səma bəstəkar-pianoçu Ceyhun Allahverdiyev və Esmira Rəhimli, Gülnarə Mahmud kimi rəssamları bir araya gətirib bədii sənət adamlarının ədəbi mühitlə bağlılığı yönümündə maraqlı müzakirə keçirmişdir. Musiqi-ədəbiyyat-dekorasiya vəhdəti ilə gələcəkdə uğurlu sənət nümunələrinin yaradılması ideyası müzakirədə əsas zəmin təşkil etmişdir. Gülnar Səma sənət dostlarına bir-birinin yaradıcılığına laqeyd qalmamağı və vaxt, fürsət olduqca bir-birinin fəaliyyətini izləməyi tövsiyə edir.
Gülnar Səma tədqiq obyektini janr, forma, məzmun, ideya cəhətdən tədqiqi ilə yetinməyib, həm də onların dil-üslub xüsusiyyətlərini təhlilə cəlb edir. O, poema və şeirlərin dilində işlənən qüsurlar, qafiyə quruluşunda buraxılan səhvlərlə barışmır, həm də şair olan Gülnar Səma həmkarlarına öz tövsiyələrini də verir. “Şəfa Vəlinin “Poçtalyona məktubu” məqaləsində o, qafiyələnmə texnikasında yol verilən qüsurları göstərirsə, “Arzu Hüseynin içində yaşayan məsumluq” məqaləsində isə qrammatik qaydaların gözlənilməməsi hallarına işarə edir. Həmçinin o, “Ramil Əhməd və ya “Zaman tuneli”ndə zamanı sıfırlayan şair” məqaləsində “metamorfoz”, “metafizika”, “kapitalizm”, “topaz” kimi poeziya dilinə yatmayan əcnəbi sözlərin Ramil Əhmədin şeirlərində “vətəndaşlıq hüququ” qazanmasına etirazını bildirir və həmkarına “Bir qadının gündəliyi” şeirindəki üslubu saxlamağı tövsiyə edir.
Tədqiqat obyekti olaraq seçdiyi bədii əsər ona material verdikcə yazır. O, hətta müəllifin ayrı-ayrı şeirləri ilə kifayətlənməyib, misralarına keçid alır, təhlil etdikcə edir. Bu baxımdan onun “Ömrün yarım əsri”, “Məmməd İsmayılın lirikası”, “Rəşad Məcidin “Çiyələk qadın”ı”, “Elşən Əzimin “Güldən ağır sözü”, “İsa Cavadoğlu şeirlərində təbiət”, “Şeir boyda şair”, “Faiq Hüseynbəyli yaradıcılığının çalarları”, “Arzu Hüseynin içində yaşayan məsumluq”, “Nuranə Nurun “Yoxluğuna və sağlığına”, “Emin Piri “Tanrının kölgəsi”ndə”, “Elməddin Nicata məktub”, “Ruslan Dostəlinin gənclik hesabatı”kimi bədii-publisistik məqalələri səciyyəvidir.
Bədii materialın mövzusunu müəyyənləşdirməkdə, ideyasını və fəlsəfəsini açmaqda, məzmununu təhlil etməkdə obyektiv mövqe sərgiləmək, yeni söz və orijinal fikir söyləmək Gülnar Səma tədqiqatçılığı üçün səciyyəvi cəhətlərdir. Gülnar Səmanın, xüsusən, gənc ədiblərin yaradıcılığına göstərdiyi həssas münasibəti müasir ədəbi prosesin öyrənilməsi baxımından təqdir edilməlidir. Onun ədəbiyyat naminə fədakarcasına çəkdiyi zəhmət isə alqışa layiqdir. Gənc ədiblərin yaradıcılığının ədəbi təhlilə cəlb edilməsi həm də bu imzaların tanıdılması yönümündə atılmış uğurlu addımdır.
Obyektiv, orijinal, yeni söz, yeni fikir sahibi, hər gəncin uğuruna inandığım kimi, Gülnar Səma, gələcək uğurlarına inanıram! “Sözümüz sözdür!” vədi verən Gülnar Səmaya doğru və obyektiv sözə daim sadiq qalmasını arzulayıram.Təhminə VƏLİYEVA,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Mətbuat tarixi və publisistika
şöbəsinin kiçik elmi işçisi.
valiyevatahmina@gmail.com -
Gənc xanım yazar İlahə İmanovanın şeirləri “Hece Taşları” dərgisində çap olunub
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavini, istedadlı gənc xanım yazar İlahə İmanovanın doğum günü-yubileyi münasibətilə “Susursan… dinmirsən yenə bu axşam”, “Ömrümün ətirli gül bağçasında” şeirləri Anadolu türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dergisinin yeni 50. sayısınnda dərc olunub.
“Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.
Qeyd edək ki, bundan öncə şair İbrahim İlyaslının bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” dərgisinin 99. Sayısında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Röportaj – “Tehlikeleri bilmemenin verdiği cesaretle ortaya atılan maceracılar değiliz.”
Kadir BAYRAK.
Kardelen’in muhasebesinin yapılacağı 100.sayıda, dergimizin kurucusu ve halen sahibi eğitimci-yazar Ali Erdal Hocamızla röportaj yapmayı arzu ettik. Okul duvar gazetesinden başlayarak 28 yılı deviren ve 100.sayıya ulaşan Kardelen’in istisnasız bütün sayılarında ve her aşamasında emeği bulunan Ali Erdal Hocamızla derginin dününü, bugününü ve yarınını konuştuk.
―Dergi çıkarma fikri ilk nasıl ve nerede doğdu? “Kardelen” ismine nasıl karar verildi?
―Nasrettin Hoca bakmış, çeşmeden su akmıyor. Çünkü borusunu tıkamışlar. İnsanlar ve hayvanlar susuz bırakılır mı?.. Hemen tıkacı çıkarmış. Biriken su her tarafını ıslatınca demiş ki: “Senin ağzını kapatanın bir bildiği varmış”…
Eğitim sistemimiz; ezberci, dolayısıyla araştırmayan, icat ve keşif bilmeyen, öğrendiklerini davranışa geçiremeyen, kabiliyetlerini tam kullanamayan, eser veremeyen; belli sevgi ve nefretler dayatılmış, şahsiyetsiz insanlar yetiştiriyor.
Öğretmen, bilhassa Türkçe edebiyat öğretmenleri… Okuyan, okuduğunu anlayan, doğru düşünen ve yorumlayan, kazandıklarını eser haline getiren, rey sahibi ve şahsiyetli; doğruya inanan, güzeli seven, iyiliğe teşne; kabiliyetlerinin ve millî değerlerinin farkında, kendine ve milletine inanan ve güvenen insanlar yetiştirmeli. Sistemin; eli, kolu, dili bağlayan engellerinin üstesinden gelmeli. Benim yaptığım bu… Bilecik Anadolu Lisesi öğrencileri gayretime tahminimden, ümidimden daha fazla cevap verdi ve Kardelen, öğrencilerin elinde duvar gazetesi olarak doğdu. Sıradan, âdet yerini bulsun diye çıkan bir duvar gazetesi değil! Eser olarak doğdu. Belirtilen zamanlarda istikrarla çıkıyor. Her birinin ayrı köşesi, sütunu var ve aksamadan devam ediyorlar. Gençlik heyecanları ve enerjileri gazetede parlıyor. Okulun, hattâ şehrin nabzını tutuyorlar. Yeni sayı çıktığında önü dolup taşıyor. Hoşnut olmayanlar, kardşı olanlar, herkes derse girince çaktırmadan okuyor. Böyle bir faaliyet, öğrencisinden idarecisine herkesi memnun etmeli değil mi? Öyle olmadı. Okulda daha tesirli bir güce tahammül edilebilir mi? Görülmüş şey mi? Böyle başına buyruk hareket ederse öğrenci, ilerde bunlar irtica gibi bir gücün elinde zararlı olur. Emareleri de görülüyor. Bunu zamanında önlemeyeni de sistem cezalandırır. Darbe heveskârı cuntaya ve şefine haddi bildirilmeli… Beni onların öğretmenliğinden aldılar. Fakat bu Kardelen’i durduramadı. Kırat gemin almış, yol mu dayanır! Engelleri aştılar. Çocuk oyunu oynamıyorlar… Büyük adamlar, dünyaya hitap eden yayın yapıyorlar. Duvar gazetesi ile yetinmeyip, fotokopi nüshalar çıkardılar. Yerime derse giren öğretmenlere usul ve edep dairesi içinde tepki gösterdiler. Ve onların gitmesini, benim tekrar öğretmenleri olmamı sağladılar.
Mezun olunca hep birlikte Sakarya gazetesine geldiler ve basılı dergi olarak devam heyecanlarını belirttiler. O heyecanı ve isteği kimse durduramazdı. Bu duruma göre Kardelen, 28 değil, 31 yaşında…
İşin olaylar kısmını ve ismin nasıl verildiğini Özgür, bu sayıdaki yazısında çok güzel anlatmış.
―Anadolu’nun küçük bir şehrinde fikir dergisi çıkarmak ve fikir çilesine talip olmanın zorlukları nelerdi?
―Çoğu zorluk, büyük yerde de küçük yerde de aynı… Büyük yerlerin imkânları daha geniş. Köyden çıkacak futbol takımı şehirden çıkacakla yarışabilir mi? Ama en büyük devletimizin doğduğu topraklardan bir fikir zuhurunun, kabul edilebilirlik bakımından bir imkân olduğu muhakkak. Bunun için bazı tanıtımlarımızda “Osmanlı’nın doğduğu topraklardan” dedik ve şöyle tamamladık: “Bir kere daha!” “Osmanlı’nın doğduğu topraklardan bir kere daha!”
Şimdi, teknik ve iletişimdeki gelişmeler sayesinde her yerde aynı imkânlar var. Erzurumlu İbrahim Hakkı meşhur eseri Marifetname’yi bastırabilmek için İstanbul’a gitmek mecburiyetinde idi. Şimdi dağda, bir yandan sürülerini güden çoban, yayın yapabiliyor. Bu furya bir zaman sonra, kalite yarışına döner.
Umumî zorluk şu: Bir Kızılderili atasözü, “Muhatabınızın anladığı, sizin ifade ettiğiniz değil, onun anlama kapasitesi kadardır” diyor. Fikir dergisi, kimsenin hayalinde bile yok. “Fikrin değerini bilenlere” diyoruz… Deli olmalıydık… Çıkış beyannamemizde zorlukları peşin olarak ifade etmiştik:
“Şu zamanda ve böyle bir zeminde, kurumun kültür tahsisatını ‘kitabına uydurarak’ kapmak ve kurumun mallarını kendisi ve yandaşları için ‘okutmak’ becerisindeki açıkgözler dergi çıkarır… Kozasında ölmeye razı böcekler gibi, dar çevreye hitapla yetinen mütevazı kahramanlar dergi çıkarır… Cepleri bol parayla doldurulan ve Türk kültürünü yıkmakla görevli kişicikler, fuhuş dedikodularını fiyakalı şekilde ele alan dergiler çıkarabilir… Cemiyet bütün bunları anlar… Fakat fikir ve kültür dergisi çıkarılmasını anlayamaz… Öldürülünce cesedi, fikir düşmanı magazin gazeteleriyle örtülecek olanlar için fikir dergisi çıkarmayı düşünenler, uzaydan gelmiş yaratıklar gibidir. Şairin ‘Melâli anlamayan nesle âşinâ değiliz’ dediği gibi, biz de fikri anlayan nesle âşina değiliz…”
Neyi neye rağmen yapıyoruz; daha başlangıçta beyannamede söylüyoruz: “Biz tehlikeleri bilmemenin verdiği cesaretle ortaya atılan maceracılar değiliz.” Diyoruz ama okuyan kim? Bakın daha o zaman ne demişiz: “Bir kısmını ifadeye çalıştığımız menfi şartlara rağmen Kardelen’i çıkarabildik… Hiçbir zengine eyvallah etmemeyi, resmî ve özel ilân dilenmemeyi, ‘abone olun’ diye kimseye yalvarmamayı ve dostlarımıza bile ‘hatırımız için dergimizi satın alın’ dememeyi göze alarak…” Ve Allah Kardelen’e cemiyet meydanına çıkmayı nasip ediyor. Kardelen, cemiyete, istihza ile soruyor: “Sonsuza taşma kapasitesindeki imanın ve fikrin dergisini çıkarmak azmindeki kalemlere (tımarhaneye atmayı düşünmüyorsan); nasıl bir muameleyi yakıştırırsın?..”
Çocukça heyecanları ciddiye alan ve körükleyen, bir şey yaptığını zanneden bir öğretmen… Bir süre sonra heyecan biter. Çocuklar, hayata atılınca şarkının dediği gibi olur: “Bu da bir hevesmiş güzelim, geldi geçti!” O gün öyle görenler, bugün çeyrek asır sonra, yanlış teşhis etmişiz demek asaletini gösterebiliyor mu? Dergi hediye ettiğimiz biri… Satın al, abone ol demiyoruz… Hediye!.. Bakmadan, teşekkür etmeden, ikiye katladı, iyice bastırdı, tekrar ikiye katladı, iç cebine tıkıştırdı. Akıbetini tahmin ediyoruz. Günlerce cebinde unutulacak, hatırlanınca en yakın çöplüğü boylayacak. Gül atmak misali, meseleyi az çok anladıkları halde, görmezlikten gelenler var bir de… Onları Allah’a havale ediyoruz.
Şimdi biz, çeyrek asrı aşkın zaman sonra bir hususta şaşkınız… Bu durumda başlatanlar, devam edenler, katılanlar; dergiyi satın alanlar, okuyanlar yani bugüne kadar yaşatanlar, sosyal medyada destek olanlar nasıl takdir edilir, aciziz. Nasıl teşekkür edeceğimizi bilemiyoruz. Allah’tan mükâfatlarını misliyle vermesini niyaz etmekten başka bir şey gelmiyor elimizden.
―6. Baskısı yapılan “Ertuğrul Gazi – Kaynağı Bulan Adam” eserinizde Kayı Boyu’nun üçyüz yıl ve yedibin kilometre süren yolculuğunu “toprağını arayan tohum” olarak nitelendiriyorsunuz. Söğüt, Bilecik ve çevresi de “tohumu bekleyen toprak” olarak vasıflandırılıyor. Kader inancımız gereği hiçbir şey tesadüfle izah edilemeyeceğine göre, Kayı Boyu’nun uzun yolculuğunun nihaî noktası, Kardelen’e de can suyunu veren Bilecik’i zaman ve mekân planında değerlendirebilir misiniz…
―Her şey Allah’ın kudretinde olduğuna göre, her şeyin kaderi var. Kardelen 8. sayısında bunu ele almış, “Toprakla kültürü barıştıralım” demişti. Mizah kongresi, Nasrettin Hoca’nın memleketine yakışır. Güreş turnuvası denince, hele karakucak, herkesin aklına Kırkpınar gelir. Kavun, güneşi bilmez ama, ihtiyacının hasretini çeker. Hasret, Allah’ın içimize yerleştirdiği, belki bütün mahlûkatına kapasitesine göre verdiği, aşkın tohumu… Her şey, bir şeyin hasretini çeker, onlar vesileyle ve vasıtasıyla hasreti çekilen Allah’tır. Leylâ ile Mecnun’da anlatıldığı gibi. Canımız bir yiyecek ister, niçin, ondaki bir değere vücudumuzun ihtiyacı vardır. Allah onu istetir. Üstad ne güzel ifade ediyor: “Seni aramam için beni uzağa attın!” Aş ermek, basit bir istek değildir. Lut gölü malûm… Oradan bir Osmanlı devleti zuhur edebilir mi? Azerbaycan’dan bir kardeşimiz ve yazarımız Kardelen için bunu ifade etti… Cavit Kasımlı… Akademisyen… “En büyük devletimizin kurulduğu topraklardan bir tefekkür dergisi doğması tabiîdir. Kardelen de fikir dünyamızda yerini alacak.”
―Günümüzde dergi çıkarmanın zorlukları, birçok derginin yayın hayatının kısa ömürlü olduğu, devam eden dergilerin de basılı hallerinden e-dergiye geçtiği bir ortamda 28 yıldır çıkan Kardelen, dergiciliğin geleceğini nasıl görüyor?
―Dünya bir değer erozyonu yaşıyor. Sayı çokluğu, kaliteyi öldürüyor. Basılı her şeyden uzaklaşma furyası… Sebebi ucuzculuk ve kolaycılık. Her sahada bütün dünyayı saran bir hastalık. Çağın hastalığı… Mevsim nezlesi gibi… “Evlâdiyelik” denirdi eskiden, kaliteli mal için. Şimdi kaliteye lüzum yok, bir kere kullan at. Kitap yerine, görüntü… Çek fotoğrafı, sanki büyük eser veriyormuş gibi, ondan sonra bir daha görme… İnsanlığın, bir kere gördükten sonra kaybolup gidenden, dijital ortamdan bıkacak ve kâğıt üzerinde sabit kalanın hasretini çekeceğini ümit ediyorum. Kardelen olarak basılı olanda, sitedekinden üstün değerler olduğunu göstermeliyiz. İnternette gördüğünden daha üstün bir fikir tadını Kardelen’de hâkim kılmaya çalışıyoruz. Bu tadı bir kere alan, vaz geçemez. Bunun şuurundayız.
―Kapaklar dergilerin vitrinidir. Kardelen’in kapaklarına baktığımızda derin mânâlar içerdiğini, Üstad’ın deyişiyle fikir sancısı çekildiğini görüyoruz. Kardelen’in dergi kapaklarındaki fikirler kime ait, kapaklar nasıl şekilleniyor?
―Kapaklar, herkesin az çok, kendi kapasitesine göre farkettiği değerler. Basılı derginin değerini hem gösteriyor, hem arttırıyor. Hem vitrin, hem fikir. Dergiyi kalıcı kılan en önemli unsur. Dergicilikte birinci değer… Batı’da bugün bile bir dergi birini kapak yaptı mı, dünyayı sarsan haberlerin önüne geçiyor. Büyük Doğu’nun kapaklarından evlere, işyerlerine asılanlar olurdu. Bugünkü teknikle etkili kapaklar yapmak daha mümkün. Kardelen bunu en iyi şekilde başarıyor. Yüzüncü sayısında, göğsünü gere gere bütün kapaklarını dergide yayınlıyor. Bunu yapabilen bir dergi bilmiyorum.
Çıkacak sayı konusunun istişare ile seçilmesi kaliteyi başlatıyor. Aramızdan birinden bir fikir kıvılcımı… İstişare ile geliştiriliyor. Herkesten orijinal fikirler doğuyor. Emre, istişarelerden sonra karar veriyor ve çiziyor. Bazı fikirler çizim sırasında icat ediliyor. Meselâ 87. Sayı kapağı böyle… Emre’nin icadı… Her gönüldaşımız, kapağın ne ifade ettiğinin şuurunda. İletişim imkânlarını bu yolda en iyi kullanan olduğumuzu rahatça söyleyebiliriz. Kapakların kalitesi, önce taşıdığımız iman ve fikirden, sonra yine ona bağlı olarak istişare ve gönülden faaliyet, ve gayretten…
―Fikrin değeri nasıl bilinir? 28 yılı Kardelen’le geçen ömrünüzde fikrin değeri bilindi mi?
