* * *
Yenə xəyala dalmışam,
Keçmişi yada salmışam.
Ayaqlar altda qalmışam,
Mən bir solmuş yarpaq kimi.
Ölüb ruhum, sağam cismən,
Olmasın heç bu cür düşmən.
Oturmuşam sahildə mən,
Tənhayam boş otaq kimi.
Hər cür oxşadın zövqümə,
Acı vermə sən könlümə.
Sən yağış tək yağ üstümə,
Mən olaraq torpaq kimi.
Tək ALLAHDAN olsun qorxu,
Gülləri sən tez-tez oxu.
Aç varaqla “Quran” oxu,-
Parlasın qəlb çıraq kimi.
Qorusun tək ALLAH səni,
Aldatmaz sevən sevəni.
Oynatdı ol nigar kimi,
Sadə bir oyuncaq kimi.
Nemət, aldanma yadlara,
İnan, sınanmış dostlara!
Qeyrəti satan dollara,
Olar, əlbət, alçaq kimi.