“Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qəzəlxan-şair, tərcüməçi Əliğa Vahidin “Mənə naz et…” (şeirləri və qəzəlləri) adlı yeni kitabı 434 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.

Kitaba müəllifin müxtəlif illərdə qələmindən çıxan şeirləri və qəzəlləri daxil edilib. Əliağa Vahid Nizami Gəncəvi, Əfzəllədin Xaqani, Əlişir Nəvai kimi klassik şairlərin əsərlərini fars dilindən Azərbaycan türkcəsinə uyğunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, 2005-ci ildə “Lider” Nəşriyyatı tərəfindən “Seçilmiş əsərləri” kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.