―28 yıldır, fikrin değerini bilen okuyucularından başka kimseye eyvallah etmeden istikrarla yayınlanabilmesi, tek başına bunu ifade eder. Demek fikrin değerini bilen bir kadro var. Ve bu kadro, bütün hayatı ile, mükâfatını Allah’tan bekleyen bir gayret içinde. Aynı şekilde yurt içinden ve dışından eserlerimizi değerlendirir misiniz taleplerinin gittikçe artması… Demek çıkış beyannamemizde dediğimiz olmuş: “Bir maya tutturulabilmiş.” 3 ayda bir yapılan toplantılar, alınan kararlar, bunların kayda geçirilmesi, uygulanması, takibi… Yazıların toplanması, tasnifi, değerlendirilmesi, yerleştirilmesi, takibi, sonra sitede yayınlanması… Dergi, site, Ayışığı ve sayı editörlükleri… Yayın kurulu… Aksamadan vazifeler yapılıyor.. Röportajlar… İlk yayınından itibaren devam eden köşeler; acıyorum gibi… Başta teknik olmak üzere her sahadaki gelişmeleri, paket programları hemen en iyi şekilde kullanıyoruz. Çıkış beyannamemizde, “hâlâ ve her şeye rağmen var olduğuna inandığımız DÜŞÜNEN ADAM’a” hitap edildi. “Onlara ulaşılabilirse bir maya tutturulabilir” dendi. Başka bir destek olmaksızın 100. sayıya ulaşabildiğine göre demek ki bir maya tutturulabilmiş. Kapakların eser olarak ortaya çıkışı, 2. Sayfa yazısının seçimi, Kürsü yazısını seçimi… Fikrin değerinin bilinmesi ve vatanın her yerini tutması büyük hadise… Bunu diyemesek de, fikrin değerini bilenler oldu diyebiliriz. Bu sayede Kardelen üç ayda bir de olsa, açıyor. Bu sayede kendine has karar alma sistemini kurul. İşliyor, gelişiyor. Kararlar uygulanıyor. Dergi çıkıyor, site devam ediyor. Ve hepsi ile Kardelen bir üniversite gibi… Her sayı bir fikir indifaı…
Dopdolu bir 100. sayı, içinde Kardelen’in muhasebesini yapan birbirinden güzel ve her biri Kardelen’i değişik bir yönünü muhasebe eden yazılar, haberler, resimler, röportajlar… Her biri ayrı ayrı Kardelen etrafında bir fikir nüvesi, bir fikir hâlesi meydana geldiğini gösteriyor.
―100 sayılık tarihe baktığımızda Kardelen’in geldiği yeri nasıl değerlendiriyorsunuz, eksikleri var mı, şunları yapabilsek daha iyi olur dediğiniz şeyler var mı?
―“Düşünen adamlar” dışında bir güce eyvallah etmeden yapılabilecek olan yapıldı. Dergi, siteler, sosyal medyalar, toplantılar… Bu minval üzere her birinde gelişme ve yeni icatlarla devam ediliyor. Arıların çiçeklerde toplaştığı gibi, fikrin değerini bilenler Kardelen etrafında toplanıyor. İnanç, istişare ve istikrarla karınca gibi çalışmaya devam… Sefer bizden, zafer Allah’tan.
―Kardelen’in “Çıkış beyannamesi”nde, “biz tehlikeleri bilmemenin verdiği cesaretle ortaya çıkan maceracılar değiliz” dedikten sonra o gün için uygulanması şöyle dursun söylenmesi bile hayal edilemeyecek prensipleri ortaya koyuyorsunuz. 100. sayınızda da aynı beyanname yer alıyor. Size o prensipleri söyleten anlayış neydi? 100. sayıda da aynı beyannameyi yayınlamakta amacınız nedir?
―Doğru fikir, tükenmez enerji santralı. Çıkış beyannamesini söyleten; 100. sayıya getiren; sosyal medyaları harekete geçiren; toplantıları, istişareleri ve röportajlar yaptıran, yazıları yazdıran, icatları yaptıran, prensipleri ortaya koyduran ve uygulatan odur. Bir hadisten sağlam imandan üstün nimet olmadığını öğreniyoruz. Allah’a şükrediyoruz. Bizim yerimize Yunus söylesin:
“Gördüm diyen değil, gören
Bildim diyen değil, bilen
Bilen O’dur, gösteren O,
Aşka esir olan benem!”
―Kardelen, 100 sayıdır ikinci sayfasında okuyucusunu Üstad’ın bir yazısı ile karşılıyor. Kürsü köşesinde, İman ve İslâm Atlası’na yer veriyorsunuz. Derginin mizanpajında, köşe isimlendirmelerinde, yazarların eserlerinde Büyük Doğu’nun bariz bir etkisi var. Büyük Doğu’yu nasıl ifade edersiniz? Kardelen’e, Büyük Doğu fikriyatı içinde bir yer tayin etseniz…
―Büyük Doğu kendisini “İslâm’ın emir subayı” olarak ifade ediyor. Ve hakkını veriyorsa ayakta alkışlanmasını yani yanında yer alınmasını, hakkını veremiyorsa, şarlatanların akıbetine mahkûm edilmesini istiyor. Bu mânâda müslümana düşen, ya yanında yer almak, ya karşısında olmaktır. Biz elimizden geleni yaparız; Büyük Doğu fikriyatı içinde yerimizin neresi olduğu mühim değil. Bir sayı 2. sayfaya başka bir yazı koyduk. Okuyucu tepki gösterdi. Demek tavrımızı anlayan bir okuyucu var.
―Bir Hoca olarak, mensup olduğunuz nesil, Kardelen’in mensup olduğu nesil ve günümüze kadar nesilleri tahsil etseniz, kıyaslar yapsanız, düşünce iklimleri bakımından neler söylersiniz… Büyük Doğu’nun yetiştirdiği bir nesil mevcut mu? Büyük Doğu bu nesilleri nasıl etkiledi? Üstad’tan sonra ikinci sırada sizi en çok etkileyen bir isim var mı?
―Bizim neslimiz, Köroğlu hikâyelerini, masalları, destanları, halk hikâyelerini, menkıbeleri dinleyebilen son nesil… Ninniyle uyumanın hazzını bilen nesil. Anlatıcı, Tahir ile Zühre’yi anlatırken, “Eller geldi, Zührem gelmedi” diye türküsünü söylediği zaman kendisi dâhil, herkes ağlardı… Bir duygu ortaklığı… Köroğlu hikâyelerini anlatan, yeri gelince kalkar oyunu oynardı, herkes başını dik tutardı. Keloğlan, masal kahramanı değil, oyun arkadaşımızdı. Nasrettin Hoca bilge dedemizdi. Çocuklara yatmadan önce tekerlemeler okunurdu. Veya en büyük çocuk okurdu:
“Karşıdan gelen kırk atlı!”
Çocuklar hep birlikte at yürüyüşünün sesini ve kişnemelerini taklit eder…
“Kırkı da Muhammed adlı”
Salâvatlar…
“Evimizin etrafı…”
Çocuklar hep birlikte:
“Kırk Yasin kaplı!”
Emniyet ve huzur içinde yatağa…
Evlerde kadınlar ve çocuklar; caminin bitişiğinde mekteplerde erkekler… İlmihal bilgileri konuşulur, Kur’ân ezberlenirdi.
Büyük Doğu’yu anlamada bu fikir iklimi mühim rol oynadı.
Boşnak şair Cemalettin Latiç, “Babam Türkçe Yunus Emre’den ilâhiler söylerdideğil, organlarından biridir” diyor. Biz ümmî annemizden öğrendik Yunus Emre’nin şiirlerini. İlâhileri geline kına yakarken, damat giydirilirken söylenirdi. Yunus aramızda köyün yaşayan yüce kişisiydi. Mektepte ve akşamları evlerde İslâm harfleri ile yazılmış Muhammediye, Ahmediye benzeri eserler okunurdu. Ben namaz surelerini bu oturmalarda ve mektepte öğrenmişim.
Öğretmen okulunda Batı klâsikleri, Batı müziği, Batı sanatı sevdirildi ve okutuldu. Aynı yıllar, günün modası sol eserleri okudum. Tanınmış fıkra muharrirlerini okurduk, çizerleri takip ederdik, aldığımız gazeteleri değiştirerek. Askerlik çağında çeşitli grupları tanıdım.
―Bugüne kadar kaleme aldığınız eserler hakkında –beş kitabınızın yayınlandığını biliyoruz- eserlerin kaleme alındığı dönemlerin şartlarını da dikkate alarak bilgi verebilir misiniz… Yeni bir kitap çalışması var mı veya yazmayı arzulayıp da yazamadığınız?
― Destan ve Kurşun’u, Millî Eğitim Bakanlığı bastı. Tiyatro… 2. baskısı yaptı bakanlık. Anadolu Deyince, hikâyeler… Yeni bir diyalektik… Ertuğrul Gazı’nin 6. baskısını Bozüyük Belediyesi yaptı. Durun Kalabalıklar’ı İstanbul’da Okur Yayınevi bastı.
Kafka, “Kalem, yazarın elinde bir araç değil, organlarından biridir” diyor. Yazılanları cemiyete sunmak, yazmaktan daha büyük handikap. Yazma gayretini kırıyor. Allah’tan, Türk kimliği üzerine bir eser nasibetmesini niyaz ederim. Fikir ve estetik açıdan başörtüsü üzerine tefekkür etmeliyim; bitmek üzere… İslâm üzerine, fikir mübarezesi ve fikrî hislenmeler halinde yazmak isterim.
―En basit ifadeyle, yazılarınızda, İslâm’ın emir ve yasaklarının arkasındaki hikmeti arıyorsunuz. Kardelen’deki yazılarınız bu minval üzere. Bir Müslüman olarak, alışılagelmişin dışında, nasihat eden, bilgi veren değil de okuyanın okuduktan sonra razı olup kabul edeceği veya içindeki fikri tümden reddeceği bir üslup bu. “Yeni Bir Diyalektik” isimli eserinizde de bu arayış var. Mesela o eserde benim çok hoşuma giden şöyle bir cümle var: “Önündeki taşa, elindeki tek malzemesi daha sert bir taşla, ancak akşama kadar bir yüz kazıyabilen insanın; bir gün bütün yaptıklarının resim gibi, film gibi, ayna gibi, aynen yaşadığımız gibi karşısına çıkarılacağını anlayamamasına, haydi hakkı var diyelim (aslında yok ya…)… Ama bugün koskoca kütüphaneyi bir küçük maddeye görüntülü, hareketli ve sesli kaydedebilen ve onları istediği zaman tekrar tekrar görebilen, uzaklara adını sanını bilmediği insanlara bile anında ve istediği vakit gönderebilen, hattâ üzerinde oynayabilen insanın “Hesap gününde” her şeyin, karşısına çıkarılacağını anlamamaya hakkı yok…” Edebiyatımızda örneği olan bir üslup mudur bu? İlk olarak sizin tarafınızdan mı uygulanıyor?
―Misafirin önüne ikram edilebilecekleri koyduktan sonra, ona istediğini yeme imkânı vermek gibi, doğru fikre sahipseniz, onu ifade edersiniz, ukalâlık etmeden, baskı yapmadan onu en münasip şekilde takdim ederek okuyucu vicdanını, fikirle ve kendisi ile hesaplaşmaya dâvet edersiniz. Bunu yapmak isterim. Böyle üslûbu olan var mı, bilmiyorum. Ancak bunun üstünde Üstad Necip Fazıl’ın insanı eserinin içine çekip, kendisiyle hakikat üzerine hesaplaştıran ve hakikati sevdiren üslûbu var.
―“Durun Kalabalıklar” isimli eserinizde Üstad’ı tanıyana kadar çekilen fikir çilenizi okuduk. Üstad’ı tanıdıktan sonra Kardelen çıkana kadar Ali Erdal neler yaptı? Görevi gereği nerelerde bulundu? Hangi faaliyetlerin içinde yer aldı?
―Üstad’ı tanımadan önce Bilecik köylerinde ilkokul öğretmenliği… Tanıdıktan sonra Kütahya ve Turhal’da öğretmenlik, Söğüt Çaltı Ortaokulu ve Söğüt Lisesi’nde müdürlük… Bilecik Anadolu Lisesi’nden emeklilik…
―Yetmişli yılların sonunda milletvekilliği aday adayı olmuşsunuz. 2004-2009 yılları arasında da Belediye Meclis üyeliği yaptınız. Siyasetin dünü, bugünü ve sizin siyasete bakışınız hakkında bilgi alabilir miyiz… Fikirle siyaset bir araya gelir mi?
― Siyaset; bir dâvâ uğruna alternatifler içinde en uygun olanı seçme, uygulama, yoldaki engelleri yenme sanatı… Mukaddes bir gaye uğruna ise ne güzel, menfaatiniz içinse, iki dünyanızı da kararttınız. Siyaset zaten fikir için yapılmalı. Siyaset, yani cemiyeti idare etme işi ve sanatı, asıl fikir adamının işi. Menfaat ve nefs merkezli kapitalist bir dünyada, olmaz değil ama çok zor. Tek başına olmaz, kadronuzu kurabilirseniz iyi, hattâ kadro kuruldu ise şart.
―Bütün fikir veriminizi Kardelen’e aktardığınızı biliyoruz. İkinci planda kalmış başka ilgi ve beceri alanlarınız da var. Özellikle hat sanatında ev ve işyerlerimizi süsleyen eserleriniz var, resme de bir dönem ilginiz vardı diye biliyoruz. Yine Kardelen’in ilk sayılarında yayınlanmış “İsimsiz” mahlaslı şiirleriniz var. Sohbetlerinizde gönderme yaptığınız sinema filmleri… Sanatın diğer dallarıyla alakanız dün nasıldı, bugün ne aşamada?
― Resim ve hatla uğraşmak, başka hiçbir şeyle ilgilenmemek isterdim… Şiir öyle yüce bir değer ki, en uzak olan bile kendisini, -en azından okumak şeklinde- ondan mahrum edemiyor.
―Allah nazarlardan saklasın, daim etsin, emsallerinize göre çok zinde, sağlıklısınız. Hanımınızın bundaki payını göz ardı etmeyerek, onun dışında bu halinizi neye borçlusunuz?
― Allah’a şükür…
-
Kadir BAYRAK.”Kardelen olmasaydı”
Muhal farz…
“Kardelen” olmasaydı…
Dergimizin kurucusu Ali Erdal Bey, sıradan bir edebiyat öğretmeni gibi derslere girip çıksaydı. Emekli olduktan sonra da köşesine çekilseydi.
Veya yazarlarımız Sinan Ayhan, Özgür Alkan Alkış, Cahit Ay, Veysel Şeker, Kevser Fidan ve diğerleri, Bilecik Anadolu Lisesi’nden 1992 yılında mezun olan o sınıf, Ali Hocamızın fikirlerine iltifat etmeseydiler… Ne işimiz var bizim yazıp çizmeyle, başka işimiz mi yok, derdimiz üniversiteyi kazanmak, şu dersten geçer not alalım yeter deseydiler…
Şimdi nerede olurduk?
Topluluk adına fikir yürütme hak ve yetkisine sahip değilim. Ama kendi adıma bu muhasebeyi yapabilirim… Ben, nerede olurdum?
İlkokul 3. Sınıfın ilk döneminin sonuna kadar İzmit’te okudum. Babam, Allah rahmet eylesin, vefat edince baba yurduna, Bilecik’e göç ettik. Muhacirlik, bizde dededen toruna intikal eden bir kader…
Bilecik’teki öğretmenim, Ertuğrul Ger, Allah ona da rahmet etsin, site editörümüz Yavuz Sert’in dayısının kayınpederi. Rahmetlik babamın da liseden sınıf arkadaşı. Benim geldiğimi duyunca sınıfına kaydolmamı arzu etmiş. İnanan bir insandı. Resmî törenlerde dikilirken boşa dikilmeyin, içinizden 3 İhlâs 1 Fatiha okuyup ölmüşlerinizin ruhuna bağışlayın, derdi.
Üstad, “O ve Ben” veya “Bâbıâli” eserinde olsa gerek, bir an’ı kelimelerle resmediyor. Zannederim Boğaz’ı kayıkla geçerken bir an’ı hafızasında donduruyor. Ve diyor bu an’ı hayatım boyunca hep hatırladım. Üstad’ı tanımadığım demlerde bu şekilde davrandığımı hatırlıyorum. 5. Sınıfın bir töreni hafızamda taptaze. Yağmur yağdığı için töreni okulun içinde yapmışlardı. Şöyle düşünmüştüm; eğer bir insanın hatırası için bu kadar hürmet gösterilecekse hatırasına hürmet gösterilecek kişi Peygamber olmalı. Ancak O’na (sav) bu şekilde hürmet edilebilir, başka bir faniye değil…
Başlangıçta ben nerede olurdum diye sordum ya onun için bu kadar lâf kalabalığı yapıyorum. İlkokuldaki o halime, ortaokul ve lise yıllarıma bakarak söylüyorum bunu, Kardelen olmasaydı, herhalde yine namaz kılardım. Ama o kadar… Yine mizacım gereği zayıf olan aksiyon yanım hiç harekete geçmezdi… İkinci bin yılın yenileyicisi İmam-ı Rabbânî Hazretleri “Bu devrin cihadı söz ve fikirledir” buyuruyor. Cihadsız olunabiliyorsa, ki olamaz, bir Müslüman olurdum…
Çok şükür ki kader bu şekilde tecelli etti.
Nasreddin Hoca’ya soruyorlar; dünyanın ortası neresidir, diye.
Hoca anında cevap veriyor; eşeğimin ayağının bastığı yerdir. Burun kıvırıyorlar. Hoca, inanmazsanız ölçün, diyor.
Hoca, muhakkak ki, Allah Resulü’nün varislerim dediği, âlimlerdendi, gönül ehliydi, veliydi, evliyaydı. Onların yalan söylemesi muhal olduğuna göre o gün imkân olup ölçülebilseydi Hoca’nın işaret ettiği yerin dünyanın ortası olduğu ilmen de ispat edilecekti. Buna şeksiz, şüphesiz inanıyorum.
Teşbihte hata olmasın…
Yine muhal farz… Hocaya sordukları gibi şimdi, bugün, bana da birileri gelip sorsa; 15. İslâm asrının, 1440. Senesinin Cemaziyelevvel ayının şu gününde nerede olmak isterdin?
Cevabım, işte tam burada, Kardelen bünyesinde, bu satırları kaleme aldığım yerde, sizlere bu yazıyı hazırlarken olmak isterdim, olur.
Üstad yine “O ve Ben”in takdim bölümünde, Efendi Hazretleri’ne, Abdülhâkîm Arvasî Hazretleri’ne hitaben “her yıldızla her yıldızarası dünya yol ve yönlerinden bana en doğrusunu” gösteren diyor.
Demek ki Allah’a ulaşmanın sayısız doğru yolu var. Bir de EN DOĞRU YOLU…
100 sayı boyunca bize en doğru yol üzerinde olmayı lütfeden, bahşeden Allah’a sonsuz hamd,
Kâinatı ve içindekileri yüzü suyu hürmetine yarattığı biricik Habibi’ne binlerce selâm,
O’nun ehline, ashabına, tabiine, teba-ı tabiine, evliyaya, şühedaya, yolumuzun büyüklerine, Kardelen’e can suyunu veren beldemizin büyükleri Şeyh Edebâli, Dursun Fakih ve Ertuğrul Gazi’ye tazim ve hürmet…
28 yıldır Kardelen’i okuyup, destek verdiğiniz için hepinize saygı, sevgi, hürmet ve selâm…
Derginizin 100. sayısı hayırlı olsun…
İyi okumalar…
-
Atakişiyeva Leyla CƏMİL QIZI.Mənsur şeirlər

Atakişiyeva Leyla Cəmil qızı
2002-ci ildə Rusiyanın Tomsk şəhərində anadan olub.Tomsk şəhər 7 nömrəli orta məktəbdə ibtidai təhsil alıb. Hazırda Sumqayıt şəhər İ. Qayıbov adına 1 nömrəli orta məktəbin 10-cu sinfində, rus bölməsində təhsil alır. Bütün fənnləri yaxşı oxuyur, humanitar fənnləri xüsusilə sevir. Ən böyük arzularından biri psixoloq olmaqdır.***
Bir gün küçədə rəngli bir şüşə qırığı tapdım. Onu günəşə tutduğumda parıldayır və işıqlar saçırdı. Çox xoşuma gəlmişdi. Onunla divarı cızaraq şəkillər çəkməyə, yazılar yazmağa başladım. Kiçik bir şüşə qırığı diqqətimi necə cəlb etmişdisə heç nəyin fərqində deyildim. Başım necə qarışmışdısa barmaqlarımın kəsildiyindən xəbərim belə olmayıb. Biləyimdən axan qan sanki oyatdı məni. İlk gördüyümdə çox bəyəndiyim parıltılı şüşəni atmaq məcburiyyətində qalacağım ağlıma gəlməzdi, amma atmağa məcbur oldum. Və əmin oldum ki, nəyin isə gözəl olması üçün işıldamasına ehtiyac yox imiş. Və bir yandan üzümüz gülərkən, bir yandan da canımızın yanmağı şərt imiş.***
Heç sevə bilmədik gündüzləri. Göydəki günəş o qədər aydın olur ki, üzümüzdəki bütün kədəri bəlli edir. Süni obrazalara girməyə məcbur qalırıq. Yəqin buna görə gecəni daha üstün tuturuq. Zülmət qaranlıq içindən ayın işığı düşər otağımıza. Sanki bağlı olduğumuz zindandan zəncirləri qoparıb gün işığına çıxmağa hələ də şansımız olduğundan xəbər verir. Kiçik bir qığılcımın nə yanğınlara səbəb olduğunu unutduğumuzdan, kiçicik işığın da nə mənalar daşıya biləcəyini fərqinə varmirıq. Bəlkə də fərqinə varmadığımız həmin işıq içimizdə dərinlərdə gizlənmiş ümidi oyandırmağa çalışır. Amma biz pərdələri çəkib qaranlığımıza məhkum olmağı üstün tuturuq. Çünki içimizdəki ümidə doğru qaçmağa çalışdıqca məhv oluruq. Və hər səfərində dönüb dolaşıb ən başa gəlib çıxmaqdan tükənirik. Məhz buna görə də içimizdəki ümidə doğru qaçmağa yox, içimizdəki boşluğa sığınmağı seçirik. -
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi tamam olur.
Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratmış, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ictimai fikri tarixində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2019-cu il.Mənbə: https://president.az
-
İradə AYTEL.”Şirin Xosrovun virtual sevgilisi idi”
Olmuş hadisədir: evlərinin dəcəl, nazlı-duzlu, gözəl-göyçək qızı olan Almaz heç vaxt inanmazdı ki, gün gələcək könlünü üzünü görmədiyi, tanımadığı birisinə – Arifə verəcək. Bu sevgi həm də Almaz ali təhsilə yiyələnəndən sonra, işlədiyi müddətdə doğulacaq. Bəli, o sevirdi, yalnız səsini eşitdiyi bir nəfəri – Arifi.
İş saatında işlədiyi idarə, evdə isə ev telefonu ilə əlaqə saxlayar, bir-birindən xəbərdar olardılar. Arif özünü Almaza belə tanıtmışdı: ali təhsillidi, işləyir, subaydı.
Zaman keçir, Almaz evlərinə gələn bütün elçilərə “yox”, – deyərək, üzünü görmədiyi Arifin adamlarının yolunu gözləyirdi. Almazın Arifi görmək arzusu artanda isə Arif ona dəhşətli bir sirr açdı: “Mən yeriyə bilmirəm, ayağımın birini qəzada itirmişəm”. Almaz bu sözdən sarsılsa da, Arifi belə halda da sevəcəyinə və onun sevgisinə Arifin fiziki qüsurunun heç bir xələl gətirməyəcəyinə söz verdi. “Sənin mənəviyyatına bələdəm, təki mənəvi qüsurlu olma, fiziki qüsur qüsur deyil”, – söylədi.
Almaz Arifin ev ünvanını bilirdi. Onu da bilirdi ki, Arif yaşlı bir xalası ilə yaşayır. Hətta Arifin xalası bayramlarda, Almazın ad günlərində Arifin adından qıza hədiyyələr gətirir, kəlmə belə etmədən geri dönürdü.
Arifin şirin vədləri, Almazın gözüyolda sevdiyi adamın elçilərinin yolunu gözləməsi düz on bir il davam etdi. Artıq bütün şəhər bilirdi ki, Almazın gözlədiyi var.
Son günlər Arifdən şübhələnən Almaz gizli yolla onun telefonunun paralel xəttini öz evlərinə çəkdirmişdi. Gələn və gedən zəngləri izləyərək dəhşətli bir hadisənin şahidi oldu: Arif Əslində Arifin xalası adlandırdığı qadın imiş…
Keçirdiyi stressdən ağır xəstəliyə düşən Almaz gənc ikən vəfat etdi. Amma “Arif”i bağışladı. O, bilirdi ki “Arif” bu neçə illər ərzində ona bu qədər zərbə vursa da, özü də acı çəkib, çünki, “Arif” Almazı həqiqətən sevirdi…
Almazın ölümünün bir ili tamamlanmamış, “Arif” də dünyasını dəyişdi….
Bu hadisə mənim gözlərimin qarşısında baş verib – inanılası olmasa belə!
Bir dostum var; altı il virtual olaraq bir qızla münasibətdə olub. Təbii ki, müasir zamanda sosial şəbəkələrdə yazılı görüşmələr, mobil telefonla danışıqlar, gecələr şirin pıçıltılar, virtual sevişmələr bunların hər ikisinin ürəyində böyük bir məhəbbətə çevrilib. Qızın müxtəlif uydurmaları – ürək xəstəsiyəm, atam rəhmətə getdi… və. s. bəhanələr dostumun onunla görüşmək arzusunu əngəlləyirdi. Və altı ildən sonra dostuma məlum oldu ki, bu, əslində gözəl bir qız şəkli altında onunla virtual sevgi yaşayan, fiziki qüsurlu yaxın tanışı imiş… Bu hadisə dostuma ağır zərbə oldu. Və suçunun üstu açılan qız müxtəlif yollarla dostumla əlaqə saxlamağa çalışsa da, dostum onunla münasibətə son qoydu. Bu isə qarşı tərəfin – qadının ciddi aqressiyasına səbəb oldu. Bu altı il müddətində onu gizli sevgi yaşamasına vadar edən isə, qadın kimi qadınlara qoşula bilməməsi (qüsurlar), lakin bu arzuyla yaşaması idi. Təbii ki, o da başadüşüləndir. Qadın bütöv olmayınca ətrafına çox aqressiv olur. Bu aqressiyanı isə yalnız güclü iradəyə malik olanlar içində boğa bilir.
Bundan başqa, virtual tanışlıqların insanı hansı fəsadlarla qarşılaşdırdığının şahidi çox olmuşuq. Sevib ayrılanlar, aldadılanlar, pulunu itirənlər, real həyatdan uzaq düşənlər, intihar edənlər və s… Amma bütün bunlarla yanaşı, mən virtual tanışlığı dəstəkləyirəm. Bəzən üzünü görmədiyin bir insanla virtual olaraq münasibət qurursan, onun iç dünyasına bələd olursan, xasiyyəti, dünyaya baxışı səni o qədər qane edir ki, görüş zamanı onun xarici görünüşü heç bir önəm daşımır. Bu isə, münasibətlərin özülünün daha möhkəm qurulmasına gətirib çixarır. Surət dəyişkən olduğu kimi, ilk görüşdən – surətdən qurulan münasibətlər də dəyişkən olur, əbədi olmur. Əsas olan, hisslərin, duyğuların – Ürəyin bir-birini tamamlamasıdır. Bu barədə şair Elşən Əzimin söylədikləri də maraqlıdır: “Virtual sevgi mümkündür. Əslində bizim dastanlarımızda da, klassiklərimizin əsərlərində də indiki virtual sevgiyə bənzər məqamlar yer alıb. Məsələn: Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində Xosrov Şirini görməmiş ona vurulur. Şapur Bərdədə olan Şirin haqqında danışır və Xosrovda bu gözəli görmək istəyi yaranır. Şirin də Xosrovun şəkillərini görüb vurulur. Fərhad isə Şirinin pərdə arxasından səsini eşidib vurulur. Və bu sevgilər dünyaca məşhur bir dastanın yaranmasına səbəb olur. Dastanlarımızdakı buta verilməsini də buna bənzətmək olar. Əslində sevgi bu cür yaranmalıdır”.
Mənsə bu qənaətdəyəm ki, virtual münasibətlər, virtual sevgi alqışlanandır, o kəslərdə ki, psixologiyası pozulmuş olmasın, iradəli, məntiqli olsun, addım atanda düşünüb-daşına bilsin, nəhayət ağılla sevə bilsin. İradəli insana real aləm zərbə vura bilməyəcəyi kimi, virtuallıq da təsir etməyəcək!
-
Tanınmış yazıçı Əlisa Nicatın “Gəncəli müdrik” kitabı işıq üzü görüb
“Pergament” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən Azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicatın “Gəncəli müdrik” adlı yeni kitabı 334 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
Kitab böyük mütəfəkkir, dahi Azərbaycan şairi və tarixi-mizin önəmli şəxsiyyətlərindən olan Mirzə Şəfi Vazehin həyatı və həyat mübarizəsi haqqındadır.
Qeyd edək ki, bundan öncə tanınmış yazıçı Əlisa Nicatın “Qızılbaşlar”, “Tiranlar və kölələr”, “Sarsılmaz Mir Cəfər”, “Ehram” kitabları nəşr olunmuşdu.
Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. -
Yazıçı-araşdırmaçı Dilqəm Əhmədin “Bir ildən yüz ilə” (fotolar və sənədlər) kitabı işıq üzü görüb
“Teas Press” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən “Çapar” dərgisinin baş redaktoru, yazıçı-araşdırmaçı Dilqəm Əhmədin “Bir ildən yüz ilə” (fotolar və sənədlər) kitabı işıq üzü görüb.
Qeyd edək ki, bundan öncə “Gənclik Mall”da istedadlı yazar Dilqəm Əhmədin “Milliyəti TÜRK” və “Mühacirlərin dönüşü” (fotolar və sənədlər) kitablarının imza törəni gerçəkləşmişdi.
Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. -
Yazıçı-araşdırmaçı Dilqəm Əhmədin “Mühacirlərin dönüşü” (fotolar və sənədlər) kitabı işıq üzü görüb
“Teas Press” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən “Çapar” dərgisinin baş redaktoru, yazıçı-araşdırmaçı Dilqəm Əhmədin “Mühacirlərin dönüşü” (fotolar və sənədlər) kitabı işıq üzü görüb.
Qeyd edək ki, bundan öncə istedadlı yazar Dilqəm Əhmədin “Bir ildən yüz ilə” və “Milliyəti TÜRK” kitabları çap olunaraq, oxucuların ixtiyarına verilmişdi.
Qeyd edək ki, bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Gündəlik Teleqraf” xəbər portalının redaktoru, araşdırmaçı-yazıçı Dilqəm Əhmədin təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki sərgi-mühazirə keçirilmışdi.Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. -
Yazıçı-araşdırmaçı Dilqəm Əhmədin “Milliyəti TÜRK” kitabı işıq üzü görüb
“Çapar Yayınları” tərəfindən “Çapar” dərgisinin baş redaktoru, “Mühacirlərin dönüşü” və “Bir ildən yüz ilə” (fotolar və sənədlər) kitablarının müəllifi Dilqəm Əhmədin “Milliyəti TÜRK” kitabı 220 səhifə həcmində, 500 tirajla işıq üzü görüb.
Kitabda müəllifin müxtəlif internet portallarında, qəzet və jurnallarda yazdığı yazılar, məşhur şəxslərdən aldığı müsahibələr dərc edilib.
Qeyd edək ki, bundan öncə Hədəf STEM Liseyində və Əli Kərim adına Sumqayıt Poeziya Evində istedadlı yazar Dilqəm Əhmədin “Milliyəti TÜRK” kitabının təqdimat mərasimi keçirilmişdi.
Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. -
Tanınmış yazıçı-publisist Mehriban Vəzirin “Ağabəyim ağa Cavanşir” tarixi-sənədli romanı işıq üzü görüb
“Pergament” Yayın Evi tərəfindən Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı-publisist Mehriban Vəzirin Qarabağ hakimi İbrahim Xəlil Xan Sarıcalı-Cavanşirin qızı, İran şahı Fətəli şah Qacarın zövcəsinə həsr olunmuş “Ağabəyim ağa Cavanşir” tarixi-sənədli romanı 218 səhifə həcmində, 200 tirajla işıq üzü görüb.
Əsər Azərbaycanın tarixi-milli faciəsindən, Qafqazın, Azərbaycan – Türk xanlıqlarının, eləcə də Qarabağın dövlət müstəqil-liyini itirməsindən, rus işğalına düşməsindən bəhs edir.
Qeyd edək ki, bundan öncə 2017-ci ildə “Kitab Klubu” Nəşriyyatı tərəfindən yazıçı-publisist Mehriban Vəzirin xalqımızın ən görkəmli qadın şəxsiyyətlərindən biri, Qarabağlı İbrahim xanın qızı Gövhər ağaya həsr olunmuş “Gövhər ağa Cavanşir” tarixi romanı nəşr olunmuşdu.
Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. -
Psixoloq-yazıçılar Cek Kenfild və Mark Viktor Hansen “Canlı əhvalatlar” (Seçmə hekayələr) kitabı işıq üzü görüb
“Kitab Klubu” nəşriyyatı tərəfindən Amerika Birləşmiş Ştatlarında tanınmış mühazirəçi, psixoloq-yazıçılar Cek Kenfild və Mark Viktor Hansen “Canlı əhvalatlar” (Seçmə hekayələr) kitabı 336 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
Kitabda yer alan hekayələri İngilis dilindən Azərbaycan türkcəsinə A.Kazımova, M.Qarayev, M.Qaraxanlı, V.Əhmədova, S.İsrafilova, G.Allazova və J.İsmayılova uyğunlaşdırıblar.Adıçəkilən kitab bütün dünyada 500 milyondan çox tirajla satılan əsərlər siyahısına daxildir.
Qeyd edək ki, bundan öncə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Cana məlhəm hekayələr” toplusu Azərbaycan dilində çap olunmuşdu.
Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. -
Kənan AYDINOĞLU.Qadın haqqında şeirlər
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.Qadının özünə minnətdaram mən
“Mənim həyatımın nə mənası var,
Sizin üzünüzdə gülüş olmasa”.
Nəriman Həsənzadə.İnsanın özündən xəbərsiz, inan,
Narahat duyğular bu gün də yatmır.
Duyub yaşadıqca ömrün gününü,
Bəzən görürsən ki, nəyinsə çatmır.Sonradan keçdikcə ömürdən günlər,
İlk görüş, ilk gülüş yadına düşür.
Sən demə, bu ömrün ən çətin günü,
Gəlib bu dünyada qadına düşür.Duyulsa, uzaqdan nəfəsi yenə,
Bu dünya qayğıya bürünəcəkdi.
Könlünü almaqçün dağların özü,
Qadın arxasınca sürünəcəkdi.Axı çox həssasdı bütün varlığı,
Dünəni, bu günü qoruyur bütün.
Qadının özünə minnətdaram mən,
Belə həssas qəlbli olduğu üçün.Qadın ağlamaqçün yaranmayıbdı
Soykökə bağlılıq, yurda bağlılıq,-
Qəhrəman bir yurdun canında olmuş.
At çapan Koroğlu dəlilərinin,
Sapandı, qılıncı yanında olmuş.Əsrlər boyunca ər meydanında,
Fərhad tək qayanı bir ana yarmış.
Yaxşı ki, bir xalqa xidmət göstərən,
Cəsur bir diyarda qadınlar varmış.Ömrün sınağından üzü ağ çıxmış,
Min igid gözündə darda da belə.
Yaşınıb, utanıb, çəkinməmişdi,
Boranda, şaxtada, qarda da belə.Şairlər bir yurddan geri qayıtmaz,
Qadının hüsnündən ilham almamış.
Nigar da, Həcər də qəhrəmanlıqda,
Koroğlu, Babəkdən geri qalmamış.Qəlbi ovsunlayan siyah telləri,
Kim sənə dedi ki, daranmayıbdı?!
Üzündə sevinci görəndə bildim,
Qadın ağlamaqçün yaranmayıbdı. -
Ç.A.Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ç.A.Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Çingiz Akif oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 aprel 2019-cu il.Mənbə: https://president.az
-
Rafiq ODAY.Yeni şeirlər
ÖLMƏDİM
Nələr görmədim – tələdən
qarmağa kimi – ölmədim.
Başımdan basdılar, girdim
torpağa kimi – ölmədim.Dedim, gendən az hür, tula,
Pozulmasın hüzur, tula.
İlan ağzından qurtulan
qurbağa kimi – ölmədim.Atılsan çöptək səbətə,
Çox olar qoşan şəbədə.
Adam oldum mən təpədən
dırnağa kimi – ölmədim!ARTIQ
Yeni dünya düzəninin
Təməli görünür artıq.
Şeytanların, iblislərin
Əməli görünür artıq.Bu sözə qul oldu bizlər:
“Nəfsi toxlar əyilməzlər”.
Min illərlə yeyilməzlər,
Yeməli görünür artıq.Bir “Xəndək” var, bir “Xeybər” var,
Gör nə qədər bixəbər var.
Nə “xeyir”dən bir xəbər var,
Nə “bəli” görünür artıq.Sonu varmış sabahların,
Göyə bülənd bu ahların,
Yerli, yersiz günahların,
Bədəli görünür artıq. -
“Gülün sözü”
Hər sözünün üstündə duran, edə bilməyəcəyi sözü dilinə gətirməyən Gülnar Səmanın yeni kitabı işıq üzü görüb. “Sözümüz sözdür” adlı kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilib. Kitabda “Ön söz yerinə” Elçin Əfəndiyevin “Söz azadlığı tənqidimizə nə verib?” adlı məqaləsindən bir hissə verilib. (III məqalə, “Ədəbiyyat qəzeti”. 4 noyabr 2017. № 39 (5110) səh. 8-9) Həmin hissədə Elçin Əfəndiyev yazır: “…mən Gülnar Səmanın “Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış” (“525-ci qəzet” 4 iyun 2016) adlı xülasə tipli məqaləsini maraqla oxudum və bu məqalənin yaxşı cəhəti ondadır ki, oxuyursan və aşkar hiss edirsən: haqqında bəhs olunan, bax, bu gəncləri oxumaq lazımdır, onların yaradıcılığından daha ətraflı, daha artıq bir təfərrüatla, daha mütəmadi yazmaq lazımdır”.
Mən 2016-cı ilin fevralını xatırlayıram bu sətirləri oxuduqca… Onda Gülnar Səma ilə eyni otaqda yaşayırdıq. Mən onun “Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış” adlı yazısının yazılma prosesinin şahidiydim. Gülnar yazıda adını çəkdiyi bütün gənclərin kitabını başdan-başa oxuyur, kitabı olmayanların (məsələn; mənim) mətbuatda çap olunan qələm nümunələrini bircə-bircə toplayır, onları əsl ədəbiyyatşünas kimi incələyirdi. Və yazının kiçik bir abzası üçün bəzən ən az dörd mətbu orqan; jurnal, dərgi, qəzet, almanax, antologiya oxuyurdu. Sonra da keçirdi kompyuterin başına və yazmağa başlayırdı. Məni yuxu necə tuturdu, bilmirəm. Bir də səhər ayılırdım ki, masanın üstündə başqa kitablar, fərqli qəzet-jurnallardır. Və Gülnar növbəti gəncin yaradıcılığına “səyahətə çıxıb”…Belə yaranırdı Gülnarın ədəbiyyat tariximizin bütöv bir mərhələsinə bələdçi olacaq məqaləsi; onun yuxusuz saatlarından, yorulmazlığından, gərgin günün davamı olan soyuq fevral gecələrindən doğulurdu… Amma təəssüflə, həm də böyük bir təəssüflə qeyd etmək istəyirəm ki, məhz bu yazıdan sonra yazıda adları çəkilən gənclərdən bir çoxu öz iradlarını küskünlük şəklində göstərdilər. “Niyə mənim bir kitabım haqqında bir abzas yazmısan?”, “Niyə şeirimdəki səhvi yazında qeyd etmisən?” kimi cümlələri birbaşa Gülnarın üzünə deyirdilər. Düzdür, Gülnar bunlara səmimiyyətlə gülümsəyib keçirdi, “adi haldır” deyirdi, amma mən hələ də bu laqeydliyi qəbul edə bilməmişəm… Çünki ədəbiyyat tariximizin yaddaşına hopacaq bir məqalədə “Ağarmış gün” hekayəmdən və “Azərbaycan” jurnalında çap olunan şeirlərimdən bəhs olunması mənim üçün həqiqətən də, böyük sevinc idi. Üstəlik, regionlarda yaşayan, aylarla yolu Bakıya düşməyən gənclərin də yaradıcılığına işıq tutan yazı üçün Gülnara bu gün də minnətdaram…
Gülnar Səma öz kitabında yüz il əvvələ qayıdır, tarixi qürurumuzun şanlı səhifəsi olan cümhuriyyət dövründəki ədəbi mühitdən bəhs edir. Həmçinin, “tanrı ərməğanı olmayan”, əksinə, “xalqımızın layiq olduğu halal haqqı olan” Azərbaycanın dövlət müstəqilliyindən köksü qabara-qabara yazır… Və müstəqillik illərində ədəbiyyata göstərilən dövlət qayğısına diqqət çəkir, keçirilən tədbirlər və dövlət nəzarəti ilə işıq üzü görən nəşrlər haqqında dolğun məlumat verir.
