Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax Bürosunun Rəhbəri.
Hamı həyətdə idi. Bu nədir? İnsanlar niyə həyacanlıdır? Nə baş verib ki, hamı həyətə düşür? -deyib, Reyhan öz-özünə sual etdi. Birdən anası səsləndi: Bala, niyə elə sakit dayanmısan? Hiss etmirsən ki, zəlzələdir? Pəncərə qarşısında dayanan Reyhan anasının səsinə sanki yuxudan ayıldı. Nə zəlzələ, ana? Tez geyin düşək həyətə, deyərək anası Reyhanı yenidən səslədi. Ana, həyətdə nə dəyişəcək ki? Mənim həyatımda illərdir zəlzələdir. Ancaq bundan heç kimin xəbəri yoxdur, deyib Reyhan əhvalını pozmadan evlərdən həyacanla həyətə düşən insanları seyr etməyə davam etdi.
Ömür zəlzələsi ölüm zəlzələsindən daha dəhşətlidir!!!
Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi şair Barat Vüsalın “Ayrılmaz yollar” (məqalələr, xatirələr, açıq məktublar, ön sözlər) adlı yeni kitabı işıq üzü görüb. Müəllif, həm də kitabın redaktorudur. Kitabın üz qabığının rəssamı Qafar Sarıvəllidir.
Bu kitab Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi şair Barat Vüsalın yaradıcılığının daha bir istiqamətindən xəbər verir. Müəllifin gərgin əməyinin bəhrəsi olan bu kitabını ədəbiyyatşünaslımıza töhfəsi də hesab etmək olar.
Şairin “Ayrılmaz yollar” adlandırdığı bu kitabında müxtəlif ədəbi nəsillərə aid məqalələr, açıq məktublar, bir sıra xatirələr, bir çox kitablara yazdığı ön sözlər toplanmışdır.
Kitabda haqlarında söhbət açılanların hər biri ayrılmaz yolun yolçularıdırlar, bir Ocağın övladlarıdırlar, bir qom bənövşədirlər, bir Şamın kölgəsində yaşayıb, yazıb yaratmışdırlar.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Hüseyn Arif” Ədəbi Birliyinin sədri, AYB-nin üzvü, şair Saqif Qaratorpağın “6 saatlıq sükut” adlı şeirlər kitabının təqdimatı oldu
Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi, AYB-nin katibi Elçin Hüseynbəyli qonaqları salamladı, Saqif Qaratorpağın yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verərək, tədbirə uğurlar arzuladı.
Çıxış edənlər Saqif Qaratorpaq yaradıcılığında əsas xəttin sevgi, ayrılıq, həsrət olduğunu vurğuladılar. Nə qədər həsrət, ayrılıq, darıxmaq olsa da, qovuşmağa ümidini itirməyən şairin yaradıcılığının özünəməxsusluğundan, təkrarsızlığından söz açdılar. “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü professor Rüstəm Kamal “ən ülvi hisslərini qələmə alan, qarşı tərəfə sonsuz sevgi ərmağan edən, lakin hər bir halda sevdiyini sirr saxlayan şairi şeirlərini hamıya sevdirib, özü sirr qalan məharətli şair” adlandırdı. Şairə Güləmail Murad Saqif Qaratorpaq yaradıcılığından danışaraq şairin öz şeirini söyləməklə Saqif Qaratorpağı təbrik etdi. Şairlər, qiraətçilər, şairin könül dostları Saqif Qaratorpaq yaradıcılığını “Sevgidən doğulan poeziya” adlandırdılar. “Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif Saqif Qaratorpağı və tədbir iştirakçılarını “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin adından salamlayaraq tədbirə uğurlar arzuladı. Saqif Qaratorpağı 60 illik yubileyi münasibətilə təbrik etdi: “Hörmətli Saqif müəllim, sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik. Sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə İctimai Birliyin 2023-cü il üçün nəzərdə tutulmuş illik hesabatında sizin Azərbaycan ədəbiyyatına göstərdiyiniz xidmət və Azərbaycan poeziyasına verdiyiniz töhfələr nəzərə alınaraq “Fəxri Diplomla” təltif edilməyiniz qərara alınıb. Tədbir öncəsi sizə məlumat veriləcək. Sizi də İctimai Birliyin İllik Hesabat tədbirində görməkdən məmnun olarıq”. Qeyd edək ki, Saqif Qaratorpağın “6 saatlıq sükut” kitabı “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Xəyyam Nəsibovun dəstəyi ilə nəşr olunub. Sonda söz Saqif Qaratorpağa verildi. Şair tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi. Müəllifi olduğu bir neçə şeirini söylədi. Qonaqların alqışı ilə tədbir tamamlandı.
Səbinə YUSİF,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax Bürosunun Rəhbəri.
Hüseyn Arif” Ədəbi Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Saqif Qaratorpağın “6 saatlıq sükut” adlı şeirlər kitabı işıq üzü görüb.
Kitab müəllifin oxucuları ilə sayca beşinci görüşüdür. Kitabda müxtəlif illərdə qələmə alınan şeirlər yer alıb.
