Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının SUMQAYIT Bürosunun Rəhbəri

Buraları gəzə-gəzə ancaq bu şeir səslənib dilimdə..Bu, böyük şairin uğurudur..Ruhu var olsun!

Sən gözəl olmaya bilməzsən, qadın,
Sözlərindən çəmən, çöl ətri gəlir.
Bir dəfə zəng edib səsini duydum,-
Min ildi ovcumdan gül ətri gəlir.

O mənəm – adına düşkün, havalı,
Qıyğacı baxışın dindirər lalı…
Sənin həsrətinə urcah olalı,
Gözlərimdən Maral-Göl ətri gəlir.

Xəyalımda əsmər bənizin durur,
Unutmam – çalına İsrafil Suru…
Bu qara sevdadan, gözümün nuru,
Ibrahim qoxuyan kül ətri gəlir.