Kitabı oxuduqca Gülnarın şair kimi xüsusiliyindən çox uzaqlaşdığımı etiraf etməliyəm. Şeirin doğuluşu bir neçə an çəkir… Amma bu kitabdakı hər bir yazının, ən azı, bir neçə həftə Gülnarın ruhuna sancı çəkdirdiyinin fərqindəyəm… Məsələn, “Elçinin “Kölgə” hekayəsində kölgələrin ardındakı işıqlı mətləblər” yazısını yazmaq üçün Gülnar “Kaşeyin taleyi” kitabını alıb, oxuyub, qeydlərini kiçik dəftərçəsinə yazıb, sonra bir neçə gün oxuduqlarını beynində, ürəyində evdən-işə, işdən-evə daşıyıb… Neçə yuxusuz gecə keçirdiyini isə bir özü, bir də kompyuteri bilib. Və budur, biz oxucu kimi uzağı on beş-iyirmi dəqiqəyə bu yazını oxuyub bitiririk…
“Cavidanə uçurum” Gülnarın ən sevdiyim yazılarındandır. Və kiçik bir etiraf etməyi özümə borc bilirəm: mənim “Cavidanə təbəssüm” şeirim məhz bu yazıdan sonra dünyaya gəlib… Məncə, heç kimsə, Cavid yaradıcılığındakı uçurumlardan keçməyi, ruhunun hər qaya çıxıntısına dəyib sıyrılmağını, incinməyini, bir şairin yaradıcılığına bu cür-fəlsəfi və ruhi dərinliklə yanaşmağı özünə rəva görməzdi… Gülnar məhz bunu edib və bacarıb!
Bir də “Əbülfət İslamı xatırlayarkən” adlı yazısı var Gülnarın… Yazı haqqında danışmaq istəmirəm, çünki Gülnara ünvanlayacaq bir cümləm var: “Gülnar, sən Əbülfət müəllimi xatırlamaq üçün ömür payında heç vaxt ayaq yeri qoymadın, axı, onu heç unutmadın ki, xatırlayasan…”
Gülnar Səmanın 2016-cı ildə çap olunan “Gül” adlı şeirlər kitabının ön sözünü Vaqif Yusifli yazıb. O, yazısını “Gülnar Qasımlı mənim doktorantımdır” cümləsi ilə başlayır. Gülnar isə öz kitabında qürurla yazır: “Azərbaycan ədəbiyyatşünaslığının sanballı tənqid¬çi kimi qəbul etdiyi Vaqif Yusifli həm də Azər¬baycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiridir… Mən 2014-cü ildə Ədəbiyyat İnstitutuna doktoranturaya qəbul olu¬nan¬da həmin şöbə yeni yaradılmışdı. Həm şöbənin, həm də Vaqif müəllimin ilk doktorantı olmaq şərəfinə nail oldum”. Gülnarın müəllimlərinə olan ehtiramı bu gün hər gəncdə, hər “yazaram, şairəm” deyən qələm sahibində yoxdur…
Gülnar üç dəfə də şair kimi Türkiyədə keçirilən ədəbi tədbirlərdə iştirak edib. Hər üçündən də bir qucaq kitabla qayıdıb və gətirdiyi kitabları Azərbaycan oxucusuna tanıtmaqda gecikməyib. Birinci səfərindən sonra “Ulduz” jurnalından “İnci Okumuşu oxuyuruq” adlı yazısını oxuduq. Burada Gülnarın Türkiyəli şairin “Aşkın elif hali” adlı kitabı haqda düşüncələri yer alıb.
Gülnar 2017-ci il aprelində Uluslararası Trabzon Ədəbiyyat Festivalında da iştirak edib. Və “Necip Saraçoğlunun “Gülə həsrət” duyğuları” o səfərdən yadigardır… Yazıda Necip Saraçoğlunun çoxşaxəli yaradıcılığı ilə yanaşı, onun “gülün indiki, gələcək və keçmiş zamanlardakı halını vəsf edən” şeirlərindən də danışılır.
“Çanaqqala zəfəri və ya 26 minanın türkanəliyi” yazısını kitabdan oxumuşdum. Ağlamışdım… Özü də Gülnardan gizlətmədən, elə onun yanındaca ağlamışdım… Yəqin ki, kitabı oxuyanlar da qəhərlərini gizlədə bilməyəcək…Bir də Məmməd İsmayılın yaradıcılığından bəhs edən yazıları var Gülnarın… “Məmmədəm, a kəndim, tanımadınmı?”, “Hardasa, hardasa bizi duyan var, Hələ yaşamağa dəyər bir az da…” deyən şairin Gülnarla ruhi doğmalığının da şahidi olmuşam. Bu misraları uşaqlıqdan anamdan eşitmişəm… Böyüdükcə Məmməd İsmayılın adını tanımışam. Sonra da Gülnarla birgə Məmməd İsmayılın ədəbi məsləhətlərini dinləmişəm… Və düşünürəm ki, Gülnar olmasaydı, heç vaxt Məmməd İsmayılın qarşısında bir şagird kimi otura bilməzdim… Gülnar Məmməd İsmayıldan “bəxtinə düşən günü şair taleyi kimi yaşayan” bir insan kimi bəhs edir. Eyni zamanda, məndən iyirmi yaş böyük olan şeirin zamana qalib gəlməyinin mistikasını da de-şifrə edir: “Yazarın ən məşhur əsərlərindən olan “Hələ yaşamağa dəyər bir az da…” şeiri 1968-ci ildə yazılsa da, bu şedevr əsərdə müdrik el ağsaqqalının simasını görür, ürək çırpıntı¬larını eşidirik”. “Məmməd İsmayılın vətənpərvərlik mövzulu şeirlə¬rinin kökündə bütün türk dünyasının xəritəsi dayandığını” da Gülnar kəşf edib… Və bu kəşfi onun ədəbiyyatşünas kimi fərqliliyinin sübutudur. Bu fərqlilik ümumi anlam daşıyan “oxucu” sözünə şamil edilə bilməz.
“Rəşad Məcidin “Çiyələk qadın”ı”… Bu “çiyələk qadın” hamının sevimlisidir. Elə Rəşad Məcidin eyniadlı kitabı da. Bəlkə də, indiyədək oxuduğum yeganə şeirdir ki, oxucunun cinsi fərqliliyini aradan qaldırır. Hər bir qadın özülüyündə “çiyələk qadın” olduğunu hiss edir, yaxud məhz o cür olmağı arzulayır. Hər bir kişinin ömründən isə mütləq bir “çiyələk qadın” keçir… Doğrusu, bu şeiri və ətirlərdən bəhs edən şeiri oxuyana qədər inanmazdım ki, Rəşad Məcidin ruhunda bu qədər utancaqlıq var… Elə Gülnar da təəccübünü gizlətmir: “Bilsəydim, əvvəldən heç başlamazdım, Öldüm yaza-yaza bu şeirləri”. Bəlkə də, çoxumuz bu misraların Rəşad Məcidin olduğuna inanmazdıq. Elə mən özüm də haqqında söhbət açacağım “Çiyələk qadını” oxuyana qədər belə bir məsumluğun fərqinə varmamışdım”. Bəli, Rəşad Məcid bir şair kimi özünü gözəl “gizlədib”… Düşünürəm ki, bu gizli şeir xəzinəsinin kəşfi bütöv bir ədəbi nəsli gözləməkdədir…2016-cı il idi. “Köroğlu” dərgisi Müşfiqə həsr olunmuş xüsusi buraxılış hazırlayırdı. Yazıları gözlənilən imzalar içərisində Gülnarla mənim də adım var idi. Qarşı-qarşıya oturub düşünürdük ki, indiyədək Müşfiqi necə tanımışıq? Necə anlada bilərik onu? Yox, danışmırdıq biz, sadəcə, üz-üzə düşünürdük… Və sonra Gülnar kompyuterinin arxasına keçdi, mənsə telefonumu əlimə alıb məktub yerini açdım, ünvan kimi də Gülnarı seçdim… Yazmağa başladıq… Nə qədər zaman keçdiyini bilmirəm, amma ikimiz də eyni anda başımızı qaldırdıq və birimiz çay dəmləməyə, birimiz də fincanları yumağa getdik. (İzah edə bilməsəm də, bu cür bir-birimizlə danışmadan nə etmək lazım olduğunu anlamağımız da az olmayıb). Çay içə-içə yerimizi dəyişmişdik, mən kompyuterdən onun yazısını oxuyurdum, o da öz telefonuyla mənim göndərdiyim məktubu… Gülnar Müşfiqin “Çoban” poemasından yazmışdı. Sanballı bir yazı idi, hətta ədəbiyyatşünaslıq baxımından qüsursuz idi. Başımı razılıqla tərpətdim, üzümü döndərib Gülnara baxdım, qəhərlənmişdi… Və onun orada dediyi sözləri heç vaxt unuda bilmirəm: “Şəfa, Müşfiqin yaşamaq sevgisini hamıdan yaxşı sən anlatmısan…”
Gülnar Səma müstəqillik dövrü poemalarını incələyir, onların məziyyətlərini, əhatə etdiyi dövrü və özündə ehtiva etdiyi mövzuları səlis bir şəkildə xronikalaşdırır, bəzən tapdığı cizgilərlə müəlliflərin özünü də heyrətə salır. “Nəriman Həsənzadənin “Nuru Paşa” poeması”, “Fikrət Qocanın çağdaş dövrdə yazdığı poemaları”, “Zəlimxan Yaqubun “Yunus Əmrə dastanı”, “Zəlimxan Yaqubun “Hüseyn Saraçlı dastanı”, “Yusif Nəğməkarın “Çanaqqala” poeması”, “Məmməd İlqarın “Qaratel” poemasının məziyyətləri”, “Elxan Zalın “Anıt məzar dastanı”, “Elçin İsgəndərzadənin poemaları”, “Barat Vüsalın “Aldədə” poeması”, “Musa Ələkbərlinin “Mübarizlik dərsi” kimi yazılarda oxucular dediyimin təsdiqini tapacaqlar.Kitabda Gülnarın öz müasirləri olan gənclərin yaradıcılığına bələdçi olacaq yazıları da yer alır. Bu yazılardan hər hansı birini oxumaq, həmin imza ilə artıq ilkin tanışlıq deməkdir. Həmçinin, onun nə yazdığı, nədən yazdığı, şeirlərindəki labirintlərin yolları Gülnarın təqdimatında mükəmməldir. “Arzu Hüseynin içində yaşayan məsumluq”, “Nuranə Nurun “Yoxluğuna və sağlığına”, “Şahanə nağıl”, “Emin Piri “Tanrının kölgəsi”ndə”, “Elməddin Nicata məktub”, “Faiq Hüseynbəyli yaradıcılığının çalarları”, “Ruslan Dostəlinin gənclik hesabatı” kimi təəssürat yazıları ədəbi gəncliyimizin portretinin ştrixləridir…
Bir də kitabda Gülnarın “Ulduz” jurnalında apardığı müzakirələr var. Bu ədəbi müzakirəni dövrümüz üçün sevincli hadisə sayıram. Jurnalın redaktoru Qulu Ağsəs bu layihəni başlatmaqla gənclərin bir-birinə olan münasibətini, bir-birinin yaradıcılığını necə qiymətləndirmələrini aşkarlamamızda yeni cığır açdı…
Utanaraq qeyd edirəm ki, kitabda mənim “Poçtalyona məktub”um haqqında da yazı var. Mənim uyğunsuz qafiyələrimə daim irad tutan Gülnar Səmaya həmişə cavabım bu olur: “Mən şeiri düzəltmirəm, şeir məni düzəldir”. Amma hərdən onun iradlarının qarşısında da utandığım olub…Hər uğurun uğurumuzdur, Gülnar Səma! Sənin zəhmətin çağdaş ədəbiyyatımızın gündəlik həyat tərzinə çevrilsin… Amin!
Şəfa VƏLİ,
-
Mirzə Ələkbər Sabir
Mirzə Ələkbər Sabir (doğum adı: Ələkbər Zeynalabdin oğlu Tahirzadə; 30 may 1862, Şamaxı – 12 iyul 1911, Şamaxı) — Azərbaycanlı şair,satiranın ustadı, ictimai xadim, filosof və müəllim olmuşdur.
Həyatı
Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik sahibkar idi və oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. Sabir 10-11 yaşı olarkən “Tutdum orucu irəmazanda” şeirini yazır.” “Tutdum orucu irəmazanda,
Gözüm qaldı iki qazanda
Molla da döyür yazı yazanda.” ”
Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxumuşdur. Müəllimi Seyid Əzim, Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən “Didəm güli-tazə çənd dəstə” 3 misrası ilə başlanan mənzum hekayənin bir parçasıdır. Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayırdı:[1]” “Gördüm neçə dəstə tazə güllər,
Bağlanmış idi giyah ilən tər.” ”
Daha sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Bununla belə Ələkbər yenə də oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıbmış.Sabir 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və başqa Xorasan şəhərlərini gəzir. Bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.
İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir . On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Amma ailəsi zəlzələ nəticəsində vəfat etmişdir.Bir müddət sabun bişirib satıb, bədii yaradıcılıqla da məşğul olurdu.
1902-ci ildə baş vermiş dəhşətli Şamaxı zəlzələsi zamanı Sabirin evi də dağılmışdı.
Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş imamı olmuş Hacı Məcid Əfəndi ilə dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi.
XIX əsrin sonu, XX əsrin ilk illərində ailə problemləri olan Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin o zaman Sabirə mənəvi cəhətdən böyük kömək etmişdi. Onlar Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub təhlil və müzakirə edirdilər.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1903-cü ildə Şərqi-Rus qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o, Həyat qəzetində şeir çap etdirir. 1906-cı ildə Molla Nəsrəddin jurnalının ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq münasibətləri yarandı.
1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmağı dayandıraraq, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət İrşad qəzetinin redaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaq. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir.
1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir.
Həmin ilin sentyabr ayında Sabir “Ümid” məktəbini açmağa müvəffəq olur.[2] Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. Yeni üsulda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.
1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə Zənbur jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı “Nicat” məktəbində dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur” kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyir. “Günəş” qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda “Molla Nəsrəddin”ə də yazmaqda davam edir.
1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C. Məmmədquluzadənin evində yatır. “Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir.
İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır.
Mirzə Ələkbər Sabirin 100 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1958).
“Molla Nəsrəddin” jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər.Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.İ.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: …Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım.
1911-ci il iyulun 12-də Sabir vəfat edir.Şairin Məzarı Şamaxıda ”Yeddi Güşə” də dir.
.
Haqqında olan əsərlər
Mirzə İbrahimov, Böyük şairimiz Sabir, Bakı, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1962, 38 səh.
Cəfər Xəndan, Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1962, 436 səh.
Abbas Zamanov, Müasirləri Sabir haqqında, Bakı, Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1962, 323 səh.
Abbas Zamanov, Sabir gülür, Bakı, Gənclik, 1981, 260 səh.
İstinadlar
HƏYAT VƏ YARADICILIĞI
Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. – səh. 294.
Mənbə
Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.
