Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 41 of 41 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Rüfət AXUNDLU.”Xəbərin Varmı?!”

Post Views: 38 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri Allah, bu qədər kütləşən,Beyindən xəbərin varmı?Nahaq tökülən qanların,İyindən xəbərin varmı? Boş-boşuna baş gəzdirən,Baş üstündə daş gəzdirən.Həmin başı boş gəzdirən,Çiyindən xəbərin varmı? Biz görüb susuruq, ancaq,Bəlkə sən deyəsən, Allah!Ey özgəni güdən …

Mədəniyyət

Kəpənəkçi kəndində Xalq şairi Zəlimxan Yaqubun ev-muzeyi yaradılır

Post Views: 35 Xalq şairi Zəlimxan Yaqubun ata ocağında – Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi kəndində ev-muzeyi yaradılır. 525.az-a bu barədə məlumat verən Əməkdar mədəniyyət işçisi, Zəlimxan Yaqub irsinin araşdırıcısı Musa Nəbioğlu bildirib ki, ölməz söz ustadının xatirəsini doğma Borçalıda əbədiləşdirmək üçün Kəpənəkçi kəndində, doğulub boya-başa çatdığı evin həyətində ayrıca  ev-muzeyin tikintisinə başlanılıb. M.Nəbioğlu onu da …

Azərbaycan ədəbiyyatı

Sofiya KƏRİMOVA.”Həyat”

Post Views: 37 HəyatŞeytana ibadətdir,Pis adama yaxşılıq etmək.Damcı üçün səhralar əl açıb, dilənməz.Bir insan düşün — həm qurtarıcı, həm zəhər.Sən nə etdin, Haber?! Zırıldayır axşamlar cırcıramalar.Bir həyatdır onlarınkı da.Sonluq axtarırdımYarımçıqlarda.Bildiyim nə idi ki,Öləcəyimdən başqa. Qeyd: Şeirdəki “Haber” alman kimyaçısı Fritz Haber-ə istinaddır — o, havadan azot ayıraraq süni gübrə istehsalını mümkün edib, milyonları aclıqdan xilas …

Mədəniyyət

Əməkdar jurnalist Faiq Qismətoğlunun yubileyi Azərbaycan Aşıqlar Birliyində qeyd olunub

Post Views: 43 2026-cı il iyulun 8-də Azərbaycan Aşıqlar Birliyində “Ədalət” qəzetinin əməkdaşı, Əməkdar jurnalist Faiq Qismətoğlunun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Giriş sözü ilə tədbiri açan AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Faiq Qismətoğlunun keçdiyi ömür yolundan və yaradıcılığından söz açıb, yubilyarı 50 il bundan əvvəldən – hələ …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”HƏRDƏN DÜŞÜNÜRƏM…”

Post Views: 56 Dünya yaranışdan haqsızlıq edir,Özü əkdiyini özü də biçir,Dahilər cahanı bivaxt tərk edir,Meydan xırda-xuruş əlinə keçir, Beləcə ətrini itirir həyat,Açılan sovulur, dəyən büzüşür,Dünya gözümüzdə olaraq boyat-Sayqısın itirir,nüfuzdan düşür, İtirir ləzzətin yazlar, payızlar,Çaylar- biçarələr gözyaşlarıdır,Hərdən düşünürəm –“Dağ-daşlar ki, var-İnsanın Dünyaya qarğışlarıdır”

Publisistika

Kitablar səltənətinin inciləri: Nəriman Həsənzadə – “Yadına düşəcəyəm”

Post Views: 42 Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Xalq şairi, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadənin  “Yadına düşəcəyəm” şeirindən bir parça təqdim olunur. Ömrünü milli mədəniyyətimizin, dilimizin və poeziyamızın tərəqqisinə həsr etmiş şair, …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Ürəyə sevgi düşəndə bülbül kimi ötmək olar” (Qəzəl)

Post Views: 43 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas Ürəyə sevgi düşəndə bülbül kimi ötmək olar,Səni sevənin yanından heç biganə ötmək olar? Bir ay üzlünü görəndə nur saçsa sevgi günəşi,İllərin həsrət qarını əridib sel etmək olar… Sevgi kədəri əridir, sevgi insanı ucaldır,İstək olsa, qarışqanı böyüdüb fil etmək olar. Gülün …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”MƏN”

