https://c.radikal.ru/c20/1905/7d/d0c202a702a6.jpg

https://b.radikal.ru/b00/1905/e6/1092c341ab7f.jpg

https://a.radikal.ru/a22/1905/ef/249454712b19.jpg

https://a.radikal.ru/a43/1905/30/f2476cadbf83.jpg

https://b.radikal.ru/b02/1905/6a/89e345ee1be2.jpg

27 may 2019-cu il tarixində saat 14:00-da Azərbayvan Yazıçılar Birliyinin (AYB) “Natavan” Klubunda filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin və BDU nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Afət Abuşovanın- Viləşsoyun “Mənim adım Vətəndir” adlı hekayə və şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir.Tədbiri giriş sözü ilə şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi açıq elan etdikdən sonra tədbirin qonaqları, yazıçı, şair,tənqidçilər –Əkbər Qoşalı, Qulu Ağsəs, Fərqanə Mehdiyeva, Balayar Sadiq, Nəvai Mətin, Nazilə Gültac, Dayandur Sevgin, yazarın ilk müəllimləri, pedaqoq yoldaşları, tələbə və şagirdləri çıxış edərək səbəbkara yaradıcılıq uğurları diləmişlər.
Qeyd edək ki, kitabın redaktoru və ön söz məllifi dahi yazarımız İsa Muğannanın qızı,Filologiya üzrə fəlsəfə doktoru,Bakı Dövlət Universitetinin müəllimi Sevinc İsa qızı Muğannadır.
Kitabın texniki redaktoru: Elnarə Abbasovadır
Abuşova Afət Yusubəli qızı 27 aprel 1985-ci ildə Masallıda dünyaya gəlmişdir.
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ildə gənc yazar olaraq Prezident təqaüdçüsü olmuşdur.7 bədii kitab müəllifi,Bakı Dövlət Universiteti (2003-2007-bakalavr),Bakı Slavyan Universiteti (2007-2009-magistr), Bakı Dövlət Universiteti (2011-2015-dissertant) məzunudur. Filologiya üzrə fəlsəfə doktorudur. Ondan çox elmi əsər-məqalə və tezisləri vardır. 2007-ci ildə AMEA-nın Folklor institutunda böyük laborant kimi əmək fəaliyyətinə başlamışdır.Hazırda Bakı Dövlət Universitetində nitq mədəniyyəti və “Gənc istedadlar” liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq fəaliyyətini davam etdirməkdədir.Ailəlidir, iki övladı var.