m

Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Respublikası Mədəniyyət və Tuzirm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi3”ün üzvü, gənc yazar Məhəmməd Turanın “Şeir sevgilim” adlı ilk şeirlər kitabı 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində “Xan” Nəşriyyatı tərəfindən işıq üzü görüb.Kitabın redaktoru Əməkdar mədəniyyət işçisi, “Qızıl qələm” media mükafatı laureatı, şair Məzahir Hüseynzadə, ön sözün müəllifi Azərbaycan Yazıçılar və Jurnalistlər Birklərinin üzvü, Prezident təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin müdiri Fərqanə Mehdiyevadır.
Kitab müəllifin oxucuları ilə ilk görüşüdür.Kitabda müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Oxucuların rəğbətini qazanacağına ümid edirik.
Qeyd edək ki, Sentyabr ayında gənc yazar Məhəmməd Turanın “Şeir sevgilim” adlı ilk şeirlər kitabının təqdimat mərasimi gözlənilir.

Şəfa VƏLİYEVA,
AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Gəncəbasar bölgəsinin xüsusi müxbiri,
Gəncə şəhəri.