* * *
Vaxt var idi diyar-diyar,-
Uçurdum mən məhəbbətdən.
Atıb məni gedəndən yar,-
Könlüm düşüb təravətdən.
Yar gedən gün söndü günəş,-
İtdi həyatın mənası.
Yox yaşayım, yoxsa günəş,-
Budur həyatın mənası.
Ümidim tək səndə ikən,
Göydən yerə saldın məni.
Buludlar içində itən,
Ayın sən olmadın təni.
Peşman olub dönmə geri,
Vallah, bir də ürək dözməz.
Artırma sən qəm, kədəri,
Axı sevən heç vaxt getməz.
Nemət, ibadət əhli ol,
Şeytan səndən uzaq olar.
Sən sevgiylə layiqli ol,
Sevmək sənə qismət olar.