Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 12 of 12 NƏTİCƏLƏR
Publisistika

Xalq yazıçısı Anar RZAYEV.”Acı xəbər”

Post Views: 40 Uzaq İsraildən acıdan acı xəbər gəldi: Tofiq Mirzəyev vəfat edib. Tofiq mənim unudulmaz baldızım Elmiranın həyat yoldaşı idi, bacanağım olmaqdan başqa, həm də çox yaxın dostum idi. Zemfirayla, Elmirayla, Tofiqlə birlikdə Azərbaycanın yarısını gəzmişdik, Şuşada, Şamaxıda, Şəkidə, Gəncədə, mərhumun ata yurdu Goranboyda unudulmaz günlər, saatlar yaşamışdıq. İstanbulda dərs dediyim zaman Tofiq qardaşı …

Publisistika

“Quşlar saatla yox, işıqla başlayır oxumağa”, yaxud “yazarsan adını rəsmin bir köşəsinə…” – Azər TURAN

Post Views: 49 1985-in yayı. Hərbi xidmət illəridir. Rəssam Ucal Haqverdiyevlə əlimizdə avtomat Tayqa meşəsində gecə növbəsindəyik. Meşənin bütün quşları qəfil və bir ağızdan ötməyə başlayır. Mən bu polifonik quş musiqisinin, əslində, işıqla, günəşlə ilgili olduğunu bilirdim. Amma hardan bilirdim? – Bunu bir neçə dəqiqədən sonra Ucalla söhbətim zamanı xatırlayacam. Ucal öz məxməri səsiylə “Qalx, …

Publisistika

Sözümün canı (Əvvəli ötən saylarımızda) – Əsəd CAHANGİR

Post Views: 53 can Sözdür, əgər bilirsə insan, sözdür ki, deyirlər, özgədir can. Məhəmməd Füzuli Ustadım, akademik Nizami Cəfərova və bütün sayğıdəyər müəllimlərimə dərin sayğılarla Birinci bölüm: …Sözün başlanğıcı Üçüncü hissə İntibah mahiyyətcə sözün Sözdən, humanizm (adəmilik) isə insanın Allahdan uzaqlaşmasıdır. Batı insanı özünü Allahı itirməkdə tapdı! Doğu insanı, əksinə, sufilər və ya hürufilərdə olduğu …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.”Sən gözəl olmaya bilməzsən, xanım”

Post Views: 56 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının SUMQAYIT Bürosunun Rəhbəri Buraları gəzə-gəzə ancaq bu şeir səslənib dilimdə..Bu, böyük şairin uğurudur..Ruhu var olsun! Sən gözəl olmaya bilməzsən, qadın,Sözlərindən çəmən, çöl ətri gəlir.Bir dəfə zəng edib səsini duydum,-Min ildi ovcumdan gül ətri gəlir. O mənəm – adına düşkün, havalı,Qıyğacı baxışın dindirər lalı…Sənin həsrətinə urcah olalı,Gözlərimdən Maral-Göl …

Azərbaycan ədəbiyyatı

Şeirlər – Kəmaləddin QƏDİM

Post Views: 40 Ölmək ölməkdisə… Ölmək ölməkdisə, ta niyə, adam, Sir kimi görünüb, sir də öləsən?! Ya qismət, bu boşa, faniyə, adam, Bir də doğulasan, bir də öləsən. “Quran” deyilsən ki, nazil olasan, Elə oxunmağa hazır olasan. Yəni yaz olasan, nəzir olasan, Gedəsən ocaqda, pirdə öləsən. Tutasan doğrunun, düzün əlindən, Axıra ağ çıxa üzün əlindən. …

Azərbaycan ədəbiyyatı

Şeirlər – İntiqam YAŞAR

Post Views: 34 *** Mən yalquzaq küləkləri yaxşı tanıyıram, ağacların ölümə dartınmasından. Mən bu qışı da tanıdım gəlişindən, Neçə evsizi son mənzillə təmin edəcək. Ürəyimdən tutan ağrılar Əlimdən tutan “dostlardan” ürəkliymiş. Bu ömrü bir dəfə yaşamışam mən, Hər qarışına bələdəm. Bütün yollar yaralı sürünür ömrün sonuna. Mən hamını və hər şeyi tanıyıram, Tanımaq elə çətin …