Post Views: 33 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas Buludların arasında şimşəyəm,Budaqlarda çiçəyəm mən, baram mən.Zirvələrdə qanad çalan bir quşam,Ürəklərdə gərək yuva quram mən. Bilən bilir saf məhəbbət nuruyam,Bu sevgini gərək hər an qoruyam,Daşdan sızan bulaq kimi duruyam,Ürəyi saf olanlara yaram mən. Bir pəhləvan qüvvəsi var qolumda,Gözüm yoxdu bu …

Publisistika

Lütviyyə ƏSGƏRZADƏ.”Xəyal Rza poeziyasında rənglərin sözü, sözlərin rəngi”

Post Views: 34 Lütviyyə Əsgərzadə, Filologiya elmləri doktoru Koloristika və rəng simvolizmi … Koloristika və rəng simvolizmi bir-biri ilə sıx bağlı olsa da, eyni anlayışlar deyil. Koloristika rəng haqqında elmdir, rəng simvolizmi isə həmin elmin rənglərə yüklədiyi mənaları və duyğuları ifadə edir. Bu sözlərin aralarındakı əlaqəni başqa bir bənzətmə ilə izah etsək,  koloristika rənglərin “qrammatikası və fizikası”, rəng simvolizmi …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Pəncərə-pəncərə ağladı evim”

Post Views: 34 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Pəncərə-pəncərə ağladı evim,Qollarım çatmadı qucaqlamağa…Sənə yüyürməyə elə tələsdim,Başladım ömrümü yumaqlamağa… Bir ovuc boyuma sevda dünyaydı,Süzdü ətəyindən süd əllərimi…Məni görən, məni bilən Tanrıydı,Şeytan hardan bilir əməllərimi? … …

Azərbaycan Prezidenti

Arzu HÜSEYN.Seçmə şeirlər (II hissə)

Post Views: 43 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri * * * Yoxdur daha baxışında doğmalıq,Xəyanətlər sildi səndə izimi.Adam kimi sevgili də olmadıq,Adam kimi nə olduq ki, düzdümü? Unutdunmu qoxladığın telləri ?Darıxdımı gözlərində uzaqlar?Gəlirsənsə, yarı yoldan dön geri,Qollarımda bir gecəlik qonaq var. Boğazıma dirəndikcə yalanlar,Qabığımdan soyuluram, çıxıram.Yastığımda uyuyurlar …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2026)II hissə

Post Views: 38 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri. * * * Əvvəl ürəyinə,Sonra ağlına gəlmək istədimHamının.Əvvəl ürəyimin yarsını verdim,Sonra tamını.Gözümdə böyüdübQocaltdığım adamlar öldü,Ümidlərimin ağ bənizi soldu.Bir az məsumiyyətimi itirdim-Bu idi ən çətini.Özümə bir yol çəkdim,Nə düzü var, nə …

Mədəniyyət

Gənc yazar Nicat Hunalp saytda Baş redaktor müavini seçildi

Post Views: 43 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının rəsmi elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyinin 9 iyul 2026-cı il tarixli müvafiq qərarına əsasən, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü gənc yazar Nicat Hunalp  Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş …

Azərbaycan ədəbiyyatı

Nicat HUNALP.”Bayquş kədəri…”

Post Views: 38  Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Həmin yay gecəsi dərd üstəmiydi?Dərdini danışsın deyə gəlmişdiİlahi, gilənar budağı üstə,Oturan, o bayquş nəyə gəlmişdi? Taleyin əlində başı qovğada,Nə yeri verdilər, nə göyü onaXaraba yerlərə yazıldı bəxti,Tanrıda qıymadı bir öyü ona …

Azərbaycan ədəbiyyatı

Elnur Uğur ABDİYEV.”Bağışla”

Post Views: 75 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı. Eşqə xəyanət gözüdü,Ayrılığın ta özüdüDilin ən çətin sözüdü-Bağışla. Əbədi sandım gələndə,Ayıldım,gecdi biləndə.Mən qaçqın yaşadım məndəBağışla! Özümün olmayan canı,Gözləmə sənə qıymamı.Dünya bir yel dəyirmanıBağışla! Ruhuma acı çarmıxam,Yırtılır bu bədən – çuxam.Sabah durub görsən, yoxamBağışla!

Azərbaycan Prezidenti

Abdulla MƏMMƏD.”GƏL SÖYLƏMƏ NAĞIL MƏNƏ!”