Həmçinin bax
Commons-logo.svg
Vikianbarda Mirzə Ələkbər Sabir ilə əlaqəli mediafayllar var.Wikisource-logo.svg
Vikimənbədə Mirzə Ələkbər Sabir ilə əlaqəli məlumatlar var.Hophopnamə
Mirzə Ələkbər Sabirin ev-muzeyi
Xarici keçidlər
Mirzə Ələkbər Sabir haqqında ətrafı məlumat
Youtube-da bax: Şamaxı mahnısı (02.03.2014)
Youtube-da bax: Oxutmuram əl çəkin (07.05.2014)
Youtube-da bax: Gəl-Gəl, a yaz günləri (11.05.2014)
Səda – Mirzə Ələkbər Sabirin doğum günüdür (30.05.2016)
Səda – “Sabir” tamaşası hazırlanır (03.06.2016)
Sabirin Youtube Kanali -
Cəlil Məmmədquluzadə
Cəlil Məmmədquluzadə (tam adı: Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə; 10 fevral 1869[1], Naxçıvan, İrəvan quberniyası, Rusiya İmperiyası – 4 yanvar 1932, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi; “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri.[2][3][4][5]
Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.[6]
Həyatı
Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur.[3][4][5]Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir.[7][8][9]Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir.[3][4][5] Ədibiin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840-1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.[4][8][9][10]Məşədi Məmmədqulu XIX əsrin ikinci yarısında Naxçıvan şəhərində yerli sahibkarlardan olan Canpoladovların duz anbarlarında çalışmış, burada duz, ot və saman satmış, həmçinin ailəsini dolandırmaq üçün Şahab məhəlləsində baqqal dükanı işlətmişdi. 1877-ci il müharibəsi zamanı Naxçıvan duz mədənlərinin məşhur icarədarları olan Canpoladov qardaşları Məşədi Məmmədquluya podrat duz buraxmışlar. Bununla da onun maddi vəziyyəti bir qədər yaxşılaşmışdı.[4][8][9][10]
Məşədi Məmmədqulu təxminən 1860-cı ildə öz həmyerlisi dirrikçi Məşədi Babanın qızı Sara Babayeva ilə evlənmiş, onların 4 oğlu və 1 qızı olmuşdu. M.Məmmədqulunun böyük oğlu Mirzə Yusif saatsaz idi, fars dilini mükəmməl bilirdi. O, cavan yaşlarında vəfat etmişdi. Kiçik oğlu Xəlil də çox erkən – 1904-cü ildə dünyasını dəyişmişdi. Məşədi Məmmədqulu yalnız iki oğlunu – Ələkbəri, Cəlili və qızı Səkinəni böyüdüb, onlara tərbiyə verə bilmişdi.[9][10]
Onun üçüncü oğlu Mirzə Ələkbər (1872-1922) 1906-1911-ci illərdə İran Azərbaycanındakı milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. O, Səttar xanın yaxın silahdaşlarından idi. Qızı Səkinə isə 1900-cü ildə Məmmədqulu bəy Kəngərliyə, sonra isə onun qohumu Əsgər ağa Kəngərliyə ərə getmiş, 1913-cü ildə vəfat etmişdi. Onun Teymur və Cəlal adlı iki oğlu, Pakizə adlı bir qızı qalmışdır. Onlar Mirzə Cəlilin himayəsində böyümüşdü. Ədibin valideynləri 1905-ci ilin əvvəllərində Naxçıvanda vəfat etmişlər.[9][10]
Təhsil illəri
Cəlil Məmmədquluzadə 1873-1876-cı illərdə Molla Əli Hüseynzadənin, 1877-1879-cu illərdə isə Hacı Molla Bağırın məktəbində oxumuşdur. O, bu barədə qeyd etmişdir:” 7-8 yaşında molla yanına gedib çərəkə və Quran oxumağım da yadıma düşür. Naxçıvanda o vədə müdərrislikdə məşhur olan Hacı Bağır və Molla Əlinin də məktəblərində oxumuşam və Hacı Molla Bağırın falaqqasının çubuqlarının acısını, deyəsən, indi – bu saat yenə ayaqlarımda hiss edirəm. ”
Ədib ərəb və fars dillərini də həmin vaxtda öyrənmişdir. Daha sonra Cəlil 1879-cu ildən Naxçıvan şəhər üçsinifli məktəbində təhsilini davam etdirir. Həmin məktəbdə dərslər rus dilində tədris olunurdu və Azərbaycan dilinin tədrisinə cuzi yer verilirdi. O, burada 3 il təhsil almışdı. Mirzə Cəlilin dünyagörüşünün inkişafına burada keçirilən dünyəvi fənlərin, həmçinin məktəbin müdiri, maarifçi Konstantin Nikitinin (1832-1894), qabaqcıl görüşlərinə görə mərkəzdən uzaqlaşdırılaraq Naxçıvanda müəllimliyə göndərilmiş gürcü xalqçı-demokrat, coğrafiya müəllimi Georgi Uturqaurinin, ana dili və şəriət müəllimi, teatr həvəskarı Mirzə Sadıq Qulubəyovun (1823- ?), Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini beş il əvəzinə iki ilə bitirərək doğma şəhərə təyinat almış, A.O. Çernyayevskinin yetirməsi olan Əliməmməd Xəlilovun (1862-1896) da mühüm təsiri olmuşdur. [3][4][7][8][9][10]Qori Müəllimlər Seminariyası
Çar hökuməti 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsi yaradılması haqqında fərman vermişdi. Seminariya pansionlu qapalı təhsil ocağı olub, kənd məktəbləri üçün müəllim hazırlayırdı. Seminariyanın Azərbaycan şöbəsinin müfəttişi A.O.Çernyayevski ilk illərdə Azərbaycan rayonlarını gəzərək, seminariyada oxumaq üçün tələbələr seçirdi. O, 1882-ci ildə Naxçıvana gəlmiş və Cəlil Məmmədquluzadəni də başqa şagirdlərlə birlikdə təhsil alması üçün siyahıya almışdı.[9]Cəlilin bu məktəbdə oxumağa istiqamətləndirilməsində müəllimi Əliməmməd Xəlilovun xüsusi rolu olmuşdur. Əliməmməd Xəlilov C.Məmmədquluzadənin seminariyaya daxil olması barədə Məşədi Məmmədqulunun adından göndərilmiş kalleqrafik xətlə yazılmış 21 iyun 1882-ci il tarixli ərizəsini də öz xətti ilə köçürmüşdü. Həmin il qəbul imtahanlarını uğurla verən Cəlil seminariyanın aşağı hazırlıq sinfində dərslərə başlamışdır. Ədib aşağı və yuxarı hazırlıq siniflərində, habelə birinci əsas sinifdə yaxşı oxumuşdur. Professor Əziz Şərif bununla bağlı qeyd etmişdir:[8][11]
” Gələcək yazıçı hazırlıq siniflərini müsbət nəticələrlə başa vurmuş və seminariyanın birinci əsas sinfinə keçirilmişdir. ”
Lakin əsas siniflərdə təhsil alarkən onun qiymətləri birdən-birə aşağı düşmüşdür. Buna səbəb isə sərt rejimin olmağı, həmçinin seminaristləri ana dilində danışmaqdan, ətraf mühitlə əlaqə saxlamaqdan məhrum edən qaydaların mövcudluğu idi. Cəlil Məmmədquluzadə seminariyanı 1887-ci ildə bitirir və müəllimlik attestatı alır. Attestatda qeyd edilmişdir: (Gürcüstan SSR Dövlət Xalq Maarif Muzeyinin arxivi, Zaqafqaziya (Qori) müəllimlər seminariyasının işi, № 1565) [3][7][8][9][10][12][13]” Bu attestat Zaqafqaziya müəllimlər seminariyası şurası tərəfindən, müəllim seminariyaları haqqındakı qaydaya əsasən, verilir seminariyanın yetişdirməsi (müsəlman şiə məzhəbinə mənsub) meşşan oğlu, 21 yaşında olan Cəlil Məmmədquliyeva bundan ötrü ki, o, əla əxlaqla birlikdə son imtahanlarda aşağıdakı bilik səviyyəsini göstərmişdir:”şəriət- çox kafi, Pedaqogika- kafi, Rus dili – kafi, Azərb.dili- kafi, hesab- kafi, həndəsə və yerölçmə-çox kafi, tarix ,coğrafiya ,təbiətşünaslıq – kafi, hüsnxət, rəsmxət və rəsm – çox kafi, müəllimlik təcrübə dərsləri – çox kafi”. Bunlardan başqa sənət, bağçılıq, idman, mahnı, meteoroloji nəzarəti də öyrənmişdir. Bunlara görə də ibtidai xalq məktəblərində müəllimlik adına layiq görülmüşdür. ”
Ədibin dünyagörüşünün, bədii zövqünün, yaradıcılıq vərdişlərinin formalaşmasında 5 il (1882-1887) oxuduğu Zaqafqaziya Müəllimlər Seminariyasındakı təhsil illəri mühüm mərhələ təşkil etmişdir. Cəlil burada Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, Avropa, rus elmi, mədəniyyəti və demokratik fikri, mütərəqqi pedaqoji təlimi ilə də yaxından tanış olmuşdur.[8][9]Seminariyada başqa fənlərlə yanaşı, tərcümə dərslərinə xüsusi fikir verilirdi. Bu yolla həm dünya ədəbiyyatı ilə əsaslı tanışlıq başlanırdı, həm də tərcümə seminaristlərdə qələm vərdişləri yaradırdı. Ədib seminariyada tərcümə üçün Qoqolun və Krılovun əsərlərini seçmişdir. Burada o, müxtəlif millətlərdən olan A.O.Çernyayevski, D.D.Semyonov, N.N.Novospasski, N.O.Lomouri, habelə azərbaycanlı müəllimlər Mirzə Əbdülqasım Axundzadə, Səfərəlibəy Vəlibəyov kimi pedaqoqlardan dərs almışdır. [5][8]
Gənc Cəlil seminariyada təşkil olunmuş tədbirlərdə fəal iştirak etmiş, teatr tamaşalarında həvəskar aktyor kimi səhnəyə çıxmışdır. Bununla yanaşı, ədəbi gecələr üçün ssenarilər, sınaq dərslər üçün icmallar yazmışdır. Qori seminariyası Cəlil Məmmədquluzadənin mənəvi aləmində, dünyaya baxışında, təbiət və cəmiyyət hadisələri anlayışında əsaslı dönüş yaratmışdı.[5][7][10][12]
Buraxılış imtahanları qurtardıqdan sonra seminariya yoldaşı İsmayılbəy Şərifbəyovun dəvəti ilə Cəlil Şuşaya getmişdir. O, burada Xurşidbanu Natəvanla və yerli ziyalılarla tanış olmuşdur.[9][10]
Pedaqoji fəaliyyəti
Cəlil Məmmədquluzadə seminariyanı bitirib müəllimlik attestatı aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır. O, 1887-1897-ci illər arasında İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd) və Nehrəm kəndlərində müəllimlik etmişdir.[5]Mirzə Cəlil 1887-ci ilin avqustundan Uluxanlı kəndinə müəllim təyin olunmuşdu. Belə ki, Qafqaz tədris dairəsinin müdiri İrəvan və Yelizavetpolun xalq məktəbləri müdirinə göndərdiyi 7 avqust tarixli məktubunda Uluxanlı məktəbinin müəllimi Məmmədbəy Qazıyevin işdən azad edildiyini və onun əvəzinə Cəlil Məmmədqulizadənin təyin olunduğunu bildirmişdi. Gənc müəllim 1887-ci ilin sentyabrın 1-dən Uluxanlı qəsəbəsində 1-ci dərəcəli məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. Həmin vaxt Uluxanlıda əhalinin elmə, məktəbə həvəsi yox idi. Məktəbdə cəmisi 10-12 nəfər şagird oxuyurdu.
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında Mirzə Cəlilə dərs demiş, həmçinin Naxçıvan əyalətindəki Baş Noraşen ikisinifli zemstvo məktəbinin müdiri olan Əliməmməd Xəlilov xəstələndiyi üçün müalicəyə getmək zərurəti qarşısında qalaraq bir müddət pedaqoji fəaliyyətinə ara vermişdi. Həmin müddətdə müfəttiş U.Pasxalov müdiriyyətə belə bir məlumatla müraciət etmişdi:
” Cənab Xəlilovun getməsilə ilə məktəbin bağlanması lazım gəldiyi üçün bəlkə siz Xəlilov qayıdana qədər şagirdlərlə məşğul olmaqdan ötrü Uluxanlıdakı ikisinifli məktəbin müəllimi Məmmədquliyevin müvəqqəti olaraq, Baş Noraşen məktəbinə təyin olunmasını mümkün hesab edəsiniz? Belə ki, mən bu yaxınlarda Uluxanlı məktəbini təftiş edərkən məlum oldu ki, burada hər iki sinifdə cəmisi on iki şagird vardır və Uluxanlı məktəbinin nəzarətçisi özü müvəqqəti olaraq bu bir neçə şagirdlə məşğələ apara bilər. ”
Beləliklə, Pasxalovun bu müraciətinə müsbət cavab verilmiş və 13 oktyabr 1887-ci ildə Cəlil Məmmədquluzadə Əliməmməd Xəlilovu müvəqqəti əvəz etmək məqsədilə həmin məktəbə təyin edilmişdir. Ə.Xəlilov sağalıb qayıdarkən Uluxanlı məktəbinin nəzarətçisi İ.N.Novruzov Mirzə Cəlil kimi bir müəllimi itirmək istəməmiş, buna görə də İrəvan xalq məktəblərinin müfəttişliyinə göndərdiyi 4 dekabr tarixli raportunda ədibin Uluxanlıya qayıtmasını xahiş etmişdir. Həmin ayın 18-də müfəttişlik Cəlil Məmmədquluzadənin Uluxanlıda saxlanılmasına icazə vermişdir. Lakin Baş Noraşenin Naxçıvana yaxın olduğunu və dərs şəraitinin də nisbətən yaxşı olmasını nəzərə alan Cəlil Məmmədquluzadə 1888-ci il yanvarın 16-da İrəvandan Gəncəyə, müdir Orlovun adına belə bir teleqram göndərmişdi:” Acizanə xahiş edirəm ki, məni Uluxanlıya qaytarmayıb Baş Noraşendə saxlayasınız. ”
Baş Noraşenin məktəb nəzarətçisi və müəllimi Xəlilov isə öz teleqramında yazmışdır:” Xahiş edirəm ki, yeni təyin olunmuş Məmmədquliyevi mənim yanımda saxlayasınız, rədd etməyin, yalvarıram. ”
Bu teleqramdan sonra Orlov müfəttiş U.Pasxalova məlumat verir ki, Cəlil Məmmədquluzadə Baş Noraşen məktəbində saxlanılsın. Cəlil Məmmədquluzadə Baş Noraşendə 1887-ci ildən 1890-cı il yanvarın 15-nə qədər müəllimlik etmişdir. Ədib hələ Baş Noraşendə işləyərkən xalq məktəbləri müdirinə teleqram vuraraq xahiş etmişdi ki, yer boşalanda onu Naxçıvan şəhərinə daha yaxın məsafdə yerləşən, keçmiş seminariya dostu Mirzə Əbülqasın Sultanovun müəllimlik etdiyi Şahtaxtı məktəbinə müəllim təyin etsinlər. Lakin bir ildən artıq keçməsinə baxmayaraq, o, müsbət cavab almamışdı.Cəlil Məmmədquluzadə 1890-cı il yanvarın 15-də valideynlərinin yaşadığı Naxçıvan şəhərinin cəmi 5 verstliyində olan ikisinifli Nehrəm məktəbinə təyinat almışdır. Gələcək yazıçı 10 iyul 1897-ci ilədək, təxminən 7 il burada çalışmışdır. Bu barədə Qafqaz tədris idarəsinin əmrində qeyd olunmuşdur:
” Baş Noraşen kəndindəki ikisinifli Zemski məktəbinin müəllimi Cəlil Məmmədquliyev Nehrəm kəndindəki ikisinifli Zemski məktəbinin nəzarətçisi vəzifəsinə və Eçmiədzin qəzasının Korxun birsinifli məktəbinin sabiq müəllimi Ələşrəf Qazıyev isə Baş Noraşen ikisinifli Zemski məktəbinin müəllimi vəzifəsinə təyin edilirlər. ”
Cəlil Məmmədquluzadə burada da təlim-tərbiyə işlərinin yüksəldilməsinə xüsusi fikir vermiş, məktəbə səkkiz nəfər azərbaycanlı qız cəlb edərək xüsusi sinif təşkil etmiş və bu sinifdə məşğələləri özü aparmışdır. Ədiblə bir müddət birgə işləmiş müəllim T.S.Smbatyan bu barədə yazmışdır:” Mirzə Cəlil bütün qəlbini və qüvvəsini gənc nəslin təlim-tərbiyəsi işinə sərf edir, uşaqları mədəni adamlar etməyə çalışırdı. Uşaqları məktəbə cəlb etmək məqsədilə Mirzə Cəlil öz pulu ilə kasıblara kitab, dərs vəsaiti, ayaqqabı və s. alardı. ”
Lakin insanların təhsilə maraq göstərməməsi, mühitin yaratdığı çətinliklər, eyni zamanda ədibin kənddə qalmamaq, başqa xalqların həyatı və mədəniyyəti ilə də tanış olmaq arzusu onu 26 may 1895-ci ildə xalq məktəbləri müfəttişinə raport yazmağa vadar etmişdir. Raportda qeyd edilmişdir:” Daşıdığım vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə əks təsir göstərən və məni işləmək imkanından məhrum edən yerli şəraitə qarşı mübarizədə gücsüz olduğumu görüb, işləmək üçün özümə başqa bir yer tapmaq məqsədilə həmin il may ayının 11-də xalq məktəbləri müfəttişinə yazdığım raportda xahiş etmişdim ki, qarşıdakı tətil zamanı mənə üç aylıq məzuniyyət götürməyə icazə versin. ”
Müdir həmin raportu xalq məktəbləri müfəttişinə göndərmiş və xeyli çətinlikdən sonra müfəttiş Cəlil Məmmədquluzadənin “Avropa Rusiyanın müxtəlif yerlərinə getmək üçün iyunun 10-dan avqustun 25-dək” məzuniyyətə izn vermişdi. Beləliklə, gənc müəllim 1895-ci ilin yayında Peterburq və Moskvada olmuş, “Novoye vremya” qəzetinin redaktoru Suvorinlə görüşərək ərəb əlifbasını latın əlifbası ilə dəyişdirmək məsələsini öz qəzetində qaldırmağı ondan xahiş etmişdi. Suvorin isə bu məsələnin vaxtının hələ çatmadığını bildirmişdir. Yazıçının “Eşşəyin itməkliyi” əsərini radlov əlifbası ilə yazması da onun köhnə əlifbanın dəyişdirilməsinə inamını və təşəbbüsünü göstərmişdir.Cəlil Məmmədquluzadə 1896-cı ildə Nehrəm məktəbində tarix muzeyi yaratmış, bu muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair materialların toplanmasına nail olmuşdur. Bununla yanaşı, ipəkçilik peşəsini öyrətmək üçün xüsusi məşğələlər təşkil etmiş, kəndlilərin ağır iş şəraitini yüngülləşdirmək üçün Tiflisdən dəmir kotan gətirilməsinə nail olmuşdur. O, həmçinin yerli həvəskarlarla birlikdə Naxçıvanda teatr tamaşaları təşkil etmişdir. Bununla əslində mənsub olduğu xalqın maariflənməsi, milli oyanışı və mədəni tərəqqisi üçün çalışmışdır.
Yaradıcılığı
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı taixində görkəmli jurnalist və publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınmışdır. Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. Bir sıra kiçik hekayələrini, “Danabaş kəndinin əhvalatları” (1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. 1895-ci ildə yayında Moskvaya və Peterburqa getmiş, bu şəhərin mədəni həyatı ilə tanış olmuşdur. Naxçıvanda və İrəvanda müxtəlif hüquq idarələrində çalışmışdır.Bədii nəsri
İlk nəsr əsərləri (1894-1904)
Cəlil Məmmədquluzadənin ilk yaradıcılıq dövrü 1905-ci il inqilabına qədər davam etmişdir. Bu dövrdə “Çay dəstgahı” adlı alleqorik mənzum dramını, “Danabaş kəndinin əhvalatları” povestini, “Danabaş kəndinin məktəbi”, “Kişmiş oyunu”, “Poçt qutusu” hekayələrini yazmış, rus dilindən bəzi tərcümələr etmişdir. Ədibin yaradıcılığının birinci dövrünə aid olan bu ilk əsərlərində inqilabdan əvvəlki Azərbaycan kəndinin, kəndlisinin həyat və məişətinin müxtəlif cəhətləri əks olunmuşdur.[9][13][14]Mirzə Cəlilin ilk məlum nəsr əsəri 1894-cü ildə yazılmış “Danabaş kəndinin əhvalatları” povestidir. Povest ədibin Nemhrəmdə müəllimlik etdiyi illərdə qələmə alınmışdır. Müəllif “Danabaş kəndinin əhvalatları” adı altında silsilə, seriya əsərlər yazmağı nəzərdə tutmuşdur. Həmin seriyaya daxil olan “Eşşəyin itməkliyi” povestini tamamlamış, “Danabaş kəndinin məktəbi” hekayəsi isə yarımçıq qalmışdır. Ona görə də “Danabaş kəndinin əhvalatlari”dedikdə “Eşşəyin itməkliyi” povesti nəzərdə tutulur.[3][7][8][9][13][14][15][16]
Kəndli məişətini dərindən öyrənən, kənddəki zülmü, yoxsulluq və avamlığın bilavasitə şahidi olan Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” povestinin mövzusunu məhz bu həyatdan götürmüşdür. Əsərin ideyası ilə əlaqədar olaraq, ədib Danabaş kəndində cərəyan edən bir əhvalat seçmiş və povestin sujet xəttini həmin əhvalat üzərində qurmuşdur. Povestin sujetini real həyat materialı üzərində quran müəllif kəndlilərin həyatını, məişətini, qadınların kölə vəziyyətini, zəhmətkeşlər üzərində hökm sürən zülm və ədalətsizliyi əks etdirmişdir. Əsərdə satira atəşinə tutulan hədəflərdən biri də bəylər, çarizm üsul-idarəsi, rüşvətxor çar çinovnikləridir.[3][9][13][14]