Publisistika

Unudulan tarix, danışan yaddaş: “Yovşan qağayılar” – İlahə SƏFƏRZADƏ

Post Views: 35 Keçmişindən heç vaxt qaça bilməyəcəksən. O səni bütün həyatın boyu izləyəcək. Balzak İnsan keçmişə niyə qayıdır? İtirdiyini tapmaq, yoxsa gələcəyini xilas etmək üçün? Bəzən elə olur ki, keçmiş insanın daxilində susmadan yaşayan bir səsə çevrilir. O səs illərlə cavabı tapıla bilməyən sualların, yarımçıq qalmış talelərin, gizlədilmiş həqiqətlərin səsidir. Elçin Hüseynbəylinin “Yovşan qağayılar” …

Publisistika

Getdi deməyin, gəldi deyin… – Nəriman Həsənzadənin xatirəsinə – Vaqif YUSİFLİ

Post Views: 53 Böyük şairimiz Nəriman Həsənzadə dünyasını dəyişdi. Bu sözü eşitmək nə qədər ağırdı. Hamı kimi mən də sarsıldım. Qırx ildən çox idi, onu tanıyırdım. Ona sənət aləmində müəllimim və böyük qardaşım kimi yanaşırdım. Mənə deyirdi ki, bilirsən, Nizami Cəfərovu və səni niyə belə çox istəyirəm, çünki siz mənim şeirlərimi və məni ürəyinizin başında …

Publisistika

Türkoloji Fikrin Sərt Qayası – Nizami CƏFƏROV

Post Views: 39 Mən Osman bəyi həmişə nüfuzlu məclislərdə özünəməxsus uca səslə danışan, nəinki hər bir sözü, hətta hər bir səsi belə aydın, təsirli və mənalı intonasiya ilə tələffüz edən görmüşəm. Onun çox da uzun olmayan çıxışlarının üç-dörd cümləsini dinləmək kifayətdir əmin olasan ki, haqqında bəhs etdiyi mövzunun, ümumən öz sahəsinin nə qədər böyük mütəxəssisi, …

Publisistika

Əli Sultanlı əfsanəsi – İsa HƏBİBBƏYLİ

Post Views: 38 Görkəmli ədəbiyyatşünas alim və böyük pedaqoq, professor Əli Sultanlı adı əfsanəyə çevrilmiş şəxsiyyətlərdəndir. Azərbaycanda XX əsrin otuz-qırxıncı illərindən altmışıncı illərə qədərki dövrdə Azərbaycan Dövlət Universitetində təhsil almış bir neçə nəslin yaddaşında bu ad əfsanə kimi yaşamışdır. Professor Əli Sultanlının (1906-1960) adının əfsanəyə çevrilməsində onun universitetdəki qeyri-adi müəllimlik qabiliyyəti mühüm rol oynamışdır. Müasirləri …

Azərbaycan ədəbiyyatı

Unudulmaz Nəriman Həsənzadəyə – Sərvaz HÜSEYNOĞLU

Post Views: 36 Baxsa, qəbrinə də şeir yazardı,Bu ağır sükutu özü pozardı,“Bu da bir zarafat” deyib, yozardı,Uğunub gedərdi Nəriman qağa. Əlini alnına günlük tutardı,Arada görürdün xəyal apardı,Danışsa, Allah da dinclik tapardı,Yaxşılıq edərdi Nəriman qağa. Qəlbə məlhəm idi “dərdiş” deməyi,“Yoluna düşəcək hər iş” deməyi.Məktəbdi şeirdən keçən əməyi,Fərhada qədərdi Nəriman qağa. Sarasız günlərdə sınıb, incəlib,“Bağışla – deyərdi, …

Mədəniyyət

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Post Views: 36 Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu avqustun 9-u səhər saatlarında 82 yaşında vəfat edib. 1944-cü ildə Füzulidə anadan olan Çingiz Əlioğlu uzun illər Azərbaycan ədəbiyyatına, poeziyasına və nəşriyyat işinə xidmət edib. O, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 2005-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Çingiz Əlioğlu Azərbaycan …