Post Views: 61 Baxışlarım buludlanıb,Gözümün qanı qaralıb.Dərd üstümə qanadlanıb,Sözümün canı qaralıb. Yazımda selə dönməyənGözləmə-gələ dünənin.Payızda gülə dönməyən,Gözündən ələ dünəni. Gəl, söyləmə nağıl mənə,Tərifləmə yağını, yar.Yağı verməz ağıl mənə,Dost çıxartsa ağını, yar. Yumruq boyda bir ürəkdə,İki sevgi necə sığar?..Nərgiz qoxulu çiçək dəHəsrətinə gecə sığar. Göz yaşı-payız yağışıMuncuqlar yar yanağında.Yol çəkər qəlbin baxışıÖpüb susqun dodağından. Qüssəyəm başdan …

Publisistika

Könül NURİYEVA.”Son söz demək istəyi və zaman…”

Post Views: 40 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Əgər gözəl bir yazı yazmaq istəsən və ürəyinin dərinliyində getmək istəyin yalnız özünə məlum olsa, yaza bilməyəcəksən. Axı gözəl yaz yağışına buludlar əvvəlcədən hazırlaşmırlar. Bəlkə deyəcəyin son sözlərdən əvvəl sən uzun müddət susmusan, “Şindlerin siyahısı” filmindəki qırmızı paltarlı balaca qız kimi ətrafa baxmısan, ağlı-qaralı …

"Yeni nəşrlər"

Gənc yazar Nicat Hunalpın İranda “Bəxtim qumlar arasında” adlı şeirlər kitabı işıq üzü görüb

Post Views: 39 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc yazar Nicat Hunalpın İran İslam Respublikasında fəaliyyət göstərən “Yağış” nəşriyyatı tərəfindən “Bəxtim qumlar arasında” adlı şeirlər kitabı işıq üzü görüb. Kitab müəllifin oxucularıyla sayca …

Mədəniyyət

Azərbaycanda ilk dəfə “Mədəniyyət hüququ” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib

Post Views: 33 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşəbbüsü ilə ilk dəfə yaradılan “Mədəniyyət hüququ” magistr ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib. Bununla da Azərbaycanda mədəniyyət hüququ sahəsində yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması istiqamətində mühüm mərhələnin əsası qoyulub.İyulun 8-də Azərbaycan Milli Kitabxanasında Bakı Dövlət Universitetinin “Mədəniyyət hüququ” magistr ixtisaslaşması üzrə ilk dissertasiya …

Mədəniyyət

Azərbaycan ABŞ-da beynəlxalq mükafata layiq görülüb

Post Views: 33 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) beynəlxalq səviyyədə daha bir mühüm uğura imza atıb. Dövlət Xidməti Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu nəşri “World Economic Magazine” tərəfindən təşkil edilən müsabiqədə “Mədəni irsdə ictimai iştirak üzrə mükəmməllik – Azərbaycan 2026” (Excellence in Public Engagement …

Mədəniyyət

Mədəni irs sahəsində vətəndaş müraciətlərinin qəbulu rəqəmsal vasitələrdən istifadə etməklə həyata keçiriləcək

Post Views: 42 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində mədəni irs sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən vətəndaş müraciətlərinin daha operativ, şəffaf və “bir pəncərə” prinsipi əsasında qəbulunu təmin edən yeni modelin tətbiqinə …

Mədəniyyət

Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Türkiyə ədəbiyyatı” bölümü açılıb

Post Views: 33 6 iyul 2026-cı il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafına töhfə vermək məqsədilə yaradılmış “Türkiyə ədəbiyyatı” bölümünün rəsmi açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər bildiriblər ki, yeni bölüm Azərbaycan–Türkiyə qardaşlığının, ortaq dil, tarix və mədəni …

Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli Qusarda vətəndaşları qəbul edəcək

Post Views: 36 Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il  iyulun 31-də, saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, Mirzə Vəliyev küçəsi, 5) Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir. Vətəndaşlar …

Mədəniyyət

Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib

Post Views: 39 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində mühüm mərhələ başa çatıb. AZSTAND-44 Texniki Komitəsi tərəfindən hazırlanmış kamança ailəsinin dörd ölçüsü üzrə milli standartlar rəsmi qaydada təsdiqlənib. Təsdiq olunan standartlar Azərbaycanda ilk dəfə olaraq kamança alətinin ölçülərini, konstruktiv xüsusiyyətlərini və istehsal parametrlərini vahid texniki normalar əsasında müəyyən edir. Bu, …

