Yazın əvvəllərində Şahinə Könül mənə telefon açıb dedi ki, İncədə gül-gülü çağırır, bülbül-bülbülü. Haralardasınız, kəndə niyə gəlmirsiniz?
İncədə bir gülüm vardı –
Aydan arı, sudan təmiz.
Onu da yellər apardı,
Qaldım çiçəksiz, çəmənsiz.
İndi ha boylanım-baxım,
Ötüb ömrün gül vədəsi…
Bağrımın qan vaxtı çatıb,
Saçlarımın kül vədəsi.
Bir mən qallam, bir də qalar
Mənə bu zülmü çəkdirən…
Nə o həmin çiçək olar,
Nə mən həmin çiçəkdərən.