423867_124421364353856_565127662_a

PAY ATONNAN GƏLƏCƏK

Bilmədi ki, “gələcək” vid-fasonnan gələcək,
Özü taksiylə gedib, dərdi vaqonnan gələcək.

Sən onun qızını yoldan çıxarırsansa, əgər,
O da bibinnən gələcək, ya da xalonnan gələcək.

Evi harda, pulu harda, maşının markası da,
İndi bəylər də elçiliyə talonnan gələcək.

Həyatın qanunudu, surəti artır nəsilin,
Özü “bir”nən gələnin balası “on”nan gələcək.

Hamilə qadın indi pivə yerikləsə, əgər,
Doğulan uşaq da yəqin samaqonnan gələcək.

Xammalı göndəririk xaricə istehsal olur,
Avropadan kişilər Bakıya tonnan gələcək.

Dost dostu evə çağırmaqda xəcalət də çəkir,
Evdəki çılpaq gələcək, yoxsa ki, donnan gələcək?!

Elvin, bu dünya indi qorxu-zakon söhbətidir,
Həzrəti MEHDİ görən hansı zakonnan gələcək?!