"Yeni nəşrlər"

E. Zeynalovanın “Xaqani Şirvani yaradıcılığına konseptual baxış (ərəbcə irsi əsasında)” kitabı işıq üzü görüb

Post Views: 60 Xaqaninin 900 illik yubileyi münasibəti ilə hazırlanmış bu kitabın əsas yeniliklərindən biri şairin ərəbcə yazdığı iki məktubunun əlyazmalar əsasında hazırlanmış elmi-tənqidi mətninin burada yer almasıdır. Ərəbcə əsərlərin təhlilinə daha çox yer ayrılan kitabda şairin irsinin tədqiq və nəşr tarixi ilə bağlı arxiv materialları əsasında yeni məlumatlar təqdim edilmiş, onun həyat və yaradıcılığı …

Mədəniyyət

“Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin I toplantısı keçirilib

Post Views: 80 İyulun 2-də Azərbaycan Milli Kitabxanasında “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin I toplantısı keçirilib.Toplantını İB-nin İdarə Heyətinin sədri, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq birliyin fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Direktor digər türk dövlətlərinin təşkilata qoşulması və birliyin beynəlxalq təşkilat kimi qeydiyyata alınmasının qarşıdakı dövrün əsas vəzifələrindən olduğunu …

Mədəniyyət

Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan sərgi açılıb

Post Views: 68 İyulun 2-də Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” adlı sərginin açılışı keçirilib.Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə dəstəyi ilə ərsəyə gələn sərgi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, türk xalqlarının ortaq elmi-mədəni irsini və türkologiya …

Mədəniyyət

“Türk Dünyası Həftəsi” çərçivəsində Qarabağ Universitetində konfrans keçirilib

Post Views: 72 .Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində iyulun 2-də Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın elmi və mədəni mirası” mövzusunda konfrans keçirilib.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Universitetin rektoru Şahin Bayramov açılış nitqində bildirib ki, Qarabağ Universitetinin əsas hədəflərindən biri Türk dünyasını …

Mədəniyyət

Bakıda Türk Dünyası Milli Kitabxanaları Birliyinin və Birinci Türkoloji Qurultayla bağlı nəşrlərin təqdimatı keçirilib

Post Views: 81 İyulun 2-də Milli Kitabxanada Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində Türk Dünyası Milli Kitabxanaları Birliyinin, “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib. Əvvəlcə “Ortaq irs, zəngin xəzinə: Milli Kitabxananın qızıl fondundan” başlıqlı geniş kitab sərgisi ilə tanışlıq olub. Dövlət Himni səsləndirilib, …

Mədəniyyət

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

Post Views: 66 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları iyulun 2-də Şuşa şəhəri ilə tanış olublar. Qonaqlar əvvəlcə Şuşa qalasının divarlarını ziyarət ediblər. Burada onlara şəhərin tarixi və qala divarlarının inşası barədə ətraflı məlumat verilib. Bildirilib …

Mədəniyyət

İyunun 29-dan iyulun 3-dək ölkəmizdə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçirilir

Post Views: 68 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş həftə çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları iyulun 1-də Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Qonaqlara kompleksin Qarabağ xanlığının tarixindəki rolu, onun qurucusu Pənahəli xanın və xanlıq dövrünün digər görkəmli şəxsiyyətlərinin irsi, eləcə də …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”ALINIB…”

Post Views: 145 Hər kəs, gələndə hicran,bir cür yola salınıb,Bircə yol alınar can;Mənimki çox alınıb, Artıb qanda şəkərim,Canım olub nökərim,Geri dönən təkərimÇoxdan yola salınıb, Çağladı ömrüm- günüm,Gah döydüm, gah döyüldüm,Arzularda düyünüm“Son zəngimlə” çalınıb, Nurdan düşməz gözlərim,Külə dönməz közlərim,İçimdə sevgilərinÇox tonqalı qalanıb…16,06,2026.

