
Kimi desən- şeir yazır,
hamı yerdən şair” çıxır,
müavin yazır, nazir yazır-
şeiriyyətin zayı çıxır,
Oxuduqca xeylisini
abır- həya üzdən düşür,
şairciklər artır deyə
Şairlik də gözdən düşür,
Bəzilərin ucbatından
adımız biabır olur,
yazıb “haqdan,ədalətdən”,
rüşvətxor da “şair” olur,
Şair olur yolun azan,
Qanunu quldurtək pozan,
hər cürə oyun durğuzan,
var- dövlət başından aşan
qudurğan da şair olur!
Kürsünü rüşvətlə alan,
ölməsə atmaz yerini,
üstəlik bizi qınayır,
Xalq şairi zəng eləyir-
məmur nə xalqı tanıyır,
nə də Onun şairini!