Əsər o zaman çap olunmamışdır, ancaq əlyazması şəklində ədibin yaxın dostları arasında yayılıb oxunurdu. (C.Məmmədquluzadə “Əsəri”, II cild, Bakı, Azərnəşr, 1936, səh. 485).)[13]
” Yazmaq istəyirdim. Çox istəyirdim yazmaq. Amma bilmirdim niyə yazım və kimdən ötrü yazım. Çünki ümidvar deyildim ki, yazdıqlarımı çap etməyə və intişarə qoymağa hökumət icazə verəcək. ”
(C.Məmmədquluzadə “Seçilmiş əsərləri”, Bakı, Azərnəşr, 1951, I cild, səh.430)1901-ci ildə İrəvandan Naxçıvana maarifpərvər M.T.Sidqiyə göndərdiyi 27 yanvar tarixli məktubunda Cəlil Məmmədquluzadə belə yazmışdır:[13]
” “Məhəmmədhəsən əminin eşşəyini” (“Danabaş kəndinin əhvalatları”) istəyirəm yazib göndərəm, senzor izn versin, İrəvanda çap elətdirəm. ”
(C.Məmmədquluzadənin arxivi, Azərbaycan SSR EA Respublika Əlyazmaları fondu, Q-3(137)Mirzə Cəlil həmin dövrdə çap etdirə bilməsə də, gördüyü hadisələri müntəzəm qələmə almışdır. Ədib 1921-ci ildə Təbrizdən qayıtdıqdan sonra əsəri çap olunmaq üçün Bakıda Maarif Komissarlığına təqdim etmişdir. Ancaq povest Maarif Komissarlığında itdiyindən ədib öz sağlığında onu çap etdirə bilməmişdir. Beləliklə, povest ilk dəfə yazıçının ölümündən sonra 1936-cı ildə Azərnəşrdə ayrıca kitab şəklində çap olunmuş, sonra isə ədibin “Əsərləri” (1936), üçcildlik və altıcildlik “Əsərləri”nin I cildinə (1966, 1983) daxil edilmişdir.[3][7][13]
Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” seriyasından yazılmış “Danabaş kəndinin məktəbi” adlı yarımçıq bir hekayəsi də vardır. Hekayədə milli maarifçiliyə çağırış motivləri əks olunmuşdur. Ədib sonralar yenidən həmin məsələyə qayıtmış, eyni mövzu və eyni adda bir pyes yazmışdır.[4][13]
Mirzə Cəlilin ilk mətbu əsəri olan “Poçt qutusu” hekayəsi 1903-cü ilin noyabr ayında qələmə alınmışdır. Fikri istiqaməti etibarilə bu hekayə “Danabaş kəndinin əhvalatları” povestinin davamıdır. Mülkədar Vəlixan ilə avam kəndli Novruzəli arasındakı münasibət əsərin əsas məzmununu təşkil edir. “Poçt qutusu” hekayəsi gənc yazıçının ədəbi həyatında xüsusi əhəmiyyətə malik olmuş, onun gələcək yolunu müəyyənləşdirmişdir. [4][9][13][17] [14]
Ədib sonralar bu barədə qeyd etmişdir:[9]
” … Mən “Poçt qutusu”nu ondan ötrü oxucuların nəzərinə gətirirəm ki, mənim bu hekayəm ədəbi həyatımda bir əhəmiyyətli rol oynayıbdır. Bu da odur ki, bəlkə bu hekayəmin səbəbindən mən bu müsafirətimdə Tiflisə azarlını apardıqda dəxi İrəvana qayıdıb gəlmədim və Tiflisdə qalıb sonra da həmişəlik tiflisli oldum. ”
Əsər Tiflisdə Azərbaycan dilində çıxan “Şərqi-Rus” qəzetinin 1904-cü il 16 və 18 yanvar tarixli saylarında “Poçt qutusu” sərlövhəsi və “Cəlil Məmmədquluzadə” imzası ilə dərc edilmişdir. (“Şərqi-Rus” qəzeti, 16, 18 yanvar 1904-cü il, № 5, 6) Beləliklə də, ədibin “Şərqi-Rus” qəzetində çap olunan ilk hekayəsi “Poçt qutusu” olmuşdur. Müəllif onu ruscaya çevirərək, “Novoye obozreniye” qəzetində dərc etdirmişdir. 1905-ci ildə isə “Qeyrət” mətbəəsində ayrıca kitabça halında buraxılmışdır.[9][17]“Poçt qutusu” Mirzə Cəlilin əsərlərinin nəşrlərinin hamısına daxil edilmiş, xarici dillərə tərcümə olunmuş və orta məktəblərdə tədris olunur. Hekayə əsasında “Azərbaycantelefilm” kinostudiyasında qısametrajlı film çəkilmişdir.[17]
1905-1920-ci illərdəki hekayələri
XX əsrin əvvəllərindən etibarən Cəlil Məmmədquluzadə bədii yaradıcılıqla da ardıcıl məşğul olmuşdur. Qüdrətli yazıçının “Usta Zeynal” (1905), “Dəllək” (1906), “İranda hürriyyət” (1906), “Fatma xala” (1906), “Qurbanəli bəy”, “Quzu” (1914), “Nigarançılıq” (1916), “Konsulun arvadı” (1918), “Pirverdinin xoruzu” (1906) və b. hekayələri onu kiçik janrın böyük ustadı kimi tanıtmışdır.[3][4][15]İlk əsələrində əsasən kənd və kəndli həyatından, bəy-xan zülmündən yazan müəllif yeni dövrdə öz hekayələri üçün fəhlə həyatından da mövzu seçir. Fəhlə mövzusunun işlənməsi nöqteyi-nəzərindən Cəlil Məmmədquluzadə nəsrinin inkişafını göstərən əsərlər içərisində “Usta Zeynal” (1905) və və “İranda hürriyyət”(1906) hekayələri xüsusi yer tutur.[3][4][7][9][13]
“Usta Zeynal” hekayəsinin ideyası dini mövhumatın, puç müsəlman etiqadının insanları tənbəl etdiyini, onları iş və fəaliyyətdən uzaqlaşdırdığını ifşa etməkdən ibarətdir. “Usta Zeynal” 1906- cı ildən başlayaraq, bu günə qədər dəfələrlə nəşr olunmuşdur. Həmçinin Təbrizdə çıxan “Vətən yolunda” qəzetində çap olunmuşdur. (“Vətən yolunda” qəzeti, 13, 15,17,23,25,27 və 29 dekabr 1944-cü il, № 107,108,109,111,112,113 və 114). Eyni zamanda 1945-1946-cı ildə illərdə Təbriz dövlət teatrı kollektivi “Usta Zeynal” hekayəsini səhnələşdirmişdir.(Cəfər Xəndanın “Cənubi Azərbaycan ədəbiyyatında milli azadlıq ideyaları (1906- 1946-cı illər)” adlı doktorluq dissertasiyası).[9][13] [18] [19]
Cəlil Məmmədquluzadənin 1905-ci ildən sonrakı yaradıclığında, o cümlədən hekayələrində İranda və İran Azərbaycanında cərəyan edən ictimai-siyasi hadisələr mühüm yer tutmağa başlamışdır. Bu cəhətdən qələmə aldığı “İranda hürriyyət” hekayəsi çox xarakterikdir. “İranda hürriyyət” şah hökuməti tərəfindən 1906-cı ilin avqustunda verilmiş hürriyyətlə əlaqədar yazılmışdır. Əsər özünün bəzi xüsusiyyətlərilə, xüsusən zəhmətkeşlərin avamlığını tənqid cəhətdən “Usta Zeynal” hekayəsi ilə səsləşir. “İranda hürriyyət” hekayəsi yazıçının məqalələrində dəfələrlə təkrar etdiyi bu fikri təsdiq edir: edir:[3][9][12][13]
” Nə qədər ki, zəhmətkeş insan mövhumat azarından xilas olmamışdır, azadlığın nemətlərindən istifadə edə bilməz. ”
Ədib əsərdə şah hökumətinin verdiyi hürriyyətin mahiyyətini ifşa etmiş, xalq kütlələrini aldanmamağa, əsaslı demokrtatik islahat keçirilməsi uğrunda fəal və ardıcıl mübarizəyə çağırmışdır. Mirzə Cəlil hekayəni İranda hürriyyət elan edilməsindən təxminən üç ay sonra qurtarmışdır. Əsərin sonundakı: “23 noyabr 1906, Tiflis” qeydi də onun tamamlandığı tarixi göstərir.[9][12]Buradan aydın olur ki, Mirzə Cəlil hürriyyət xəbərini eşidən kimi hekayəni yazmağa başlamış və günün zəruri məsələsinə dərhal öz münasibətini bildirmişdir. Hekayənin sentyabrın əvvəllərində, yəni İranda məşrutə elan edilməsindən bir neçə gün sonra yazılmağa başlandığına dair ədibin müəyyən işarələri vardır. Mövzusu siyasi məqsəd üçün seçilmiş, sujeti real həyat materialı üzərində qurulmuş “İranda hürriyyət” ilk dəfə 1906-cı ilin dekabr ayında Tiflisdə “Qeyrət” mətbəəsində ayrıca kitabça halında çap olunmuşdur. Kitabda rəssam O.l.Şmerlinqin üç illüstrasiyası yer almışdır. Hekayənin nəşri haqqında “Molla Nəsrəddin” jurnalının 1906-cı il 22 dekabr tarixli 38-ci nömrəsində dərc edilmiş “Elan” da yazılmışdır:
” 1906-cı ili müştərilərinə Ümidvarın yazdığı: “Bəsdir bu qədər zülm” kitabçasını hədiyyə edəcəyimizi vəd eləmişdik. Məzkur kitabın çapına ruxsət verilmədiyindən onun yerinə “İranda hürriyyət” kitabçası gələcək nömrə ilə hədiyyə göndəriləcəkdir. ”
(“Molla Nəsrəddin” jurnalı, 22, 29 dekabr 1906-cı il, № 38,39). [9][12][13][20][21]Jurnalın həmin il 29 dekabr tarixli 39-cu nömrəsində isə deyilirdi:[12][13]
” Həmin nömrə ilə 9 aylıq müştərilərə “İranda hürriyyət” kitabı göndərilir. ”
Cəlil Məmmədquluzadənin Cənubi Azərbaycan mövzusuna həsr olunmuş hekaəylərindən biri də “Xanın təsbehi”dir. Ədib İranda olduğu vaxt özünün bilavasitə şahidi olduğu hadisələri qələmə almışdır. Hekayınin mövzusu İran despotlarının həyatından götürülmüşdür. Əsərdə həmçinin xan və bəylərin rəiyyətə amansız münasibətini əks olunmuşdur.[9][13][14]“Usta Zeynal”da olduğu kimi, “Rus qızı” hekayəsində də iki ailə münasibəti, iki əxlaq və iki tərbiyə sistemi göstərilmişdir. “Usta Zeynal”da dini mövhumat, “Rus qızı”nda isə cəhalət, nadanlıq əks olunmuşdur. Hekayə ilk dəfə 1925-ci ildə “Yeni yol” qəzetinin 2 dekabr tarixli 275 və 6 dekabr tarixli 278-ci nömrələrində çap olunmuşdur. Hekayənin inqilabdan əvvəl yazıldığı qeyd olunmuşdur.[13] [22]
Dramaturgiyası
Cəlil Məmmədquluzadə bədii yaradıcılığa 23 yaşından, kənddə müəllim ikən başlamışdır. Ədibin ilk qələm təcrübəsi “Çay dəstgahı” alleqorik dramı olmuşdur. Bundan sonra ədib müntəzəm surətdə ədəbiyyatla məşğul olmuş, qəzetlərdə işləmiş, müəllimlik etmişdir. Əsər 1889-1894-cü illər arasında yazılmışdır. “Çay dəstgahı”nda müəllif nökər Əlinin simasında kəndin ən aşağı təbəqələrinin cəmiyyətdə yazıq və acınacaqlı halını əks etdirir. Nökər Əlilərin məişətdəki gülünc hərəkətlərində müəllif onların özlərini yox, Hacı Rəhim xanları günahlandırır.[3][7][8][9][15][23]Cəlil Məmmədquluzadənin ilk əsərləri alleqorik mənzum “Çay dəstgahı” dramı və birpərdəli “Kişmiş oyunu” pyesidir. Birpərdəli “Kişmiş oyunu”nu pyesi 1892-ci ildə yazılmışdır. Pyesdə müəllifin əsas tənqid hədəfi zəhmətkeşlərin malına zorla sahiblənməyə çalışan kobud, tamahkar kənd mülkədarı Vəlisoltan və quldurluğa adət etmiş dələduzlardır.[3][8][9]
XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən “Ölülər” komediyası 1909-cu ildə yazılmışdır. Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapmışdır. “Ölülər”də cəhalət, gerilik, ikiüzlülük və yalan ifşa olunur. Avamlıq və nadanlığın nə kimi bəlalar yaratdığı göstərilir. Bu komediyanı yazmaqda böyük dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olmuşdur. Cəlil Məmmədquluzadənin tərcümeyi-halı ilə əlaqədar olan materiallar, arxiv sənədləri və xatirələr göstərir ki, Şeyx Nəsrullah surətinin yaradılmasında müəllifin şahidi olduğu konkret tarixi faktların və həqiqətlərin böyük təsiri olmuşdur. Şeyx Nəsrullah bütün Yaxın və Azərbaycan üçün səciyyəvi olan canlı, tipik və mürəkkəb bir ruhani obrazıdır. Ədib Şeyx Nəsrullahın əksi olaraq yaratdığı Kefli İskəndər obrazı vasitəsilə xalqı oyatmağa çalışmışdır.
1916-cı ildə Bakıda səhnəyə qoylumuş “Ölülər” komediyası uzun müddət Azərbaycan və Şərq ölkələrinin teatrlarında oynamışdır. Əsər tez bir zamanda Dərbənd, Buxara, Səmərqənd, Orenburq, Kazan, Tiflis, Yerevan və bşaqa şəhərlərin səhnələrində uğurla göstərilmişdir. “Ölülər” haqqında Üzeyir Hacıbəyov demişdir:
” “Ölülər” “Molla Nəsrəddin” kimi baltanı dibindən vuran bir pyesdir”. ”
Əsərin ilk tamaşası haqqında o zamanlar xüsusi nəşriyyat sahibi olan mühərrir Oruc Orucov yazmışdı:” Yuxarıdan aşağı zikr edilən sözlərə diqqətlə baxılacaq olursa, bu cümlələr eylə silsiləvari irad olunur ki, əsla bir sərxoş nə qədər müqtədir olsa da, o dərəcədə aqilanə, mahiranə nəsihətlərdə buluna bilməz. ”
(“Yeni İqbal” qəzeti, 1916, № 298).“Ölülər” Təbrizdə 1921-ci ildə tamaşa qoyulmuşdur. Həmin dövrdə Kefli İsgəndər obrazını Böyükxan Naxçıvanski, Hacı Baxşalı obrazını Səməd Mövləvi, Məşədi Oruc obrazını naxçıvanlı Cabar Əmirov, Hacı Həsənağa obrazını Mehdi, Cəlal obrazını Mirzə Cəlilin oğlu Midhət, Nazlı obrazını Mirzə Cəlilin qızı Münəvvər, müəllim obrazını qafqazlı Mehdi, Şeyx Nəsrullah obrazını Əli Azəri ifa etmişdir.
“Anamın kitabı” komediyası Azərbaycanda Sovet hakimiyyətindən qabaq 1919-cu ildə yazılmışdır. Ədib əsərdə dil və mədəniyyət məsələsinə toxunmuş, müəyyən qrup ziyalıların canlı ana dilinə yabançı olmasını göstərmişdir. Dramaturq bir ananın övladları olan üç qardaşın simasında xalqdan uzaq belə ziyalıların tipik surətlərini yaratmışdır. Hələ 1906-cı ildə “Molla Nəsrəddin”in birinci nömrəsində ədib yazıçılara və oxuculara bu cür müraciət etmişdir:[4][8][9][14]
” Salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalay-yırğalaya sizə türk dilində lay-lay deyirdi… Hərdənbir ana dilində danışmaq ilə keçmişdəki gözəl günlərini yad etməyin nə eybi var?. ”
Əsərdə həmçinin Azərbaycan xalqının milli azadlığı, milli intibah və yüksəlişi məsələləri də öz əksini tapmışdır. Müəllif tipləri, hadisələri, komediyanın sujetini həyatdan götürmüşdü.[3]XX əsr Azərbaycan nəsri və dramaturgiyasının inkişafında yeni bir mərhələ olan birpərdəli “Kamança” pyesi 1920-ci ildə Şuşada yazılmışdır. Pyesdəki hadisələr Qarabağda cərəyan edir və həmin dövrdə Qarabağda yaşayan ədibin real həyati müşahidələri əsasında qələmə alınmışdır. Janrına görə faciə olan əsərdə 1918-1920-Cİ illərdə Qarabağda baş vermiş erməni- Azərbaycan münaqişəsi dövrünün hadisələrindən bəhs olunur.[2][3][7][24][25]
Sovet hakimiyyəti illərində
Cəlil Məmmədquluzadənin yaradıcılığının və ictimai fəaliyyətinin mühüm bir mərhələsini də onun həyatının Sovet hakimiyyəti illərində keçən 1921-ci ildən 1932-ci ilə qədərki dövrü təşkil edir. Sovet dövründə də ədib bədii yaradıcılığını davam etdirmişdir.[4][8]Sovet hakimiyyəti illərində qələmə alınmış “Lal”, “Oyunbazlar”, “Lənət” səhnəciklərində (1921) köhnəlik və gerilik, mövhumat və cəhalət tənqid olunmuşdu. Bu kiçik həcmli əsərlərdə elm, təhsil, məktəb kimi məsələlər ön plana çəkilmişdir.[4]
Bu dövrdə “Danabaş kəndinin məktəbi” pyesini yazmışdır. Ədibin irihəcmli dramlarından olan, 1921-ci ildə qələmə alınan “Danabaş kəndinin məktəbi” pyesi əvvəlcə hekayə şəklində olmuş, sonralar müəllif tərəfindən səhnələşdirilmişdir. Pyesdə təsvir olunan həyat təxminən “Ölülər”in əhatə etdiyi tarixi dövrə yaxındır. Ədib özü də əsərin başlanğıcında əhvalatın 1895-ci ildə vaqe olduğunu qeyd edir. Əsərdə elm, maarif, məktəb təbliğ olunmuş, cəhalət və savadsızlıq tənqid olunmuşdur. Cəlil Məmmədquluzadə 1928-ci ildə əsəri tamaşaya qoyulmaq üçün Dövlət Türk Akademik Dram Teatrına “Danabaş kəndinin müəllimi” adı ilə təqdim etmişdir.[4][9][14]
1926-ci ildə qələmə alınmış “Yığıncaq” pyesində sovet cəmiyyətinin ilk onilliyində Azərbaycan cəmiyyətində gedən mürəkkəb ictimai proseslər əks olunmuşdur.[4][7][8]
“Dəli yığıncağı” tragikomik pyesi 1927-ci ildə Bakıda yazılmışdır. Əsərdə Cənubi Azərbaycan zəhmətkeşləri üzərində ağalıq edən müstəmləkəçilərin soyğunçuluğu, özbaşınalığı, xarici düşmənlərin mənafeyini müdafiə edən mühafizəkar ruhanilərin geniş kütlələri mövhumatda saxlamaqları kəskin tənqid olunmuşdur. “Dəli yığıncağı” mövzu etibarilə “Ölülər”ə daha yaxın əsərdir. Əsərdə “Ölülər”də əks olunan feodal həyatı və tipləri əks olunmuşdur.[3][4][9][14][26]
Dörd pərdəli “Ər” pyesi 1930-cu ildə sovet hakimiyyəti illərində yazılmışdır. Əsərdə sovet hakimiyyətinin başlanğıc illərində Azərbaycanda gedən ictimai proseslər əks olunmuşdur.[4]
Qadın azadlığı məsələsi
Cəlil Məmmədquluzadənin hekayələrində qadın əsarətinə qarşı mübarizə mövzusu mühüm yer tutmuşdur. Ədib “Molla Nəsrəddin” jurnalı səhifələrində olduğu kimi, hekayələrində də həmişə qadınların ağır kölə vəziyyətinə qarşı çıxmış, onların azadlığı uğrunda ciddi mübarizə aparmışdır.[13] Mirzə Cəlilin 1905-1920-ci illərdə yazdığı hekayələrdə ən çox işlənən mövzulardan biri də məhz qadın azadlığı məsələsi ilə bağlı olmuşdur.[9][13]Ədib həmin illərdə qadın əsarətinə qarşı “İranda hürriyyət”, “Xanın təsbehi”, “Konsulun arvadı”, “Qəssab”, “Molla Fəzləli”, “Pirverdinin xoruzu” və s. hekayələri yazmışdır. “Molla Fəzləli” (1915) hekayəsində ədib qadın səadətini alt-üst edən köhnə əxlaq normalarından, siğə məsələsindən bəhs etmişdir. “Xanın təsbehi”, “Konsulun arvadı” hekayələrində isə qadına olan xüsusi mülkiyyətçilik əlaqəsinin başqa bir cəhəti, qadın alverinin başqa bir forması öz əksini tapmışdır.[9][13]
Eyni zamanda ədib sovet dövründə qələmə aldığı “İki ər”, “Qiyamət”, “Eydi-rəməzan” hekayələrində də bu məsələyə toxunmuşdur. 1927-ci ildə yazılmış “İki ər” hekayəsi “Şərq qadını” jurnalının həmin il 10-11-ci nömrəsində dərc edilmişdir.[9][27]Həmçinin ədibin 1927-ci ildə Oktyabr inqilabının on illiyi münasibətilə yazdığı “Qiyamət”, “Eydi-rəməzan” hekayələrində qadının ictimai həyatdakı fəaliyyəti əks olunmuşdur.[9]
Mirzə Cəlil qadın azadlığı məsələsinə həm hekayələrində, həm də dramaturji və publisist fəaliyyətində geniş yer vermişdir. Ədib uzun illər arzusunda olduğu “Şərq qadını” jurnalının nəşrini sevinclə qarşılamış, “Molla Nəsrəddin”də dərc etdiyi “Şərq qadını” məqaləsində onu təbrik etmişdir. Mirzə Cəlilin həmin jurnalda “Hünərli qadınlar”, “İki ər”, “Bir balaca yanlışlıq” hekayələri, həmçinin “Köhnə dərdim”, “Mirzə Fətəli Axundov dinlər haqqında”, “Mirzə Fətəli Axundov və qadm məsələsi” məqalələri dərc olunmuşdur. [28]
Yazıçı 1924-cü ildə “Şərq qadını” jurnalının ildönümü münasibətilə yazdığı “Köhnə dərdim” adlı məqaləsində demişdi:[9][28]
” Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstünə vurulub. Şərq qadınının dərdini mən hamıdan artıq anlaya bilərəm. O mənim köhnə dərdimdi… Nədir onların dərdi? Şərq qadınını azad etmək! Nədən? Şəriətin kəməndindən, müsəlmanlığın zəncirindən, hərəmxanələrin zindanından, qara çarşafın zülmündən. ”
(Cəlil Məmmədquluzadə “Köhnə dərdim, “Şərq qadını” jurnalı, 1924, № 10, səh.25″).Ədib müsəlman aləmində dəbdə olan siğəni əxlaqa, ailə məsuliyyətinə zidd hesab etmiş və bu cür fikirlərinə görə ruhanilər tərəfindən təqib olunmuş, ölümlə hədələnmişdir. Bu barədə Həmidə xanım öz xatirələrində belə yazırdı:
” Faiq əfəndi Mirzə Cəlilə bildirdi ki, evdən kənara çıxmasın, onu öldürmək istəyirlər. Şəhərin müsəlman hissəsi böyük həyəcan keçirirdi. Camaat mollaların başçılığı ilə məscidə toplanıb Mirzə Cəlilə lənət oxuyur, islama rəxnə yetirən o dinsiziin qətlinə fərman verirdi. Başqa yerlərdən avamlar Mirzə Cəlilə söyüş və hədələrlə dolu məktublar göndərmişdilər. ”
[29]Buna baxmayaraq, Şərq qadınının azadlığı uğrunda ədibin apardığı mübarizəyə yüksək qiymət verən dövrün mütərəqqi ziyalıları da az deyildi. Y.Vəzirov “Millət” qəzetində çap etdirdiyi məqaləsində yazırdı:
” İslam aləmində həlli üsyana səbəb olan bir çox dini məsələləri “Molla Nəsrəddin” zəmanə nöqteyi- nəzərini etibara alaraq, qolaylıqla həll yoluna saldı. Əski qanun və adətlər dairəsini pozub geniş bir vadiyə çıxdı. Qadın məsələsi kimi zəruri, həyati və bununla belə qarışıq məsələni həll etdi. Zəmanə yazılmlş qanunlardan qüvvətlidir,-dedi. Zəmanə tələbatına tabe olunuz! ”
[30]Ailəsi
1896-cı ildə ilk ailəsini qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. 1900-cü ildə dövrünün tanınmış hüquqşünaslarından olan Məhəmmədqulu bəy Kəngərli-nin bacısı Nazlı xanım Kəngərli ilə ailə həyatı qurur. Lakin sonradan Mirzə Cəlillə Nazlı xanımın münasibətləri korlanır. 1903-cü ildə Nazlı xanım vaxtından əvvəl ölü uşaq doğur və bununla da əsəb xəstəliyinə tutulur. Mirzə Cəlil Məhəmmədqulu bəylə birlikdə xəstəni Tiflisə aparır və həkimlərin tövsiyyəsi ilə əsəb xəstəlikləri üzrə Mixaylovski xəstəxanasına yerləşdirir. Buna baxmayaraq Nazlı xanımın xəstəliyi şiddətlənir, yeməkdən qəti imtina edir və tezliklə dünyasını dəyişir. Üçüncü dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş, oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.Elmi fəaliyyəti
1903-cü ildən Tbilisidə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında işləmişdir. C. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında “Şərqi-Rus” qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur.[31] “Poçt qutusu” adlı ilk mətbu əsəri, “Kişmiş oyunu”, Lev Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir. 1904-cü il noyabrında C. Məmmədquluzadənin “Şərqi-Rus” qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1905-ci ildə “Şərqi-Rus” bağlandığı zaman Məmmədquluzadə, jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə ilə şərikli bu qəzetin mətbəəsini alıb, ona ” Qeyrət” adı vermişdir. 1905-1907-ci illərdə C. Məmmədquluzadənin ilk kitabçaları, (“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “İranda hüriyyət” ) “Qeyrət” mətbəəsində nəşr olunmuşdur. Həmin ildə C. Məmmədquluzadə Tiflisdə uşaqlar üçün məktəb və pansion açmışdı. 1905-ci ildə “Kavkazski raboçi listok” qəzetində Cənubi Azərbaycandan gəlmiş fəhlələrin ağır həyatını təsvir edən “Binəsiblər” və “Xeyirdua” məqalələri ilə çıxış etmişdi. C. Məmmədquluzadə həmin ildə “Novruz” adlı gündəlik qəzet çıxarmağa icazə alsa da, azadlıq hərakatının təsiri ilə mübariz satira orqanı nəşr etməyi daha münasib bildi.Cəlil Məmmədquluzadənin 100 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1966)
İlk nömrəsi 1906-cı il aprelin 7-də (köhnə stil ilə 20 aprel) çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat və ədəbiyyat məktəbi yaratdılar. “Molla Nəsrəddin” “Suri-İsrafil” (Azərbaycan), “Nəsimi-şimal” (İran), “Cəm” (Türkiyə), “Uklar” , “Yəşen” (Tatarıstan), “Tokmaq” (Türkmənistan), “Sinək” (Krım) və s. satirik jurnallar üçün örnək oldu. Ə. Lahuti, A. Turkay, M. Dehxuda, Ə. Gilani “Molla əmi”ni özlərinə müəllim və ustad seçmişdilər. Jurnalın Rusiyadan başqa Asiya, Avropa və Amerikanın bir sıra ölkəsində də abunəçiləri var idi. Başqa mollanəsrəddinçilər kimi, C.Məmmədquluzadə də irtica və qaraguruhçuların arakəsilməz təqib və təzyiqinə məruz qalırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, “Qeyrət” mətbəəsində axtarışlar aparır, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırırdı.”Molla Nəsrəddin” jurnalı yazıçının M.Ə.Sabirlə ayrılmaz dost olmasında da böyük rol oynamışdır.Cəlil Məmmədquluzadə ev muzeyi
1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş[32] və 1921-ci ildə orada Molla Nəsrəddinin 8 nömrəsini çap etmişdir. 1922-ci ildə “Molla Nəsrəddin”in nəşrinin burada davam etdirmişdir. “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olmuş, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” (indiki “Azərbaycan qadını”) və s. mətbuat orqanlarında fəaliyyət göstərmişdir. 20-ci illərin ikinci yarısından tibarən C. Məmmədquluzadənin həyatında ciddi sarsıntılar dövrü başlanmışdır. Onun baş redaktoru olduğu “Molla Nəsrəddin” jurnalına ciddi senzura nəzarəti qoyulmuş, jurnalın nəşri üçün ayrılan dövlət vəsaiti (dotasiya) azaldılmışdı. Hətta “Molla Nəsrəddin” jurnalının Mübariz Allahsızlar Cəmiyyətinin orqanı kimi fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmişdi. Bir çox dövlət səviyyəli toplantılara, ədəbi-mədəni tədbirlərə dəvət edilməməsi, dövri mətbuatda haqqında çap olunan yersiz tənqidi məqalələr də böyük demokrat ədib üçün gözlənilməz mənəvi-zərbələrə çevrilmişdir. Bütün bunlar yazıçının sağlamlığını ciddi surətdə sarsıtmışdı. Cəlil Məmmədquluzadə 40 illik yaradıcılığı boyu müxtəlif janrlarda (dram, hekayə, povest, şeir, publisistika, ədəbi tənqid, xatirə və s.) yazdığı əsərləri ilə realist Azərbaycan ədəbiyatının yeni, yüksək pilləyə qalxmasında müstəsna rol oynamışdı. C. Məmmədquluzadə ədəbi və estetik görüşlərində realizmin ardıcıl tərəfdarı, mübariz təbliğatçısı və nəzəriyyəçısi idi. M. F. Axundov ənənələrinə əsaslanan C. Məmmədquluzadə sənətdə mücərrədliyə, formalizm təzahürlərinə, bitərəflik və ideyasızlıq meyllərinə qarşı kəskin mübarizə aparırdı. Ədəbiyyatı və mətbuatı bütün xalqın, hətta sadə, savadsız, avam adamların malı etmək onun əsas yaradıcılıq qayələrindən idi. O, “qələmlə təşəxxüs satan” məsləksiz yazıçıları – “şeir bülbülləri”ni hiddətlə tənqid edirdi. Hələ “Danabaş kəndinin əhvalatları” povesti və ilk hekayələri ilə C. Məmmədquluzadə tənqidi realizm yolunu tutmuşdu. Bu əsərlərdə o zamankı Azərbaycan kəndində hökm sürən feodal-patriarxal münasibətlər, çar məmurlarının və din xadimlərinin özbaşınalığı, şüurlarda və məişətdəki gerilik, mövhumat və xürafat, qadınların acınaclıq taleyi, tərəqqi və dirçəlişə çağıran böyük vətəndaş yanğısı ilə qələmə alınmışdı. C. Məmmədquluzadə öz qələm və məslək dostları ilə birgə Azərbaycan satirasını daha da inkişaf etdirərək, ona demokratik məzmun verdi. Onun ” Poçt qutusu” (1905), “Usta Zeynal”, “İranda hürriyyət” (1906), “Qurbanəli bəy” (1907) kimi hekayələri, məşhur “Ölülər” mühitinin rəzalətlərini nifrətlə damğalamış, işıqlı həyat haqqında arzuların tərcümanı olmuşdur. İlk dəfə 1916-cı ildə Bakıda tamaşaya qoyulan “Ölülər” komediyası “baltanı dibindən vuran” (Ü. Hacıbəyov), “İdeyası inqilabi” (N. Nərimanov) bir əsər kimi hərarətlə qarşılanmışdı. C. Məmmədquluzadənin yaradıcılığında milli şüur, mənsub olduğu xalqın müstəqilliyi və taleyi (“Anamın kitabı”,1919), ailə məktəb tərbiyəsi, ümumiyyətlə, marifçilik ideyaları (“Danabaş kəndinin məktəbi”, 1921) və s. problemlər də geniş yer almışdı. Erməni və Azərbaycan münaqişəsi mövzusunda yazılmış birpərdəli “Kamança” (1920) pyesində xalqımızın dərin humanizmini böyük sənətkarlıqla təcəssüm etdirmişdir. “Dəli yığıncağı” (nəşri 1936) komediyasında feodal-patriarxal münasibətləri, fantizm kəskin tənqid atəşinə tutulur. Bədii yaradıcılığda da olduğu kimi, publisistikasında da əsasən, satirik janrlardan istifadə etmişdir. O, çarizm, sosial ədalətsizlik, fantaizm, xurafat, cəhalət və nadanlıq, Qərb inperailzmi və Şərq istibdadı əleyhinə çevrilmiş yüzlərcə publisistik məqalə, fleyton və satirik miniatürün müəllifidir. Həmçinin, müxtəlif satirik təsvir üsulları ilə II Nikolay, Məmmədəli şah, Sultan Əbdülhəmid, Kayzer Vilhelm və b. “böyükləri ifşa edirdi. Digər dünya demokrat yazıçıları və M. F. Axundov məzlumlar ələ, “dəyənək” almağa, zalımlara qarşı qəti mübarizə aparmağa çağırırdı. “Cümhuriyyət” (1917) adlı əsərində xalq hakimiyəti, demokratik respublika tələbi irəli sürülürdü.Cəlil Məmmədquluzadənin büstü
C. Məmmədquluzadənin publisit əsərlərində milli məsələdən, İran və Türkiyə inqilablarından, qadın azadlığı, maarif, ədəbiyyat, incəsənət, ana dili və s. ictimai-mədəni tərəqqi problemlərindən bəhs edilir, qabaqcıl fikirlər yürüdülürdü. Çoxcəhətli, dərin bilik sahibi olan ədib Datvin, Epikür, və Sokrat, Şekspir və Şiller, Kant və Spinoza, Holbax və Leybnits, Qlinka və Bethoven, Derjavin və Puşkin, Zərdüşt və Mani, müxtəlif siyasi, fəlsəfi, dini, sosioloji cərəyanlar haqqında yazmış, mürtəce ideyaları rədd etmiş, Bəşər dühasının mühüm nailiyyətlərini təbliğə çalışmışdır. 1922-1930-cu illərdə C. Məmmədquluzadə “Molla Nəsrəddin”i mübariz mətbua orqanlarından birinə çevirmək üçün səylə çalışmış, gənc yazıçı və rəssamların böyük bir nəslini satirik jurnalistika sahəsində işləməyə hazırlayırdı. Jurnalın bu illərdə çıxan nomrələrində C. Məmmədquluzadə satiraya yeni ictimai məzmun vermək məqsədi ilə ciddi yaradıcılıq axtarışları aparırdı. O, publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını janr və formaca da zənginləşdirmişdir. Xüsusilə də, kiçik hekayənin böyük ustadı hesab edilirdi. Hekayələri sosial mətləbləri son dərəcə yığcam formada, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri sırasında durur. C. Məmmədquluzadənin zəngin bədii irsi, “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, maarifçi-demokratik hərəkkatın inkişafına təsir göstərmişdir.Cəlil Məmmədquluzadənin Bakıdakı Ev Muzeyi
Xatirəsi
C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.[33]17 yanvar 2019-cu ildə Azərbaycan prezidenti Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.[34]
Cəlil Məmmədquluzadənin 25 il redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının üz qabığı (1906)
Şəcərəsi
Baba
Hüseynqulu (1808-?)
Məşədi Məmmədqulu (1836-1905)
Cəlil Məmmədquluzadə (1869-1932)[35]
Dini görüşləri
Cəlil Məmmədquluzadənin dini görüşləri, ümumiyyətlə, mübahisə doğurur. Bəzi mənbələrə görə o ateist, bəzi mənbələrə görə isə sadəcə müsəlman demokratizminin tərəfdarı olmuşdur. Amma bu dəqiqdir ki, o öz əsərlərində dövrünün ekstremist düşüncələrinə, cahilliyə, savadsızlığa və dini xurafatlara qarşı kəskin tənqidi fikirlər səsləndirmişdir.[36][37]Əsərləri
Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. I cild. Nəsr, dram əsərləri, satirik şeirlər, tərcümələr
Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. II cild. Felyeton və məqalələr
Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. III cild. Felyeton və məqalələr
Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. IV cild. Memuarlar, məqalələr, məktublar
Haqqında çəkilən film
Cəlil Məmmədquluzadə (film, 1966)
Əsərləri üzrə çəkilən filmlər
Poçt qutusu (film, 1967)
Quzu (film, 1967)
Qəm pəncərəsi (film, 1986)
Pirverdinin xoruzu (film, 1987)
Qurbanəli bəy (film, 1989)
O dünyadan salam (film, 1991)
Lal (film, 1992)
Anamın kitabı (film, 1994)
Nigarançılıq (film, 1998)
Lal (film, 2003)
Oyun (film, 2003)
Sirkə (film, 2003)
Kefsiz (film, 2003 )
Həmçinin bax
Molla Nəsrəddin (jurnal)
Ölülər (opera)
Şərqi-Rus (qəzet)
Kaspi (qəzet, 1881)
Füyuzat (jurnal)
Nehrəm məktəbi
Cəlil Məmmədquluzadənin ev-muzeyi (Naxçıvan)
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı -
Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov (tam adı: Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov; azərb-ərəb: میرزا فتحعلی آخوندزاده) və ya Mirzə Fətəli Axundov (Axundzadə) (12 iyul 1812, Nuxa, Şəki xanlığı – 9 mart 1878, Tiflis, Rusiya İmperiyası) — Azərbaycan yazıçısı, maarifçisi, şairi, materialist filosofu və ictimai xadimi; Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi, “müsəlman Molyeri” titulunun sahibi.[2] Axundov həmçinin romantik və müasir iran millətçiliyinin sələflərindən biri idi.[3] Qafqaz Arxeologiya Komissiyasının sədri (1864-1878)[4]
Həyatı
Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir. [5]
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.
Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.
Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və köhnə müsəlman qəbirstanlığında (indiki Tbilisi botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonu) dəfn olunmuşdur.
Mirzə Fətəli Axundzadənın realist sənətkar, dramaturgiyamızın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xifmətləri vardır. Görkəmli ədibin 40 illik yaradıcılığı, ictimai-siyasi, maarifçilik fəaliyyəti zəngin və çoxcəhətlidir.
Şəki şəhərində anadan olan Mirzə Fətəlinin atası xırda ticarətlə məşğul olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı ticarətində çətinlik yarandığı üçün Nanə xanımı və iki yaşlı Fətəlini götürüb Xamnəyə qayıtmışdır. Burada ərinin birinci arvadı ilə daim münaqişədə olan Nanə xanım dörd il sonra ərindən ayrılıb Fətəli ilə Cənubi Azərbaycanın Qaracadağ mahalında yaşayan əmisi Axund Ələsgərin yanına gəlmiş, onun himayəsində yaşamışdır. Ədib öz tərcümeyi-haında yazır:” Mən bu tarixdən etibarən atamdan ayrılıb bir daha onu görmədim. .. Bir ildən sonra axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başladı…Bu axund Ələsgər fazil bir şəxs olub. Bütün islam elmlərindən, istər fars, istərsə ərəbcə olsun, kamil məlumatı var idi. Məni övladlığa qəbul etdi. Mən xalq arasında Hacı Ələsgərin oğlu kimi tanınmış oldum.”
Məkkə ziyarərinə gedən Hacı Ələsgər onu məntiq və şəriət qanunlarını öyrənmək üçün Gəncəyə aparmış, Molla Hüseyn adlı axunda tapşırmışdır. Burada Mirzə Şəfi Vazehdən də dərs alan Mirzə Fətəli müəlliminin təsiri ilə ruhani olmaq fikrindən daşınıb dövlət qulluğuna girməyi qərara alır. Səfərdən qayıdan əmisi onun niyyətini bildikdə Tiflisə gətirib Qafqazın baş hakimi Baron Rozenin dəftərxanasında tərcüməçi şagirdi vəzifəsinə təyin etdirmişdir. Burada o, rus dilini də mükəmməl öyrənmiş, işində bacarıq və səy göstərərk tərcüməçi vəzifəsinə keçirilmişdir. Ömrünün sonanadək – 44 il həmin vəzifədə uğurla çalışan Mirzə Fətəli Rusiyanın orden və medalları ilə bərabər, Türkiyə və İran dövlətlərinin ordenlərinə layiq görülmüşdır.
M.F.Axundzadə bir neçə il Tiflis qəza məktəbində dərs demiş, sonra öz xahişi ilə işdən azad olunaraq yerini müəllimi M.Ş. Vazehə vermişdir. O, bir müddət Tiflis ruhani seminariyasında da Azərbaycan dili müəllimi işləmişdir. Dövlət qulluğu ilə əlaqədar nümayəndə heyəti ilə İrana gedən Mirzə Fətəli Cənubi Azərbaycanın bəzi şəhərlərinə səfər zamanı xalqın güzəranı ilə yaxından tanış olmuş, gələcək əsərləri üçün material toplamışdır.
Həmin dövrdə Qafqazın inzibati və mədəni mərkəzi olan Tiflis mühiti M.F.Axundzadənin ədəbi taleyində böyük rol oynayıb. Burada A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, Q. Zakir, A,Çavçavadze, A. Berje, A.A.Bestujev-Marlinski, A.Sereteli kimi görkəmli ədiblər, ictimai-siyasi xadimlərlə ünsiyyət, əməkdaşlıq onun dünyagörüşünün formalaşmasına, yaradıcılığına müsbət təsir göstərmişdir. O, bu mühitdə müntəzəm mütaliə ilə məşğul olmuş, klassik Şərq ədəbiyyatını, rus və Avropa ədəbiyyatını dərindən öyrənmişdir. Rus dram teatrında Avropa və rus dramaturqlarının əsərlərinin tamaşaları M.F.Axundzadədə dramaturgiyaya və teatra böyük maraq oyatmışdır. Dram sənətinin incəliklərini dərindən öyrənən ədib 1850-1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoymuşdur. Həmin komediyalar müəllifin öz tərcüməsində rus dilində “Kafkaz” qəzetində çap olunub.
Dramaturq kimi şöhrətlənən M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası 1851-ci ildə Peterburqda ev teatrında , “Xırs quldurbasan” və “Vəzir-xani Lənkəran” komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.
M.F.Axundov axund Hacı Ələsgərin qızı Nanə xanımla evlənmiş, bu izdivacdan olan övladlarının körpə yaşlarında ölümü ailədə dərin kədərə səbəb olmuşdur. Övladlarından yalnız oğlu Rəşid bəy və qızı Nisə xanım uzun müddət yaşaya bilmişdir. Axund Hacı Ələsgərin vəfatından sonra onun ailəsini himayəyə götürən Mirzə Fətəlinin dövlət qulluğundan aldığı maaşdan başqa gəlir mənbəyi olmadığı üçün maddi vəziyyəti ağırlaşmışdır.
M.F.Axundzadə Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olmuşdur. O, həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə etmişdir. Eləcə də Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları lə döyüşdə həlak olmasından sonra, onun mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olmuşdur.
M.F.Axundzadənin ən böyük arzularından biri ərəb əlifbasını dəyişdirmək idi. Bu arzusunu həyata keçirə bilməyən ədib yazırdı ki: “Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar.”
Bütün həyatını xalqının tərəqqisinə həsr edən M.F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi M.Ş. Vazehin qəbri yanında dəfn olunmuşdur.
