GÖZ DƏYMƏSİN
Şirin dilə oğru olaq,
Qəlbimizə söz dəyməsin!
Haqq yoluna doğru olaq,
Sevgimizə göz dəyməsin!
Talemizə qəm ələmə,
Qoy böyüsün, tez bələmə.
Göz dəysə də, bu aləmə,
Sevgimizə göz dəyməsin!
Sevinc doğsun hər səhərdən,
Uzaq olsun dərdi-sərdən.
Gəl, qoruyaq bəd nəzərdən,
Sevgimizə göz dəyməsin!
ÜRƏYİMDƏ
Bacarırsan, iksinə də birgə döz,
Qarışmasın yaraların sarğısı.
Biri qılınc, biri kəsən iti söz,
Ürəyimdə hər iksinin ağrısı.
Nisgil olmur, qəmli çağım daşlaşa,
İllər ötə, əl eyləyə yaş-yaşa.
Küsən ümid, uzaq arzu baş-başa,
Ürəyimdə hər ikisinin yanğısı.
Yaş yanağa damcı-damcı axan tək,
Eşq sinəni hicran ilə yaxan tək,
Bülbül gülə həsrət ilə baxan tək,
Ürəyimdə qovuşmağın arzusu.