Azərbaycan ədəbiyyatı

Sevda İBRAHİM.Seçmə şeirlər

Post Views: 173 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi CAN AZƏRBAYCAN Qarabağ alındı, gözümüz aydın,Qələbən mübarək, can Azərbaycan!Bütün şəhidlərin ruhu şad oldu,Qələbən mübarək, can Azərbaycan! Var olsun ordumuz, əsgərlərimiz,General, polkovnik – zabitlərimiz.Biz sizə borcluyuq şəhidlərimiz,Qələbən mübarək, can Azərbaycan! Ulu öndərimiz, ruhun şad olsun,Daha gözlərimiz sevincdən dolsun.Düşmənin çöhrəsi kədərdən solsun,Qələbən mübarək, can Azərbaycan! Qızıl hərflərlə …

Publisistika

Həyat ŞƏMİ.”Ürəkdaşı adlı qardaşın kitabı “

Post Views: 91 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri  “Ürək daşı”nı yazdı. Yazdı və göstərdi ki, bu ad ona yaraşır. O, çox insanlara ürək daşı olmağı bacarıb, çoxlarına arxa olub, mənəvi dayaq olub, gücünün çatdığı qədər güvənc yeri olub. Budur Ürəkdaşının bir fərd olaraq …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.Seçmə şeirlər

Post Views: 88 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri * * * Bir dəmli çay içmədik axşam üstüBir ağac altındaBir süfrə açmadıq ikimizəqarnımızın ac vaxtındaSahil boyu gəzmədik əl ələAtılmadıq dalğaların qucağınaOyanmadıq bərabərzamanın sübh çağında.Öpüşmədik dəli kimi qapının ağzındaKüçənin tinindəÖpüşmədik, bir əlim saçında,bir əlim belindəSiqaretim düşmədi ağzımdan səni görəndəO …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2026)

Post Views: 69 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri. * * * Əcəb yaşanmalı yerdi ürəyi.Ondan başqa kim varsa,Yurd yox, kirayələrdi.O məni xoşbəxt etməyiÇox yaxşı bacarırdı.O bilirdi, nəyim var,Olmayanım nələrdi.Mən bilirdim, yolumuzKəsişib- ayrılacaq.Belə olmayaydı gərək,Belə alındı ancaq.Açdım ürək kimi …

Ana səhifə

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyində yeni layihəyə start verilib

Post Views: 95 “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyində yeni layihəyə start verilib. Bu barədə məlumat verən ictimai birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiliyinin 2026-cı il üçün kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək layihə “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlanır. Layihənin həyata keçirilməsində …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Dünya”

Post Views: 86 Vaxtında uzadıb kömək əlini,Vermədin mənimlə əl-ələ, dünya!Nəyimə gərəkdi vaxtı keçəndə,Göydən qızıl yağdır, ləl ələ, dünya! Acı yel üstümdən əsdikcə əsdi,Yağan qar yolumu bağladı, kəsdi.Gəl, məni bu qədər yandırma, bəsdi,Mən ki nə Kərəməm, nə Lələ, dünya! Yolsuz yoxuşlarda yordum dizləri,Ahımla qurutdum göy dənizləri.Qaldı kürəyimdə kəndir izləri,Dərdi dərd üstündən şələlə, dünya! Aşılmaz dağları mən …

Azərbaycan ədəbiyyatı

Şair Məmməd ƏBİLOĞLU

Post Views: 74 Məmmədov Məmməd Əbil oğlu 10 mart 1946-cı ildə Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olmuşdur. O, 1961-ci ildə Neftçala rayonunun Yuxarı Qaramanlı kənd natamam orta məktəbinin 9-cu sinfini, 1964 cü-cü ildə isə Qədimkənd kənd orta məktəbinin 11-ci sinfini bitirmişdir. 1972-ci ildə N.Tusi adına ADPU-nu bitirib, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir. …

Azərbaycan ədəbiyyatı

Əli KƏRİM.”QAYIT”.

Post Views: 74 Həsrətin araya atdı dağ, dərə,Sönən işıq oldun, batan səs oldun.Qayıt, mənim gülüm, qayıt bu yerə,Ey mənim istəyim, nə gəlməz oldun?! Ümidlər, arzular pərən-pərəndir,Qəlbə təsəllidir xatirələrim.Bir halımı soruş, könlümü dindir,Axşamlar yadıma düşür səhərim. Qayıt, mənim gülüm, yerbəyer elə,Dərdli səhərləri, gecələri sən.Çaşıb başqa yolla keçirəm elə,Düz öz qaydasınca küçələri sən. Qayıt, yerinə qoy Ayı, …