Ətraflı
Mirzə Fətəli Axundzadənın realist sənətkar, dramaturgiyamızın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xifmətləri vardır. Görkəmli ədibin 40 illik yaradıcılığı, ictimai-siyasi, maarifçilik fəaliyyəti zəngin və çoxcəhətlidir.Şəki şəhərində anadan olan Mirzə Fətəlinin atası xırda ticarətlə məşğul olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı ticarətində çətinlik yarandığı üçün Nanə xanımı və iki yaşlı Fətəlini götürüb Xamnəyə qayıtmışdır. Burada ərinin birinci arvadı ilə daim münaqişədə olan Nanə xanım dörd il sonra ərindən ayrılıb Fətəli ilə Cənubi Azərbaycanın Qaracadağ mahalında yaşayan əmisi Axund Ələsgərin yanına gəlmiş, onun himayəsində yaşamışdır. Ədib öz tərcümeyi-haında yazır:” Mən bu tarixdən etibarən atamdan ayrılıb bir daha onu görmədim. .. Bir ildən sonra axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başladı…Bu axund Ələsgər fazil bir şəxs olub. Bütün islam elmlərindən, istər fars, istərsə ərəbcə olsun, kamil məlumatı var idi. Məni övladlığa qəbul etdi. Mən xalq arasında Hacı Ələsgərin oğlu kimi tanınmış oldum.”
Məkkə ziyarərinə gedən Hacı Ələsgər onu məntiq və şəriət qanunlarını öyrənmək üçün Gəncəyə aparmış, Molla Hüseyn adlı axunda tapşırmışdır. Burada Mirzə Şəfi Vazehdən də dərs alan Mirzə Fətəli müəlliminin təsiri ilə ruhani olmaq fikrindən daşınıb dövlət qulluğuna girməyi qərara alır. Səfərdən qayıdan əmisi onun niyyətini bildikdə Tiflisə gətirib Qafqazın baş hakimi Baron Rozenin dəftərxanasında tərcüməçi şagirdi vəzifəsinə təyin etdirmişdir. Burada o, rus dilini də mükəmməl öyrənmiş, işində bacarıq və səy göstərərk tərcüməçi vəzifəsinə keçirilmişdir. Ömrünün sonanadək – 44 il həmin vəzifədə uğurla çalışan Mirzə Fətəli Rusiyanın orden və medalları ilə bərabər, Türkiyə və İran dövlətlərinin ordenlərinə layiq görülmüşdır.
M.F.Axundzadə bir neçə il Tiflis qəza məktəbində dərs demiş, sonra öz xahişi ilə işdən azad olunaraq yerini müəllimi M.Ş. Vazehə vermişdir. O, bir müddət Tiflis ruhani seminariyasında da Azərbaycan dili müəllimi işləmişdir. Dövlət qulluğu ilə əlaqədar nümayəndə heyəti ilə İrana gedən Mirzə Fətəli Cənubi Azərbaycanın bəzi şəhərlərinə səfər zamanı xalqın güzəranı ilə yaxından tanış olmuş, gələcək əsərləri üçün material toplamışdır.
Həmin dövrdə Qafqazın inzibati və mədəni mərkəzi olan Tiflis mühiti M.F.Axundzadənin ədəbi taleyində böyük rol oynayıb. Burada A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, Q. Zakir, A,Çavçavadze, A. Berje, A.A.Bestujev-Marlinski, A.Sereteli kimi görkəmli ədiblər, ictimai-siyasi xadimlərlə ünsiyyət, əməkdaşlıq onun dünyagörüşünün formalaşmasına, yaradıcılığına müsbət təsir göstərmişdir. O, bu mühitdə müntəzəm mütaliə ilə məşğul olmuş, klassik Şərq ədəbiyyatını, rus və Avropa ədəbiyyatını dərindən öyrənmişdir. Rus dram teatrında Avropa və rus dramaturqlarının əsərlərinin tamaşaları M.F.Axundzadədə dramaturgiyaya və teatra böyük maraq oyatmışdır. Dram sənətinin incəliklərini dərindən öyrənən ədib 1850-1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoymuşdur. Həmin komediyalar müəllifin öz tərcüməsində rus dilində “Kafkaz” qəzetində çap olunub.
Dramaturq kimi şöhrətlənən M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası 1851-ci ildə Peterburqda ev teatrında , “Xırs quldurbasan” və “Vəzir-xani Lənkəran” komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.
M.F.Axundov axund Hacı Ələsgərin qızı Nanə xanımla evlənmiş, bu izdivacdan olan övladlarının körpə yaşlarında ölümü ailədə dərin kədərə səbəb olmuşdur. Övladlarından yalnız oğlu Rəşid bəy və qızı Nisə xanım uzun müddət yaşaya bilmişdir. Axund Hacı Ələsgərin vəfatından sonra onun ailəsini himayəyə götürən Mirzə Fətəlinin dövlət qulluğundan aldığı maaşdan başqa gəlir mənbəyi olmadığı üçün maddi vəziyyəti ağırlaşmışdır.
M.F.Axundzadə Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olmuşdur. O, həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə etmişdir. Eləcə də Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları lə döyüşdə həlak olmasından sonra, onun mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olmuşdur.
M.F.Axundzadənin ən böyük arzularından biri ərəb əlifbasını dəyişdirmək idi. Bu arzusunu həyata keçirə bilməyən ədib yazırdı ki: “Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar.”
Bütün həyatını xalqının tərəqqisinə həsr edən M.F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi M.Ş. Vazehin qəbri yanında dəfn olunmuşdur.
Bədii yaradıcılığı
Axundov bədii yaradıcılığına şeirlə başlamışdır (“Səbuhi” təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluluğu fikrini müdafiə edirdi.Azərbaycanda teatr sənətinin inkişafında rolu
Mirzə Fətəli Axundovun 150 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1958).
M.F.Axundzadə 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərmişdir. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli Axundzadə dramaturgiyasının ənənələri işığında inkişaf etmişdir.[6]Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur «Hacı Qara» əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. Mirzə Fətəli Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də Mirzə Fətəli Axundzadənin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarmışlar.
M.F.Axundovun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda Alman jurnalı Magazin für die Literatur des Auslandes (Xarici ədəbiyyat jurnalı) yazırdı: “Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaqlar, lakin onların arasından qəflətən dramatik dahi meydana çıxdı, Tatar Molyeri, hansının ki, adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətə layiqdir. O Mirzə Fətəli Axundovdur”. [7]
M.F.Axundzadə 1837-ci ildə – 25 yaşında ikən «Puşkinin ölümünə Şərq poeması»nı yazmış və dərhal da rus dilində «Moskovskiy nablyudatel» jurnalında çap etdirmişdir. O, Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir.
2012-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Mirzə Fətəli Axundovun haqqında bioqrafik bədii film çəkilmişdir. “Sübhün səfiri” adlanan filmin mütəfəkkirin 200 illik yubileyi münasibətilə ekranlara çıxmışdır. [8]
Din haqqında düşüncələri və fəlsəfi baxışları
Axundovun Tbilisi botanika bağında qəbirüstü abidəsi [9]
Axundovun nəzəri-estetik fikirlərinin formalaşmasında aydındır ki, onun yaşadığı mühitin, tanış və ünsiyyətdə olduğu mütərəqqi ziyalıların, oxuduğu klassik və dünya ədəbiyyatı nümunələrinin çox böyük təsiri olmuşdur. Homer, Firdovsi, Nizami Gəncəvi, Sədi Şirazi, Uilyam Şekspir, Cami, Puşkin və s. kimi klassiklərin əsərlərini mükəmməl bilməsi onun sənət və sənətkar haqqında estetik zövqünün formalaşmasında çox böyük rol oynamışdır.M.F.Axundovun fəlsəfə, ədəbiyyat, sənət haqqında fikir və mülahizələri əsasən onun ”Kəmalüddövlə məktubları” adlı fəlsəfi traktatında, eləcə də “Föhristi-kitab”(1859), “Nəzm və nəsr haqqında”(1859), “Tənqid risaləsi”(1860), “İranın yüksək millət qəzetəsi haqqında kritika” (1866), “Mirzə Ağanın pyesləri haqqında kritika”(1871) və s. bu kimi məqalələrində böyük mütəfəkkirin sənətdə realizm, ənənə (tendensiya), bədiilik və onun meyarları, məzmun və forma vəhdəti, ideya və müasirlik, tənqid və onun əhəmiyyəti və s. bu kimi məsələlərlə bağlı fikir və mülahizələri öz əksini tapmışdır.
Ədəbiyyat tariximizdə dramaturgiyanın, realist bədii nəsrin, ədəbi tənqidin ilk nümunələrini yaradan Axundov həmin janrların nəzəri-estetik prinsiplərini də hazırlamışdır. Böyük mütəfəkkirin bütün ədəbi və nəzəri irsində ən başlıca meyar sənətin, ədəbiyyatın real həyatı nə dərəcədə əks etdirməsi, idraki və tərbiyəvi əhəmiyyəti, xalq həyatı ilə birbaşa əlaqəsi ilə bağlıdır. Elm və təhsil vasitəsi ilə mədəniləşmək, xalqa məxsus elmi və ədəbi irsi mühafizə etməyi bacarmaq, tərəqqiyə mane olan hər şeyə qarşı amansız mübarizə aparmaq Mirzə Fətəlini daim düşündürən, qayğılandıran məsələlər olmuşdur. Elə buna görə də o, əlifbanı dəyişməyi bu yolda atılan ən vacib amillərdən biri sayırdı. [10]
Mirzə Fətəli Axundov Azərbaycan tarixində ilk dəfə olaraq həm materializm həm də dini tənqid baxımıdan öz düşüncə və baxışlarını önəmli dərəcədə irəlilətmiş və inkişaf etdirmiş dahi şəxsdir. Onun düşüncələrində İslami Radikalizm, Şərqi despotizm (mütləq hakimiyyətlilik) və azad düşüncələrin sıxışdırılması, insanların haqqlarını tapdalayan ağır Şərq feodalizmi tənqid edilir. [11] Axundov Dinin elmlə birgə ola bilməyəcəyini, dinlə elmin qarşıdurmasını təsvir edir və Şərq ölkələrinin, Asiya xalqlarının həmin dövrə qədər olan cahilliyini, geriliyini onların dini görüşləri və lazımsız adət-ənənələri ilə bağdaşdırır : [11]
” İslam dini meydana çıxan gündən hazırkı əsrə qədər, Şərqdə elmlərin durğunluğunun, dəhşətli despotizmin (təkhakimiyyətlilik) əmələ gəlməsinin səbəblərini və ümumiyyətlə, Asiya xalqlarının mədəniyyət və tərəqqi işlərinə qarşı laqeydlik və etinasızlığının səbəblərini heç kəs başa düşməmişdi. Bu cəhətdən təkcə Firdovsi müstəsnalıq təşkil edir və o öz dühası ilə, həqiqətən də kəşf edə bilmişdi ki, Şərq xalqlarının bu qədər böyük bədbəxtliyinin səbəbi ərəblər və onların insan həyatına uyğunlaşmayan mənfur dinidir.[11][12] ”
Axundovun materializmi müdafiə edən düşüncələrində də metafizikanın və təbiətüstü qüvvələrin varlığı inkar edilir :” Dünyanın əsası maddidir, təbiətin müxtəlif predment və prosesləri vahid və hərşeyi əhatə edən əbədi və sonsuz maddi substansiyanın təzahürü, öz-özünün səbəbidir ; Mövcud olması üçün heç bir təbiətüstü, metafizik varlığa ehtiyacı yoxdur.[11] ”
Onun materialist düşüncəsinə və substantiv fəlsəfi doktrinasına görə isə təbiətdə hərşeyin əsas səbəbi maddədir. Dünya maddidir və kainat da maddədən yaranmışdır.” Hər şeyin əsas səbəbi maddədir. Maddə orjinaldır və onun yaranması üçün başqa səbəbə ehtiyac olduğunu görmürəm. Mən məkan və zamanın obyektivliyini qəbul edirəm. Zaman və məkan obyektivdir, maddə isə onun aksesuarlarıdır. Təbiətdəki hər bir hərəkətin və dəyişikliyin Allahın iradəsinə uyğun olaraq həyata keçirildiyi doktrinasını rədd edirəm. Təbiət öz qanunlarına uyğun olaraq inkişaf edir. Bunda şans üçün bir yer yoxdur, bu da, hər yerdə ciddi rifaha səbəb olur.[12] ”
” Bilinc və ruh maddənin məhsuludur, maddə müstəqil olaraq yaşaya bilməz. Ruh, nə olursa olsun, bədənsiz, yəni bədən olmadan özünü ifadə edə bilməz, necə ki ağlı da beyinsiz təsəvvür etmək olmaz. Ruhun və sonrakı həyatın ölümsüzlüyünün dini doktrinasına isə qarşıyam.[12] ”
Əsərləri
Poema:Şərq poeması (1837)
Pyeslər:Hekayəti Molla İbrahim-Xəlil Kimyagər (1850)
Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur (1850)
Sərgüzəşti-vəziri-xani-Lənkəran (1850)
Hekayəti Xırsi-Quldurbasan (1851)
Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara) (1852)
Mürafiə vəkillərinin hekayəti (1855)
Satirik povest:Aldanmış Kəvakib (Hekayəti-Yusif şah) (1857)
Məqalələr:Fəhristi-kitab (1859)
Nəzm və nəsr haqqında (1862)
Tənqid risaləsi (1862)
Kəmalüddövlə məktubları (1865)
Əsər müəllifi kimiHacı Qara (film, 1929) (tammetrajlı bədii film)
Dərviş Parisi partladır (film, 1976) (tammetrajlı bədii film)
Aldanmış ulduzlar (opera, 1977)
Hacı Qara (film, 2002) (tammetrajlı bədii film)
Mürafiə vəkillərinin hekayəti (film, 2011) (film-tamaşa)
İksir (film, 2014) (“Hekayəti Molla İbrahim-Xəlil Kimyagər” əsəri əsasında)Haqqında çəkilən filmlər
Böyük yazıçı-maarifçi (film, 1938)) (qısametrajlı sənədli film)
Səbuhi (film, 1941) (tammetrajlı bədii film)[13]
150 il. Mirzə Fətəli Axundov (film, 1962)) (qısametrajlı sənədli film)
Mirzə Fətəli Axundov (film, 1972)) (qısametrajlı sənədli film)
Mirzə Fətəli Axundov (film, 1982)) (qısametrajlı sənədli film)
Sübhün səfiri (film, 2012) (tammetrajlı bədii film)
Ədəbiyyat
İbrahimov M. Niyəsiz, necəsiz, bir yazısan sən kitabında. Bakı: Yazıçı, 1985, 195 s.
Qasımov M. M.F.Axundov və XIX əsrin inqilabi-demokratik estetikası. Bakı: 1954, 150 s.
Qasımzadə F. M.F.Axundovun həyat və yaradıcılığı. Bakı: 1962, 150 s.
Sadıqov M. Axundov Mirzə Fətəli. Bakı: 1987, 200 s.
Kəngərli A. M.F.Axundov və Həsənbəy Zərdabi: Ümmətçilikdən millətçiliyə keçidin başlanması. “Yeni Azərbaycan”, 2003, 11 may.
Qafarov N. M.F.Axundzadə komediyalarının dili və milli gülüş mədəniyyətinin ənənələri. “Mədəni-Maarif”, 2002, №8-9, s.40-41.
Гусейнов Ч. Фатальный Фатали (роман). М.: Советский писатель, 1983, 463 стр.
Тагизаде С. М.Ф.Ахундов и Европа. Баку: 1991, 50 стр.
Şahbaz Şamıoğlu (Musayev). Mirzə Fətəli Axundzadənin gürcü müasirləri (monoqrafiya),B., Mütərcim, 2012, 116 s.
www.anl.az/down/meqale/525/2012/iyun/73.htm
İstinadlar
Opera in Azerbaijan by Azer Rezayev , Winter 1997 (5.4) P. 70-71
Aqafangel Krımski Тюркские литературы // Энциклопедический словарь Гранат. — М., 1927. — Т. 41, Ч.X. — С. 365. (rus)
Tadeusz Swietochowski, Russia and Azerbaijan: A Borderland in Transition (New York: Columbia University Press), 1995, page 27-28 Orijinal mətn (ing.) [null [gizlət]] In his glorification of the pre-Islamic greatness of Iran, before it was destroyed at the hands of the “hungry, naked and savage Arabs, “Akhundzada was one of the forerunners of modern Iranian nationalism, and of its militant manifestations at that.
[1]
Azərbaycan Sovet Ensiklopediyası. I cild
Xoş gördük, Mirzə Fətəli!
Islam in Modern Drama and Theatre
M.F.Axundova həsr olunan “Sübhün səfiri” filminin təqdimatı keçirilib
Rafiq Yusifoğlu, (proffessor, filologiya elmləri doktoru)525-ci qəzet.- 2012.- 5 iyun.- S.6.
referat.ilkaddimlar.com/d_pdf_refe_felse_435.pdf, Mirzə Fətəli Axundovun fəlsəfi fikirləri, səh 1
Философская и социологическая мысль народов СССР в XIX в. Краткий очерк истории философии. Под ред. М. Т. Иовчука, Т. И. Ойзермана, И. Я. Щипанова. М., изд-во «Мысль», 1971 г; OCR Biografia.Ru
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 64-66.
Mənbə
Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundzadə
“Günə doğru”. Dahi dramaturq M.F.Axundovun vəfatından 138 il keçir -
Əbdürrəhim bəy Haqverdiyev
Əbdürrəhimbəy Əsədbəy oğlu Haqverdiyev(Ahverdoff) (азерб. عبدالرحیم بَی حق وئردیف, Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev[* 1]; 17 (28) may 1870 , Şuşa — 12 dekabr 1933, Bakı) — Azərbaycanın yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi, Teatr və İctimai Xadim, Klassik Azərbaycan ədəbiyyatının Korifeyi. Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi (1928), Birinci Rus Dumasına Azərbaycandan birinci 5 Diplomatlardan biri seçilmişdir, Azərbaycanlıların Gürcüstan Parlamentda Deputatı seçilmişdir, “Leyli və Məcnun” Operasının Premyerasında birinci dirijor, Teatr Şurasının, təsisçisi və birinci sədri, Yazıçılar Birliyinin birinci sədri, Azərbaycanın birinci Təhsil naziri, məşhur “Molla Nəsrədiin” jurnalın Baş editorlarından biri
Həyatı
Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa real məktəbində almışdır (1881-1890). Tiflis real məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan ittifaq” (1896) əsərlərini yazmışdır. “Dağılan ittifaq” (1899) Peterburqda nəşr edilmişdir.Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902-1903), Burada ilk hekayələrini (“Ata və oğul”, “Ayın şahidliyi”) yazıb “İki hekayət” adı ilə çap etdirmişdir. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qacar) materiallar toplamış, İrana – Mazandaran vilayətinə səyahət etmişdir (1907). “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir. “Nicat” cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, “Ceyranəli”, “Xortdan”. “Həkimi-nuni-səqir”, “Lağlağı”, “Mozalan”, “Süpürgəsaqqal” və s. imzalarla “Molla Nəsrəddin” jurnalında hekayə, felyeton çap etdirmişdir.
Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır (1911-1915). Tiflisdə “Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri” adlı aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918).
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq etmişdir. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların hazırlanmasında iştirak etmişdir. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olmuşdur. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924).
Bunlardan başqa ədib Şekspirin “Hamlet”, Şillerin “Qaçaqlar”,Volterin “Soltan Osman”, Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbül”,“Şahın təzə libası”, Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”,Korolenkonun “Qoca zəng çalan” əsərlərini də tərcümə etmişdir.
Azərbaycan poçt markası (2014)
Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olmuşdur. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür (1933). Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.1933-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Adına Bakı şəhərinin Yasamal rayonunda küçə var.
Yaradıcılığı
Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə “Hacı Daşdəmir” (1884) adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) dramını və “Dağılan tifaq” (1896) faciəsini yazıb.1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: “Bəxtsiz cavan” (1900) və “Pəri-cadu” (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə “Həyat” qəzetində hekayələr və “Molla Nəsrəddin” jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. “Marallarım”, “Xortdanın cəhənnəm məktubları”, “Şeyx Şaban”, “Xəyalət”, “Ac həriflər” və sair əsərlərin müəllifidir.
Ümumi 80-dən çox Hekəyasi var
Filmoqrafiya
Marallarım (film, 1963)
Evlənmək istəyirəm (film, 1983)
Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (AzTV) – əsərin müəllifi











