Ədəbiyyat camesi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə şair Saqif Qaratorpağın “Şamın kölgəsi” (2006), “Bir könül varağında” (2012), “Üç adam” (2014), “Bəlkə belə yaxşıdı” (2019) adlı şeirlər kitabı ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Vətən — bu söz üçün nələr edilməz, nələrdən vazkeçilməzki. O yalnız bir ovuc torpaqdan ibarət deyildir. O bir xalqın öz doğma anası, keçmişi, bu günü, gələcəyidir. Elə bir sehrli qüvvədir ki, özünü bizlərə sevdirir, qəlbimizdə, beynimizdə həkk olunur. Dosdoğma anamız olur. Bizi böyüdür, bizlərə yeriməyi, düşəndə qalxmağı öyrədir. Cəsarətli bir vətandaş kimi yetişdirir. Bəzən bir müəllim olub bizlərə xalq olmağı öyrədir, öz kimliyimizi xatırladır. Bir azərbaycanlı necə olmalıdır? Vətən onun üçün nə deməkdir? Vətəni üçün nələr edər?.. suallarına cavab axtarır. Bəli bir azərbaycanlı olmaq
çətindir, çünki bizlər üçün vətən əvəzolunmaz, yolunda can qoymağa hazır olduğumuz, bir qarış torpağına görə son nəfəsimizə qədər vuruşacağımızdır. Ona olan sevgimiz nə oxuduğumuz kitablardan, nə də aldığımız məlumatlardandır. Bu sevgi sonradan yaranmır. Onu dünyaya ilk göz açanda damarlarında axan qanda, bir an belə dayanmadan döyünən qəlbində hiss edirsən. Biz azərbaycanlılar da bu vətənə belə bağlıyıq. Bunu tarix də göstərib. Neçə illər işğalda qalan vətənimizin uğrunda çox mübarizə aparsaq da, heç zaman usanmadıq, mübarizəmizdən əl çəkmədik. Ədalət istədik, haqqın yerini tapmasını istədik, çünki biz haqlı olduğumuzu bilirdik. Bu bizi getdiyimiz yolda hər zaman cəsarətləndirirdi. Biz düşmənlərimizdən fərqli olaraq, digər
xalqlara da, öz gənclərimizə də bu işğal haqqında hər vaxt həqiqətlərdən danışırdıq. Bir gün belə tapdaq altında qalan vətənimizi unutmadıq. Düşmənlərimizin xalqımıza qurduğu hiylələr, dünyaya yaydıqları şayiələr bitmirdi. Çünki onlar bu yerlərin onlara aid olmadıqlarını, nə vaxtsa buradan çıxarılacaqlarını bilirdilər. Onları acımasız, təcavüzkar edən əslində bu qorxu idi. Ermənilər çox qəddarcasına həmvətənlərimizin yurdlarından sürgün etmişdilər. Uşaqlara, qadınlara, acımasızca rəftar etmişdilər. Tarixi yerlərimiz
məhv edərək, xocalıları, ağdamlıları və bir çox sakinləri elindən ayrı salaraq bizim ana torpaqlarımızı özünkiləşdirməyə, öz vətənimizi bizlərə unutdurmağa çalışırdılar. Lakin bizlər buna heç zaman göz yummadıq, hər zaman öz sözümüzü açıq şəkildə deyib, mövqeyimizi bildirməkdən çəkinmədik. Xalqımız vətəninin azadlığı, şəhidlərinin, meşələrdə qar altında donub qalan körpələrin, gəlinlərin, qocaların intiqamını almaq üçün əlindən gələni edirdi. Bu vandalizmin yaratdığı acı izləri yazıçılarımızın əsərlərində də görmək, hiss etmək mümkün idi. Vətən haqqında nikbin ovqatda yazan şairlərimiz artıq vətəni qəfəsdəki quşa bənzədərək ictimai kədərli şeirlər yazırdılar. Xalqımız cəbhədən gələn dəhşətli ölüm xəbərlərinə görə yas saxlayırdı. Lakin ermənilər azad, qabaqcıl, cəsur gəncləri olan bir ölkəni nə vaxta qədər əsarətdə saxlaya bilərdi ki? Onlar hər savaş açdıqca, hər dəfə şayiə yaydıqca biz daha da güclənirdik. Sanki hansısa səs bizə “Durmayın, vətən azadlıq istəyir” — deyirdi. Bu səs Xocalıdakı körpələrin, şəhidlərin səsi idi. Onlar hələ də mənəvi olaraq hər bir azərbaycanlının qəlbində yaşayırdı. Onları yaşadan bizim qəlbimizdəki vətən məhəbbəti idi. Və son illərdə ermənilərin ardıcıl təxribatları və yeni işğal olanların qarşısını almaq üçün Ali Baş Komandamız İlham Əliyevin səfərbərlik əmri ilə xalqımız
44 günlük müharibəyə başladı. Neçə illər ayrı qaldığımız torpaqlara rəşadətli ordumuzun sayəsində cəmi 44 gündə qovuşduq. Çətində olsa ordumuz bir an belə yorulmadı, çünki onları yalnız vətənin azadlığı düşündürürdü. Və gözlənilən xəbər bir andaca televiziya kanallarında, radiolarda səsləndi. O xəbəri eşidəndə hər kəsin gözündə yaş damcıları əmələ gəldi. Hər kəs kövrəldi. “Şuşa azad olundu” — illərdir arzusunu qurduğumuz
bu səs, bu xəbər bütün azərbaycanlılar tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Hər yerdən bayraqlar asılır, hər kəsin dilində bircə ifadə vardı. Qarabağ Azərbaycandır! Bu sevinc böyük bir keçmişi olan xalqın intiqamının alındığı gün idi. Bizi qələbəyə aparan amillər başda Ali Baş Komandanımız olmaqla, xalqımızın güclü iradəsi, vətənə sevgisi oldu. Məncə bizi qələbəyə aparan yol azərbaycanlı olmağımız oldu. Zəfər günün mübarək, Azərbaycan! Bütün zəfərlər, uğurlar hər zaman səninlə olsun.