QƏZƏL
Hərdən olur insan kimi oluruq biz,
Hərdən də olur izləyirik sanki bizik biz.
Hərdən olan olmuşlar olur etdiyimiz səhv,
Düşmüş olan olsaq, əgər balta, sapımız siz.
Hərdən baxıram ki, necə məğrur olub insan?
Məşhur alovun görsən, əgər tez bükülər diz.
İnsan niyə aciz olur acizlər önündə?
Hərdən düşünərkən bunu aciz olub aciz.
Hərdən mənə “Hərdən niyə” yazsan, deyə sorsan,
Hərdən yazılanlar olar məndən qalacaq iz…