Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 10 of 10 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”XƏZƏRİM…”

Post Views: 113 Yavaş-yavaş tərk edirsən-qəribsəyir sahillərin,baş alıb hara gedirsən,ərköyün, dəcəl Xəzərim? Gedsən barışmaz səninlə-Bakı baş qoyub sinənə,azalmaq yaraşmaz sənə-ləpələri ləl Xəzərim. Oynama yaddaşımızla,sənli arzularımızla,adın bağlı adımızla,varlığı gözəl Xəzərim, Qırılar ümidim biraz,sənsiz həyat gözəl olmaz,kimə sığınar Kür-Araz?bir imana gəl, Xəzərim..

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”ÖLƏNLƏR…”

Post Views: 76 Çoxu səs-səmirsiz köçdü Dünyadan,Az adam tarixə yazıldı, öldü,Kimisi- dilindən, kimi-boğazdan,Kimi ayağından asıldı, öldü, Hər kəsin bir həddə qırıldı yaşı,Gözlər kor edərmiş xain baxışı,Qorxaq gedə bilməz tufana qarşı,Üsyankar- zindana basıldı, öldü, Ellər talan oldu “Vəba” bürüyən,Şahlar da tanıfıq zülmü yeriyən,Yurd batar azalsa doğub-törüyən-Xalqlar var ged-gedə azaldı, öldü, Az ayaq tutmadı hökmü yalanın,Ovcu daş …

Azərbaycan ədəbiyyatı

Vasif SÜLEYMAN.Yeni şeirlər (2026)

Post Views: 73 BİRCƏ GÖZƏLİ VAR VUR-TUT DÜNYANIN Nə dərd çək, nə həsrət, nə də ki ağla,Neçə ki, səninəm… Unut dünyanı.Sən gəl, ürəyini buz kimi saxla,Bircə gözəli var vur-tut dünyanın. Elə ki, üzünə yolları bağlı,Dərdi sevincindən əzəl görünür.Qəribə şey imiş insanın ağlı,Sevdiyi hamıdan gözəl görünür. Alnımı yandırar qəlbimin təri,Gözümün yaşını əyləyə billəm.Ürəyim göynəyir səndən ötəri,Məndən …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”İSTİ YAĞIŞLAR”

Post Views: 99 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas. İçimi silkələdi ordumuzun zəfəri,Qəlbimin dağlarında ildırımlar oynadı…Məni xoşbəxt elədi bu qələbə xəbəri,Uçum-uçum uçundum,gözümdən yaş qaynadı… Xirtdəyimə söykənən həsrət dönub qılınca,Ömrün bu qış çağında qismətim bahar imiş…Durub qaçmaq istədim ayaqları yalınca,İlahi, gözlərimdə nə qədər yaş var imiş! …

Publisistika

“ŞİRVANNƏŞR”İN XATİRƏLƏRDƏ YAŞAYAN BİNASI

Post Views: 110                                                      (QƏŞƏM İSABƏYLİNİN 78 YAŞI MÜNASİBƏTİ İLƏ)   Zaman hər şeyi dəyişir — binalar sökülür, küçələrin siması yenilənir, amma bəzi məkanlar var ki, onlar daş divarlardan ibarət deyil, bütöv bir tarixin, ədəbi mühitin beşiyidir. Mənim üçün belə unudulmaz ünvanlardan biri  Badamdar şosesi, 77-də yerləşən “Şirvannəşr” idi. 3 nömrəli avtobusa əyləşib “İçərişəhər” metrosu …

Mədəniyyət

Azərbaycan Batumidə keçirilən musiqi festivalında təmsil olunub

Post Views: 69 Gürcüstanın Batumi şəhərinin “Köhnə şəhər” adlanan hissəsində Acara TV-nin təşəbbüsü ilə musiqi festivalı keçirilib. AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi Azərbaycanın Batumidəki Baş konsulluğunun dəstəyi ilə Azərbaycan xalq musiqisi ilə caz elementlərini birləşdirən “Məcaz” etnocaz qrupu təmsil edib. Baş konsulluqdan bildirilib ki, “Məcaz” qrupu festival çərçivəsində özünəməxsus ifa tərzi və peşəkar səhnə performansı …

Mədəniyyət

Dahi şair Nizami Gəncəvinin Marneulidəki büstü yenidən bərpa olunub

Post Views: 46 Böyük şair və filosof Nizami Gəncəvinin Gürcüstanın Marneuli şəhərində N.Nərimanov və N.Gəncəvi küçələrinin kəsişməsində yerləşən büstü yenidən bərpa olunub. AZƏRTAC xəbər verir ki, avqustun 13-də büstün bərpadan sonra açılışı olub. Açılış mərasimində bildirilib ki, büst bir müddət əvvəl vandalizmə məruz qalaraq zədələnmişdi və onun bərpasına ciddi ehtiyac yaranmışdı. Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və …

Mədəniyyət

Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?

Post Views: 50 Möminə xatun türbəsinin bərpası Naxçıvanın tarixi-memarlıq mühitinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır. Abidənin memarlıq quruluşu, konstruktiv sistemi, dekorativ elementləri və üzərindəki kitabə nümunələri Azərbaycan orta əsr memarlığının inkişaf istiqamətlərinin araşdırılması üçün qiymətli mənbə rolunu oynayır. Bunu AZƏRTAC-a açıqlamasında Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının müəllimi Turan Abbaszadə deyib. O bildirib ki, türbənin qorunması …

Mədəniyyət

Qarabağ və Şərqi Zəngəzurda uşaqlar üçün yaradıcılıq ustad dərsləri keçiriləcək

Post Views: 59 “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi “Yenidən doğulan torpağın övladları” adlı yaradıcılıq master-klasları layihəsinin icrasına başlayıb. Təşəbbüsün əsas məqsədi Qarabağda və Şərqi Zəngəzurda doğma yurdlarına qayıdan uşaqların asudə vaxtını səmərəli və məzmunlu təşkil etmək, onların yaradıcılıq potensialını üzə çıxarmaqdır. AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində tədbirlər Cəbrayıl rayonunun Horovlu kəndində təşkil olunacaq və ustad …

Mədəniyyət

Bakıda gənc rəssamların sərgisi açılıb

Post Views: 56 Bakı Fotoqrafiya Evində “Arts Council Azerbaijan” təşkilatı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Səyahət” İctimai Birliyinin birgə təşkil etdiyi “START” layihəsi çərçivəsində gənc rəssamların sərgisinin açılışı olub. AZƏRTAC xəbər verir ki, “START” layihəsinin məqsədi gənc rəssamların yaradıcılıq potensialını üzə çıxarmaq, onların peşəkar inkişafına dəstək göstərmək və əsərlərini geniş ictimaiyyətə təqdim etmələri üçün imkanlar …